Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1713/2022 26.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(060)-9337/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə “Kərimli” X1 arasında arasında xx.xx.2008-ci il tarixdə bağlanmış kredit müqviləsinin təminatı kimi girov qoyulmuş mülkiyyətində olan Sumqayıt şəhəri, Saray Bağlar massivində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, yaşayış sahəsi 173,34 kv.metr, köməkçi sahəsi 132 kv.metr lan 3054 saylı bağ evinin girovluqdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verib, qərardadın ləğv edilərək iddia ərizəsinin icaata qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(105)4025/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021- ci il tarixli, 2(060)9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilib, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bundan sonra İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından yenidən şikayət verib, qərardadın ləğv edilərək iddia ərizəsinin icaata qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından İddiaçı verdiyi şikayətin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2(105)-876/2022 saylı qərardadının ləğv edilməsi, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9337/2021 saylı mülki işin apellyasiya baxışından çıxarılması və birinci instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)876/2022 saylı qərardadında göstərilmişdir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Hazırda həmin qərardaddan narazı qalan İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı yenidən Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(060)- 9337/2021 saylı qərardadından şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(105)-1393/2022 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından iddiaçının nümayəndəsi Vəkil şikayəti qeyrimümkün hesab edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə iddiaçının Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(060)- 9337/2021 saylı qərardadından verdiyi şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə onun cavabdeh-Əmanətlərin Sığortalanması Fonduna qarşı «evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi barədə» iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verib, qərardadın ləğv edilərək iddia ərizəsinin icaata qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 21 dekabr 2021-ci il tarixli, 2(105)- 4025/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)- 9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilib, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bundan sonra İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından yenidən şikayət verib, qərardadın ləğv edilərək iddia ərizəsinin icaata qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(060)9337/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından İddiaçı verdiyi şikayətin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 24 fevral 2022- ci il tarixli, 2(105)-876/2022 saylı qərardadının ləğv edilməsi, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9337/2021 saylı mülki işin apellyasiya baxışından çıxarılması və birinci instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(105)-876/2022 saylı qərardadında göstərilmişdir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respubiikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlir ki, şikayət geri qaytarılmalıdır. Hesab edir ki, məhkəmə təkrar olaraq işin geri qaytarılması barədə səhv qərardad qəbul etmişdir. Məhkəmənin qərardadda istinad etdiyi Azərbaycan Respublikası MPM-nin 364 və 399-cu maddələrinin müddəaları ilə işin halları tamamilə ziddiyət təşkil etmişdir. Belə ki, o, ilk iddia ərizəsini aidiyyət üzrə Xətai Rayon Məhkəməsinə vermiş və Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(011)- 6893/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və ona izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə əsasən mübahisə edilən ev Sumqayıt şəhərində yerləşdiyindən və müstəsna aiddiyyət məsələsinə görə iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinə verilməlidir. Məhz həmin qərardaddan sonra o, Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Xətai rayon məhkəməsinin həmin qərardadını da iddia ərizəsinə əlavə etmişdir. Sumqayıt şəhər məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və qərardadda qeyd edilmişdir ki, cavabdeh-Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşir, ona görə də iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhər, Xətai Rayon Məhkəməsinə aiddir. Həmin qərardaddan verdiyi şikayət üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 21 dekabr 2021-ci il tarixli, 2(105)- 4025/2021 saylı qərardadında birbaşa qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 363.1 və 363.1.5-ci maddələrinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətəbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı qaydasında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya məhkəməsinin qeyd edilən qərarına əsasən elektron kabinet vasitəsilə şikayəti məhkəməyə təqidm etmiş, yenə də məhkəmə özünün xx.xx.2021-ci il tarixli qərdadından elektron qaydada verdiyi şikayətə əsasən şikayəti apellyasiya məhkəməsinə göndərmək əvəzinə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə təkrar olaraq xx.xx.2022-ci il tarixdə qərardad çıxarmışdır. Sonuncu olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin MK özünün 09 mart 2022-ci il tarixli 2(105)- 876/2022 saylı qərardadla şikayəti mümkünsüz hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 357.1 və 364-cü maddələri pozulmuş və xx.xx.2021-ci il tarixli qərardaddan şikayət verilməsindən 5 aydan artıq vaxt keçməsinə baxmayaraq bu günə kimi iddia tələbinə hansı məhkəmədə baxılmasına Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qiymət verilməmişdir. Qeyd edilənlərə əsasən İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(060)- 9337/2021 saylı qərardadının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından xx.xx.2022-ci il tarixdə verilmiş şikayəti Mülki Prosessual Məcəllənin 269 və 361-ci maddəsinə uyğunluğunun yoxlanılaraq münasibət bildirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə şikayət edilən qərardadında məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından verilmiş şikayətə daha əvvəl birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilərək təmin edilməməsi barədə nəticəyə gəlindiyindən həmin şikayətə yenidən baxıla bilməməsi, bu səbəbdən şikayətin geri qaytarılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli qərardaddan xx.xx.2022-ci il tarixdə verilmiş şikayət qeyd edilən əsaslarla geri qaytararkən düzgün nəticəyə gəlməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından verilmiş şikayəti ilk dəfə 25 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı münasibət bildirərək şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, bundan sonra Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı qeyd edilən qərardadda göstərilən nöqsanları nəzərə alaraq yenidən xx.xx.2022-ci il tarixdə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından şikayət vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadından verilmiş şikayətə baxaraq xx.xx.2021-ci il tarixdə münasibət bildirildiydən həmin qərardaddan verilmiş sonrakı şikayətlərə münasibət bildirmədən geri qaytarılması barədə nəticəsi əsassız olmuşdur. Belə ki, eyni qərardaddan xx.xx.2021-ci il tarixdə verilmiş şikayətə münasibət bildirilsə belə, həmin qərardaddan daha sonra verilən hər bir şikayətə də ayrılıqda MPMnin 269-cu maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə yuxarıda göstərilənlərlə yanaşı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə uyğun verilib-verilməməsi məsələsi aydınlaşdırmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından xx.xx.2022-ci il tarixdə verilmiş şikayəti Mülki Prosessual Məcəllənin 269 və 361-ci maddəsinə uyğunluğunun yoxlanılaraq münasibət bildirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından xx.xx.2022-ci il tarixdə verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 269 və 361-ci maddəsinə uyğunluğunun yoxlanılaraq münasibət bildirilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Şikayət təmin edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1713/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1713/2022
26.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver