Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1748/2025 28.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinə və Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinə və Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 22.1*.2*25-ci il tarixli, 2(*6*)-437*/2*25 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. BB-İİ *5413* saylı diplomun surətindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Texnikumununda Fortepiano ixtisası üzrə tam kursu bitirmiş, 25 iyun 2**7-ci il tarixli qərarla ona artist, konsertmeyster, musiqi müəllim ixtisası verilmişdir.
2. *448*16 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15.*9.2**8-ci ildə Bülbül adına Uşaq İncəsənət Məktəbinə fortopiano ixtisası üzrə müəllimə vəzifəsinə qəbul edilmiş və *7.*4.2*25-ci il tarixə kimi bu məktəbdə həmin vəzifədə işləmişdir.
3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 34 saylı, *7.*4.2*25-ci il tarixli əmrindən görünür ki, həmin məktəbin fortepiano müəllimi İddiaçı *7 aprel 2*25-ci ıl tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
4. İddiaçı attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: 1. Şopenin neçə etüdü var-mənfi cavab. 2. Opus nədir? –mənfi cavab.
3. Romantizm dövrünün bəstəkarları kimdir? –müsbət cavab. 4. Listin hansı etüdləri vardır? –mənfi cavab. 5. Ü.Hacıbəylinin yaradıcılığı haqqında-zəif cavab. 6. “Koroğlu” opreası neşənci ildə tamaşaya qoyulmuşdur?-mənfi cavab. 7. Azərbaycan musiqisində ilk romansın yaradıcısı-müsbət cavab. 8. Ü.Hacıbəylinin qəzəlromansları hansıdır? –mənfi cavab. 9. F-no üçün əsərlər yazmış Azərbaycan bəstəkarları hansıdır?-müsbət cavab. 1*. F.Əmirov və E.Nəzirovanın F-no konserti-müsbət cavanb. 11. Şərqdə opera yazan ilk qadın bəstəkar hansıdır?-mənfi cavab. 12. Əsk 7 hansı pillədən qurulur?müsbət cavab.
13. 5 işarəli diyezli və bemollu qammalar hansıdır? –müsbət cavab. 14. Vyana klassikləri kimlərdir? –müsbət cavab. 15. Bethovenin məşhuq sonataları hansıdır? – zəif cavab. 16. Bethovenin “patetik” sonatası hansı tonallıqdadır?-mənfi cavab. 17. Məşhur fortepiano ifaçıları hansıdır?-mənfi cavab. Komissiyadakı səsvermənin nəticələrinə görə İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən onun üçün keçirilmiş attestasiyanın nəticələrinin etibarsız hesab edilməsi, *7 aprel 2*25-ci il tarixli əmrin ləğv edilməsi, onun Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “fortepiano müəllimi” vəzifəsinə bərpa edilməsi və qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, 6* manat mediasiya haqqının, 35* manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 15 sentyabr 2**8-ci il tarixdən Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə fortepiano ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmişdir. 13.*3.2*25-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq İddiaçı münasibətdə attestasiya keçirilmiş və buna uyğun olaraq 13.*3.2*25-ci il tarixli attestasiya vərəqəsi tərtib edilmişdir. Attestasiya komissiyasının nəticəsinə əsasən İddiaçı tutduğu vəzifəyə “uyğun deyil”dir. Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *7.*4.2*25-ci il tarixli 34 saylı əmrinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci bəndi ilə, yəni “peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” əsasıyla xitam verilmişdir. Əmr əsaslandırılma olmadan tərtib edilmişdir. İddiaçı 2**7-ci ildə Sumqayıt Musiqi Texnikumunun Fortepiano ixtisası üzrə tam kursu bitirmişdir. 25 iyun 2**7-ci il tarixli qərarla ona artist, konsertmeyster, musiqi müəllim ixtisası verilmiş, 15.*8.2**8-ci il tarixindən *7.*4.2*25-ci il tarixinə kimi Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano ixtisası üzrə müəllimi vəzifəsində çalışmaqla 16 il 2 ay təcrübəyə malik olmuşdur. Keçirilmiş attestasiyanın nəticəsi olaraq onunla imzalanmış əmək müqaviləsinə xitam verilən zaman qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na riayət edilməmişdir. İddiaçı məktəbdə işlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən bir dəfə də olsun cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, daim kollektivin hörmət və ehtiramını qazanmışdır. Attestasiya zamanı çıxış edərkən iddiaçının tutduğu vəzifə ilə əlaqədar olmayan suallar ünvanlanmış, o, sualların çoxuna cavablar versə də qərəzli olaraq əleyhinə səs verilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
7. Sumqayıt Şəhər Məhkəməsinin 22.1*.2*25-ci il tarixli, 2(*6*)-437*/2*25 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Elçin Kazımov).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 1,5 və 6-ci bəndlərinə, 67-ci maddəsinin 1-ci bəndinə, 7*-ci maddəsinin “c”, 5, 6-cı bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli «İşçilərin attestasiyasının keçirilməsi» Qaydalarının 2.4-cü bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22.1*.2*25-ci il tarixli, 2(*6*)-437*/2*25 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 1*. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, keçirilmiş attestasiyanın nəticəsi olaraq onunla imzalanmış əmək müqaviləsinə xitam verilən zaman qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilməmiş və nəticədə əmək müqaviləsinə xitam verilməsinə dair *7.*4.2*25-ci il tarixli 34 saylı əmr qanunsuz olmuşdur. Belə ki, cavabdeh orqanlar tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na aşağıdakı bəndlərinə riayət edilməmişdir. “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nin 6.3-cü bəndinə əsasən müəllimin vəzifələri var və İddiaçı müəllimə kimi işlədiyi dövrdə bütün vəzifələrini yerinə yetirmişdir. Tərtib edilmiş attestasiya vərəqəsindən müəyyən olunur ki, İddiaçı verilmiş sualların çoxunu cavablandırmış, Mədəniyyət Nazirliyi tərəfindən elektron sayta yerləşdirilmiş attestasiya proqramına əsasən ifa etmək bacarığını göstərmiş və verilmiş əsəri üzdən oxumuşdur. Bütün bunları nəzərə alaraq attestasiya vərəqəsinə nəticənin uyğun olması qeyd edilməli olsa da səsvermənin nəticələrinə əsasən “uyğun deyildir” qeyd edilmişdir. İddiaçı öz cavabından razı olduğuna baxmayaraq attestasiya komissiyasının üzvləri ayrı-ayrılıqda suallarına cavab versə də nəticədə “hər üzv uyğun deyildir bildirməsi” qərəzli mövqedən çıxış etmələrinin sübutudur. Halbuki hər üzv öz cavabına uyğun fikir bildirməsi daha məqsədəmüvafiq olardı (qərəzlilik). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin 6-cı bəndində attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Göründüyü kimi komissiya üzvləri bəndin tələblərini yerinə yetirməmişlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən işyerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Hazırki mərhələdə cavabdeh tərəfindən hər hansı rəsmi məlumatlandırma etmədən iddiaçı attestasiyaya cəlb edilmiş və attestasiyanın nəticəsində onunla imzalanmış əmək müqaviləsinə xitam verilmişdir. Qanunla yalnız qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsini istisna etsə də, digər hər-hansı ciddi əsas olmadan, eyni zamanda keçirilmiş attestasiyanın nəticələrinin yenidən baxılmasına hərhansı şərait yaratmadan öz hüququndan sui-istifadə etməklə iddiaçı ilə, habelə kütləvi şəkildə digər şəxslərlə imzalanmış əmək müqavilələrinə xitam vermişdir. Ümumilikdə cavabdeh tərəfindən həm attestasiyanın keçirilməsi qaydaları pozulmuş, pozuntunun davamı olaraq iddiaçı daxil bir çox digər şəxslərlə imzalanmış əmək müqavilələrinə kütləvi şəkildə xitam verilmiş, əmək müqavilələrinə xitam verilən zaman hər hansı formada həmkarlar təşkilatının razılığı alınmamış, aestasiyanın nəticələrindən həmkarlar təşkilatına müraciət etmək hüququ tanınmamış, davamında attestasiya vərəqələri təqdim edilsə də, attestasiyanın kim tərəfindən və hansı qərar əsasında keçirilməsi barədə məlumat verilməmiş, iddiaçının uzun müddət bu sahədə fəaliyyət göstərməsini nəzərə almadan, habelə attestasiya komissiyasının tövsiyyələrini nəzərə almadan hüquqdan sui-istifadə etməklə onunla imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə xitam vermiş, etiraz etmə hüququna şərait yaratmamaqla iddiaçını bütün növ hüquqlarını həyata keçirməsini məhdudlaşdırımışdır. Məhkəmə araşdırması zamanı X1 İdarəsinin məhkəməyə ünvanladığı sənəddən açıq aşkar görsənir ki, idarə attestasiyanın keçirilməsi ilə bağlı sənədləşdirməni 2 nömrəli Uşaq İncəsənət Məktəbinin təşkil etdiyini qeyd edir. Məhkəmənin hazırlıq iclasında və baxış iclaslarında dəfələrlə vermiş olduğu yazılı və şifahi vəsatətlərə baxmayaraq cavabdeh tərəf məhkəməyə attestasiya ilə bağlı heç bir sənəd təqdim edə bilməmişdir. Bütün bunlar bir daha göstərir ki, məktəb attestasiyanın keçirilməsi ilə bağlı heç bir qayda tərtib etməmiş və iddiaçıya attestasiyanın keçirilməsi ilə bağlı heç bir bildiriş verməmişdir.
11. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə Əmək Məcəlləsinin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. (müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) Attestasiyanın keçirilməsinin ümumi müddəalrına belə riayət edilməmiş belə ki, müddət və qayda olmadığından işçiyə də bu barədə məlumat verilməmişdir. Heç bir hazırlıq keçirilməmiş, işçiyə qanunvericiliyə uyğun olmayan şəkildə attestasiya keçirilmiş və sualların çoxuna cavab verməsinə baxmayaraq attestasiya vərəqəsində uyğun deyildir qeyd edilmişdir. Komissiya üzvləri bir iki sual cavab verməmisini görmüş və dərhal o mövzu ətrafında suallar verərək namizədi qəsdən kəsmişlər. Attestasiya komissiyasını yaradılması barədə heç bir sənəd yoxdu. Cavabdeh Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbi qanunsuz olaraq attestasiya təşkil etmişdir. x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi göründüyü kimi fərdi əmək mübahisəsinin əsası olaraq məhkəmə tərəfindən əsaslılığı araşdırılmamış qərarın qanunsuz olmasına baxmyaraq iddiamız rədd edilmişdir
12. Mülki məhkəmə icraatı haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə prosessual qanunvericilikdən fərqli qaydalar müəyyən edilərsə, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarımülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Dəymiş ziyanla bağlı qanunu qüvvəyə minmiş hökm var və şəxsin hadisəyə heç bir aidiyyəti yoxdur. İşəgötürənin əmri əsassızdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Təqdim olunan sübutlar aydınlaşdırılmamışdır. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şikayət qətnaməmin ləğvinə yönəldiyi üçün, məhkəmədən xahişi tam yoxlanılmasıdır.
13. Attestasiyanın keçirilməsi bağlı Nazilər Kabinetinin qəbul etdiyi qaydalara zidd qaydada keçirilmiş attestasiya nəticələrini qəbul etmişdir.
14. İddiaçı apellyasiya şikayətinə əlavəsində göstərmişdir ki, həm birinci instansiya məhkəməsinə həm də icraatda olan işə elektron formada çoxlu sayda Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinə qarşı qəbul edilmiş məhkəmə qətnamələrini əlavə etmişlər. Qətnamələrin hamısında məktəbin attestasiyanı “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirilməsi, iddiaçıların attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olduğu qeyd edilmişdir. Məhkəmənin yalnız bir iclasında cavabdehin nümayəndəsi iştirak etmiş, qətnamədə qeyd olunmuş qaydada iddianın rədd edilməsini bildirməmişdir. Bundan əlavə olaraq cavabdehin iştirakının olduğu məhkəmənin hazırlıq iclasında ondan məhkəməyə attestasiya ilə qəbul edilmiş, iddiaçıya bildiriş verilməsini sübut edən sənədlərin təqdim olunması ərizələri əsasında təmin edilərək məhkəmə cavabdehdən onların təqdim edilməsi tələb edilsə də cavabdeh ondan sonrakı hazırlıq və baxış iclaslarında məhkəməyə gəlməmiş və tələb edilən sənədləri təqdim etməmişdir. İddiaçı sualların əksəriyyətinə müsbət cavab verdiyi nəzərə alınmamış, video görüntülər nəzərdən keçirilən zaman bütün bunlar sübuta yetirilsə də məhkəmə bunlara heç bir halda fikir bildirməmişdir. Eyni hakimin sədrliyi ilə keçirilən eyni məktəbin müəlliməsinin eyni məktəbə qarşı olan mahiyyət etibarilə eyni olan iddiası məhkəmə tərəfindən təmin edilmişdir. 2(*6*)- 5686/2*25 saylı *6.11.2*25-ci il tarixli məhkəmə qətnaməsinin əsaslandırma hissəsini olduğu kimi qeyd edirlər: Məhkəmə işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 7*-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Bu halda həmin Məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, attestasiya zamanı iddiaçıya qarşı qərəzli mövqe olmuş, iddiaçıya verilmiş sualların əksəriyyətinə qənaətbəxş cavablar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməlidir. Eyni zamanda, işçilərin attestasiyanın nəticələrinə uyğun olaraq Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində kütləvi şəkildə müəllimlərin işdən çıxarıldığı müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etdiyini bildirmişdir. Beləliklə, attestasiya komissiyası iddiaçıya qarşı attestasiyada qərəzli mövqeni nümayiş etdirərək, Əmək Məcəlləsinin 65.3-cü maddəsində müəyyən edilmiş obyektivlik və qərəzsizlik prinsiplərinin pozulmasına yol vermişdir. Bununla yanaşı, işəgötürən iddiaçının komissiyadakı cavablarını, iddiaçının uzun müddət qarmon müəllimi üzrə qüsursuz fəaliyyətini nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zaman əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi *7.*7.2*25-ci il tarixli, 94 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *7.*7.2*25-ci il tarixli, 94 saylı əmri, habelə attestasiya komissiyasının iddiaçı barədə verdiyi rəy ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin qarmon müəllimi vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindən tutularaq İddiaçı ödənilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
17. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinə və Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
19. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi 2*. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla, qərarla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
21. Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: ... c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ...
22. Maddə 3**. Əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 3*. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2* may 2*11-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 22.1*.2*25-ci il tarixli, 2(*6*)-437*/2*25 nömrəli qətnaməsi tam mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır.
34. Belə ki, işin hallarına görə iddiaçı İddiaçı Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano müəlliməsi vəzifəsində işləmişdir. Müəssisədə işçilərinin attestasiyası keçirilmişdir. Nəticələrə dair komissiyanın qərarı ilə İddiaçı vəzifəsinə uyğun olmayan hesab edilmişdir. Bu qərardan sonra isə məktəbin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 34 saylı, *7.*4.2*25-ci il tarixli əmr imzalamışdır. Hazırda İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair *7.*4.2*25-ci il tarixli 34 saylı əmrin ləğv edilməsi, onun öz işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
35. İddiaçı apellyasiya şikayətini atestasiya komissiyasının üzvlərinin ona qarşı qərəzli olması ilə və attestasiyanın qaydalara zidd keçirilməsi ilə əsaslandırmışdır.
36. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, apellyator imtahan zamanı ona qarşı qərəzli münasibətə istinad etsə də, həmin faktın olmasına dair hər hansı mötəbər təkzibolunmaz sübutu məhkəməyə təqdim etməmişdir.
37. Qeyd olunanlarla yanaşı, məhkəmə araşdırmaları zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Əmək münasibətlərinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş AR Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına uyğun olmuşdur.
38. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq hesab edir ki, iddiaçının *7.*4.2*25-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilməsi attestasiya nəticəsinə adekvat olmuşdur.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 4*. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
42. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.*.1, 392- 393 və 4*5.*.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22.1*.2*25-ci il tarixli, 2(*6*)-437*/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.