Məhkəmə qərarları › İş №2(105)-1769/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1769/2025

11.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1769/2025 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə (üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və s. tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin 23.*9.2*25-ci il tarixli, 2(*6*)-4263/2*25 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. НТ-İ seriyalı, 563477 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1986-199*-cı ildə Sumqayıt şəhər S.Hacıbəyli adına Musiqi Kollecində təhsil almış və musiqi nəzəriyyəsi ixtisasını bitirmişdir. Həmin ixtisas komissiyasının 22 iyun 199*-cı il tarixli qərarı üzrə ona müəllim ixtisası verilmişdir.

2. 2167*28 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı *2.*9.1996-cı il tarixində Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində nəzəriyyə ixtisası üzrə işə qəbul edilmiş, *7.*4.2*25-ci il tarixli, 33 nömrəli əmrlə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir.

3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsi X5 və Mehriban Voroşil qızı Əliyeva arasında bağlanılmış *2.*9.1996-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır.

4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 37 nömrəli xəbərdarlıq bildirişindən görünür ki, Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktorunun S.İsmayılov 25.12.2*24-cü il tarixli 86 nömrəli əmrinə görə işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə uyğun olub-olmamasını aşkara çıxarmaq məqsədilə attestasiya komissiyası yaradılmışdır. Bu barədə İddiaçıda xəbərdarlıq edilərək, attestasiya olunacaq işçilər kateqoriyasına aid edildiyi bildirilmişdir

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Kollecində 1986-cı ildə musiqi nəzəriyyəsi ixtisasını bitirmişdir. Ümumi əmək stajı 28 il *2 aydır. İddiaçı atestasiyası üzrə cavablarını komissiya – “A.Əlizadə haqqında” – “qismən cavab verildi”, “Azərilər nədir” – “düzgün cavab verilmədi”, “A.Əlizadə balet yazıb” – “cavab vermədi”, “A.Məlikovuv simfonik yaradıcılığı haqqında” – “cavab verilmədi”, “F.Əmirovun simfonik muğam janrı ənənəsində A.Ələsgərovun hansı əsərləri olub” – “düzgün cavab verilmədi”, “R.Hacıyevin Əl-Cəzairdə yazdığı əsərlər haqqına” – “cavab verilmədi”, “Bethovenin Eqmont uverturası hansı tonallıqdadır” – “cavab verilmədi”, “Bethoven uverturaya nə yenilik gətirib” – “cavab verilmədi”, “M.Qlinkanın simfonik əsərlərindən hansılar tədris olunur” – “düzgün cavab verilmədi”, “F.Şopenin hansı janrları müstəqilləşdirilib” – “düzgün cavab verilmədi”, “Zərb muğamları haqqında” – “Sadəcə 2 ad çəkə bildi”, “Xalq mahnıları xarakter baxımından neçə yerə bölünür” – “düzgün cavab verilmədi”, “Si minorun İ dərəcəli qohum tanalları” – “cavab verə bilmədi”, “Lya səsində miksolidik lad”- “düzgün ifa edə bilmədi”, “Solfecio nömrəsinin oxunması”- “təhlil edə bilmədi, düzgün oxuya bilmədi”, “Musiqi nömrəsinin üzdən ifası”- “ifa edə bilmədi” kimi qeyd etmişdir. Attestasiya keçirilən zaman Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nəzəriyyə şöbəsinin müəllimi olmuşdur. Ümumi 16 sual verilmişdir. 4 nəfər əleyhinə, 1 nəfər isə lehinə səs vermişdir.

6. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 13.*3.2*25-ci il tarixli, 4 nömrəli protokoldan görünür ki, işçilər ...., İddiaçı, .... və digərləri tutduqları vəzifəyə uyğun hesab edilməmişdir.

7. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş *7.*4.2*25-ci il tarixli, 33 nömrəli əmrin surətindən görünür ki, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi bölməsində “Nəzəriyyə müəllimi” vəzifəsində işləyən İddiaçı Voroşil qızı ilə bağlanılmış xxxxxxx***1** nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası ƏM-nin 7* “c” peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə maddəsinə əsasən *7.*4.2*25-ci il tarixindən xitam verilməsi və işçinin *2.*9.1996-cı il tarixindən *7.*4.2*25-ci il tarixinə qədər istifadə edilməmiş 33 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının 13 mart 2*25-ci il tarixli qərarının və həmin qərar əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmağı, onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə dair *7.*4.2*25-ci il tarixli, 33 saylı əmrin ləğv edilməsi, onun öz işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş və 1986-199*-cı ildə Sumqayıt şəhər S.Hacıbəyli adına Musiqi Kollecində təhsil almış və məktəbi bitirdikdən sonra 199*-1993-cü illərdə Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi Musiqi Məktəbində təyinat əsasında əmək fəaliyyətinə başlamış və 1993-cü ildən cavabdeh Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbində nəzəriyyə şöbəsində müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. Uzun illər ərzində yüzlərlə şagird yetişdirmiş, incəsənəti, musiqini gənc nəslə aşılamaq üçün əlindən gələni əsirgəməmişdir. O, 13 mart 2*25-ci ildə Bakı Xoreoqrafiya Məktəbində keçirilən müəllimlərin attestasiyası imtahanında iştirak etmiş, lakin onun imtahan nəticəsi uğursuz hesab edilmişdir. O, ixtisası üzrə ünvanlanan sualları cavablandırmış, lakin ona imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiq olmuş və hətta doğru cavablandırdığı suallara da komissiya üzvləri tərəfindən sərt reaksiya verilmiş, ixtisasına uyğun olmayan sahələrdən də suallar verilmiş, nəticə barədə ona həmin vaxt müsbət rəy veriləcəyi bildirilmiş, lakin imtahandan bir müddət sonra məktəb direktoru onun atestasiyanın qərarı ilə uyğunsuz hesab olunduğu barədə məlumat vermişdir. Belə hesab edir ki, atestasiya qanuna uyğun təşkil olunmamış, veriləcək suallarla bağlı onlar qabaqcadan məlumatlandırılmamış və onlardan cavablar şifahi alınmış, halbuki test sualları yazılı alınmalı və daha sonra onun ixtisasına uyğun olaraq şifahi suallar da verilməli idi. Lakin komissiya üzvləri sanki qabaqcadan planlı surətdə hərəkət edərək və icra etdiyi sahədən məlumatsız və xəbərsiz kimi davranaraq onun sahəsinə aidiyyəti olmayan sahələrdən də suallar vermiş, hətta doğru cavablarını da düzgün qiymətləndirməyərək onu tutduğu vəzifəyə “uyğunsuz” hesab etmişdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli “İşçilərin atestasiyasının keçirilməsi Qaydaları”nın 2.4 bəndində göstərilmişdir ki, atestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Lakin atestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan, başqa sahələri əhatə edən mövzular üzrə suallar vermiş, hətta onun cavablarına verdikləri reaksiyaları və münasibətləri onu həmin an stres yaşamağına səbəb olmuş, sanki onların əsas məqsədi ondan doğru cavabı almaq yox doğru bildiyi cavabları da unutmaq və onda çaşqınlıq yaratmaq niyyətinə yönəlmişdir. Onun cavablarına göstərilən aqressiv reaksiya və onun sahəsinə aidiyyəti olmayan suallar, doğru cavablandırdığı sualları düzgün olmayan cavab kimi qiymətləndirilmələri bu atestasiyanın onun bilik və bacarığını yoxlamaq üçün deyil, onun işdən çıxarılmağı üçün təşkil edilməsinə sübutdur. Nəticədə komissiya üzvləri tərəfindən onun bilik və bacarığı uyğunsuz kimi qiymətləndirilmiş və həmin atestasiya vərəqəsinə əsaslanan məktəb direktoru da *7.*4.2*24-ci il tarixli 33 nömrəli əmrlə onu Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bildirmək istəyir ki, atestasiyanın keçirilməsi qaydalarına əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. İşçilərin attestasiyasının keçirilməsi və attestasiya komissiyasının təşkil edilməsi müəssisə rəhbərinin əmri (sərəncamı) ilə sənədləşdirilir. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarat attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya adətən yazılı və şifahi formada keçirilir. İlk növbədə işçiyə testlərə cavab vermək təklif olunur. İşçi testlərdən müvəffəqiyyətlə keçərsə komissiya üzvləri ona bir neçə şifahi sual verə bilərlər. Komissiya işçinin həm peşakar, həm də şəxsi keyfiyyətlərini qiymətləndirir. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Ondan yazılı test götürülməmiş və komissiya üzvləri icra etdiyi işə aid olmayan, öz ixtisasları və ali təhsil pilləsində tədris olunan sahələr üzrə şifahi suallar vermiş və verdiyi cavablara reaksiyaları ilə ona psixoloji təzyiq göstərilmişdir. Bütün bunlar yəqin ki, kamera görüntülərində də əks olunmuşdur. Attestasiya keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır. Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir tutduğu vəzifəyə uyğundur: tutduğu vəzifəyə uyğun deyil. Komissiya üzvləri onun hüquqlarını pozmuş, yalnız şifahi suallar verilmiş, imtahan prosessi stres və psixoloji təzyiq altında aparılmış, qeyr-obyektiv yanaşma əsasında doğru cavablar da yalnış cavablar kimi qiymətləndirilmiş, komissiya üzvləri tərəfindən verilən sualların çox hissəsi ixtisası və sahəsi üzrə olmamışdır. Bütün bunlar da atestasiya komissiyası tərəfindən qəbul edilmiş qərarın qanunsuz olmasına dəlalət edir. Onun işdən çıxarılmağı barədə əmr də yalnız atestasiyanın nəticələrinə əsasən aparılmış və rəhbərlik onun uzun illər həmin müəssisədə qüsursuz əməyini, nizam-intizam qaydalarına əməl etməyini və işinin öhdəsindən bacarıqla gəlməyini nəzərə almamış və onu işdən azad etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Onu da qeyd edir ki, o, ailənin yeganə qazanc və gəlir gətirənidir, dolanışıqları olduqca ağır və dözülməzdir, o, həyat yoldaşı ilə boşanmış və 2 övladını min bir əziyyətlə böyütmüş, onun bir oğlu 2***-ci il təvəllüdlü Qəhrəmanov Əli hazırda Türkiyənin Gümüşhanə Universitetində magistr təhsili alır, digər oğlu 2**4-cü il təvəllüdlü Qəhrəmanov Ağalar hərbi xidmətdə olan zaman Antiterror əməliyyatlarında iştirak etmiş və hazırda ödənişli hazırlıq kurslarına gedərək ali məktəbə hazırlaşır. O və ailə üzvləri bu gün yeganə gəlirlərindən də məhrum olmuşdurlar.

10. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında bir çox suallara cavab verdiyini qeyd etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ixtisasına aid olmayan suallar vermiş, onu çaşdırmışdırlar. Suallara cavab verdiyi təqdirdə attestasiya vərəqəsində suallara cavab verilmədiyi yazılmışdır. İmtahan qaydasında, düzgün aparılmamışdır. Proqramda olan suallardan verməmişdirlər.

11. Sumqayıt Şəhər Məhkəməsinin 23.*9.2*25-ci il tarixli, 2(*6*)-4263/2*25 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əmrin qəbul edilməsi əsaslıdır. Əmək müqaviləsi *7.*4.2*25-ci il tarixli əmrlə ləğv edilərkən, iddiaçıya tərəflərin iştirakı ilə tədqiq edilmiş atestasiyanın keçirilməsi ilə bağlı video görüntüyə baxış keçirilmiş, ona qarşı hər hansı bir qərəzin olması müəyyən edilməmiş, iddiaçının ona verilən sualların cavablandırmaması müəyyən edilmişdir. Ona görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qanunidir. Həmçinin ƏM-də nəzərdə tutulmuş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçının xüsusi imtiyazının olması müəyyən olunmamışdır.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 65.1, 65.2, 65.3, 65.4, 65.5, 79-1, 3**-1, 3**-2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1996-cı ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinin tabeliyində olan Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində nəzəriyyə müəllimi vəzifəsində fasiləsiz çalışmışdır. 3* ilə yaxın pedaqoji staja malikdir. O, işində məsuliyyətli, intizamlı və peşəkar müəllim kimi tanınmış, çoxsaylı şagirdlər yetişdirmişdir. 2*25-ci ilin mart ayında məktəb rəhbərliyinin təşəbbüsü ilə attestasiya keçirilməsi barədə qərar qəbul edilmiş, 13 mart 2*25-ci il tarixdə o, attestasiyada iştirak etmişdir. Attestasiya prosesində ona ixtisasına uyğun olmayan suallar verilmiş, psixoloji təzyiq göstərilmiş, obyektivlik və aşkarlıq prinsipləri pozulmuş, nəticədə “vəzifəsinə uyğun deyil” kimi rəy tərtib edilmişdir. Həmin rəyə əsaslanaraq *7.*4.2*25-ci il tarixli, 33 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Halbuki atestasiyanın keçirilməsi qaydaları (AR NK-nin 23.*5.2**1 tarixli 97 nömrəli Qərarı) pozulmuş, ona qabaqcadan yazılı test materialları təqdim edilməmiş, yalnız şifahi suallar verilmiş, həmkarlar ittifaqı nümayəndəsinin iştirakı təmin edilməmişdir. Onun işdən çıxarılması barədə əmr də yalnız attestasiyanın nəticələrinə əsasən aparılmış və rəhbərlik onun uzun illər həmin müəssisədə qüsursuz əməyini, nizam-intizam qaydalarına əməl etməsini və işinin öhdəsindən bacarıqla gəlməsini nəzərə almamış və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Qeyd etmişdir ki, o, ailənin yeganə qazanc və gəlir gətirənidir. Dolanışıqları olduqca ağır və dözülməzdir. Həyat yoldaşı ilə boşanmış və 2 övladını min bir əziyyətlə böyütmüşdür. 2***-ci il təvəllüdlü oğlu Qəhrəmanov Əli hazırda Türkiyənin Gümüşhanə Universitetində magistr təhsili alır, digər oğlu 2**4-cü il təvəllüdlü Qəhrəmanov Ağalar hərbi xidmətdə olan zaman antiterror əməliyyatlarında iştirak etmiş və hazırda ödənişli hazırlıq kurslarına gedərək ali məktəbə hazırlaşır. O və ailə üzvləri yeganə gəlirindən də məhrum olmuşdur. Bildirmişdir ki, attestasiyanın keçirilməsi qaydalarına əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. İşçilərin attestasiyasının keçirilməsi və attestasiya komissiyasının təşkil edilməsi müəssisə rəhbərinin əmri (sərəncamı) ilə sənədləşdirilir. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya adətən yazılı və şifahi formada keçirilir. İlk növbədə işçiyə testlərə cavab vermək təklif olunur. İşçi testlərdən müvəffəqiyyətlə keçərsə komissiya üzvləri ona bir neçə şifahi sual verə bilərlər. Komissiya işçinin həm peşakar, həm də şəxsi keyfiyyətlərini qiymətləndirir. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Bildirmişdir ki, ondan yazılı test götürülməmiş və komissiya üzvləri onun icra etdiyi işə aid olmayan, öz ixtisasları və ali təhsil pilləsində tədris olunan sahələr üzrə şifahi suallar vermiş və verdiyi cavablara reaksiyaları ilə ona psixoloji təzyiq göstərilmişdir, bütün bunlar kamera görüntülərində də əks olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası 2*. Maddə 35. Əmək hüququ I.Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır;

21. Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I.Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

22. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

23. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

24. Maddə 11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; (...)

25. Maddə 42. Əmək müqaviləsinin tərəfləri

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.(...)

26. Maddə 64. İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.

2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.

3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.

27. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. (...)

28. Maddə 66. Attestasiya olunmayan işçilər Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.

29. Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.

2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.

3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.

4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinə xitam verilə bilməz.

5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.

6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.

3*. Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

32. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

33. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

36. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.12.2*25-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak dən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 4*. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla, attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar əsasında qəbul edilmiş əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsindən ibarətdir.

41. İş materiallarından görünür ki, İddiaçı 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *2.*9.1996-cı il tarixli əmrinə əsasən həmin məktəbdə nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 13 mart 2*25-ci il tarixdə Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *7 aprel 2*25-ci il tarixli, 33 nömrəli əmrinə əsasən Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nəzəriyyə müəllimi İddiaçı *7 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

42. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına əsas Mədəniyyət Nazirliyinin sisteminə daxil olan adı çəkilən incəsənət məktəbində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən attestasiya komissiyasının qərarı olmuşdur.

43. Kollegiya qeyd edir ki, iddia tələbində düzəlişin aparılıb-aparılmamasından aslı olmayaraq, mövcud mübahisə üzrə qiymət verilməli olan ilkin məsələ məhz iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına səbəb olan attestasiya komissiyasının həmin qərarının əsaslılığıdır.

44. Apellyasiya şikayətinin dəlillərinə görə attestasiya keçirilən zaman komissiya tərəfindən işçiyə (iddiaçıya) ünvanlanan suallar tutduğu vəzifəyə uyğun olmamışdır.

45. İş materialarında olan İddiaçı attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: “A.Əlizadə haqqında” – “qismən cavab verildi”, “Azərilər nədir” – “düzgün cavab verilmədi”, “A.Əlizadə balet yazıb” – “cavab vermədi”, “A.Məlikovuv simfonik yaradıcılığı haqqında” – “cavab verilmədi”, “F.Əmirovun simfonik muğam janrı ənənəsində A.Ələsgərovun hansı əsərləri olub” – “düzgün cavab verilmədi”, “R.Hacıyevin Əl-Cəzairdə yazdığı əsərlər haqqına” – “cavab verilmədi”, “Bethovenin Eqmont uverturası hansı tonallıqdadır” – “cavab verilmədi”, “Bethoven uverturaya nə yenilik gətirib” – “cavab verilmədi”, “M.Qlinkanın simfonik əsərlərindən hansılar tədris olunur” – “düzgün cavab verilmədi”, “F.Şopenin hansı janrları müstəqilləşdirilib” – “düzgün cavab verilmədi”, “Zərb muğamları haqqında” – “Sadəcə 2 ad çəkə bildi”, “Xalq mahnıları xarakter baxımından neçə yerə bölünür” – “düzgün cavab verilmədi”, “Si minorun İ dərəcəli qohum tanalları” – “cavab verə bilmədi”, “Lya səsində miksolidik lad”- “düzgün ifa edə bilmədi”, “Solfecio nömrəsinin oxunması”- “təhlil edə bilmədi, düzgün oxuya bilmədi”, “Musiqi nömrəsinin üzdən ifası”- “ifa edə bilmədi” kimi qeyd etmişdir.

46. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məktubuna əlavə edilmiş diskdə olan videogörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş, iddiaçının verilmiş suallara cavab verməsinə mane olan hər hansı hal aşkar edilməmişdir. Belə ki, işdə olan attestasiya vərəqəsində göstərilən suallar və onların iddiaçı tərəfindən cavablandırılma formaları videogörüntü ilə eynilik təşkil etmişdir.

47. Məhkəmə həmin görüntüləri sübut növü kimi qəbul edir və atetasiyanın keçiriliməsində qanunvericiliyin tələblərinin pozulması hallarının aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına səbəb olmuş attestasiya komissiyasının həmin qərarı əsaslı olmuşdur.

48. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. 5*. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi, bu barədə *7.*4.2*25-ci il tarixdə əmrin verilməsi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İddiaçının həmin əmrin ləğv edilməsi ilə əlaqədar göstərdiyi dəlillər məhkəmə iclasında işin araşdırılmış halları və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır.

51. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilmiş, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olan pozuntuya yol verilməmişdir.

52. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Beləliklə işin araşdırılmış hallarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə mahiyyəti üzrə gəldiyi nəticə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23.*9.2*25-ci il tarixli, 2(*6*)-4263/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar