Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1718/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı və Cavabdeh2 vəkili X22 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, X9, Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1549/2020 saylı, 28 yanvar 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1549/2020 saylı, 28 yanvar 2020-ci il tarixli, qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh4, X9, Cavabdeh1 və Cavabdeh2 qarşı 15.02.2011-ciil təvəllüdlü X1 və 25.09.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 24, mənzil 2-də yerləşən 2 otaqlı mənzilə köçürülməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir (hakim E.Abdullayev). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1549/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilib və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1515/2020 saylı, 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin təmin edilməsi, iddiaçının 15.02.2011-ci il təvəllüdlü X1 və 25.09.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt ş., H.Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 24, mənzil 2-də yerləşən 2 otaqlı mənzilə köçürülməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1515/2020 saylı, 10 iyun 2020-ci il tarixli qətnaməsi instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1056/2021 saylı, 04.03.2021-ci il tarixli Qərarı ilə cavabdehlər Cavabdeh4, X18, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1515/2020 saylı, 10 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh4, X9, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.02.2011-ciil təvəllüdlü X1 və 25.09.2014-cüil təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 24, mənzil 2-də yerləşən 2 otaqlı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 24 kv metr olan 2 otaqlı mənzil Müdafiə Nazirliyinin Nasosnı MİS-si tərəfindən babası X12 28 oktyabr 1965-ci il tarixli, 614 saylı order əsasında verilmişdir. Həmin mənzildə o, babası, atası X13 və anası X14 birlikdə yaşamışlar. Anası 1995-ci ildə, atası 1997-ci ildə, babası isə 2002-ci ildə vəfat etmişdir. Atası həbsdə olduğundan anası vəfat etməzdən bir neçə ay öncə X4 ailəsi ilə birlikdə kirayəçi kimi gəlib bu mənzildə müvəqqəti yaşamasına icazə vermişdir. Lakin Əmircan bundan istifadə edib, saxta yollarla orderi öz adına keçirmiş, ailə üzvlərini bu mənzilin qeydiyyatına saldırmışdır. O, bu mənzildə 20 il yaşamaqla babası 2002-ci ildə ölənə kimi onun ailə üzvü olmuş, ailə qurmağı ilə əlaqədar 2010-cu ildən orderlə babasına məxsus olan bu mənzildən çıxmış, lakin uşaqlarının və özünün qeydiyyatı hazırda bu mənzilədir. Qaz, işıq və su pullarını cavabdehlərin özləri ödəsələr də, bu kommunal xərclərin bütün sənədləşmələri onun adınadır. X2 ilə olan rəsmi nikahından 15.02.2011-ci ildə doğulmuş Qızılgül və 25.09.2014-cü ildə doğulmuş Yusif adlı 2 uşağı vardır. Nə onun özünün və nə də ərinin rəsmi olaraq başqa yerdə evi yoxdur. Cavabdehlər isə mənzilin həyətində bir neçə tikili də inşa edib orada heç bir sənədsiz, sübutsuz yaşayırlar. Ailə qurandan sonra dəfələrlə cavabdehlərdən mənzili boşaltmalarını xahiş etsə də nəticəsi olmadı. Hətta o, həyətin torpaq sahəsinin bölünməsini də təklif etmiş, lakin cavabdehlər yenə razılaşmadılar. Evin sənədləri və sair cavabdehlərdə olduğu üçün o, son illərə qədər məhkəməyə müraciət edə bilmirdi. Lakin 2017-ci ilin sonlarından başlayaraq sənədlər toplayıb məhkəməyə müraciət etmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 07.03.2018-ci il tarixli 2(060)-2556/2018 saylı qətnaməsi ilə ilk iddiaçı kimi onun cavabdehlər X23, Cavabdeh4, Cavabdeh3, X11, Cavabdeh1 və Cavabdeh2 qarşı orderin və qeydiyyatın etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə, iddiaçılar X23, Cavabdeh4, Cavabdeh3, X11, Cavabdeh1 və Cavabdeh2 cavabdeh kimi ona qarşı mənzilə yaşayış hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 1yə dair X3 adına 28 oktyabr 1990-cı ildə verilmiş 684 saylı order etibarsız hesab edilmişdir. İlkin iddia üzrə cavabdehlər X23, Cavabdeh4, Cavabdeh3, X11, Cavabdeh1 və onların azyaşlı uşaqları X19, X16, X24 və Hüseynova Könül Ramil qızının mübahisələndirilən mənzilə qeydiyyatı etibarsız hesab edilmişdir. İlkin iddia üzrə cavabdehlər X23, Cavabdeh4, Cavabdeh3, X11, Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı uşaqları X19, X16, X24 və Hüseynova Könül Ramil qızı ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmışlar. Qarşılıqlı iddia təmin olunmamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 21.05.2018-ci il tarixli, 2(105)-2027/2018 saylı qətnaməsilə cavabdehlər Cavabdeh2, X23, Cavabdeh4, Cavabdeh3, X6 və Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07.03.2018-ci il tarixli, 2(060)- 2556/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegyasının 31.10.2018-ci il tarixli, 2(102)-6243/18 saylı qərarı ilə cavabdehlər Cavabdeh2 və qeyrilərinin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki ollegiyasının 21.05.2018-ci il tarixli, 2(105)-2027/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apelyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 01.03.2019-cu il tarixli, 2(105)-824/2019 saylı qətnaməsilə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, X23, Cavabdeh4, Cavabdeh3, X11 və Cavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07.03.2018-ci il tarixli, 2(060)- 2556/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia təmin edilmişdir. X23, Cavabdeh4, Cavabdeh3, X11, Cavabdeh1 və Cavabdeh2 ünvan 1-yə yaşayış hüquqları tanınmışdır. İlk iddia təmin edilməmişdir. O, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 01.03.2019-cu il tarixli, 2(105)-824/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki Kollegiyvsının 22.08.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamədə göstərir ki, cavabdehlərin mübahisəli mənzilə yaşayış hüquqları qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tanınmışdır. İşdən göründüyü kimi iddiaçı 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və daimi olaraq mübahisəli mənzili tərk etmişdir. İddiaçının mənzili müvəqqəti deyil, daimi olaraq tərk etməsi səbəbindən mənzilə olan istifadə hüququnu da itirmişdir. Bu səbəbdən də iddiaçının həmin mənzilə köçürülməsi barədə iddiası əsaslı deyildir. Cavabdehlərin mübahisəli mənzilə yaşayış hüquqlarının qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə tanınmasına məhkəmə əsaslanırdısa, həm də nəzərə almalı idi ki, onun da yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə məhkəmədə iddia qaldırılmamışdır. Halbuki yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. O, ailə qurmağı ilə əlaqədar daimi olaraq deyil, müvəqqəti olaraq mübahisələndirilən mənzildən getmiş, kənar yerdə nə onun, nə də ərinin evi olmamış və hazırda da yoxdur. O, 20 il mübahisələndirilən mənzildə yaşamış, qeydiyyatı əvvəldən bu mənzilədir, uzun illər babasının ailə üzvü olmuş, elə cavabdehlərin özləri ilə də təsərrüfatı birgə idarə edib bu mənzildə yaşamış və yaşamaq hüququ qazanmışam. Cavabdehlərin onu bu mənzilə buraxmamağa mənəvi haqqları da çatmır. Məhkəmə heç bir sübuta əsaslanmadan subyektiv mülahizəyə əsasən onun mübahisələndirilən mənzildən daimi olaraq getməsi qənaətinə gəlmişdir. Məhkəmənin bu mövqeyi ilə də razılaşmır, o, mənzildən daimi olaraq deyil, müvəqqəti olaraq, geri qayıtmaq şərtilə çıxmışdır. Ən başlıcası budur ki, mübahisəli mənzilə dair X3 adına 28 oktyabr 1990-cı İldə verilmiş 684 saylı order saxtadır, qanunsuz yollarla əldə olunmuşdur. Babasının adına olan bir order ləğv olunmadan, eyni mənzilə başqasına 2-ci bir order verilə bilməz, bu tamamilə qanunsuzdur. Onun mübahisənin predmeti olan mənzildən istifadə etmək, orada yaşamaq hüququ vardır və ona görə də hesab edir ki, azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməlidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1549/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, o, 1992-ci ildə mərhum əri Əmircan Hüseynovla birlikdə mübahisəli mənzilə köçmüş, mübahisəli mənzili mərhum əri 1992-ci ildə iddiaçının babası X15 5 min manat ödəməklə almışdır. O vaxtdan indiyədək onlar həmin mənzildə yaşayır. İddiaçının anası və babası vəfat etdikdən sonra iddiaçıya o özü baxmış, iddiaçı 2010-cu ildə ailə qurub mübahisəli mənzili tərk edib, həmin vaxtdan etibarən 2016-cı ilədək mübahisəli mənzilə gəlməmişdir. 2016-cı ildə iddiaçı onlara qonaq gəlmiş və etdiyi hərəkətlərə görə peşmanlığını bildirmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1549/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1549/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili X32 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1549/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə üzrə cavabdehlər X9 və Cavabdeh1, maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 24-də yerləşən 2 saylı mənzil Müdafiə Nazirliyinin keçmiş Nasosnu MİS tərəfindən 28 oktyabr 1965-ci il tarixli, 614 saylı order əsasında iddiaçının babası X8 sahibliyinə və istifadəsinə verilmişdir. Həmin mənzildə iddiaçı, onun babası X17, atası X13 və anası X14 birlikdə yaşamışlar. İş materiallarından görünür ki, iddiaçının anası 1995-ci ildə, atası 1997-ci ildə, babası isə 2002-ci ildə vəfat etmişlər. İddiaçı ilə X10 11.05.2010-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından 15.02.2011-ci il təvəllüdlü Qızılgül və 25.09.2014-cü il təvəllüdlü Yusif doğulmuşlar. İş materialdlarından görünür ki, iddiaçı 2010-cu ildə ailə qurması ilə əlaqədar olaraq həmin mənzildən çıxmış, lakin özü və uşaqları mənzildə pasport qeydiyyatında qalmışlar. Müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 07.03.2018-ci il tarixli, 2(060)-2556/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X23, Cavabdeh4, Cavabdeh3 Əmican oğlu, X11, Cavabdeh1 qarşı orderin və qeydiyyatın etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş, mübahisəli mənzilə dair X3 adına 28.10.1990-cı ildə verilmiş 684 saylı order etibarsız hesab edilmiş, cavabdehlərin həmin mənzilə qeydiyyatları etibarsız hesab edilmiş və cavabdehlərin və azyaşlı övladları - X19, X16, X24 və Hüseynova Könül Ramil qızının mübahisəli evə qeydiyyatlarının etibarsız hesab edilməsi və onların mənzildən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 21.05.2018-ci il tarixli, 2(105)-2027/2018 saylı qətnaməsi ilə cavabdehlərin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07.03.2018-ci il tarixli, 2(060)-2556/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31.10.2018-ci il tarixli, 2(102)-6243/2018 saylı qərarı ilə cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 21.05.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 01.03.2019-cu il tarixli, 2(105)-824/2019 saylı qətnaməsi ilə cavabdehlərin apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07.03.2018-ci il tarixli, 2(060)-2556/2018 saylı qətnaməsi ləğv edilərək İddiaçı ilk iddiaçı rədd edilmiş, cavabdehlər X20, Cavabdeh4, Cavabdeh3 Əmican oğlu, X11, Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiası təmin edilməklə onların mübahisəli mənzilə yaşayış hüquqları tanınmışdır. Həmin qətnamədən İddiaçı vermiş olduğu kassasiya şikayəti Azərbaycan Revspublikası Ali Məhkəməsinin Müdlki Koldlegiyasının 22 avqust 2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa müəyyən edilmişdir ki, 28.10.1990-cı il tarixli orderə əsasən mübahisəli mənzil X4 verilmiş və orderdə onun ailə üzvləri kimi hazırkı iş üzrə cavabdehlər göstərilmişdir. Beləliklə müəyyən olunmuşdur ki, mübahisəli mənzilin iddiaçının babası Andrey Zverevə 1965-ci ildə order əsasında verilməsi, həmin mənzildə iddiaçı, babası, atası və anası ilə birlikdə yaşaması, iddiaçının anasının 1995-ci ildə, atasının 1997-ci ildə, babasının isə 2002-ci ildə vəfat etməsi, iddiaçının və uşaqlarının da mübahisəli mənzildə qeydiyyatda olması, iddiaçının 2010-cu ildə ailə quraraq həmin mənzildən getməsi, 28.10.1990-cı il tarixli orderə əsasən mübahisəli mənzil cavabdeh X4 verilməsi işin mübahisələndirilməyən hallarıdır. Hazırda iddiaçı həmin mənzildə pasport qeydiyyatına olmasına əsaslanaraq özünün və uşaqlarının mənzilə köçürülməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçi ilə 1965-ci ildə mənzil kirayə müqaviləsi bağlanmış və 2002-ci ildə vəfat edən babası Andrey Zverevin hələ sağlığında mənzilə dair cavabdeh X3 adına balans saxlayan tərəfindən 28.10.1990-cı ildə 684 saylı order verilmişdir. İddiaçı mülkiyyətçi ilə yeni mənzil kirayə müqaviləsi bağlamağa cəhd göstərməmiş, 2010-cu ildə mübahisəli mənzili daimi tərk etmiş, ailə quraraq ər evinə köçmüşdür. Belə olan halda mənzildə yaşayış sahəsində istifadə hüququna xitam verilməsi üçün ayrıca məhkəmə aktının olması zəruri deyildir, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü andan pozulmuş hesab edilir. Eləcə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzildən köçməsinin ailə qurması ilə əlaqədar olması onun yaşayış sahəsini müvəqqəti tərk etməsini istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Müəyyən edilmişdir ki, mübahisəli ev iddiaçının babası Andrey Zverevə 28.10.1965ci ildə order əsasında verilmişdir. İddiaçı xx xxxx 1990-cı ildə anadan olmuşdur. Bu səbəbdən hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisəli mənzil 28.10.1965-ci ildə order əsasında Andrey Zverevə verilmişdir. İddiaçı onun ailə üzvü kimi mənzilə istifadə hüququ əldə etmişdir. X21 ailə üzvləri ilə birlikdə həmin evə köçmüş və orada yaşamışlar. 28.10.1990-cı il tarixində Əmircan Hüseynova mənzilə dair order verilmişdir. İddiaçı 2010-cu ildə rəsmi nikaha daxil olaraq mübahisəli mənzili tərk etmişdir. Sonradan iddiaçı cavabdehlərə qarşı 28.10.1990-cı il tarixli orderin etibarsızlığı və mənzildən çıxarılma barədə məhkəmədə iddia qaldırmış, cavabdehlər isə ona qarşı mənzilə yaşayış hüququnun tanınması barədə qarşılıqlı iddia vermişlər. Tərəflər arasında gedən məhkəmə mübahisələrinin nəticəsi olaraq sonda Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.03.2019-cu il tarixli, 2(105)-824/2019 saylı qətnaməsilə iddiaçının iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, cavabdehlərin mübahisəli mənzilə yaşayış hüquqları tanınmışdır. Göründüyü kimi cavabdehlərin mübahisəli mənzilə yaşayış hüquqları qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tanınmışdır. Hazırda iddiaçı həmin mənzilə köçürülməsini istəyir. İşin müəyyən edilmiş hallarına əsasən mübahisəli mənzil özəlləşdirilməmişdir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (60). Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (87). “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi” haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşdən göründüyü kimi iddiaçı 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və daimi olaraq mübahisəli mənzili tərk etmişdir. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, onun mübahisəli mənzili müvəqqəti deyil, daimi olaraq tərk etməsi səbəbindən iddiaçının mübahisəli mınzilə olan istifadə hüququ da itirilmişdir. Bu səbəbdən iddiaçının həmin mənzilə köçürülmə barədə iddiası əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməsi ilə onların hüququnun pozulmasını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində onların hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə dəşikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apelyasiya şikayətində cavabdeh tərəfindən torpağın qanunsuz olaraq zəbt edildiyi qeyd edilsə də iş materialları ilə təkzib olunur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti isə təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1549/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1718/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1718/2021
13.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver