Məhkəmə qərarları › İş №2(105)-1782/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1782/2025

26.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1782/2025 26.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə (Əmək müqaviləsinə xitam verilməsi, iddia müddəti) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), X12 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh1n nümayəndəsi və vəkili X2 qızının iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 1*.1*.2*25-ci il tarixli, 2(*6*)-49**/2*25 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. *7 aprel 2*25-ci il tarixli Cavabdeh1 48 nömrəli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, Cavabdeh1 nəzəriyyə müəllimi İddiaçı *7.*4.2*25-ci il tarixindən AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və qanunvericiliyə uyğun olaraq İddiaçı son haqq-hesabının ödənilməsi əmr edilmişdir.

2. ИТ-İ seriyalı, 2167*32 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı orta ixtisas təhsilli, peşəsi isə pedaqoqdur. *1.*9.199*-cı il tarixdə S.Rüstəmov adına uşaq musiqi məktəbinə nəzəriyyə ixtisası üzrə işə qəbul edilmişdir. *7.*4.2*25-ci il tarixdə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

3. 13.*6.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 5* manat məbləğində mediasiya və 1* manat məbləğində kargüzarlıq xərci ödəmişdir.

4. AR Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Texnikumunda 199*-ci ildə musiqi nəzəriyyə ixtisasını bitirmişdir. Ümumi əmək stajı 34 ildir. Attestasiya keçirilən zaman Cavabdeh1 nəzəriyyə şöbəsinin müəllimi olmuşdur. Ümumi 27 sual verilmiş, onlardan 1* suala cavab verilmişdir. Səslərin miqdarı lehinə 2, əleyhinə 3 səs olmuşdur. Birinci istansiya məhkəməsində icraat zamanı

5. *2.1*.2*25-ci il tarixdə məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında bildirmişdir ki, Məmləkətlə bir yerdə işləmişdir. O Məmləkətlə 19.*6.2*25-ci il tarixdə telefonda danışan demişdir ki, gedib Sevinc müəllimədən götürməmişdir. O özüdə heç əmri götürməmişdir. 22 il həmin məktəbdə fortepiano müəlliməsi işləmişdir. Ona telefonda məlumat verilmişdir.

6. *2.1*.2*25-ci il tarixdə məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahatında bildirmişdir ki, 3* ildir Məmləkət ilə bir yerdə işləmişdir. Çox yaxşı insan və pedaqoq kimi tanımışdır. Nə o, nə də Məmləkət işdən çıxarılacaqlarını bilməmişdir. O Məmləkət müəlliməyə qonaq getmişdir. Katibə Nigar onlara gəlib sənədləri götürməyi barədə zəng etmişdir. Onlara demişdilər ki, çıxarılmayacaqlar lakin sonradan ona dedilər ki, xitam verilmişdir. Lakin Məmləkət müəllimə 2+ qiymətləndirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *7.*4.2*25-ci il tarixli 48 saylı əmrin etibarsız hesab edilərək ləvğ edilməsi, həmin tarixdən işə bərpa edilməyi və *7.*4.2*25-ci il tarixdən başlayaraq yekun məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər məcburi proqula görə əmək haqqının ödənilməsi və mediasiya təşkilatına ödənilmiş 5* manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, *1.*9.199*-cu il tarixdə 3 nömrəli Musiqi Məktəbində musiqi nəzəriyyə müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. *7.*4.2*25-ci ilə kimi həmin məktəbdə fasiləsiz işləmişdir. 2*12-ci ildən işdən azad olunana kimi *7.*4.2*25-ci ilə kimi məktəbin nəzəriyyə şöbəsinin müdiri 2*16-cı ildən 2*2*-ci ilə kimi ödənişli şöbənin müdiri vəzifəsində işləmişdir. İşlədiyi dövrdə heç bir töhmət almamış, müəllim kollektivi, şagird və valideynlərlə arasında heç bir narazılıq olmamışdır. Həmişə işinə məsuliyyətlə yanaşmış, daim ixtisası üzrə öz üzərində işləmişdir. 2*15-ci ilin mart ayında keçirilən attestasiyada ən yüksək qiymət almışdır. İşlədiyi dövrdə fəxri fərmanlarla təltif olunmuş, 2*18-ci ildə isə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən “X18 Müəllimi” fəxri adına layiq görülmüşdür. Bundan əlavə 2**8-ci ildən hazırkı günə kimi 43 saylı Sumqayıt 3-cü Seçki dairəsinin 12 saylı seçki məntəqəsində katib və məktəbin ictimai işlərində fəal iştirak etmişdir. 18 mart 2*25-ci il tarixdə keçirilən attestasiyanın nəticəsi ilə razı deyildir. Verilən sualları düzgün cavablandırmışdır. Həmin qərarla onun tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Halbuki o öz ixtisasını, proqramını gözəl bilir və tutduğu vəzifəni həmişə layiqincə yerinə yetirmişdir. Attestasiya keçirilməsi barədə onlara xəbərdarlıq edilərkən rəhbərlik və Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov onları əmin etmişdi ki, attestasiyanın nəticəsi işdən azad edilməyə səbəb olmayacaq və bu yanlız müəllimlərin savadını yoxlamaq məqsədi daşıyır. Əlavə olaraq bildirir ki, attestasiya zamanı ona 26 sualdan 23-ü musiqi ədəbiyyatı fənnindən, 3 sual isə solfecco fənnindən olmuşdur. İradını bildirmişdir ki, ona solfeccodan sual verilsin. Onlar isə iddiaçıya bildirdilər ki, sizi heç kim işdən çıxartmayacaq, təkmilləşdirmə kursuna yazılırsınız. Sonradan onun işdən azad olunmağı barədə əmr vermişlər və yenə də onu kursdan sonra işinə bərpa edəcəklərinə əmin etmişdirlər. Hazırda isə ona verilən sözdən yayınmışlar. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

9. Cavabdeh tərəf məhkəməyə ünvanladığı ərizəsində iddia tələbinin əsassız olduğunu bildirmişdir. İlk növbədə iddiaçının məhkəməyə şahid qismində gətirdiyi şəxslərin iddiaçının əmrlə tanış olması barədə ifadələri ziddiyyətlidir. Belə ki, biri bu barədə ona zəng gələndə yanında olduğunu, digəri əmək kitabçasını götürərkən maşında olduğunu bildirir. İddiaçı isə qeyd edir ki, bu barədə onun telefonunda mesajlar var. Hətta ifadələr üst-üstə düşmüş olsaydı belə, iddiaçı qeyd etdiyi kimi 19 iyun 2*25-ci il tarixdə əmrlə tanış olubsa, necə olur ki, barəsində məlumatlı olmadığı əmr barəsində 1 ay əvvəlcədən mediasiya təşkilatına müraciət edir? Bundan əlavə o iclas zalında bildirir ki, direktor kimi fəaliyyətinə 26.*5.2*25-ci il tarixdə başlamışdır. Attestasiyanın birinci mərhələsində 52 müəllim işdən azad edilmişdir. İşə gəldikdə otaqda çoxsaylı əmək kitabçalarının qaldığını görmüşdür. O fəaliyyət göstərmədiyi dövrdə kimin əmək kitabçasının təhvil verildiyi, hansıların isə hələ də məktəbdə qaldığı barədə dəqiq məlumatlı deyil. İddiaçını tanımır. Bu səbəbdən iclasda da demişdir ki, ola bilər ki, əmək kitabçası iddiaçı tərəfindən 19.*6.2*25ci il tarixdə təhvil alınmışdır. Lakin təhvil-təslim jurnalına baxanda görünür ki, *7.*4.2*25-ci il tarixdə artıq iddiaçı bütün sənədləri almış və prosesdən məlumatlı olmuşdur. İddiaçının öz imzası olan sənədlə fakt təsdiq olunursa, ziddiyətli şahid ifadələri sübut qismində qəbul edilməməlidir. İddiaçı əmrlə jurnalda göstərilən tarixdə (*7.*4.2*25) tanış olması barədə həmin vaxt məktəbin direktoru vəzifəsini icra edən X8 ilə yazışmaları da mövcuddur. İddiaçı həmin gün məktəbdə olmuş, Aydan xanım bu barədə ona məlumat verdikdə direktorun otağına yaxınlaşmış və müvafiq jurnala əmrlə tanış olması barədə imza etmişdir. Bu faktı təsdiqləyəcək çoxsaylı şahidləri var. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işə götürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Onlarda bu qaydaya əməl etmişdirlər. Yəni onlar hər hansı pozuntuya yol verərək iddiaçını əmrlə tanış etməsəydilər belə, onun işinə xitam verilməsi barədə müvafiq əmri özünün elektron kabinetindən əldə etmə imkanı heç kim tərəfindən məhdudlaşdırıla bilməzdi. Hər bir halda onlar *7.*4.2*25-ci il tarixdə iddiaçını əmrlə tanış etmişdirlər və iddiaçı bu faktı öz imzasıyla təsdiq etmişdir. İddiaçının özünün bildirdiyi kimi ixtisasartırma kursuna cəlb olunmuşdur, oktyabr ayında nazirlik tərəfindən keçirilməsi nəzərdə tutulmuş imtahandan müvəffəqiyyət əldə edərsə, işə bərpa olunmağa haqq qazanacaqdır. Cari vəziyyətdə bütün prosessual hərəkətlər yerində və vaxtında icra olunmuş olsa belə, attestasiya nəticələri qeyri-məqbul olan bir müəllimin tədris prosesində iştirak etməsi nə dərəcədə ədalətlidir? Bütün qeyd olunanlara əsaslanaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı işdən çıxarılması barədə əmri mübahisələndirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Cavabdeh həmçinin ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırkı tələblə bağlı iddia müddəti ötürülmüşdür.Bu səbəbdən məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1*. Sumqayıt Şəhər Məhkəməsinin 1*.1*.2*25-ci il tarixli, 2(*6*)-49**/2*25 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı *1.*9.199*–*7.*4.2*25-ci illərdə Cavabdeh1ndə Musiqi nəzəriyyəsi müəllimi vəzifəsində işləmiş, attestasiyadan keçə bilmədiyi üçün, *7.*4.2*25-ci il tarixli, 48 saylı əmrlə həmin tarixdən ƏM-nin 7*-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilmişdir. Məhkəmə sorğusu əsasında Mədəniyyət Nazirliyindən daxil olmuş diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirərkən iddiaçıya qarşı qərəz münasibət müşahidə edilmiş, verilmiş sualların 1*-u iddiaçı tərəfindən cavablandırılmışdır. 23 sual musiqi ədəbiyyatından olmuş, həmin sualların 16-17 sual cavablandırılmışdır. Buna baxmayaraq, komissiya üzvləri tərəfindən iddiaçıya qərəz nümayiş etdirilərək lehinə səslərin sayı 2, əlehinə səslərin sayı 3 olmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçı sualları yetəri qədər cavablandırmış, lakin qiymətləndirilmənin keçirilməsi və bunun nəticəsində qəbul edilmiş əmrin əsassız olmaqla, ləğv edilməsi üçün əsaslar müəyyən edilmişdir. Cavabdeh tərəfindən müddətin tətbiq olunması ilə bağlı ərizə verilməsinə baxmayaraq, iddiaçının əmrin surətinin nə vaxt alınması işin araşdırılan halları ilə müəyyən edilməmiş, cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında izahatında “özünün may ayının 26-da təyin olunmasını, aprel ayında işinə xitam verilmiş iddiaçıya münasibətdə əmək münasibətinə xitam verildiyini, 1 aydan artıq işə gəlməməsini, maaş almadığını görüb işdən çıxarılmasını başa düşməsini bildirmişdir. Məhkəmə hesab edib ki, iddiaçı tərəfindən işdən çıxarılmağı ilə bağlı əmrin mübahisələndirilməsi ilə bağlı mediasiya müraciəti üçün müddətin ötürülməsi barədə ərizə əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi işdən çıxarılması barədə əmrin surətinin iddiaçının nə vaxt alınması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş, əksinə 26 may tarixində direktor vəzifəsinə təyin olunduqdan sonra iddiaçının məlumatlandırılması ilə tapşırığın verilməsi barədə özü izahat vermişdir. İş materiallarına əlavə olunmuş 13.*6.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əlavə edilmişdir. Qeyd olunan hal iddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. İddiaçı əmrin surətini imza edib götürməsinə baxmayaraq, nə vaxt imza etməsini təsdiq edən sübut iş materiallarında yoxdur. Məhkəmə bu qənatə gəlir ki, cavabdeh tərəfin müddətin tətbiqi ilə bağlı ərizəsinin əsassız olması yuxarıda qeyd olunan, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 46.1, 65.1, 65.2, 65.3, 65.4, 65.5, 79-1, 83.1, 3**.1, 296, 375, 377.1-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsasları göstərməmiş, iddiasını əsaslandırmamış, yalnız işin faktiki hallarından və işlədiyi dövr ərzində əldə etdiyi nailiyyətlərlərdən bəhs etmişdir. Məhkəmə iş üzrə hüquqi qiymətləndirmə apararkən nə iddiaçının prosessual davranışını, nə də əmək qanunvericiliyinin tətbiqinə dair tələbləri düzgün nəzərə almamışdır. Belə ki, iddiaçı Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş, məhkəməyə müraciət üçün müəyyən edilmiş bir təqvim ayı müddətini əsassız şəkildə ötürmüş, lakin bu müddətin bərpası üçün qanunla müəyyən olunmuş əsasları və hüquqi meyarları məhkəməyə təqdim etməmişdir. Bunun əvəzində, iddiaçı əmrin surətinin guya gec təqdim olunması ilə bağlı sübut kimi şahid ifadələrinə istinad etmiş və həmin şəxslərin məhkəmə iclasına dəvət olunması barədə vəsatət vermişdir. Lakin şahid ifadələri obyektivlik tələblərinə cavab verməmiş, bu şəxslərdən birinin eyni cavabdehə qarşı analoji məzmunlu iddiasının mövcudluğu onların ifadələrinin qərəzsizliyini şübhə altına almışdır. Mövcud hüquqi yanaşmaya görə, müddətin ötürülübötürülməməsinin müəyyənləşdirilməsində subyektiv izahlara deyil, əmək münasibətlərinin rəsmiləşdirilməsini təsdiq edən yazılı sənədlərə və onların təqdim edildiyi tarixə dair obyektiv dəlillərə üstünlük verilməlidir. Bu baxımdan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş təsdiqedici sübutlar, yəni əmrin verilmə tarixi, onun əməkdaş tərəfindən qəbul edilməsi, məlumatlandırmanın elektron sistemdə əks olunması və digər obyektiv məlumatlar birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Məhkəmə Əmək Məcəlləsinin 83.2-ci və 296.3-cü maddələrinin tələblərini nəzərə almadan, maddi hüquq normalarının tətbiqində kobud səhvə yol vermişdir. Halbuki qeyd olunan maddələr əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin işçiyə təqdim edilməsi, məlumatlandırmanın forması və müddətlərin hesablanması mexanizmini açıq şəkildə müəyyən edir və mübahisənin həllində əsas hüquqi istinad nöqtələrindən biridir. Lakin məhkəmə müddətin ötürülmədiyi barədə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırmamış, prosessual və maddi hüquq normalarının yanlış tətbiqinə yol vermişdir. Əmək Məcəlləsinin 296.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, hüququnun pozulmasının aşkar edildiyi gün - əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə) gündür. Belə ki, iddiaçının elektron informasiya sistemində yaradılan elektron kabinetinə əmr göndərilmiş, əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş əlavə olunmuş, habelə SMS vasitəsilə də bu barədə məlumat verilmişdir. Həmin məlumatın təqdim olunması ilə bağlı təsdiqedici sənədlər birinci instansiya məhkəməsində təqdim olunsa da, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə qətnamədə iddianın “əsaslı” olduğunu qeyd etsə də, bu əsaslılığın hansı hüquqi və faktiki meyarlara söykəndiyini əsaslandırmamış, sadəcə olaraq Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə istinad etməklə, həmin normanın imperativ xarakter daşımadığını bildirmişdir. Halbuki normanın dispozitiv olması iddiaçının tələbinin sübut yükünü aradan qaldırmır və eyni zamanda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və ya əsassız olduğunu göstərmir. Həmin maddə işəgötürənə işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının və tutduğu vəzifəyə uyğunluğunun əmək funksiyasının tələblərinə cavab verməməsi halında müqaviləyə xitam vermək səlahiyyəti tanıyır və bu səlahiyyətin məhkəmə tərəfindən sübutlar araşdırılmadan, hüquqi meyarlar tətbiq edilmədən məhdudlaşdırılması həm qanunsuz, həm də əsassız hesab edilməlidir. Bundan başqa Əmək Məcəlləsinin 67.1-ci maddəsi birbaşa olaraq attestasiya komissiyasının işçinin tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar çıxarması halında, işəgötürənə həmin nəticələrə əsaslanaraq əmək müqaviləsinə Məcəllənin 7*-ci maddəsinin “c” bəndi üzrə xitam vermək hüququnu tanıyır. Bu norma hüquqi mexanizmin mahiyyətini açıq şəkildə ifadə edir, attestasiya nəticələri işəgötürən üçün məcburi əməliyyat deyil, onun idarəetmə səlahiyyətinin tərkib hissəsi kimi həyata keçirə biləcəyi qanuni seçim üsullarından biri olduğunu göstərir. Belə olan halda, birinci instansiya məhkəməsinin nəinki attestasiya komissiyasının qərarını etibarsız saymaması, onun nəticələrinin ləğvinə dair fikir bildirməməsi, işəgötürənin həmin nəticədən irəli gələn xitamvermə hüququnu əsassız şəkildə məhdudlaşdırması həm normanın məzmununa, həm də işəgötürənin əmək münasibətlərini idarəetmə səlahiyyətinə ziddiyyət təşkil edir. Attestasiya nəticələri qüvvədə qaldığı halda, işəgötürənin onlardan istifadə etmək imkanının məhkəmə tərəfindən məntiqi və hüquqi əsası olmadan məhdudlaşdırılması qanunun məqsədini dəyişdirməklə bərabər, əmək münasibətlərində hüquqi sabitlik və idarəetmə müstəqilliyi prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Məhkəmə iddiaçının sualları yetəri qədər cavablandırdığına dair qənaətinə gəlsə də, hansı əsaslarla bu qənaətə gəlməsi göstərilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, attestasiyanın predmeti musiqi nəzəriyyəsi fənninin tədrisi, solfecio və harmoniya üzrə metodiki hazırlıq, işçinin intonasiya bacarıqları, musiqi materialının şərhi və analizi kimi xüsusi peşə vərdişləri ilə bağlı olduğundan, bu sahədə qiymətləndirmə aparmaq yalnız müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssisin iştirakı ilə mümkün ola bilərdi. Məhkəmənin xüsusi bilik və bacarıq tələb edən məsələ üzrə öz mülahizəsini qeyd etməsi və ona əsaslanaraq qətnamə qəbul etməsi isə qanunsuz və əsassızdır. Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsində iddiasını əsaslandırmamış, yalnız əvvəlki tarixlərdə əldə etdiyi və işə aidiyyəti olmayan fəxri adları, sertifikatları iddiasına əlavə etmişdir. Attestasiya komissiyasının qərarının qanunsuzluğu və ya əsassızlığı, habelə onun nəticələrinin uyğunsuzluğu mübahisələndirilməmiş, yalnız attestasiyaya əsasən əmək müqaviləsinə xitam verilməsi mübahisələndirmişdir. Beləliklə, iddiaçı tərəf öz mövqeyini əsaslandırmamış, həmin əmrin etibarsız olduğuna dair təsdiqedici sənədlər təqdim etməmiş, birinci instansiya məhkəməsi də əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı onun hüquq və mənafeylərinə zidd olmuşdur. Lakin keçirilmiş attestasiyanın qanunsuzluğu əsaslandırılmamış, attestasiyanın keçirilməsində yol verilmiş qanun pozuntuları qeyd olunmamışdır. İddiaçı barəsində tərtib olunmuş attestasiya vərəqəsindən müəyyən olunur ki, işçiyə verilən sualların hər biri onun ixtisası ilə bağlı olmuş, o isə, verilən 27 sualdan yalnız 1*-na cavab vermişdir. Belə olan halda, pozuntunun nədən ibarət olduğu məhkəmə tərəfindən müəyyən olunmamış, ona dair sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1*.1*.2*25-ci il tarixli, 2(*6*)-49**/2*25 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsində bir sıra hüquqi əsası olmayan hallar qeyd edilmişdir. Məlum olduğu kimi mart ayında attestasiya keçirilmiş və iddiaçı attestasiya vərəqəsi ilə tanış olmuşdur. Həmin vaxtdan aprel ayının 7-dək attestasiya vərəqəsi mübahisələndirilməmişdir. Bununla da, iddiaçı attestasiyanın nəticəsi ilə razılığını bildirmişdir. *7 aprel tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra attestasiya vərəqəsini mübahisələndirməyə başlayıb. Attestasiya vərəqəsini mübahisələndirmək əmək mübahisəsinə aid olduğundan iddiaya 1 aylıq müddət tətbiq olunmalıdır. Belə ki, attestasiya vərəqəsini mübahisələndirmək üçün iddiaçıya 13 aprel tarixinədək müddət müəyyən edilmiş, həmin vaxt ərzində isə attestasiya vərəqəsi mübahisələndirilməmiş, yuxarı instansiyaya heç bir şikayət təqdim edilməmişdir. Beləliklə, iddiaçı 1 aylıq müddəti ötürərək mediasiyaya müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı 1 aylıq iddia müddətinin ötürülməsi barədə ərizə təqdim edilmişdir, lakin məhkəmə tərəfindən bununla bağlı nə qətnamədə, nə də şifahi olaraq heç bir mövqe bildirilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır və müddət tətbiq olunmaqla iddia rədd edilməlidir. Bundan başqa Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunmuş videogörüntü mövcuddur, komissiya üzvləri tamamilə bir-birindən asılı olmadan heç bir şəxsi marağı olmayan şəxslərdir. Bu səbəbdən komissiya tərəfindən verilən qərar obyektivdir. Qeyd olunanlara əsasən hesab edir ki, nə attestasiya vərəqəsini, nə də əmək müqaviləsinə xitam verilməsi barədə əmri mübahisələndirmək üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən vəkil sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Belə ki, mart ayında müvafiq attestasiya imtahanı keçirilib. İmtahandan qabaq nazirliyin nümayəndəsi çıxış edərək bildirmişdir ki, heç kəs narahat olmasın, işdən çıxarılma olmayacaq, sadəcə hansı müəllimlərin işə gəldiyini, hansı müəllimlərin işə gəlmədiyini müəyyən edirlər. Müəyyən proqramlar verilmişdir, 7 illik və 11 illik təhsil proqramı var idi. İmtahanda 11 illik təhsildən də suallar verilirdi. Halbuki ona 7 illik yoxsa 11 illik tədrisdən suallar veriləcəyi barədə məlumat verilməmişdir. İmtahan zamanı pianinoda ifa etmiş, suallara da kifayət qədər cavab vermişdir. Müzakirə hissəsində imtahan komissiyasının üzvü digər üzvlərlə razılaşmayıb bildirmişdir ki, o, yetərincə cavab verir. Sözügedən məktəbdə 35 ildən çoxdur ki, işləyir. Onun dərs dediyi şagirdlər musiqi texnikimuna, kollecə daxil olublar. O, məktəbdə müavin işlərini də yerinə yetirmişdir. 2*12-ci ildən şöbə müdiri vəzifəsində işləmişdir. Həm müdiriyyət, həm də regional idarə tərəfindən fəxri fərmanlarla təltif edilib. Hal-hazırda da cavabdeh məktəbin direktoru Nümayəndə onun kimi müəllimə məktəbdə ehtiyac olduğunu və məktəbə qayıtmasını arzu etdiyini bildirmişdir. Bundan başqa iddia tələbinə dair iddia müddətinin ötürülməsi barədə qarşı tərəfin arqumentlərini əsassız hesab edir. Belə ki, imtahan nəticəsi “2+” olduğuna görə ona bildirdilər ki, işdən çıxarılmayacaq, sadəcə əlavə təlimə cəlb ediləcəkdir. Həmin müddət ərzində əməkhaqqı almamışdır. O, işdən azad olunması barədə əmrdən yalnız iyun ayında əmək kitabçasını götürdüyü zaman məlumatlı olub. Bundan sonra müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Yəni qanunda nəzərdə tutulan 1 aylıq müddəti ötürməmişdir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında digər cavabdehlər Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: ... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ... Maddə 64, 1-ci hissə. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir. Maddə 64, 2-ci hissə. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. Maddə 65, 1-ci hissə. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ... Maddə 294 (1-ci hissə). Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür

2*. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Maddə 384.*. və 384.*.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində apellyator Sumqayıt Şəhər Məhkəməsinin 1*.1*.2*25-ci il tarixli, 2(*6*)-49**/2*25 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.

24. İddia tələbi əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla üç hissədən – əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsindən ibarətdir. Tələbin ikinci və üçüncü hissəsi törəmə tələb olub, birinci hissədən bilavasitə asılıdır.

25. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə istinad edərək qeyd edir ki, iş materiallarında olan *7 aprel 2*25-ci il tarixli Cavabdeh1 48 nömrəli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, Cavabdeh1 nəzəriyyə müəllimi İddiaçı *7.*4.2*25-ci il tarixindən AR Əmək Məcəlləsinin 7*ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və qanunvericiliyə uyğun olaraq İddiaçı son haqqhesabının ödənilməsi əmr edilmişdir.

26. Nəzərə alınmalıdır ki, bu qəbildən olan mübahisələrin həlli zamanı qarşı tərəf iddia müddətini mübahisələndirdikdə, ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsi müəyyənləşdirilməlidir.

27. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

28. Kollegiya ilk növbədə iddiaçının sözügedən maddənin tələblərinə əsasən əmri, əmək kitabçasını və son haqq-hesab barədə məlumatların 2*25-ci ilin iyun ayında alması halında iddia müddətinin başlanmasının mümkünlüyünə dair iddia ərizəsinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, normanın məzmunundan da göründüyü kimi işçinin hüququnun pozulduğunu, yəni indiki halda onunla bağlanılan əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə xitam verilməsini bilməsi üçün heç də adı çəkilən sənədlərin hamısının eyni vaxtda təqdim edilməsi şərtləndirilməmiş, onlardan birinin olması, hətta bundan məlumatlı olması belə yetərli hesab olunmuşdur.

29. Çünki həmin sənədlərin hər biri özlüyündə işçinin müvafiq hüquqi və faktiki vəziyyətini əks etdirməklə ona bu hüquqların pozulmasını aşkar etmək üçün kifayət qədər əsas təşkil edir. 3*. Əlavə olaraq apellyasiya araşdırması zamanı İddiaçı *7.*4.2*25-ci il tarixdə işdən azad olunması barədə məlumatının olmadığını bildirsə də, izahatında bunun əksinə olaraq, həm həmin tarixdən sonra ona son haqq-hesab ödənildiyini, bundan sonra əmək haqqı almadığını, hətta yenidən imtahan verib işə qəbul olunmaq üçün 2 aylıq təlim kursuna cəlb olunduğunu bildirmişdir.

31. Bundan əlavə iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, sonuncu *2.*6.2*25-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 13.*6.2*25-ci il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak etməsi ilə bağlı arayış almışdır. Bu isə o deməkdir ki, iddiaçının hüquqlarının pozuntusunu aşkar etdiyi real vaxt olan *7.*4.2*25-ci il tarixdən (əmrin verildiyi vaxtdan) hesablandıqda artıq mediasiya təklifi göndərilərkən müddət ötürülmüşdür.

32. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlir ki, iddiaçı qanunla müəyyən edilmiş bir aylıq iddia müddətini ötürmüşdür. Cavabdeh isə iddia müddətinin tətbiqi haqqında ərizə vermişdir.

33. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin qeyd edilən tarixdən başlamasını əsas götürərək sonrakı dövrdə mediasiya prosesinin tətbiqi ilə bağlı aparılmış icraatları da müqayisəli şəkildə təhlil edərək bu qənaətə gəlir ki, iddiaçının hüquqlarının pozuntusunu aşkar etdiyi real vaxt olan *7.*4.2*25-ci il tarixdən hesablandıqda artıq mediasiya təklifi göndərilərkən müddət keçmişdir.

34. Bu da o deməkdir ki, istər iddia müddətini başlanması, istərsə də məhkəməyə müraciət edilmə ilə bağlı iddiaçının arqumentləri əsaslı hesab olunsa idi belə, yuxarıda qeyd edilənlər onun iddiasının müddətin ötürülməsi və eyni zamanda cavabdeh tərəfindən də bu barədə ərizənin məhkəməyə təqdim edilməsi səbəbindən rədd olunmasına əsas verir.

35. Həmin müddətin ötürülməsinə dair üzrlü səbəblərin olub-olmamasına münasibətdə isə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin hazırkı iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, beləliklə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır.

36. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, iş üzrə iddiaçı hüququnun müdafiəsi ilə bağlı qanunvericiliklə ona verilmiş 1 aylıq müddəti ötürmüş, bu ötürmənin üzrlü səbəblərdən irəli gəldiyini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.*.2, 385, 392-393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1*.1*.2*25-ci il tarixli, 2(*6*)-49**/2*25 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı “*7.*4.2*25-ci il tarixli 48 saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin tarixdən işə bərpa edilməyi və *7.*4.2*25-ci il tarixdən başlayaraq yekun məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər məcburi proqula görə əmək haqqının ödənilməsi və mediasiya təşkilatına ödənilmiş 5* manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar