Məhkəmə qərarları › İş №2(105)-1712/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1712/2022

25.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1712/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 oğluna və Cavabdeh3 qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhər məhkəməsinin 27 may 2022-ci il tarixli qərardadı ilə (hakim A.B.Sadıqov) İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(067)-1270/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Xaçmaz Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(067)-1270/2021 nğmrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim İ.Xəlilov) Qeyd olunan qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralarında göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeyini aydın şəkildə ifadə edən izah verilməlidir. Məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(067)-1270/2021 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qərardadı dəyişdirilməməlidir, şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1073/2022 saylı qərardadına əsasən, Xaçmaz Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(067)- 1270/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş (MPM-ə 2 saylı əlavəyə uyğun) formada verilmədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadından həmçinin görünür ki, məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil hazırkı iş üzrə verilmiş apellyasiya şikayətinin formasında mövcud olan nöqsanları qəbul edərək həmin nöqsanları aradan qaldıracağını bildirmişdir. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)1073/2022 saylı qərardadını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş, apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası şikayəti araşdıraraq müəyyən edir ki, Xaçmaz Rayon Məhkəməsinin 19 may 2021-ci tarixli 2(067)-1270/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilməyərək verildiyindən geri qaytarılma barədə həmin qərardad əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 27 may 2022-ci il tarixli 2(067)-1270/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar