Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1779/2023 19.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X16 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, onların nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(012)-318/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin olunması, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 unvanındakı evdən çıxarılması və boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, o, xx.xx.1966-cı ildə Azərbaycan Respublikası Lerik rayonunun Camaşair kəndində doğulmuşdur. O, usta işləyir. xx.xx.2022-ci il tarixində ərizə ilə Abşeron rayon polis idarəsinə müraciət edərək, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində yerləşən mənzilinin Cavabdeh2 Ağaddin oğlu tərəfindən zəbt edilməsi və kilidinin dəyişdirilməsi barədə məlumat vermiş və bununla əlaqədar tədbir görülməsini xahiş etmişdir. Ərizəsinə cavab olaraq Abşeron rayon məhkəməsinə şikayət etmək hüququnun olduğu qeyd edilmişdir. Cavabdeh2 onun mərhum qardaşı X3 qeyri-rəsmi yaşadığı qadından olan oğludur. 2000-ci ilin mart ayında Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsində yerləşən torpağı 1050 ABŞ dollarına almışdır. Torpağı alanda torpaq sahəsi boş olmuşdur. Orada 6,5 sot torpaq sahəsi olmuşdur. 2000-ci ildə evi tikibtəmir etmiş, 2000-ci ilin noyabr ayının 25-də tam şəkildə təmir işlərini yekunlaşdırmış və 2007-ci ilə kimi orada yaşamışdır. 2000-2002-ci illərdə həmin evdə tək, bir müddət isə Vüqar Həmidovla birlikdə yaşamışdır. Ailə qurduqdan sonra, 2002-ci ilin aprelin 16-dan isə ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Sonra Sulutəpədə 2000 manata torpaq almış və ev tikmiş, 2007-ci ildə uşağının səhhəti ilə əlaqədar ora köçmüşlər. 2016cı ildə ünvanlı sosial yardım almaq üçün sənəd düzəldərkən, kommunal xidmətləri qardaşının adına keçirtmişdir. Onun qardaşı 2018-ci ildə vəfat etmişdir. Cavabdehlər 2018ci ildə onun evinə gəlib daxil olmuşlar. Əslində qardaşı bu evdə yox, Bayılda yaşamışdır. 2018-ci ildə evinə daxil olduqdan sonra qardaşının qanuni nikahdan olan yoldaşı Cəvahir xanım Pəricahan və Asifi evdən çıxarmışdır. Sonra 2022-ci ildə yenidən onun evinə daxil olmuşlar. Asifgillə qardaşı birgə yaşamamışlar. Qardaşı cəzaçəkmə müəsisəsində fotoqraf işləmişdir. Abşeron rayon Xırdalan bələdiyyəsinin rəis müavini V.Atakişiyev tərəfindən imzalanaraq, möhürlə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli №001 saylı arayış məktubunda göstərilmişdir ki, “Arayış verilir İddiaçı ondan ötəri ki, o həqiqətən Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi ev 21 b ünvanında əmlak, torpaq sahəsinə görə Xırdalan bələdiyyəsində vergi ödəyicisi olaraq qeydiyyatdadır. İddiaçı xx.xx.2022-ci il tarixdə əmlak və torpaq vergisinə görə 27,23 manat vəsait ödəmişdir. Onun xx.xx.2022-ci il tarixinədək əmlak, torpaq vergisi borcu yoxdur”. Azərbaycan Resplikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında № ******* saylı ona verilmiş arayışında göstərilmişdir ki, arayış verilir xx.xx.1966-cı il təvəllüdlü Azərbaycan Respublikası Lerik rayonu, Camaşair kəndində doğulmuş İddiaçı (şəxsiyyət vəsiqəsi AA*******, xx.xx.2019, Abşeron RPŞ QvŞV bölməsi). İddiaçı xx.xx.2019-cu il tarixindən ünvan 1 ünvanında ailə üzvləri X8, xx.xx.1981, X9, xx.xx.2006, X10, xx.xx.2005,həmçinin xx.xx.2009-cu il təvəllüdlü X11 ilə birlikdə qeydiyyatdadırlar. Abşeron Rayon İcra Hakimiyyətinin MKT İstehsalat-istismarı təmiri birliyinə xx.xx.2019-cu il və xx.xx.2021-ci ildə ödədiyi və ərizəsinə əlavə etdiyi ödəniş qəbzlərindən görünür ki, həmin mənzilə aid komunal ödənişlər onun tərəfindən ödənilmişdir. 2003-cü ildən 2016-cı ilədək işıq və qaz sayğacları onun adına olmuş, həmçinin 2003-2016-cı illərdə həmin evə dair onun adına telefon nömrəsi də olmuşdur. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 birinci instansiya məhkəməsində bildirmişdir ki, İddiaçı 2000-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsində yerləşən torpaq sahəsini almışdır. 2000-ci ildə isə həmin torpaq sahəsində ev tikmişdir. İddiaçının qardaşının yoldaşı və oğlu 2022-ci il may ayının 22-də qanunsuz olaraq iddiaçının evinə daxil olmuşlar. 2000-ci ildən 2016-cı ilədək kommunal xətlər iddiaçının adına olmuşdur. Cəvahir xanımın Asifi çıxardıb, iddiaçını ora köçürməyi onu sübut edir ki, ev iddiaçıya məxsusdur. Əks təqdirdə Cəvahir xanım evi Şabullaya verməzdi. Sosial müavinət almaq məqsədilə kommunal xətlər Ağəddinin adına keçirilmişdir. Hesab edir ki, iddia tam əsaslıdır. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbinə etiraz olaraq öz izahatında bildirmişdir ki, torpaq onun atası tərəfindən alınmışdır. Əmisi İddiaçı kirayədə yaşamasın deyə atası evdə yaşamasına icazə vermişdir. Atası gələcəkdə bu evi satıb daha yaxşı ev almağı üçün evi tikdirmişdir. 2018-ci ildə həmin evə köçüb yaşamışlar. Onun doğum haqqında şəhadətnaməsində ana adı Cəvahir olsa da, ata adında hərf səhvləri olmuşdur. Atasının adı Ağəddin yerinə Ələddin yazılmışdır. O, 2-3 yaşında olarkən atası Lerik rayonunda qeyri-qanuni şəhadətnamə əldə etmişdir. Sonra həmin şəhadətnamə ləğv olunmuşdur. Yenidən köhnə şəhadətnaməni qəbul etmişdir və 2022-ci ildə məhkəmə qaydasında atasının adını düzəltdirmişdir. Həmin il sahə müvəkkili ilə atasının evinə gəlmişdir. Qapını sındırıb içəri daxil olmuşdur. Həmçinin o, məhkəməyə etiraz ünvanlayaraq, bildirmişdir ki, hərbi xidmətdən yayınmış iddiaçıdan fərqli olaraq o, Ali Baş Komandan, cənab İlham Əliyevin əmri altında düşmənlə amansız mübarizə aparmış Vətən müharibəsi iştirakçıdır. İddianı bütünlüklə rədd edərək aşağıdakıları qeyd etmək istəyir: MM-nin 157.4-cü maddəsinə dair 1.1.Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 1.2. İşin faktiki halları onu göstərir ki, iddiaçinin evə və torpaq sahəsinə mülkiyyət və ya istifadə hüququ olmadığı üçün o bu cür iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Bundan başqa, iddiaçı evə dair tələbinin hüquqi əsası olaraq MM-nin 157.4 və 158.1-ci maddələrinə istinad etsə də, bu müddəaların bu iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, 1.3. MM-nin 157.4-cü maddəsi yalnız mülkiyyətçiyə və yalnız onun mülkiyyətində olan əmlaka olan qəsdə və ya başqa maneələrə son qoymağı tələb etmək hüququ verir. 1.4. MM-nin 178.2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 1.5. MM-nin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan tikilmiş yaşayış evi özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. 1.6. İcazəsiz olsa da bu evi mərhum atası tikdirmişdir. İddiaçının isə bu evə və torpaq sahəsinə mülkiyyət, icarə və ya istifadə hüququ heç zaman olmamış və hal-hazırda da yoxdur. Qeyd olunanlarla yanaşı bu evin həm də xüsusi mühafizə zonasında icazəsiz olaraq inşa edilmiş qanunsuz tikili olduğunu nəzərə alsaq, iddiaçının bu cür iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığı bir daha təsdiq olunur. MM-nin 158.1.2-ci maddəsinə dair 1.7. İddiaçının istinad etdiyi MM-nin bu maddəsi də heç bir halda bu iddia tələbinin hüquqi əsasö ola bilməz. Belə ki, bu maddədə qeyd olunmuş “istifadə hüququ” əmlak hüquqlarının növü olaraq yalnız qanuni istifadə hüququnu nəzərdə tutur. 1.8. İddia predmetinin daşınmaz əmlakdan istifadə hüququ ilə bağlı olduğunu nəzərə alsalar onlar bu hüquqa məhz MM-nin 139 və 146.1-ci maddələri prizmasından baxmalıdırlar. 1.9. MMnin 139-cu maddəsinə əsasən, daşınmaz əmlaka hüquqlar (o cümlədən istifadə hüququ) dövlət qeydiyyatına alınmalıdır. 1.10. MM-nin 146.1-ci maddəsinə əsasən isə, Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 1.11. İddiaçının bu evdən istifadə edilməsi üçün notariat qaydasında əqd bağlamadığını nəzərə alsalar, deyə bilər ki, iddiaçının bu daşınmaz əmlaka dair heç bir istifadə hüququ mövcud olmayıb və yoxdur. Bu isə iddiaçının bu cür iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığını bir daha təsdiq edir. 2.1. Hazırda yaşadığı bu evin və evə aid torpaq sahəsinin atası X12 məxsus olması onunla sübut olunur ki, bu torpaq sahəsi 2000-ci ildə atası tərəfindən alınmış və sonra məhz onun tərəfindən bu evi inşa edilmişdir. Bu faktlar aşağıdakılarla təsdiq olunur: 2.1.1. hazırda yaşadığı evə aid torpaq sahəsinin 2000-ci ildə atası tərəfindən alınmasına dair qonşuların ərizələri 2.1.2. bu evin məhz atası tərəfindən inşa edilməsinə dair qonşuların ərizələri 2.1.3. bu evdə istifadə edilən qaza görə 2010-2011-ci illərə aid abonent saldosunda məhz atasının adının qeyd olunması. 2.1.4. atasıyla birlikdə bu ünvanda yaşamağı haqqında 4 saylı MİS-in xx.xx.2018-ci il tarixli arayışı 2.1.5 qazdan istifadəyə görə atasının xx.xx.2010cu il tarixdə ödəniş etməsinə dair qəbz 2.2. Bu evin ona məxsus olması həm də aşağıdakılarla sübut olunur: 2.2.1. Qazdan istifadəyə görə atasının ödəniş etməsinə dair xx.xx.2010-cu il tarixli qəbz, 2.2.2. İşığa görə xx.xx.2018-ci il tarixli müqavilənin onun adına olması, 2.2.3. Atasıyla birlikdə bu ünvanda yaşamağı haqqında MİS-in xx.xx.2018-ci il tarixli arayışı, 2.2.4. Atasıyla birlikdə bu ünvanda yaşamağı haqqında MİS-in xx.xx.2018ci il tarixli arayışı, 2.2.5 Kommunal xidmətlərə görə ödəniş etməyinə dair xx.xx.2018-ci il tarixli qəbz, 2.2.6. İşıqdan istifadəyə görə ödəniş etməyinə dair xx.xx.2018-ci il tarixli qəbz, 2.2.7. Qaza görə xx.xx.2022-ci il tarixli müqavilənin onun adına olması, 2.2.8. Suya görə xx.xx.2022-ci il tarixli müqavilənin onun adına olması, 2.2.9. Xırdalan bələdiyyəsinin Vergi borcunun olmadığına dair xx.xx.2022-ci il tarixli arayışı, 2.2.10. Xırdalan bələdiyyəsinin xx.xx.2022- ci il tarixli tədiyyə bildirişi, 2.2.11. İşıqdan istifadəyə görə ödəniş etməyinə dair xx.xx.2022-ci il tarixli qəbz, 2.2.12. İşıqdan istifadəyə görə ödəniş etməyinə dair xx.xx.2022-ci il tarixli qəbz, 2.2.13. İşıqdan istifadəyə görə ödəniş etməyinə dair xx.xx.2022-ci il tarixli qəbz, 2.2.14. İşıqdan istifadəyə görə ödəniş etməyinə dair xx.xx.2022-ci il tarixli qəbz, 2.2.15. Sudan istifadəyə görə ödəniş etməyinə dair xx.xx.2022-ci il tarixli qəbz, 2.2.16. Kommunal xidmətlərə görə ödəniş etməyinə dair xx.xx.2022-ci il tarixli qəbz, 2.2.17. Kommunal xidmətlərə görə ödəniş etməyinə dair xx.xx.2022-ci il tarixli qəbz, 2.2.18. Daşınmaz əmlakın 2022-ci il tarixli qiymətləndirmə rəyi, 2.2.19. Fərdi yaşayış evinin 2022-ci il tarixli layihəsi, 2.2.20. İddiaçının ünvanının halhazırda Novxanı kəndində olması. 3.1.İddiaçı 2000-ci ildə Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində 0,6 ha torpaq sahəsini almasını, və hazırda yaşadığı evin onun tərəfindən inşa edilməsini iddia etsə də bunu təsdiq edən heç bir sübut təqdim edə biıməmişdir. 3.2. İddiaçının sübut olaraq təqdim etdiyi qonşuların ərizələrini və Daşınmaz əmlakın Qiymətləndirmə rəyini hiylə və saxtakarlıqla əldə etməsinə dair əsaslı şübhələr mövcuddur. Qeyd olunanlar bir daha təsdiq edir ki, atasından ona miras qalan evi əlindən almağa çalışan əmisi Şabulla bu iddianı qaldırmaq üçün subyektiv hüququ malik deyildir. Bundan başqa, bu evdə istifadə edilən qaza görə 2010-2011-ci illərə aid abonent saldosunda məhz atasının adının qeyd olunduğunu, bu illərdə istifadə edilən qaza görə məhz atası tərəfindən ödənişləri edilməsini təsdiq edən xx.xx.2010-cu il tarixli qəbzin mövcudluğu, atasıyla birlikdə bu ünvanda yaşamaqları haqqında 4 saylı MİS-in xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli arayışları, işığa görə xx.xx.2018-ci il tarixli müqavilənin onun adına olması, kommunal xidmətlərə görə ödəniş etməyinə dair xx.xx.2018-ci il tarixli qəbzi, İşıqdan istifadəyə görə ödəniş etməyinə dair xx.xx.2018-ci il tarixli qəbzi və digər faktları nəzərə alaraq hesab edir ki, əmisi Şabullanın iddia tələbi tamamilə əsassızdır və bütünlüklə rədd edilməlidir. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 idia tələbinə etiraz olaraq birinci instansiya məhkəməsində bildirmişdi ki, Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Plenum Qərarı vardır. Həmin Qərarda deyilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. İşin faktiki halları onu göstərir ki, iddiaçinin evə və torpaq sahəsinə mülkiyyət və ya istifadə hüququ olmadığı üçün bu cür iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Bundan başqa, iddiaçı evə dair tələbinin hüquqi əsası olaraq MM-nin 157.4 və 158.1-ci maddələrinə istinad etsə də, bu müddəaların bu iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. MM-nin 157.4-cü maddəsi yalnız mülkiyyətçiyə və yalnız mülkiyyətində olan əmlaka olan qəsdə və ya başqa maneələrə son qoymağı tələb etmək hüququ verir. MM-nin 178.2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. MM-nin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan tikilmiş yaşayış evi özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. İcazəsiz olsa da bu evi Asifin mərhum atası Ağəddin tikmişdir. İddiaçının isə bu evə və torpaq sahəsinə mülkiyyət, icarə və ya istifadə hüququ heç zaman olmamış və hal-hazırda da yoxdur. Qeyd olunanlarla yanaşı bu evin həm də xüsusi mühafizə zonasında icazəsiz olaraq inşa edilmiş qanunsuz tikili olduğu nəzərə alınsa, iddiaçının bu cür iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığı bir daha təsdiq olunur. İddiaçının istinad etdiyi MM-nin bu maddəsi də heç bir halda bu iddia tələbinin hüquqi əsas ola bilməz. Belə ki, bu maddədə qeyd olunmuş “istifadə hüququ” əmlak hüquqlarının növü olaraq yalnız qanuni istifadə hüququnu nəzərdə tutur.Bundan əlavə iş materiallarına əsasən qeyd olunan yaşayış evinin Asifin atası Ağəddin tərəfindən tikildiyi müəyyən olunur. Cavabdeh1 birinci instansiya məhkəməsində iddia tələbinə etiraz olaraq bildirmişdir ki, onlar Ağəddinlə 1994-cü ildə tanış olmuşlar. 2000-ci ildə övladı Cavabdeh2 doğulmuşdur. Torpaq 2000-ci ildə Ağəddin tərəfindən alınmışdır. Həmin vaxt o, kirayədə yaşamışdır. Ev il yarıma tikilmişdir. 2018-ci ildə o, sözügedən evə köçmüşdür. 6 ay həmin evdə yaşamışdır. Onu və oğlunu Cəvahir xanım evdən çıxartmışdır. 2022-ci ilin may ayında yenidən həmin evə köçmüşlər. Mərhum yoldaşı Ağəddin bu evi uşaq üçün tikdirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, 2000-ci ildən sonra Qazaxdan olan dostunun atası qəzaya düşmüşdür. Dostu ondan 400 dollar pul istəmiş, o da həmin pulu vermişdir. Mahir adlı şəxs Ağəddini gətirmişdir. Torpaq 6 sot olmuşdur. Həmin 6 sotu Ağəddin qazaxlı oğlandan almışdır. Onlar 1200-ə razılaşmışlar. Ağəddin 400 dollar əvvəl vermiş, sonra isə 800 dollar vermişdir. 1991-ci ildə sonra Ağəddin və Şabulla evin bünövrəsini qazmağa gəlmişlər. Tikinti üçün material gətirmişlər. Sonra Ağəddin və Şabulla 2 otaq, 1 zal tikmiş, 1992-1993-cü illərdə artıq orada gəlib qalmışlar. Sənbə və bazar günləri Ağəddin gəlib qalmışdır. Şabulla fasiləsiz olaraq o evdə 7 ay yaşamışdır. Şabulla Sulutəpədə ev tikdiyini bildirmişdir. O, mübahisəli evin tikintisində usta kimi işləmişdir. Ağəddin və Şabulla isə fəhlə kimi evin tikintisində işləmişlər. Ağəddin cəzaçəkmə müəsisəsində fotoqraf işləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Ağəddinlə qonşu olmuşlar. Evlərinin arasında 20 metr məsafə olmuşdur. Ağəddin ona ev tikmək istədiyini bildirmiş, 2000-ci illərdə ev tikməyə başlamışdır. 6 ay-1 ilə ev tikilmiş, başa çatmışdır. Evi Ağəddin tikmiş və materialları almışdır. Şabulla isə Ağəddinə kömək etmişdir. Ağəddin ümum işlərə nəzarət etmişdir. Ev birmərtəbəli olmuşdur. 2005-ci ildə ev hasara alınmışdır. Ev uzun müddət-təxminən 1 il boş qalmışdır. Ev tikiləndən 1-2 il sonra Şabulla ora köçmüşdür. Ağəddin adətən tək gəlmişdir. O, Pəricahan və Asifi o evə gələndə görməmişdir. Ev tikiləndən 5 il sonra Şabulla gəlib orada təxminən 4-5 ay yaşamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, İddiaçı onun kəndçisidir və bir yerdə işləmişlər. 2000-ci ildə Şabulla evi tikmiş, 2001-ci ildən sonra o evdə qalmışlar. Evi bir yerdə təmir etmişlər. O, gecələr gəlib, həmin evdə qalmışdır. 1998-1999 illərdə, o, uşaq olarkən avtobusda konduktor işləmişdir. Həmin vaxtlar Ağəddin də avtobusla gəlib-getmişdir. Ağəddini oradan tanıyır. O, Ağəddini həmin evdə görməmişdir. Ev 2 otaqlı olmuşdur. O, Şabulla evlənənədək həmin evdə təxminən 3-4 ay qalmışdır. Şabulla ailə həyatı qurduqdan sonra gəlini həmin evə gətirmişdir. Lakin o, evi kimin tikdirdiyini, evin torpağının kimin tərəfindən alınmasını bilmir. Həmçinin o, həmin evdə Ağəddinlə bağlı nəyinsə olduğunu dəqiq bilmir, amma deyə bilər ki, otaqlar hələ təmirsiz olmuşdur. Odur ki, o, evdə Şabulladan başqa heç kimi görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Ağəddin onlara yaxın evdə kirayə qalmışdır. O, Ağəddini oradan tanımışdır. Ağəddinlə 1994-cü ildə ailə qurmuş və Bayılda onun anasına aid evdə qalmışlar. Ev plana düşdüyü üçün sökülmüş və evin əvəzinə pul vermişlər. Həmin evin puluna yenə Bayılda ev və maşın almışlar. Osman Sarıvəlli küçəsindəki evin alınması barədə onu deyə bilər ki, o evin yerləşdiyi torpağı Şabulla almış və ev tikmişdir. Ağəddin Asifin doğum haqqında şəhadətnaməsində anası kimi onun adını yazdırmışdır. O, Ağəddin vəfat edəndən sonra bunu bilmişdir. Asif Bayıldakı evi və maşını istəmişdir. O, da Asifi evdən çıxartmışdır. O, sonradan eşitmişdir ki, Ağəddin Asifin nənəsinə məxsus evin həyətində evin tikilməsinə köməklik etmişdir, amma konkret olaraq ünvanı bilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, İddiaçı onun doğma qardaşıdır. Ağəddin vəfat etməmişdən əvvəl Bayıl qəsəbəsində yaşamışdır. Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində yerləşən evi almaq istəyəndə o, qardaşı Şabullaya maddi kömək göstərmişdir. Bu hadisə 2000-ci ildə olmuşdur. 2000-ci ildə Şabulla həmin yerdə ev tikməyə başlamışdır. Şabulla əvvəl Xırdalanda yaşamışdır. Qardaşı Şabulla 2002-ci ildə ailə qurmuşdur. 2000-ci ilin noyabrdekabr ayında ev tam tikilmişdir. Ev 2 otaq bir mətbəxdən ibarətdir. Şabullanın həmin evi tikməyə imkanı olmuşdur. Belə ki, Şabulla tikintidə işləmiş və yaxşı gəliri olmuşdur. Ağəddin isə fotoqraflıq etmiş və maddi imkanı olmamışdır. “Cristal Hall”-un yanında Ağəddinin həyat yoldaşı Cəvahirin anasına məxsus ev olmuş, həmin ev plana düşmüş, sökülərək kompensasiya kimi Cəvahirə pul verilmiş və Ağəddin həmin pulla özünə maşın (Cip) almışdır. O, Şabullaya torpaq alarkən 500 ABŞ dolları pul vermişdir. Həmçinin o, 2001- 2012-ci illərdə həbsdə olmuşdur. O, həbsdə olan müddətdə Şabulla onun yanına gəlmiş, lakin Ağəddin gəlməmişdir. Ona görə ki, Ağəddin cəzaçəkmə müəsisəsində fotoqraf işləmişdir və Ağəddini işdən çıxara bilərdilər. Abşeron Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(012)-318/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi ünvanındakı ev 21B saylı evdən çıxarılması və həmin evin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Abşeron Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(012)-318/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qonşular X19, X4 və Alim Əhmədov tərtib etdikləri xx.xx.2022-ci tarixli 2 saylı aktda qeyd etmişlər ki: “Biz Abşeron rayon Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsində yaşayan qonşular bu aktı yazıb təsdiq edirik ki, bizim qonşuluğumuzda X5 adlı şəxs yaşamır. Biz onu görməmişik və tanımırıq. Onun, İddiaçı bizim küçədə (O.Sarıvəlli küçəsində) ev inşa etməsinə dair bildirdikləri və bu evin ona məxsus olmasına dair notariat ərizəsində (**********450) bildirdikləri yalandır”. Bununla bağlı xx.xx.2022-ci ildə məhkəməyə vəsatət verərək, xahiş etmişdik ki, iddiaçının məhkəməyə təqdim etdiyi X14 xx.xx.2022-ci il tarixli (**********299) və X2 xx.xx.2022-ci il tarixli (**********450) notariat qaydasında təsdiq edilmiş ərizələri saxta hesab edilərək sübutlar içərisindən çıxarılsın. Lakin, məhkəmə bu faktları mühüm məlumat və mötəbər sübut olaraq nəzərə almamış və bu vəsatətə dair heç bir qərar qəbul etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh2 dediyini təsdiq edərək bildirmişdir ki: “Həqiqətən də Asifin bəzi əmiləri və bibiləri onu və anasını evə köçürdülər.” İddiaçı qeyd etdiyi bu fakt da bir daha təsdiq edir ki, ev Ağəddin Səmədova məxsus olub, əks halda, Asifin bibiləri və əmiləri onu və anasını bu evə deyil İddiaçı Sulutəpədə olan evinə köçürərdilər. Lakin, məhkəmə bu faktı da mühüm məlumat və mötəbər sübut olaraq nəzərə almamışdır. X33 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsi də şübhə doğurur. Belə ki, o, təsdiq etmişdir ki, qəsdən adam öldürməyə görə azadlıqdan məhrum edildiyi (təxminən) 12 il ərzində qardaşı Ağəddin Səmədov (Cavabdeh2 atası) onun yanına gəlməmiş və ona heç bir yardım etməmişdir, lakin ondan fərqli olaraq digər qardaşı (İddiaçı) onun yanına tez-tez gələrək onu ziyarət edirdi. Bundan başqa, torpağın alınması üçün iddiaçıya 500$ verdiyini desə də, bu işin hallarına uyğun deyil. Belə ki, torpağı satmış Alim Əhmədov bu torpağı 500$ deyil 1200$ satdığını, bu torpağa görə pulu ona Ağəddin Səmədovun verdiyini bildirmiş, iddiaçı da onun bu dediklərini təsdiq etmişdir. Bundan başqa, iddiaçı Əkrəm Səmədovun ona 500$ verdiyinə dair heç bir sübut təqdim edə bilməmişdir. Lakin, məhkəmə bu faktı da mühüm məlumat və mötəbər sübut olaraq nəzərə almamışdır. Bundan başqa, iddiaçı qeyd edir ki, kommunal xidmətləri Ağəddin Səmədovun adına 2016-cı ildə keçirib və buna səbəb sosial yardım almaq olmuşdur. Lakin, kommunal xidmətlərin Ağəddin Səmədovun adına keçirməsinin səbəbini iddiaçının sosial yardım almaq niyyətinin olmasına dair dedikləri də həqiqətə uyğun deyil. Əks təqdirdə bu o anlama gələ bilər ki, iddiaçı sosial yardım almaq üçün dövlətin rəsmi qurumlarına yalan məlumat vermiş və dələduzluq cinayətini törətmişdir. Hesab edir ki, məhkəmə bu məsələyə hüquqi qiymət verməli və xüsusi qərardad çıxarmalıdır. Lakin, məhkəmə bu faktı da mühüm məlumat və mötəbər sübut olaraq nəzərə almamışdır. Bundan başqa, bu evdə istifadə edilən qaza görə 2010-2011-ci illərə aid Abonent saldosunda məhz Ağəddin Səmədovun adının qeyd olunduğunu, bu illərdə istifadə edilən qaza görə məhz Ağəddin Səmədov tərəfindən ödənişləri edilməsini təsdiq edən xx.xx.2010-cu il tarixli qəbzin mövcudluğu, Ağəddin Səmədovun oğlu ilə birlikdə bu ünvanda yaşamaları haqqında 4 saylı MİS-in xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli arayışları, işığa görə xx.xx.2018-ci il tarixli müqavilənin Cavabdeh2 adına olması, kommunal xidmətlərə görə ödəniş etməsinə dair xx.xx.2018-ci il tarixli qəbzi, işıqdan istifadəyə görə ödəniş etməsinə dair xx.xx.2018-ci il tarixli qəbzi və digər faktları nəzərə alaraq İddiaçı iddiasını tamamilə əsassız hesab edirlər. Lakin, məhkəmə bu faktı da mühüm məlumatı və mötəbər sübut olaraq nəzərə almamışdır. Bundan başqa, iddiaçı evdə qeydiyyatda olduğunu bildirsə də Abşeron RPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, bu ünvanda qeydiyyatda heç kəs yoxdur. Sistemdən çıxarışdan isə məlum olur ki, iddiaçının ünvanının Novxanı kəndindədir. Lakin, məhkəmə bu faktı da mühüm məlumatı və mötəbər sübut olaraq nəzərə almamışdır. Cavabdeh1 apellyasiya şikayətini digər Cavabdeh2 apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1, onların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tədiyyə bildirişində qeyd oiunmuşdur ki, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi, ev 21 b ünvanında yaşayan İddiaçı 2019-cu il üçün torpaq vergisi 3,30 manat, əmlak vergisi 19 manat olmaqla, cəmi 22,30 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi, ev 21 b ünvanında yerləşən əmlak, torpaq sahəsinə görə Xırdalan bələdiyyəsində vergi ödəyicisi olaraq qeydiyyatdadır. İddiaçı xx.xx.2022-ci il tarixdə əmlak və torpaq vergisinə görə 27,23 manat vəsait ödəmişdir. Onun xx.xx.2022-ci il tarixinədək əmlak, torpaq vergisi borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin tabeliyində Sanitar Təmizlik İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, O.Sarıvəlli küçəsi, ev 21 b ünvanında yaşayan İddiaçı 2016-2019-cu illər üçün 60 manat ödəniş etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti MKT İstehsalat İstismarı Təmiri Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, O.Sarıvəlli küçəsi, ev 21 b ünvanında yaşayan İddiaçı 2020-ci il üçün mənzil-kommunal xidməti üçün 20 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Abşeron filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi ünvanı 21 b saylı evdə telefon olub-olmaması barədə heç bir məlumat yoxdur. Qeyd edilən ünvanda olan telefonlar X7 (MHM) serverində Bakıquşfabriki kimi sənədləşdirilmişdir. Vətəndaşın adı, soyadı (şəxsiyyəti təsdiq edən sənədin surəti) olduğu halda onun adına telefon olub-olmaması barədə arayış təqdim etmək mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 012 349 04 68 nömrəli telefon xx.xx.2005-ci il tarixdən ünvan 4 ünvanında (əvvəlki Quşçuluq massivi) yaşayan İddiaçı adına sənədləşdirilmişdir.Sözügedən telefon nömrəsi onun istəyi ilə xx.xx.2016-cı ildə adından çıxarılmışdır. İş materiallarında olan Asan 1 tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, ünvan 4 ünvanında İddiaçı ilə birlikdə X8, X9, X10 və X11 da qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 4, Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi, ev 23 b, həmçinin ünvan 5 ünvanında qeydiyyatda heç kim yoxdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ÇCY/22 Seriyalı, 728144 №-li ödəniş qəbzindən görünür ki, ünvan BQF 2588, qeydiyyat №-si **********880 olan Səmədov Ağəddin 5 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci tarixli, "xxxx" ASC-yə ödənilmiş xx.xx.2022-ci il tarixli, “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Abşeron Rayon İcra Hakimiyyəti MKT İstehsalat İstismarı Təmiri Birliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, Abşeron RİH MKTİİB Abadlıq və Kommunal Xidmətləri İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, həmin tarixlərdə Xırdalan şəhəri, BQF, B:0012, Mənzil 077 ünvanında elektrik, su, qaz kommunal xidmətlər Cavabdeh2 adına olmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 19.12..2022-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsində yerləşən 21B saylı evin hansı tarixdə elektrik enerjisi ilə təchiz edilməsi və abonent olaraq kimlərin qeydiyyata alınmasına dair 30 noyabr 2022-ci il tarixli, 45/22-A nömrəli müraciətinizə "xxxx" ASC-də aiddiyəti üzrə baxılmışdır. Səhmdar cəmiyyətin elektron bazasında qeyd olunan evin 01 yanvar 2003-cü il tarixdə **********03884 nömrəli abunə kodu ilə qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Bildirilir ki, qeyd olunan abunə kodu üzrə “əhali istehlakçısının ad dəyişdirilməsi” xidməti həyata keçirilmiş və abunə kodu 15 dekabr 2016-cı il tarixdə X6 adından X3 adına, 06 mart 2018-ci il tarixdə X3 adından X6 adına, 05 aprel 2022-ci il tarixdə isə X6 adından Cavabdeh2 adına dəyişdirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, **********001 saylı abonent kodu uzrə hesabatların aparılması üçün Cavabdeh2 Acəddin oğlu ilə xx.xx.2022-ci il tarixində muqavilə bağlanmışdır. Muraciətlə bağlı bildirirlər ki, "xxxx" ASC-nin elektron bazasında odənişin kim tərəfindən edildiyi deyil, yalnz məbləgi qeyd edilməkdədir. İş materiallarında olan X19 xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsində göstərmişdir ki, həqiqətən İddiaçı 2000-ci ildə Osman Sarıvəlli küçəsində (Quşçuluq massivi) ev inşa etmiş və ailəsi ilə birlikdə 2021-ci ilə qədər orada yaşamışdır. Əlavə olaraq bildirir ki, yuxarıdakı ünvanda göstərilən ev İddiaçı məxsusdur. İş materiallarında olan X5 xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsində göstərmişdir ki, həqiqətən İddiaçı 2000-ci ildə Osman Sarıvəlli küçəsində (Quşçuluq massivi) ev inşa etmiş və ailəsi ilə birlikdə 2021-ci ilə qədər orada yaşamışdır. Əlavə olaraq bildirir ki, yuxarıdakı ünvanda göstərilən ev İddiaçı məxsusdur. İş materiallarında olan Abşeron rayonu Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsində qonşuluqda yaşayan X19, X4 və Alim Əhmədov xx.xx.2022-ci il tarixli akt-1, xx.xx.2022-ci il tarixli akt-2 və xx.xx.2022-ci il tarixli akt-3 tərtib edərək təsdiq etmişlər ki, mübahisəli evə aid torpaq sahəsi cavabdehin atası X18 tərəfindən alınıb, mübahisəli ev cavabdehin atası X18 tərəfindən inşa edilib; bu mübahisəli evdə hazırda o anası Cavabdeh1la birlikdə yaşayır, onların qonşuluğunda X22 adlı şəxs yaşamır və notariat qaydada məhkəməyə təqdim etdiyi ərizəsində yazdıqları yalandır. İş materiallarında olan X19 xx.xx.2022-ci il tarixli ərizəsində göstərmişdir ki, “X18 2000-ci ilə Osman Sarıvəlli küçəsində (Quşçuluq massivi) ev inşa etmişdir. Hal-hazırda Cavabdeh2 bu ünvanda anası ilə birlikdə yaşayır. Əlavə olaraq bildirir ki, yuxarıdakı ünvanda göstərilən ev X12 məxsusdur.” İş materiallarında olan X15 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə 1 saylı notariatda yazdığı ərizəni İddiaçı onu aldadaraq yazdırıb. xx.xx.2022-ci ildə yazdığı ərizə mahiyyəti hesabı ilə etibarsızdır və doğru deyildir. Həqiqətən də bu evi (Osman Sərvərli – 23B) X18 öz şəxsi vəsaiti ilə tikdiribdir. Bu evin İddiaçı heç bir aidiyyəti yoxdur. Notarial ərizəsinə bu sözlərini əlavə etməyinə icazə verilmədiyi üçün ərizəni öz xətti ilə yazdı və imzası ilə təsdiq edir. İddiaçı 2000-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri O.Sarıvəlli küçəsində 0.6 ha torpaq sahəsi alaraq üzərində fərdi yaşayış evi inşa etməsini, 2002-ci il tarixdən ailəsi ilə birlikdə orada yaşamağa başladıqdan bir müddət sonra uşağının xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən mənzilinə köçməsini, sonradan qardaşının oğlu Cavabdeh2 ona məxsus Xırdalan şəhərində yerləşən mənzilinin boş olmasından və orada heç kimin yaşamamasından istifadə edərək oranı zəbt etməsini iddia edir. Cavabdeh isə əksinə torpağın onun atası tərəfindən alınmasını, əmisi İddiaçı kirayədə yaşamasın deyə atası ona evdə yaşamasına icazə verməsini, 2018-ci ildə həmin evə köçüb yaşamalarını, iddiaçinin evə və onun inşa edildiyi torpaq sahəsinə mülkiyyət və ya istifadə hüququ olmadığı üçün o bu cür iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamasını, atasının tikdiyi evin ona miras qalmasını, atasının vəfat etməsindən istifadə edərək əmisi İddiaçı atasının inşa etdiyi evi əlindən almaq məqsədi ilə onu və anasını bu evdən çıxarma və bu evi boşaldaraq ona təhvil vermə tələbi ilə məhkəməyə müraciət etməsini göstərərək iddiaya etiraz etmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli evin özbaşına tikili olması işin mübahisəsiz halıdır. Həmçinin də həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. Başqa sözlə, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla özbaşına tikili statusuna malikdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi ünvanındakı ev 21B saylı evdən çıxarılması və həmin evin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdehlər apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş edərək şikayətlərini – bu evdə istifadə edilən qaza görə 2010-2011-ci illərə aid Abonent saldosunda məhz Ağəddin Səmədovun adının qeyd olunduğunu, bu illərdə istifadə edilən qaza görə məhz Ağəddin Səmədov tərəfindən ödənişlərin edilməsini təsdiq edən xx.xx.2010-cu il tarixli qəbzin mövcudluğu, Ağəddin Səmədovun oğlu ilə birlikdə bu ünvanda yaşamaları haqqında 4 saylı MİS-in xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli arayışları, işığa görə xx.xx.2018-ci il tarixli müqavilənin Cavabdeh2 adına olması, kommunal xidmətlərə görə ödəniş etməsinə dair xx.xx.2018-ci il tarixli qəbzi, işıqdan istifadəyə görə ödəniş etməsinə dair xx.xx.2018-ci il tarixli qəbz ilə əsaslandırmışlar. Apellyasiya şikayətlərinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəf mübahisəli evə aid torpaq sahəsinin cavabdehin atası X18 tərəfindən alınması və mübahisəli evin atası X18 tərəfindən inşa edilməsinə dair qonşuların aktlarını təqdim etsə də məhkəmə həmin halların digər sübut növləri ilə təsdiqlənmədiyi üçün sübut kimi qiymətləndirmir. Belə ki, işin materiallarından aydın görünür ki, 2000-ci ildən 2016-cı ilədək mübahisəli evə dair kommunal xətlər, o cümlədən evə aid telefon nömrəsi iddiaçının adına olmuş, sonradan onun istəyi ilə bunlar hamısı qardaşı X3 adına keçmiş, sonuncu 2018-ci ildə vəfat etmişdir. Bu halların mövcudluğu həqiqətən də iddiaçının 2016-cı ilə qədər mübahisəli tikilidən təyinatı üzrə istifadə etməklə yaşamasını və kommunal xidmətlərin haqqını ödəməsini təsdiq edir. Cavabdeh tərəf mübahisəli evin atası tərəfindən inşa edilməsini bildirsə də, kommunal xidmətlərə görə bütün sənədləşmələrin nəyə görə iddiaçının adına olmasına aydınlıq gətirməmiş, bunu yalnız X3 həmin evi qardaşı İddiaçı müvəqqəti yaşamaq üçün verməsini göstərməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin özünün də etiraf etdiyi kimi mübahisəli tikilidə məhz 2018-ci ildən başlayaraq yaşamağa başlamışdır. İddiaçı tərəfin təqdim etdiyi şahid ifadələri ilə də müəyyən edilmişdir ki, cavabdehin atasının rəsmi nikahda oimuş arvadı X17 ərinin qeyri- rəsmi arvadı Cavabdeh1 və cavabdeh olan oğlunu 2018-ci ildən mübahisəli evdən çıxarmış, 2022-ci ilin may ayından isə onlar yenidən həmin evə köçmüşlər. İddiaçı bununla bağlı, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində yerləşən mənzilinin Cavabdeh2 Ağaddin oğlu tərəfindən zəbt edilməsi və kilidinin dəyişdirilməsi barədə məlumat vermiş və bununla əlaqədar tədbir görülməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şahid ifadələri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur (MPM-nin 62-ci və 104.1-ci maddələri). Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır və şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmalıdır. Şahid ifadələrinin Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinə əsasən sübut növlərindən biri olduğu və heç bir sübutun da əvvəlcədən müəyyən edilmiş qüvvəsinin olmamasını təsbit edən MPM-nin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrinə qiymət verərək bu ifadələrin məzmunu işin digər araşdırılmış halları ilə uzalaşdığından onları şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün inandırıcı sayır və mötəbər sübutlar kimi qiymətləndirir. Cavabdeh tərəf faktiki sahib olan iddiaçının öz təşəbbüsü ilə müəyyən məqsədlər üçün kommunal xidmətlərin qardaşı, cavabdehin atası X3 adına keçirilməsindan (vəfatından sonra oğlunun adına keçirilmişdir) istifadə edərək hazırda da yalnız həmin sənədlərə istinad edərək mübahisəli evi zəbt edərək ora sahiblik hüquqlarının cavabdeh tərəfə aid olmasını israr edir, lakin mübahisəli tikiliyə hansı əsaslarla hazırda sahiblik etməsinə dair tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması ilə əlaqədar Cavabdeh2 öz izahatında bildirmişdir ki,atasının sağlığinda mübahisəli evdə heç vaxt yaşamamış,həmin evin onun atasına məxsus olduöunu iddiaçı olan əmisi ona bildirərək onu həmin evə yaşamaq üçün atasının vəfatından sonra 2018-ci ildəburaxmış,iddiaçı isə cavabdehin həmin evə onun razılığı olmadan özbaşına daxil olduğunu göstərmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki,cavabdehlər mərhum X1 mübahisəli evdə deyil,kirayədə yaşadıqlarından həmin evin mərhum Ağəddinə məxsus olmasına dair cavabdehlərin dəlilləri işin faktiki hallarına və məntiqə uyğun olaraq əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 180.1-ci maddəsi nəzərdən keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin maddənin məzmunundan da göründüyü kimi, özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin 3-cü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 178-ci maddəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üsullarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığı üçün cavabdehlərin iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi ünvanındakı ev 21B saylı evdən çıxarılması əsaslıdır. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(012)-318/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1779/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1779/2023
19.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver