Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-174/2023 10.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 hüquqi varisi X21, nümayəndəsi və vəkili Nümayəndə1, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X36 və X7 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1, X37, İddiaçı5, İddiaçı4 Şıxseyid oğlu və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi, Quba rayon Notariat Kontoru, X36, X28, X40, X43, X22, X23, Babaşov Vəli Vəli oğlu, X33 və X29 ) şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı, bağışlama müqavilələrinin və çıxarışların ləğv edilməsi tələblərinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(027)-2236/2017 nömrəli qətnaməsindən Cavabdeh1, üçüncü şəxlər X36 və X22 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) iddianın təmin olunması, Azərbaycan Respublikası DT və XK-i tərəfindən Quba rayon Notariat Kontorunun 01 oktyabr 2005-ci il tarixli, 4-Ə-957, 959, 966 və 1023- 24 reyestr nömrəli alqı-satqı nüqavilələri əsasında Quba rayonu Küpçal kəndi ərazisində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 adına 07 noyabr 2005-ci il tarixdə verilmiş JN 237F Kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Azərbaycan Respublikası DT və XK-i tərəfindən Quba rayon Notariat kontorunun 22 mart 2006-cı il tarixli, 4-Ə-104 saylı alqı-satqı müqaviləsi əsasında Quba rayonu Küpçal kəndi ərazində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh2 adına 05 aprel 2006-cı il tarixdə verilmiş JN 241F Kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh2 05 aprel 2006-cı il tarixdə adına verilmiş JN 241F kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,30 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 satmasına dair Quba rayon DNK-nın 4-Ə-505 saylı, 15 iyul 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsi; Cavabdeh1 həmin alqı-satqı müqaviləsi əsasında aldığı 0,30 ha həyətyanı torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH №0001498 saylı, **********98 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarış; Quba rayonu Küpçal kəndi ərazisində yerləşən ümumilikdə 0,72 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş AR Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA0117204 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarış; Cavabdeh1 Quba rayonu, Küpçal kəndi ərazisində yerləşən adına olan 0,72 ha torpaq sahəsindən etibarnamə əsasında 0,08 ha torpaq sahəsini X30, 0,08 ha torpaq sahəsini X14, 0,08 ha torpaq sahəsini X34, 0,08 ha torpaq sahəsini X5 dair Quba rayon Notariat Kontorunda 15 sentyabr 2012-ci il tarixdə təsdiq olunmuş Daşınmaz Əmlakın AN-İ № ******* saylı və 0,08 ha torpaq sahəsini X10, 0,08 ha torpaq sahəsini X11, 0,08 ha torpaq sahəsini Babaşov Vəli Vəli oğluna və 0,08 ha torpaq sahəsini X2 dair Quba rayon Notariat Kontorunda 15 sentyabr 2012-ci il tarixdə təsdiq olunmuş Daşınmaz Əmlakın AN-İ № ******* saylı alqı-satqı müqavilələri; X25 15 sentyabr 2012-ci il tarixli, AN-İ №0313674 saylı alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü; X12 15 sentyabr 2012-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX0132867 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış və Torpaq sahəsinin planı və ölçüsü; X31 15 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX0132866 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü; X8 15 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü; Babaşov Vəli Vəli oğlunun 15 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü; X15 15 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış və **********94 torpaq sahəsinin planı və ölçüsü; X15 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən adına dövlət qeydiyyatına alınmış Quba rayonu, Küpçal kəndi ərazisində olan 0,08 ha torpaq sahəsini qızı X16 bağışlamasına dair Quba rayon Notariat Kontorunda tərtib və təsdiq olunmuş 14 iyun 2013-cü il tarixli bağışlama müqaviləsi; X17 Quba rayon Notariat Kontorunun 14 iyun 2013-cü il tarixli bağışlama müqaviləsi əsasında Quba rayonu, Küpçal kəndi ərazisindən yerləşən 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX № 0200598, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış və ********** reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, Quba rayonu, Küpçal kəndində yerləşən 0,72 ha torpaq sahəsinə İddiaçı1, İddiaçı4 Şıxseyid oğlu, İddiaçı5, X37 və İddiaçı3 mülkiyyət hüququ üzrə sahiblik, istfadə və sərəncam vermə faktlarının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə1 və üçüncü şəxslər Aydın Qasımbəyov və Rövşən Hüseynovun nümayəndəsi vəkil Nümayəndə2 qətnamədən apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1833/2021 saylı mülki iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, üçüncü şəxslər X36 və X7 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. Bu qətnamədən iddiaçılar tərəfindən kassasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1833/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4140/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1833/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İŞİNHALLARİ İddiaçılar İddiaçı4 Şıxseyid oğlu, İddiaçı1, İddiaçı5, X37 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 və Quba rayon Notariat Kontoru) qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 adına xx.xx.2005-ci il tarixli Quba rayonu, Küpçal kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN 237 F Kod 30318018 saylı və Cavabdeh2 adına xx.xx.2006-cı il tarixdə Quba rayonu Küpçal kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN 241F Kod 30318018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında 0,30 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4-Ə-505 saylı Torpağın alqı-satqı müqaviləsinin, Cavabdeh1 adına Quba rayon Küpçal kəndində ümumilikdə 0,72 ha torpaq sahəsi olmasına dair verilmiş xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışın, həmin çıxarış əsasında Cavabdeh1 torpaq sahəsindən hər birinə 0,08 ha olmaqla, X30, X14, X34, X44, X10, X11, Babaşov Vəli Vəli oğluna və X24 xx.xx.2012-ci il tarixdə satmasına dair ******* və ******* saylı müqavilələrin, həmin müqavilələr əsasında həmin alıcıların adlarına verilmiş çıxarışların və X15 0,08 ha torpaq sahəsinin X16 bağışlamasına dair Quba rayon Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2013-cü il tarixli, 4Ə-584 saylı bağışlama müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında X13 adına verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* saylı çıxarışın ləğv olunması, onlara məxsus həmin torpaq sahələrinə mülkiyyət hüququ üzrə sahiblik, istifadə və sərəncam vermə hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və qardaşları İddiaçı4 Şıxseyid oğlu, İddiaçı5 və X37 2004-cü ildə Quba rayon Küpçal kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə hər birinə ayrı-ayrılıqda həyətyanı torpaq sahəsi verilməsi barədə Quba rayonu Küpçal Bələdiyyəsinə müraciət etmişlər. Həmin müraciətlərinə Küpçal bələdiyyəsinin iclasında baxılmış və bələdiyyənin xx.xx.2004-cü il tarixli, 21 saylı qərarı ilə onların hər birinə Quba rayonu, Küpçal kəndi ərazisindən 1200 kv. metr topaq sahəsinin alqı-satqı qaydasında satılması barədə qərar verilmişdir. Həmin qərar əsasında hər biri xx.xx.2004-cü il tarixdə Küpçal bələdiyyəsinin hesabına torpaq sahələrinin alqı-satqısı ilə əlaqədar 770 min manat pul köçürmüşlər. Bundan sonra xx.xx.2004-cü il tarixdə Quba rayonu, Küpçal bələdiyyəsi hər birinə ayrı-ayrılıqda 1200 kv. metr həyətyanı torpaq sahəsinin satılması barədə alqı-satqı aktı tərtib edərək təsdiq etmişdir. Həmin alqı-satqı aktları xx.xx.2004-cü il tarixdə Quba rayon Torpaq Şöbəsində 581-584 nömrələrlə qeydiyyatdan keçirilərək təsdiq edilmişdir. Həmin torpaq sahələrinə dair hər birinin adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək, dövlət torpaq kadastrı kitabında qeydə alınmışdır. Eləcə də İddiaçı3 Quba rayonu Küpçal kəndi ərazisində 0,24 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə yol yerləri çıxılmaqla 0,20 hektarına adına JN 108F saylı Kod 30318018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair şəhadətnamə verilmişdir. Faktiki olaraq həmin torpaq sahəsi 0,24 hektardır. Sonradan onlara həmin torpaq sahələrinə dair verilmiş həmin sənədlərin əsilləri naməlum şəraitdə itmiş, yalnız onlarda surətləri qalmışdır. Onlar həmin sənədlərin əsillərini əldə etmək üçün Quba rayonu Küpçal- Dağlı bələdiyyəsinə və digər adiyyəti təşkilatlara müraciət etmişlər. Müraciətlərinə cavab olaraq Quba rayonu Küpçal-Dağlı bələdiyyəsi 37 saylı xx.xx.2016-cı il tarixli məktubunda göstərmişdir ki, 2015-ci ildə X47 bələdiyyəsi ilə birləşərək, Küpçal-Dağlı bələdiyyəsi yaranmış, Küpçal bələdiyyəsinə aid sənədlər Küpçal-Dağlı bələdiyyəsinin arxivinə təhvil verilməmişdir. Müraciətlərinə cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi xx.xx.2016-cı il tarixli, 2972 saylı məktubunda göstərmişdir ki, Quba rayonu, Küpçal kənd bələdiyyəsinin sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxs2nə etdikləri müraciətə əsasən bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil yerilmiş arxiv məlumatlarında plan-ölçünün alınması üçün təqdim etdiyiniz daşınmaz əmlaka dair torpaqayırma sənədləriniz aşkar olunmamışdır. Həmin sənədlərin naməlum şəraitdə itməsi barədə Azərbaycan Respublikası DİN Quba rayon Polis Şöbəsinə və Quba Şəfəq qəzeti redaksiyasına müraciət etmişlər. Onlara məxsus həmin sənədlərin asillərinin itməsi barədə Quba rayonu “Şəfəq” qəzetində dərc olunmuş və Quba rayon Polis Şöbəsində də aparılmış axtarış nəticəsində həmin sənədlərin əsillərini əldə etmək mümkün olmamışdır. Quba rayon Notariat Kontorundan onlara bildirilmişdir ki, həmin torpaq sahələrinə dair Quba rayon Notariat Kontorunda heç bir alqı-satqı əməliyyatı aparılmamışdır. Bələdiyyə tərəfindən alqı-satqı qaydasında onlara verilmiş həyətyanı torpaq sahələrinin sənədlərinin əsilləri itdiyindən onlarda qalmış surətlər əsasında adlarına mülkiyyət hüququ əsasında çıxarış ala bilmirlər. Bunun üçün həmin torpaq sahələrinə mülkiyyət hüququ üzrə onların sahiblik, istifadə və sərəncam vermə hüquqlarının məhkəmə qaydasında müəyyən olunması tələb olunduğu üçün bu tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxışı zamanı sorğu edilərək alınmış sənədlərdən görünür ki, Cavabdeh1 onlarla aralarında notariat kontorunda təsdiq olunmuş heç bir alqı-satqı müqaviləsi olmadan ona və qardaşları Bayram, Ramin, Paşa və X19 məxsus 0,42 ha torpaq sahəsinə dair qeyri-qanuni yolla öz adına 07 noyabr 2005-ci il tarixli, JN 237F Kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır. Həmin şəhadətnamənin verilməsinə əsas kimi Quba rayon DNK-nın xx.xx.2005-ci il tarixli 4Ə- 957, 959, 966 və 1023-24 saylı alqı-satqı müqavilələri göstərilmişdir. Lakin həmin müqavilələri onlar notariat kontorundan əldə edə bilməmişlər. Ona görə ki, onlar belə bir müqavilələr bağlamamışlar və bununla əlaqədar Quba rayon Notariat kontoruna gedərək heç bir müqaviləyə imza etməmişlər. Digər Cavabdeh2 da onlara verilmiş ümumi 0,48 ha torpaq sahəsindən yerdə qalan 0,06 ha torpaq sahəsi ilə birlikdə İddiaçı3 Şahsəid oğlunun 0,24 ha faktiki ölçüdə olan cəmi 0,30 ha torpaq sahəsinə dair heç bir notariat kontorunun alqı-satqı müqaviləsi olmadan qeyri-qanuni yolla öz adına 05 aprel 2006-cı il tarixli, JN 241F Kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır. Həmin şəhadətnamənin verilməsinə də əsas kimi xx.xx.2006-cı il tarixli, 4-Ə-104 saylı Quba rayon DNK-da təsdiq olunmuş alqı-satqı müqaviləsi göstərilsə də belə bir müqavilə yoxdur və o da belə bir müqaviləyə imza etməmişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh2 həmin 0,30 ha torpaq sahəsini Quba rayon Notariat Kontorunda təsdiq olunmuş 15 iyul 2006-cı il tarixli Torpaq alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 satmışdır. Cavabdeh1 həmin 0,30 ha torpaq sahəsinə dair öz adına 21 iyul 2006-cı il tarixli, Seriya MH № ******* saylı, ********* qeydiyyat nömrəli DƏDRX-dan çıxarış almışdır. Həmin çıxarış da məhkəmə baxışı zamanı əldə olunmuşdur. Cavabdeh1 bundan sonra ümumilikdə onlara məxsus Quba rayonu, Küpçal kəndindəki 0,72 ha həyətyanı torpaq sahəsinə dair öz adına 09 oktyabr 2010-cu il tarixli, MA seriyalı ******* saylı çıxarış almışdır. Həmin çıxarış əsasında 0,72 ha torpaq sahəsindən hər birinə 0,08 ha olmaqla Quba rayon Notariat Kontorunda təsdiq olunmuş 15 sentyabr 2012-ci il tarixli, AN-1 ******* saylı müqavilə üzrə X30, X14, X34 və X38, eləcə də həmin tarixli AN-1 ******* saylı müqavilə üzrə hər birinə 0,08 ha olmaqla X10, X11, Babaşov Vəli Vəli oğluna və X3. Qeyd olunan alqı-satqı müqavilələri əsasında X25 adına 0,08 ha torpaq sahəsinə dair 18 yanvar 2013cü il tarixli, X12 adına 0,08 ha torpaq sahəsinə dair 20 fevral 2013-cü il tarixli RX seriyalı ******* saylı, X31 adına 0,08 ha torpaq sahəsinə dair 20 fevral 2013-cü il tarixli RX seriyalı ******* nömrəli X8 adına 0,08 ha torpaq sahəsinə dair 29 yanvar 2013-cü il tarixli RX seriyalı ******* saylı, X15 adına 0,08 ha torpaq sahəsinə dair 18 yanvar 2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışlar verilmişdir. Sorğuya verilən cavaba görə X33 öz adına olan 0,08 ha torpaq sahəsini 14 iyun 2013-cü il tarixli Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 4Ə/02-584 saylı bağışlama müqaviləsi ilə X16 bağışlamışdır. Həmin bağışlama müqaviləsi əsasında X13 adına 04 iyul 2013-cü il tarixli RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Cavabdehlərin onların torpaq sahələrinə dair qanunsuz olaraq öz adlarına şəhadətnamə alaraq sonra da həmin torpaq sahələrini başqa şəxslərə özgəninkiləşdirərək adlarına çıxarış almaları onların qanuni yolla aldıqları torpaq sahələrinə dair öz adlarına mülkiyyət hüquqlarını qeyd etdirərək çıxarış almalarına məhdudiyyət yaratmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun hüququnu pozaraq, iştirakını təmin etmədən əsassız olaraq qətnamə qəbul etmişdir. Açıqaşkar qərəzli olaraq məhkəmə onu müdafiə hüququndan məhrum etməklə, maddi və prossesual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, düzgün nəticəyə gəlməmiş və bununla da qanunsuz qətnamə qəbul etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X36 və X22 apellyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, məhkəmə onları prosesə cəlb etsə də, lakin onların iştirakını təmin etmədən əsassız olaraq qətnamə qəbul etmişdir. Məhkəmə maddi və prossesual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, düzgün nəticəyə gəlməmiş və bununla da qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya baxışı zamanı iş üzrə Cavabdeh1 hüquqi varisi X39, onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Nümayəndə və vəkil Nümayəndə1 əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə sübut kimi istinad edilən Quba Rayon Məhkəməsinin 27 iyul 2010-cu il tarixli, 2(027)-565/2010 nömrəli qətnaməsindən aydın olur ki, həmin iş üzrə tərəflər arasında alqısatqı müqavilələrin baş tutuması etiraf edilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi ən azı hazırkı formada iddia tələbi düzgün olmadığından tələbi təmin edə bilməzdi. Belə ki, iddia tələbi mübahisələndirilən müqavilələrin etibarsızlığı deyil, ləğvidir ki, mövcud qanunvericiliyə əsasən müqavilənin ləğvi tələbi yalnız həmin müqavilənin tərəfləri olan şəxslər tərəfindən irəli sürülə bilər. Sadalanan hallar əsasında apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini qəbul etmədiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəf mübahisə predmeti olan torpaq sahəsinin satıldığını iddia etsə də, bu barədə hər hansı müqavilə, yaxud digər formada sübut növü məhkəməyə təqdim etməmişdir. Bu barədə notariat kontoruna verilən sorğulardan da aydın olur ki, torpaq sahəsinin alqı-satqısına dair hər hansı müqavilə bağlanmamış, beləliklə sənədləşmələr qeyri-qanuni yollarla icra edilmişdir. Birinci instansiya məhkəməsi bütün bu hallar düzgün hüquqi qiymət vermişdir. Odur lki, apellyasiya şikayətlərin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X36 və X7 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iddia tələbi düzgün formada verilməmişdir. Habelə iddianın heç bir hüquqi əsası yoxdur. Məhkəmə hüquqlarını təmsil etdikləri şəxsləri müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etsə də, onların məhkəmə iclasında iştirakını təmin etməmişdir. Onlar vicdanlı alıcıdırlar. Həmin torpaq sahəsini iş üzrə cavabdeh mərhum Cavabdeh1 almışlar. Göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumatlandırılmalarına baxmayaraq digər Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi, Quba rayon Notariat Kontoru, X28, X40, X43, X23, Babaşov Vəli Vəli oğlu, X33 və X29 məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Torpaqların alqı-satqısına dair 23 oktyabr 2004-cü il tarixdə tərtib edilmiş aktdan, həmin akta əlavə edilmiş bələdiyyə hesabına həyətyanı torpaq sahəsi almaq üçün 770.000 manat pul köçürmə qəbzindən görünür ki, İddiaçı1 Maraqlı şəxs3 21 saylı qərarına əsasən Küpçal bələdiyyəsi tərəfindən 0,12 ha torpaq sahəsi alqı-satqı qaydasında satılmışdır. Yenə iş materiallarında olan AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı1 adına tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Maraqlı şəxs3 21 avqust 2004-cü tarixli, 21 saylı qərarına əsasən İddiaçı1 satılmış 1200 kvadratmetr torpaq sahəsinin A№ 195452 nömrəli plan və ölçüsü 13 avqust 2009-cu il tarixdə 1282 nömrə ilə İddiaçı1 adına uçota alınmışdır. Yenə də iş materiallarında olan Torpaqların alqı-satqısına dair 23 oktyabr 2004-cü il tarixdə tərtib edilmiş aktdan, həmin akta əlavə edilmiş bələdiyyənin hesabına həyətyanı torpaq sahəsi almaq üçün 770.000 manat pul köçürmə qəbzindən görünür ki, İddiaçı4 Şıxseyid oğluna Maraqlı şəxs3 21 saylı qərarına əsasən Küpçal bələdiyyəsi tərəfindən 0,12 ha torpaq sahəsi alqı-satqı qaydasında satılmışdır. Mülki işdə olan AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı4 Şıxseyid oğlunun adına tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Maraqlı şəxs3 21 avqust 2004-cü il tarixli, 21 saylı qərarına əsasən İddiaçı4 Şıxseyid oğluna satılmış 1200 kvadrat metr torpaq sahəsinin A№ 195451 nömrəli plan və ölçüsü 13 avqust 2009-cu il tarixdə 1281 nömrə ilə İddiaçı4 Şıxseyid oğlunun adına uçota alınmışdır. İşə əlavə edilmiş Torpaqların alqı-satqısına dair 23 oktyabr 2004-cü il tarixdə tərtib edilmiş Aktdan, həmin akta əlavə edilmiş bələdiyyənin hesabına həyətyanı torpaq sahəsi almaq üçün 770.000 manat pul köçürmə qəbzindən görünür ki, X32 Maraqlı şəxs3 21 saylı qərarına əsasən Küpçal bələdiyyəsi tərəfindən 0,12 ha torpaq sahəsi alqı-satqı qaydasında satılmışdır. Yenə işdə olan AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X26 adına tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Maraqlı şəxs3 21 avqust 2004cü il tarixli, 21 saylı qərarına əsasən İddiaçı4 Şıxseyid oğluna satılmış 1200 kvadrat metr torpaq sahəsinin A№ 195449 nömrəli plan və ölçüsü 13 avqust 2009-cu il tarixdə 1284 nömrə ilə X26 adına uçota alınmışdır. İşdə olan Torpaqların alqı-satqısına dair 23 oktyabr 2004-cü il tarixdə tərtib edilmiş Aktdan, həmin akta əlavə edilmiş bələdiyyənin hesabına həyətyanı torpaq sahəsi almaq üçün 770.000 manat pul köçürmə qəbzindən görünür k, İddiaçı5 Maraqlı şəxs3 21 saylı qərarına əsasən Küpçal bələdiyyəsi tərəfindən 0,12 ha torpaq sahəsi alqı-satqı qaydasında satılmışdır. Yenə də işdə olan AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi srəfindən İddiaçı5 adma tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Maraqlı şəxs3 21 avqust 2004-cü İ larixli, 21 saylı qəfarina'əsasən İddiaçı5 satılmış 12 kvmetr torpaq sahəsinin A№ 195450 nömrəli plan və ölçüsü 13 avqust 2009-cu il tarixdə 1283 nömrə ilə İddiaçı5 adına uçota alınmışdır. Mülki işin materiallarında olan 05 dekabr 2001-ci il tarixli, JN 108F Kod ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Quba rayonu Küpçal kəndi ərazisində İddiaçı3 Şahsəid oğlunun adına mülkiyyət hüququ əsasında 0,20 ha həyətyanı torpaq sahəsi vardır. Mülki işdə olan 07 noyabr 2005-ci il tarixdə verilmiş JN 237F Kod İK 18 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cavabdeh1 Quba rayon DNKnun xx.xx.2005-ci il tarixli 4-Ə- 957, 959, 966 və 1023-24 saylı alqı-satqı müqavilələri əsasında Quba rayonu Küpçal kəndi ərazisində aldığı 0,42 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. İş materiallarındakı 05 aprel 2006-cı il tarixli, JN 241F Kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cavabdeh2 Quba rayon DNKnun xx.xx.2006-cı il tarixli, 4-Ə-104 saylı alqı-satqı müqaviləsi əsasında Quba rayonu Küpçal kəndi ərazisindən aldığı 0,30 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Yenə işdə olan Quba rayon Notariat Kontorunun 309/1 saylı, 26 may 2017-ci il tarixli məktubundan görünür ki, İddiaçı1, İddiaçı4 Şıxseyid oğlu, İddiaçı5 və X26 adına Quba rayon DNK-da xx.xx.2005-ci il tarixdə rəsmiləşdirilmiş 4-Ə/957 959, 966, 1023, 1024, xx.xx.2006-cı il tarixli 104 reyestr nömrəli alqı-satqı müqavilələri Quba rayon Notariat Kontorunun arxiv sənədləri arasında aşkar olunmamışdır. Yenə də işdə olan AR ƏMDK yanında Maraqlı şəxs2 16 iyul 2010-cu il tarixli, 935 saylı məktubundan görünür ki, AR ƏMDK yanında Maraqlı şəxs2 arxiv sənədlərinə əsasən, Quba rayonu Küpçal kənd sakinləri İddiaçı4 Şıxseyid oğlu, X37, İddiaçı5 ilə Bakı şəhər sakini Cavabdeh1 arasında bağlanmış torpaq alqı-satqısına dair müqaviləsi reyestr xidmətində qeydə alınmamışdır. Mülki işin materiallarında olan Quba rayon DNK-nın 4-Ə-505 saylı 15 iyul 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 241F Kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən adına olan 0,30 ha torpaq sahəsini Cavabdeh1 satılmışdır. Yenə mülki işin materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MH №0001498 saylı, ******* reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Küpçal kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA0117204 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Çıxarışdan və torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Xaçmaz Rayon DƏDRX-nın xx.xx.2006-cı il tarixli, ********* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına və DTXK-nın Quba rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il JN 237F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.72 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 15 sentyabr 2012-ci il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA0117204 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Çıxarış əsasında Quba rayonu, Küpçal kəndi ərazisində yerləşən özünə məxsus 0,72 ha torpaq sahəsindən etibarnamə əsasında 0,08 ha torpaq sahəsini X30, 0,08 ha torpaq sahəsini X14, 0,08 ha torpaq sahəsini X34, 0,08 ha torpaq sahəsini X6. Yenə iş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışdan, eləcə də torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Quba rayonu, Küpçal kəndi ərazisindən 0,08 ha torpaq sahəsi Quba rayon Notariat Kontorunda təsdiq olunmuş 15 sentyabr 2012-ci il AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyət kimi X25 adına dövlət qeydiyyatına alınmışdır. Mülki işdə olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX0132867 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışdan və torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Quba rayonu, Küpçal kəndi ərazisindən 0,08 ha torpaq sahəsi Quba rayon Notariat Kontorunda təsdiq olunmuş 15 sentyabr 2012-ci il tarixli, AN-İ№ ******* saylı, 4Ə/02-712 reyestr nömrəli alqı-müqaviləsi əsasında xüsusi mülkiyyət kimi X12 adına dövlət qeydiyyatına alınmışdır. Yenə mülki işdə olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX0132866 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Küpçal kəndi ərazisində 0,08 ha torpaq sahəsi Quba rayon Notariat Kontorunda təsdiq olunmuş 15 sentyabr 2012-ci il tarixli AN-İ№ ******* saylı 4Ə/02-712 reyestr nömrəli Alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyət kimi İsmayılovNicat Elçin oğlunun adına dövlət qeydiyyatına alınmışdır. İşə əlavə edilmiş 15 sentyabr 2012-ci il tarixli AN-İ№ ******* saylı Daşınmaz Əmlakın Alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh1 Şami oğlu 0,72 ha torpaq sahəsindən etibarnamə əsasında 0,08 hektarını X10, 0,08 hektarını X11, 0,08 hektarını Babaşov Vəli Vəli oğluna və 0,08 hektar torpaq sahəsini X3. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, 15 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Küpçal kəndi ərazisindən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi X8 adına dövlət qeydiyyatına alınmışdır. Yenə iş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında aşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət Reyestrinin Seriya RX № ******* saylı, 13001622 qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışından görünür ki, 15 sentyabr 2012-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Quba rayonu, Küpçal kəndi ərazisindən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Babaşov Vəli Vəli oğlunun adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli, |21.2013-cü il qeydiyyat tarixli Çıxarışdan və **********94 saylı Torpaq sahəsinin və ölçüsündən görünür ki, 15 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Küpçal kəndi ərazisindən 0,08 ha torpaq sahəsi xüsusi mükiyyət kimi X15 adına dövlət qeydiyyatına alınmışdır. Yenə işdə olan Quba rayon Notariat Kontorunda tərtib və təsdiq edilmiş 14 iyun 2013-cü il tarixli Bağışlama müqaviləsindən görünür ki, X33 AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013cü il qeydiyyat tarixli Çıxarışa əsasən adına dövlət qeydiyyatına alınmış Quba rayonu, Küpçal kəndi ərazisində olan 0,08 ha torpaq sahəsini qızı X16 bağışlamışdır. Yenə də işə əlavə olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX № 0200598, ******* qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışdan və ********* reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Quba rayonu, Küpçal kəndi ərazisindən 0,08 ha torpaq sahəsi Quba rayon Notariat kontorunun 14 iyun 2013-cü il tarixli Bağışlama müqaviləsi əsasında xüsusi mülkiyyət kimi X17 adına dövlət qeydiyyatına alınmışdır. Mülki işə əlavə edilmiş Quba rayonu Küpçal-Dağlı Bələdiyyəsinin 09 sentyabr 2016-cı il tarixli 37 saylı məktubundan görünür ki, 2015-ci ldə X47 bələdiyyəsi ilə birləşərək Küpçal- Dağlı bələdiyyəsi yaranmış, Küpçal bələdiyyəsinə aid sənədlər Küpçal- Dağlı bələdiyyəsinin arxivinə təhvil verilməmişdir. Mülki işin materiallarında olan Quba rayon Polis Şöbəsinin 17 iyun 2016-cı il tarixli arayışından görünür ki, İddiaçı1, X37, İddiaçı5 və İddiaçı4 Şıxseyid oğlu adlarına olan Küpçal bələdiyyəsinin 21 avqust 2004-cü il tarixli, 21 nömrəli qərarı ilə verilmiş 0,12 hektar torpaq sahəsinin torpaqların alqı-satqısına dair aktı və kassa mədaxil orderinin qəbzini naməlum şəraitdə itirmişlər. İşdə olan “Şəfəq” qəzetinin surətindən görünür ki, İddiaçı1, X26, İddiaçı4 Şıxseyid oğlunun və İddiaçı5 adına Quba rayonu Küpçal bələdiyyəsinin 21 avqust 2004-cü il tarixli qərarı əsasında hər birinə verilmiş 0,12 ha torpaq sahələrinin alqı-satqısma dair aktı və kassa mədaxil orderinin qəbzləri itmişdir. Yenə də işdə olan Quba Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(027)-426/2017 saylı məktubuna cavab olaraq göndərilmiş AR ƏMDK yanında DƏDRX-mn 5 saylı Ərazi İdarəsinin 17 mart 2017-ci il tarixli, **********2 saylı məktubundan görünür ki, İddiaçı4 Şıxseyid oğlu, İddiaçı1, İddiaçı5 və X26 adına daşınmaz əmlak qeydə alınmamışdır. İşə əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)- 565/2010 saylı qətnaməsindən görünür ki, iddiaçılar Bayram, İsbat və Paşa X1 qarşı borc müqaviləsinin etibarsız sayılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onların iddiası qismən təmin edilərək borc müqaviləsi Ömər Məmmədova aid hissədə etibarsız hesab edilmiş, ondan 1400 ABŞ dollarının ödəniş gününə manata məzənnəsi ilə alınıb iddiaçılara verilməsi qət edilmişdir. Həmin iş üzrə iddia ərizəsindən məlum olur ki,iddiaçılar onlara məxsus cəmi 0,48 ha torpaq sahəsini Cavabdeh1 22 000 ABŞ dolları və ya 17 600 manata satmışlar. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin iş üzrə mövqeyinə uyğun olaraq işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməli, Quba Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(027)-2236/2017 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Ali Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1833/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən ona əsaslanmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-565/2010 saylı qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyət daşımır. Lakin həmin iş üzrə iddiaçıların mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə izahatları sübut kimi qiymətləndirilə bilər. Kassasiya instansiyasının iş üzrə digər göstərişi olmamışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyasının mövqeyi aşağıdakılara əsaslanır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini şəhadətnamələrin mövcud olmayan alqı-satqı müqaviləsi əsasında verildiyindən, aparılmış alqı-satqı, bağışlama müqavilələri və onların əsasında verilmiş çıxarışların da qanunsuz olması ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi isə Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 19, 139.1.,324.1.,337.1.,337.2.,337.3.,337.4.,337.5.,389.1.,404.1.,405.1.,560.1.,560.3.4.,567., 572.1.,646.1.,648.1.,648.2., Torpaq Məcəlləsinin 56.9.,144.1. və MPM-nin 307.2.6.,311-ci maddələrinə istinad etmişdir. Cavabdeh1, üçüncü şəxslər Aydın Qasımbəyov və Rövşən Hüseynov aşağı instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etsələr də hər üçü şikayətinin dəlillərindən biri kimi məhkəmə iclası barədə məlumatlandırılmamalarını qeyd etmişlər. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən keçirilmiş məhkəmə iclaslarında cavabdehlər məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onların iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən cavabdeh və üçüncü şəxslərin iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddia tələbinə maddi hüquqi normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddia tələbi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsızlığı, alqı-satqı, bağışlama müqavilələrinin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi təşkil etsə də, məhkəmə mübahisəyə əqdin etibarsızlığı barədə normaları tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X53rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X48 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X4rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə almaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbləri torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsızlığı, alqı-satqı, bağışlama müqavilələrinin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi barədədir. Baxılan iş üzrə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 140, 421-ci maddələri təşkil edir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, iddiaçılar Ramin, Bayram, Paşa, İsbat İsbatovlara Maraqlı şəxs3 21 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə hər birinə alqı-satqı qaydasında 0,12 ha, digər İddiaçı3 isə Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə 0,20 ha həyətyanı torpaq sahələri verilmişdir. İddiaçılara məxsus 0.42 ha torpaq sahəsi Quba rayon DNK-nun 4Ə-957, 959, 966, 1023-24 saylı xx.xx.2005-ci il tarixli alqı-satqı müqavilələri ilə Cavabdeh1, 0.30 ha torpaq sahəsi isə Quba rayon DNK-nun 4-Ə-104 saylı xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmış və hər birinin adına müvafiq şəhadətnamələr verilmişdir. İddiaçılar Cavabdeh1 adına verilmiş 07.11. 2005-ci il tarixli, JN237 Kod 30301018 saylı və Cavabdeh2 adına verilmiş xx.xx.2006-cı il tarixli, JN241 Kod 30301018 torpağın mülkiyyətə verilməsinə şəhadətnamələrin etibarsızlığını əsası kimi onlara məxsus torpaq sahələrinin sənədlərinin itirdikləri üçün mülkiyyət hüququnu təsdiq edən çıxarış ala bilmədiklərindən həmin sahələrə sahiblik, istifadə və sərəncam hüquqlarının müəyyən olunması məqsədilə məhkəməyə müraciət edərkən onlara məxsus 0.42 ha torpaq sahəsinə Cavabdeh1 adına şəhadətnamə verildiyini və bunun əsası kimi Quba rayon DNK-nun xx.xx.2005-ci il tarixli, 4Ə-957, 959, 966, 1023-24 saylı alqı-satqı müqavilələrinin, 0,30 ha torpaq sahəsinə isə Cavabdeh2 adına şəhadətnamə verildiyini və bunun əsası kimi isə xx.xx.2006-cı il tarixli, 4-ə-104 saylı Quba rayon DNK-da təsdiq olunmuş alqı-satqı müqavilələrinin olması göstərilmişdir. Qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının əsasları Mülki Məcəllənin 139-1-ci maddəsində müəyyən olunmuşdur. Həmin əsaslardan biri də, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilədir. İddiaçılar özləri də qeyd edirlər ki, mübahisəli torpaq sahəsinə şəhadətnamələr notariat qaydasında təsdiq edilmiş müqavilələr əsasında verilmiş, lakin onlarla belə bir müqavilə bağlanmamışdır. Lakin yuxarıda qeyd edildiyi kimi, iş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-565/2010 saylı qətnaməsinin məzmunundan göründüyü kimi hazırki iş üzrə iddiaçılardan Bayram, İsbat və İddiaçı5lar cavabdeh Ömər Məmmədova qarşı borc müqaviləsinin etibarsızlığı və pulun qaytarılması barədə iddia irəli sürmüş, həmin işdə Cavabdeh1 da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak etmişdir. Məhkəmə aktı ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 ilə borcverən X35 arasında hər hansı borc pul münasibətləri olmamış, müqavilə əslində iddiaçılar İddiaçı1, X37, İddiaçı5, İddiaçı4 Şıxseyid oğluna məxsus torpaq sahələrinin alqısatqısından alıcı Cavabdeh1 borclu qaldığı pula dair bağlanmış, Cavabdeh1 cavabdeh X27 hər hansı bir borcu olmamış, borc müqaviləsi üzrə Cavabdeh1 hər hansı bir pul məbləğini X27 qaytarmaq öhdəliyi mövcud olmamış və borc müqaviləsinə X18 adı yalnız görünüş üçün daxil edilmişdir. Başqa sözlə, iddiaçılar özləri həmin iş üzrə hazırda mübahisələndirdikləri torpaq sahələrini Cavabdeh1 satdıqlarını, lakin pullarının tam ödənilməməsini, bundan istifadə edən Ömər Məmmədovun onlara çatası pulu ələ keçirmək istədiyini bildirirlər. Göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçılar tərəfindən Cavabdeh1 satılması tərəflərin əvvəlki işdə iştirak etdikləri və qüvvədə olan yuxarıda qeyd olunan məhkəmə aktında öz təsdiqini tapmışdır. Lakin iddiaçılar 0.42 ha və 0.30 ha torpaq sahələri ilə bağlı mübahisələndirilən şəhadətnamələrin verilməsinə əsas olmuş Quba rayon DNK-nun təsdiq olunmuş xx.xx.2005-ci il tarixli 4Ə-957, 959, 966, 1023-24 saylı və xx.xx.2006-cı il tarixli 4-ə-104 saylı alqı-satqı müqavilələrinin mübahisələndirməmişlər. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların şəhadətnamənin etibarsızlığı barədə iddia tələblərinin əsası kimi istinad etdiyi hallar əsaslı hesab etmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin şəhadətnamənin etibarsızlığı barədə Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən kəsici müddəti tətbiqi barədə Cavabdeh1 nümayəndəsinin ərizəsinə gəldikdə isə qeyd edir ki, Konsitusiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətin tətbiqi ilə bağlı vurğulamışdır ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə nəzərdə tutulmuş müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyil, bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət isə kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Göründüyü kimi qeyd olunan müddətlər iddia müddəti kimi nəzərdə tutulmadığından, həmin müddətin tətbiqi üçün Mülki Məcəllənin 375.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərəfin ərizəsi əsasında deyil, məhkəmənin müəyyən etdiyi halda özü tərəfindən tətbiq edilməlidir. Baxılan iş üzrə iddiaçıların mübahisələndirdikləri torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə isə əqd olmadığından, məhkəmə kollegiyası hazırki tələb üzrə ərizənin tətbiqini zəruri hesab etmir. İddia tələblərinin cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında 0,30 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4-Ə-505 saylı torpağın alqı-satqı müqaviləsinin, Cavabdeh1 torpaq sahəsindən hər birinə 0,08 ha olmaqla, X30, X14, X34, X44, X10, X11, Babaşov Vəli Vəli oğluna və X24 xx.xx.2012-ci il tarixdə satmasına dair ******* və ******* saylı və X15 0,08 ha torpaq sahəsinin X16 bağışlamasına dair Quba rayon Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2013-cü il tarixli, 4Ə-584 saylı bağışlama müqavilələrin ləğv edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.1. və 421.2. maddələri). Qanunun mənasından göründüyü kimi, müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları kimi tərəflərin razılaşması, mülki qanunvericilikdə və ya müqavilədə müəyyən edilmiş hallar nəzərdə tutulmuşdur. Tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prisipindən irəli gəlir. Belə ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə, yaxud müqavilədə nəzərdə tutulduğu hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Göründüyü kimi qanunvericilik müqavilənin (alqı-satqı, bağışlama və s.) ləğvinin əsaslarını ilə yanaşı onun subyektini də müəyyən etmişdir. Odur ki, müqavilənin dəyişdirilməsi və ləğvini yalnız müqavilə tərəfi irəli sürə bilər. Lakin hazırki iş üzrə iddiaçılar mübahisələndirdikləri alqı-satqı və bağışlama müqavilələri üzrə tərəf kimi iştirak etmədiklərindən, həmin müqavilələrin ləğvini tələb edə bilməzlər. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Lakin iddianı bu hissədə təmin edən məhkəmə iddiaçıların belə bir hüququnun olubolmamasına hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı və bağışlama müqavilələrinin ləğvi hissəsində iddiaçıların subyektiv hüquqları olmadığından, iddia tələbləri bu hissələrdə təmin edilə bilməz. İşdən göründüyü kimi, apellyasiya şikayətlərini əsas dəlillərindən biri də mübahisəli torpaq sahələrinin alıcılarının vicdanlı alıcı hesab edilməsi və buna görə də alqı-satqı müqavilələrinin qanuni hesab edilməsi barədədir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X20 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusyta Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda, iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsini əldə edən şəxslər vicdanlı əldə edən olduqları üçün onların hüquqları qorunmalıdır. İddia tələbinin çıxarışların ləğvi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən çıxarışlar mövcud alqı-satqı və bağışlama müqavilələrinin əsasında verilmişdir. Reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilmiyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özkəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (Mülki Məcəllənin 140-cı maddəsi). Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Göründüyü kimi, qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını, bununla da həmin qeydiyyat əsasında qeydə alınmış daşınmaz əmlak hüquqları qeydə alınan şəxsin mülkiyyət hüququnun toxunulmazlığını müəyyən etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mübahisəli torpaq sahəsi ilə bağlı ləğvini arzuladığı çıxarışların verilməsinə əsas olan notariat kontoru tərəfindən təsdiq edilmiş alqı-satqı və bağışlama müqavilələri ləğv edilmədiyindən, bu əqdlər əsasında tərəflərin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmış çıxarışların ləğvi barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin Quba rayon Küpçal kəndində yerləşən 0.72 ha torpaq sahəsinə İddiaçı1, X37, İddiaçı5, İddiaçı4 Şıxseyid oğlu və İddiaçı3 mülkiyyət hüququ üzrə sahiblik, istifadə və sərəncam vermə faktlarının müəyyən edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbinin bu hissədə təmin edilməsi üçün hüquqi əsaslar olmadığından təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsi və kassasiya şikayətinin verilməsi üçün iddiaçıların ödədiyi dövlət rüsumu onların özünə aid edilməli, Cavabdeh1 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X36 və X7 apellyasiya şikayətlərinin verilməsi üçün hər birinin ödədiyi 10 manat dövlət rüsumunun əvəzi iddiaçılardan tutularaq onlara verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X36 və X7 apellyasiya şikayətləri təmin edilsin. Quba Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(027)-2236/2017 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, X37, İddiaçı5, İddiaçı4 Şıxseyid oğlu və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi, Quba rayon Notariat Kontoru, X36, X28, X40, X43, X22, X23, Babaşov Vəli Vəli oğlu, X33 və X29 ) şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı, bağışlama müqavilələrinin və çıxarışların ləğv edilməsinə dair iddia tələbi rədd edilsin. İddia ərizəsi və kassasiya şikayətinin verilməsi üçün iddiaçıların ödədiyi dövlət rüsumu onların özünə aid edilsin. Cavabdeh1 apellyasiya şikayətlərinin verilməsi üçün ödədiyi 10 manat dövlət rüsumunun əvəzi və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X36 və X7 apellyasiya şikayətlərinin verilməsi üçün ödədiyi 10 manat dövlət rüsumunun əvəzi iddiaçılardan tutularaq onlara verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-174/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-174/2023
10.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver