Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1740/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakın qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2854/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən 88 adda cehiz əşyalarının cavabdehdən alınaraq ona verilməsi, cehiz əşyaları aşkar edilməzsə onların dəyəri olan 9228 manat pul məbləğinin, habelə ödənilmiş 63 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2854/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilmiş, 24 ədəd stəkan sadə, 24 ədəd nəlbəki sadə, 12 xörək qaşığı, 12 çay və limon qaşığı, 2 dəst boşqab 2 böyük bulud, 2 balaca bulud, 12 ədəd çəngəl, 2 dəst taxta Tefal qaşığı, 1 ədəd bıçaq dəsti, 24 ədəd badə, 12 ədəd qədəh, 2 ədəd mürəbbə qabı uzun, 2 ədəd qənd qabı, 12 ədəd rozetka, 12 ədəd armudu stəkan, 12 ədəd armudu stəkan üçün nəlbəki, 2 ədəd meyvə qabı, 4 ədəd külqabı, 1 dəst qranit qazan, 1 dəst ləbləbi qabı, 1 ədəd sini, 2 ədəd əlcək, 4 ədəd sini, süpürgə dəsti, 1 ədəd soğançəkən, 12 ədəd balaca kasa, 3 ədəd kauçuk qab, 1 ədəd zibil qabı, 1 ədəd vanna, 1 ədəd ceyran dərisi, aş süzən dəsti, 2 ədəd süfrə staqtel, 2 ədəd dəst taxt ədyalı, 2 dəst taxt üstü örtük, 2 dəst çexol, pərdə, 4 ədəd balaca dəsmal, 3 ədəd qətfə, 6 ədəd çay dəsmalı, dördayaq və 1 ədəd ələk 1 ədəd oxlovla, 1 ədəd qozçəkən maşın, 2 ədəd sintifon balış, 4 ədəd tük balış, 2 ədəd duz qabı, 2 ədəd vedrə dəmir, 12 dəst şiş, gecə lampası 1 ədəd, 2 ədəd balaca dəm çaydanı, 12 ədəd fincan, 2 ədəd qəndqabı, 1 ədəd sabun qabı, 1 ədəd tualet fırçası, 1 ədəd tozsoran, 4 dəst karniz, 1 dəst stol-stul, 1 ədəd ətçəkən maşın, 1 ədəd Tefal çaydan, nahar servisi, 1 ədəd toz yığan, 2 ədəd xalça, 12 ədəd paltar asan, 2 ədəd çexol dəsti, 1 ədəd çuqun çaydan, 1 ədəd mikser, 2 ədəd tort boşqabı, su qabı 1 ədəd, 1 ədəd alüminium su qabı, paltaryuyan maşın, künc divanı, yataq dəsti mebeli, 1 dəst mətbəx mebeli, lampa 1 ədəd, çörək bişirən soba, paltar yığan qab, ipəzor 3 dəst 1 ədəd vedrə, çörək qabı 1 ədəd, 1 dəst İran istehsallı qazan, 1 ədəd su qabı, 1 ədəd güldan, 3 ədəd kukla, 2 dəst qəhvə fincanı, iynə dəsti, 1 dəst Tefal qazan, 1 ədəd alüminium ləyən qabı, 1 ədəd taxt yorğanı və 1 ədəd tək döşək, 1 ədəd ipək yorğan, 2 ədəd mətbəx taxtası, tvyorka, 1 ədəd mətbəx üçün qazan və 1 ədəd aspiratordan ibarət əmlak Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63 manat pul və 50 manat mediasiya xərcinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə 16 sentyabr 2024-cü il tarixli kassa mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən 55 manat dövlət rüsumu ödənilmiş, ödənişin təyinatı 1000 manatdan 10.000 manatadək iddia ərizəsinin verilməsi üçün Abşeron Rayon Məhkəməsi qeyd edilmişdir. (i/v-60) Göründüyü kimi iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumunun təyinatı və məqsədi Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinin verilməsi üçün deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödədiyi 55 manat dövlət rüsumu hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsi dedikdə, həmçinin rüsumun hansı məqsəd üçün ödənilməsi, yəni təyinatının nədən ibarət olması və hansı dövlət orqanına ödənilməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayəti üçün dövlət rüsumunun təyinatı üzrə ödənib-ödənilmədiyini aydınlaşdırmamış və apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh qarşı cehiz əmlakın qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2854/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1740/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1740/2024
05.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver