Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1749/2022 06.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, e-2(012)- 4226/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, e-2(012)-4226/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh əşyaları ilə birlikdə ünvan 1 ünvanından çıxarılması, həmin evin boşaldılması, mülkiyyətçi İddiaçı BOKT ASC-yə təhvil verilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, e-2(012)-4226/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qəbul edilməsini xahiş edir. İ Ş İ N H A L LA R İ: İddiaçı BOKT ASC Cavabdeh qarşı mənzilin boşaldılması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və qətnamənin icra olunduğu tarixdə icra məmuru tərəfindən ünvan 1-da aşkar edilmiş digər şəxslərin həmin evdən əşyaları ilə birlikdə çıxarılmalarına, ünvan 1-nın tam şəkildə boşaldılmasına və mülkiyyətçi İddiaçı BOKT ASC-yə təhvil verilməsinə, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4226/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini qanunsuz və əsasız hesab edir.Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən məhkəmədə iştirakı təmin edilmədiyindən mülki iş üzrə səhv nəticəyə gəlmişdir.Bildirir ki hər kəsin məhkəmə təminatı hüququ vardır və heş kim yaşadığı yeganə mənzildən çıxarıla bilməz və tələb yeganə mənzilə yönələ bilməz. Odur ki, Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, e-2(012)-4226/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qəbul edilməsini xahiş edir. İddaçı İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verərək apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, e-2(012)-4226/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, e-2(012)-4226/2021 nömrəli qətnaməsi dəyşdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-5579/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X2 24711,95 ABŞ dolları əsas, 5610.10 ABŞ dolları faiz borcu. 652 ABŞ dolları cərimə borcu, cəmi 30974.05 ABŞ dulları (ödəniş günü iiçüıı Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin 25,20 manat hissəsi və poçt xidmət xərci kimi ödənilmiş 1 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tələbin cavabdeh X3 mülkiyyətində olan Abşeron rayonu. Masazır kəndi, Nazını Əsədov küçəsində yerləşən 22A saylı 106,4 kv.m ümumi. 74.0 k\ m yaşayış. 32.4 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 50000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-1299/2019 saylı qətnaməsinin surətindən görünür ki, Аbşегоп гауопu, Маsаzіг kəпdi, Nazim Əsədоv küçəsi, ev 22А unvanında уегləşən fəгdi уаşayış еviпə Мəmmədоv Мəhəmmеd Qəhгəmап oğluпuп istifаdə huququna xitam vегilməsi, Мəmmədоv Мəhəmməd Qəhгəmап оğ|u Аbsегоп гауопu, Маsаzıг kэпdi, Nazim Əsədоv küçəsi, ev 22А uпvапіпdа уегləşən fəгdi уаşауіş еviпdəп эşуаları ilə birlikdə çıxarılması qət edilmişdir. Mülki iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-715/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh M.Q.Məmmədovun apelyasiya şikayəti təmin edilməməniş, Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli. 2(012)5579/2016 saylı qətnaməsi cavabdeh M.Q.Məmmədovun apelyasiya şikayəti əsasında dəyişdirilmədən saxlanılmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3359/2020 saylı qərarının surətindən görünür ki, cavabdeh X6 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)715/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Mülki iş materiallarında olan “X14” MMC tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş X12 Yekunları barədə 31 nömrəli Protokolun və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin surətindən görünür ki, Мəmmədоv Мəhəmməd Qəhгəmап оğ|una məxsus ünvan 1 saylı 106.4 kv.m ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin satılması üçün həmin tarixdə hərrac təşkil edilmiş, fərdi yaşayış evi İddiaçı BOKT ASC tərəfindən 31875 (otuz bir min səkkiz yüz yetmiş beş) manata alınmışdır. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(012)-1299/2019 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurları ünvan 1 ünvanında olarkən borclu Мəmmədоv Мəhəmməd Qəhгəmап оğ|unun əşyaları ilə birlikdə həmin evdən çıxmağı müəyyən olunmuş, lakin həmin evdə borclunun ailə üzvləri həyat yoldaşı Cavabdeh, qızı X7, X10, oğlu X11, anası X8 yaşaması müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən müəyyən etmişdir ki, İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 2(012)-1299/2019 saylı qətnaməsi ilə İddiaçı BOKT ASC-nin cavabdeh X5 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Məhkəmə qətnaməsinin icrası zamanı icra məmuru tərəfindən X3 ailə üzvləri Cavabdeh, X13, X10 və X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində faktiki olaraq yaşadığı müəyyən olunmuş və buna dair akt tərtib olunmuşdur. X1 rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 2(012)- 1299/2019 saylı qətnaməsində yalnız öz adının göstərilməsindən istifadə edərək halhazırda faktiki olaraq ünvan 1 ünvanında yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən çıxarılmasına mane olur. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASCnin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər hal-hazırda həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən hesab etmişdir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanı İddiaçı BOKT ASC-nin mülkiyyəti olduğundan həmin evdə yaşayan Cavabdeh əşyaları ilə birlikdə evdən çıxarılmalı, həmin ev boşaldılmalı, və mülkiyyətçi İddiaçı BOKT ASC-yə təhvil veriməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddia tələbinin qətnamənin icra olunduğu zaman icra məmuru tərəfindən müəyyən olunan digər şəxslər iş üzrə cavabdeh kimi göstərilmədiyindən iddia həmin hissədə təmin edilməməliidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, məhkəmə qətnaməsi ilə borca görə mübahisəli mənzilə tutma yönəldilmiş, həmin məhkəmə qətnaməsii qanuni qüvvəsini almış, daha sonra mübahisəli mənzil hərracda satılmış və iddiaçı təşkilat tərəfindən alınmışdır. Bundan sonra mənzilə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq ona çıxarış verilmişdir. X1 rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 2(012)-1299/2019 saylı qətnaməsində yalnız öz adının göstərilməsindən istifadə edərək hal-hazırda faktiki olaraq ünvan 1 ünvanında yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən çıxarılmasına mane olur. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil iddiaçı təşkilatın mülkiyyətinə keçsə də cavabdeh mübahisəli mənzildən könüllü çıxmamışdır. Belə olan halda iddiaçı təşkilat mülkiyyətində olan mənzilə dair hüquqlarını həyata keçirə bilməmişdir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, mübahisəli mənzil iddiaçı təşkilatın mülkiyyətindədir, cavabdehin iddiaçıya məxsus mənzildə yaşaması iddiaçının mənzilə dair mülkiyyət hüquqlarından irəli gələn hüquqlarını həyata keçirməsinə maneə yaranır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə, mübahisəli yaşayış sahəsiin onların yeganə yaşayış sahəsi olmasına qiymət verərək qeyd edir ki, mübahisəli mənzil hazırda cavabdehin deyıl, iddiaçı təşkilatın mülkiyyətindədir. Həmçinin onun iştirakı olmadan işə baxılmasına qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdehə rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə tərəfindən bildirişlər göndərilmiş, həmçinin məhkəmə iclasları barədə cavabdehin mobil nömrəsinə SMS xəbərdarlıq göndərilmişdir. Poçt vasitəsi ilə göndərilmiş məktublar “evdə yoxdur” qeydi ilə geri qaytarılsa da, cavabdehə göndərilmiş sms bildirişlər onun tərəfindən alınmışdır. Eyni zamanda apellyasiya şikayətinə baxılması barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələr kimi qəbul edilməlidir və şikayətin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, e-2(012)- 4226/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, e-2(012)-4226/2021 nömrəli qətnaməsi dəyşdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1749/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1749/2022
06.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver