Məhkəmə qərarları › İş №2(105)-177/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-177/2024

23.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-177/2024 23.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X12 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh15 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh15, Cavabdeh14, X4, Cavabdeh5, Cavabdeh17, Cavabdeh12, Cavabdeh16, X11, Cavabdeh9, Cavabdeh4, Cavabdeh2, Cavabdeh19, Cavabdeh11, X5, Cavabdeh3, X6, Cavabdeh7, X8, Cavabdeh21 və Cavabdeh8 qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və banka təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e- 2(012)-2799/2023 nömrəli qətnaməsindən Cavabdeh15 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh15, Cavabdeh14, X4, Cavabdeh5, Cavabdeh17, Cavabdeh12, Cavabdeh16, X11, Cavabdeh9, Cavabdeh4, Cavabdeh2, Cavabdeh19, Cavabdeh11, X5, Cavabdeh3, X6, Cavabdeh7, Cavabdeh20, X8, Cavabdeh21 və Cavabdeh8 Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evindən çıxarılması, həmin mənzilin boşaldılması və "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Cavabdeh15 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh15, Cavabdeh14, Cavabdeh18, Cavabdeh5, Cavabdeh17, Cavabdeh12, Cavabdeh16, X13, Cavabdeh9, Cavabdeh4, Cavabdeh2, Cavabdeh19, Cavabdeh11, Cavabdeh1, Cavabdeh3, Cavabdeh10, Cavabdeh7, Cavabdeh20, X8, Cavabdeh21 və Cavabdeh8 Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evindən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh15 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evinə Abşeron Rayon Məhkəməsinin 2(012)-135/2018 nömrəli, 19 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən tutma yönəldilmişdir. "xxxx" İKB ASC ilə Cavabdeh15 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, X2 məxsus, Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsində yerləşən, 3 otaqlı, 117.8 kv.m ümumi sahəsi olan 9 nömrəli yaşayış evinə Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli 2(012)-135/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 20 dekabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə çıxarış alınmışdır. Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə olunmuş xx.xx.2023-cü il tarixli arayışından göründüyü kimi, Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evində Cavabdeh15, Cavabdeh14, Cavabdeh18, Cavabdeh5, Cavabdeh17, Cavabdeh12, Cavabdeh16, X13, Cavabdeh9, Cavabdeh4, Cavabdeh2, Cavabdeh19, Cavabdeh11, Cavabdeh1, Cavabdeh3, Cavabdeh10, Cavabdeh7, Cavabdeh20, X8, Cavabdeh21 və Cavabdeh8 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın "xxxx" ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh15 apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsinin Cavabdeh20 aid hissədə ləğv edilməsi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh20 qarşı iddia tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh15 Abşeron Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyi ilə razılaşmaq olmur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, prosessual hüquq normalarını və maddi hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarını tam nəzərə almamış, iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsinin əsaslandırarkən qeyd etmişdir ki, Cavabdeh15 İddiaçı ASC-dən kreditlə pul götürmüş, Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik lazımınca icra edilmədiyindən məhkəmə qaydasında ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti açıq hərracdan satılmaqla ipoteka saxlayan İddiaçı ASC-nin mülkiyyətinə keçmiş və həmin hüquq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçıASC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. İddiaçı ASC tərəfindən ünvan 1 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinin mülkiyyətə keçirilməsi qanunsuz və əsassız olaraq həyata keçirilmişdir. Belə ki, qətnamənin icraya yönəldilməsi və icrası ilə əlaqədar keçirilən icra hərəkətləri ilə bağlı ona ümumiyyətlə heç bir cavabdehə məlumat verilməmiş, icra prosesində iştirakı təmin edilməmiş, bu barədə hazırkı iddia tələbinə məhkəmədə baxılarkən məlumatı olmuşdur. Bundan sonra "xxxx" MMC tərəfindən Abşeron Rayon İcra şöbəsinin icra məmuru Elmir İsmayılovun sifarişi əsasında 29 noyabr 2021-ci il tarixində hərrac keçirildiyini öyrənmiş, həmin MMC-yə müraciət edərək hərracın yekunları barədə 530/21 saylı, 29 noyabr 2021-ci il tarixli protokolu və hərracın yekunları üzrə həmin tarixli İpoteka Predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləni əldə edəndən sonra məlum olmuşdur ki, atasının mülkiyyətində olan 21 nəfər ailə üzvü ilə birlikdə yaşadığı mənzil iddiaçı tərəfindən formal olaraq hərrac keçirilməsi adı altında real dəyərindən qat-qat aşağı qiymətə "xxxx" ASC-nin adına sənədləşdirilmişdir. Hərrac Mərkəzindən əldə etdiyi sənədlərdə onun mənzilinin ilkin hərrac qiyməti 120 000 (yüz iyirmi) manat kimi göstərilsə də, mənzil 76 500 (yetmiş altı min beş yüz) manata banka satılmışdır. İddiaçı tərəfindən atasına məxsus əmlakın bu yolla ələ keçirilməsi ədalətsiz və qanunsuz olması ilə bərabər insafsızlıqdır. Hərracın keçirilməsində Abşeron Rayon İcra şöbəsi tərəfindən ona və digər cavabdehlərə hər hansı məlumat verilməmiş və onların iştirakı təmin olunmamışdır. Onların xəbəri və iştirakı olmadan əmlakın həqiqi dəyərindən qat-qat aşağı qiymətləndirilməsi və hərracın keçirilməsi tam qanunsuzdur. Bundan əlavə bildirir ki, ünvan 1 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evi X1na məxsus olub. X1 16 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Həmçinin vərəsələrin iştirakı olmadan hərrac keçirilmişdir. İpoteka müqaviləsinə etibarnamə əsasında üçüncü şəxs imzalamışdır. Həmin etibarnamə 17 dekabr 2019-cu il tarixədək qüvvədə olmuşdur. Həmçinin icra məmuru qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı 27 dekabr 2021ci il tarixdə verməsinə baxayaraq, bir ay əvvəl yəni, 29 noyabr 2021-ci il tarixdə mənzil hərrac keçirilməklə bank tərəfindən əldə olunmuş, bankın adına çıxarış isə 7 gün əvvəl xx.xx.2023-cü il tarixdə verilmişdir. Birinci instansiyası məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, cavabdehlərin verdiyi izahatlara hüquqi qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh15 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 11 iyul 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehlərin mübahisə predmeti olan fərdi yaşayış evini boşaldıb təhvil verməmələrinin iddiaçı təşkilatın mülkiyyət hüququnun pozulması ilə nəticələnməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh15 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, şikayətin məzmununa əsasən o, qətnaməni özünə aid hissədə mübahisələndirmiş, digər cavabdehlər isə iddianın onlara aid təmin olunmuş hissəsindən qətnamədən apellyasiya şikayəti verməmişlər. Hazırki iş üzrə apellyasiya baxışının predmeti qətnamənin yalnız Cavabdeh15 aid hissəsidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi mənzildən çıxarılma, mənzilin boşaldılması və banka təhvil verilməsi barədədir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evi məhkəmə qərarına əsasən kredit müqaviləsi üzrə öhdəlik lazımınca icra edilmədiyindən məhkəmə qaydasında ipoteka predmetinə tutma yönəldilmiş, məhkəmə qərarının icrası ilə bağlı mübahisəli mənzil hərraca çıxarılmış və hərracın nəticəsi olaraq həmin mənzil hazırda iddiaçının mülkiyyətinə keçmişdir. Mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 152.1., 157.2. maddələri). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun 59.4-cü maddəsinə görə, həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzildə istifadə hüquqları qalmaqla həmin mənzili boşaldıb iddiaçıya təhvil verməməklə iddiaçının mülkiyyətçi olaraq öz əmlakı üzərində sərəncam, sahiblik və maneəsiz istifadə hüququnun məhdudlaşdırılmasını qaçılmaz edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh15 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar