Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1770/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(060)-226/2024 nömrəli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun sağlamlığına vurulmuş zərərin əvəzi olaraq xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 360 manat məbləğində ödənişin, mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində təzminatın və 50 manat məbləğində mediasiya qurumuna edilmiş ödənişin onun xeyrinə tutulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinə əlavə verərək, Vəkil hüquqi yardıma görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosuna ödənilmiş 120 manat məbləğində pulun "xxxx" ASC-dən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-226/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdən etibarən hər ay 483 manat aylıq ödəncin ödənilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən mənəvi zərərə görə 300 manat və 25 manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi, hüquqi yardımla əlaqədar ödənilmiş 120 manat xidmət haqqının "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, iddianın verilməsinə görə 142,17 manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-226/2024 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə xx.xx.2024-cü il tarixdə cəmiyyətə elektron kabineti vasitəsi ilə təqdim edilsə də, həmin vaxt Cəmiyyət faktiki fəaliyyət göstərməmişdir Bir sıra ixtisaslar üzrə, eləcə də hüquqşünas ixtisası üzrə ştat vahidi olmamışdır. Eyni zamanda cəmiyyətin rəhbərliyi də həmin vaxt xarici ölkədə olmuşdur. Hüquqşünas olmadığı üçün qətnamə oxunmamış, şikayət vermənin prosessual müddətləri barədə rəhbərlik məlumatlandırılmamışdır. Nəticə də qətnamədən şikayət verilməsi müddəti ötürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-226/2024 saylı, xx.xx.2024-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-226/2024 saylı qətnaməsindən iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət rədd edilmişdir (hakim Elmir Hüseynov). Həmin qərardaddan narazı qalan cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-226/2024 saylı qərardadının ləğv edilməsini, üzrlü buraxılmış prosessual müddətin bərpa edilməsini, apellyasiya şikayətinin iş materialları ilə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə müddətin bərpa edilməsini prosessual hüquq normasından sui-istifadəyə yol açması, qüvvəyə minməsindən aylar ötdükdən sonra belə, mübahisələndirilməsini sui istifadə halına imkan yaradan qaydalar kimi təfsir olunacağı, belə halda fərdi və ictimai maraqlar arasında tarazlıq pozulması kimi qiymətləndirmişdir. Müddətin bərpasına dair ərizədə göstərilənləri nəzərə almamış, müəsissə rəhbərinin hüquqi biliklərə malik olmamasını, elektron məhkəmə sisteminin həmin vaxt yeni yaradılmasını, qətnamənin sistem vasitəsi ilə yerləşdirilməsinin rəsmi çatdırılma olduğunu bilməməsini nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(060)-226/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elmir Hüseynov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadını haqlı olaraq onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-226/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə saat 16:19-da Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetindən istifadə edilməklə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş, bununla da qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Buna görə də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 226/2024 nömrəli qətnaməsi cavabdeh "xxxx" ASC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə 06 fevral 2024-cü il tarixdə yükləndiyindən cavabdeh həmin vaxtdan məhkəmə qətnaməsini rəsmi olaraq almış hesab olunur. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bildiyindən cavabdeh apellyasiya şikayəti verilmə müddətini ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası cavabdehin şikayətinə münasibətdə bildirir ki, cavabdeh şikayətində "xxxx" ASC-nin faktiki fəaliyyət göstərməməsi və hüquqşünas ixtisası üzrə ştat vahidinin olmamasına istinad etmişdir. Lakin həmin hal yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına əsasən üzrlü hal hesab edilən hallara aid edilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi prosessual müddətin bərpa olunmasına dair mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(060)-226/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1770/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1770/2024
19.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver