Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1736/2024 17.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “elektrik enerjisi sərfiyyatı üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) qarşı “elektrik enerjisi sərfiyyatı üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-259/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki İddiaçı ünvan 4, mənzil 112-də qeydiyyatdadır.
2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4, mənzil 112 xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2019cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2992 nömrəli reyestr kitabının 279340 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 741/2019 nömrəli qətnamənin surətindən görünür ki, X4 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 4, mənzil 112-dən çıxarılmışlar.
4. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktların surətindən görünür ki, tərəflərin razılıqlarına əsasən Cavabdeh1 icra sənədində göstərilən mənzili boşaldaraq tələbkar İddiaçı təhvil vermişdir.
5. İş materiallarında olan və Suraxanı rayonu Enerji Təchizatı və Satışı İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunudan aydın olur ki, Qaraçuxur qəsəbəsi, E.Bəkirli, bina 45, 112 saylı mənzilə tərəflərindən verilmiş elektrik enerjisi dayandırılmış, məcburi köçkün ailəsinə yazılmış borc ödənildiyi halda elektrik enerjisinin bərpa ediləcəyi bildirilmişdir.
6. İş materiallarında olan və Suraxanı RETSİ tərəfindən İddiaçı ünvanlanmış məktubun məzmunudan aydın olur ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində abunə kodu **********500112 olan yaşayış mənzilində məksunlaşmış, Zəngilan köçkünü Valeh Rüstəmov və ailəsi (6-nəfər), limitdən artıq istifadə etdikləri enerji sərfiyyatına görə xx.xx.2023-cü il tarixinə 7740 manat borc yaranmış, dekabr 2023-cü ildə Qaçqınkom tərəfinldən 84 manat ödənildikdən sonra xx.xx.2024-cü il tarixə 7656 manat borc qalmışdır.
7. İş materiallarında olan Azərbyacan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 3-36-3/2-İ-1093-47\2024\1010 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixədək elektrik enerjisindən istifadə haqqı adambaşına ayda 150 kv.t. norma üzrə dövlət hesabına mərkəzləşmiş qaydada "xxxx" ASC-yə ödənilən məcburi köçkünlərin adlı siyahısında E.Rüstəmovun ailə tərkibi 4 nəfər olmaqla adları ünvan 3 ünvanında qeyd olunmuşdur. 2017-ci ildən etibarən elektrik enerjisi haqqı adambaşına ayda 300 kvt.saat norma üzrə dövlət hesabına mərkəzləşmiş qaydada "xxxx" ASC-yə ödənilən məcburi köçkünlərin Forma-2 adlı siyahısında E.Rüstəmovun ailə tərkibi xx.xx.2022-ci il tarixə qədər 4 nəfər, xx.xx.2022-ci il tarixdən isə 3 nəfər olmaqla (E.Rüstəmov vəfat edib, onun həyat yoldaşı Cavabdeh1 və 2 övladı) adları dekabr 2023-cü il tarixədək həmin ünvanda qeyd olunmuşdur. Mövcud qanunvericilikdə kommunal xidmətlərə görə (həmçinin elektrik enerjisinə) nəzərdə tutulmuş limitlər mənzildə yaşayan məcburi köçkünlərə tətbiq olunmuşdur. Limitdən artıq istehlaka görə yaranmış borc isə istifadə etmiş şəxs tərəfindən ödənilməlidir. Elektrik enerji borclarının araşdırılıb silinməsi "xxxx" ASC tərəfindən həyata keçirildiyi üçün həmin Cəmiyyətə xx.xx.2023-cü il tarixli 3-36/2-İ-4809/3-47/2023/8225 nömrəli məktub göndərilmişdir.
8. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, Valeh Rüstəmov və ailə üzvlərinin yaşadıqları Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli-T.r.Baza, ev (bina):0015, mənzil 0112-də yaşadıqları müddət ərzində eklektrik enerjisindən istifadəyə görə 7656,49 manat borc yaranmışdır.
9. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 13-13\2- 2\01-4-i-12362-5\2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, **********500112 nömrəli abonə kodunda mövcud olan 8055,49 manat borc istehlak edilmiş enerjinin dəyəridir.
10. İş materiallarına əlavə edlimiş və Suraxanı rayonu Enerji Təchizatı və Satışı İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan aydın olur ki, limitdən artıq istifadə olunan elektrik enerjisinin silinməsi Suraxanı RETS-nin səlahiyyətləri xaricindədir.
11. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, Valeh Rüstəmov və ailə üzvlərinin yaşadıqları Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli-T.r.Baza, ev (bina):0015, mənzil 0112-də yaşadıqları müddət ərzində eklektrik enerjisindən istifadəyə görə 8.055,49 manat borc yaranmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “elektrik enerjisi sərfiyyatı üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən abunə kodu **********500112 olan ona məxsus ünvan 4 ünvanında yerləşən 112 saylı mənzillə bağlı xx.xx.2023-cü il tarixədək limitdən artıq istehlaka görə elektrik enerjisi sərfiyyatı üzrə yaranmış 7656,49 manat borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbini dəyişdirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8055.49 manat məbləğində borcun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödəniləməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərin daxil olduğu Rüstəmovlar ailəsi Zəngilan rayonundan məcburi köçkün olaraq ona məxsus ünvan 4 ünvanında yerləşən 112 saylı mənzildə 1993-cü ildə qanunsuz olaraq zəbt edərək yaşamağa başlamışlar. Nəticədə o və ailə üzvləri təxminən 30 il müddətdə yaşayış sahəsindən məhrum olmaqla çətinliklər çəkmişlər. Suraxanı Rayon Məhkəməsinin 2(010)-741/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsi ilə X3 ailə üzvləri ilə birlikdə (arvadı Cavabdeh1, oğlanları Cavabdeh2 və X2) mülkiyyətində olan ünvan 5 ünvanından çıxarılması qət olunmuşdur. X4 daha sonra vəfat etmişdir. Qətnamənin icrası xx.xx.2023-cü il tarixdə Suraxanı rayon İcra şöbəsinin icra məmurları tərəfindən həyata keçirilmişdir. Ona məxsus mənzil xx.xx.2023-cü il tarixində boşadılaraq ona təhvil verilmişdir. Cavabdehlərin məcburi köçkün kimi müvəqqəti qeydiyyatı hələ də onun mənzilində qalmışdır. Mənzil ona təhvil verildikdən sonra mənzildə yaşamış cavabdehlərdən kommunal borcların qalıb-qalmadığını araşdırdıqda və abonent kodlarını öz adına keçirmək istədikdə mənzilin işıq sayğacının Valeh Rüstəmovun adına qeydiyyata alındığı müəyyən olunmuşdur. Rüstəmov Valeh və oğlu Rüstəmov Eldəniz vəfat etmişdir. xx.xx.2023-cü il tarixinədək sərf olunan elektrik enerjisinə görə "xxxx" ASC-yə 7740.09 manat borc yaranmışdır. Həmin tarixdə "xxxx" ASC-nin Bakı-Suraxanı Elektrik şəbəkəsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixindən sayğacda son göstərici borcu göstərmək və mənzilə elektrik enerjisinin dayandırılmasını xahiş etmişdir. Suraxanı RETSİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda məcburi köçkünlər tərəfindən yaranmış borcun ödənildiyi halda elektrik enerjisinin bərpa ediləcəyi bildirilmişdir. "xxxx" ASC tərəfindən məcburi köçkün ailəsi elektrik enerjisinə görə yaranmış borcun qısa zamanda ödənilməsi barədə xəbərdarlıq olunmuş, elektrik enerjisinə görə borcun tam ödənişinin təmin edildiyi halda bərpa ediləcəyi bildirilmişdir. Bu yaxınlarda o, ərizə ilə Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət edərək Zəngilan rayonundan məcburi köçkün X3 ailə üzvləri ilə birgə xx.xx.2023cü il tarixədək məskunlaşdığı ona məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli 45,112 saylı mənzilin **********50112 saylı elektrik kodu üzrə yaranmış 7740,09 manat borcun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin ona ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda xx.xx.2016-cı il tarixədək elektrik enerjisindən istifadə haqqının adambaşına ayda 150 kv.t norma üzrə dövlət hesabına mərkəzləşmiş qaydada "xxxx" ASC-yə ödənilən məcburi köçkünlərin adlı siyahısında E.Rüstəmovun ailə tərkibinin 4 nəfər olmaqla adlarının ünvan 3 ünvanında qeyd olunmuşdur. 2017-ci ildən etibarən elektrik enerjisi haqqı adambaşına ayda 300 kv.t norma üzrə dövlət hesabına mərkəzləşmiş qaydada "xxxx" ASC-yə ödənilən məcburi köçkünlərin Forma 2 adlı siyahısında E.Rüstəmovun ailə tərkibi xx.xx.2022-ci il tarixə qədər 4 nəfər, xx.xx.2022-ci il tarixindən isə 3 nəfər olmaqla (E.Rüstəmov vəfat edib, onun həyat yoldaşı Cavabdeh1 və iki övladı) adları dekabr 2023-cü il tarixədək həmin ünvanda qeyd olunmuşdur. Mövcud qanunvericilikdə kommunal xidmətlərə görə (həmçinin elektrik enerjisinə) nəzərdə tutulmuş limitlər mənzilində yaşayan məcburi köçkünlərə tətbiq olunmuşdur. Limitdən artıq istehlaka görə yaranmış borc isə istifadə etmiş şəxs tərəfindən ödənilməlidir. Elektrik enerjisi borclarının araşdırılıb silinməsi "xxxx" ASC tərəfindən həyata keçirildiyi üçün həmin Cəmiyyətə xx.xx.2023-cü il tarixli 3-36/2-İ-4809/3-47/2023/8225 nömrəli məktubun göndərildiyi qeyd olunmuşdur. Göründüyü kimi cavabdehlər ona məxsus mənzildə yaşadıqları müddətdə limitdən artıq elektrik enerjisindən istifadə etmişlər və bununla bağlı yaranmış 7656,49 manat borcu "xxxx" ASC-yə ödəməmişlər. Nəticədə mənzillə bağlı ödənilməmiş işıq borcunun olması mülkiyyətçi kimi onu narahat edir. Buna görə də, həmin borc cavabdehlər tərəfindən ödənilməli, borc sıfırlanmalıdır. Həmin borca görə hal-hazırda mənzildə elektrik enerjisinin verilişi dayandırılmışdır. Elektrik enerjisi təchizatı müəssisəsi ilə aralarında abonent müqaviləsi bağlaya bilməmişdir. Bu da faktiki olaraq mənzildən istfadəsini mümkünsüz etmiş, nəticədə mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur.
15. Zəngilan Rayon Məhkəməsinin 2(034)-259/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8055,49 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 21.2, 425.1, 448.2-ci, Mülki Prosessual Məcəllənin 216-220, 222-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
17. Zəngilan Rayon Məhkəməsinin 2(034)-259/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Gülsarə İmanova) Cavabdeh1 buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-259/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 şikayət vermə müddəti üzürlü səbəbdən buraxıldığından bərpa edilməi və Cavabdeh1 apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-259/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və idianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər onların ailəsinin "xxxx" ASC-yə borcu vardırsa iddiaçı niyə "xxxx" ASC-nin adından çıxış edib ona qarşı iddia qaldırır. Onun qanunla belə bir səlahiyyəti yoxdur. Əslində həmin mənzilin işığı həmişə olub və hal-hazırda da vardır. Sadəcə olaraq iddiaçı özünə aid olmayan hüquqdan istifadə edərək ona qarşı əsassız iddia qaldırmışdır. Zəngilan Rayon Məhkəməsinin hakimi heç bir araşdırma etmədən, iddiaçının iddia ərizəsində yazılanları olduğu kimi qətnaməyə köçürmüş, onun və oğlunun hüquqlarını pozan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2024cü il tarixli məktubunda göstərmişdir ki, xx.xx.2016-cı il tarixədək elektrik enerjisindən istifadə haqqının adambaşına ayda 150 kv.t norma üzrə dövlət hesabına mərkəzləşmiş qaydada "xxxx" ASC-yə ödənilən məcburi köçkünlərin adlı siyahısında E.Rüstəmovun ailə tərkibinin 4 nəfər olmaqla adlarının ünvan 3 ünvanında qeyd olunmuşdur. 2017-ci ildən etibarən elektrik enerjisi haqqı adambaşına ayda 300 kv.t norma üzrə dövlət hesabına mərkəzləşmiş qaydada "xxxx" ASC-yə ödənilən məcburi köçkünlərin Forma2 adlı siyahısında E.Rüstəmovun ailə tərkibi xx.xx.2022-ci il tarixə qədər 4 nəfər, xx.xx.2022-ci il tarixindən isə 3 nəfər olmaqla (E.Rüstəmov vəfat edib, onun həyat yoldaşı Cavabdeh1 və iki övladı) adları dekabr 2023-cü il tarixədək həmin ünvanda qeyd olunmuşdur. Qeyd etmişdir ki, onlar həmin mənzildə qalan zaman dövlət tərəfindən onun ailə üzvlərinin hər birinə əvvəllər 150 kv.t, sonra isə 300 kv.t limit elektrikdən istifadə verilmişdir. Təkcə 2017- 2023-cü il tarixlərdə onların yaşadıqları mənzilə dövlət 86.400 kv.t elektrik enerjin güzəştli vermişdir ki, bu isə öz növbəsində təxminən 6048 manat təşkil edir. O, 2017-ci ildən əvvəlki dövrü bu rəqəmlərə aid etmir. Qeyd etmişdir ki, iddiaçı 1993-cü il tarixdən 2022-ci il tarixə kimi güya ki, onun məxsus olan mənzil zəbt edilidiyinə görə onun ailəsindən əvəz çıxmaq üçün mənzildən çıxandan sonra şübhə var ki, iddiaçı "xxxx" ASC- nin əməkdaşı ilə əlbir olaraq mənzildə olan sayğac üzərində qanunsuz əməliyyat aparmaqla qəsdən rəqəmləri artırmışlar. Əgər onun ailəsinin "xxxx" ASC-yə həqiqətəndə 8055,49 manat borcu yaranmış olsaydı "xxxx" ASC onların həmin ünvanda yaşadıqları müddətdə mənzilə elektrik enerjisinin verilməsini dayandırardı və yığılmış borcun ödənilməsinə dair məhkəmədə iddia qaldırardı. O və ailə üzvləri heç bir vaxt dövlət tərəfindən adambaşına düşən limitdən artıq elektrik enerjisindən istifadə etməmişdirlər. Buna heç ehtiyac da olmamışdır. Çünki, elektrik enerjisindən istifadənin ödənişini müvafiq dövlət orqanı özü onların əvəzindən avtomatik olaraq həyata keçirmişdir. Əgər tərəflərindən limitdən artıq istifadə baş verərdisə, elə dərhal həmin ay ərzində onlara müvafiq bildiriş verilərdi və elektrik enerjisinin verilməsi dayandırılardı. Onlar həmin ünvanda yaşadıqları müddətdə belə bir məsələ ilə bağlı ünvana hər hansı bildiriş daxil olmamışdır. Heç bir vaxt nə onların əvəzindən elektrik enerjisindən istifadəyə görə pulu ödəyən dövlət orqanı, nə də elektrik enerjisinin satışına nəzarəti həyata keçirən "xxxx" ASC 8055,49 manat məbləğində borcun yığılmasına indiyədək göz yuma bilməzdi. Göründüyü kimi, bu tam olaraq şübhəli, absurd haldır, iddiaçının özü tərəfindən istifadə edilən, "xxxx" ASC-nin əməkdaşı ilə əlbirliyi nəticəsində yaranan qurama və əsassız bir iddiadır. Ən əsası mövcud qətnamədə birbaşa vurğulanır ki, iddia təmin edilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8055,49 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Çox maraqlıdır məgər "xxxx" ASC-nin Zəngilan Rayon Məhkəməsində onlara qarşı iddia qaldırmaq hüquqi yoxdur ki, onun əvəzindən iddiaçı kimi İddiaçı çıxış edır? Bütün bunların hamısı Zəngilan Rayon Məhkəməsində həyata keçirilmişdir. Məqsəd isə imkansız məcburi köçkün ailəsini pis vəziyyətə salınmasını, 30 ilə yaxın doğma yurdundan yuvasından didərgin düşən insanların öz evlərinə qayıtmasını görməməzlikdən irəli gəlir. Nəticədə isə Zəngilan Rayon Məhkəməsi onun ailə üzvləri olan məcburi köçkünlərin vəziyyətini pisləşdirən, onları ağır dözülməz vəziyyətə salan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdilər.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (...)
25. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları” Bənd 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Bənd 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Bənd 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Bənd 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
29. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
30. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
32. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
33. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
35. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
38. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
40. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
41. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
42. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyil. Belə ki, iş materiallarında olan iddiaçının istinad etdiyi mənzilə dair abunə haqqında məlumatlardan görünür ki, həmin mənzilə dair elektrik enerjisinin alqı-satqı müqaviləsi Valeh Rüstəmovla bağlanmış və ona **********50112 abonent kodu verilmişdir. Elektrik enerjisindən istifadəyə görə hesablanmış borc da həmin abonent koduna və həmin şəxsə aid edilmişdir. Yəni borcun iş üzrə cavabdeh tərəfə aid olması mübahisəsiz olsa da, kollegiya hesab edir ki, iddiaçının "xxxx" ASC-nin əvəzinə cavabdehlərdən pul tələb etmək səlahiyyəti yoxdur.
43. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin istehlak etdikləri elektrik enerjisinə görə "xxxx" ASC-yə borclarının olması, mövcud vəziyyətdə mənzilin mülkiyyətçisi olan iddiaçı ilə istehlakçı kimi elektrik enerjisinin alqı-satqısına dair yeni müqavilənin bağlanmasına maneə deyildir.
44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmayaraq iddianın təmin edilməsi barədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
45. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
46. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-259/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-259/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “elektrik enerjisi sərfiyyatı üzrə yaranmış borcun ödənilməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.