Məhkəmə qərarları › İş №2(105)-180/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-180/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-180/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödəniş gününə olan məzənnə ilə 82189.79 ABŞ dolları (səksən iki min yüz səksən doqquz ABŞ dolları, yetmiş doqquz sent) əsas borc, 45456.21 ABŞ dolları (qırx beş min dörd yüz əlli altı ABŞ dolları, iyirmi bir sent) faiz borcu və 500 (beş yüz) ABŞ dolları cərimə borcunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin ipoteka predmetləri olan Cavabdeh1 mülkiyyətində olan Xaçmaz şəhəri, X9 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə, Cavabdeh2 mülkiyyətində olan ünvan 2ndə xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və onun üzərindəki 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinə, Cavabdeh2 mülkiyyətində olan ünvan 3ndə yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakların hərracda satılması, onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 01.12.2014-cü il tarixli 011R********** saylı kredit razılaşması üzrə 82189.79 ABŞ dolları (səksən iki min yüz səksən doqquz dollar, yetmiş doqquz sent) əsas borc, 45456.21 ABŞ dolları (qırx beş min dörd yüz əlli altı dollar, iyirmi bir sent) faiz borcu və 500 (beş yüz) ABŞ dolları cərimə borcu, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 63 (altmış üç) manat məbləğində pulun tutularaq İddiaçı QSC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Xaçmaz şəhəri, X9 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində, ünvan 2ndə Cavabdeh2 mülkiyyətində olan 0.0265 ha torpaq sahəsi və onun üzərindəki 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 110.000 (yüz on min) manat, Cavabdeh2 mülkiyyətində olan ünvan 3ndə mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 82.000 (səksən iki min) manat məbləğində müəyyən edilməsi, Xaçmaz şəhəri, X9 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə həyətyanı tikili və qurğulara tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə, onlar həmin evdən çıxarılması, ev və evin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi, ünvan 2ndə xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə, onlar həmin evdən çıxarılması, ev və evin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi, ünvan 3ndə mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə, onlar həmin evdən çıxarılması, ev və evin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi, Əmlak Ekspert Mərkəzinin ekspertiza xərclərinə dair bildirişə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pulun İddiaçı QSC-dən tutularaq “Əmlak Ekspert Mərkəzi”MMC-nin VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, "xxxx" MMC-nin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 270 (iki yüz yetmiş) manat məbləğində pulun İddiaçı QSC-dən tutularaq "xxxx" MMC-nin VÖEN **********, Hesab N AZN: AZ15GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13.04.2021-ci il tarixli məktubuna əsasən yaşayış evlərinin bazar dəyərinin qiymətləndirilməsinə görə 720 (yeddi yüz iyirmi) manat pulun İddiaçı QSC-dən tutularaq, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin VÖEN **********, KapitalBank Xaçmaz filialı, Kod 20062, müxbir hesab: AZ37NABZ**********0000001944, VÖEN (bank)-**********, S.W.İ.F.T. BİK AİİBAZ 2x, Hesab № AZ40AİİB**********66002031 hesabına köçürülməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürlüməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir (hakim İlkin Xəlilov). Qətnamədən İddiaçı QSC tərəfindən apelyasiya şikayəti verilərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsinin qismən, “ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti və qiymətləndirmə ekspertizasının tədqiqatının dəyərinin bütövlükdə İddiaçı QSC-yə aid edilməsi hissələrində ləğv edilərək, əmlakların likvid dəyərinin hesabatlara uyğun formada müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyərinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə-011R********** saylı kredit razılaşması üzrə 153568,94 ABŞ dolları məbləğində kredit borcu, 26396,70 ABŞ dolları məbləğində faiz borcu və 51285,50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 231251,14 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönləndirilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin Xaçmaz şəhəri, X9 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə tərkibindəki həyətyanı tikili və qurğulara; ünvan 2ndə xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinə; ünvan 3ndə mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evlərinin və torpaq sahələrinin açıq hərracdan satılması və cəmi 231251,14 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönləndirilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması, Xaçmaz şəhəri, X9 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə həyətyanı tikili və qurğulara tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi, ünvan 2ndə xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi, ünvan 3ndə mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianın həcminin artırılmasına dair ərizəsindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nə 011R********** saylı kredit razılaşması üzrə 147589,94 ABŞ dolları məbləğində kredit borcu, 45456,21 ABŞ dolları məbləğində faiz borcu və 94727,08 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 287773,23 ABŞ dolları məbləğində borcu vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Ağamirov Mirağa Mirbəşir oğlu apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetlərinin ilkin satış qiyməti və ekspert xərclərinin təşkilatdan tutulması hissəsində mübahisələndirir. Belə ki, ekspertiza rəylərində ipoteka predmetinin bazar dəyəri barədə məlumat verilmiş, həmin əmlakların likvid dəyəri müəyyən edilməmişdir. Əmlakların likvid dəyərinin müəyyən edilməsi barədə vəsatət təmin edilməmişdir. Hesab edir ki, ipoteka predmetini olan əmlakların ilkin satış qiyməti onların likvid dəyərinə əsasən müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Doru ki, ipoteka predmeti olan əmlakların likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetlərinin ilkin satış qiyməti və ekspert xərclərinin təşkilatdan tutulması hissəsində mübahisələndirir. Belə ki, ekspertiza rəylərində ipoteka predmetinin bazar dəyəri barədə məlumat verilmiş, həmin əmlakların likvid dəyəri müəyyən edilməmişdir. Əmlakların likvid dəyərinin müəyyən edilməsi barədə vəsatət təmin edilməmişdir. Hazırda müəyyən edilmiş qiymətlərlə razıdır. Apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsinin qismən, “ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti və qiymətləndirmə ekspertizasının tədqiqatının dəyərinin bütövlükdə İddiaçı QSC-yə aid edilməsi hissələrində ləğv edilərək, əmlakların likvid dəyərinin hesabatlara uyğun formada müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyərinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığınışübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik vəçəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat apellyasiya şikayətində “ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti və qiymətləndirmə ekspertizasının tədqiqatının dəyərinin bütövlükdə İddiaçı QSC-yə aid edilməsi hissələrində ləğv edilərək, əmlakların likvid dəyərinin hesabatlara uyğun formada müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyərinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bu səbədən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və ekspertiza tədqiqatının dəyərinə dair hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə, yəni ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Xaçmaz şəhəri, X9 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində, ünvan 2ndə Cavabdeh2 mülkiyyətində olan 0.0265 ha torpaq sahəsi və onun üzərindəki 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 110.000 (yüz on min) manat, Cavabdeh2 mülkiyyətində olan ünvan 3ndə mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 82.000 (səksən iki min) manat məbləğində müəyyən edilməsi və Əmlak Ekspert Mərkəzinin ekspertiza xərclərinə dair bildirişə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pulun, "xxxx" MMC-nin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 270 (iki yüz yetmiş) manat məbləğində pulun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13.04.2021-ci il tarixli məktubuna əsasən yaşayış evlərinin bazar dəyərinin qiymətləndirilməsinə görə 720 (yeddi yüz iyirmi) manat pulun İddiaçı QSC-dən tutulmasına dair hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 22.04.2008-ci tarixli 11L000000215 saylı kredit xətti müqaviləsindən müəyyən olunur ki, həmin müqaviləyə əsasən Cavabdeh1 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan tərəflər arasında imzalanmış 11.04.2013-cü il tarixli 215 saylı sazişdən müəyyən olunur ki, kredit xətt müqaviləsinə əlavələr edilmiş, kredit xəttinin məbləği müddəti artırılaraq müvafiq olaraq, 500000 ABŞ dolları və 179 ay müəyyən edilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış 01.12.2014-cü il tarixli 11L********** saylı kredit razılaşmasından müəyyən olunur ki, Cavabdeh1 60 ay müddətinə aylıq faiz dərəcəsi 1.4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 180000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 11R**********S saylı sazişdən müəyyən olunur ki, tərəflərin imzaladıqları sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı 27.11.2014cü il tarixli 011M**********02 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, Xaçmaz şəhəri, X9 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri 56000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan RX 0524054№ li Çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, X9 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin tərkibindəki həyətyanı tikili və qurğularla Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan ipoteka verən Cavabdeh2 iddiaçı ilə bağladığı 27.11.2014cü il tarixli 011M**********01 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ünvan 2ndə xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.myaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 80000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan RX 0524035№ li Çıxarışdan müəyyən olunur ki, ünvan 2ndə xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan ipoteka verən Cavabdeh2 iddiaçı ilə bağladığı 11.04.2013cü il tarixli 011M000000244 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ünvan 3ndə mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 32953 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan RX 0159870№ li Çıxarışdan müəyyən olunur ki, ünvan 3ndə mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 ilə bağlanmış 11.04.2013-cü il tarixli 11S000003650 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar cəmiyyətinə 01.12.2014-cü il tarixli 11R********** saylı kredit razılaşması üzrə 153568,94 ABŞ dolları əsas kredit borcu, 26396,70 ABŞ dolları faiz borcu və 51285,50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 231251,14 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Əmlak Ekspertiza Mərkəzinin 12.06.2017-ci il tarixli rəyindən müəyyən olunur ki, Xaçmaz şəhəri, X9 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin 12.06.2017-ci il tarixinə baxar qiyməti 64500 manat, ünvan 2ndə xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 120500 manat, ünvan 3ndə mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin bazar qiyməti isə 84500 manat təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianın həcminin artırılmasına dair ərizəsindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nə 011R********** saylı kredit razılaşması üzrə 147589,94 ABŞ dolları məbləğində kredit borcu, 45456,21 ABŞ dolları məbləğində faiz borcu və 94727,08 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 287773,23 ABŞ dolları məbləğində borcu vardır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianın həcminin artırılmasına dair ərizəsindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nə 011R********** saylı kredit razılaşması üzrə 147589,94 ABŞ dolları məbləğində kredit borcu, 45456,21 ABŞ dolları məbləğində faiz borcu və 94727,08 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 287773,23 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2018-ci il tarixli, 29086 saylı rəyindən müəyyən olunur ki, iş materiallarında olan sənədlərə əsasən Cavabdeh1 01 dekabr 2014-cü il tarixli, 011R********** saylı kredit müqaviləsi üzrə banka 147589,94 ABŞ dolları məbləğində əsas borcu, 45456,21 ABŞ dolları məbləğində faiz borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 23.01.2020-ci il tarixli komisyon ekspertiza rəyindən müəyyən olunur ki, Xaçmaz şəhəri, X9 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin 12.06.2017-ci il tarixinə bazar qiyməti 67000 manat, ünvan 2ndə xüsusi mülkiyyətdə olan 0.0265 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 120000 manat, ünvan 3ndə mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin bazar qiyməti isə 90500 manat təşkil edir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəməyə təqdim etdiyi 31.05.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hazırda kredit müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 82189.79 ABŞ dolları əsas kredit borcu, 45456.21 ABŞ dolları faiz borcu, 94727.08 ABŞ dolları cərimə olmaqla, cəmi 222373 ABŞ dolları 08 sent məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18.09.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, **********92-10301 reyestr saylı, **********92-10301 reyestr saylı, **********30-10301 reyestr saylı fərdi yaşayış evlərinin 11.09.2020-ci il tarixinə bazar dəyəri, ünvan 3ndə 82.000,00 (səksən iki min), Xaçmaz şəhəri, X9 Sabir küçəsində 65 000,00 (altmış beş min), ünvan 2ndə 110.000,00 (bir yüz on min) manat təşkil edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə və «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. İş materiallarından görünür ki, apelyant birinci istansiya məhkəməsinin qətnaməsini ipoteka predmetlərinin ilkin satış qiyməti və ekspert xərclərinin təşkilatdan tutulması hissəsində mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətini müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Məhkəmə kollegiyasının qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş üzrə «B+Ş» Audit Konsaltinq MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, X9 küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 65.000 AZN və likvid dəyəri 55.000 AZN, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 92 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti 55.000 AZN və likvid dəyəri 45.000 AZN, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti 65.000 AZN və likvid dəyəri 55.000 AZN müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən ipoteka predmeti olan əmlaklarının dəyərinin likvid qiymətlə müəyyən edilməsini qanunauyğun hesab edir və birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Bundan başqa iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən əmlakların qiymətləndirilməsinə dair ekspertiza xərclərini yalnız iddiaçıdan tutulmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Belə ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərcləri tərəflər arasında müştərək qaydada bölünməlidir. Apellyasiya şikayətində iddiaçı ekspertiza tədqiqatının dəyərinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməsini xahiş etsə də, məhkəmə kollegiyası xərclərin müştərək qaydada bölünməsini daha münasib hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə - ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Xaçmaz şəhəri, X9 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində, ünvan 2ndə Cavabdeh2 mülkiyyətində olan 0.0265 ha torpaq sahəsi və onun üzərindəki 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 110.000 (yüz on min) manat, Cavabdeh2 mülkiyyətində olan ünvan 3ndə mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 82.000 (səksən iki min) manat məbləğində müəyyən edilməsi və Əmlak Ekspert Mərkəzinin ekspertiza xərclərinə dair bildirişə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pulun, "xxxx" MMC-nin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 270 (iki yüz yetmiş) manat məbləğində pulun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13.04.2021-ci il tarixli məktubuna əsasən yaşayış evlərinin bazar dəyərinin qiymətləndirilməsinə görə 720 (yeddi yüz iyirmi) manat pulun İddiaçı QSC-dən tutulmasına dair hissəsində dəyişdirilməli, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, X9 küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 55.000 AZN, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 92 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 45.000 AZN, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 55.000 AZN müəyyən edilməli, Əmlak Ekspert Mərkəzinin ekspertiza xərclərinə dair bildirişə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 300 (üç yüz) manat, "xxxx" MMC-nin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 270 (iki yüz yetmiş) manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13.04.2021ci il tarixli məktubuna əsasən yaşayış evlərinin bazar dəyərinin qiymətləndirilməsinə görə 720 (yeddi yüz iyirmi) manat pul tərəflərdən müştərək qaydada tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının apellyasiya şikayəti qismən təmin olunsun. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-4/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə- - ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Xaçmaz şəhəri, X9 küçəsində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.6 kv.m yaşayış, 17.1 kv.m yardımçı, 78.7 kv.m ümumi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində, ünvan 2ndə Cavabdeh2 mülkiyyətində olan 0.0265 ha torpaq sahəsi və onun üzərindəki 2 mərtəbəli, 4 otaqlı, 66.8 kv.m yaşayış, 21.0 kv.m yardımçı, 87.8 kv.m ümumi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 110.000 (yüz on min) manat, Cavabdeh2 mülkiyyətində olan ünvan 3ndə mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.4 kv.m yaşayış, 37.2 kv.m yardımçı sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 82.000 (səksən iki min) manat məbləğində müəyyən edilməsi və Əmlak Ekspert Mərkəzinin ekspertiza xərclərinə dair bildirişə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pulun, "xxxx" MMC-nin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 270 (iki yüz yetmiş) manat məbləğində pulun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13.04.2021-ci il tarixli məktubuna əsasən yaşayış evlərinin bazar dəyərinin qiymətləndirilməsinə görə 720 (yeddi yüz iyirmi) manat pulun İddiaçı QSC-dən tutulmasına dair hissəsində dəyişdirilsin. Cavabdeh1 məxsus Xaçmaz şəhəri, X9 küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 55.000 AZN, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 92 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 45.000 AZN, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 55.000 AZN müəyyən edilsin. Əmlak Ekspert Mərkəzinin ekspertiza xərclərinə dair bildirişə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 300 (üç yüz) manat, "xxxx" MMC-nin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 270 (iki yüz yetmiş) manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13.04.2021-ci il tarixli məktubuna əsasən yaşayış evlərinin bazar dəyərinin qiymətləndirilməsinə görə 720 (yeddi yüz iyirmi) manat pul tərəflərdən müştərək qaydada tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar