Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1743/2024 25.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: əmlak tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi Nümayəndə, ilk iddia üzrə cavabdeh, qarşıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-12/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi əsasında alınaraq ona hədiyyə edilmiş və qanunsuz sahibliyindən çıxana qədər istifadəsində olmuş 2949 manat dəyərində “İphone 14” markalı, **********29763 İMEİ kodlu mobil telefonun mütəxəssisin istismara yararlılıq rəyi alınmaqla, cavabdehdən alınaraq ona qaytarılması, həmçinin ödənilmiş 55 manat məbləğində mediasiya xərcinin də cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 17 iyun 2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, habelə nikah mərasimindən sonra 15 gün ərzində Siyəzən şəhərində, aralarında olan ər-arvad münasibətləri kəsildiyi günə kimi, yəni 2023cü ilin mart ayınadək isə Bakı şəhərində valideynlərindən ayrı yaşamışlar. Bakı şəhərində yaşamağa başladıqdan sonra cavabdehlə arasında tez-tez mübahisələr olmuş, mübahisələrin səbəbi isə onun neft sahəsində, cavabdehin isə “ART” psixologiya mərkəzində işləməklə, sonuncunun ailədə öz vəzifələrini, yəni evə aid yemək hazırlanmaması, təmizlik işlərini yetinə yetirməməsi olmuşdur. Bu səbəbdən də ev işlərini bəzən o, bəzən də anası etmişdir. Cavabdeh psixologiya ilə məşğul olduğundan, tezliklə sonuncunun ailə səmimiyyətini pozan hərəkətlərindən onun cana doymasını anlayacağını düşünsə də cavabdeh bu hisslərdən uzaq olduğu üçün onunla heç cür razılığa gəlməmiş və 2-3 aydan sonra ailə səmimiyyətləri soyumağa başlamışdır. Cavabdehin bu halı anlamış olması sonuncunu narahat etmir, habelə iş karyerasını düşünür. Bundan başqa cavabdehə ailəsinin, yaxud işinin lazım olmasını soruşduqda sonuncu ona işinin maraqlı olmasını bildirmişdir. Bundan sonra o, işdən evə qayıdarkən cavabdehin evdə olmamasını görmüş, habelə cavabdehin küsüb evdən getməsi ona məlum olmuşdur. Daha sonra 2 həftə ərzində cavabdeh evə qayıtmadığı üçün sonuncunun valideynlərindən soruşduqda, onlar Cavabdeh boşanmaq istədiyini və özlərinin də buna razı olmasını bildirmişlər. Cavabdehin onu tərk etməsini anladıqdan sonra sonuncuya apardığı qızıl-zinət əşyalarının nikah mərasimində verildiyini, nikah müddəti çox çəkmədiyi üçün həmin əşyaların ona məxsus olmamasını bildirmiş və bu halın məhkəmə tərəfindən həll olunacağını qeyd etmişdir. Bundan başqa toy mərasimindən sonra atası tərəfindən hədiyyə edilmiş dəyəri 2949 manat olan “İphone 14” markalı telefonu geri qaytarmasını və ya hər ay ödənilən 164 manat aylıq kredit məbləğini ödəməsini sonuncudan tələb etmişdir. Lakin, cavabdeh onun fərdi istifadəsində olmuş “İphone 14” markalı mobil telefonu qaytarmaqdan imtina etmiş, həmçinin bu barədə tərəfindən polis orqanlarına etdiyi müraciətlər əsasında ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, 2023-cü ilin mart ayından sonra atası tərəfindən kreditlə alınaraq ona hədiyyə edilmiş və şəxsi istifadəsində olmuş qeyd edilən mobil telefon, aralarında faktiki olaraq nikah münasibətləri olmayan cavabdeh tərəfindən özbaşına götürülərək, özününküləşdirilmiş, bununla da onun sahibliyindən çıxmışdır. Nəticədə müəyyən edilir ki, hazırda nikahları rəsmi qaydada pozulmasa da onlar ayrı yaşayırlar və bu dövrdə ər-arvadın qazandığı əmlak onların hər birinin öz mülkiyyəti sayılır. Bu baxımdan da hazırda aylıq krediti atası ödəsə belə, gələcəkdə telefonun dəyəri tam ödənildikdən sonra əmlak ona məxsus olacaqdır.
3. Cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda cavabdehin evində olan ümumi dəyəri 6400 manat təşkil edən qızıl-zinət əşyalarının, ümumi dəyəri 39305 manat olan 88 sayda cehiz əmlakının və ona məxsus digər əşyaların cavabehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia üzrə iddiaçı İ Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizəylə məhkəməyə müraciət edərək, hazırda cavabdehin evində olan ümumi dəyəri 6400 manat təşkil edən qızıl-zinət əşyalarının, ümumi dəyəri 39305 manat olan 88 sayda cehiz əmlakının və ona məxsus digər əşyaların, həmin əşyalar olmadığı təqdirdə onların dəyərinin və ödənilmiş 227 manat dövlət rüsumunun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 17 iyun 2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, toy mərasimindən sonra cehiz əmlakları ilə birlikdə cavabdehin evinə gəlin köçmüşdür. Evliliklərinin ilk vaxtalarında ailə münasibətləri normal olsa da sonradan cavabdehin qeyri-adekvat hərəkətləri nəticəsində mübahisələri yaranmağa başlamışdır. Sonuncu dəfə cavabdehlə yaranmış mübahisədən sonra evi tərk edərək ata evinə qayıtmışdır. Ata evinə qayıdarkən nə cehiz əmlaklarını və ona məxsus digər əşyaları, nə də qızıl-zinət əşyalarını götürmüşdür. Bu səbəbdən də o, hazırda ona məxsus cehiz əmlaklarını, ona aid digər əşyaları, həmçinin qızıl-zinət əşyalarını, yəni 4000 manat dəyərində olan yataq dəstini, 3000 manat dəyərində olan stol-stul dəstini, 2000 manat dəyərində olan divanı, 700 manat dəyərində olan kamotu, 600 manat dəyərində olan mətbəx üçün 1 ədəd stol-4 ədəd stul dəstini, 450 və 300 manat dəyərində olan 2 ədəd çilçırağı, 450+350 manat dəyərində olan pərdə-brilyantı, 850 manat dəyərində olan “Toshiba” markalı soyuducunu, 850 manat dəyərində olan “Toshiba” markalı paltaryuyan maşını, 1200 manat dəyərində olan “Onvo” markalı televizoru, 200 manat dəyərində olan “Samsung” markalı tozsoranı, 150 manat dəyərində olan “Eurolux” markalı samovarı, 100 manat dəyərində olan “Eurolux” markalı şirəçəkəni, 150 manat dəyərində olan “Tefal” markalı ütünü, 250 manat dəyərində olan “Gorenje” markalı ət çəkən maşını, 200 manat dəyərində olan “Eurolux” markalı mikseri, 100 manat dəyərində olan tosteri, 100 manat dəyərində olan “Eurolux” markalı tok samovarını, 150 manat dəyərində olan “Eurolux” markalı sobanı, 100 və 50 manat dəyərində olan 2 ədəd blenderi, 400 manat dəyərində olan 2 ədəd yun döşəyi, 120 manat dəyərində olan taxt üçün sintifon döşəyi, 300 manat dəyərində olan 2 ədəd yun yorğanı, 120 manat dəyərində olan taxt üçün sintifon yorğanı, 200 manat dəyərində olan 4 ədəd tük yastığı, 180 manat dəyərində olan 4 ədəd sintifon yastığı, 450 manat dəyərində olan yataq örtüyünü, 150 manat dəyərində olan ağ sürfəni, hər birinin dəyəri 200 manat olan 3 ədəd, hər birinin dəyəri 100 manat olan 3 ədəd və 50 manat dəyərində olan 1 ədədi pastelləri, 350 manat dəyərində olan 2 dəst dəsmalı, 100 manat dəyərində olan 12 ədəd çay dəsmalını, 450 manat dəyərində olan kamot dəstini (ləpə qabı, konfet qabı, zərli büllur güldan, 2 ədəd meyvə qabı), 600 və 150 manat dəyərində olan 2 dəst servisi, 50 manat dəyərində olan bıçaq dəstini, 250 və 50 manat dəyərində olan 2 qaşıq dəstini, 150 manat, 150 manat və 50 manat dəyərində sayları müvafiq olaraq 12, 12 və 6 ədəd olan rumka dəstini, 70 manat dəyərində olan su qabını, 100 manat dəyərində olan 3 mərtəbəli stolüstü qabı, 100 manat dəyərində olan saatı, 60 manat dəyərində olan külqabını, 50 manat dəyərində olan iri qaşıqları, 50 manat dəyərində olan 5 litrlik çayniki, 50 manat dəyərində olan 2 ədəd dəm üçün çayniki, 50 manat dəyərində olan zibil qabını, 50 manat dəyərində olan pol vedrəsini, 50 manat dəyərində olan hamam dəstini, 40 manat dəyərində olan qab yığılmaq üçün asılqanı, 80 manat dəyərində olan 12 ədədlik stəkan dəstini, 40 manat dəyərində olan armudu stəkan dəstini, 30 manat dəyərində olan konfet qabını, 50 manat dəyərində olan tort qabını, 280 manat dəyərində olan keramika qazan dəstini, 100 manat dəyərində olan “Tefal” markalı 2 ədəd qazanı, 100 manat dəyərində olan 2 ədəd nikel qazanı, 50 manat dəyərində olan 3 ədəd çuqun qazanı, 40 manat dəyərində olan “Tefal” markalı çayniki, 30 manat dəyərində olan şüşə qabı, 20 və 15 manat dəyərində olan saxlama qablarını, 10 manat dəyərində olan su qabını, 10 manat dəyərində olan 2 ədəd fincanı, 45 manat dəyərində olan 6 ədəd şüşə qabı, 55 manat dəyərində olan qara mətbəx dəstini, 25 manat dəyərində olan ədviyyat qabını, 20 manat dəyərində olan duz-istiot qabını, 20 manat və 5 manat dəyərində olan paltar yığmaq üçün 2 ədəd vedrəni, 50 manat dəyərində olan gecə lampasını, 15 manat dəyərində olan meyvə bıçağını, 50 manat dəyərində olan güldanı, 25 manat dəyərində olan mətbəx üçün süfrəni, 1200 manat dəyərində olan psixoloji inkişaf üçün 4 yeşik oyuncaqları, 5000-6000 manat dəyərində olan 250-300 ədəd psixoloji kitabları, 600 manat dəyərində olan İran istehsalı olan xalçanı, 100 manat dəyərində olan boz rəngli xalçanı, 200 manat dəyərində olan xalçanı, 50 manat dəyərində olan boz rəngli pencəyi, 40 manat dəyərində olan qara rəngli pencəyi, dəyərləri 150 manat, 150 manat, 120 manat, 140 manat və 100 manat olan toy paltarlarını (Phardi brendi), 200 manat dəyərində olan 3 ədəd çantanı, 250 manat dəyərində olan şalvarları, 200 manat dəyərində olan koftaları, 150 manat dəyərində olan şalvar-kofta dəstini, 70 manat dəyərində olan məcməyini, 25 manat dəyərində olan dayseri (tərəvəzdoğrayanı), 60 manat dəyərində olan 2 ədəd krasovkanı, 50 manat dəyərində olan tuflini, 100 manat dəyərində olan yay ayaqqabısını, 400 manat dəyərində olan bir qutu bijüteriyanı, habelə 3000 manat dəyərində çəkisi 30 qram olan Türkiyə istehsalı üzük, boyunbağı, qolbaq və sırğadan ibarət qızıl dəstini, ümumi çəkisi 8 qram olan İtaliya istehsalı ağ rəngli qolbaq və boyunbağını, 1000 manat dəyərində çəkisi 11 qram olan İtaliya istehsalı nişan üzüyünü, 1200 manat dəyərində çəkisi 12 qram olan İtaliya istehsalı üzüyü, 400 manat dəyərində olan Türkiyə istehsalı bacısı tərəfindən hədiyyə edilmiş sırğanı, 400 manat dəyərində olan Rusiya istehsalı, 583 əyarlı anası tərəfindən hədiyyə edilmiş təkqaş üzüyü geri istəyir.
6. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-12/2024 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) ilk iddianın təmin edilməməsi, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 55 (əlli beş) manat məhkəmə xərcinin ilk iddia üzrə İddiaçı aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qiyməti 1639,65 manat, cəmi çəkisi 19,29 qram olan, Türkiyə istehsalı, 585 əyarlı üzük, boyunbağı, qolbaq və bir cüt sırğadan ibarət olan ağ rəngli qızıl dəsti, qiyməti 880 manat, cəmi çəkisi 8 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli qolbaq və boyunbağı, qiyməti 990 manat, çəkisi 9 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli nişan üzüyü, qiyməti 403,70 manat, çəkisi 3,67 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli üzük, qiyməti 340 manat, çəkisi 4 qram olan, Türkiyə istehsalı, 585 əyarlı sarı rəngdə bir cüt sırğa, qiyməti 340 manat, çəkisi 4 qram olan, Rusiya istehsalı, 583 əyarlı sarı rəngli bir cüt sırğa və ya onların cəmi dəyərini təşkil edən 4593,35 (dörd min beş yüz doxsan üç manat 35 qəpik) manat məbləğində pulun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş cəmi 227 (iki yüz iyirmi yeddi) manat məhkəmə xərcinin 12%-i, yəni, 27,24 (iyirmi yeddi manat 24 qəpik) manatının ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, aparılmış məhkəməəmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyərini təşkil edən cəmi 150 manatın 56%-i, yəni 84 (səksən dörd) manatı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 44%-i, yəni 66 (altmış altı) manatı isə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər 17 iyun 2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, habelə 24 mart 2023-cü il tarixədək faktiki olaraq bir ailə kimi yaşasalar da, Siyəzən Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Tərəflər birgə təsərrüfat idarə etdikləri dövrdə, yəni 18 noyabr 2022-ci il tarixdə ilk iddia üzrə İddiaçı “iPhone 14” markalı mobil telefonu əldə edərək, arvadı, ilk iddia üzrə Cavabdeh şəxsi istifadəsinə vermiş, habelə sonuncu həmin tarixdən etibarən bu telefonu istifadəsinə qəbul etmiş, hazırkı vaxtda da istifadə etməkdədir. İddiaçının toy mərasimindən sonra ona atası tərəfindən hədiyyə edilmiş dəyəri 2949 manat olan “İphone 14 Pro” markalı telefonun birgə nikah dövründə öz şəxsi istifadəsində olması, 2023-cü ilin mart ayından sonra ilk iddia üzrə cavabdehin sözügedən telefonu özbaşına götürərək özününküləşdirməsi halı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamış, ilk iddia üzrə iddiaçı ilkin iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübuta yetirməmişdir. Belə ki, 18 noyabr 2022-ci il tarixdə "xxxx" QSC-dən ilk iddia üzrə İddiaçı tərəfindən təhvil alınmış 1 ədəd “İphone 14 Pro” markalı telefonun hər hansı bir təzyiq və təsir olmadan elə həmin gün ilk iddia üzrə Cavabdeh verilməsi və bundan sonra tərəflərin birgə yaşadıqları 24 mart 2023-cü il tarixədək həmin mobil telefonun sonuncuda qalması bu telefonun onun şəxsi əşyası kimi qiymətləndirilməsinə əsas verir. Bundan başqa, mübahisəli 1 ədəd “İphone 14 Pro” markalı telefonun dəyərinin ilk iddia üzrə İddiaçı atası Nümayəndə şəxsi vəsaiti hesabına ödənilməsi iş materialları ilə təsdiqini tapmamaqla, həmin telefonun tərəflərin birgə nikah dövründə ümumi vəsaiti hesabına əldə edildiyi müəyyən edilir. Qarşılıqlı iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının mövcud olması da işin mübahisəsiz hallarındandır. Qarşılıqlı iddia üzrə cavabdeh tərəf həmin iddia üzrə iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyalarının sonuncu tərəfindən evi tərk edib gedərkən aparıldığını qeyd etsə də istinad etdiyi bu halları təsdiq edəcək mötəbər sənədi və ya sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı İlahə Nəsbovanın keçmiş əri İddiaçıla birgə yaşadıqları mənzili sonuncu dəfə ailədaxili münaqişə zəminində hamilə vəziyyətində tərk etməsi, bu vəziyyətdə sonuncunun digər zəruri və şəxsi əşyalarını, sənədlərini götürmək imkanında olmaması, qeyd edilən əşyaları, sənədləri yalnız məhkəmə icraatı dövründə götürə bilməsi, habelə bir daha həmin mənzilə qayıtmaması hər iki tərəfin izahatları ilə təsdiqini tapmışdır. Bununla da mübahisəli qızıl-zinət əşyalarının mövcud olması öz təsdiqini tapmaqla yanaşı, iddiaçıya qaytarılmadığı müəyyən edilmişdir. Çünki, dəyəri yüksək olan qızıl-zinət əşyalarının tərəflər arasında yaranmış münasibət fonunda qarşılıqlı iddia üzrə iddiaçıya verilməməklə, qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz sahibliyində qalması məhkəmə praktikası baxımından mümkündür və istisna deyildir. Eyni zamanda məhkəmə, hər iki tərəfin sonrakı məhkəmə iclaslarında mübahisəli qızıl-zinət əşyalarından komplektə daxil olan üzüyün və bir cüt sırğanın çəkisinin müvafiq olaraq 5 qram və 5,56 qram olmaqla, habelə qızıl dəstinin ümumi çəkisinin 19,29 qram təşkil etməsi, eləcə də İtaliya istehsalı, 750 əyarlı ağ rəngli “həri” üzüyünün çəkisinin 3,67 qram olması ilə razılaşmasını nəzərə alır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 135, 152.1, 157.2, 225.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 32, 34.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-12/2024 nömrəli qətnaməsinin ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın təmin olunması barədə yeni qətnamənin qəbul edilməsi, birinci instansiya məhkəməsində ödənilmiş 50 manat və apellyasiya şikayətinə görə ödənilmiş 139 manat, cəmi 189 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehdən, ilk iddia üzrə iddiaçının xeyrinə tutulması xahiş edilmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2023-cü ilin mart ayından, yəni toy mərasimindən sonra aylıq ödənişləri atası tərəfindən ödənilməklə, kredit müqaviləsi onun adına bağlanmaqla dəyəri 2949 manat, aylıq ödənişi 164 manat olan “İphone 14” markalı mobil telefon, atası tərəfindən ona bağışlanmış və keçmiş arvadı evi tərk edib gedən günü, özünə məxsus qızıl-ziynət əşyalarını, o, cümlədən ona bağışlanmış mobil telefonu özü ilə götürərək aparılmışdır. Faiz ödənişi olmadığına görə “İpone 14” markalı mobil telefon işlədiyi “Socar” şirkətindən tam kart vasitəsi ilə öz istifadəsi üçün alınmış və sonradan qarşı tərəf, qarşılıqlı tələb üzrə iddiaçı Cavabdeh telefonu nasaz olduğundan müvəqqəti onun istifadəsinə verilmişdir. Cavabdehin telefonu təmir etdirdikdən sonra sözügedən mobil telefonu qaytarcağını düşünsə də cavadeh nasaz telefonu təmir etdirdikdən sonra anası Ruhiyyə xanıma vermiş və onun telefonunu qaytarmamışdır. Beleliklə, “İphone 14” markalı mobil telefon keçmiş həyat yoldaşına hədiyyə olunmamış və daimi olaraq onun şəxsi istifadəsinə verilməmişdir. Lakin birinci instansiya məhkəməsi “İphone 14” markalı mobil telefonun keçmiş həyat yoldaşının şəxsi istifadəsində olması faktını, sonuncunun məhkəmədə verdiyi yalnız formal izahatı ilə əsaslandırmış və subut vasitəsi kimi qəbul edilmiş qarşı tərəfin bu izahatı, hər hansı növ digər möhtəbər sübut vasitəsi ilə təsdiq etməmişdir. Məhkəmə qanunsuz qətnaməsini əsaslandırmaq üçün məhkəmədə verdiyi, habelə qarşılıqlı iddia ərizəsinə etdiyi yazlı etirazında qeyd etdiyi ifadələrini qəsdən ixtisar edərək qətnamədə özünün, daha doğrusu qarşı tərəfin xeyrinə, “bu cavabdehın onu birdəfəlik tərk etdiyini anladığdan sonra ona zəng edib bildirdi ki, “evi tərk edərkən qızıl-zinət əşyalarını aparmısan onlar sənə hədiyyə verilib, əslində nikah müddəti çox çəkmədiyinə görə heç qızıl-zinət əşyalarını da sənə məxsus deyil, bunu məhkəmə həll edəcək, bəs mənə atam tərəfindən toydan sonra hədiyyə olunan (2949 manat dəyərində mübahisə predimenti olan) “İphone 14” markalı mobil telefonu niyə aparmısan, telefonun dəyəri hələ atam tərəfindən tam ödənilməyib, ya telefonu qaytar, yaxud da telefonun 164 manat aylıq kredit məbləğini ödəməlisən”, məzmunlu ifadəsindəki “evi tərk edərkən qızıl-zinət əşyalarını aparmısan,”, “atası tərəfindən toydan sonra hədiyyə olunan (2949 manat dəyərində mübahisə predimenti olan) “İphone 14” markalı mobil telefonu niyə aparmısan”, məzmunlu ifadələrini qətnamədə qarşı tərəfin ziyanına olduğundan hakim qərəzli olaraq bu ifadələri qətnaməni ziyanına əsaslandıran zaman onun izahatının tərkibindən çıxarmış, əvəzində izahatını “nikah müddəti çox çəkmədiyinə görə heç qızıl-zinət əşyalarını da sənə məxsus deyil, bunu məhkəmə həll edəcək” məzmunda qeyd edilmişdir. Heç bir mübahisə predmenti olmayan qızıl-ziynət əşyalarının mözvudluğunu heç bir tərəf inkar etmədiyi halda qızıl-ziynət əşyalarının mövcud olmasının sübut etməyə çalışaraq boş-boş ifadələri ilə, həm prosessin vaxtını uzadmış, həm də qətnamənin həcmini artırmışdır. Bundan başqa qarşı tərəfin qızıl-ziynət əşyalarının onda olması faktını əsaslı sübut olmadığı üçün özünün formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə şəxsi mülahizəsindən çıxış edərək qeyd edir ki, həyat yoldaşı evi tərk edərkən qızıl-ziynət əşyalarını aparmasını o, hər hansı mötəbər sübutla əsaslandıra bilmir. Əslində qarşı tərəf qızl-ziynət əşyalarını aparmadığını, onun qızıl-ziynət əşyalarının həyat yoldaşı tərəfində aparması barəsində arqumetlərinə münasibətdə sübut edə bilmir. Habelə, məhkəmə qarşı tərəfin xeyrinə qətnaməni təmin edilməsinin əsası kimi qeyd edir ki, “Bununla da mübahisəli qızıl-ziynət əşyalarının mövcud olması öz təsdiqini tapmaqla yanaşı, iddiaçıya qaytarmadığı müəyyən edilmişdir. Çünki dəyəri yüksək olan qızl-ziynət əşyalarının tərəflər arasında yaranmış münasibət fonunda qarşılıqlı iddia üzrə iddiaçıya verilməməklə, qarşılıqlı iddia üzrə cavadehin qannsuz sahibliyində qalması məhkəmə praktikası baxmından mümkündür və istisna deyil”. Başqa sözlə məhkəmə qızıl-ziynət əşyalarının onda qalmasını təsdiq edən möhtəbər sübut tapmadığından, özünün, hazır ki, iş üzrə sübut məbəyinə aid edilməyən “dəyəri yüksək olan qızl-ziynət əşyalarının tərəflər arasında yaranmış münasibət fonunda, cavadehin qannsuz sahibliyində qalması məhkəmə praktikası baxmından mümkündür və istisna deyil” məzmunlu formal mülahisəzi ilə sübut etməyə çalışmışdır. Qarşı tərəf onu tərk etməsini əvvəldən planlaşdırmış və əksinə gedərkən əmlaklarının qiymətli hisslərini, o, cümlədən hazırda tələb olunan qızılziynət əşyalarını özü ilə aparmışdır. Cavabdeh ona qarşı tələb etdiyi qızıl-ziynət əşyalarını onda olması faktına dair məhkəməyə heç bir sübut təqdim etmədən iddia irəli sürmüşdür. Məhkəmə baxışında iddiaçı birinci ifadəsində hakimin sualına ”evdən çıxdığdan sonra evə qayıtmamışdır” cavabdehini verib. Bundan sonra cavabdehin dediklərinin təsdiq edərək, əlavə olaraq bildirmişdi ki, ”iddiaçı ondan sonra mənzildən çıxıb gedərkən açarları mənzilə qoymuşdur”, bu cavabından sonra cavabdehin vəkili ona , ”bəs onda yəni açarlar mənzildə qoyub çıxıbsa onda mənzilin qapısını iddiaçı necə bağlayb” sualına cavab vermişdi ki, mənzilin kildinin qurluşuna görə mənzili tərk edib mənzili bağlamaq üçün çöldən dəstək vasitəsi ilə mümkündür. Buradan da görünür ki, qeyd edilən məhkəmə prosesində iddiaçı ”evdən çıxdığdan sonra evə qayıdmamasını”etiraf etmişdir. Lakin iddiaçı növbəti birinci instansiya məhkəmə baxışında, habelə iddia ərizəsində tələbin faktiki əsası kimi qeyd edir ki, “Sonuncu dəfə mən, işdən evə qayıdan zaman evin qapısının bağlı olduğunu görmüşəm. Bundan sonra da evə girə bilməmişəm. Bir növ qovulmuş kimi olmuşam, bundan sonra da atamın evinə qayıtmışam” məzmunda ifadə vermişdir. Qarşılıqlı iddiaçı bu ifadəsində məhkəmənin diqqətinə guya onun cavabdeh tərəfindən qovulması faktının doğru olmasını əsaslandırmağa çalışmışdır. Lakin bu onun “Bir növ qovulmuş kimi olmuşam” faktının təsdiqi üçün mötəbər subut deyil. Ona görə ki, adəti üzrə tərəflərdə mənzilin açarı olurdu, habelə ona görə ki, iddaçı isdədiyi vaxt evə gəlirdi və o, da işdə olduğuna görə hansının əvvəl evə gəlməsi dəqiq məlum deyildi. Odur ki, həmin günü iddiaçının evdən bir dəfəlik gedmək, yəni onu tərk etmək kimi niyyəti olmasaydı yəqin ki, o, ona məxsus mənzilin açarını mənzildə qoyub getməzdi. Bundan başqa iddiaçı qeyd ki, guya o, mənzilə girə bilmədikdən sonra ata evinə gedib. Bu arqumet də tam yalandır. Ona görə ki, belə olsaydı ən azı iddiaçı həmin günü ona telefon aça bilərdi və məsələni yəni həqiqətən onun dediyi kimi onu qovmaq faktını aydınlaşdıra bilərdi. Lakin həmin gün və ondan sonrakı günlərdə belə bir hal baş verməmiş, yəni iddiaçı onunla hər hansı vasitə ilə əlaqə yaratmağa səy göstərməmişdir. Bununla da iki fərqli, habelə ziddiyətli ifadələrlə sübut olunur ki, iddiaçı evi tərk edərkən mənzilə, başqa sözlə onun yanına qayıdmayacağını planlaşdırmış və beləliklə məlum olur ki, iddiaçı mənzili birdəfəlik tərk edən günü ona məxsus mobil telefonu və qızıl-ziynət əşyalarını özü ilə aparmışdır. Digər tərəfdən onlar valideyinlərindən ayrı, habelə kifayət qədər uzaqda Bakı şəhərində yaşadıqlarından mənzil, həmçinin qızıl-zinət əşyaları daimi iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Mənzilə dair açarlar hər ikisində olmuş və iddiaçı istənilən zaman mənzilə maneəsiz, habelə onsuz daxil olması imkanına malik olmuşdur. İddiaçı onu tərk etdiyi gün mənzildən bir daha geri qayıtmayacağı fikiri ilə onu, habelə mənzili tərk etmiş və bu zaman gücü çatan əmalaklarını, yəni qızıl-ziynət əşyalarını və ona məxsus mobil telefonun götürmüşdür. Bu fakt iddiaçının məhkəmədə verdiyi iki fərqli və ziddiyətli ifadələri ilə də təsdiq edilir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, xx.xx.2022-ci ildə qarşı tərəflə nikaha daxil olmuş, 10 gün müddətində ata-ana ilə birgə yaşamış, daha sonra Bakı şəhərinə köçmüş, ayrılana qədər orada yaşamışlar. Sonradan aralarında olan ailə münasibətləri gərginləşmiş, hətta psixoloq olan baldızı ilə söhbət əsnasında o, bacısının tab gətirilə biləcək bir şəxs olmadığını bildirmişdir. Qarşı tərəflə dəfələrlə mübahisələri olmuş, lakin bunu ailələrinə biruzə verməmişlər. Cavabdeh dəfələrlə çıxıb getmiş, sonra qayıtmışdır. Sonuncu mübahisədə ona ya ailəsini, ya da karyerasını seçməyini təklif edəndə, o, karyerasını seçdiyini bildirmişdir. Aralarındakı danışıqdan sonra işə getmiş və evə qayıdanda, artıq qarşı tərəfin qapını bağlayaraq çıxıb getdiyini görmüşdür. Birinci instansiya məhkəməsində birinci baxış iclasında cavabdeh evdən çıxdığını, bir daha qayıtmadığını bildirdiyi halda, ikinci baxış iclasında evə qayıtdığını və qapının kilidli olduğunu bildirmişdir. Göründüyü kimi qarşı tərəfin izahatları bir-biri ilə ziddiyyət təşkil edir. İzahatlar arasındakı uyğunsuzluq barədə hakimə bildirsə də hakim buna əhəmiyyət verməmiş, hətta izahat verməyinə şərait yaratmamışdır. Qarşı tərəf evdən çıxıb gedəndə qızıllarını götürüb aparmışdır. Halbuki heç bir il müddətində ailə münasibətləri yaşamamışlar. Buna görə də hesab edir ki, qızıllar onun haqqı deyildi, buna baxmayaraq, buna etiraz etməmişdir. Hakim qətnamədə onun yarımçıq izahatına istinad edərək, qızılların evdə qaldığını bildirir. Qarşı tərəf əsassız olaraq qarşılıqlı iddia qaldırmış, məhkəməyə heç bir sübut təqdim etməmişdir. “İphone” markalı telefonu atası onun üçün, onun adına almış, ona yeni telefon alındığını görən qarşı tərəf öz telefonunu qəsdən sındıraraq rayona göndərmiş, lakin bundan xəbəri olmamışdır. Ona görə də “İphone” markalı mobil telefonu cavabdehin müvəqqəti istifadəsinə vermiş, hədiyyə olaraq bağışlamamışdır. Ödənişlərə dair qəbzlər mövcuddur, məhkəməyə təqdim edə bilər. Cavabdeh evdən çıxıb gedəndə mobil telefonu, qızılları götürmüş, əynindəki geyimlərdən əlavə geyim götürməmişdir. Sonra ailəsi cehizləri, mebelləri gəlib götürmüş, qalan geyimlərini isə məhkəməyə aparıb orada vermişdir. Məhkəmə kollegiyasının suallarına cavabında isə bildirmişdir ki, həqiqətən də polisə müraciət etdikdən sonra iddiaçı ilə telefon danışığı aparmışdır. Həmin telefon danışığı əsnasında qarşı tərəfə bildirmişdir ki, evdən gedib qızılları aparmış, bununla bağlı bir şey demir, amma telefonu qaytarmalıdır. İşi saat 08:00-da başlamış, tıxacla cavabdehi işə aparıb oradan da öz işinə getmək ona sərf etməmişdir. Əvvəllər cavabdeh kursa gedəndə bəzən onu aparmışdır. Qızılları nə zaman götürdüyünü bilmir, çünki işdən qayıtdıqdan sonra üzüyünü çıxarıb şkafa qoyanda qızılların heç birinin orada olmadığını görmüşdür. Həmin gün evdən birinci özü çıxmışdır. Belə ki, işi saat 08:00-da başlayırdı. Hesab edir ki, Cavabdeh ondan telefonu tələb etdiyi üçün qızılların iddiasını qərəzli olaraq qaldırmışdır.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, oğlunun ailəsinə heç vaxt müdaxilə etməmiş, tərəflər arasında mübahisələrdən xəbəri olmamışdır. Oğlu ailəsi ilə birgə onun Bakıdakı evində yaşamış, qızıllar həmin evdə olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, qarşı tərəf planlı şəkildə onu evdən çıxarmış, evdən çıxarıldığı gün şəxsiyyət vəsiqəsi, diplomu, digər sənədləri və əşyaları evdə qalmışdır. Sözügedən tarixdə təxminən səhər saat 8 radələrində qarşı tərəflə aralarında mübahisə yaranmış, ondan ya işi, ya da ailəsini seçməyi tələb olunmuşdur. O, isə qarşı tərəfə psixoloqa müraciət edən şəxslərin qabaqcadan qeydiyyatda alındığını, işi ilə bağlı hər dəfə bir problem çıxardığını bildirmişdir. Evdən çıxanda zinət əşyalarını özü ilə götürməmişdir. Zinət əşyaları yataq otağında kilidli sandıqda saxlanılırdı. İddiaçı onun barəsində polis idarəsinə şikayət vermişdir. Şikayətdə telefonun atası tərəfindən alındığı qeyd olunmamışdır. Mübahisədən sonra çıxıb işə getmiş, işdən sonra isə çıxıb atasının evinə getmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, o, birinci instansiya məhkəməsində işdən evə qayıtmağı ilə bağlı izahat verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatın videoyazısına baxıldıqdan sonra məhkəmə kollegiyasının suallarına cavabında bildirmişdir ki, o, vəkilinin tövsiyyəsi ilə iddia ərizəsində işin halları fərqli qeyd olunub. Belə ki, vəkilinə güvəndiyi üçün etiraz etməmiş və məhkəmə iclasında yazılı izahatında qeyd edilənləri oxumuş, bu şəkildə izahat vermişdir. Vəkilə evə qayıtmadığını bildirmiş, o isə iddia ərizəsində evə qayıtdığını və qapının bağlı olduğunu yazmağını məsləhət görmüşdür. Həmin vaxt övladı yeni dünyaya gəldiyindən başı qarışıq olmuş, hər şeyi vəkilinə həvalə etmişdir. İşə gedəndə qızılları taxmamış, qızılları kilidli sandıqda olmuş, yalnız qarşı tərəfin və atasının icazəsi ilə toya gedəndə taxmışdır. Özü psixologiya mərkəzində işləmiş, keçmiş əri “SOCAR”-da işləmişdir. İşi saat 09:00-da başlayırdı, özəl sektorda işlədiyi üçün martın 24ü də iş günü olmuşdur. İşə həmişə bir gedib-gəlmişlər. Qarşı tərəf də həmin gün işə getməli idi. Hadisədən bir neçə ay keçdiyi üçün hadisənin necə baş verdiyini detallı şəkildə xatırlamaya və həyəcandan yanlış deyə bilər, vəkili iddia ərizəsində nə yazmışdırsa, onu da oxumuşdur. Evdən birinci özü çıxmışdır. Cavabdeh onun barəsində polis idarəsində şikayət vermiş, polis idarəsində olarkən onunla telefon əlaqəsi yaratmış, danışıq zamanı qızılları da geri qaytarmağını tələb etmişdir. Bununla bağlı səs yazıları var, məhkəməyə təqdim edə bilər. Səs yazıları anasının telefonunda olmuşdur. Hazırda isə səs yazısının təqdim edə bilmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.
İşdə olan sübutlar
15. 18 noyabr 2022-ci il tarixli, 135123 nömrəli hesab-fakturadan görünür ki, 1 ədəd 2949 manat dəyərində “iPhone 14 Pro” markalı 128 GB yaddaş tutumlu mobil telefon "xxxx" QSC tərəfindən sifarişçi İddiaçı təhvil verilmişdir.
16. Siyəzən Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(059)-131/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 3 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində 17 iyun 2022-ci il tarixdə, 2100 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli, 9/8440 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən zərgərlik məmulatlarının, o cümlədən Türkiyə istehsalı, 585 əyarlı, cəmi çəkisi 30 qram (1 qramının qiyməti 85 manat) olan üzük, boyunbağı, qolbaq və bir cüt sırğadan ibarət olan ağ rəngli qızıl dəstinin qiyməti 2550 manat, İtaliya istehsalı, cəmi çəkisi 8 qram (1 qramının qiyməti 110 manat) olan 750 əyarlı ağ rəngli qolbaq və boyunbağının qiyməti 880 manat, İtaliya istehsalı, çəkisi 9 qram (1 qramının qiyməti 110 manat) olan 750 əyarlı ağ rəngli üzüyün qiyməti 990 manat, İtaliya istehsalı, çəkisi 12 qram (1 qramının qiyməti 110 manat) olan 750 əyarlı ağ rəngli üzüyün qiyməti 1320 manat, Türkiyə istehsalı, çəkisi 4 qram (1 qramının qiyməti 85 manat) olan 585 əyarlı sarı rəngdə bir cüt sırğanın qiyməti 340 manat, Rusiya istehsalı, çəkisi 4 qram (1 qramının qiyməti 85 manat) olan 583 əyarlı sarı rəngli bir cüt sırğa qiyməti 340 manat olmaqla, cəmi 7620 manat, eləcə də, 1 ədəd “İphone 14” markalı, **********9243, **********29763 İMEİ kodlu mobil telefonun bazar qiyməti 1200 manat müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəməəmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 100 manat təşkil edir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2024-cü il tarixli, 9/1594 saylı ekspert rəyindən görünür ki, 2022-ci ilin noyabr ayında alınmış “İphone 14” markalı mobil telefonun orta bazar qiyməti 1200 manat, eyni tarixdə alınmış “İphone 14 Pro” markalı,128 GB yaddaş tutumlu, boz rəngli mobil telefonun qiyməti 1650 manat müəyyən edilmiş, qızıl-zinət əşyalarının üzərində olan brilyant (almaz) qaşların saylı, ayrı-ayrılıqda çəkisi, keyfiyyəti haqqında ətraflı məlumat olmadan fotoşəkillərə və oxşar mallara istinadən qiymətləndirmə aparmaq mümkün olmamışdır.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəməəmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 50 manat təşkil edir.
21. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 55 manat vəsait sərf etmiş, Cavabdeh isə qarşılıqlı iddia tələbi üçün 227 manat dövlət rüsumu ödəmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi
152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsi 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər arvadın ümumi birgə mülkiyyətindədir. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
24. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
25. Məhkəmə kollegiyası tərəfindən Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-12/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən, yəni ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-12/2024 nömrəli qətnaməsi qismən-qarşılıqlı iddianın qismən təmin edilən qiyməti 1639,65 manat, cəmi çəkisi 19,29 qram olan, Türkiyə istehsalı, 585 əyarlı üzük, boyunbağı, qolbaq və bir cüt sırğadan ibarət olan ağ rəngli qızıl dəsti, qiyməti 880 manat, cəmi çəkisi 8 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli qolbaq və boyunbağı, qiyməti 990 manat, çəkisi 9 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli nişan üzüyü, qiyməti 403,70 manat, çəkisi 3,67 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli üzük, qiyməti 340 manat, çəkisi 4 qram olan, Türkiyə istehsalı, 585 əyarlı sarı rəngdə bir cüt sırğa, qiyməti 340 manat, çəkisi 4 qram olan, Rusiya istehsalı, 583 əyarlı sarı rəngli bir cüt sırğa və ya onların cəmi dəyərini təşkil edən 4593,35 (dörd min beş yüz doxsan üç manat 35 qəpik) manat məbləğində pulun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş cəmi 227 (iki yüz iyirmi yeddi) manat məhkəmə xərcinin 12%-i, yəni, 27,24 (iyirmi yeddi manat 24 qəpik) manatının ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi həmin hissələrdə də təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası ilk iddia tələbinin təmin edilməməsi hissəsinə qiymət verərək qeyd edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur.
28. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər 17 iyun 2022-ci il tarixdə rəsmi nikaha girmiş, 24 mart 2023-cü il tarixədək ailə kimi yaşamış, birgə yaşadıqları dövrdə, yəni 18 noyabr 2022-ci il tarixdə İddiaçı “iPhone 14” markalı mobil telefonu alaraq arvadı, Cavabdeh istifadəsinə vermiş, həmin tarixdən sonra faktiki ayrıldıqları günədək telefon onun istifadəsində qalmış, hazırki gündə də onun istifadəsindədir. Mübahisəli telefonun toy mərasimindən sonra ona atası tərəfindən hədiyyə edilməsi, 2023-cü ilin mart ayından sonra cavabdehin sözügedən telefonu özbaşına götürərək özününküləşdirməsi halı təsdiqini tapmamışdır. Belə ki, tərəflərin izahatı ilə müəyyən edilir ki, telefon alınan günü toy mərasiminə gedərkən telefon istifadə üçün cavabdehə verilmiş, həmin tarixdən sonra daima cavabdehin istifadəsində olmuş, toydan sonra telefonun cavabdehdən tələb edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Telefonun atası tərəfindən ona hədiyyə edilməsi barədə dəlilə gəldikdə, qeyd edilən hal iddiaçının Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsi ilə təkzib edilmişdir. Ərizədə mübahisəli telefonun özü tərəfindən alınması qeyd edilmişdir. Mübahisəli telefonun alındığı gündən cavabdeh evi tərk edən günədək onun istifadəsində olması ilə əlaqədar telefonun birgə nikah dövründə iddiaçı tərəfindən cavabdehə hədiyyə alınması kimi birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilməsi əsaslı və qanuni olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianı təmin etməmsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
29. Qarşılıqlı iddianı qismən təmin edən birinci instansiya məhkəməsi mübahisə predmeti olan qızıl-zinət əşyalarının mövcud olmasının işin mübahisəsiz halı olmasını qeyd etməklə, qarşılıqlı iddiaçının qızlları özü ilə aparmasının cavabdehlər tərəfindən sübut edilməməsini, həmçinin qarşılıqlı iddia üzrə iddiaçının mənzili sonuncu dəfə ailədaxili münaqişə zəminində hamilə vəziyyətində tərk etməsini, bu vəziyyətdə sonuncunun digər zəruri və şəxsi əşyalarını, sənədlərini götürmək imkanında olmamasını, habelə bir daha həmin mənzilə qayıtmamasını əsas gətirərək iddianı təmin etmişdir. 30.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hazırkı iş üzrə qarşılıqlı iddiaçının tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil etmişdir ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi başqa şəxsin qanunsuz sahibliyində olan əmlakın tələb edilməsi ilə əlaqədar iddianın təmin edilməsi üçün əsas əmlakın cavabdehin qanunsuz sahibliyində olması faktının sübut olunmasıdır ki, bu faktın sübut edilməsi vəzifəsi də iddiaçının üzərində düşməkdədir. Lakin, birinci instansiya məhkəməsi ilə qarşılıqlı iddiaçını qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyində olması faktı ilə bağlı üzərində düşən sübutetmə vəzifəsindən azad edərək, qızıl-zinət əşyalarının qarşılqılı iddiaçı tərəfindən aparılmasının cavabdeh tərəfindən sübut edilməməsini əsas gətirməklə, prosessual qanunvericiliyin tələbini pozmuşdur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçının mübahisə yarandıqdan sonra evdən çıxması və bir daha evə qayıtmaması ilə bağlı məhkəmələrdə verdiyi izahatlarında ziddiyyətlər olmuşdur. Əvvəla qarşıqlı iddiaçı mənzilin açarının yalnız cavabdehdə olduğunu və işə yalnız cavabdehin onu aparıb gətirdiyini bildirmişdir ki, mənzilin açarının ev sahiblərindən yalnız birində olması ağlabatan və inandırıcı olamışdır. Belə ki, adətən mənzildə yaşayan şəxslərin hər birində mənzilin qapısının açarları mövcud olur. Nəzərə alınmalıdır ki, tərəflərin hər ikisi işləyən şəxs olmaqla, onların müxtəlif vaxtlarda evə girib-çıxması halı da isitisna olunmur.
32. Bundan başqa iş materiallaqında olan qarşılıqlı iddiaçının cavabdehə qarşı qaldırdığı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsindən görünür ki, qarşılıqlı iddiaçı iddia ərizəsində sonuncu dəfə işdən evə qayıdan zaman evin qapısının bağlı olduğunu, buna görə də evə girə bilmədiyini və bir növ qovulmuş kimi olduğunu və atasının evinə qayıtdığını bildirsə də hazırkı qarşıqlı iddia ərizəsində isə sonuncu dəfə cavabdehlə mübahisəsi yarandığını və mübahisə nəticəsində evi tərk edərək atası evinə gətdiyini bildirmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında isə qarşılıqlı ididaçı mübahisədən sonra çıxıb işə getdyini, işdən sonra isə birbaşa atasının evinə getdiyini bildirmişdir. Lakin, qarşıqlı iddiaçının birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixdə verdiyi izahatın videoyazısından (13:07-ci dəqiqədən etirbarən) görünür ki, o, mübahisədən sonra evdən çıxıb işə getdiyini, işə gedərkən atası ilə danışaraq ona evdən qovulduğunu bildirdiyini, atası isə evə qayıdıb şəxsiyyət vəsiqəsininin və diplomların götürməli olduğunu ona məsləhət gördüyünü, o isə evə qayıdarkən evin qapısının bağlı olduğunu görməsinə dair izahat vermişdir.
33. Göründüyü kimi qarşıqlı iddiaçının mübahisə yarandıqdan sonra evdən çıxması və bir daha evə qayıtmaması ilə bağlı məhkəmələrdə verdiyi izahatlarında ziddiyyətlər olmuşdur ki, məhkəmə kollegiyasının iclasında isə bu ziddiyyətlərin vəkili ilə əlaqədar olduğunu bildirmişdir. Belə ki, o vəkilinin tövsiyyəsi ilə iddia ərizəsində işin hallarının fərqli qeyd olunduğunu və vəkilinə güvəndiyi üçün etiraz etməmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçının qeyd olunan ziddiyətli izahatları çərçivəsində qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olması ehtimalı mövcud olmamaqla, həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olması da sübut edilməkdədir. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə almadan və prosessual qanunvericiliyin normalarını düzgün tətbiq etməməklə, düzgün olmayan nəticəyə gəlmişdir.
35. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-12/2024 nömrəli qətnaməsi qismən-qarşılıqlı iddianın qismən təmin edilmiş, qiyməti 1639,65 manat, cəmi çəkisi 19,29 qram olan, Türkiyə istehsalı, 585 əyarlı üzük, boyunbağı, qolbaq və bir cüt sırğadan ibarət olan ağ rəngli qızıl dəsti, qiyməti 880 manat, cəmi çəkisi 8 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli qolbaq və boyunbağı, qiyməti 990 manat, çəkisi 9 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli nişan üzüyü, qiyməti 403,70 manat, çəkisi 3,67 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli üzük, qiyməti 340 manat, çəkisi 4 qram olan, Türkiyə istehsalı, 585 əyarlı sarı rəngdə bir cüt sırğa, qiyməti 340 manat, çəkisi 4 qram olan, Rusiya istehsalı, 583 əyarlı sarı rəngli bir cüt sırğa və ya onların cəmi dəyərini təşkil edən 4593,35 (dörd min beş yüz doxsan üç manat 35 qəpik) manat məbləğində pulun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş cəmi 227 (iki yüz iyirmi yeddi) manat məhkəmə xərcinin 12%-i, yəni, 27,24 (iyirmi yeddi manat 24 qəpik) manatının ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi həmin hissədə də təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-12/2024 nömrəli qətnaməsi qismən - qarşılıqlı iddianın qismən təmin edilmiş, qiyməti 1639,65 manat, cəmi çəkisi 19,29 qram olan, Türkiyə istehsalı, 585 əyarlı üzük, boyunbağı, qolbaq və bir cüt sırğadan ibarət olan ağ rəngli qızıl dəsti, qiyməti 880 manat, cəmi çəkisi 8 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli qolbağ və boyunbağı, qiyməti 990 manat, çəkisi 9 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli nişan üzüyü, qiyməti 403,70 manat, çəkisi 3,67 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli üzük, qiyməti 340 manat, çəkisi 4 qram olan, Türkiyə istehsalı, 585 əyarlı sarı rəngdə bir cüt sırğa, qiyməti 340 manat, çəkisi 4 qram olan, Rusiya istehsalı, 583 əyarlı sarı rəngli bir cüt sırğa və ya onların cəmi dəyərini təşkil edən 4593,35 (dörd min beş yüz doxsan üç manat, 35 qəpik) manat məbləğində pulun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş cəmi 227 (iki yüz iyirmi yeddi) manat məhkəmə xərcinin 12%-i, yəni, 27,24 (iyirmi yeddi manat 24 qəpik) manatının ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi hissəsində ləğv edilsin. Qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir.