Məhkəmə qərarları › İş №2(105)-1760/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1760/2020

28.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1760/2020 28.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X7 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, ilk və qarşılıqlı iddialar üzrə Cavabdeh1 nümayəndəsi X13 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-159/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-159/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə ilk iddiası qismən təmin edilmiş,Cavabdeh2 ilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında xx xxxxxx 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 İddiaçı və Cavabdeh1nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxx 2019-cu il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifələrinin Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Cavabdeh1nə qarşı xx xxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113,52 kvadrat metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin mənzilin ona təhvil verilməsi iddiası ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi ilə Cavabdeh2 ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113,52 kvadrat metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin mənzilin ona təhvil verilməsi tələbi təmin edilmişdir. xx xxxx 2019-ci il tarixli bildirişlə o, Cavabdeh1nə rəsmi qaydada müraciət edərək onun “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı xx xxxx 2007-ci il tarixli alqı-satqı müqaviləsinə və maliyyə arayışına əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyriyaşayış sahəsinə 5 gün ərzində onun sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsi və ona rəsmi qaydada məlumat verilməsini xahiş etmişdir. Cavabdeh1 xx xxxx 2019-cu il tarixli, 22/06 saylı məktubla ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113,52 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi çıxarıldığından ərizəsində göstərilən tələblərin yerinə yetirilməsinin qeyri-mümkünsüzlüyü bildirilmiş və qanunvericiliyin tələblərinə müvafiq olaraq çıxarılmış məhkəmə qətnaməsi hüquqlarını pozduğundan məhkəməyə müraciət etmək hüququndan istifadə etməyi tövsiyyə etmişdir. Abşeron Rayon Məhkəməsi işə baxarkən kobud prosessual pozuntu ilə aparılmaqla işi hərtərəfli araşdırmamış, qəbul ediləcək qətnamənin üçünçü şəxslərin hüquqlarını poza biləcəyini nəzərə almamış, hazırda mübahisəli qeyri-yaşayış sahəsinin kimin mülkiyyətində olmasını müəyyən etmədən qanunsuz və əsassız xx xxxxx 2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Sonradan ona məlum olmuşdur ki, iştirakı təmin olunmadan, bu barədə xəbər verilmədən, Cavabdeh1 tərəfindən məlumatlandırılmadan mülkiyyət hüquqlarına toxunan qətnamə qəbul edilmişdir. “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə (hüquqi varis Cavabdeh1) xx xxxx 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair 119000 manat tərəfindən tam ödənilmişdir. Bu haqda ona müvafiq maliyyə arayışı verilmişdir. Həmin müqavilənin 1.1-bəndinə əsasən “İcraçı” Abşeron rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsini “Payçı”ya verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Payçı” müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi, mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Abşeron rayon İcra Hakimiyyəti başçısının 301 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin daxilində 113,52 kv metrinə dair Cavabdeh2 ilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında xx xxxxxx 2012-ci il tarixli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən hər kvadrat metri 543 manat olmaqla, ümumilikdə 61460 manat ödənildiyi qeyd edilmiş, müvafiq maliyyə arayışı verilmişdir. Cavabdeh2 ilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında xx xxxxxx 2012-ci il tarixli müqavilə onunla bağlanılmış müqavilədən 5 il sonra bağlanılmışdır. Qeyri-yaşayış sahəsinə dair sərəncam vermək hüququ onda olduğu halda, qeyri-yaşayış sahəsi təkrar Cavabdeh2 əsassız olaraq satılmışdır.’’Cavabdeh1” mənzil tikinti kooperativi xx xxxx 2007-ci il tarixli müqavilə əsasında ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin ona verilməsinə dair vəzifələrin daşıyıcısıdır. Bu barədə cavabdehə rəsmi olaraq xx xxxx 2019-cu il tarixdə bildiriş göndərilmişdir.Beləliklə, müqaviləyə əsasən qeyri-yaşayış sahəsinə görə cavabdeh ’’Cavabdeh1”mənzil tikinti kooperativinə onun tərəfindən tam olaraq haqq ödənilmiş və qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. Mənzil ona təhvil verilməli, Cavabdeh2 ilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh2 İddiaçı və Cavabdeh1nə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı arasında “Hayan-E”məhdud məsuliyyətli cəmiyyətinin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə kucəsi 1 A ünvanında inşa etdiyi yaşayış binasının 5-ci blokunun qeyri-yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kvadrat metr olan qeyriyaşayış sahəsinin pay alqı-satqısına dair bağlanmış xx xxxx 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ilk iddianın əsassız olduğundan təmin edilməməsi, İddiaçı hazırki qanunsuz hərəkətləri ilə ona vurduğu mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı öz iddia ərizəsində bütün arqumenti onun üzərində qurmuşdur ki, guya mübahisəli qeyri-yaşayış sahəsini ondan əvvəl əldə etmişdir və buna gorə dəqeyri-yaşayış sahəsinə olan hüquqları ondan üstün hesab edilməlidir. Həmçinin İddiaçı öz iddia ərizəsində göstərmişdir ki, guya Abşeron Rayon Məhkəməsi onun “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinə qarşı iddia tələbi üzrə 2(012)-1519/2018 saylı işə baxarkən kobud prosessual pozuntu ilə aparmaqla işi hərtərəfli araşdırmamış, qəbul ediləcək qətnamənin üçüncü şəxslərin hüquqlarını poza biləcəyini nəzərə almamış, hal-hazırda mübahisəli qeyri-yaşayış sahəsinin kimin mülkiyyətində olmasını müəyyən etmədən qanunsuz və əsassız xx xxxxx 2018-ci il tarixli qətnamə qəbul etmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Sonradan İddiaçıməlum olmuşdur ki, iştirakı təmin olunmadan, bu barədə ona xəbər verilmədən, Cavabdeh1 tərəfindən məlumatlandırılmadan mülkiyyət hüququna toxunan qətnamə qəbul edilmişdir. Halbuki onunla “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti (hüquqi varisi Cavabdeh1) arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 4 A ünvanında inşa olunmuş yaşayış binasının V blok, qeyri-yaşayış mərtəbəsində ümumi sahəsi 113,52 kvadrat metr olan, qeyri-yaşayış sahəsinə dair 61460 manat onun tərəfindən tam şəkildə ödənilmiş və bununla da həmin qeyri-yaşayış sahəsi üzərində onun istifadə və sahiblik hüquqları yaranmışdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi ilə həmin qeyri-yaşayış sahəsinə dair onun sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin sahənin ona təhvil verilməsi Cavabdeh1nə həvalə edilmiş, həmin qətnamə hazırda qanuni qüvvəsini almışdır. 2(012)-1519/2018 saylı işin materialları ilə də sübut olunur ki, doğrudan da həmin məhkəmə prosesi zamanı mübahisəli sahəyə dair “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti (hüquqi varis “Progress- 2016” mənzil tikinti kooperativi) ilə arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsindən başqa digər müqavilə, o cümlədən İddiaçıla “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti (hüquqi varisi “Progress- 2016” mənzil tikinti kooperativi) arasında alqı-satqı müvaviləsi mövcud olmamış və həmin məhkəmə prosesində iştirak edən “Progress 2016” mənzil tikinti kooperativinin sədri X19 onun iddiasını əsaslı olduğundan qəbul etmiş, tikinti işləri tam başa çatdıqdan sonra həmin mənzilin ona təhvil veriləcəyinə dair öhdəlik götürmüşdür. Əgər doğrudan da İddiaçı hazırda mübahisələndirdiyi sahəyə dair “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında xx xxxx 2007ci il tarixli alqı-satqı müqaviləsi mövcud olsaydı, onda Cavabdeh1 sədri Rafiq Nəsirov bunu həmin məhkəmə prosesində deyərdi. İddiaçıla “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx xxxx 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 4 A ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin ona satıldığını və bu müqavilə üzrə 119000 manat ödəməsini bildirsə də, əsl həqiqətdə dəlil qismində məhkəməyə təqdim etdiyi xx xxxx 2007-ci il tarixli müqavilə və bu müqavilə üzrə 119000 manat pul ödəməsinə dair maliyyə arayışı həqiqətə uyğun olmayan, 2012-ci ildən sonrakı dövrdə geri tarixə saxtalaşdırılaraq, qanunsuz yolla əldə edilmişdir. İddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə dair məhkəməyə təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqavilə və maliyyə arayışı saxta olduğu səbəbindən etibarsızdır və məhkəmədə mübahisə predmeti ola bilməz. Belə ki, İddiaçı hazırki iddia tələbinə dair iş üzrə məhkəməyə yazılı sübut qismində təqdim etdiyi “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə arasında ünvan 5 A ünvanında inşa olunmuş yaşayış binasının V-blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə və maliyyə arayışının saxta sənəd olması və 2012-ci ildən sonrakı dövrdə geri tarixə saxtalaşdırılması faktı aşağıdakıhallarla sübut olunur.Mübahisəli sahəyə dair İddiaçı məhkəməyə yazılı sübut qismində təqdim etdiyi müqavilə vəmaliyyə arayışı guya xx.xx.2007-ci il tarixdə yazıldığı göstərilsə də,əsl həqiqətdə 2012-ci ildən sonrakı dövrdə geri tarixə saxtalaşdırılmışdır. İddiaçı xx.xx.2007-ci il tarixli müqavilə blankı 2007-ci ildə istifadə olunmuş blanklardan fərqli olaraq, 2012-ci ildən sonra istifadə olunmuş blank qruplarına aiddir. Belə ki, 2012-ci il tarixədək bu binanın layihəsi cəmi 13 mərtəbədən ibarət olmaqla, 1-ci mərtəbəsi qeyri-yaşayış, 2-13-cü mərtəbələrindəki cəmi 12 mərtəbə isə yaşayış üçün nəzərdə tutulmuşdur. Odur ki, 2012-ci ilədək olan həmin dövrdə bütün əvvəlki müqavilə blanklarında “12 mərtəbəli bina” sözündən istifadə olunmuş və heç bir halda “14 mərtəbəli bina” sözü yazılmış müqavilə blankından istifadə olunmamışdır. Lakin 2012-ci ildən sonra binanın konstruksiyasında 2 mərtəbə artırılaraq, 13 mərtəbədən 15 mərtəbəyə (bunun 1-ci mərtəbəsi qeyri-yaşayış, 2-14-cü mərtəbələri isə yaşayış üçün nəzərdə tutulmuşdur) dəyişdirilmiş və bu səbəbdən də 2012-ci ildən sonrakı dövrdə bütün müqavilə blanklarında “14 mərtəbəli bina” sözündən istifadə olunmuşdur. Odur ki, İddiaçı hazırda məhkəməyə təqdim etdiyi müqavilənin guya xx.xx.2007-ci il tarixdə bağlandığı göstərilsə də əsl həqiqətdə isə həmin müqavilənin qrup mənsubiyyəti ilə birbaşa sübut olunur ki, bu müqavilə 2012-ci ildən sonrakı dövrdə geri tarixə yazılaraq saxtalaşdırılmışdır. Həmçinin İddiaçı məhkəməyə yazılı sübut qismində təqdim etdiyi həmin müqavilə blankının arxasında tərəflərin rekvizitlərini əks etdirən sahədə 2007-ci ilin fevral-mart aylarında istifadə olunmuş müqavilə blanklarından fərqli olaraq “İcraçının ünvanı” olan yerdə “M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişdiyi yerdə” sözlərinin əvəzinə, 2007-ci ilin yarısından sonra istifadə olunmuş müqavilə blanklarındakı “M.Ə.Rəsulzadə 1” sözləri yazılmışdır. Bu qrup mənsubiyyəti də bu müqavilə blankının qeyd olunan tarixdən sonrakı dövrdə geri tarixə yazılaraq saxtalaşdırıldığına dəlalət edir. Ən əsası isə odur ki, “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin inşa etdiyi bu binanın tikintisinə Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-ci il tarixli, 301 nömrəli sərəncamı ilə icazə verilsə də, bu binanın İ, İİ, İİİ və İV bloklarının tikintisi üçün torpaq səhəsi xx xxxxxx 2007-ci il tarixdə Xırdalan bələdiyyəsi tərəfindən ayrılaraq icarəyə verilmiş, V blokun torpaq sahəsi və bu torpaq sahəsinin üzərindəki yeməkxana isə xx xxxxxxxx 2007-ci il tarixədək X6 mülkiyyətində olduğu və həmin vaxt bu yeməkxana fəaliyyət göstərdiyi səbəbindən “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətində olmamış, bu səbəbdən də həmin vaxt bu binanın V bloku, ümumiyyətlə, mövcud olmamışdır. Lakin “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X21 Xalıq İsabala arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 498,8 kv.metr olan qeyri-yaşayış binası (yeməkxanası) “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinə təhvil verilmiş, yalnız bundan sonra həmin yeməkxananın torpaq ərazisi “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinə məxsus olmuş və üzərindəki yeməkxana sökülərək, 2009-cu ildən sonra hazırda mübahisələndirilən V blok inşa edilməyə başlamışdır. Yəniİddiaçı müqaviləsinin doğruluğuna inansaq, onda görərik ki, xx xxxx 2007-ci il tarixdəV blok, ümumiyyətlə, mövcud olmamış və o dövrdə Elman Tağıyevin həmin torpaq üzərindəki mülkiyyətə dair sərəncam vermək hüququ da olmamış və bu səbəblərdən də mülki qanunvericiliyin tələblərinə əsasən mövcud olmayan əşyaya dair müqavilə etibarsız hesab edilməlidir. Qeyd olunan faktlar İddiaçı hazırda ona qarşı yazılı sübut qismində məhkəməyə təqdim etdiyi xx xxxx 2009-cu il tarixli müqavilənin 2012-ci ildən sonrakı dövrdə, geri tarixə saxtalaşdırıldığını birbaşa sübut edir. Həmin müqavilə və maliyyə arayışı blanklarının 2012-ci ildən sonrakı dövrdə geri tarixə saxtalaşdırılması üsullarının və bunun qanunsuz yolla necə əldə edilməsi faktına hüquqi qiymət verilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1519/2018saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilərək, “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 5 A ünvanında inşa olunmuş yaşayış binasının 5-ci blokunda qeyri-yaşayış hissəsində ümumi sahəsi 133,52 kv.m olan market üçün nəzərdə tutulmuş sahəyə dair onun sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin sahənin ona təhvil verilməsi Cavabdeh1nə həvalə edilmiş, həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Həmçinin işin faktiki hallarından və Abşeron Rayon Məhkəməsinin 2(012)-1519/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən də görünür ki, Cavabdeh1 məhkəmə prosesində birbaşa iştirak etmiş, onun iddia tələbini qəbul etmiş, həmin qeyri-yaşayış sahəsinin onun sahibliyində olduğunu etiraf etmiş, tikinti başa çatdırıldıqdan sonra isə onun istifadəsinə veriləcəyinə dair öhdəlik götürmüşdür. İddiaçı hazırki iddia ərizəsində guya Abşeron Rayon Məhkəməsinin işə baxarkən kobud prosessual pozuntu ilə işi birtərəfli aparmasına, işin hərtərəfli araşdırılmadığına, qəbul edilmiş qətnamənin üçüncü şəxsin hüquqlarını poza biləcəyini nəzərə almamasına dair göstərdikləri tam əsassızdır.Belə ki, əgər, doğrudan da mübahisəli mənzilə dair ondan əvvəl “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə başqa şəxs, o cümlədən İddiaçı arasında müqavilə bağlanmış olsaydı, o zaman xx.xx.2018-ci il tarixli məhkəmə prosesində iştirak etmiş Cavabdeh1 sədri R.Nəsirov bu barədə məhkəməyə bildirərdi. Bu isə həm də ona dəlalət edir ki, İddiaçı saxta xx.xx.2007-ci il tarixli müqavilə məhz xx.xx.2018-ci il tarixdən sonrakı müddətdə geri tarixə yazılmışdır. Həmçinin İddiaçı “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə arasında mübahisəli sahəyə dair müqavilənin guya xx xxxx 2007-ci ildə bağlandığını iddia etsə də, əsil həqiqətdə isə həmin bu müqavilə sonradan qanunsuz və saxta üsullarla geri tarixə yazılaraq saxtalaşdırılmışdır. Belə olan halda isə İddiaçı mübahisəli sahəni guya ondan əvvəl almasını iddia etməsi həqiqətə uyğun deyildir. Halbuki, İddiaçıla “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında mübahisəli sahəyə dairbağlanmış xx.xx.2007-ci il tarixli müqavilə doğru olmadığından və qanunsuz yolla əldə edildiyindən heç bir hüquqi nəticə yaratmayan əhəmiyyətsiz əqddir. Odur ki, İddiaçı müqaviləsi əhəmiyyətsiz olduğundan həmin müqaviləyə istinad edərək, onun müqaviləsinin etibarsızlığını və qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmək hüququ yoxdur. Buna gorə də ilk iddia rədd olunmalıdır. Həmçinin əgər İddiaçı saxta üsullarla hazırlayıb, qanunsuz yolla əldə etdiyi həmin müqavilənin guyaxx.xx.2007-ci il tarixdə bağlanmasına inansaq, onda bu müqavilənin bağlandığı müddətdən 12 ildən çox müddət keçdikdən sonra qeyri-yaşayış sahəsinin qəflətən İddiaçı“yadına düşməsi” əqdin həqiqiliyinə əsaslı şübhə yaradır və real hüquqi nəticələr yaratmaq yox, başqa niyyətlərlə hazırlandığını göstərir. Bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi şərtinin mövcuduğu üçün pis niyyətin bir tərəfdə yox, hər iki tərəfdə olması şərti tələb olunur. İddiaçıla “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış müqavilə faktiki olaraq 2012-ci ildən sonrakı dövrdə istifadə olunan blank qruplarına aid olduğu halda, bu sənədin xx.xx.2007-ci il tarixə saxtalaşdırılmasında məqsəd öz iddiasında göstərdiyi kimi, guya öz müqaviləsinin daha əvvəlki tarixə olmasını sübut etmək və bununlada özgəsinin əmlakını saxta dəlillər əsasında məhkəmə vasitəsi ilə udmağa hesablanmışdır. Beləliklə, işin faktiki hallarından da görünür ki, İddiaçı məhkəməyə təqdim etdiyi “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə arasında xx.xx.2007-ci ildə bağlandığını əks etdirən müqavilə həqiqətə uyğun deyildir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən, həqiqətə nail olmaq üçün işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, öz qərarını tərəflərin çəkişmə prinsipinə əsasən dəlillərlə, izahatlarla və sənədlərlə deyil, qanunsuz olaraq özünün qulluq mövqeyinə görə irəli sürdüyü əsassız dəlillərlə əsaslandırmışdır. Məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin ünvan 4 A ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçıla bağlanılmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən sonuncuya hər kv.metri 1000 manata olmaqla, ümumilikdə 119000 manat vəsaitə satılmış, İddiaçı həmin tarixli maliyyə arayışına əsasən qeyd edilən məbləği bütövlükdə məhdud məsuliyyətli cəmiyyətinə ödəmişdir. Bundan sonra, məhdud məsuliyyətli cəmiyyəti həmin qeyri-yaşayış sahəsini onunla bağlanılmış xx.xx.2012-ci il tarixli, 97 nömrəli müqaviləyə əsasən yenidən hər kv.metri 543 manat olmaqla, cəmi 61640 manat məbləğində pula ona satmış, o da eyni tarixli maliyyə arayışına əsasən sözügedən məbləğdə pulu məhdud məsuliyyətli cəmiyyətinə ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1, 146.2, 178.1 və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin amlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin İddiaçıla bağlamış olduğu xx.xx.2007-ci il tarixli müqavilə üzrə sonuncunun öz öhdəliyini yerinə yetirməsi səbəbindən sözügedən binada tikinti işləri yekunlaşdıqdan sonra qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməli idi. İddiaçı xx.xx.2007-ci il tarixli müqavilə üzrə öz öhdəliyini yerinə yetirdiyi andan sözügedən sahə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinə məxsus olmamış, məhz İddiaçı məxsus olmaqla, onun istifadə və sahibliyinə keçmişdir. Belə olan halda, “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti özünə məxsus olmayan daşınmaz əmlakın və ya ona dair pay hüququnun digər şəxslərin sahiblik və istifadəsinə verilməsinə dair hər hansı müqavilə bağlaya bilməzdi. Qətnamədən görünür ki, məhkəmə onunla “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləni ləğv etməsinin hüquqi əsası kimi, İddiaçı məhkəməyə öz iddiasının sübutu kimi təqdim etdiyi qeyri-yaşayış sahəsinə dair müqaviləni guya xx.xx.2007-ci il tarixdə, ondan əvvəlki müddətdə bağlamasına və pulu tam ödəməsi səbəbindən də həmin qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olmasına istinad etmişdir. Halbuki, həmin məhkəmə qətnaməsi ilə birbaşa sübut olunur ki, məhkəmə işə baxıb qərar qəbul edərkən, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” tələbinin ziddinə olaraq, işdəki sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, öz qərarını tərəflərin çəkişmə prinsipinə əsasən dəlillərlə, izahatlarla və sənədlərlə deyil, qanunsuz olaraq özünün qulluq mövqeyinə görə irəli sürdüyü işin faktiki hallarından irəli gəlməyən əsassız dəlillərlə əsaslandırmışdır. Belə ki, məhkəmə İddiaçı xx.xx.2007-ci il tarixli müqaviləsinə və eyni tarixli maliyyə arayışına yazılı sübut qismində istinad etdiyi halda, ilk öncə öz qulluq mövqeyinə görə həmin sübutların mötəbərliyini yoxlamamış, yəni həmin sənədlərin sonradan geri tarixə saxtalaşdırılaraq əldə edilməsi faktlarına dair verdiyi vəsatətlərə və bu vəsatətlərdə göstərdiyi dəlillərə, məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 28935 saylı rəyinin nəticəsinin 2-ci hissəsində göstərilənlərə əhəmiyyət verməmiş, ekspert rəyini tərsinə təfsir edərək, İddiaçı saxta müqavilə və maliyyə arayışına qanuni don geyindirərək, guya mübahisəli qeyri-yaşayış sahəsinə dair müqaviləni ondan əvvəl bağlaması görüntüsü yaratmışdır. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixli proses zamanı məhkəməyə izahat verərək bildirmişdir ki, xx.xx.2007-ci il tarixdə axşam saatlarında Xırdalan şəhərində “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda tikintisinə başlanılmış binaya gəlmiş, binanın yerinə baxmış, V blokun ərazisində qazıntı işlərinin aparıldığını görüb əmin olduğundan, binanın eskiz layihəsinə baxaraq, V blokda ümumi sahəsi 119 kv metr olan qeyri-yaşayış sahəsinin ona satılmasına dair elə yerindəcə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin direktoru E.Tağıyevə 119000 manat nağd pul ödəmiş, təxminən 10-15 dəqiqə ərzində orada işləyən tanımadığı bir qadın tərəfindən xx.xx.2007-ci il tarixli müqavilə və maliyyə arayışı yazılaraq ona təhvil verilmiş, lakinhəmin gün ona heç bir cizgi sxemi verilməmişdir. Halbuki, İddiaçı xx.xx.2019-cu il tarixli məhkəmə prosesində verdiyi izahatında göstərdiklərinin əksinə olaraq, iş materiallarında olan məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 28935 saylı rəyinin 2-ci nəticəvi hissəsi ilə birbaşa sübut olunur ki, əsl həqiqətdə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti və İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin əlyazma mətni ilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 97 saylı müqavilənin əlyazma mətni öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. Bu fakt isə birbaşa onu sübut edir ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə dair müqaviləsi onun məhkəmədə verdiyi izahatında göstərdiyi kimi, xx.xx.2007-ci il tarixdə tanımadığı qadın tərəfindən deyil, əsil həqiqətdə xx.xx.2011-ci il tarixdə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin direktoru vəzifəsinə təyin olunmuş X19 tərəfindən yazılaraq tərtib edilmişdir. Bu isə öz növbəsində onu sübut edir ki, əsl həqiqətdə həmin müqavilə xx.xx.2007-ci ildə deyil, ən azı xx.xx.2011-ci ildən sonrakı dövrlərdə Rafiq Nəsirov tərəfindən yazılaraq tərtib edilmişdir. Belə ki, Rafiq Nəsirov xx.xx.2011-ci il tarixdən həmin məhdud məsuliyyətli cəmiyyətinin icraedici və sərəncamverici səlahiyyətlərlə direktoru vəzifəsinə təyin edilmiş və bundan əvvəlki dövrlərdə isə onun “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə heç bir əlaqəsi, ümumiyyətlə, olmamışdır. Odur ki, əgər İddiaçı saxta müqaviləsinin doğruluğuna inanmaq istəsək də, onda görərik ki, həmin müqavilənin Rafiq Nəsirovun direktor vəzifəsinə təyin edildiyi vaxtdan 4 il, 7 ay əvvəl, yəni xx.xx.2007-ci il tarixdə yazılaraq tərtib edilməsi absurddur. Həmçinin İddiaçı özü də xx.xx.2019-cu il tarixli məhkəmə prosesində verdiyi izahatında həmin müqaviləsini guya xx.xx.2007-ci il tarixdə orada işləyən tanımadığı qadın tərəfindən yerində yazılaraq tərtib edilib ona verildiyini və həmin gün ona heç bir cizgi sxemi (eskiz layihəsi) verilmədiyinə dair izahat verməsi də birbaşa sübut edir ki, həmin sənədlər onun izahatında göstərdiyi kimi xx.xx.2007-ci il tarixdə tanımadığı qadın tərəfindən deyil, əsil həqiqətdə isə ən azı xx.xx.2011-ci ildən sonrakı dövrlərdə Rafiq Nəsirov tərəfindən geri tarixə saxtalaşdırılaraq İddiaçı tərəfindən qanunsuz yolla əldə edilmişdir. Məhkəmə nədənsə işin bu faktiki halına, ümumiyyətlə, heç bir hüquqi qiymət verməmişdir. Bundan başqa, İddiaçı məhkəməyə öz iddia tələbinin yazılı sübutu qismində təqdim etdiyi xx.xx.2007-ci il tarixli maliyyə arayışına əsasən guya “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti həmin tarixdə 119000 manat pul vəsaitini ödəməsini təsdiq edən maliyyə arayışının üzərindəki firmanın rekvizitlərinə dair hissəsində ***-**-** şəhər telefon nömrəsinin göstərilməsi də birbaşa sübut edir ki, həmin sənəd həqiqətə uyğun olmayıb, sonradan geri tarixə saxtalaşdırılmışdır. Belə ki, həmin telefon nömrəsi xx.xx.2008-ci ildən xx.xx.2013-cü il tarixədək iş adamı olan X5 adına rəsmiləşdirilmiş və yalnız həmin dövrlərdə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin əvvəlki direktoru olmuş X9 tərəfindən istifadə edilmiş və firma adının rekvizit hissəsində yazılaraq göstərilmişdir. Bu isə birbaşa onu sübut edir ki, İddiaçı məhkəməyə yazılı sübut qismində təqdim etdiyi xx.xx.2007-ci il tarixli maliyyə arayışı əsl həqiqətdə, ən azı həmin telefon nömrəsinin Muxtar İsmayılovun adına rəsmiləşdirildiyi və Rafiq Nəsirovun direktor vəzifəsinə təyin edilməsindən sonrakı dövrlərdə onun tərəfindən geri tarixə saxtalaşdırılaraq, İddiaçı tərəfindən qanunsuz yolla əldə edilmişdir. Halbuki, İddiaçı məhkəməyə yazılı sübut qismində təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının sonradan geri tarixə saxtalaşdırıldığını birbaşa sübut edən bu faktların yoxlanmasına dair vəsasət versə də, məhkəmə nədənsə buna əhəmiyyət verməmişdir. Bundan başqa, İddiaçı məhkəməyə öz iddia tələbinin yazılı sübutu qismində təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqavilədə, maliyyə arayışında və bunlara dair “cizgi sxemi”ndə (eskiz layihəsində) göstərilmiş həmin qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 119 kv.metr göstərilməsi də birbaşa sübut edir ki, həmin “cizgi sxemi” “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən 2007-ci ildə deyil, 2009-cu ildən sonrakı dövrlərdə olan “Eksiz layihəsi”nə aid olduğundan, əsl həqiqətdə bu “cizgi sxemi” 2009-cu ildən sonrakı dövrlərdə geri tarixə saxtalaşdırılmışdır. “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin sifarişi əsasında “OR.AY” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən hazırlanmış 2007-ci il tarixli “İş layihəsi” ilə birbaşa sübut olunur ki, 2007-ci ildə sözügedən mübahisəli qeyri-yaşayış sahəsinin ümumi sahəsi İddiaçı məhkəməyə təqdim etdiyi “cizgi sxemi”ndəki kimi 119 kv.metr deyil, əsl həqiqətdə 80 kv.metrdən çox olmamış və yalnız 2009-cu ildən sonra həmin sahənin ümumi eni 1 aşırım, yəni 6 metr artırıldıqdan sonra 113,52 kv.m (xaricdən ölçü ilə 119 kv.m) olmuşdur. Bu isə birbaşa sübut edir ki, İddiaçı məhkəməyə təqdim etdiyi “cizgi sxemi” 2007-ci ildə mövcud olmadığından və yalnız 2009-cu ildən sonra mövcud olduğundan, həmin cizgi sxemi 2009-cu ildən sonrakı dövrlərdə geri tarixə saxtalaşdırılmışdır. İddiaçı “cizgi sxemi”nin sonradan geri tarixə saxtalaşdırılması faktını özü xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə verdiyi izahati ilə sübut etmişdir. Belə ki, İddiaçı məhkəməyə verdiyi xx.xx.2019-cu il tarixli izahatında göstərdi ki, xx.xx.2007-ci il tarixdə günorta saatlarında sözügedən tikinti ərazisinə gələrək, orada şəxsən “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X9 ilə görüşüb binanın eskiz layihəsinə (cizgiyə) baxmış, sonra əraziyə baxış keçirmiş, 5-ci blokun yerində tikinti üçün qazıntı işlərinə başlanıldığını gördükdən sonra binanın 5-ci blokundan yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin hər kvadrat metrinə görə 1000 manat olmaqla, 119 kvadrat metr sahənin alqı-satqısına dair müqavilə bağlayaraq, dərhal elə oradaca Elman Tağıyevə 119000 manat pulu nağd şəkildə ödəmiş və təxminən 10-15 dəqiqə ərzində orada işləyən qadınlar tərəfindən hazırda məhkəməyə təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqavilə və maliyyə arayışı yazılaraq dərhal ona təhvil verilsə də, həmin gün eskiz layihəsi (cizgi) tərtib edilməmiş və heç bir halda ona verilməmişdir. Halbuki, İddiaçı “cizgi sxemi”nın saxtalığını birbaşa sübut edən faktların yoxlanmasına dair vəsasət versə də, məhkəmə nədənsə buna əhəmiyyət verməmişdir. Həmçinin işin faktiki halları ilə də birbaşa sübut olunur ki, “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı arasında binanın 5-ci blokundakı mübahisəli qeyri-yaşayış sahəsinə dair xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız olmuşdur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 529 nömrəli qeydiyyat vəsiqəsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-899/2016 saylı qətnaməsi ilə birbaşa sübut olunur ki, həqiqətən də Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən qeyri-yaşayış binası X6 adına mülkiyyət hüququ əsasında xx xxxx 2004-cü il tarixdə 01 saylı reyestr kitabında 133-cü səhifədə 529 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə X14 arasında notarial qaydada bağlanmış xx xxxxxxxx 2007-ci il tarixli barter müqaviləsi ilə bir başa sübut olunur ki, həqiqətən də İ tərəf (X14) Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən sahəsi 498,8 kv.metr olan qeyri-yaşayış binasını İİ tərəfin (“Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X4 şəxsində) mülkiyyətinə verəcəyini öz öhdəsinə götürmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-899/2016 saylı qətnaməsi ilə birbaşa sübut olunur ki, sözügedən binanın 5-ci blokunun torpaq ərazisi bütünlüklə xx.xx.2007-ci il tarixədək X6 mülkiyyətində olmuşdur. Odur ki, əgər İddiaçı ilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında binanın 5-ci blokundakı mübahisəli qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin xx.xx.2007-ci il tarixdə bağlanmasının doğruluğuna inanmaq istəsək, onda görərik ki, həmin vaxt binanın 5-ci blokunun yerləşdiyi torpaq ərazisi və üzərindəki qeyri-yaşayış binası bütünlüklə Xalıq Xalıqovun mülkiyyətində olduğu səbəbindən, xx.xx.2007-ci il tarixdə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin direktoru Elman Tağıyevin məhz həmin torpaq və üzərindəki qeyri-yaşayış sahəsinə dair sərəncam vermək hüququ da olmamışdır və bu səbəbdən də İddiaçıla “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə bağlandığı anda etibarsız olmuşdur. Habelə, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 07 saylı qərarı ilə birbaşa sübut olunur ki, həqiqətən də Xırdalan bələdiyyəsi ərazisində, yararlı sahədən ibarət olmaqla bələdiyyə mülkiyyəti kimi uçota alınmış torpaqdan çoxmənzilli yaşayış binasının tikintisi məqsədi ilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinə 4650 kv.metr torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi tərtib edilmiş və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsində 2008-ci ildə tərtib olunmuş İcarəyə verilən torpaq səhəsinin ayrıc aktından görünür ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarı ilə Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Rəsulzadə küçəsinin kəsişdiyi ərazidə cizgidə göstərilən sərhədlər daxilində 0,465 hektar torpaq sahəsi çoxmərtəbəli yaşayış evi tikilməsi məqsədi ilə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə dair A029763 saylı şəhadətnamədən görünür ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarı və xx.xx.2007-ci il tarixli, 07 saylı icarə müqaviləsi ilə çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinə ayrılmış 4650 kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilmiş, Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2008-ci tarixdə 4929 nömrə ilə uçota alınmışdır. Qeyd olunan faktlar birbaşa İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2007-cu il tarixli müqaviləsinin sonradan geri tarixə saxtalaşdırıldığını sübut edir. Beləliklə, İddiaçı “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə arasında mübahisəli sahəyə dair müqavilənin guya xx.xx.2007-ci il tarixdə bağlandığını göstərsə də, çoxsaylı faktiki hallar birbaşa həmin müqavilənin ən azı 2012-ci ildən sonrakı dövrdə (böyük ehtimalla 2019-cu ildə) geri tarixə saxtalaşdırılaraq, qanunsuz yolla əldə edildiyini sübut edir. Odur ki, mövcud mülki qanunvericiliyə əsasən İddiaçı xx.xx.2007-ci il tarixli müqaviləsi, maliyyə arayışı və “cizgi sxemi” sonradan geri tarixə saxtalaşdırılmaqla, qanunsuz yolla əldə edildiyi səbəbindən etibarsız və heç bir hüquqi nəticə yaratmayan əhəmiyyətsiz əqddir. Beləliklə, İddiaçı xx.xx.2007-ci il tarixli müqaviləsinin saxtalığı birbaşa məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 28935 saylı rəyinin 2-ci nəticəvi hissəsi ilə, “cizgi sxemi”nin saxtalığı isə işdə olan “OR.AY” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən hazırlanmış 2007-ci il tarixli “İşçi layihəsi” ilə birbaşa sübut olunsa da, “maliyyə arayışı”nın saxtalığını sübut edən üzərindəki rekvizit hissəsində qeyd olunmuş telefon nömrəsinin hansı dövrdə, kimin adına rəsmiləşdirilməsinə dair müvafiq orqanlarda olan sübutların əldə edilməsi onun imkanı xaricində olduğundan, həmin sübutların orqanlardan alınaraq, birlikdə hüquqi qiymət verilməsinə dair verdiyi şifahi və yazılı vəsatətlərə birinci instansiya məhkəməsi tərəfindən heç bir əhəmiyyət verilməmiş və bununla da məhkəmə çəkişmə tərəflərinin qeyribərabərliyinə zəmin yaratmış, onun qanunla yaradılmış ədalətli məhkəməyə əlçatanlığına heç bir halda imkan verməmiş, nəticədə İddiaçı saxta müqaviləsini qanunsuz olaraq yazılı sübut kimi qəbul etmiş, onun isə barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan xx.xx.2012-ci il tarixli müqaviləsini qanunsuz olaraq ləğv etmişdir. Həmçinin, mövcud halda məhkəmə öz qətnaməsinin prosessual hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə və maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli Qərarına istinad etmişdir. Əgər İddiaçı xx.xx.2007-ci il tarixli müqaviləsinin doğruluğuna inanmaq istəsək onda görərik ki, onunla həmin müqavilə “Mənzil Tikinti Kooperativi” arasında deyil, “Məhdud Məsuliyyətli Cəmiyyət” arasında bağlanmışdır. Belə halda isə məhkəmə məhdud məsuliyyətli cəmiyyətə heç bir aidiyyatı olmayan hüquq normasını tətbiq etməklə kobud prosessual pozuntuya yol vermiş, qanunsuz qətnamə qəbul etmişdir və qətnamə qanunsuz olduğundan hər bir halda ləğv edilməlidir. Mövcud mülki qanunvericiliyin tələblərinə əsasən mənzil-tikinti kooperativində əmlak üzərində istifadə və sahiblik hüququ əmlakın müqavilə üzrə dəyərinin tam ödənildiyi andan əmələ gəldiyi bir halda, məhdud məsuliyyətli cəmiyyətdə isə bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Odur ki, məhkəmə İddiaçı MMC ilə qeyri-yaşayış sahəsinə dair müqavilə üzrə öz öhdəliyini yerinə yetirdiyi andan, həmin qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olması qənaətinə gəlməkdə haqlı olmamışdır. İddiaçıla mübahisəli qeyri-yaşayış sahəsinə dair xx.xx.2007-ci il tarixli müqavilə məhdud məsuliyyətli cəmiyyət arasında bağlandığı göstərildiyindən, hətta həmin müqavilə üzrə öz öhdəliyini yerinə yetirsə belə, qeyri-yaşayış sahəsi İddiaçı məxsus olmamışdır və mövcud mülki qanunvericiliyin tələblərinə əsasən bu hüququ yalnız həmin sahənin daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alındığı andan sonra əldə edə bilər. Odur ki, məhkəmə məhdud məsuliyyətli cəmiyyətə heç bir aidiyyatı olmayan Mülki Məcəllənin 178.8-ci maddəsini tətbiq etməklə prosessual qanun pozuntusuna yol vermişdir. Halbuki məhkəmə mövcud halda Mülki Məcəllənin 452.1-ci maddəsini tətbiq etməli idi. Odur ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi prosessual normanın düzgün tətbiq edilmədiyi səbəbindən ləğv edilməlidir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi, “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı arasında “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə kucəsi 1 A ünvanında inşa etdiyi yaşayış binasının 5-ci blokunun qeyriyaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin pay alqı-satqısına dair bağlanmış xx xxxx 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı Cavabdeh1 və ona qarşı onun ilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx xxxx 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə kucəsi 1 A ünvanında inşa etdiyi yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, qeyriyaşayış sahəsinin ona təhvil verilməsi vəzifələrinin Cavabdeh1nə həvalə edilməsi barədə ilk iddiası əsassız olduğundan təmin edilməməsi tələbinin dəyişdirilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələblərinə əsasən onunla “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədə göstərilmiş qeyri-yaşayış sahəsinin borclunun əlindən alınmasına və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsinin təmin edilməsinə dair yeni qərar çıxarılması tələbi ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Nümayəndəməhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında ilk və qarşılıqlı iddialar üzrə cavabdeh ˝Cavabdeh1˝ mənzil tikinti kooperativinin nümayəndəsi X23 mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ilk iddianın təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməmiş hissələrində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxx 2007-ci il tarixdə “İcraçı” adlanan “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə “Payçı” kimi İddiaçı arasında bağlanmış müqavilənin surətindən görünür ki, “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsini İddiaçı verməyi öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 1000 manat, ümumi dəyəri 119000 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsinin dəyəri olaraq 119000 manatın ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxx 2007-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A saylı ünvanda inşa olunan yaşayış evinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə görə 119000 manat ödənilmişdir, onun “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinə heç bir borcu yoxdur. İş materiallarında olan xx xxxxxx 2012-ci il tarixdə “İcraçı” adlanan “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə “Payçı” kimi Cavabdeh2 arasında bağlanmış müqavilənin surətindən görünür ki, “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin V blokundan 113,52 kv.metr olan qeyri-yaşayış sahəsini Cavabdeh2 verməyi öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 543 manat, ümumi dəyəri 61460 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsinin dəyəri olaraq 61400 manatın ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxx 2012-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 tərəfindən Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A saylı ünvanda inşa olunan yaşayış binasının V blokunda qeyri-yaşayış sahəsinə görə 61460 manat ödənilmişdir, onun “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinə heç bir borcu yoxdur. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin hüquqi varisi Cavabdeh1 mənzil tikinti kooperatinə müraciət edərək, “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı xx.xx.2007-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsinə 5 gün ərzində onun sahiblik və istifadə hüquqlarının tanınması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 22/06 saylı məktubdan görünür ki, “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə arasında bağlanmış xx xxxx 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsinə dair hər kvadrat metri 1000 manat olmaqla 119000 manat tərəfindən ödənilmiş, bu haqda xx xxxx 2007-ci il tarixli maliyyə arayışı və müvafiq plan-cizgi verilmişdir. Lakin həmin 113,52 kv.metr qeyriyaşayış sahəsi xx xxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən təkrar digər payçı Cavabdeh2 satılmış, hər kvadrat metrə görə 543 manat ödənilməklə, ümumilikdə 61460 manat ödənildiyi müqavilədə qeyd edilmişdir. Payçı Cavabdeh2 xx xxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113,52 kv.metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin mənzilin ona təhvil verilməsi barədə iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi ilə Cavabdeh2 ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.metr olan 4 otaqlı, 60 saylı mənzilinə və həmin yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi113,52 kv.metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair manelərin aradan qaldırılması və həmin mənzilin və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi tələbi təmin edilmişdir. Cizgilərə əsasən həmin sahələr üst-üstə düşür. Məhkəmə araşdırması zamanı Sizinlə bağlanmış həmin mənzilə dair xx.xx.2007-ci il tarixli müqavilə və maliyyə arayışının məhkəməyə hansı səbəbdən təqdim edilməməsi və məhkəməyə cəlb edilməməyiniz barədə məlumat yoxdur. Həmin mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsi xx xxxxx 2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi çıxarıldığından ərizədə göstərilən tələblərin yerinə yetirilməsi qeyri-mümkündür. Qanunvericiliyin tələblərinə müvafiq olaraq çıxarılmış məhkəmə qətnaməsi hüquqlarına toxunduğundan maraqlı şəxs kimi məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)- 1519/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh2 ilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanan xx xxxxxx 2010-cu il tarixli müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 14 mərtəbəli yaşayış evinin 3-cü blok, 10-cu mərtəbə, ümumi sahəsi 133,3 kv.metr olan 60 saylı, 4 otaqlı mənzilə və xx xxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən həmin binanın 5-ci blokunda qeyri-yaşayış hissəsində ümumi sahəsi 113,52 kv.metr olan market üçün nəzərdə tutulmuş sahəyə dair Cavabdeh2 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin sahələrin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh1 xx xxxxxxxx 2019-cu il tarixli, 16/09 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh1nə rəsmi qaydada müraciət etmiş, müraciətində “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə arasında bağlanmış xx xxxx 2007-ci il tarixli müqaviləyə, müvafiq maliyyə arayışına və plan cizgiyə əsasən ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kv.metr olan qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, qeyri yaşayış sahəsinin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsi və ona rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. İddiaçı xx xxxx 2019-cu il tarixli, 22/06 saylı məktubla rəsmi qaydada cavab verilərək bildirilmişdir ki, İddiaçı ilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanılmış xx xxxx 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsinə dair hər kvadrat metri 1000 manat olmaqla 119000 manat ödənilmişdir. Bu haqda xx xxxx 2007-ci il tarixli maliyyə arayışı imzalanıb təsdiq edilərək və müvafiq plan-cizgi verilmişdir. Lakin həmin mübahisəli 119 kv.metr sahənin 113,52 kvadrat metri xx xxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən təkrar digər payçı Cavabdeh2 satılmışdır. Hər kv.metrə görə 543 manat ödənilməklə, ümumilikdə 61460 manat ödənildiyi müqavilədə və eyni tarixli maliyyə arayışında qeyd edilmişdir. Payçı Cavabdeh2 xx xxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113,52 kv.metr olan marketdən qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin mənzilin ona təhvil verilməsi iddiası ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi ilə Cavabdeh2 ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının İİİ blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kvadrat metr olan, 4 otaqlı, 60 saylı mənzilinə və həmin yaşayış binasının V blok, 1ci mərtəbəsində ümumi sahəsi 113,52 kvadrat metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair maneələrin aradan qaldırılması və həmin mənzilin və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi tələbi təmin edilmişdir. İddiaçı məhkəmə qətnaməsi onun maraqlarına birbaşa toxunduğundan maraqlı şəxs kimi məhkəməyə müraciət etmiş və müstəqil iddia ilə qeyri-yaşayış sahəsi üzrə hüquqlarını mübahisələndirmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Hazırki iş baxılanadək Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan işin icraatı dayandırılmışdır. Qeyd edilir ki, müqavilənin 1.1-ci bəndində qeyd olunan “14 mərtəbəli” yazı digər 2007-ci il tarixli müqavilələrdə olduğu kimi yazılmışdır. Həmin dövrdə bir neçə müqavilə forması olmuşdur ki, həmin müqavilələrdə həm 12 mərtəbəli, həm də 14 mərtəbəli sözlər yazılmışdır. “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin direktoru və təsisçisi X9, eyni zamanda “Birlik İnşaat” məhdud məsuliyyətli cəmiyyətinin direktoru və təsisçisi olmuşdur. “Birlik İnşaat” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanda 14 mərtəbəli yaşayış binası inşa edildiyi və satışının həyata keçirildiyi vaxtlarda eyni tipli müqavilələrdən istifadə edildiyindən X9 “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən satılan mənzillərə də həmin müqavilələrdən istifadə etmiş və 14 mərtəbəli yazı dəyişdirilmədən saxlanılmışdır. Belə müqavilələrin, yəni 2007-ci ildə bağlanmış müqavilələrdə 12 mərtəbəli sözünün yerinə bu səbəbdən 14 mərtəbəli qeyd edilmişdir. Cavabdeh Cəfərov X12 Rayon Məhkəməsinə müraciət etdiyi vaxtda şirkətdə payçılardan ibarət yaradılmış “Payçıların hüquqlarının müdafiəsi təşkilatı”nın 2014-cü ildən 2018-ci il tarixədək rəhbəri olmuş, tikintidə baş verən bütün məsələlərdən xəbərdar olmuş, müqavilələr üzrə payçıların yerinin əsassız dəyişdirilməsi, müqavilələr ləğv edilmədən, həmin mənzillərin digər payçılara verilməsinə birbaşa rəhbərlik edərək göstərişlər vermişdir. Cavabdeh2 mübahisələndirilən xx xxxxxx 2012-ci il tarixli müqavilə, həmin dövrdə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin əvvəlki direktoru və təsisçisi olmuş X9 barədə cinayət işi açıldığı və ünvan 1 ünvanda inşa edilən 5 bloklu yaşayış binasında tikinti işləri dayandığı bir vaxtda, həmçinin 5-ci blokun tikilmədiyi və mübahisəli olduğundan həmin sahənin 543 manat ödənilərək əldə olunması qeyri-mümkündür. Hazırda da həmin 5-ci blokun tikintisi başa çatmamışdır. (15 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsi tikilir). Ona görə də şirkətin əvvəlki rəhbəri məhkəmədə özü iştirak edərək öhdəliklər götürmüş, gələcəkdə ona təhvil veriləcəyini bildirmişdir. Mübahisə və maneələr olmadığı halda, gələcəkdə də heç bir problem olmayacağı bildirilsə də, hansı səbəbdən məhkəməyə müraciət olunması aydın deyildir. Digər tərəfdən, 2012-ci ildə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X19 direktor kimi səlahiyyətləri qeydiyyata alınmadığı halda, xx xxxxxx 2012-ci il tarixli müqaviləni imza etmişdir. Halbuki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1519/2018 saylı mülki işinə cəmiyyətin direktoru X9 tərəfindən imzalanmış və möhürlənmiş 2013-cü il tarixli öhdəliyi əlavə edilmişdir. Bu isə o deməkdir ki, X1 olmadan belə müqaviləni imzalamışdır. Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışa əsasən “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti xx.xx.2005-ci il tarixdə, 0207-A13-1003 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 2014-cü il tarixdə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin alqı-satqısı həyata keçirilmişdir. xx.xx.2014-cü il tarixli, **********441100 nömrəli Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışa əsasən təsisçi X9 öz nizamnamə kapitalındakı 100% payını X2. xx.xx.2014-cü il tarixli çıxarışda əvvəlki qanuni təmsilçinin X9, sonrakı qanuni təmsilçinin X19 olduğu göstərilmişdir. Göründüyü kimi, xx.xx.2014cü il tarixədək “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin icraedici və sərəncamverici səlahiyyətlərlə direktoru (qanuni təmsilçi) X9 olmuşdur. Bu bir daha sübut edir ki, X19 xx.xx.2014cü il tarixədək “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin icraedici və sərəncamverici səlahiyyətlərlə direktoru (qanuni təmsilçi) olmamış və müqaviləni imzalaya bilməzdi. Nəzərə alsaq ki, Cavabdeh2 “Payçıların hüquqlarının müdafiəsi təşkilatı”nın 2014-cü ildən 2018-ci il tarixədək rəhbəri olmuş, bununla da səlahiyyətlərindən istifadə edərək 2014-cü ildən əvvəlki tarixə, yəni xx xxxxxx 2012-ci il tarixdə direktor səlahiyyətləri olmayan şəxs tərəfindən müqaviləni imza edərək saxtalaşdırmaqla ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, ümumi sahəsi 113,52 kvadrat metr olan marketdən qeyri-yaşayış sahəsini əldə etmişdir. Buna baxmayaraq Cavabdeh2 ilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, ümumi sahəsi 113,52 kvadrat metr olan marketdən qeyri-yaşayış sahəsinə dair xx xxxxxx 2012-ci il tarixli müqavilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxx 2007-ci il tarixli müqavilədən sonra bağlanmışdır. Bildiririk ki, cizgilərə əsasən həmin sahələr eyni blokda, eyni yerdə yerləşməklə üst-üstə düşür. “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxx 2007-ci il tarixli müqavilə ləğv edilmədən Cavabdeh2 ilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında xx xxxxxx 2012-ci il tarixli müqavilə bağlanıla bilməzdi. Hal-hazırda “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxx 2007-ci il tarixli müqaviləyə, müvafiq maliyyə arayışına və plan cizgiyə əsasən ünvan 1 ünvanda inşa olunan yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsinə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi tələbinin təmin edilməsinə etiraz etmirik. “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxx 2007-ci il tarixli müqavilə və müvafiq maliyyə arayışı hal-hazırda qanuni qüvvədədir, ləğv edilməmişdir. İş materiallarında olan “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti üzrə xx.xx.2011-ci tarixli, 10 saylı əmrin surətindən görünür ki, X19 “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin nizamnaməsınə uyğun olaraq icraedici-sərəncamverici səlahiyyətlərlə E.H.Tağıyev tərəfindən direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin çoxmərtəbəli binanın layihələndirilməsinə və tikintisinə icazə verilməsi barədə sərəncamının surətindən görünür ki, Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ərazidə 0,4 ha sahədə birinci mərətəbəsi qeyri-yaşayış olan 12 mərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. İş üzrə keçirilmiş ekspertizanın xx xxxxxx 2019-cu il tarixli, 28935 saylı rəyindən görünür ki, mülki işin 154-cü vərəqəsində “Hayan-E” məhdud məsuliyyətli cəmiyyət və İddiaçı adlarından olan xx xxxx 2007-ci il tarixli müqavilənin sonunda “Payçı” hissəsində “İmza:” qrafasındakı imza-İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 154-cü vərəqəsində “Hayan-E” məhdud məsuliyyətli cəmiyyət və İddiaçı adlarından olan xx xxxx 2007-ci il tarixli müqavilənin əlyazma mətni ilə mülki işin 159-cu vərəqəsində “Hayan-E” məhdud məsuliyyətli cəmiyyət və Cavabdeh2 adlarından olan x xxxxxx 2012-ci il tarixli, 97 nömrəli əlyazma mətni öz aralarındaeyni şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İnsan hüquqlarının və X10 haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materialları və işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilmişdir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsinə dair “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı arasında xx xxxx 2007-ci il tarixdə müqavilə bağlanmış, İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsinə görə 119000 manat ödənilmişdir, onun “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinə heç bir borcu yoxdur. Qeyd edilən müqavilə bağlandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü pay yığımına hüquq olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə kollegiyası işin hallarını, Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsi və həmin maddənin şərhi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, İddiaçıXırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnu həmin qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyi gündən, yəni xx xxxx 2007-ci ildən əldə etmişdir. “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh2 arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 113,52 kv.metr olan qeyri-yaşayış sahəsinədair müqavilə isə xx xxxxxx 2012-ci il tarixdə bağlanmışdır və həmin müqavilə bağlanarkən mübahisəli qeyri-yaşayış sahəsi artıq 4 il 11 aydan çox idi ki, İddiaçı satılmışdı. Göründüyü kimi, “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı arasında müqaviləsi daha əvvəl bağlanmışdır. Cavabdeh2 ilə xx xxxxxx 2012-ci il tarixdə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 113,52 kv.metr olan qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanarkən, həmin qeyri-yaşayış sahəsinin sahiblik və istifadə hüququnu artıq xx xxxx 2007-ci il tarixdə İddiaçı əldə etdiyi üçün “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti həmin qeyri-yaşayış sahəsinin ixtiyarlı şəxsi olmamışdır. Belə olan halda, “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin həmin qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı əqd bağlamaq hüququ istisna olunduğu üçün cəmiyyətlə Cavabdeh2 arasındakı xx xxxxxx 2012-ci il müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmışdır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Cavabdeh2 İddiaçı qanunsuz hərəkətləri ilə ona vurduğu mənəvi zərərin əvəzi olaraq 5000 manat tələb edir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və X25 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İş materiallarında Cavabdeh2 mənəvi ziyanın dəyməsi, bunun məhz İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut yoxdur. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 ilə “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında xx xxxxxx 2015ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 İddiaçı və Cavabdeh1nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması barədə Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)-1519/2018-ci il tarixli qətnaməsinin olması və həmin qətnamənin qanuni qüvvəyə minməsinə dair apellyasiya şikayətində göstərdiyi dəlili əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)-1519/2018-ci il tarixli qətnaməsindən maraqlı şəxslər X17 və İddiaçı apellyasiya şikayətləri vermiş və həmin iş üzrə dayandırılmışdır. Göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)- 1519/2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətində İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2007-ci il tarixli maliyyə arayışının üzərindəki firmanın rekvizitlərinə dair hissəsində ***-**-** şəhər telefon nömrəsinin xx.xx.2008-ci ildən xx.xx.2013-cü il tarixədək iş adamı olan X5 adına rəsmiləşdirilməsinin həmin sənədin həqiqətə uyğun olmayıb, sonradan geri tarixə saxtalaşdırıldığını birbaşa sübut etməsini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2007-ci il tarixli maliyyə arayışının üzərindəki firmanın rekvizitlərinə dair hissəsində ***-**-** şəhər telefon nömrəsinin göstərilməsi həmin arayışın saxta olmasının sübutu kimi qiymətləndirilə bilməz. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətində tələbinin dəyişdirilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələblərinə əsasən onunla “Hayan-E” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədə göstərilmiş qeyri-yaşayış sahəsinin borclunun əlindən alınmasına və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsinin təmin edilməsinə dair yeni qərar çıxarılması tələbi ilə əvəz edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göründüyü kimi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətində faktiki olaraq yeni tələblər irəli sürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh2 işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclaslarında iştirak etmişdir. Lakin qeyd edilən tələblərlə bağlı birinci instansiya məhkəməsinə hər hansı bir iddia ilə müraciət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Həmin Məcəllənin 372.5-ci maddəsinə əsasən tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin həmin hissəsini əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-159/2020 saylı qətnaməsiilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar