Məhkəmə qərarları › İş №2(105)-18/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-18/2023

02.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-18/2023 02.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı. cavabdehlər X4 və Cavabdeh2 iştirakı ilə, Quba Rayon Məhkəməsinin 2(027)-815/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-2120 seriyalı, kod 30319018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus olan 1,39 hektar torpaq sahəsi üzərində yaranmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə 1,39 ha torpaq sahəsi verilmiş və bu barədə JN-2120 seriyalı, kod 30319018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi onlara verildikdən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsinin 0,70 ha hissəsini zəbt etmişlər. Bununla əlaqədar cavabdehlərə etdikləri müraciətlər nəticəsiz qalmışdır. Cavabdehlərin təqsiri üzündən torpaq sahəsinin kordinatlar üzrə müayinəsi də baş tutmamışdır. Mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Quba Rayon Məhkəməsinin 2(027)-815/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pulun iddaçı İddiaçı tutularaq X2nin (Kodu: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab:AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmişdir (hakim Rahim Həsənov) Birinci instansiya məhkəməsi mövgeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona və ailə üzvlərinə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edildiyini iddia etsə də, ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, faktiki vəziyyətdə iddiaçının və cavabdehlərin mülkiyyətində və istifadələrində olan torpaq sahələri üst-üstə düşmür. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə istinad edərəlk əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-815/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Torpağa Mülkiyyət Hüququna dair JN-2120 KOD 30319018 nömrəli Dövlət Aktına əsasən ona və ailə üzvlərinə Quba rayonu, İİ Nügədi kəndi ərazisindən 1,39 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Çıxarış alınması üçün müraciət etmiş, maraqlandıqda bilmişdir ki, torpaq sahələri cavabdehlər tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş torpaq sahəsinin müəyyən edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmə özəl şirkət tərəfindən verilmiş rəyə əsasən qətnamə qəbul etmişdir. Həmin rəyi əsaslı hesab etmir. Məhkəmə işi araşdırmamış, özəl mütəxəssis rəyi əsasında qərar vermişdir, b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərini müdafiə edib, vəsatətlə müraciət edərək göstərdi ki, Torpağa Mülkiyyət Hüququna dair JN-2120 KOD 30319018 nömrəli Dövlət Aktı, hazırkı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli və xx.xx.2020-ci il tarixli ********** nömrəli Çıxarışlara əsasən Quba rayonu, İ Nügədi kəndində İddiaçı və ailə üzvlərinə verilmiş 1,39 ha (0,49 + 0,89) torpaq sahələrinin koordinatları daxilində cavabdehlər tərəfindən zəbt edilib-edilməməsinin, iddiaçının həmin torpaq sahəsinin koordinatları daxilində istifadə edib-etməməsinin müəyyən edilməsi üçün iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr İdarəsinin və 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri ilə kompleks məhkəmə ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ölçmə işləri aparılmış, torpağın koordinaları müəyyən edilmiş, zəbt olunması göstərilmişdir. Apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)- 815/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X4 izahatında bildirdi ki, ekspert rəyinə əsasən zəbt etdiyi 0,018 ha torpaq sahəsindən çıxmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahatında bildirdi ki, ekspert rəyinə əsasən zəbt etdiyi 0,018 ha torpaq sahəsindən çıxmasına etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətindən görünür ki, iddiaçı qətnaməni bütövlükdə mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası qətnaməni bütövlükdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarını tım, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş JN-2120 seriyalı, kod 30319018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə Quba rayonu, İ Nügədi kəndi ərazisindən 1,39 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş JN-2087 seriyalı, kod 30319018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cavabdeh1 və onun ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə Quba rayonu, İ Nügədi kəndi ərazisindən 1,16 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş JN-2088 seriyalı, kod 30319018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, X1 Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə Quba rayonu, İ Nügədi kəndi ərazisindən 0,23 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2019cu il tarixli, 22958 nömrəli rəyində qeyd olunmuşdur ki, JN-2120 seriyalı, kod 30319018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və digərlərinin mülkiyyətində olan 1,39 ha torpaq sahəsi cavabdehlərə məxsus JN-2087 seriyalı, kod 30319018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 1,16 ha torpaq sahəsi və JN-2088 seriyalı, kod 30319018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 0,23 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Həmçinin iddiaçının istifadə etdiyi torpaq sahəsi cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Mübahisəli torpaq sahəsinin zəbt edilməsi iddiaçı tərəfindən mübahisələndirilmiş, iş üzrə ekspertiza təyin edilərək zəbt edilmiş torpaq sahəsinin müəyyən edilməsi xahiş edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/1534 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi A.Paşayevin mütəxəssis rəyində qeyd edilir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli və xx.xx.2020-ci il tarixli ********** nömrəli Çıxarışlara əsasən Quba rayonu, İ Nügədi kəndində İddiaçı və onun ailə üzvlərinə verilmiş 1.39 ha (0.49+0.89) torpaq sahələrinin yerdə (naturada) müəyyən edilmiş sərhədləri həmin torpaq sahəsinin planına və torpaqların elektron kadastr uçotu informasiya sisteminə uyğun gəlir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli və xx.xx.2020-ci il tarixli ********** nömrəli Çıxarışlara əsasən Quba rayonu, İ Nügədi kəndində İddiaçı və onun ailə üzvlərinə verilmiş 1.39 ha (0.49+0.89) torpaq sahələrinin koordinatları daxilində İddiaçı və onun ailə üzvləri tərəfindən istifadə edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli və xx.xx.2020-ci il tarixli ********** nömrəli Çıxarışlara əsasən Quba rayonu, İ Nügədi kəndində İddiaçı və onun ailə üzvlərinə verilmiş 1.39 ha torpaq sahəsinin 0.89 ha hissəsində torpaqların elektron kadastr uçot informasiya sisteminə əsasən cavabdeh tərəfindən istifadə edilmə mövcud deyil, lakin 0.49 ha torpaq sahəsinin 0.247 ha hissəsi iddiaçı və ailə üzvləri tərəfindən istifadə edilir, həmin torpaq sahəsinin (0.49 ha) cənub-şərq tərəfindən 0.018 ha hissəsi cavabdehlər tərəfindən, qərb istiqamətində isə 0.225 ha hissəsi digər şəxslər tərəfindən istifadə edilir. Qeyd- 0.49 ha torpaq sahəsinin cənub şərq tərəfindən 0.018 ha hissəsi cavabdehlər tərəfindən istifadə edilsə də, torpaq sahəsinin şimal-şərq istiqamətində cavabdehin sənəd üzrə torpaq sahəsinin 0,006 ha hissəsi iddiaçı tərəfindən istifadə edilir. Bununla da müəyyən edilir ki, iddiaçı və ailə üzvlərinə məxsus 1,39 ha torpaq sahəsinin 0,49 ha hissəsinin 0,018 ha hissəsi cavabdehlər tərəfindən, qərb istiqamətində isə 0,225 ha hissəsi başqa şəxslər tərəfindən istifadə edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər iddiaçı və ailə üzvlərinə məxsus 0,49 ha torpaq sahəsinin cənub-şərq tərəfindən 0,018 hissəsini zəbt etmişlər. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsinin 0,49 ha hissəsinin cənub-şərq tərəfindən 0,018 ha hissəsi cavabdehlər tərəfindən zəbt edildiyindən, iddiaçı həmin torpaq sahəsi üzərində qanunveridfiliklə qorunan hüquqlarını həyata keçirə bilmədiyindən torpaq sahəsinin həmin hissəsi üzərində cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinə əsasən iddiaçı və ailə üzrlərinə məxsus torpaq sahəsinin 0,49 ha hissəsinin qərb istiqamətində 0,225 ha hissəsi başqa şəxslər tərəfindən zəbt edilmişdir. Göründüyü kimi torpaq sahəsinin 0,225 ha hissəsi cavabdehlər tərəfindən deyil, qeyri – müəyyən şəxslər tərəfindən zəbt edilmişdir. Belə olan halda iddia tələbi qeyd edlən hissədə təmin edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin şəxslərə qarşı məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, torpaq sahəsinin 0,49 ha hissəsinin cənub-şərq tərəfindən 0,018 ha hissəsi üzərində cavabdehlər tərəfindən yarandılmış maneələr aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçının dəlilləri ekspert rəyi ilə qismən təsdiq edilmişdir. Məhkəmə kollegyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, nəticədə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə işin hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Bu da qətnamənin ləğvi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qeyd edilən hissəsi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və yekunda səhv nəticəyə gəlmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-815/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçı və ailə üzvlərinə məxsus 1,39 ha torpaq sahəsinin 0,49 hissəsinin cənub-şərq tərəfindən 0,018 ha hissəsi üzərində cavabdehlər tərəfindən yarandılmış maneələr aradan qaldırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-815/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli və xx.xx.2020-ci il tarixli ********** nömrəli Çıxarışlara əsasən Quba rayonu, İ Nügədi kəndində İddiaçı və onun ailə üzvlərinə verilmiş 1.39 ha torpaq sahəsinin 0.49 ha hissəsinin cənub-şərq tərəfindən 0.018 ha hissəsi üzərində cavabdehlər X4 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 25 manatı İddiaçı, 25 manatı cavabdehlər X4 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar