Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1728/2021 21.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Nümayəndə, Cavabdeh: Cavabdeh2, İlk iddia üzrə cavabdehin nümayəndəsi: X6 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması tələbinə dair ilk, Cavabdeh2 İddiaçı və «xxxx» MTK-nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) ilk iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə ˝xxxx˝ MMC arasında 12.12.2015-ci il tarixli, 15 saylı müqavilə (20.03.2007-ci il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə) və İddiaçı ilə ˝xxxx˝ MMC-nin hüquqi varisi ˝1hedbavaC˝ MTK arasında 08.01.2016-cı il tarixli, 204 saylı müqavilələrin etibarsız hesab edilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ˝xxxx˝ MMC ilə İddiaçı arasında ˝xxxx˝ MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa etdiyi yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 60 saylı mənzilin pay alqı-satqısına dair bağlanmış 20.03.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ˝1hedbavaC˝ MTK-ya və Cavabdeh2 qarşı iryeq˝-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair˝ iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ˝1hedbavaC˝ MTK-ya qarşı 03.02.2010-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113.52 kvadrat metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi iddiası ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi ilə Cavabdeh2 ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113.52 kvadrat metr olan qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin mənzilin ona təhvil verilməsi tələbi təmin edilmişdir. 18 iyun 2019-cu il tarixli bildirişlə Cavabdeh1 MTK-ya rəsmi qaydada müraciət olunaraq 5 (beş) gün ərzində “xxxx” MMC ilə bağlanılmış 20 mart 2007-ci il tarixli alıq-satqı müqaviləsinə və maliyyə arayışına əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsi və ona rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh1 MTK 22 iyun 2019-cu il tarixli 22/06 saylı məktubu ilə ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113.52 kvadrat metr olan qeyri-yaşayış sahəsinə Cavabdeh2 təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi çıxarıldığından ərizəsində göstərilən tələblərin yerinə yetirilməyin qeyri-mümkünsüzlüyü və qanunvericiliyin tələblərinə müvafiq olaraq çıxarılmış məhkəmə qətnaməsi hüquqlarını pozduğundan məhkəməyə müraciət etmək hüququndan istifadə etməyi tövsiyə edilmişdir. Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Sonradan ona məlum olmuşdur ki, iştirakı təmin olmadan bu barədə ona xəbər verilmədən, Cavabdeh1 MTK tərəfindən məlumatlandırılmadan mülkiyyət hüquqlarıma toxunan qətnamə qəbul edilmişdir. “xxxx” MMC ilə (hüquqi varis Cavabdeh1 MTK) 20 mart 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair 119 000 manat tərəfindən tam ödənilmişdir. Bu haqda müvafiq maliyyə arayışı imzalanıb təsdiq edilərək ona verilmişdir. Həmin müqavilənin 1,1bəndinə əsasən “İcraçı” Abşeron rayon İH başçısının 25,08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinə ibarət bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürür. 1.2,ci bəndinə əsasən “Payçi” müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi, mənzili qəbul etməyi öz öhdəsinə götürür. Abşeron rayon İH-nin başçısının 301 saylı, 25.08.2006-cı il tarixli sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin daxilində 113.52 kv.metrinə dair Cavabdeh2 “xxxx” MMC arasında 03 fevral 2012-ci il tarixli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən hər kvadrat metri 543 manat olmaqla ümumilikdə 61460 manat ödənildiyi qeyd edilmişdir. Müvafiq maliyyə arayışı verilmişdir. Cavabdeh2 ilə “xxxx” MMC arasında 03 fevral 2012-ci il tarixli müqavilə onunla bağlanılmış müqavilədən 5 il sonra bağlanılmışdır. Qeyri-yaşayış sahəsinə dair sərəncam vermək hüququ onda olduğu halda qeyri-yaşayış sahəsi təkrar Cavabdeh2 əsassız otaraq satılmışdır. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinə görə cavabdeh ”Cavabdeh1” MTK-nə tərəfindən tam olaraq haqq ödənilmiş və qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. Qeyri-yaşayış sahəsi ona təhvil verilməli, Cavabdeh2 ilə “xxxx” MMC arasında bağlanmış 03 fevral 2012ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Sadalananları əsas tutaraq o, məhkəmədən Cavabdeh2 ilə “xxxx” MMC arasında bağlanmış 03 fevral 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifələri Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ilk iddia üzrə Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, ilk İddiaçı öz iddia ərizəsində bütün arqumenti onun üzərində qurmuşdur ki, guya o, mənzili ondan əvvəl əldə etmiş və buna görə də, İddiaçı mənzilə olan hüquqları ondan üstün hesab edilməlidir. Həmçinin, İddiaçı öz iddia ərizəsində göstərmişdir ki, guya Abşeron Rayon Məhkəməsi Cavabdeh2 ˝xxxx˝ MMC-yə qarşı iddia tələbi üzrə 2(012)-1519/2018 saylı işə baxarkən kobud prosessual pozuntuya yol verərək işi birtərəfli aparmaqla hərtərəfli araşdırmamış, qəbul ediləcək qətnamənin üçüncü şəxslərin hüquqlarını poza biləcəyini nəzərə almamış, hal-hazırda mübahisəli mənzilin kimin mülkiyyətində olmasını müəyyən etmədən qanunsuz və əsassız 09.04.2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnamə qəbul etmişdir. Sonradan İddiaçı məlum olmuşdur ki, iştirakı təmin olunmadan, bu barədə İddiaçı xəbər verilmədən cavabdeh ˝1hedbavaC˝ MTK tərəfindən məlumatlandırılmadan maraqlarına toxunan qətnamə qəbul edilmişdir. Həmin qətnamədən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Halbuki, onunla ˝xxxx˝ MMC arasında bağlanmış 03.02.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa olunmuş V blok yaşayış mərtəbəsində ümumi sahəsi 113.52 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair qeyri-yaşayış sahəsinə dair 61460 manat onun tərəfindən tam şəkildə ödənilmiş və bununla da həmin mənzil üzərində onun istifadə və sahiblik hüquqları yaranmışdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi ilə həmin qeyri-yaşayış sahəsinə dair onun sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin sahənin ona təhvil verilməsi ˝1hedbavaC˝ MTK-ya həvalə edilmiş, həmin qətnamə hazırda qanuni qüvvəsini almışdır. Həmin 2(012)-1519/2018 saylı işin materialları ilə də sübut olunur ki, doğrudan da həmin məhkəmə prosesi dövründə mübahisəli mənzilə dair onunla ˝xxxx˝ MMC arasında bağlanmış 03.02.2012-ci il tarixli alqı-satqı müqaviləsindən başqa digər müqavilə, o cümlədən ilkin İddiaçıla ˝xxxx˝ MMC arasında alqı-satqı müqaviləsi mövcud olmamış, həmin məhkəmə prosesində iştirak edən ˝1hedbavaC˝ MTK-nın sədri X9 onun iddiasının əsaslı olduğundan qəbul etmiş, tikinti işləri tam başa çatdıqdan sonra həmin mənzilin ona təhvil veriləcəyinə dair məhkəmədə öhdəlik götürmüşdür. Əgər doğrudan da ilkin İddiaçı hazırda mübahisələndirdiyi sahəyə dair onunla ˝xxxx˝ MMC arasında 20.03.2007-ci il tarixli alqı-satqı müqaviləsi mövcud olsaydı, onda ˝1hedbavaC˝ MTK-nın sədri R.Nəsirov bu barədə 09.04.2018-ci il tarixli məhkəmə prosesində bildirərdi. İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 20 mart 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 4 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci sində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin ona satıldığını və bu müqavilə üzrə 119 000 manat ödəməsini bildirsə də, əsl həqiqətdə onun dəlil qismində lməhkəməyə təqdim etdiyi 20 mart 2007-ci il tarixli müqavilə və bu müqavilə üzrə 119000 pul ödəməsinə dair maliyyə arayışı həqiqətə uyğun olmayıb, 2012-ci ildən sonrakı dövrə geri tarixə saxtalaşdırılaraq, qanunsuz yolla əldə edilmişdir. İddiaçı hazırda mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə dair məhkəməyə təqdim etdiyi 20.03.2007-ci il tarixli müqavilə və maliyyə arayışı saxta olduğu səbəbindən etibarsızdır və məhkəmədə mübahisə predmeti ola bilməz. Belə ki, İddiaçı hazırkı məhkəməyə yazılı sübut qismində təqdim etdiyi və sonuncu ilə “xxxx” MMC arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış 20 mart 2007-ci il tarixli müqavilə və maliyyə arayışının saxta sənəd olmasını və 2012-ci ildən sonrakı dövrdə geri tarixə saxtalaşdırılması faktı birbaşa aşağıdakı hallar ilə sübut olunur. Mübahisəli sahəyə dair İddiaçı məhkəməyə dəlil qismində təqdim etdiyi 20 mart 2007-ci il tarixli müqavilə blankı öz qrup mənsubiyyətinə görə 2007-ci ildə istifadə olunmuş blank formatına uyğun olmayıb, 2012-ci ildən sonra istifadə olunmuş blank qruplarına aiddir. Belə ki, Abşeron RİH Başçısının 25 avqust 2006-cı il tarixli 301 №-li sərəncamının 1-ci bəndinə əsasən “xxxx” MMC-yə Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ərazidə 4 ha sahədə İ mərtəbəsi qeyri-yaşayış olan, 12 mərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Odur ki, 2012-ci il tarixədək bu binanın layihəsi cəmi 13 mərtəbədən ibarət olmaqla, 1-ci mərtəbəsi qeyri-yaşayış, 2-13-cü mərtəbələrindəki cəmi 12 mərtəbəsi isə yaşayış üçün nəzərdə tutulmuşdur. Hamıya məlum olduğu kimi, həmin vaxt “xxxx” MMC-nin qaydalarına əsasən, 1ci mərtəbə qeyri-yaşayış mərtəbəsi kimi, 2-13cü mərtəbələrində yerləşən cəmi 12 yaşayış mərtəbələri isə müvafiq olaraq 1-12 mərtəbə kimi qəbul edilmiş və buna görə də 2012-ci ilədək olan dövrdə istifadə olunmuş bütün əvvəlki müqavilə blanklarında “12 mərtəbəli bina” sözündən istifadə olunmuş və heç bir halda “14 mərtəbəli” sözündən istifadə olunmamışdır. Lakin, 2012-ci ildən sonra binanın konstruksiyasında dəyişiklik edilərək daha 2 mərtəbə artırılaraq 15 mərtəbəli olmuş, bunun 1-ci mərtəbəsi qeyri-yaşayış, 2-14-cü yaşayış mərtəbələri isə müvafiq olaraq 1-14 mərtəbə kimi qəbul edilmişdir. Bu səbəbdən də 2012-ci ildən sonrakı dövrdə “xxxx” MMC-də istifadə olunmuş bütün müqavilə blanklarının 1-ci “Müqavilənin predmeti” bəndinin 1.1 yarımbəndində "14 mərtəbəli yaşayış evi” sözündən istifadə olunmuşdur. Halbuki, İddiaçı hazırda məhkəməyə təqdim etdiyi mübahisəli qeyri-yaşayış sahəsinə dair 20 mart 2007-ci il tarixli müqaviləsinin 1-ci “Müqavilənin predmeti” bəndinin 1.1 yarımbəndində “14 mərtəbəli yasavıs evi” sözündən istifadə olunmuşdur ki, bu da öz qrup mənsubiyyətinə görə birbaşa sübut edir ki, əsil həqiqətdə həmin müqavilə 2012-ci ildən sonrakı dövrdə bir qrup vəzifəli şəxslərlə birlikdə geri tarixə saxtalaşdırılmaqla, qanunsuz yolla əldə edilmişdir. Həmçinin, yuxarıda qeyd etdiyim kimi Abşeron RİH Başçısının 25 avqust 2006cı il tarixli 301 №-li sərəncamına uyğun olaraq 2012-ci ilədək “xxxx” MMC-nin istifadə etdiyi müqavilə blanklarında binanın İ mərtəbəsi qeyri-yaşayış mərtəbəsi kimi, 2-13-cü mərtəbələrində yerləşən yaşayış mərtəbələri isə müvafiq olaraq 1-12 mərtəbə kimi göstərildiyi səbəbindən, bütün hallarda qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələrin 1-ci “Müqavilənin predmeti” bəndinin 1.1 yarımbəndində heç bir halda “1-ci mərtəbə” sözündən istifadə olunmamış, “qeyri-yaşayış mərtəbəsi” sözündən istifadə olunmuşdur. Halbuki, İddiaçı hazırda məhkəməyə təqdim etdiyi mübahisəli qeyri-yaşayış sahəsinə dair 20 mart 2007-ci il tarixli müqavilənin 1-ci “Müqavilənin predmeti” bəndinin 1.1 yarımbəndində '1-ci mərtəbə” sözündən istifadə olunmuşdur ki, bu da öz qrup mənsubiyyətinə görə birbaşa sübut edir ki, əsil həqiqətdə həmin müqavilə 2012-ci ildən sonrakı dövrdə, əsasən 2019-cu ildə bir qrup vəzifəli şəxslərlə birlikdə geri tarixə saxtalaşdırılmaqla, qanunsuz yolla əldə edilmişdir. Belə ki, “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh1 MTK-nın yeni rəhbəri Səməndərov 2019-cu ildə qəbul etdiyi qaydalara görə, əvvəlki dövrlərdə qəbul edilmiş “mərtəbə nömrələnməsi qaydaları”nı dəyişdirərək, qeyriyaşayış mərtəbəsini 1-ci mərtəbə kimi, yaşayış mərtəbələrini isə müvafiq olaraq 2-15-ci mərtəbələr kimi göstərmişdir. Yəni, ilk dəfə qeyri-yaşayış mərtəbələri İ-mərtəbə kimi yalnız 2019-cu ildən etibarən şöstərilmisdir. Həmçinin, İddiaçı məhkəməyə yazılı sübut qismində təqdim etdiyi mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə blankının arxa tərəfində 11ci “Tərəflərin hüquqi ünvanı və rekvizitləri” bənddə olan icraçı “xxxx” MMC-nin hüquqi ünvanı 04 oktyabr 2005-ci il tarixdə qeydiyyata alındığı “Bakı şəhəri, Binəqədi rayonu” ünvanı göstərilməli olduğu halda göstərilməmiş, əvəzində isə gələcəkdə yəni 18 aprel 2007-ci il tarixdən sonra qeydə alındığı “M.Ə.Rəsulzadə 1” ünvanı göstərilmişdir. Odur ki, bu müqavilə bağlandığı anda mövcud olmayan gələcək ünvanın 1 ay əvvəl göstərilməsi faktı birbaşa qeyd olunan müqavilənin ən azı 18 aprel 2007-ci il tarixdən sonrakı dövrdə geri tarixə yazılaraq saxtalaşdırıldığını sübut edir. Həmçinin, İddiaçı həmin müqavilə blankın arxa tərəfində 11-ci “Tərəflərin hüquqi ünvanı və rekvizitləri” bənddə, “Payçının imzası” olan yerdə İddiaçı şəxsiyyət vəsiqəsindəki imzasına uyğun olmayan imza aşkar olunur ki, müqavilənin bağlandığı anda İddiaçı tərəfindən deyil, başqa səlahiyyətsiz naməlum şəxs tərəfindən imza edildiyini sübut edir. Odur ki, həmin müqavilə naməlum başqa səlahiyyətsiz şəxs tərəfindən imzalandığı səbəbindən etibarsızdır. Ən əsası isə odur ki, “xxxx” MMC-nin inşa etdiyi bu binanın tikintisinə Abşeron rayon İcra Başçısının 25 avqust 2006-ci il tarixli 301 №-li sərəncamı ilə icazə verilsə də, bu binanın İ, İİ, İİİ və İV bloklarının tikintisi üçün torpaq sahəsi 28 dekabr 2007-ci ildə Xırdalan bələdiyyəsi tərəfindən ayrılaraq icarəyə verilmiş, V blokun torpaq sahəsi və bu torpaq sahəsinin üzərindəki yeməkxana isə 28 sentyabr 2007-ci il tarixədək X.İ.Xalıqovun mülkiyyətində olduğu və həmin vaxt bu yeməkxana fəaliyyət göstərdivi səbəbindən “xxxx” MMC-nin mülkiyyətində olmamış, bu səbəbdən də həmin vaxt bu binanın V bloku ümumiyyətlə mövcud olmamışdır. Lakin, “xxxx” MMC-nin direktoru E.Tağıyev ilə X.İ.Xalıqov arasında bağlanmış 28 sentyabr 2007-ci il tarixli müqaviləyə əsasən 498,8 kv.metr olan qeyriyaşayış binası, yəni yeməkxana “xxxx” MMC-yə təhvil verilmiş, yalnız bundan sonra həmin yeməkxananın torpaq ərazisi “xxxx” MMC-yə məxsus olmuş və üzərindəki yeməkxana sökülərək, 2009-cu ildən sonra hazırda mübahisələndirilən V blok inşa edilməyə başlamışdır. Yəni, İddiaçı müqaviləsinin doğruluğuna inansaq, onda görərik ki, 20 mart 2007-ci il tarixdə sözügedən V blok ümumiyyətlə mövcud olmamış və E.Tağıyevin o dövrdə “xxxx” MMC-nin mülkiyyətində olmayan, yəni özgənin mülkiyyətində olan həmin torpaq və əmlak üzərindəki mülkiyyətə dair sərəncam vermək hüququ da olmamış və bu səbəblərdən də mülki qanunvericiliyin tələblərinə əsasən mövcud olmayan əşyaya dair müqavilə etibarsız hesab edilməlidir. Qeyd olunan faktlar birbaşa, İddiaçı hazırda ona qarşı yazılı sübut qismində məhkəməyə təqdim etdiyi 20 mart 2009-cu il tarixli müqaviləsinin sonradan geri tarixə saxtalaşdırıldığını sübut edir. Beləliklə, İddiaçı “xxxx” MMC ilə arasında mübahisəli sahəyə dair müqaviləsinin guya 20 mart 2007-ci il tarixdə bağlandığını göstərsə də, yuxarıda qeyd olunan çoxsaylı faktiki hallar birbaşa həmin müqavilənin ən azı 2012-ci ildən sonrakı dövrdə geri tarixə saxtalasdırılaraq, qanunsuz yolla əldə edildiyini sübut edir. Odur ki, İddiaçı həmin saxta müqaviləyə istinad edərək, onun müqavilənin etibarsızlığını və qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmək hüququ yoxdur. Buna gorə də, ilkin İddiaçı idda tələbi rədd olunmalıdır. Halbuki, ilkin İddiaçı hazırda iş materiallarına əlavə etdiyi 20 mart 2007-ci il tarixli müqaviləsi ilə birbaşa sübut olunur ki, bu müqavilə blankı nümunəsi “xxxx” MMC-də 2012-ci ildən əvvəlki dövrdə heç bir halda istifadə edilməmiş və bütün hallarda 2012-ci ildən sonrakı dövrdə istifadə olunmuş blank qruplarına aid olub, 2012-ci ildən sonra geri tarixə saxtalaşdırılmışdır. Bundan başqa, əgər S. Məsimovun məhkəməyə təqdim etdiyi 20 mart 2007-ci il tarixli müqaviləsinin doğruluğuna inansaq, onda görərik ki, İddiaçı “xxxx” MMC ilə müqavilə bağladığı həmin vaxt “xxxx” MMC-nin inşa ertdirdiyi binanın V bloku ümumiyyətlə mövcud olmamış və bu blokun yerindəki torpaq ərazisi və üzərindəki yeməkxana özgənin mülkiyyətində olduğu səbəbindən, “xxxx” MMC-nin direktoru Elman Tağıyevin özgəsinin mülkiyyəti üzərində sərəncam vermək hüququ olmadığı bir halda, İddiaçıla bağladığı 20 mart 2007-ci il tarixli müqaviləsi etibarsız və ya əhəmiyyətsiz əqddir. Beləliklə, İddiaçı hazırda mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə dair 20 mart 2007-ci il tarixli müqaviləsi saxta olduğundan, onun həmin mübahisəli qeyri-yaşayış sahəsi üzərində heç bir sahiblik və istifadə hüququ yoxdur və ola bilməz. Mövcud mülki qanunvericiliyin tələblərinə əsasən “xxxx” MMC-nin hüquqi varisi olan Cavabdeh1 MTK-nın sədri Səməndərovun məhkəməyə təqdim etdiyi 16 sentyabr 2019-cu il tarixli 16\19 №li arayışında göstərilən məlumatlar isə əsassız və qanunsuz olduğundan sübutların siyahısından çıxarılmalı, onun hazırkı məhkəməyə saxta dəlillərlə ardıcıl və davamedici şəkildə təsir göstərməsi faktına hüquqi qiymət verilməklə qarşısı alınmalıdır. Çünki, həmin arayışda yazılanların heç biri həqiqət deyil. Səməndərov 2019-cu ilin əvvəllərindən başlayaraq, əvvəllər heç bir halda Cəmiyyətin siyahısında olmamış və ya mənzil münasibətlərinə xitam verilmiş şəxsləri qanunsuz olaraq Cəmiyyətin əvvəlki sədrindən təhvil aldığı payçıların siyahısına əlavə edərək, əsil payçılara böyük problem yaratmış və mənzillərin sahəsinin güya müqavilədə göstərilmiş sahədən daha artıq olmasını bildirərək, qanunsuz olaraq payçıları həmin artıq sahəyə dair pul ödəməyə məcbur edir, müqavimət göstərən payçıların mənzillərinə isə güya ondan əvvəl payçı olmasına dair saxta müqavilələr yazdıraraq, həmin saxta sənədlər əsasında onların mənzillərini qanunsuz olaraq əllərindən alır, ona “itaət edənlərə isə əlverişli şərait yaradır. Arayışda Səyyarla bağlanmış saxta müqavilənin hazırda qanuni qüvvədə olmasına dair məhkəməyə saxta arayış verməsi, onun həmin qanunsuz müqavilədəki mübahisəli qeyri-yaşayış sahəsinin İddiaçı saxta sənədlər əsasında satılmasında iştirakını birbaşa sübut edir. Həmçinin, işin faktiki halları ilə də sübut olunur ki, həqiqətən də həmin mübahisəli qeyri-yaşayış sahəsi ilk olaraq 03 fevral 2012-ci il tarixli müqaviləyə əsasən ona satılmış və həmin qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfindən “xxxx” MMC-yə tam şəkildə ödənilmişdir. Əgər, ilkin İddiaçı 20 mart 2007-ci il tarixli müqaviləsinin doğruluğuna inansaq, onda mövcud mülki qanunvericiliyin tələblərinə əsasən, həmin 20 mart 2007-ci il tarixli müqavilə üzrə müqavilə tələbi ötürüldüyü səbəbindən, məhkəmə ilkin İddiaçı iddia tələbindən imtinaya barəsində qərar çıxarmalıdır. Buna görə də, İddiaçı ona və Cavabdeh1 MTK-inə qarşı vermiş olduğu ona aid müqavilənin etibarsız hesab edilməsi və mübahisəli qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə ilkin iddia ərizəsinin tamamilə rədd olunması və onun hazırkı iş üzrə vermiş olduğu qarşılıqlı iddia tələbimin isə təmin edilərək, “xxxx” MMC ilə İddiaçı arasında “xxxx” MMC-nın Xırdalan şəhəri, M.Ə.Rəsulzadə kucəsi 1A ünvanında inşa etdiyi yaşayış binasının 5-ci blokunun qeyri-yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin pay alqı-satqısına dair bağlanmış 20 mart 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ilk iddia üzrə İddiaçı ilk iddiası əsassız olduğu üçün təmin edilməməsi və onun qanunsuz hərəkətləri ilə ona vurduğu mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə cavab vermir və onun qanunla qorunan mənafelərini və hüquqlarını ciddi şəkiodə pozulmuşdur. İddiaçı məhkəməyə yazılı sübut qismində təqdim etdiyi 20 mart 2007-ci il tarixli müqaviləsinin və maliyyə arayışının sonradan geri taxirə saxtalaşdırıldıgını birbaşa sübut edən bu faktların yoxlanmasına dair vəsatətə əhəmiyyət verməmişdir. Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qətnaməsini əsassız və qanunsuz olması, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi və pozulması ilə qəbul edildiyi səbəbbindən ləğv edilməsini, “xxxx” MMC ilə İddiaçı arasında “xxxx” MMC-nin Xurdalan əhəri, M.Ə.Rəsulzadə küçəsi 1 A ünvanında inşa etdiyi yaşayış binasının 5-ci blokunun qeyri-yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsinin pay alqı-satqısına dair bağlanmış 20 mart 2007-ci il tarixli müqavilə etibarsız hesab edilməsi barədə, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İlk iddia üzrə İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. İlk iddia üzrə cavabdehin nümayəndəsi A.A.Orucov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddia ərizəsini qismən təmin edərkən, tərəflər arasında müqavilənin bağlandığı anda qanunun pozulmasına, qarşılıqlı iddianı təmin etməyərək, iddiaçıya maddi ziyanın vurulmasına və alqı-satqı müqaviləsinin etibarsızlığına heç bir əsasın olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 18.06.2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı ˝xxxx˝ MMC-nin hüquqi varisi ˝1hedbavaC˝ MTK-ya müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi barədə müraciət edərək, 3 gün ərzində ˝xxxx˝ MMC ilə 20.03.2007-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 m2 olan qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə hüquqlarının tanınması, mənzilin ona təhvil verilməsi barədə tədbirlər görülməsi barədə müraciət etmişdir. İşə əlavə olan ˝1hedbavaC˝ MTK-nın 22.06.2019-cu il tarixli, 22/06 saylı cavab məktubunda göstərilir ki, ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 m2 olan qeyri-yaşayış sahəsinə dair İddiaçıla 20.03.2007-ci il tarixli müqavilə bağlanmış və hər kvadrat metri 1000 manat olmaqla 119000 manat ödənilməsi barədə 20.03.2007-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin həmin mübahisəli 113.52 kv.m olan qeyri-yaşayış sahəsi 03.02.2012-cu il tarixli müqaviləyə əsasən təkrar digər payçı Cavabdeh2 satılmışdır. Hər kvadrat metrə görə 543 manat ödənilməklə ümumilikdə 61460 manat ödənildiyi müqavilədə qeyd edilmişdir. Payçı N.Xəfərov 03.02.2012-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113.52 m2 olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin mənzilin ona təhvil verilməsi iddiası ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsi 09.04.2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsilə Cavabdeh2 ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cu blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 60 saylı mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair manelərin aradan qaldırılması və həmin mənzilin ona təhvil verilməsi tələbi təmin edilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçıla bağlanmış həmin mənzilə dair 20.03.2007-ci il tarixli müqavilə və maliyyə arayışı məhkəməyə hansı səbəbdən təqdim edilməməsi və İddiaçı məhkəməyə cəlb edilməməsi barədə məlumat yoxdur. ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 m2 olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsinə dair ərizə ilə əlaqəli məlumat üçün bildirilir ki, həmin mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsi 09.04.2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi çıxarıldığından ərizədə göstərilən tələblərin yerinə yetirilməsi qeyri-mümkündür. Yuxarıda göstərilənləri nəzərə alaraq, qanunvericiliyin tələblərinə müvafiq olaraq çıxarılmış məhkəmə qətnaməsi İddiaçı hüquqlarına toxunduğundan maraqlı şəxs kimi məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. İşə əlavə olan 20.03.2007-ci il tarixli ˝xxxx˝ MMC-nin direktoru E.H.Tağıyev və İddiaçı arasında bağlanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci mərtəbə, ümumi sahəsi 119 m2 olan 5-ci blokunda izolə olunmuş qeyri-yaşayış sahəsi pay kimi İddiaçı verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 1000 manat təşkil edir. Sahəsi 119 m2 olan mənzil üçün 119000 manat. İş materiallarında olan ˝xxxx˝ MMC-nin 20.03.2007-ci il tarixli maliyyə arayışdan görünür ki, ünvan 6 ünvanda yerləşən yaşayış binası ˝xxxx˝ MMC-yə məxsusdur. Həmin binanın 5-ci blok, 5-ci mərtəbəsində, ümumi sahəsi 119 m2 olan, qeyri-yaşayış sahəsinin dəyəri 119000 (yüz on doqquz min) manat tam şəkildə İddiaçı tərəfindən ödənilmişdir, onun ˝xxxx˝ MMC-yə heç bir borcu yoxdur. İşdə olan 03.02.2012-ci il tarixli 97 saylı ˝xxxx˝ MMC-nin direktoru E.H.Tağıyev və Cavabdeh2 arasında bağlanmış müqavilənin notarial qaydada təsdiq edilmiş surətinin 1.1ci bəndindən görünür ki, MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin, ümumi sahəsi 113.52 m2 olan 5-ci blok, izolə olunmuş market pay kimi Cavabdeh2 verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 285 manat təşkil edir. Sahəsi 133,3 m2 olan mənzil üçün 37099,50 manat. İş materiallarında olan 03.02.2012-ci il tarixli 012 saylı ˝xxxx˝ MMC-nin verdiyi maliyyə arayışının surətindən görünür ki, ünvan 7 ünvanında inşa olunan yaşayış binası ˝xxxx˝ MMC-yə məxsusdur. Həmin binanın 5-ci blok, qeyri-yaşayış sahəsi, ümumi sahəsi 113.52 m2 olan market pay dəyəri payçı Cavabdeh2 tərəfindən 61460 (altmış bir min dörd yüz altmış) manat ödənilmişdir, MMC-yə heç bir borcu yoxdur. İşə əlavə olan Abşeron Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(012)- 1519/2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ˝1hedbavaC˝ MTKya qarşı öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və qeyriyaşayış sahəsinin boşaldılması barədə iddia tələbi təmin edilmiş, Cavabdeh2 ilə ˝xxxx˝ MMC arasında bağlanan 12.08.2010-cu il tarixli müqaviləyə əsasən həmin Cəmiyyətin Abşeron rayonu, İH Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 14 mərtəbəli yaşayış evinin 3-cü blok, 10-cu mərtəbə, ümumi sahəsi 133,3 m2 olan 60 saylı, 4 otaqlı mənzilə və 03.02.2012-ci il tarixli müqaviləyə əsasən həmin binanın 5-ci blokunda qeyri-yaşayış hissəsində ümumi sahəsi 113,52 m2 olan market üçün nəzərdə tutulmuş sahəyə dair Cavabdeh2 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin sahələrin ona təhvil verilməsi vəzifəsinin ˝1hedbavaC˝ MTK-ya həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan 08.01.2016-cı il tarixli, 204 saylı müqavilədən görünür ki, həmin müqavilə ˝1hedbavaC˝ MTK-nın sədri X9 ilə İddiaçı həmin müqaviləni ˝1hedbavaC˝ MTK varisi olduğu ˝xxxx˝ MMC ilə əvvəllər bağlanmış 12.12.2015-ci il tarixli, 15 saylı müqavilənin əsasında yeni şərtlərlə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən ˝ıçarcİ˝ əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 201 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 133,6 m2 olan, izolə olunmuş 4 otaqdan ibarət 78 nömrəli mənzili pay kimi ay˝ıçyaP˝ ayırmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən ˝ıçyaP˝ müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri əvvəlki müqavilə bağlanan anda bir kvadrat metr sahə üçün 500 manat təşkil edir və cəmi 66800 manat ödənilməlidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin 6.3-cü bəndinə əsasən, X1 qərarı ilə bir kvadrat metr sahə üçün əlavə 100 manat məbləğində artırılmaqla, sahəsi 133,6 m2 olan mənzil üçün hazırda 13360 manat təşkil edir. İşdə olan ˝1hedbavaC˝ MTK 16.09.2019-cu il tarixli, 16/09 saylı arayışından görünür ki, İddiaçı 18.06.2016-cı il tarixdə ˝1hedbavaC˝ MTK-nə rəsmi qaydada müraciət etmişdir. Müraciətdə ˝xxxx˝ MMC ilə 20.03.2007-ci il tarixli müqaviləyə, müvafiq maliyyə arayışına və plan cizgiyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 m2 olan qeyri-yaşayış sahəsinə olan sahiblik, istifadə hüquqlarının bərpa edilməsi və ilkin 20.03.2007-ci il tarixli alqı-satqı müqaviləsi, müvafiq maliyyə arayışının əsillərinin ona qaytarılmasını təmin edilməsi xahiş olunmuşdur. İddiaçı 22.06.209-cu il tarixli, 22/06 nömrəli ərizəsinə rəsmi qaydada cavab verilmişdir. Bildirilmişdir ki, İddiaçı və ˝xxxx˝ MMC ilə aralarında bağlanılmış 20.03.2007-ci il tarixli müqaviləyə əsasən ünvan 9 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair hər kvadrat metri 1000 manat olmaqla 119000 manat ödənilmişdir. Bu haqda 20 mart 2007-ci il tarixli maliyyə arayışı imzalanıb təsdiq edilərək və müvafiq plan-cizgi verilmişdir. Lakin həmin mübahisəli 119 kvadrat metr sahənin 113.52 kvadrat metri 03 fevral 2012-ci il tarixli müqaviləyə əsasən təkrar digər payçı Cavabdeh2 satılmışdır. Hər kvadrat metrə görə 543 manat ödənilməklə ümumilikdə 61460 manat ödənildiyi müqavilədə və eyni tarixli maliyyə arayışında qeyd edilmişdir. Payçı Cavabdeh2 03 fevral 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113.52 kvadrat metr olan marketdən qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin mənzilin ona təhvil verilməsi iddiası ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi ilə (hakim Cəmilə Şəfıyeva) Cavabdeh2 ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İİİ blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133.6 kvadrat metr olan, 4 otaqlı, 60 saylı mənzilinə və həmin yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113.52 kvadrat metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin mənzilin və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi tələbi təmin edilmişdir. İddiaçı məhkəmə qətnaməsi onun maraqlarına birbaşa toxunduğundan maraqlı şəxs kimi məhkəməyə müraciət etmiş və müstəqil iddia ilə qeyri-yaşayış sahəsi üzrə hüquqlarım mübahisələndirmişdir. Abşeron rayon məhkəməsinin 09 aprel 2018-ci il tarixli,2(012)-1519/2018 saylı qətnaməsindən Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Hazırki iş baxılanadək Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan işin icraatı dayandırlmışıdr. Qeyd edirik ki, müqavilənin 1.1-ci bəndində qeyd olunan “14 mərtəbəli” yazı digər 2007-ci il tarixli müqavilələrdə olduğu kimi yazılmışdır. Həmin dövrdə bir neçə müqavilə forması olmuşdur ki, həmin müqavilələrdə həm 12 mərtəbəli, həm də 14 mərtəbəli sözlər yazılmışdır. ”xxxx“ MMC-nin direktoru və təsisçisi X3, eyni zamanda “xxxx”xxxx” MMC tərəfindən ünvan 10 ünvanda 14 mərtəbəli yaşayış binası inşa edildiyi və satışının həyata keçirildiyi vaxtlarda eyni tipli müqavilələrdən istifadə edildiyindən X3 “xxxx” MMC tərəfindən satılan mənzillərə də həmin müqavilələrdən istifadə etmiş və 14 mərtəbəli yazı dəyişdirilmədən saxlanılmışdır. Belə müqavilələrin, yəni 2007-ci ildə bağlanmış müqavilələrdə 12 mərtəbəli sözünün yerinə bu səbəbdən 14 mərtəbəli qeyd edilmişdir. Cavabdeh Cəfərov X5 rayon məhkəməsinə müraciət etdiyi vaxtda şirkətdə payçılardan ibarət yaradılmış “Payçıların hüquqlarının müdafiəsi təşkilatı”nın 2014-cü ildən 2018-ci il tarixdədək rəhbəri olmuşdur. Tikintidə baş verən bütün məsələlərdən xəbərdar olmuşdur. Müqavilələr üzrə payçıların yerinin əsassız dəyişdirilməsi, müqavilələr ləğv edilmədən, həmin mənzillərin digər payçılara verilməsinə birbaşa rəhbərlik edərək göstərişlər vermişdir. Cavabdeh2 mübahisələndirilən 03 fevral 2012-ci il tarixli müqavilə, həmin dövrdə “xxxx“ MMC-nin əvvəlki direktoru və təsisçisi olmuş E.H.Tağıyev barədə cinayət işi açıldığı və ünvan 11 ünvanda inşa edilən 5 bloklu yaşayış binasında tikinti işləri dayandığı bir vaxtda, həmçinin 5-ci blokun tikilmədiyi və mübahisəli olduğundan həmin sahənin 543 manat ödənilərək əldə olunması qeyri-mümkündür. Hal-hazırda da həmin 5-ci blokun tikintisi başa çatmamışdır. (15 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsi tikilir). Ona görə də məhkəmədə şirkətin əvvəlki rəhbəri məhkəmədə özü iştirak edərək öhdəliklər götürmüş, gələcəkdə ona təhvil veriləcəyi bildirmişdir. Mübahisə və maneələr olmadığı halda, gələcəkdə də heç bir problem olmayacağı bildirilsə də, hansı səbəbdən məhkəməyə müraciət olunması aydın deyildir. Digər tərəfdən 2012-ci ildə “xxxx” MMC-nin direktoru R.N.Nəsirov direktor kimi səlahiyyətləri qeydiyyata alınmadığı halda 03 fevral 2012-ci il tarixli müqaviləni imza etmişdir. Halbuki, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(012)-1519/2018 saylı mülki işdə cəmiyyətin direktoru E.H.Tağıyev tərəfindən imzalanmış və möhürlənmiş 2013-cü il tarixli öhdəliyi əlavə edilmişdir. Bu isə o deməkdir ki, R.H.Nəsirov səlahiyyətləri olmadan belə müqaviləni imzalamışdır. Kommersiya hüquqi şəxslərin Dövlət reyetsrindən çıxarışına əsasən “xxxx” MMC 04.10.2005-ci il tarixdə, 0207-A13-1003 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 2014-cü il tarixdə “xxxx” MMC-nin alqı-satqısı həyata keçirilmişdir. 28.10.2014-cü il tarixli, **********441100 nömrəli Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışına əsasən təsisçi E.H.Tağıyev öz nizamnamə kapitalındakı 100 % payını R.N.Nəsirova satmışdır. Çıxarışda qeyd edilmişdir; əvvəlki qanuni təmsilçi E.H.Tağıyev sonrakı qanuni təmsilçi R.N.Nəsirov. Tarix 28.10.2014. Göründüyü kimi 28.10.2014-cü il tarixədək “xxxx” MMC-nin icraedici və sərəncamverici səlahiyyətlərlə direktoru (qanuni təmsilçi) E.H.Tağıyev olmuşdur. Bu bir daha sübut edir ki, R.N.Nəsirov 28.10.2014-cü il tarixədək “xxxx” MMC-nin icraedici və sərəncamverici səlahiyyətlərlə direktoru (qanuni təmsilçi) olmamış və müqaviləni imzalaya bilməzdi. Nəzərə alsaq ki, Cavabdeh2 “Payçıların hüquqlarının müdafiəsi təşkilatı”nın 2014-cü ildən 2018-ci il tarixdədək rəhbəri olmuş, bununla da səlahiyyətlərindən istifadə edərək 2014-cü ildən əvvəlki tarixə, yəni 03 fevral 2012-ci il tarixdə direktor səlahiyyətləri olmayan şəxs tərəfindən müqaviləni imza edərək saxtalaşdırmaqla ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, ümumi sahəsi 113.52 kvadrat metr olan marketdən qeyri-yaşayış sahəsini əldə etmişdir. Buna baxmayaraq Cavabdeh2 ilə “xxxx” MMC arasında ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, ümumi sahəsi 113.52 kvadrat metr olan marketdən qeyri-yaşayış sahəsinə dair 03 fevral 2012-ci il tarixli müqavilə “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 20 mart 2007-ci il tarixli müqavilədən sonra bağlanmışdır. Bildiririk ki, cizgilərə əsasən həmin sahələr eyni blokda, eyni yerdə yerləşməklə üst-üstə düşür. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 20 mart 2007-ci il tarixli müqavilə ləğv edilmədən Cavabdeh2 ilə “xxxx” MMC arasında 03 fevral 2012-ci il tarixli bağlanmış 20 mart 2007-ci il tarixli müqaviləyə, müvafiq maliyyə arayışına və plan cizgiyə əsasən ünvan 11 ünvanda inşa olunan yaşayış binasının V blok, l-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi tələbinin təmin edilməsinə etiraz etmirik. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 20 mart 2007- ci il tarixli müqavilə və müvafiq maliyyə arayışı hal-hazırda qanuni qüvvədədir, ləğv edilməmişdir. İş materiallarında olan ˝xxxx˝ MMC-nin 10.10.2011-ci tarixli, 10 saylı əmrinin surətindən görünür ki, P.N.Nəsirov ˝xxxx˝ MMC-nin nizamnaməsınə uyğun olaraq icraedici sərəncam verici səlahiyyətlərlə E.H.Tağıyev tərəfindən direktor vəzifəsinə təyin edilmişdir. İşə əlavə olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli xxxx” MMC-yə çoxmərtəbəli binanın layihələndirilməsinə və tikintisinə icazə verilməsi barədə Sərəncamının surətindən görünür ki, xxxx” MMC-yə Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ərazidə 0.4 hektar sahədə birinci mərətəbəsi qeyriyaşayış olan 12 mərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. İşdə olan 18.04.2016-cı il tarixli İddiaçı ərizəsinin MTK tərəfindən təsdiq edilmiş surətindən görünür ki, ˝xxxx˝ MMC ilə 20.03.2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 m2 olan qeyriyaşayış sahəsi İddiaçı satılmışdır. Həmin mənzilə görə 66800 manat İddiaçı tərəfindən tam ödənilmişdir. Ödəniş barədə müvafiq maliyyə arayışı verilmişdir. Əvvəllər onunla bağlanılmış 20.03.2007-ci il tarixli alqı-satqı müqaviləsinə müvafiq dəyişiklik edilmişdir. Yeni dəyişikliklə 12.12.2015-ci il tarixli, 15 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 m2 olan qeyri-yaşayış sahəsiindən həmin yaşayış binasının 3cü blok, 13-cü mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı 78 saylı mənzilə keçirilmişdir. Təkrar 12.12.2015-ci il tarixli, 15 saylı müqaviləyə dəyişiklik edilmiş və onunla 08.01.2016-cı il tarixli, 204 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin 2 aydan sonra ona məlum olmuşdur ki, mənzilindən başqa mənzilə dəyişdirilməsi əsassız həyata keçirilmişdir. Həmin mənzilə ilkin müqavilə onunla bağlanılmasına baxmayaraq 3-cü blokda, 13-cü mərtəbədə ümumi sahəsi 133,6m2 olan, 4 otaqlı 78 saylı başqa vətəndaşlara satılmış problemli mənzilə dəyişdirilməsinin nə məqsəd daşıdığı aydın deyildir. Ona görə də ona 60 saylı mənzilin 78 saylı mənzilə dəyişdirilməsi əsassız olduğundan ˝xxxx˝ MMC ilə bağlanmış 20.03.2007-ci il tarixli müqaviləyə edilmiş dəyişiklərin ləğv edilməsi və 20.03.2007-ci il tarixli müqavilənin ilkin vəziyyətinin bərpa edilməsi məqsədə uyğundur. Bunları nəzərə alaraq, İddiaçı ˝xxxx˝ MMC ilə 20.03.2007-ci il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə 12.12.2015-ci il tarixli, 15 saylı müqavilənin, həmin 12.12.2015-ci il tarixli, 15 saylı müqavilənin əsasında bağlanmış 08.01.2016-cı il tarixli, 204 saylı müqavilənin ləğv edilməsini, ilkin 20.03.2007-ci il tarixli alqı-satqı müqaviləsinin, maliyyə arayışının əsillərinin ona qaytarılmasını, ünvan 1 ünvanında inşa olunmuş, yaşayış binasının 3-cu blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 60 saylı mənzilə olan sahiblik, istifadə hüquqlarının bərpa edilməsini və mənzilin ona təhvil verilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan ˝1hedbavaC˝ MTK-nın təsdiq etdiyi 16.05.2016-cı il tarixli cavab məktubundan görünür ki, ˝xxxx˝ MMC ilə 20.03.2007-ci il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə 12.12.2015-ci il tarixli, 15 saylı müqavilənin, həmin 12.12.2015-ci il tarixli, 15 saylı müqavilənin əsasında bağlanılmış 08.01.2016-cı il tarixli, 204 saylı müqavilə ləğv edilmiş, ilkin 20.03.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 60 saylı mənzilə olan sahiblik, istifadə hüquqları bərpa edilmiş, 20.03.2007-ci il tarixli alqı-satqı müqaviləsi və müvafiq maliyyə arayışı İddiaçı geri qaytarılmışdır. İşdə olan ˝1hedbavaC˝ MTK-nın 18.08.2019-cu il tarixli, 18/08-1 saylı cavab məktubundan görünür ki, məhkəmənin müvafiq sənədləri təqdim etməsi barədə sorğusuna cavab olaraq MTK göstərmişdir ki, İddiaçı və Cavabdeh2 ˝xxxx˝ MMC-nin hüquqi varisi ˝1hedbavaC˝ MTK ilə aralarında bağlanılmış mübahisəli müqavilələrin qəbz və maliyyə arayışının ikinci nüsxələri, müvafiq reyestr-qeydiyyat kitabının ilkin versiyası, müvafiq qəbz və maliyyə arayışına əsasən vergi ödənişlərinin həyata keçirilməsi barədə hər hansı məlumat olmadığından tələb olunan sənədləri təqdim edə bilmirlər. Qeyd edilir ki, ˝xxxx˝ MMC-nin əvvəlki rəhbərliyi E.H.Tağıyev təsisçisi və direktoru olduğu digər kilriB˝-İnşaat˝ MMC tərəfindən ünvan 12 ünvanda inşa etdiyi yaşayış binasında mənzillərin bir neçə dəfə sataraq, dələduzluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Onun barəsində 15 il azadlıqdan məhrum edilməklə cəza təyin edilmişdir. Tələb olunan sənədləri bütünlüklə ˝xxxx˝ MMC-nin əvvəlki rəhbərliyi E.H.Tağıyev həbs olunmamışdan öncə götürərək naməlum istiqamətdə aparmışdır. Həmin sənədlərin hazırda mövcudluğu haqqında məlumatları yoxdur. Bundan sonra Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbərliyi ˝xxxx˝ MMC-də baş verənləri araşdırmaqdadır və bütün mübahisəli məsələlər onların birbaşa nəzarətindədir. ˝xxxx˝ MMC-nin əvvəlki rəhbərliyi E.H.Tağıyev barəsində ˝xxxx˝ MMC üzrə cinayət işi açılmamışdır. Kooperativdən mənzil və qeyri-yaşayış sahəsi əldə edən payçıların özlərinin təqdim etdikləri müqavilələrin, maliyyə arayışlarının, ödəniş qəbzlərinin əsillərinə müvafiq olaraq bloklar üzrə siyahı tərtib edilir. Bu siyahı kooperativdə yeganə məlumat mənbəyidir və payçıların müraciət etdikcə bu siyahı yenilənir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışının təsdiq edilmiş surətindən görünür ki, ˝xxxx˝ MMCnin əvvəlki qanuni təmsilçisi E.H.Tağıyev, hazırkı qanuni təmsilçisi R.N.Nəsirovdur. Bu barədə dövlət reyestrində 28.10.2010-cu il tarixdə müvafiq qeydiyyat aparılmışdır. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 29.12.2016-cı il tarixli 2(105)899/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 MTK-nin direktoru R.N.Nəsirov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(012)-1519/2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ekspertiza üzrə alınmış 11.12.2019-cu il tarixli 28935 №-li ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 154-cü vərəqəsində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət və İddiaçı adlarından olan 20 mart 2007-ci il tarixli müqavilənin sonunda “Payçı” hissəsində “İmza:” qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 154-cü vərəqəsində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət və İddiaçı adlarından olan 20 mart 2007- ci il tarixli müqavilənin əlyazma mətni ilə mülki işin 159-cu vərəqəsində “xxxx' Məhdud Məsuliyyətli Cəmiyyət və Cavabdeh2 adlarından olan 3 fevral 2012-ci il tarixli 97 nömrəli əlyazma mətni öz aralarına - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı ilk iddiası qismən - İddiaçı ilə ˝xxxx˝ MMC arasında 12.12.2015-ci il tarixli, 15 saylı müqavilə (20.03.2007-ci il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə) və ˝xxxx˝ MMC-nin hüquqi varisi ˝1hedbavaC˝ MTK arasında 08.01.2016-cı il tarixli, 204 saylı müqavilələrin etibarsız hesab edilməsi hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan ˝1hedbavaC˝ MTK-nın 18.08.2019-cu il tarixli, 18/08-1 saylı cavab məktubundan görünür ki, İddiaçı ˝xxxx˝ MMC ilə bağlamış olduğu müqavilələrin ikinci nüsxəsi, müvafiq reyestr-qeydiyyat kitabının ilkin versiyası, müvafiq qəbz və maliyyə arayışları MMC-nin hüquqi varisi olan ˝1hedbavaC˝ MTK-da mövcud deyildir, həmin sənədlər ˝xxxx˝ MMC-nin əvvəlki rəhbəri X3 tərəfindən götürülmüş və MTK-ya qaytarılmamışdır. Digər tərəfdən İddiaçı ilə ˝xxxx˝ MMC arasında 20.03.2007-ci il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə 12.12.2015-ci il tarixli, 15 saylı müqavilədən görünür ki, müqavilə İddiaçıla deyil, X10 ilə bağlanmışdır, üstəlik iş materiallarından görünür ki, hər iki şəxs fərqli şəxsiyyət vəsiqələrinə, fərqli qeydiyyat ünvanına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, 12.12.2015-ci il tarixli, 15 saylı müqavilə tərəflərin iradəsini ifadəsini əks etdirmir, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır belə ki, müqaviləni bağlayan şəxslə onu imzalayan şəxs tamamilə fərqli adamlardır. Məhkəmə həmçinin müqavilənin orijinal nüsxəsinin tərəflərdə qalmamasını nəzərə alır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi ıçaiddİ˝ ilə ˝xxxx˝ MMC arasında 12.12.2015-ci il tarixli, 15 saylı müqavilənin (20.03.2007-ci il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə) etibarsız hesab edilməsi˝ hissəsində təmin edilməlidir. İlk iddianın ˝xxxx˝ MMC-nin hüquqi varisi ˝1hedbavaC˝ MTK arasında 08.01.2016-cı il tarixli, 204 saylı müqavilələrin etibarsız hesab edilməsi˝ hissəsində məhkəmə qeyd edir ki, həmin müqavilə 12.12.2015-ci il tarixli, 15 saylı müqavilə əsasında bağlanmışdır. Üstəlik məhkəmə qeyd edir ki, ˝1hedbavaC˝ MTK ˝xxxx˝ MMC-nin hüquqi varisi kimi dövlət reyestrində 15.02.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir. Deməli yalnız 15.02.2016-cı il tarixdən sonra tərtib edilən müqavilələr ˝1hedbavaC˝ MTK tərəfindən imzalana bilərdi. Lakin hazırkı müqavilə ˝1hedbavaC˝ MTK-nın hüquqi varis kimi dövlət qeydiyyatından keçməsindən əvvəl tərtib edilərək, imzalanmışdır. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, həmin müqavilə səlahiyyəti olmayan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası onu qeyd edir ki, iclas protokolu 23.10.2014-cü ildə iclasın sədri, olaraq Cavabdeh2 imza edib. Protokolun 5-ci bəndində 13 və 14 mərtəbəli yaşayış binsanın layihə sənədlərinin tezliklə işlədilib təsdiq edilməsi və aidiyyatı orqanlara verilməsi qeyd edildiyi halda (14 mərtəbəli yaşayış binasının layihə sənədləri 2015-ci ildə razılaşdırılmışdır -ona qədər 12 mərtəbəli idi) Cavabdeh2la bağlanmış 23.02.2012-ci il tarixli müqavilədə 14 mərtəbəli ifadəsinin olması əsas verir ki deyək əvvəlki tarixə yazılmış müqavilədir. Bundan əlavə olaraq məhkəmə kollegiyası Cavabdeh2 ilkin 4 və 5-ci blokların “xxxx” MTKya 01.05.2017-ci ildə təhvil-təslim aktında dair mübahisəsinə dair qeyd edir ki, müqavilə vaxtı sahəsi barədə tərtib edilmiş siyahıda Cavabdeh2 adı göstərilmişdir, lakin İddiaçı adının göstərilmədiyi qeyd edilir. Cavabdeh2 adına həmin blokda 88.8 kv metr qeyri-yaşayış sahəsi də göstərilməmişdir. Həmin sahəni Cavabdeh2 mübahisələndirmək üçün bildirişlə şirkətə müraciət etmişdir. X12 adına olan hər birinin sahəsi 100 kv metr olan obyketə dair müqavilələr isə 3,4,5-cı sırada 07.01.2007 və 19.01.2007-ci ildə göstərilmişdir. Tarix baxımından Cavabdeh2 iddiası ki, tikintinin yerində başqa obyekt və mülkiyyətçi olduğundan həmin dövrdə satış ola bilməzdi, bu fakt tam əksini göstərir. Cavabdeh2 5-ci blokda qeyri-yaşayış sahəsinə dair 03.02.2012-ci il tarixli iki müqaviləsi mövcuddur. Müqavilənin fərqlidir eyni gündə yazılmalarına baxmayaraq nömrələri 511 və 97 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, ilk iddia tələbi bu hissədə - ˝xxxx˝ MMCnin hüquqi varisi ˝1hedbavaC˝ MTK arasında 08.01.2016-cı il tarixli, 204 saylı müqavilənin etibarsız hesab edilməsi˝ hissəsində də təmin edilməli və həmin müqavilə etibarsız hesab edilməlidir. Bu hissəyə münasibətdə məhkəmə həmçinin hesab edir ki, ˝1hedbavaC˝ MTK əməlində cinayət tərkibinin əlaməti mövcud olması səbəbindən ayrıca akt şəklində xüsusi qərardad çıxarılmaqla, Azərbaycan Respublikası Baş Prokuroruna məlumat verilməlidir. Məhkəmə ilk iddianın 2hedbavaC˝ ilə ˝xxxx˝ MMC arasında bağlanmış 12.08.2010cu il tarixli müqavilənin etibarsız hesab edilməsi˝ və qarşılıqlı iddianın ˝xxxx˝ MMC ilə İddiaçı arasında ˝xxxx˝ MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa etdiyi yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 60 saylı mənzilin pay alqı-satqısına dair bağlanmış 20.03.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi˝ hissəsində aşağıdakıları qeyd edir; iş materiallarından, ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmədə verdiyi izahatdan görünür ki, İddiaçı ilə ˝xxxx˝ MMC arasında bağlanmış 20.03.2007-ci il tarixli müqavilə İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır, beləliklə həmin müqavilə bağlanarkən İddiaçı həqiqi iradə ifadəsini əks etdirməmişdir. Halbuki yuxarıda da qeyd edilən normalara əsasən iki tərəf arasında bağlanan müqavilə hər iki tərəfin iradə ifadəsini əks etdirməlidir, habelə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanması yolu ilə tərtib edilməlidir. Lakin hazırkı, müqavilə qanunla müəyyən edilmiş şərtlərin pozulması ilə bağlanılmışdır. İddiaçı həmin müqaviləni sonradan bəyənməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.5-ci maddəsinə əsasən təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Göründüyü kimi, hazırkı müqavilə eyni mənzilə dair Cavabdeh2 ilə ˝xxxx˝ MMC ilə arasında bağlanmış 12.08.2010-cu il tarixli müqavilənin olması səbəbindən Cavabdeh2 mənafelərinə toxunur. Məhkəmə Cavabdeh2 qarşılıqlı iddiasının ıçaiddİ˝ hazırkı qanunsuz hərəkətləri ilə ona vurduğu mənəvi zərərin əvəzi kimi 5000 manat pulun İddiaçı alınaraq ona ödənilməsi˝ hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenimunun nacyabrəzA˝ Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair˝ 31.05.2002-ci il tarixli qərarında göstərilir ki, ...˝ Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır... .˝ “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 03.11.2008-ci il tarixli, 7 nömrəli Qərarının 1-ci bəndinə göstərilir ki, ...˝ nasnİ˝ Hüquqlarının və X4 Haqqında Konvensiya˝nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər˝. Həmin Qərarın 2-ci bəndə əsasən munelP˝ izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir˝. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, əsxəŞ˝ mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir...˝. Göründüyü kimi, həm qanunvericliyin tələblərindən, həm də məhkəmə təcrübəsi və ümumiləşmələrdən, o cümlədən beynəlxalq konvensiyaların tələblərindən də məlum olur ki, şəxsə mənəvi ziyanın vurulması istər onun barəsində yalan və həqiqətə uyğun olmayan məlumatların yayılması ilə onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, istərsə də ona qarşı qanunla qadağan edilmiş hərəkət və ya hərəkətsizliyin törədilməsi ilə mümkündür. Bu zaman şəxs sarsıntı və iztirablar keçirir, onun şüurunda mənfi psixi reaksiyalar formalaşır. Məhkəmə qeyd edir ki, mənəzi zərərin vurulması hərəkət və ya hərəkətsizlikdə ifadə edilməli, bu hərəkət və ya hərəkətsizlik qanuna zidd olmalı və onların nəticəsində şəxs sarsıntı və ya iztirab keçirməlidir. Göstərilənlərə əsaslarnaraq məhkəmə qarşılıqlı iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı qanunla nəzərdə ona verilmiş hüquqdan istifadə edərək məhkəməyə müraicət etmiş, onun hərəkətlərində bununla bağlı hər hansı qanunsuzluq müəyyən edilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia mənəvi ziyanla bağlı hissədə təmin edilməməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsaəsn hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ilk iddia üzrə İddiaçı ˝1hedbavaC˝ MTK-ya ünvanladığı 19.06.2019-cu il tarixli bildirişin surətin və ˝1hedbavaC˝ MTK-nın 21.06.2019-cu il tarixli, 21/06 saylı cavab məktubundan görünür ki, mübahisəli mənzilin Cavabdeh2 ilə ˝xxxx˝ MMC arasında bağlanmış 12.08.2010-cu il tarixli müqavilə əsasında Cavabdeh2 satılmasını İddiaçı 2019-cu ilin iyun ayında bilmiş və həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı həmin tarixdə də məhkəməyə müraciət etmişdir. Məhkəmə həm bu halı, həm də ilkin iddia tələbinin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq, hesab edir ki, Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı nasnİ˝ Hüquqlarının və X4 Haqqında˝ Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqnıda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15- dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. nacyabrəzA˝ Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli Qərarında deyilir ki, ...˝ Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir˝. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 14 ynavar 2020-ci il tarixli 2(012)-159/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1728/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1728/2021
21.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver