Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1768/2023 31.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun qazanılmamış hesab edilməsi və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e- 2(067)-1054/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev 34 saylı evdə yaşayış sahəsindən istifadə hüququnun qazanmamış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Seriya RX,1480511 saylı, 24 dekabr 2019-cu il tarixli çıxarışına əsasən onun Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev 34 saylı ev xüsusi mülkiyyət hüququ tam payla qeydiyyata alınmışdır. Xaçmaz RPŞ-nin arayışından da məlum olur ki, cavabdeh Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev 34 saylı evdə, yəni onun mülkiyyətində olan evdə qeydiyyatdadır. Cavabdehin mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun mülkiyyətçi kimi hüquqlarını pozur, konstitusion hüquqlarının həyata keçirlməsinə imkan vermir. Göründüyü kimi yaşayış sahəsindən istifadə hüququ ilə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarında yaşayış sahəsindən istifadə hüququnun yaranamsı üçün şəxsin yaşayış sahəsinə köçməsi ilə əlaqələndirilir. Lakin cavabdeh Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev 34 saylı evdə yaşamamış, ona görə də cavabdehin bu mənzildə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün şəxsin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən də cavabdehin hazırda ona məxsus Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev 34 saylı evə qeydiyyatı formal xarakter daşıyır, bu mənzillə bağlı heç bir hüquqi nəticələrə səbəb olmur. Cavabdehin mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır və tərəfindən əlavə xərclərin ödənilməsinə səbəb olur. Belə ki, cavabdehin mənzilində qeydiyyatda olduğu üçün o, həmin mənzilin tam hüquqlu mülkiyyətçisi kimi onun barəsində sərəncam verməkdə sərbəst deyil. Bundan da əlavə o, mənzildə qeydiyatda olan şəxslərin sayına görə su pulu və digər kommunal xərcləri ödəyir. Beləliklə, cavabdehin ona məxsus Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev 34 saylı evə qeydiyyatı formal xarakter daşıdığından o bu mənzildə yaşayış sahəsindən istifadə hüququ qazanmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(067)-1054/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh Fəxrəddin oğluna qarşı istifadə hüququnun qazanılmamış hesab edilməsi və sair tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(067)-1054/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə istinad etsə də düzgün tətbiq etməmişdir. Belə ki, iş materialından da görünür ki, cavabdehin qeyd edilən fərdi yaşayış evinə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə Mənzil Məcəlləsinin 30.1-ci maddəsini də düzgün tətbiq etməmiş və cavabdehi iddiaçının ailə üzvü kimi qeyd etmişdir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(067)-1054/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(067)-1054/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir.. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********134-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xudat şəhəri, H.Əliyev küçəsi ev 34 ünvanında mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, cavabdeh hazırda Xudat şəhəri, H.Əliyev küçəsi ev 34 ünvanında pasport qeydiyyatındadır və o, iddiaçının qardaşı oğludur, Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququna malikdir. Belə olduqda cavabdehin, mülkiyyətçinin mübahisəli yaşayış sahəsindən istifadə etmək ehtiyacı olan ailə üzvü kimi həmin mənzildən istifadə hüququna kompensasiyanın ödənilməsi şərtilə xitam verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iddia tələbindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev 34 saylı evdə yaşayış sahəsindən istifadə hüququnun qazanmamış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Hazırki iddiada isə iddiaçının hansı hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi məlum deyil. İddiaçı tələbində cavabdehə aid hüququn təmin edilməməsini xahiş edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, belə bir tələbə məhkəmə qaydasında baxılması qanunvericiliyə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə qarşı mülkiyyətində olan evdən istifadə hüquqlarının itirilməsinə dair tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(067)- 1054/2023 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh Fəxrəddin oğluna qarşı istifadə hüququnun qazanılmamış hesab edilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(067)-1054/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı istifadə hüququnun qazanılmamış hesab edilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1768/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1768/2023
31.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver