Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1787/2022 13.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-155/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-155/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8848,01 ABŞ dolları məbləğində əsas, 6113,93 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə pulu, 963,14 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 15.975,08 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tutmanın Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində 0,029 ha torpaq sahəsi və üzərində yerləşən 36C saylı fərdi nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 50.500 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, əmlaka tutma yönəldikdən və o açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması, Cavabdeh həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş 30,40 manat dövlət rüsumu və məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 350 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı BOKT ASC-yə və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat pul vəsaitinin tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-155/2022 nömrəli qətnaməsinin ləğv edib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 17 avqust 2015-ci il tariхli, 2015/00142-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 8848,01 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 9689,23 ABŞ dolları məbləğində faiz borc və ödənişlərin gecikdirilməsinə görə hesablanmış 17535 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 36072,24 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində 0,029 ha torpaq sahəsi və üzərində yerləşən 36C saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 40000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT ASC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən tərəflər arasında bağlanmış 17 avqust 2015ci il tariхli, 2015/00142-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 8848,01 ABŞ dolları məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 6113,93 ABŞ dolları məbləğində faiz borc, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış 963,14 ABŞ dolları və ödənişlərin gecikdirilməsinə görə hesablanmış 18990 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 34915,08 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 36C saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 40000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 2015-ci ildə iddiaçı bankdan ABŞ dolları ilə pul götürmüş, 2019-cu ildə müqavilənin müddəti bitmişdir. Ödənişlərini yarıya qədər ödəmiş, ABŞ dollarının qiymətinin qalxmasına görə 7-8 ay ödəniş edə bilməmiş, torpağını sataraq borcunu vermiş, bir iki ay da ödəniş etmiş, lakin pandemiya dövründə ödənişləri edə bilməmişdir. İddiaçı banka gec müraciət edərək faizlərin şişməsinə şərait yaratmışdır. Ekspertiza keçiriləndə faizlərin bir hissəsi silindi. Lakin ödənişlərin bir hissəsi borcundan silinməmişdir. Ona zaman lazımdır ki, borcunu ödəsin. Torpağı satıb borcun bir hissəsini verib, bir evi qalıb. Odur ki apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-155/2022 nömrəli qətnaməsinin ləğv edib yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdehin yetəri qədər müddəti olub ki, borcunu ödəsin. Lakin cavabdeh uzun müddətdir ki, ödəniş etməmişdir. Borc məbləğinin şişirdilməsini göstərib, birinci instansiya məhkəməsində iş üzrə mühasibatlıq ekspertizası təyin edilib. Ekspert rəyi ilə də müəyyən olunub ki, tələb əsaslıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsini qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-155/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 17 avqust 2015-ci il tarixli, 2015/00142-01 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh 48 ay müddətinə, yəni 17 avqust 2019-cu il tarixinədək illik 28% dərəcəsi ilə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilən günə görə müqavilə məbləğinin 0,1%-i həcmində dəbbə pulu (cərimə) ödəyir. Dəbbə pulu (cərimə) müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlayır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə tam Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 151 kv.m ümumi, 20,3 kv.m yaşayış və 130.7 kv.m yardımçı sahədən ibarət 1 otaqlı mənzil ipoteka qoyulur. İş materiallarında olan İddiaçı BOKT ASC-nin 06 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 8848,01 ABŞ dolları əsas borc, 6113,93 ABŞ dolları faiz borcu, 18990,00 ABŞ dolları dəbbə pulu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən maliyyə arayışının verildiyi tarixədək illik 5 faiz hesablanmaqla 963,14 ABŞ dolları əldən çıxmış fayda qismində borcu olmaqla – cəmi 34915,08 ABŞ dolları məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh ilə iddiaçı arasında bağlanmış 17 avqust 2015-ci il tarixli, 2015/00142-01 №-li kredit müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası qətnamənin tutulan borc məbləği hissəsinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək cavabdehdən borcun tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Qətnamə ilə tutulan borc məbləği mübahisələndirildiyindən birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2021-ci il tarixli, 9/4646 saylı müvafiq rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 17 avqust 2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı BOKT ASC-yə olan borcu kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas borc üzrə 8848,01 ABŞ dolları, faiz borcu üzrə 6113,93 ABŞ dolları və maliyyə arayışında borcun hesablandığı tarixə (əsas borca hesablanılan faiz dərəcəsi kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan etibarən 5 faiz dərəcəsi ilə hesablanmaqla) əsas borc üzrə 8848,01 ABŞ dolları, faiz borcu üzrə 7077,07 ABŞ dolları olaraq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdən tələb edilən borc məbləği ekspert rəyi ilə də təsdiqini tapmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində müəyyən edilən faiz borcu iddia tələbində tələb edilən borcdan artıq olsa da, məhkəmə haqlı olaraq iddia tələbindən kənara çıxmamaqla tələb edilən faiz borcunu tutmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankın cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə də haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa dəbbə pulunun ödənilməsini tərəflər müqavilə ilə müəyyən ediblər. İş materiallarından görünür ki, iddiaçı təşkilat 18990,00 ABŞ dolları dəbbə pulu tələb etmiş, birinci instansiya məhkəməsi də düzgün olaraq tələb edilən cərimə məbləğinin yüksək olması qənaətinə gələrək cərimə borcunu 50 ABŞ dolları məbləğində müəyyən etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulan borca dair gəldiyi nəticədə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən maliyyə arayışının verildiyi tarixədək illik 5 faiz hesablanmaqla 963,14 ABŞ dolları əldən çıxmış fayda qismində borcu tələb etməkdə də iddiaçı təşkilat haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cıı maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Şərh olunanlara əsasən məhkəmə haqlı olaraq iddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsində də təmin edərək Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 963,14 ABŞ dolları məbləğində əldən çıxmış fayda üçün pul tutmuşdur. Bundan başqa tutmanın cavabdehə məxsus Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 151 kv.m ümumi, 20,3 kv.m yaşayış və 130.7 kv.m yardımçı sahədən ibarət 1 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 50.500 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, əmlaka tutma yönəldikdən və o açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması, Cavabdeh həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, 17 avqust 2015-ci il tarixli 2015/00142-01 №li İpoteka Müqaviləsi ilə İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2015-ci il tarixli Kredit müqaviləsinə əsasən kredit verilərkən kreditin təminatı kimi tərəflərin razılığına əsasən mülkiyyət hüququ Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 151 kv.m ümumi, 20,3 kv.m yaşayış və 130.7 kv.m yardımçı sahədən ibarət 1 otaqlı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində 0,029 ha torpaq sahəsi və üzərində yerləşən 36C saylı fərdi yaşayış evi 17 avqust 2015-ci il tarixli 2015/00142-01 №-li İpoteka Müqaviləsinə əsasən İddiaçı BOKT ASC qarşısında ipoteka ilə yüklü edilməsi müvafiq qaydada daşınar əmlakın rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır İş materiallarından müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı cavabdehin kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, cavabdehin kredit borcu üzrə tələbi həmin ipoteka predmetinə yönəldilməli, ev açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İş materiallarından da görünür ki, iddiaçı ipoteka predmeti olan evə tutma yönəldilməsi barədə ipoteka qoyana və ipoteka saxlayana bildiriş vermiş və həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl etmişdir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. İş materiallarından olan “X4 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 09 dekabr 2021-ci il tarixli, 150 nömrəli müvafiq mütəxəssis rəyində ipoteka predmeti olan əmlakın likvid dəyərinin 50.500 manat olduğu göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tələb olunan borc məbləğinin ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə tutulması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 350 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı BOKT ASCyə və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat pul vəsaitinin cavabdehdən tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi barədə gəldiyi nəticədə də haqlı olmuşdur. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, ondan tələb edilən borcun sişirdilməsini bildirmiş, bu hal ekspert rəyi ilə təkzib edilmişdir. Həmçinin cavabdeh borcunun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir ki, bu da qətnamənin icra mərhələsində iddiaçı təşkilatla cavabdeh arasında əldə edilə biləcək razılıq əsasında mümkün ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələr kimi qəbul edilməlidir və şikayətin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-155/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2(012)-155/2022 nömrəli qətnaməsi dəyşdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1787/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1787/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver