Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1747/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X1, Cavabdehlərin nümayəndəsi: X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadı ilə (hakim E.Z.Hümbətov) ərizənin təmin edilməsi, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Cavabdeh3 adına qeydiyyata alınan Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7, 315 saylı mənzil 18.08.2020-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 110C, 526 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 41,43, 171 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, bina 2, 108 saylı mənzillərin üzərinə həbs qoyulması, həmin mənzillərlə bağlı sənədləşmə işlərinin cavabdehlərə qadağan edilməsi, qərardadın müvəqqəti xarakter daşıması və işi qabaqcadan mahiyyəti üzrə həll etməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəməyə iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, bildirmişdir ki, iddiaçı Şamaxı rayonu Avaxıl kənd sakini X8 ilə birgə kommersiya fəaliyyəti göstərmək üçün razılığa gəlmişlər. Razılığa əsasən H.P.Lətifovun Avaxıl kəndi ərazisində olan torpaq sahəsində istirahət mərkəzi tikib birgə işlətməyi qərara almışlar. Torpaq sahəsi 1.5 ha ölçüsündə idi. Avaxıl bələdiyyəsinin 09.10.2003-cü il tarixli qərarı ilə həmin sahə H.P.Lətifova satılmış və ona bu barədə 21.06.2004-cü il tarixli, JN- 0223, KOD 41010058 saylı Dövlət Aktı verilmişdir. 2004- cü ildən işə başlamış və tezliklə istirahət mərkəzinin işə düşməsinə nail olmuşlar. 2016-ci ildən başlayaraq aralarında həmin tikililərə qoyduğu xərcin qaytarılması barəsində mübahisə qalxmış və bununla əlaqədar olaraq məhkəməyə müraciət etmişdir. Mübahisəyə Şamaxı rayon məhkəməsində baxan zaman H.Lətifov da həmin tikintilərin sökülməsi və torpaq sahəsindən çıxarılmağı barədə qarşılıqlı iddia vermişdir. Məhkəmə işə baxan zaman aralarında razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən mübahisəli “Çənlibel” istirahət mərkəzi satılır və iddiaçının ora qoyduğu xərc yəni 480000 (dörd yüz səksən min) ABŞ dolları iddiaçıya qaytarılir. Lətifov Heydər verdiyi sözün təminatı kimi Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpağı iddiaçının atası H.S.Abdullayevin adına alqı-satqı kimi sənədləşdirmişdir. Bununla əlaqədar atasına 05.11.2016-cı il tarixli ********** nömrəli Çıxarış verilmişdir. Bu razılıq bir neçə nüfuzlu şəxslər yanında əldə edilmişdir. Bundan sonra iddiaçı 25.10.2016-cı il tarixli, Lətifov Heydər isə 27.10.2016-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək barışıb razılğa gəldikləri üçün iddianın və qarşılıqlı iddianın baxılmamış saxlanmasım xahiş etmişlər. Müraciətləri əsas götürən və Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə rəhbər tutan Şamaxı Rayon Məhkəməsi iddia ərizələrinin və ona əlavə edilmiş sənədlərin iddiaçılara geri qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə 27 oktyabr 2017-ci il tarixli, 2(074)-2235/2016 nömrəli Qərardad çıxarmışdır. İddiaçı həmin vaxdan başlayaraq İstirahət mərkəzinin satılması üçün müştəri axtarmışlar. Lakin H.P.Lətifov 26 oktyabr 2019-cu ildə vəfat etdiyi üçün istirahət mərkəzinin satılması baş tutmamışdır. H.P.Lətifov vəfat etdikdən sonra cavabdehlər- onun iki oğlu- Cavabdeh1, Cavabdeh2 və arvadı Cavabdeh3 bütün mirasına o, cümlədən istirahət mərkəzinin yerləşdiyi 1.5 ha torpaq sahəsinə 1/3 hissədə pay almışlar. Belə ki, 25.07.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməyə əsasən cavabdehlər 1/3 hissədə pay hüququ ilə X5 məxsus 0.73 ha torpaq sahəsinə, 23.07.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməyə əsasən cavabdehlər 1/3 hissədə pay hüququ ilə X5 məxsus 1.5 ha torpaq sahəsinə, 05.08.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən cavabdehlər 1/3 hissədə pay hüququ ilə X5 məxsus 1.6552 ha torpaq sahəsinə, 07.09.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən cavabdehlər 1/3 hissədə pay hüququ ilə X5 məxsus 0.18 ha torpaq sahəsinə 28.08.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən cavabdehlər 1/3 hissədə pay hüququ ilə X5 məxsus, buraxılışı 2014-cü il olan MİTSUBİSHİ minik markalı ** HN *** dövlət nömrə nişanlı avtomobili əldə etmişlər. Bundan sonra cavabdeh vərəsələr 29.07.2020-ci il tarixli AN-İ № 0869Q7Ş.fiömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən vərəsəlik yolu ilə qəbul etdikləri 1.3 ha torpaq sahəsini X6 300000 (üç yüz min) manata, 29.07.2020-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən vərəsəlik yolu ilə qəbul etdikləri 0.2 ha torpaq sahəsini X6 50000 (əlli min) manata, 29.07.2020-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən vərəsəlik yolu ilə qəbul etdikləri 0.73 ha torpaq sahəsini X6 180000 (yüz səksən min) manata, 07.08.2020-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı- satqı müqaviləsinə əsasən vərəsəlik yolu ilə qəbul etdikləri 1.6652 ha torpaq sahəsini X6 389000 (üç yüz səksən doqquz min) manata satmışlar. Göründüyü kimi cavabdehlər vərəsəlik qaydasında əldə etdikləri daşınmaz əmlakdan 919 000 (doqquz yüz on doqquz min) manat əldə etmişlər. Onlardan borcu tələb etdikdə isə məlum olmuşdur ki, cavabdehlər həmin pula Azərbaycan Respublikasının müxtəlif yerlərində daşınmaz əmlak almışlar. Bundan əlavə Cavabdeh2 özünə o pulla həm də avtomobil almışdır. Gələcəkdə qətnamənin icrasının çətinləşməsinin qarşısının alınması üçün həmin əmlaklar üzərində həbsin qoyulması zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikası ərazisində cavabdehlərin mülkiyyətində daşınmaz əmlakların mövcudluğu barəsində tərəfindən verilmiş olan 010 nömrəli 09.02.2021-ci il tarixli vəkil sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 26.022021-ci il tarixli **********0 nömrəli məktubla cavab verilmişdir. Cavabda göstərilir ki, Cavabdeh1 adına Şamaxı rayonu, Avaxıl kəndində yerləşən fərdi yaşayış evi 22.01.2015-ci il tarixdə, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən fərdi yaşayış evi (paylı) 18.09.2020-ci il tarixdə, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0.1000 ha həyətyanı torpaq sahəsi (payh) 11.08.2015-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Cavabdeh2 adına Şamaxı rayonu, Avaxıl kəndində yerləşən fərdi yaşayış evi (paylı) 18.09.2020-ci il tarixdə, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0.1000 ha həyətyanı torpaq sahəsi (payh) 11.08.2015-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Cavabdeh3 adına Şamaxı rayonu, Avaxıl kəndində yerləşən fərdi yaşayış evi (paylı) 18.09.2020-ci il tarixdə, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0.1000 ha həyətyanı torpaq sahəsi (paylı) 11.08.2015-ci il tarixdə, Bakı şəhəri Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi ev 7. 315 saylı mənzil 18.08.2020-ci il tarixdə, Bakı şəhəri Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi ev 110C, 526 saylı mənzil 18.08.2020-ci il tarixdə, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi ev 41,43, 171 saylı mənzil 04.09.2020-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, həsənbəy Zərdabi prospekti, bina 2, 108 saylı mənzil 16.09.2020-ci il qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir Hesab edir ki, iddianın təmin edildiyi təqdirdə onun icrasının həmin əmlaklara yönəldilməsi ehtimalı çox böyükdür. Çünki cavabdehlər vərəsəlik qaydasında əldə etdikləri əmlakı satdıqdan sonra yuxarıda göstərilən (xüsusən də Bakı şəhərində) əmlakları almışlar. Həmin əmlakların cavabdehlər tərəfindən özgəninkiləşdirilməsi gələcəkdə iddianın icrasını demək olar ki, qeyri mümkün edə bilər. Bununla əlaqədar olaraq həmin əmlaklar üzərində həbsin qoyulması, cavabdehlərə və digər şəxslərə həmin əmlaklar barəsində hər hansı bir sərəncamverici hərəkətin qadağan edilməsini zəruri hesab edir. Odur ki, cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına dövlət qeydiyyatından keçmiş yuxarıda göstərilən daşınmaz əmlakların üzərində həbsin qoyulması, cavabdehlərə və digər şəxslərə həmin əmlaklar barəsində hər hansı bir sərəncam verici hərəkətin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh3 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının pul tələbinə dair iddia ərizəsi qanunsuz və əsassızdır. İddiaçı iddia tələbinin əsaslığı ilə bağlı məhkəməyə bir dənə belə olsun mötəbər sübut təqdim etməmiş, bundan başqa qanunla müəyyən olunmuş iddia müddətlərini ötürümüşdür. İddianın təmin edilməsi məsələsinə baxılarkən işə baxan hakim ilk növbədə iddianın əsaslığı prezumpsiyasını nəzərdən keçirməli, bundan sonra qərar qəbul etməlidir. Əks halda əsassız iddianın təmin edilməsi mülkiyyətçiyə zərər vura bilər. Məhkəmə onun mülkiyyətçi kimi hüquqlarını pozur. Şamaxı Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadını ləğv edib, iddianın təmin edilməsi tədbirinə dair ərizənin təmin olunmaması haqda qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi Z.G.Niftəliyev öz adından şikayəti müdafiə etdi, digər cavabdehin nümayəndəsi kimi şikayəti qəbul etdi, eyni məzmunlu izahat verdi və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı nümayəndəsi F.M.İsgəndərov şikayətin dəlillərini qəbul etmədi, ərizəyə uyğun izahat verdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin nümayəndələrinin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 26.02.2021-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh1 adma Şamaxı rayonu, Avaxıl kəndində yerləşən fərdi yaşayış evi 22.01.2015-ci il tarixdə, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən fərdi yaşayış evi (paylı) 18.09.2020-ci il tarixdə, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0.1000 ha həyətyanı torpaq sahəsi (payh) 11.08.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh1 adma hazırda Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh2 adına Şamaxı rayonu, Avaxıl kəndində yerləşən fərdi yaşayış evi (paylı) 18.09.2020-ci il tarixdə, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0.1000 ha həyətyanı torpaq sahəsi (paylı) 11.08.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh2 adma hazırda Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh3 adına Şamaxı rayonu, Avaxıl kəndində yerləşən fərdi yaşayış evi (paylı) 18.09.2020-ci il tarixdə, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0.1000 ha həyətyanı torpaq sahəsi (paylı) 11.08.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh3 adma Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7, 315 saylı mənzil 18.08.2020-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 110 C, 526 saylı mənzil 18.08.2020-ci il tarixdə, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfıyev küçəsi, ev 41,43, 171 saylı mənzil 04.09.2020-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, bin a 2, 108 saylı mənzil 16.09.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh3 adma hazırda Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddianın təmini tədbirinə dair ərizədə qeyd olunmuş Cavabdeh3 adına Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7, 315 saylı mənzil 18.08.2020-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 110C, 526 saylı mənzil 18.08.2020-ci il tarixdə, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfıyev küçəsi, ev 41,43, 171 saylı mənzil 04.09.2020-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, bina 2, 108 saylı mənzilinin üzərinə həbsin qoyulması işə mahiyyəti üzrə baxılıb qurtarana kimi qətnamənin gələcəkdə icrasını təmin etmək üçün kifayət edir. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Azərbaycan Respublikası MPM-in 158.1.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək iddianın təmin etmə tədbirləri tətbiq edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Cavabdeh3 adına Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7, 315 saylı mənzil 18.08.2020-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 110 C, 526 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfıyev küçəsi, ev 41,43, 171 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, bin a 2, 108 saylı mənzillərin üzərinə həbs qoyulmalı, həmin mənzillərlə bağlı sənədləşmə işləri cavabdehlərə qadağan edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən mübahisə olunan əmlakın üzərinə həbs qoymaqda haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh3 şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə 01 mart 2021-ci il tarixli 2(074)-134/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1747/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1747/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver