Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1785/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı, Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə yaşayış-istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-333/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 333/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Musayev Məhsəti Aydın qızının Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən, 15 saylı evin, 19 saylı mənzilininə olan istifadə hüququnun itirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Əfqan Ələkbərov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 333/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən, 15 saylı evin, 19 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə qərar qəbul edərkən qanunun müvafiq, iş üçün əhəmiyyət kəsb edən normalarına istinad etməmiş, formal qanunvericilik aktlarından ibarət qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində araşdırılan hüquq münasibətlərinin 2000-ci il tarixədək əmələ gəldiyini və bu səbəbdən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəalarının tətbiq olunmasının labüdlüyünü vurğulamışdır. Həmin Mənzil Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Hazırkı işdə də, cavabdeh 1996-cı ildə həmin mənzildən köçüb getmişdir. Məhkəmə Cavabdeh1 qeyd olunan mənzili tərk etməsi və tərk etdikdən sonra başqa yaşayış sahəsi ilə təmin olunması barədə məlumatın öz təsdiqini tapmaması qənaətinə gəlmişdir. Halbuki iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan da müəyyən olunmuşdur ki, Cavabdeh1 daimi yaşayış yeri nəinki mübahisəli mənzil, heç Azərbaycan Respublikası deyil. Cavabdeh1 uzun müddət ərzində Azərbaycan Respublikasının ərazisində olmaması onu göstərir ki, o yaşayış sahəsini tərk etmiş və buradan köçüb getmişdir. Vaxtilə cavabdehin mübahisəli mənzilə istifadə hüququ olub, lakin qanuna uyğun olaraq cavabdeh evdən çıxıb getdiyi gündən həmin hüququnu itirmişdir. Bu səbəbdən məhkəmənin qanunsuz qətnaməsi ləğv olunmalı, cavabdehin mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.Göründüyü kimi birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan və əsaslandırma etmədən, tələsik qərar qəbul edərək maddi hüquq normalarının pozuntularına yol vermişdir. Daha sonra qeyd etmişdir ki, qardaşı olan cavabdeh Kənan Xəlilov 1996-cı ildən evdən getdikdən sonra dəfələrlə Azərbaycana gəlmiş, valideynləri ilə görüşmüşdür. Qardaşı hazırda Kanada Respublikasında yaşaylr. Hazırda mənzili satmaq istəyir, ona görə də cavabdehin mənzilə istifadə hüququnun itirilməsi zəruridir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 333/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsinin Cavabdeh1 mənzildən istifadə hüququnun saxlanılması hissəsində ləğv edilməsi, iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh1 oğlu və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də cavabdeh məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qətnamənin qismən, iddia tələbini təmin edilməməsi hissəsini mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsini qətnaməsini Cavabdeh1 dair iddianın təmin edilməməsi hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 28.02.2015-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Xəlilov Aydın Qoca oğlu Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən, 15 saylı evin, 19 saylı mənzilini İddiaçı bağışlamışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin verdiyi RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən, 15 saylı evin, 19 saylı mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan AR DİN-nin verdiyi ******* saylı, 10.07.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən, 15 saylı evin, 19 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh1 Türkiyə Respublikasına 17.01.2015-ci ildə getmiş, 01.08.2017-ci ildə qayıtmış, 02.08.2017-ci ildə getmiş,05.08.2017-ci ildə qayıtmış, 06.08.2017-ci ildə getmiş, 21.05.2019-cu ildə qayıtmış, 23.05.2019-cu ildə getmiş və hələ qayıtmamışdır. İş materiallarında olan AR DİN BPQMİ bilavasitə tabe olan Sumqayıt “ASAN xidmət” mərkəzinin verdiyi 15 oktyabr 2020-ci il tarixli, 1156 saylı məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh1 03.08.2007-ci il tarixdən Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 15 saylı evin 19 saylı mənzilinə qeydiyyatda alınmışdır. Cavabdeh2 09.09.2020-ci il tarixli əizəsindən görünür ki, Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən 15 saylı evin 19 saylı mənzilində olan istifadə hüququnun itirilməsinə razıdır. Birinci instansiya məhkəməsi Sumqayıt şəhəri,13-cü mikrorayonda yerləşən, 15 saylı evin, 19 saylı mənzili iddiaçının şəxsi mülkiyyətində olmasını, cavabdehlərdən Kənanın iddiaçının qardaşı, Məhsətinin isə bacısı olmasını, Kənanın 1996-cı ildən, Məhsətinin 2008-ci ildən onun evindən çıxmasını, Cavabdeh2 mübahisəli mənzil - Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 15 saylı evin 19 saylı mənzilində olan istifadə hüququnun itirilməsinə razı olmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin 53, 87, 60cı maddələrinə istinad edərək əsaslandırmışdır. Həmçinin məhkəmə cavabdehin Cavabdeh2 iddianı etirafının qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh2 iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında yaranan hüquq münasibətləri 2000-cu ilin sentyabr ayının 1-dən qabaq yaranmışdır. Cavabdehlərin mubahisəli mənzildə istifadə hüququ yarandığı vaxt və mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilir və bu səbəbdən qüvvədə olan Mülki Məcəllənin normalarını bu mübahisəyə tətbiq edilməsi mümkün deyil. Belə ki, tərəflər arasında yaranmış münasibətlər 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf edir və mənzilin hüquqi statusu dövlət mənzil fonduna aid olmuşdur. Sadalananları rəhbər tutaraq, məhkəmə kollegiyası hesab edir ki,tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Hazırki işdən görünür ki, Cavabdeh1 qeyd olunan mənzili tərk etməsi və tərk etdikdən sonra başqa yaşayış sahəsi ilə təmin olunması iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası cavabdehin 1996-cı ildən evi, eləcə də ölkəni tərk etməsi barədə iddiaçının dəlilinə qiymət verərək qeyd edir ki, məhkəmənin sorğusu əsasında daxil olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 28.06.2021-ci il tarixli, 33/2173 saylı məktubundan görünür ki, Cavabdeh1 ölkədən 19.10.2001-ci ildə çıxmış, girişi barədə qeyd yoxdur, 25.10.2002-ci ildə çıxış etmiş, girişi barədə məlumat yoxdur, 21.09.2003-cü ildə çıxış, 16.06.2004-cü ildə giriş, 18.06.2004-cü ildə çıxış, 18.09.2006-cı ildə giriş, 02.10.2006-cı ildə çıxış, 29.07.2007-ci ildə giriş, 15.08.2007-ci ildə çıxış, 12.08.2008-ci ildə giriş, 16.08.2008-ci ildə çıxış, 20.09.2009-cu ildə giriş, 03.10.2009-cu ildə çıxış, 26.06.2011-ci ildə giriş, 08.07.2011-ci ildə çıxış, 11.09.2012-ci ildə giriş və çıxış, 11.01.2015-ci ildə giriş, 17.01.2015-ci ildə çıxış, 01.08.2017-ci ildə giriş, 02.08.2017-ci ildə çıxış, 05.08.2017-ci giriş, 06.08.2017-ci ildə çıxış, 21.05.2019-cu ildə giriş, 23.05.2019-cu ildə çıxış etmişdir. Göründüyü kimi, Cavabdeh1 ölkəni daimi tərk etməsi barədə dəlillər əsassızdır Bununla da məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 qeyd olunan mənzili tərk etməsi və tərk etdikdən sonra başqa yaşayış sahəsi ilə təmin olunması iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qeyd edilən hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı mübahisəli mənzil özəlləşdirərək satılması üçün cavabdehin istifadə hüququnun itirilməsini istəyir. Məhkəmə kollegiysı hesab edir ki, bu cavabdehin hüquqlarına ziddir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinəəsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-333/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1785/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1785/2021
13.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver