Məhkəmə qərarları › İş №2(105)-1742/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1742/2020

23.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1742/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı1 nümayəndəsi və vəkili X4 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-2643/2018 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-2643/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Sevinc Quliyeva) İddiaçı1 Cavabdeh1nə qarşı müqavilə üzrə öhdəliklərin icrası və mənzilin sahibliyə verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuş Cavabdeh1 ərizəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-2643/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X6 Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-2643/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinanın qəbul edilməsini xahiş etdi. İddiaçı1 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin ərizəsi təmin edilməli, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasına daxil olmuş Cavabdeh1 ərizəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-2643/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-2643/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki,cavabdehin apellyasiya şikayətindən imtinası qanuna zidd deyildir, hər hansı bir şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur və cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətindən könüllü, öz iradəsinə uyğun olaraq imtina etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilməli, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-2643/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar