Məhkəmə qərarları › İş №2(105)-1798/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1798/2022

18.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1798/2022 18.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(012)-1015/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(012)-1015/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı azyaşlı uşaqları 07 fevral 2015-ci il təvəllüdlü X12 27 sentyabr 2018-ci il təvəllüdlü X29 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 31 saylı evə köçürülməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı uşaqları 07 fevral 2015-ci il təvəllüdlü X21 və 27 sentyabr 2018-ci il təvəllüdlü X29 ilə birlikdə ünvan 2 ünvanında yerləşən 31 saylı evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsində cavabdeh mübahisəli evin əmisinin mülkiyyətində olması barədə məhkəməyə məlumat versə də məhkəmə məsələnin bu tərəfini ümumiyyətlə araşdırmamışdır. İddiaçı iş üzrə gözlənti hüququ olan şəxs kimi göstərilmişdir. Buna əsas kimi də evin sənədsiz olması və iddiaçının orada 12-13 il yaşaması bildirilmişdir. Lakin evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən texniki pasport mövcuddur. Həmin pasport Cavabdeh atasının nənəsinin- İnci Ağayevanın adınadır. Həmin evin yerləşdiyi torpaq sahəsi ilə bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi mövcuddur. X9 vərəsə kimi tanınıb və o, cavabdehin əmisidir. Miras payının bağışlanma müqaviləsinə əsasən digər vərəsələr əmlakları X14 bağışlayıblar və buna dair hüquqları təsdiq edən çıxarış var. X22 xx.xx.2022-ci il tarixdə torpağı həmin çıxarış əsasında X23 alğı-satqı müqaviləsi ilə satıb. Torpağın mülkiyyətçisi var. Cavabdeh həmin evdə müvəqqəti yaşayıb və 3 ildən çoxdur ki, həmin evdə yaşamır. Tərəflərin nikahının pozulma məsələsi həll olunan zaman uşaqların kimin yanında qalmasının müəyyənləşdirilməsi üçün Abşeron Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası 132 nömrəli rəy verib. Həmin rəyin verilməsi məqsədilə tərəflərin mənzilləri müayinə olunub. İddiaçının yaşadığı mənzildə kifayət qədər normal şəraiti var. 12 otaqlı evdir. Bu müayinə aktından da görünür. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(012)-1015/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, Cavabdeh atası və əmisinin valideynləri olmayıb. Evi nənələri onlara ailə başçısını itirməyə görə ödənilən müavinət əsasında tikib. Sonra şəhadətnamə əsasında ev Cəlalın əmisinin adına keçib. Hər iki qardaş öz paylarını sənədləşdirməli idilər. Sadəcə ümumi sənədləşməyə dair sərəncam gözlənildiyindən sənədləşməni dayandırıblar. Torpaq sahəsi 0,024 ha ölçüdədir. Həyətdə bir ev var, iki qardaş arasında faktiki bölünüb. Sayğaclar da ayrıdır. Əri onu iki uşaqla xx.xx.2019-cu ildə qovub. Bütün əşyaları həmin evdə idi. Atasının 12 otaqlı evi var, qardaşınındır, onunla yaşamağa məcbur qalıb. Amma uşaqlarının haqqını verməlidirlər ki, onları normal şəraitdə böyütsün. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(012)-1015/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(012)- 1015/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh ilə 06 aprel 2007-ci il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuş, ünvan 2 ünvanında yerləşən 31 saylı evə gəlin köçmüş, tərəflər həmin evdə yaşayaraq birgə təsərrüfat aparmış, birgə nikahdan 03 iyul 2007-ci il təvəllüdlü Ülkər qızı, 07 fevral 2015-ci il təvəllüdlü Nərmin, 27 sentyabr 2018-ci il təvəllüdlü Ağa dünyaya gəlmiş, iddiaçı sözügedən evi 2019-cu ildə məcburi tərk etmiş, tərəflər həmin mübahisə predmeti olan evdə birgə yaşamış və iddiaçı yaşayış yerinə malik olmağı arzulamışdır Lakin sonradan cavabdehin hüquqdan suiistifadə etməsi nəticəsində iddiaçı bu hüquqdan məhrum olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə işin hallarını tam araşdırmamış, mübahisəli evin kimə məxsus olmasını müəyyən etməmiş, yekunda səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 31 saylı evə köçürülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş texniki pasportdan görünür ki, Saray qəsəbəsi, N.Aslanov küçəsi 31 ünvanında yerləşən fərdi yaşayış evi X18 məxsusdur. İşə əlavə eidlmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, X4 vərəsələri X22, X10, X6, X15, X7r və onların hər biri miras paydan 1/5 irs almalıdır. Miras əmlak **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X5 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,225 ha torpaq sahəsidir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, X10, X6, X15, X2 Əlihüseyn Əzizağa oğlundan miras qalmış paylarını X14 bağışlamışlar. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2250 ha torpaq sahəsinin tam mülkiyyətçisi X16r. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı müqaviləsindən görünür ki, X22 mülkiyyətində olan 0,2250 ha torpaq sahəsinin 0,1125 ha hissəsini X1. İş üzrə tərəflərin izahatında məlum olur ki, mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin sahibi X26 Cavabdeh atası X19 anası, yəni cavabdehin nənəsi olmuş, mübahisəli torpaq sahəsi X17 ölümündən sonra cavabdehin əmisi X4 mülkiyyətinə keçmiş, onun ölümündən sonra torpaq sahəsi Əlihüseyn Ağayevin vərəsələrinin adına keçmiş, digər vərəsələr öz paylarını Solmaz Ağayevaya bağışlamış, torpaq sahəsinin bir hissəsi Solmaz Ağayeva tərəfindən İsa Kazımova satılmışdır. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi və onun üzərində yerləşdiyi torpaq sahəsinin Cavabdeh məxsus olması iş materialları ilə təkzib edlir. Bundan başqa təqdim edilmiş kommunal xərclərə dair qəbzlərdən görünür ki, kommunal xidmətlər X4 adına qeydiyyata alınmışdır. Bununla da bir daha müəyyən edilir ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin Cavabdeh bağlılığı yoxdur. Hazırda iddia tələbi təmin edilərək iddiaçının cavabdehə məxsus olmayan, eləcə də cavabdehin əmisinin ailəsinə və digər şəxsə məxsus olan torpaq sahəsində yerləşən evə köçürülməsi mübahisəli evin və torpaq sahəsinin mülkiyyətçilərinin mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Eyni zamanda, İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən iddiaçının digər şəxslərin mülkiyyətində olan torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə köçürülməsi həmin şəxslərin mülkiyyətinə müdaxiləsi nəticəsində mülkiyyətçilərin davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsində mübahisəli fərdi yaşayış evinin cavabdehə aid olmamasını, bu səbəbdən cavabdehin iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamasına mane yaratmasının qanunsuz olmasını müəyyən etsə də, mübahisəli fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olmasını araşdırmamış, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi qənaətinə gəlməkdə də səhvə yol vermişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda qeyd edilən formada təmin edərkən qeyd edilən xüsusatları araşdırmamış, yekunda iddiaçının iddiasının təmin etməklə səhv nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(012)-1015/2022 nömrəli ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(012)-1015/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar