Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1774/2021 23.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh2, Cavabdeh3 vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı bağçılıq kitabçasının verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(060)- 6823/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İşin faktiki halları İş materiallarında olan: -Cavabdeh1 ASC-nin kollektiv kooperativ bağçılıq cəmiyyəti “Metallurq-1 Ceyranbatan”ın verdiyi 28 oktyabr 2019-cu il tarixli, 10 saylı arayışdan görünür ki, Əbdüləzimov X1 ərazisində Cavabdeh1 ASC-yə məxsus “Metallurq” kollektiv bağçılıq sahəsində yerləşən 738 saylı bağın sahibidir. -02 fevral 2014-cü il tarixli aktın surətindən görünür ki, 1963-cü ildən 2014-cü ilə qədər “Metallurq” bağçılıq cəmiyyətinin bağ sahələrinə verilmiş protokollar və bağların sxematik planı xəritəsi “Metallurq” bağlar Cəmiyyətinin keçmiş sədri olmuş Qurban Hüseynov tərəfindən cəmiyyətin yeni seçilmiş sədrinə təhvil verilməmişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi MA ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri ə/d,”Samur-Abşeron” kanalının şimalı, Yeni Yaşayış massivi, 6-cı məhəllə, 46/1 ünvanında yerləşən 0,06 ha ümumi sahəsi olan torpaq sahəsinin mülkiyyətçisi Sumqayıt Şəhər Bələdiyyəsidir. -Sumqayıt Bələdiyyəsinin 02 saylı, 07 fevral 2018-ci il tarixli qərarının surətindən görünür ki, “Samur-Abşeron” kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni yaşayış massivinin 6-cı məhəlləsində sahəsi 315 m² olan 46/3 saylı həyatyanı torpaq sahəsi X7 ayrılmışdır. -Cavabdeh1 ASC-nin “Metallurq” Bağçılıq Cəmiyyətinin Bağçının Üzvülük Kitabçasının surətindən görünür ki, Cavabdeh3 bağçılıq cəmiyyətinə 15 may 1997-ci ildə üzv qəbul edilmişdir və bağçılıq cəmiyyəti üzvlərinin 15.10.2000-ci il tarixli, 1 saylı protokoluna əsasən və ümumi sahəsi 8 sot olan 738 saylı bağ sahəsi onun daimi istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları İddiaçı Sumqayıt Bələdiyyəsi cavabdehlər Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı bağçılıq kitabçasının verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/1, 46/3 saylı həyətyanı torpaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olmuş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000-ci il tarixli 1 saylı iclas protokolunun etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olduğu göstərilmiş “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000-ci il tarixli, 1 saylı iclas protokolunun qərarının etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti tərəfindən bağçılıq üzvlük kitabçasının verilməsi üçün əsas olmuş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000-ci il tarixli, 1 saylı iclas protokolunun etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə Sumqayıt Bələdiyyəsinin iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı Sumqayıt Bələdiyyəsi apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qərardadı ilə (hakim C.B.Məmmədov) Sumqayıt Bələdiyyəsinin Cavabdeh1SC-nin Həmkarlar İttifaqı Komitəsinə və qeyrilərinə qarşı iddia tələbinin “Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış « Metallurq » Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Qərardaddan iddiaçı Sumqayıt şəhər Bələdiyyəsi şikayət verərək onun ləğv edilərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, 21 noyabr 2019-cu il tarixli qərardadı ilə (hakim C.B.Məmmədov) şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-687/2020 nömrəli iş üzrə 31 yanvar 2020-ci il tarixli qərardadı ilə (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) iddiaçı Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6823/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 ASCnin Həmkarlar İttifaqı Komitəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı bağçılıq kitabçasının verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının, icraata xitam verilmiş Sumqayıt Bələdiyyəsinin Cavabdeh1 ASCnin Həmkarlar İttifaqı Komitəsinə və qeyrilərinə qarşı iddia tələbinin “Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı torpaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının etibarsız hesab edilməsi hissəsində də mahiyyəti üzrə araşdırılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-687/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) Sumqayıt Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6823/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASCnin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olmuş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000-ci il tarixli, 1 saylı iclas protokolunun etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 kassasiya şikayəti verərək qətnaməni ləğv etməklə Sumqayıt şəhər bələdiyyəsinin ona və qeyrilərinə qarşı Cavabdeh1 ASC Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış, “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000ci il tarixli 1 saylı iclas Protokolunun etibarsız, bağçının üzvlük kitabçasının etibarsız hesab edilməsi, məcburi köçkün Cavabdeh2 torpaq sahəsindən çıxarılması, 2 otaqlı inşaat köşkünün götürülməsi və torpaq sahəsindən istifadəyə qoyulmuş məhdudiyyətlərin cavabdehlərə qadağan edilməsi barədə iddia tələbləri üzrə mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1372/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli Qərarı ilə (hakimlər – İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-687/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Məhkəmə Cavabdeh3 istinad etdiyi “bağçının üzvlük kitabçası”nın verilməsinə əsas olmuş bağçılıq cəmiyyəti üzvlərinin 15.05.2000-ci il tarixli 1 nömrəli protokoluna düzgün hüquqi qiymət verməmişdir. Belə ki, nə adı çəkilən protokol, nə də Cavabdeh3 məhkəməyə təqdim etdiyi “bağçının üzvlük kitabçası" cavabdehlərin mübahisələndirilən torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Cavabdehlərin məhkəməyə təqdim etdikləri “bağçının üzvlük kitabçası"nda torpağın guya 1997-ci ildə verildiyi göstərilsə də, həmin kitabçanın digər vərəqində Cavabdeh3 bağçılıq cəmiyyəti üzvlərinin 15.05.2000-ci il tarixli 1 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edildiyi və kitabçanın 2000-ci ildə verildiyi yazılmışdır. Eyni zamanda kitabçanın özü “Polad-1" Kollektiv Bağçılıq Cəmiyyətinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə 2003-cü ildə hazırlanmış möhürü ilə təsdiqlənmişdir. Bütün bu sadalanan ziddiyyət təşkil edən hallar həmin sənədlərin saxtalaşdırıldığını və qanunvericiliklə müəyyən edilmiş qaydada verilmədiyi bariz şəkildə sübuta yetirir. Belə ki, keçmiş SSRİ dönəmində yaradılmış bağçılıq yoldaşlıqlarının nümunəvi Nizamnaməsi Azərbaycan SSR Nazirlər Sovetinin 04 iyul 1980-ci il tarixli 296 nömrəli qərarı ilə təsdiq edilmiş, Nazirlər Sovetinin 12 dekabr 1986-cı il tarixli, 407 nömrəli qəran ilə müvafiq əlavə və dəyişikliklər edilməklə yeni redaksiyada verilmişdir. Həmin Nizamnamənin İİ fəslinin 13cü maddəsinə görə bağçılıq yoldaşlığına yalnız həmin cəmiyyətin yaradıldığı müvafiq müəssisə, idarə və ya təşkilatda işləyən şəxslər və həmin müəssisədə işləmiş pensiyaçılar üzv qəbul edilə bilərdilər. Nizamnamənin 17-ci maddəsinə əsasən bağçılıq yoldaşlıqlarının üzvlərinə müəssisə, idarə və ya təşkilatın rəhbərliyinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə torpaq sahələri ayrılırdı. Ayrılan torpaq sahələrinin ölçüləri 400 kv, metrdən az, 600 kv.metrdən çox olmamaqla, torpaq sahələrini ayıran müvafiq orqanlar tərəfindən müəyyən edilirdi. Nizamnamənin 18-ci maddəsinin tələblərinə görə, bağçılıq yoldaşlığının idarə heyəti hər bir üzvünə yoldaşlığa qəbul edildiyi gündən bir ay ərzində üzvlük (bağçılıq) kitabçası verməli idi. Həmin nizamnamənin 16-cı bəndinə görə fəaliyyət göstərən bağçılıq cəmiyyətinə üzvlər ya müəssənin rəhbərliyinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə, yaxud da yerli XDS-in qərarı ilə qəbul edilirdilər. Azərbaycan SSR-nin 1970-ci il tarixli 7 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 97-ci maddəsinə əsasən müəssisələrə, idarələrə və təşkilatlara kollektiv bağçılıq və bostançılıq üçün bağçılıq şirkətinin hər üzvünə və ya kollektiv bostançılığın hər iştirakçısına 600 kvadrat metrədək ölçüdə torpaq sahələri verilə bilər. Birinci instansiya məhkəməsinin mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə aid olmadığı və bələdiyyənin belə bir iddia ilə çıxış etmık üçün subyektiv hüquqa malik olmadığı barədə gəldiyi nəticənin hər hansı hüquqi əsası yoxdur. İlkin olaraq qeyd olunmalıdır ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 16 iyul 1996cı il tarixli Qanunu ilə torpaq sahələri üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət hüququ bərqərar olmuşdur. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bu səbəbdən torpaq sahəsi üzərində kollektiv mülkiyyət hüququ artıq mövcud olmadığından, adı çəkilən qanun qüvvəyə mindikdən sonra bağçılıq cəmiyyəti tərəfindən torpaq sahəsi üzərində hüquq müəyyənedici sənədlərin verilməsi qanuna ziddir. Həmçinin birinci instansiya məhkəməsinə təqdim etdikləri sənədlərdən də görünür ki, mübahisələndirilən torpaq sahəsi Sumqayıt şəhərinin cənubunda,"Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivnin 6-cı məhəlləsinin ərazisində yeriəşir. Adı çəkilən Yeni yaşayış massivinin xəritəsi qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hazırlanaraq təsdiqlənmiş və qeyd edilin ərazidəki torpaqlar bələdiyyə torpağı kimi müəyyən olunaraq hər birinin sahəsi 600 kvadrat metrdən artıq olmamaqla fərdi ev tikintisi üçün həyətyanı torpaq sahələri kimi Sumqayıt Bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun şəkildə fiziki şəxslərin mülkiyyətinə ayrılır. Cavabdehlərin “bağçılıq kitabçası"na əsaslanaraq iddia etdikləri 800 kvadrat metr torpaq sahəsinin 500 kvadrat metrədək hissəsi Sumqayıt Bələdiyyəsinin 30 avqust 2012-ci il tarixli, 08 saylı iclasının 50 saylı qərarı ilə İİ qrup Qarabağ müharibəsi əlili X2 mülkiyyətinə verilmiş Yeni yaşayış massivinin 6-cı məhəlləsi ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 46/1 saylı həyətyanı torpaq sahəsinə düşür. Adı çəkilən bələdiyyə qərarı verilməmişdən əvvəl qanunvericiliyə uyğun şəkildə müvafiq icra hakimiyyəti orqanlarından torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını təsdiq edən rəylər alınmış, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü" tərtib olunmuş və nəhayət torpaq sahəsinə dair DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi təfəfindən Sumqayıt Bələdiyyəsinin adına “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxanş verilərək torpaq üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. Mübahisələndirilən torpaq sahəsinin 315 kvadrat metr hissəsi isə Qarabağ müharibəsi veteranı X5 müraciəti əsasında sənədləşməsi aparılan Yeni yaşayış massivinin 6-cı məhəlləsi ərazisində yerləşən sahəsi 46/3 saylı həyətyanı torpaq sahədir ki, bununla bağlı Sumqayıt Bələdiyyəsinin 07 fevral 2018-ci il tarixli, 02 saylı iclasının 25 saylı qərarı ilə torpaq sahəsinin adına sənədləşdirilməsi barədə X5 müraciəti məqsədəuyğun sayılmış, müvafiq icra hakimiyyəti orqanının rəylərinin alınması üçün sənədləşmə işlərinə başlanılmışdır. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması birmənalı olaraq sübuta yetirilir. Lakin nədənsə məhkəmə bütün bu sübutları kənara qoyaraq onları görməzdən gəlmişdir. Halbuki, tərəflər arasında mübahisəlndirilən torpaq sahəsi ilə bağlı olmuş məhkəmə proseslərində Sumqayıt Bələdiyyəsinin bu cür iddia ilə çıxış etməyə hüququnun olub-olmaması mübahisələndirilməmiş, bələdiyyənin iddia tələbləri yalnız ona görə təmin olunmamışdır ki, tərəflərindən “bağçının üzvlük kitabçası” etibarsızlığı tələb olunduğu halda, həmin “bağçının üzvlük kitabçası”nın verilməsinə əsas olmuş bağçılıq cəmiyyəti üzvlərinin 15.05.2000-ci il tarixli 1 nömrəli protokolu mübahisələndirilməmişdir. Məhz bu halı nəzərə alaraq Sumqayıt Bələdiyyəsi yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və əvvəlki iddia tələblərinə əlavə olaraq cavabdehlərdən Cavabdeh3 adına verilmiş “bağçının üzvlük kitabçasının verilməsinə əsas olmuş bağçılıq cəmiyyəti üzvlərinin 15.05.2000-ci il tarixli 1 nömrəli protokolunun da ləğvini tələb etmişdir. Ümumiyyətlə yuxarıda sadalananlardan da aydın olur ki, bağçılıq cəmiyyəti tərəfindən torpaq sahəsinin aynlması üçün müəssisənin müdiriyyəti və həmkarlar ittifaqı komitəsi birgə qərar qəbul etməli, yerli icra hakimiyyəti orqanının razılığı alınmalı, müvafiq yerquruluşu işləri həyata keçirilməli və müvafiq plan tərtib edilməli olduğu halda, Cavabdeh3 adına kitabça verilərkən bu işlərin heç biri həyata keçirilməmişdir. Eyni zamanda iddiaçının müəssisənin müdiriyyəti və həmkarlar ittifaqı komitəsi birgə qərarı olmadan bağçılıq cəmiyyətinin özü tərfindən cəmiyyətə üzv qəbul edilməsi, bağçılıq kitabçasında torpaq sahəsinin guya 1997-ci ildə verildiyinin qeyd olunduğu halda, Cavabdeh3 2000-ci ildə cəmiyyətə üzv qəbul edildiyinin göstərilməsi, ayrıldığı iddia edilən torpaq sahəsinin ölçüsünün 800 kvadrat metr göstərilməsi, bağçiliq kitabçasının 2003-cü ildə hazirlanmış möhürlə təsdiqlənməsi, həmçinin Cavabdeh3 Qubadlı rayonundan məcburi köçkün olaraq “Azərboru" ASC-də işlədiyini təsdiq edən hər hansı sənədin təqdim olunmadığı kimi halları nəzərə alsaq, cavabdehlərin istinad etdikləri bağçılıq cəmiyyəti üzvlərinin 15.05.2000-ci il tarixli 1 nömrəli protokolunun və onun əsasında verilmiş “bağçının üzvlük kitabçası"nı hər hansı hüquqi qüvvəyə malik olmadığı və saxtakarlığa yol verilməklə hazırlandığı aydın olur. Təəssüf ki, bütün bu faktlara və onları təsdiq edən kifayət qədər sübutların tərəflərindən məhkəməyə təqdim olunmasına baxmayaraq, ilkin hüquqi təhsilə malik bir adama aşkar şəkildə aydın olan hallar, nədənsə işə baxan hakimə aydın olmamışdır və o, öz qanunsuzluğuna görə analoqu olmayan bir qətnamə çıxarmışdır. Məhkəmənin mübahisələndirilən torpaq sahəsinin guya Cavabdeh1 ASC-nin istifadəsində olması və Sumqayıt Bələdiyyəsinin bu cür iddia tələbi ilə çıxış etməsi üçün subyektiv hüquqa malik olmaması ilə bağlı yazdıqları tamamilə uyğun deyildir. Belə ki, yuxanda sadalanan sənədlər, bu tipli məhkəmə işləri ilə bağlı məhkəməyə təqdim olunmuş qanuni qüvvəyə minmiş məhkəmə aktları, habelə məhkəməyə təqdim olunmuş ətraf torpaq sahələrinə aid verilmiş mülkiyyət hüququna dair çıxarışlar mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə aid edildiyini sübut etməklə yanaşı, Cavabdeh3 həmin torpağın ona məxsus olması və guya bağçılıq cəmiyyəti tərəfindən qanuni əsaslarla onun adına sənədləşdirildiyi barədə bildirdiklərini açıq şəkildə təkzib edir. Lakin məhkəmə bütün bu hallara düzgün hüquqi qiymət verməyərək Cavabdeh3 torpaq sahəsi üzərində hər hansı hüququ qeydiyyatdan keçmədiyi və onun adına verilmiş “bağçının üzvlük kitabçası”nın və onun verilməsinə əsas olmuş bağçılıq cəmiyyəti üzvlərinin 15.05.2000-ci il tarixli 1 nömrəli protokolunun saxtalığı tərəflərindən tam sübuta yetirildiyi halda, əsassız olaraq bələdiyyənin iddia tələblərini təmin etməmişdir. Məhkəmə “bağçının üzvlük kitabçası"nda torpağın guya 1997-ci ildə verildiyi göstərildiyi halda, həmin kitabçada Cavabdeh3 bağçılıq cəmiyyəti üzvlərinin 15.05.2000-ci il tarixli 1 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edildiyi və kitabçanın 2003-cü ildə hazırlanmış möhürlə təsdiqləndiyini unutmuşdur. Bununla da məhkəmə özü mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğunu təsdiq etmişdir. Belə ki, 16 iyul 1996-cı il tarixli “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasında torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları olmaqla 3 mülkiyyət forması bərqərar olmuşdur ki, əvvəlki torpaq qanunvericiliyində mövcud olmuş kollektiv mülkiyyət hüququ aradan qaldırılmışdır. Həmin qanun normasına görə 2000-ci ildə nə müəssisə, nə də hər hansı bir kollektiv bağçılıq cəmiyyəti torpaq ayırmaq səlahiyyətinə malik olmadığından, Cavabdeh3 və torpağa iddia etməsi qanuni və əsaslı sayıla bilməz. Tərəflərin izahatları Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətmanəsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili və nümayəndəsi X6 apelyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətmanəsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi, eləcə də üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəfləri dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(060)-6823/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3037/2018 saylı, 18 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh2 tərəfindən zəbt olunmuş Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qoyulmuş dəmirağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, Azərboru ASC-nin Metallaurq kollektiv bağçılıq cəmiyyəti tərəfindən Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan Cavabdeh3 adına verilmiş bağçının üzvlük kitabçasının etibarsız hesab edilməsi tələbi barədə iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3495/2018 saylı 19 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3037/2018 saylı 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəfnəsinin 2(102)-3285/2019 saylı, 15 may 2019-cu il tarixli qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3495/2018 saylı 19 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki işin hallarından görünür ki, mübahisə Sumqayıt şəhərinin cənubunda, Samur- Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46\3 saylı həyətyanı torpaq sahəsi barədədir. İddiaçı Sumqayıt Bələdiyyəsi hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, eləcə də Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olduğu göstərilmiş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000-ci il tarixli, 1 saylı iclas protokolunun qərarının etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan məhkəmə iddianı tələbinə bir hissədə xitam vermiş, digər hissədə isə təmin etməmişdir. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin qeyd olunan torpaq sahəsi ilə bağlı hər hansı əlaqəsi yoxdur, yəni halhazırda və ya vaxtilə onun mülkiyyətində olması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, AR Ali Məhkəməsi də hazırkı iş üzrə apellyasiya məhkəməsinin qərarını ləğv edib işi təkrar baxışa göndərərkən qərarda qeyd etmişdir ki, “iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi onun mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsinə dair iddiaçı Sumqayıt Bələdiyyəsinin hüquqları dövlət qeydiyyatına alınmamışdır.Lakin iddia ərizəsinə əlavə edilmiş işin 9-cu vərəqindəki ******* №-li MA seriyalı çıxarışda Sumqayıt Şəhər Bələdiyyəsinin digər 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi hansı səbəbdən mübahisələndirilən torpaq sahəsinə iddiaçının hüquqlarının qeydə alınmamasını araşdırmamış və bununla əlaqədar iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsini 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı hansı səbəblərdən mübahisələndirilən torpaq sahəsinə hüquqlarının qeydə alınmamasını iddia tələbində ümumiyyətlə əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Təkrar apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi izahatında bildirdi ki, mübahisəsi gedən torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Sumqayıt Bələdiyyəsi tərəfindən müəyyən torpaq sahələri üçün o, cümlədən “Samur-Abşeron” kanalının şimalı, yeni Yaşayış massivi, 6-cı məhəllə ünvanında yerləşən 46/1 saylı torpaq sahəsi ilə bağlı ƏMDK yanında DƏDRX tərəfindən mülkiyyət hüququna dair çıxarış əldə edilmişdir. Qeyd olunanların hamısı “Samur-Abşeron” kanalının şimalı, Yeni Yaşayış massivi, 6-cı məhəllə ünvanında yerləşən 46/3 saylı torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə aid olmamasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, Sumqayıt Bələdiyyəsinin “Samur-Abşeron” kanalının şimalı, yeni Yaşayış massivi, 6-cı məhəllə ünvanında yerləşən 46/3 saylı torpaq sahəsinin ayrılmasına əsas olmuş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000-ci il tarixli 1 saylı iclas protokolunun etibarsız sayılması barədə iddia tələbini qaldırmaqda subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bu Qanunun 9cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində 15 may 2000-ci il tarixli iclas protokolunun qərarının etibarsızlığı üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6823/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qərardadı ilə Sumqayıt Bələdiyyəsinin Cavabdeh1SC-nin Həmkarlar İttifaqı Komitəsinə və qeyrilərinə qarşı iddia tələbinin “Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış « Metallurq » Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verildiyindən və apellyasiya şikayəti əsasında yuxarıda qeyd edildiyi kimi həmin qərardad ləğv edilərək həmin tələblərə mahiyyəti üzrə baxılması qərara alındığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə qaldırılmış iddia tələblərinin bütünlüklə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı Sumqayıt şəhərinin cənubunda, Samur- Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olduğu göstərilmiş “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000-ci il tarixli, 1 saylı iclas protokolunun qərarının etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1774/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1774/2021
23.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver