Məhkəmə qərarları › İş №2(105)-1778/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1778/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1778/2020 26.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X4 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-12/2019 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-12/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Heybət qızına, X6, Cavabdeh4 Qədirşah qızına və Cavabdeh5 Çərkəz qızına qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, açıq hərracda satılması və satışda əldə olunan vəsait hesabına kredit müqavilələri üzrə öhdəliklərin icrası tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 15013-0836/004439 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsi üzrə 23073,20 manat əsas kredit borcu, 2217,71 manat kreditdən istifadəyə görə faiz borcu, 150 manat cərimə borcu, xx xxxx 2015-ci il tarixli, 15013-0836/004439 saylı kredit müqaviləsi üzrə 14760,34 manat əsas kredit borcu, 1744,37 manat kreditdən istifadəyə görə faiz borcu, 100 manat cərimə borcu, ödənilmiş 20 manat dövlət rüsumu və notariat xərcləri olaraq ödənilmiş 91 manat pulun tutulması, tutmanın cavabdeh X7 məxsus olan və ipoteka ilə yüklü edilmiş Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,1508 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 97,6 kv.m ümumi, 72,3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 33 nömrəli mənzilə və Cavabdeh2 Heybət qızına məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 102,6 kv.m yaşayış, 96,2 kv.m yardımçı, 198,8 kv.m ümumi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1ndə yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 65000 manat məbləğində, ünvan 2 ünvanında yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 53000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxx 2016-cı il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış xx xxxx 2015-ci il tarixli, 15013- 0836/004439 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçı təşkilatın xeyrinə xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsi üzrə 24322,77 manat kredit borcu, 2217,71 manat kreditdən istifadəyə görə faiz borcu, 8858,25 manat penya olmaqla, cəmi 35398,73 manat pulun, xx xxxx 2015-ci il tarixli, 15013-0836/004439 saylı kredit müqaviləsi üzrə 14760,34 manat kredit borcu, 1744,37 manat kreditdən istifadəyə görə faiz borcu, 5051,64 manat penya olmaqla, cəmi 21556,35 manat pulun, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat və notariat xərcləri olaraq ödənilmiş 91 manat pulun ödənilməsi, cavabdeh X7 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istiadədə olan 0,1508 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 97,6 kv.m ümumi, 72,3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 33 nömrəli mənzilə tutmanın yönəldilməsi, onun satışı məqsədilə hərrac təşkilatının sərəncamına verilməsi, əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsi üzrə iddiaçı təşkilata olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın, dövlət rüsumunun və notarial xərclərin ödənilməsi, Cavabdeh5 Çərkəz qızına məxsus olan Xaçmaz rayonunun Nabran kəndində yerləşən mülkiyyətində olan 1,66 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, onun satışı məqsədilə hərrac təşkilatının sərəncamına verilməsi, əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsi üzrə iddiaçı təşkilata olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın, dövlət rüsumunun və notarial xərclərin ödənilməsi, Cavabdeh2 Heybət qızına məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 102,6 kv.m yaşayış, 96,2 kv.m yardımçı, 198,8 kv.m ümumi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, onun satışı məqsədilə hərrac təşkilatının sərəncamına verilməsi, əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 xx xxx 2011-ci il tarixli, 303 saylı və xx xxxx 2015-ci il tarixli, 15013-0836/004439 saylı kredit müqavilələri üzrə iddiaçı təşkilata olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın, dövlət rüsumunun və notarial xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 xx xxx 2011-ci il tarixli kredit müqaviləsinə və həmin müqaviləyə xx.xx.2011-ci il tarixli əlavəyə əsasən 60 ay müddətinə illik 16% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 86000 manat məbləğində kredit verilmişdir. Həmçinin iddiaçı təşkilat tərəfindən Cavabdeh1 xx xxxx 2015-ci il tarixli, 15013-0836/004439 sayl kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 16% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 17000 manat məbləğində kredit verilmişdir. İddiaçı təşkilatla Cavabdeh2 Heybət qızı arasında xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış, ona məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 102,6 kv.m yaşayış, 96,2 kv.m yardımçı, 198,8 kv.m ümumi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evi Cavabdeh1 yazılı razılıq ərizəsi əsasında xx.xx.2011-ci il tarixli və xx xxx 2015-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İddiaçı təşkilatla cavabdeh X10 arasında xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, ona məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,1508 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 97,6 kv.m ümumi, 72,3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 33 nömrəli mənzil Cavabdeh4 Qədirşah qızının yazılı razılıq ərizəsi əsasında xx xxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İddiaçı təşkilatla Cavabdeh5 Çərkəz qızı arasında xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, ona məxsus olan Xaçmaz rayonunun Nabran kəndində yerləşən mülkiyyətində olan 1,66 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, dəfələrlə müraciət edilməsinə baxmayaraq, Cavabdeh1 müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Cavabdeh1 iddiaçı təşkilata xx.xx.2011-ci il tarixli, 303 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 24322,77 manat əsas, 2217,71 manat faiz, 8858,25 manat penya olmaqla cəmi 35398,73 manat borcu qalmaqdadır. Cavabdeh1 iddiaçı təşkilata xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 14760,34 manat əsas, 1744,37 manat kreditdən istifadəyə görə faiz borcu, 5051,64 manat penya olmaqla, cəmi 21556,35 manat məbləğində borcu qalmaqdadır. İddiaçı təşkilat tərəfindən dəfələrlə şifahi və yazılı bildirişlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən bildirişə münasibət bildirilməmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə iddiaçı təşkilat arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 15013- 0836/004439 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçı təşkilatın xeyrinə xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsi üzrə 24322,77 manat əsas kredit borcu, 2217,71 manat kreditdən istifadəyə görə faiz borcu, 8858,25 manat penya olmaqla, cəmi 35398,73 manat məbləğində borcun ödənilməsi, Cavabdeh1 iddiaçı təşkilatın xeyrinə xx xxxx 2015-ci il tarixli, 15013-0836/004439 saylı kredit müqaviləsi üzrə 14760,34 manat əsas kredit borcu, 1744,37 manat kreditdən istifadəyə görə faiz borcu, 5051,64 manat penya olmaqla, cəmi 21556,35 manat məbləğində borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat və notariat xərcləri olaraq ödənilmiş 91 manat pulun ödənilməsi, cavabdeh X7 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,1508 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 97,6 kv.m ümumi, 72,3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 33 nömrəli mənzilə tutmanın yönəldilməsi, onun satışı məqsədilə hərrac təşkilatının sərəncamına verilməsi, əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın, dövlət rüsumunun və notarial xərclərin ödənilməsi, Cavabdeh2 Heybət qızına məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 102,6 kv.m yaşayış, 96,2 kv.m yardımçı, 198,8 kv.m ümumi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, onun satışı məqsədilə hərrac təşkilatının sərəncamına verilməsi, əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın, dövlət rüsumunun və notarial xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə iddiaçı təşkilat arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 15013- 0836/004439 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçı təşkilatın xeyrinə xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsi üzrə 24322,77 manat əsas kredit borcu, 2217,71 manat kreditdən istifadəyə görə faiz borcu, 8858,25 manat penya olmaqla, cəmi 35398,73 manat məbləğində borcun ödənilməsi, Cavabdeh1 iddiaçı təşkilatın xeyrinə xx xxxx 2015-ci il tarixli, 15013-0836/004439 saylı kredit müqaviləsi üzrə 14760,34 manat əsas kredit borcu, 1744,37 manat kreditdən istifadəyə görə faiz borcu, 5051,64 manat penya olmaqla, cəmi 21556,35 manat məbləğində borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat və notariat xərcləri olaraq ödənilmiş 91 manat pulun və əmlakların qiymətləndirilməsinə dair 2000 manat məbləğində ekspertiza xərcinin ödənilməsi, cavabdeh X7 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,1508 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 97,6 kv.m ümumi, 72,3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 33 nömrəli mənzilə tutmanın yönəldilməsi, onun satışı məqsədilə hərrac təşkilatının sərəncamına verilməsi, əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın, dövlət rüsumunun və notarial xərclərin ödənilməsi, Cavabdeh2 Heybət qızına məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 102,6 kv.m yaşayış, 96,2 kv.m yardımçı,198,8 kv.m ümumi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, onun satışı məqsədilə hərrac təşkilatının sərəncamına verilməsi, əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın, dövlət rüsumunun və notarial xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə iddiaçı təşkilat arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 15013- 0836/004439 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçı təşkilatın xeyrinə xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsi üzrə 24322,77 manat əsas kredit borcu, 2217,71 manat kreditdən istifadəyə görə faiz borcu, 8858,25 manat penya olmaqla, cəmi 35398,73 manat borcunun ödənilməsi, Cavabdeh1 iddiaçı təşkilatın xeyrinə xx xxxx 2015-ci il tarixli, 15013-0836/004439 saylı kredit müqaviləsi üzrə 14760,34 manat əsas kredit borcu, 1744,37 manat kreditdən istifadəyə görə faiz borcu, 5051,64 manat penya olmaqla, cəmi 21556,35 manat məbləğində borcun, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat və notariat xərcləri olaraq ödənilmiş 91 manat pulun ödənilməsi, cavabdeh X7 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,1508 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 97,6 kv.m ümumi, 72,3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 33 nömrəli mənzilə tutmanın yönəldilməsi, onun satışı məqsədilə hərrac təşkilatının sərəncamına verilməsi, əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın, dövlət rüsumunun və notarial xərclərin ödənilməsi, Cavabdeh2 Heybət qızına məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 102,6 kv.m yaşayış, 96,2 kv.m yardımçı, 198,8 kv.m ümumi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, onun satışı məqsədilə hərrac təşkilatının sərəncamına verilməsi, əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın, dövlət rüsumunun və notarial xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və qeyri obyektiv hesab edir. Belə ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən ona verilmiş olan kreditin ilkin məbləğindən və iddia tələbindəki məbləğlərdən göründüyü kimi, o, banka 100000 manatdan artıq əsas və faiz məbləği ödəmişdir. Onun almış olduğu kreditləri ödəməmək kimi bir niyyəti olmamışdır. Kreditor tərəfindən ona kredit verilməmişdən öncə biznes fəaliyyəti ətraflı öyrənilmişdir və İddiaçı açıq səhmdar cəmiyyətinin təyin etdiyi mütəxəssis tərəfindən ona ayrılan kreditin vaxtında qaytaracağı imkanında olduğu müəyyən edilmişdir. Bu müddət ərzində biznes fəaliyyətində iqtisadiyyatda baş verən durğunluq, kataklizmlər və manatın 2 qat dəyər itirməsi nəticəsində gözləmədiyi geriləmələr olmuşdur. Belə ki, məşğul olduğu məişət avadanlıqlarının satışı üzrə bütün Azərbaycan ərazisində geriləmə olduğu hamıya məlumdur. Bu səbəblərdən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən ona verilən kredit üzrə ödənişlərində problemlər yaranmış və kreditor məhkəməyə müraciət etmişdir. Məişət avadanlıqlarının satışında geriləmə onun ödənişləri vaxtında aparmağına təsir etmiş və müqavilədə nəzərdə tutulmasa da, bu hal ondan asılı olmayan hal kimi nəzərə alınmalıdır. Lakin bu faktlar məhkəmə tərəfindən lazımınca araşdırılıb qiymətləndirilməmiş, onun gecikdirmələri isə səbəbsiz kimi qiymətləndirilmişdir. Digər tərəfdən, iş materiallarında olan X13 xx xxxxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, X6 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,1508 ha torpaq sahəsində yerləşən 68 nömrəli 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 97,6 kv.metr ümumi, 72,3 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 33 nömrəli mənzilin xx.xx.2018-ci il tarixə olan bazar dəyəri 53000 manat, ünvan 1ndə mülkiyyətdə olan 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 5 otaqlı 96,2 kv.metr yardımçı, 198,8 kv.metr ümumi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixə olan bazar dəyəri 65000 manat təşkil edir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsinin əvvəlki qiymətləndirmənin tarixindən çox keçməsini əsas gətirərək verdiyi vəsatəti üzrə məhkəmə tərəfindən təyin olunmuş əmlak ekspertizası zamanı “xxxx” MMC qərəzli olaraq xx xxxxxx 2019-cu il tarixli rəyində göstərmişdir ki, ünvan 1ndə yerləşən, X1 məxsus olan 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 30000 manat, ünvan 3 ünvanında yerləşən X6 məxsus olan 33 nömrəli 5 otaqlı mənzilin xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 42000 manat təşkil edir. Halbuki, “xxxx” MMC bu qiymətləndirməni apararkən ona qiymətləndirmənin aparılacağına dair heç bir məlumat verməmiş və qiymətləndirməni bu əmlakların heç birində olmadan, həmin əmlaklara baxış keçirmədən və ölçülər götürmədən banka sərf edən formada qiymət qoymuşdur. Məhkəmə zamanı bankın nümayəndəsinin “xxxx” MMC-ni müdafiə etməsi də açıq-aydın onların əlbir olmalarını sübuta yetirir. Azərbaycan bazarında bütün daşınmaz əmlakların qiymətləri artdığı halda, onun girov qoyduğu əmlakların qiyməti “xxxx” MMC tərəfindən ilkin kreditin verildiyi 2011-ci ildəkindən də aşağı göstərilir. Məhkəmə iclasında o, iddianı qəbul etməyərək iddianın təmin olunmamasını, əmlaklara qoyulan qiymətlərin hazırki bazar qiymətləri ilə tamamən uyğunsuzluq təşkil etdiyini, əmlakların qiymətləndirilməsində saxtakarlıq, qərəzlilik, tərəflilik olduğunu əsas gətirərək yenidən əmlakın qiymətləndirilməsi üzrə ekspertiza təyin olunmasını məhkəmədən xahiş etməyinə baxmayaraq, vəsatəti təmin edilməmişdir. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilib, yenidən araşdırma aparılaraq əmlakların qiymətləndirilməsinin ədalətli şəkildə aparılması üçün əmlakın qiymətləndirilməsi üzrə ekspertizanın keçirilməsinin təmin edilməsi və kreditin ödənilməmiş qalan məbləğinin ödənilməsi üçün 2 il müddət verilməsinin təmin edilməsini xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Heybət qızı, X11, Cavabdeh4 Qədirşah qızı və Cavabdeh5 Çərkəz qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı Cavabdeh1 60 ay müddətinə, illik 16% ödənilməklə 2 tranşla 86000 manat məbləğində kredit verməyə razılaşmış, birinci tranşın məbləği 50000 manat təşkil edir və xx.xx.2011-ci il tarixində verilir, ikinci tranşın məbləği 36000 manat təşkil edir və yalnız İ.Fərzəliyev küçəsi ev 30 ünvanda mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ əsasında varisin adına mülkiyyət hüququnu təsdiq edən sənəd hazır olduqda və qeyd edilən əmlaka dair sonrakı ipoteka müqaviləsi bağlandıqdan sonra verilə bilər. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsinə xx xxxxxxxx 2011-ci il tarixli, 1 saylı əlavədən görünür ki, xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsinin 3.02 və 6.01-ci bəndlərinə dəyişiklik edilərək birinci tranşın məbləği 50000 manat xx.xx.2011-ci il tarixdə, məbləği 36000 manat təşkil edir və yalnız İ.Fərzəliyev küçəsi ev 30 ünvanda mülkiyyətində olan 0,0636 ha torpaq sahəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ əsasında varisin adına mülkiyyət hüququnu təsdiq edən sənəd hazır olduqda və qeyd edilən əmlaka dair sonrakı ipoteka müqaviləsi bağlandıqdan sonra verilə bilər. İkinci tranşın verilməsi borcalanın ərizəsi əsasında aparılacaqdır. İş materiallarında olan xx xxx 2011-ci il tarixli və x xxxxxxxx 2011-ci il tarixli kassa məxaric orderlərinin surətlərindən görünür ki, Cavabdeh1 müvafiq olaraq 50000 manat və 36000 manat kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli, 15013-0836/004439 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 16% ödənilməklə 17000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 müvafiq olaraq 17000 manat kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2011-ci il tarixli, 303 saylı və xx xxxx 2015-ci il tarixli, 15013-0836/004439 saylı kredit müqavilələri üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh2 Heybət qızına məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 102,6 kv.m yaşayış, 96,2 kv.m yardımçı, 198,8 kv.m ümumi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 40000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ndəki 30 saylı ev və həmin evin yerləşdiyi 0,0636 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 Heybət qızının adına xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 Heybət qızına məxsus ünvan 1 30 ünvanında 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinin əlavə qeydiyyatı xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 Heybət qızına məxsus ünvan 1 30 ünvanında 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinin əlavə qeydiyyatı xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx xxxx 2016-cı il tarixli, 1401/01 saylı bildirişinin surətindən görünür ki, Cavabdeh2 Heybət qızı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Cavabdeh2 Heybət qızına məxsus ünvan 1 30 ünvanında 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 303-01/İ saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi X7 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,1508 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 97,6 kv.m ümumi, 72,3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 33 saylı mənzili ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 39500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,1508 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 97,6 kv.m ümumi, 72,3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 33 saylı mənzil tam mülkiyyət hüququ üzrə X5 adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X7 məxsus ünvan 4 ünvanında yerləşən 33 saylı mənzilin ipoteka ilə yüklü edilməsi xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 30 mart .2016-cı il tarixli, 1405/01 saylı bildirişinin surətindən görünür ki, X10 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, X7 məxsus ünvan 4 ünvanında yerləşən 33 saylı mənzilə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 303-02/İ saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh5 Çərkəz qızının mülkiyyətində olan Xaçmaz rayonunun Nabran kəndindəki 1,66 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 170000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh5 Çərkəz qızının mülkiyyətində olan Xaçmaz rayonunun Nabran kəndindəki 1,66 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 174 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 30 mart .2016-cı il tarixli, 1403/01 saylı bildirişinin surətindən görünür ki, Cavabdeh5 Çərkəz qızı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Cavabdeh5 Çərkəz qızına məxsus Xaçmaz rayonunun Nabran kəndində 1,66 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır. İş materiallarında olan Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə verilmiş 50000 manat üzrə xx.xx.2016-cı il tarixə əsas kredit borcu 13401,03 manat, faiz borcu 1170,95 manat, kredit müqaviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 1919,86 manat, kredit müqaviləsinə əsasən faiz borcu üzrə hesablanmış cərimə məbləği 2884,00 manat, cəmi borcu 19375,84 manat təşkil edir. İş materiallarında olan Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə verilmiş 36000 manat üzrə xx.xx.2016-cı il tarixə əsas kredit borcu 10921,74 manat, faiz borcu 1046,76 manat, kredit müqaviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 1702,39 manat, kredit müqaviləsinə əsasən faiz borcu üzrə hesablanmış cərimə məbləği 2352,00 manat, cəmi borcu 16022,89 manat təşkil edir. İş materiallarında olan Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə əsas kredit borcu 14760,34 manat, faiz borcu 1744,37 manat, kredit müqaviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 4447,64 manat və kredit müqaviləsinə əsasən faiz borcu üzrə hesablanmış cərimə məbləği 604,00 manat, cəmi borcu 21556,35 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 18568 nömrəli rəyindən görünür ki, Cavabdeh1 xx xxx 2016-cı il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsi üzrə əsas borcu 23073,20 manat, faiz borcu 2217,71 manat təşkil edir. İş materiallarında xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmamışdır. Cavabdeh1 xx xxx 2016-cı il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə xx xxxx 2015-ci il tarixli, 15013-0836/004439 saylı kredit müqaviləsi üzrə əsas borcu 14760,34 manat, faiz borcu 1744,37 manat təşkil edir. İş materiallarında xx xxxx 2015-ci il tarixli, 15013- 0836/004439 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmamışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, X7 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,1508 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 97,6 kv.m ümumi, 72,3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 33 saylı mənzilin xx.xx.2018-ci il tarixə bazar dəyəri 53000 manat, Cavabdeh5 Çərkəz qızına məxsus Xaçmaz rayonunun Nabran kəndində 1,66 ha torpaq sahəsinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 20500 manat, Cavabdeh2 Heybət qızına məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 102,6 kv.m yaşayış, 96,2 kv.m yardımçı, 198,8 kv.m ümumi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 65000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, ünvan 1ndə yerləşən, Cavabdeh2 Heybət qızına məxsus olan 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 30000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən X6 məxsus olan 33 nömrəli 5 otaqlı mənzilin xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 42000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatlarından görünür ki, X7 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,1508 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 97,6 kv.m ümumi, 72,3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 33 nömrəli mənzilin bazar dəyəri 40000 manat, likvid dəyəri 34000-35000 manat, Cavabdeh2 Heybət qızına məxsus olan ünvan 1, 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 102,6 kv.m yaşayış, 96,2 kv.m yardımçı, 198,8 kv.m ümumi sahədən ibarət 30 saylı fərdi yaşayış evinin bazar dəyəri 50000 manat, likvid dəyəri 44000-45000 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 16% ödənilməklə 86000 manat məbləğində kredit verilmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 16% ödənilməklə 17000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin 2 və 3-cü bəndlərinə əsasən Cavabdeh1 kredit 36 ay müddətinə, illik 16% ödəmək şərti ilə verilmişdir. Həmin müqavilənin 4.02-ci bəndinə görə “borcalan” müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, “kreditverən”in bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada “borcalan”ın əmlakına yönəltmək hüququ vardır. İş materiallarında olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə əsas kredit borcu 14760,34 manat, faiz borcu 1744,37 manat, kredit müqaviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 4447,64 manat və kredit müqaviləsinə əsasən faiz borcu üzrə hesablanmış cərimə məbləği 604,00 manat, cəmi borcu 21556,35 manat təşkil edir. Cavabdeh1 2016-cı ilin əvvəllərindən başlayaraq ödənişi qrafik üzrə aparmır. İddiaçı açıq səhmdar cəmiyyəti hazırki iddia ilə xx xxxx 2016-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh1 ona verilmiş krediti və faizini ödəniş qrafiki üzrə ödəməmiş, ödənişləri ardıcıl olaraq gecikdirmişdir. Qeyd edilən hal Cavabdeh1 tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatları ilə müəyyən olunur ki, X7 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,1508 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 97,6 kv.m ümumi, 72,3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 33 nömrəli mənzilin bazar dəyəri 40000 manat, likvid dəyəri 34000-35000 manat, Cavabdeh2 Heybət qızına məxsus olan ünvan 1, 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 102,6 kv.m yaşayış, 96,2 kv.m yardımçı, 198,8 kv.m ümumi sahədən ibarət 30 saylı fərdi yaşayış evinin bazar dəyəri 50000 manat, likvid dəyəri 44000-45000 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli rəyi ilə müəyyən olunur ki, X7 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,1508 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 97,6 kv.m ümumi, 72,3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 33 saylı mənzilin xx.xx.2018-ci il tarixə bazar dəyəri 53000 manat, Cavabdeh2 Heybət qızına məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 102,6 kv.m yaşayış, 96,2 kv.m yardımçı, 198,8 kv.m ümumi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 65000 manat təşkil edir. Qətnamə ilə X7 məxsus ünvan 3 ünvanında yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 53000 manat, Cavabdeh2 Heybət qızına məxsus ünvan 1ndə yerləşən ipoteka predmetinin ilkin satış qiyməti 65000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin likvid dəyəri müəyyən edilməmiş və cavabdeh ipoteka predmetlərinin ilkin satış qiymətlərini mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti likvid dəyərində müəyyən edilməlidir. Lakin işdən görünür ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmetlərinin ilkin satış qiymətlərini mübahisələndirməmiş, həmin qiymətlərlə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş ipoteka predmetlərinin ilkin satış qiymətləri cavabdeh tərəfindən az olması səbəbi ilə mübahisələndirilsə də, iddiaçının həmin məbləğlə razılaşdığını, eləcə də iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatları ilə ipoteka predmetlərinin likvid dəyərlərinin daha az müəyyən edildiyini nəzərə alaraq qətnamə ilə müəyyən edilmiş məbləğləri likvid dəyəri kimi qəbul etmək olar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, Cavabdeh1 ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 15013-0836/004439 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə xx xxx 2011-ci il tarixli, 303 saylı kredit müqaviləsi üzrə 23073,20 manat əsas kredit borcu, 2217,71 manat kreditdən istifadəyə görə faiz borcu, xx xxxx 2015-ci il tarixli, 15013-0836/004439 saylı kredit müqaviləsi üzrə 14760,34 manat əsas kredit borcu, 1744,37 manat kreditdən istifadəyə görə faiz borcu, ödənilmiş 20 manat dövlət rüsumu və notariat xərcləri olaraq ödənilmiş 91 manat pulun tutulması, tutmanın cavabdeh X7 məxsus olan və ipoteka ilə yüklü edilmiş Xaçmaz şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0,1508 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 97,6 kv.m ümumi, 72,3 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 33 nömrəli mənzilə və Cavabdeh2 Heybət qızına məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0,0636 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 102,6 kv.m yaşayış, 96,2 kv.m yardımçı, 198,8 kv.m ümumi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1ndə yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 65000 manat məbləğində, ünvan 2 ünvanında yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 53000 manat məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq penyanın miqdarlarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərərək həmin məbləğləri azaltmışdır. Cavabdeh apellyasiya şikayətində kreditin ödənilməmiş qalan məbləğinin ödənilməsi üçün 2 il müddət verilməsinin xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kreditin ödənilməmiş qalan məbləğinin ödənilməsi üçün 2 il müddət verilməsi qətnamənin icra mərhələsində mümkündür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. İddiaçı təşkilat və digər cavabdehlər qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-12/2019 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar