Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1714/2025 29.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X5 və X2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: işin apellyasiya baxışından çıxarılması) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçılar X5 və X2 Cavabdeh qarşı "yaşayış sahəsinə dair payların naturada bölünməsi" tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(074)-1483/2025 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qanunamüvafiq qaydada onların payının naturada ayrılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir.
2. Şamaxı Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(074)-1483/2025 nömrəli qətnaməsi ilə (hakim Qürur Abasov) iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “yaşayış sahəsinə dair payların naturada bölünməsi tələbinə” dair iddialarının təmin edilməməsi, iddiaçılar tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun özlərinə aid edilməsi qət edilmişdir.
3. İddiaçılar X5 və X1 Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(074)- 1483/2025 nömrəli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişlər.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 dekabr 2025-ci il tarixli, 2(105)-1714/2025 nömrəli qərardadı ilə iddiaçı X3 apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 dekabr 2025-ci il tarixli, 2(105)-1714/2025 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(074)-1483/2025 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-364cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Şamaxı rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
Şikayətə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
7. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2025-ci il tarixli, 2(105)-1714/2025 nömrəli qərardadı ilə iddiaçı X3 şikayəti mümkün hesab edilmiş, mülki iş baxılması üçün təyin edilmiş, digər iddiaçı X2 şikayəti isə qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şamaxı rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
10. Məhkəmə kollegiyası sənədləri araşdıraraq hesab edir ki, iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş məhkəmə baxışından çıxarılaraq Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir.
11. Beləliklə, qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsinə mövcud apellyasiya şikayəti əsasında baxılması mümkün olmadığına görə, apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2025-ci il tarixli qərardadı ləğv edilməli, Şamaxı Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(074)-1483/2025 nömrəli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla mülki iş birinci instansiyası məhkəməsinə qaytarılmalıdır.
12. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 384.0.6, 402.2-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2025-ci il tarixli, 2(105)-1714/2025 nömrəli mümkünlük qərardadı ləğv edilsin. Şamaxı Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(074)-1483/2025 nömrəli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Şamaxı Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(074)-1483/2025 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.