Məhkəmə qərarları › İş №2(105)-1795/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1795/2024

03.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1795/2024 03.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maraqlarına toxunan şəxs hesab olunma) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(029)-5/2024 nömrəli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh Elim oğluna qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Elim oğlu tərəfindən mülkiyyətində olan Qusar rayonun Ləyər-qışlaq kənd ərazisində yerləşən zəbt edilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin buraxılması və həmin torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Qusar Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2(029)-5/2024 saylı qətnaməsi ilə cavabdeh İsmayılov X10 rayonu Ləyərqışlaq kəndində yerləşən, xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan 0.29 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0.06 hektar hissəsindən çıxarılması, 0.06 hektar torpaq sahəsi Cavabdeh Elim oğlundan alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilməsi, həmin torpaq sahəsinin 0.06 hektar hissəsində Cavabdeh Elim oğlu tərəfindən inşa edilmiş 1 (bir) mərtəbəli olmaqla, tikinti altı sahəsi 28.34 kv.m olan tikili Cavabdeh Elim oğlunun öz hesabına sökülməsi qət edilmişdir.

3. Həmin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada göndərilmiş, qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnaməsi üzrə verilmiş icra vərəqəsi 22 iyul 2024-cü il tarixdə Qusar rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Nəcəfovun xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi icraata qəbul edilmişdir.

4. Maraqlı şəxs məhkəməyə ərizə təqdim edərək Qusar rayon məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2(029)-5/2024 saylı qətnaməsi onun maraqlarına toxunduğunu bildirərək həmin qətnamənin surətinin təqdim edilməsini məhkəmədən xahiş etmişdir.

5. Qusar Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(029)-5/2024 nömrəli qərardadı ilə (hakim Əli Cəlilov) Maraqlı şəxs ərizəsinin təmin edilməməsi və geri qaytarılması qərara alınmışdır.

6. Maraqlı şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2(029)-5/2024 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

7. Qusar Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(029)-5/2024 nömrəli qərardadı ilə (hakim Anar Qasımov) Qusar Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2(029)-5/2024 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi, şikayət ərizəsinin mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

9. Maraqlı şəxs şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X4 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 tərəfindən mülkiyyətində olan Qusar rayonu Ləyər-Qışlaq kəndi ərazisində yerləşən zəbt edilmiş 0.06 ha həyətyanı torpaq sahəsinə buraxılması və həmin torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-5/2024 saylı qətnaməsi onun maraqlarına toxunduğundan ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək həmin qətnamənin ona təqdim edilməsini xahiş etmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-5/2024 saylı qərardadı ilə ərizəsi təmin edilməmişdir. Qərardada əsasən qətnamənin onun maraqlarına toxunduğu hallar barədə məhkəməyə sübut təqdim etməmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-5/2024 saylı qərardadını xx.xx.2024-cü il tarixdə almışdır. Hesab edir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)- 5/2024 saylı qərardadı qanunsuz və əsassızdır, onun əmlak hüquqlarını pozur, ləğv edilməli, hüquqlarının müdafiəsinin təmin edilməsi üçün Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-5/2024 saylı qətnaməsi ona təqdim edilməlidir. Hazırkı şikayətə əlavə edilmiş, Qusar Rayon Polis Şöbəsinin Samur polis bölməsinin xx.xx.2024cü il tarixli, № 3-13-93-2/2-1175/2024 saylı məktubunda və həmin məktuba əlavə edilmiş materiallardan göründüyü kimi xx.xx.2024-cü il tarixli, 2(029)-5/2024 saylı qətnamə üzrə mübahisələndirilmiş Qusar rayonu Ləyər-Qışlaq kənd ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş evin yerləşdiyi torpaq sahəsi həmin torpaq sahəsinin mülkiyyətçisi, hazırkı iş üzrə İddiaçı tərəfindən 3000 (üç min) manata cavabdeh X1. Yenə də, həmin materiallarda olan Qusar Rayon Polis Şöbəsinin Samur polis bölməsinin arayışına əsasən cavabdeh X5 ilə nikahsız ailə münasibətlərində olmuşdur. Rəfail İsmayılov və o birlikdə, tanışları Qədir Hüseynov vasitəsi ilə İddiaçı və onun əri Yaqubdan Qusar rayonu Ləyər-qışlaq kənd ərazisində yerləşən onlara məxsus 0.06 ha həyətyanı torpaq sahəsini 3000 (üç min) manata satın alaraq həmin məbləği tam ödəmişlər.

Şikayətə qarşı etirazın dəlilləri

10. Şkayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1 bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1 hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Qusar Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(029)-5/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Qusar Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(029)-5/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(029)-5/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Qusar Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2(029)-5/2024 saylı qətnaməsi ilə cavabdeh İsmayılov X10 rayonu Ləyərqışlaq kəndində yerləşən, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan 0.29 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0.06 hektar hissəsindən çıxarılması, 0.06 hektar torpaq sahəsi Cavabdeh Elim oğlundan alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilməsi, həmin torpaq sahəsinin 0.06 hektar hissəsində Cavabdeh Elim oğlu tərəfindən inşa edilmiş 1 (bir) mərtəbəli olmaqla, tikinti altı sahəsi 28.34 kv.m olan tikili Cavabdeh Elim oğlunun öz hesabına sökülməsi qət edilmişdir. Həmin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada göndərilmiş, qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnaməsi üzrə verilmiş icra vərəqəsi 22 iyul 2024-cü il tarixdə Qusar rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə icraata başlama haqında qərar qəbul edərək icraata götürülmüşdür.

16. Maraqlı şəxs məhkəməyə ərizə təqdim edərək Qusar rayon məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2(029)-5/2024 saylı qətnaməsi onun maraqlarına toxunduğunu bildirərək həmin qətnamənin surətinin təqdim edilməsini məhkəmədən xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsi ərizənin təmin edilmədən geri qaytarılması barədə qərarda qəbul etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs, ərizəsində Qusar Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2(029)-5/2024 saylı qətnaməsinin onun maraqlarına toxunduğunu hallar barədə məhkəməyə sübutlar təqdim etməmişdir. X2 ərizə ilə yenidən məhkəməyə müraciət etmək və ərizəsində Qusar rayon məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2(029)-5/2024 saylı qətnaməsi onun maraqlarına toxunması barədə sübutlar təqdim etmək imkanına və səlahiyyətinə malikdir.

18. Maraqlı şəxs məhkəmə qərardadından şikayət vermişdir.

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarında qeyd olunamuşdur ki, : Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir.

20. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.

21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Məhkəmə qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(029)-5/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar