Məhkəmə qərarları › İş №2(105)-1744/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1744/2025

23.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1744/2025 23.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-784/2025 nömrəli, 26 sentyabr 2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli qərardadı ilə (hakim Ə.Cəlilov) İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə mülki iş, xx.xx.2014-cü il tarixli etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti qeyd edilmədiyindən, iddia ərizəsi isə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən imzalandığına görə baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə oğlu ərizə vermişdir. Qusar Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət vermişdir. Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən Qusar Rayon Məhkəməsinin 2(029)-784/2025 nömrəli 01 sentyabr 2025-ci il tarixli qərardadından verilmiş apelyasiya şikayət ərizəsi elektron qaydada imzalanmadığından və elektron qaydada məhkəməyə göndərilmədiyindən həmin şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət vermişdir. Qusar Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli qərardadı ilə Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli 2(029)-784/2025 nömrəli qərardadından İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli 2(029)-784/2025 nömrəli qərardadından verilmiş şikayət ərizəsinin 2(029)-784/2025 nömrəli mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh Qusar rayon Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu, Quxur Oba kəndində Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001ci il tarixli 14/2 saylı qərarına əsasən (JN-402F KOD ********) 0,21 ha torpaq sahəsi və xx.xx.1998-ci il tarixli 5/1 nömrəli qərarına əsasən 2,06 ha torpaq sahələri üzrə mərhum X2 adına olan vərəsəlik payının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi Nümayəndə Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2025ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli qərardadı ilə iddiaçı X3 cavabdeh Qusar rayon Notariat ofisini qarşı “vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə mülki iş, xx.xx.2014-cü il tarixli etibarnamədə, iddia ərizəsinin imzalanması səlahiyyəti qeyd edilmədiyindən, iddia ərizəsi isə iddiaçı X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən imzalandığına görə baxılmamış saxlanmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmanın əsası kimi şikayətin mülki prosessual qanunvericiliyin tələbinə uyğun elektron kabinet vasitəsilə verilmədiyinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu mənada məhkəmə kollegiyası şikayətin elektron qaydada verilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayət qanunvericiliyin tələbinə uyğun olaraq elektron kabinet vasitəsilə verilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının nümayəndəsi Nümayəndə şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli və onunla bağlı 19 noyabr 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar