Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1777/2022 01.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X5 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışların, müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsinin tələblərinə uyğunluğu məsələsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim İ.A.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışların, müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin icraata iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqi sələfi- Daşınmaz Əmlakın Dövlər Reyestri Xidməti (5 saylı Ərazi İdarəsi) tərəfindən verilmiş və X6 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, RX ******* seriya nömrəli, **********77 reyestr nömrəli çıxarışın və Cavabdeh2 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilmələri, X9 və Cavabdeh2 arasında bağlanılmış 23 aprel 2014-cü il tarixli daşınmaz əmlakın AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, DTX əməkdaşı X1 və qayını Cavabdeh2 tərəfindən İddiaçı Quba rayonu, Alpan kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və zəbd olunmuş 0.02 ha torpaq sahəsini iddiaciya qaytarılması, ƏMDKYDƏDRX-nin 5 saylı Ərazi idarəsinin məlumat bazasına 2014-cü ildə otuzdurulmuş, sahənin koordinatları bir necə dəfə deyişdirilmiş, cavabdeh Xanlarovun adına olan **********77 nömrəli çıxarışın koordinatları əsasında İddiaçı verilmiş **********64 və **********55 nömrəli çıxarışlarda qöstərilmiş koordinatlar faktiki hasara alınmış sahənin və tikilmiş ambarın yerləşdiyi koordinatlarına uyğun dəyişdirilməsi, Torpaq Məcəlləsinin Maddə 13 və Maddə 73 əsas tutaraq cavabdeh tərəfindən 1.74 ha əkin sahəsi üzərində tikilmiş iki mərtəbəli villa, sauna, yay kafesi qanunsuz tikililər kimi hesab olunması barədə və torpaqdan məqsədli təyinatına istifadə edilmədiyinə qörə 1.74 ha torpaq sahəsi üzərində cavabdehin hüquqlarına xitam verilməsi, İdiaciya məxsus olan və cavabdehlər tərəfindən 14 il ərzində zəbt olunmuş 0.02 ha sahəsinin qanunsuz istifadəsi nəticəsində vurulmuş ziyana qörə cavabdehlər Cavabdeh2 və X2 tərəfindən iddiaciya 5000 azn məbləğində kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. İddia tələbində mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar inzibati akt deyil, daşınmaz əmlaka hüquqların təstiq edilməsi barədə hüququ akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə bunları nəzərə almamışdır. Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2(027)-1859/2022 saylı qərardadının tamamilə ləğv edilməsi və iddia ərizəsini icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı şikayətin mümkün hesab edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh1, Cavabdeh2 və AR İN yanında ƏMDX-nin DƏDR Kadastrı və publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, şikayət geyri-mümkün hesab edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İddiaçı tərəfindən verilmiş şikayət 07 iyul 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra şikayəti verən şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət geyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 363.3, 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2(027)-1859/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1777/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1777/2022
01.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver