Məhkəmə qərarları › İş №2(105)-18/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-18/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-18/2022 06.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ 06 aprel 2022-ci il İş № 2(105)-18/2022 Sumqayıt şəhəri Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Zaur İkram oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı iştirakı ilə Şabran Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli, 2(031)-36/2018 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikiayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli, 2(031)-36/2018 nömrəli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsinə dair iddia ərizəsi təmin edilib, JN-143, kod 30407038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkün nömrəsi 143, sahəsi 21322,90 kv.m. olaraq göstərilən torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və 21322,90 kv.m. torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən İddiaçı Müzəffəddin oğluna və ailə üzvlərinə geri qaytarılması, aparılmış ekspertizanın dəyəri 100 (bir yüz) manatın Cavabdeh tutularaq kod 210005, VÖEN **********, muxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesab nömrəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin 08 fevral 2018ci il tarixli, 2(031)-36/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(105)-2276/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Müzəffədin oğlunun Cavabdeh qarşı torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və cavabdehin qanunsuz sahibliyindən onlara geri qaytarılmasına dair iddia tələbinin rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab: AZ34CTRE********************) və mütəxəssis rəyinə görə ödənilməli olan 60 (altmış) manat isə alınaraq Kadastr vçə Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin (“Kapital Bank” 1 saylı Xətai filialı Kod 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ 2X, hesab nömrəsi AZ23AİİB********************, VÖEN: **********) hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2018-ci il tarixli, 2(102)-8461/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2018-ci il tarixli, 2(105)-2276/2018 nömrəli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, JN-143, kod 30407038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə sahəsi 21322.90 kvm olaraq göstərilən torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və 21322.90 kvm torpaq sahəsinin Cavabdeh sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi rayonu Aqrar İslahatı Komissiyasının 26 dekabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə o, X4, X10, X2, X11, X6, X9 və X5 ümumi mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.75 ha torpaq sahəsi verilmiş və “Torpağa mülkiyyət hüququna dair” JN-143, kod 30407038 olan Dövlət aktı verilmişdir. Onlar Dövlət aktında nəzərdə tutulan plan və cizgi əsasında göstərilən torpaq sahəsinə mülkiyyətçi kimi sahiblik və ondan istifadə etmişlər. DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin Şabran rayon şöbəsinə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaq məqsədilə müracit edərkən həmin torpaq sahəsi elektron bazada yoxlanılmış və onlara bildirilmişdir ki. “Torpağa mülkiyyət hüququna dair” JN-143, kod 30407038 olan Dövlət aktı ilə sahəsi 21322.90 kvm olaraq göstərilən torpaq sahəsinin faktiki yerləşdiyi yer ilə dövlət aktının plan və cizgisində göstərilən yer arasında ziddiyyət vardır. Belə ki, onların faktiki mülkiyyətinə verilmiş 2.75 ha torpaq sahəsinin 21322.90 kvm hissəsi Cavabdeh faktiki istifadəsindədir. Onlar cavabdehdən qanunsuz sahibliyindən əmlakı geri tələb etsələr də heç bir nəticəsi olmamışdır. Göründüyü kimi Dövlət aktında 21322.90 kvm. torpaq sahəsinin plan və cizgisi səhv tərtib olunmuş, həmin torpaq sahəsinin sərhədləri naturada səhv müəyyənləşdirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi 08 fevral 2018-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, məhkəmə iclasında iştirak edərək mülkiyyətində olan torpaq sahəsinə dair Dövlət aktını təqdim etmiş, həmin Dövlət aktı ilə ayrılmış torpaq sahəsinin ona və ailə üzvlərinə 20.04.1998-ci il tarixdə verilməsi, həmin torpaq sahəsini təyinatı üzrə istifadə etdiyini bildirmişdir. İddaçının torpaq sahəsinin harada yerləşməsi barədə ona məxsus olan Dövlət aktında qeyd edilməmişdir. Dövlət aktında onun və qonşu torpaq sahiblərinin adları qeyd olunub ki, onlardan biri X7, digər isə X1r. İddiaçıya verilmiş Dövlət aktında isə qonşu torpaq sahəsinin sahibləri kimi başqa şəxslər qeyd edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh 30 yanvar 2021-ci il tarixdə ölmüşdür. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə apellyasiya qaydasında baxılarkən məhkəməyə təqdim olunmuş Şabran rayon qeydiyyat şöbəsinin 09 fevral 2021-ci il tarixli, AZ-İİ seriyalı, 151571 nömrəli ölüm haqqında şəhadətnamədən məlum olur ki, iş üzrə Cavabdeh 30 yanvar 2021-ci il tarixdə “xərçəng” səbəbindən ölmüşdür. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir (MM-nin 24-cü maddəsi). Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır (MMnin 25.1, 25.2-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. İşdən görünür ki, iddia tələbi konkret olaraq Cavabdeh qarşı yönəlmiş və iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərinin naturada yerində müəyyən edilərək cavabdehin qanunsuz sahibliyindən əmlakının geri qaytarılması tələbindən ibarətdir. Hüquq və vəzifələrin başqa şəxsə keçməsinə yol verilməyən öhdəliklərdə, habelə varisliyə yol verməyən hüquq münasibətlərində tərəfin sıradan çıxması həmin öhdəliyin və ya hüquq münasibətlərinin xitamına səbəb olur və belə halda prosessual hüquq varisliyi yarana bilməz. Tərəflər arasındakı mövcud mübahisə hüquq və vəzifələrin başqa şəxsə keçməsinə yol verilməyən hüquq münasibətlərinə aid olduğundan, tərəfin sıradan çıxması həmin hüquq münasibətlərinin xitamına səbəb olur və belə halda prosessual hüquq varisliyi yarana bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsinə dair mülki iş üzrə icraata Cavabdeh öldüyü üçün xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 369, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şabran Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli, 2(031)-36/2018 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsinə dair mülki iş üzrə icraata Cavabdeh öldüyü üçün xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar