Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1802/2023 15.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: mənzildən çıxarılma və mənzilin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), XNN və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili VəkilN, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev rayon Mənzil İstismar Hissəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N(060)-N5N1/N0N3 qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh ona məxsus H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev NA-da yerləşən 8 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin tam olaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. N. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev NA-da yerləşən ümumi sahəsi 17 kvadrat metr olan 8 saylı mənzil order əsasında ona məxsusdur. Həmin mənzil köhnə yataqxana binasında yerləşir. Cavabdeh ilə uzun müddət qonşu olmuşlar. X5 sonra o, ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsinə köçməyə qərar vermiş, bu zaman qonşuları olan cavabdeh əlil övladı olduğunu, onunla məşğul olmaq üçün fərdi müəllim tutduğunu, lakin ev şəraiti yaxşı olmadığına görə çətinlik çəkdiyini bildirərək ona məxsus mənzili müvəqqəti olaraq onun istifadəsinə verməsini ondan xahiş etmişdir. O da heç bir kirayə və digər ödəniş almadan həmin mənzildən özləri qayıdana qədər onun istifadə etməsinə narazılıq etməmişdir. Həmin zaman onların çox yaxşı münasibətləri olmuşdur. N003-cü ildə o, iki övladı ilə birlikdə sözügedən yataqxanaya qayıtmalı olmuşdur. Bu zaman mənzilini cavabdehdən tələb etdikdə o, özünəməxsus 14 saylı mənzili ona təklif edərək müvəqqəti olaraq orada məskunlaşmasını xahiş etmişdir. Səbəb olaraq isə göstərmişdir ki, ona məxsus olan 8 saylı mənzil və özünün yaşadığı 9 saylı mənzil qonşuluqda yerləşdiyi üçün uşağının bütün şəraitini bu formada uyğunlaşdırmışdır. Mənzili qaytarmaq ona çətinlik yaradır. Hal-hazırda N0 ilə yaxın bir müddətdir ki, o 14 saylı mənzildə məskunlaşmış və özünə məxsus olan 8 saylı mənzildən istifadə edə bilmir. Yaşının çox olması ilə əlaqədar gələcəkdə vərəsələrinə miras əmlakın qalması üçün mənzili özəlləşdirmək niyyətindədir. Bununla bağlı müvafiq quruma müraciət etmişdir. Mənzilin qaytarılması ilə bağlı bu yaxınlarda cavabdehə müraciət etsə də ona kəskin formada mənzili qaytarmayacağını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh ona məxsus H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev NA-da yerləşən 8 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin tam olaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz verilərək iddianın əsassız olması səbəbindən təmin edilməməsi xahiş edilmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N(060)-N5N1/N0N3 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev NA-da yerləşən 8 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılması, Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Aynur Behbudova).
5. Məhkəmə müəyyən etmişdir ki, tədqiq edilən sənədlərdən göründüyü kimi, SSRİ Müdafiə Nazirliyi Zaqafqaziya Hərbi Dairəsi Nasoslu rayon Mənzil İstismar Hissəsinin 37/1095 nömrəli, 30 avqust 198N-ci il tarixli orderindən görünür ki, İddiaçı adına 17-ci kvartal, ev NA, 8 nömrəli mənzil onun adına verilmişdir. Mübahisəli H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev NA-da yerləşən 8 saylı mənzil qanuni əsaslarla İddiaçı istifadəsinə keçmiş və adı çəkilən order əsasında qeydiyyata alınmışdır. Mübahisəli mənzilin order əsasında iddiaçının manesiz istifadə və yaşamaq hüququ cavabdeh tərəfindən işin mübahisə edilməyən halı olaraq (qarşılıqlı razılıq əsasında digər yaşayış ünvanında 14 saylı mənzildə yaşayaraq) yaşadığı ünvanı tərk etməsi cavabdehin müdaxiləsi və hazırda etiraz edərək mənzildən çıxmaması üçün əsas yaratmır. Bundan əlavə cavabdeh tərəfindən iddia tələbinə etiraz edərək gətirdiyi dəlillər iddia tələbinin əsaslılığına xələl gətirməyərək, etirazın əsasları təsdiq olunmamış, verilmiş iddia tələbinin etirafı kimi qiymətləndirilərək, iddiaçının iddia tələbinin hüquqi əsasının sübut olunmasına şərait yaratmışdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili orderin protokol əsasında ayrılmasını mübahisələndirərək, ayrılmış “8” və “9” saylı mənzillərin orderdə nömrənin göstərilməməsi barədə gətirdiyi əsas qanuni hesab edilməyərək, iddia tələbinin sübuta yetirilməməsi üçün əsas deyildir. Göründüyü kimi qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış, mülkiyyət hüququndan məhrum edilməsə də həmin hüquqların tam həyata keçirilməsinə maneçilik törədilir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 15N.5, 157.4, 178.1, N03.1, 3N9.1, 337.1, 337.3, 337.4, Mənzil Məcəlləsinin (xx.xx.N009-cu il tarixədək qüvvədə olan) 51, 53, 54, 99-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N(060)-N5N1/N0N3 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, qanunvericilik normaları mübahisəyə düzgün tətbiq edilməmiş, iş üzrə bütün mühüm əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamışdır. Qətnamədən görünür ki, işə baxan məhkəmə iş materiallarında olan sənədlərə, iddiaçı tərəfindən təqdim olunmuş sübutlara və məhkəmə iclasında tədqiq edilən hallara əsaslanaraq, İddiaçı order əsasında ayrılmış mənzilə köçməsi, sonra oranı tərk etməsini, cavabdeh ilə şifahi, qarşılıqlı razılaşma əsasında digər yaşayış ünvanında 14 saylı mənzildə yaşaması, cavabdehin mübahisəli mənzildə hansı əsaslarla yaşaması, onun mənzilə hər hansı hüququnun yaranması işin mübahisəsiz halları hesab edərək, iddiaçının mülkiyyət hüquqlarının pozulması, cavabdehin mənzidə hansı əsaslarla yaşaması, onun mənzilə hər hanası hüququnun yaranmasının müəyyən edilməməsi nəticəsinə gələrək, tərəflər arasında yaranmış mübahisəyə Konstitusiyanın 13-cü maddəsinin 1-ci hissəsi, Mülki Məcəllənin 178.1., N03.1.,157.4.,15N.5-ci, Mənzil Məcəlləsinin 51, 53, 54, 99-cu maddələrini, İnsan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsini tətbiq etmişdir. Lakin işin mübahisəsiz hesab etdiyi halları iş materiallarında olan hansı sənədlərlə, iddiaçının təqdim etdiyi hansı sübutlarla və məhkəmə iclasında tədqiq etdiyi hansı hallarla təsdiq olunduğunu göstərməmişdir. İddiaçı həmin sübutları iddia ərizəsinə əlavə etməmiş, nümayəndəsi isə məhkəməyə iddiaçının mübahisələndirdiyi mənzilə köçüb və daha sonra mənzildə yaşaması, digər yaşayış sahəsində iddiaçının cavabdehlə qarşılıqlı razılaşma əsasında yaşaması barədə izahatını təsdiq edən heç bir sübut təqdim etməmişdir. İşə baxan məhkəmə isə iddiaçının mübahisələndirdiyi mənzilə nə vaxt köçməsini, nə vaxt və hansı səbəbdən mənzili tərk etməsini, qarşılıqlı razılaşmanın nə vaxt əldə olunmasını, hansı sübuta əsasən müəyyən etməsini və hansı sübuta əsasən 14 saylı mənzildə yaşamasını qətnamədə göstərməmişdir. Mənzil-İstismar Hissəsinin arxivində iddiaçının orderdə göstərilmiş mənzilə köçüb və yaşamasını təsdiq edən hər hansı bir sənəd yoxdur. İş materiallarında iddiaçı ilə cavabdehin qarşılıqlı razılaşması əsasında iddiaçının digər yaşayış ünvanında 14 saylı mənzildə yaşamasını təsdiq edən sübut yoxdur və o həmin mənzildə yaşamır. Bu səbəbdən MİH tərəfindən 198N-ci ildən 1990-ci ilə qədər onun mübahisələndirdiyi mənzildə və daha sonra bu günədək 14 saylı mənzildə yaşamasını təsdiq edən arayış verilməmişdir. Cavabdehin mübahisəli mənzildə hansı əsaslarla yaşamasını, onun mənzilə hər hansı hüququnun yaranmasının müəyyən edilməməsi işin mübahisəsiz halına gəldikdə MİH və Həmkarlar ittifaq komitəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.N000-ci il tarixli 3 nömrəli protokol ilə “Tağıyev-3” hərbi şəhərciyi Kurçatov küçəsi, NA saylı iki otaq göstərilməklə 9 saylı mənzil (hazırda yeni ünvanı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Ç.Qurbanov küçəsi ev NA mənzil 9) Cavabdeh verilməsini təsdiq edən protokolu məhkəməyə təqdim edib. Göründüyü kimi məhkəmənin mübahisəsiz hesab etdiyi hallarla bağlı nəticəsi faktlara söykənmir, subyektiv mülahizəsinə əsaslanır. Bununla da məhkəmə Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin, ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur. Qətnamədə məhkəmə həmçinin göstərir ki, mübahisəli mənzilin order əsasında iddiaçının manesiz istifadə və yaşamaq hüququ cavabdeh tərəfindən işin mübahisə edilməyən halı olaraq (qarşılıqlı razılıq əsasında digər yaşayış ünvanında 14 saylı mənzildə yaşayaraq) yaşadığı ünvanı tərk etməsi cavabdehin müdaxiləsi və hazırda etiraz edərək mənzildən çıxmaması üçün əsas yaratmır. Bundan əlavə cavabdeh tərəfindən iddia tələbinə etiraz edərək gətirdiyi dəlillər iddia tələbinin əsaslılığına xələl gətirməyərək, etirazın əsasları təsdiq olunmamış, verilmiş iddia tələbinin etirafı kimi qiymətləndirilərək, iddiaçının iddia tələbinin hüquqi əsasının sübut olunmasına şərait yaratmışdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili orderin protokol əsasında ayrılmasını mübahisələndirərək, ayrılmış “8” və “9” saylı mənzillərin orderdə nömrənin göstərilməməsi barədə gətirdiyi əsas qanuni hesab edilməyərək, iddia tələbinin sübuta yetirilməməsi üçün əsas deyildir. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin order əsasında iddiaçının manesiz istifadə və yaşamaq hüququ cavabdeh tərəfindən işin mübahisə edilməyən halıdır. Belə nəticə çıxır ki, cavabdeh iddiaçının həmin hüququnu tanıyır. Halbuki, iddianı qəbul etməyərək, iddiaçının bu hüququnu tanımayaraq, etirazını bildirmişdi. Etirazın əsaslarının təsdiq olunmamış hesab etməsini verilmiş iddia tələbinin etirafı kimi qiymətləndirməsi etiraz sözü ilə etiraf sözünü bir-birindən fərqləndirə bilmədiyini, hər iki ifadənin mənasını başa düşmədiyini, ifadənin yerində işlədilməməsini, sübutların qiymətləndirməsinin qüsurlu olduğunu göstərir. Orderin yazılmasına əsas olan MİH və MİS həmkarlar ittifaq komitəsinin qərarının nömrəsinin yazılmadığını bildirmişdi. Məhkəmə mənzilin iddiaçıya orderlə, cavabdehə protokolla verilməsini nəzərdə tutursa bu uğurlu müqayisə deyildir. Belə olan halda hər bir sənədə, iddia tələbinin və etirazın əsaslarına işin halları və işdə olan sübutlar üzrə Mənzil Məcəlləsinin normalarına əsasən qiymət verməli idi. Bildirir ki, məhkəmə cavabdehə protokol ilə mənzil ayrılmasına maddi hüquq normalarına uyğun qanuni, yaxud qanunsuz verilməsinə münasibət və qiymət verməmişdir. Cümlənin davamında orderdə nömrənin göstərilməməsi dəlilini qanunsuz hesab etsə də, bu zaman hansı qanuna əsaslandığını göstərməmişdir. İddiaçı cavabdehin mübahisəli mənzildən çıxarılması tələbini əsaslandıran hal kimi məhkəməyə order və mənzildə qeydiyyatda olması barədə “Asan xidmət” Mərkəzindən aldığı arayışı təqdim etmişdir. Bildirir ki, Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil İstismar Hissəsində onu H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi ev NA saylı ev 8 saylı mənzildə qeydiyyatı yoxdur. Müdafiə Nazirliyi 1 saylı Mənzil- İstismar Sahəsindən həmin ünvanda qeydiyyatı olub yaşaması barədə arayış almadan, yalnız orderi Sumqayıt şəhər Pİ-nə təqdim edib qanunsuz olaraq xx.xx.N004-cü il tarixdən həmin ünvan üzrə qeydiyyata alınmışdır. Müdafiə Nazirliyi Tağıyev rayon XN3, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Müdafiə Nazirliyi Tağıyev rayonu Mənzil İstismar Hissəsinin Həmkarlar Komitəsin möhürü ilə təsdiq edilmiş xx.xx.N000-ci il tarixli 3 nömrəli protokol ilə “Tağıyev-3” hərbi şəhərciyi Kurçatov küçəsi, NA saylı iki otaq göstərilməklə 9 saylı mənzil (hazırda yeni ünvanı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Ç.Qurbanov küçəsi ev NA mənzil 9) Cavabdeh verilmişdir. Araşdırma zamanı Cavabdeh 1990-cı ilin may ayından bu günədək ailə üzvləri ilə birlikdə iki otaqlı Hacı Zeynalabdin qəsəbəsi, Ç.Qurbanov küçəs ev NA mənzil 9-da yaşayır. 1№-li MİH-nin xx.xx.N0N3-cü il tarixli arayışından görünür ki, Cavabdeh Ç.Qurbanov küçəsi ev NA mənzil 9 ünvanda qeydiyyatdadır və yaşayır. 1 №-li MİH-nin xx.xx.N0N3-cü il tarixli arayışından görünür ki, həmin mənzildə onunla yanaşı əri X1N, oğlu X8, XN yaşayır. Müəyyən edilmişdir ki, Cavabdeh əri Cəbrayıl Məmmədov 1 №-li MİH-də uzu müddət qaynaqçı işləmişdir. XN4 1 №-li MİH-də fəhlə işləyir. XN6 uzun müddətdir “N” saylı hərbi hissənin hərb qulluqçusudur. N016-cı il döyüşləri və N0N0-ci il 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, müharibə veteranıdır. İddiaçı ərizəsində birinci Qarbağ müharibəsindən sonra ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsinə köçməyə qərar verdiklərini, N003-cü ildə iki uşağı ilə yataqxanaya qayıtmasını, nümayəndəsi isə məhkəmədə iddiaçının 1995-ci ildə mübahisəli mənzili tərk etməsini, N001-ci ildə yataqxanaya qayıtmasını bildirmişdir. Yalan olduğu üçün hər ikisi mübahisəli mənzili tərk etmələrini və yataqxanaya qayıtmaları müddətlərini fərqli göstərmişlər. MİH-nin arayışından görünür ki, yaşadığı 1990-cı ildən N0NN-ci ilin dekabr ayının sonunadək mübahisəli mənzilin kirayəsi və məişət tullantılarının daşınmasına görə ödənişləri cavabdeh tərəfindən ödənilmişdir. Göründüyü kimi iddiaçı və nümayəndəsinin göstərdikləri vaxt mübahisəli mənzili tərk etməsi həmin arayışla təkzib olunur. İddiaçının 14 saylı mənzildə yaşamır, yaşaması heç bir sübutla təsdiq olunmur və həqiqətə uyğun deyil. 14 saylı mənzildə yaşamadığı üçün ona 1 saylı Mənzil İstismar Sahəsindən həmin faktı təsdiq edən arayış verilməmişdir. O, Sumqayıt şəhərində bildirmədiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının ərizəsində cavabdeh ilə uzun müddət qonşu olmasını, mənzili müvəqqəti olaraq ona verməsini, N003-cü ildə yataqxanaya qayıdarkən mənzilini tələb etməsini, cavabdeh özünəməxsus 14 saylı mənzili ona verməsini göstərməsi həqiqətə uyğun deyil, heç bir sübutla təsdiq olunmur. Qeyd etdiyi kimi 1990-cı ilin may ayında 8 və 9 saylı mənzillər boş olmuş, hər iki mənzildə heç bir əmlak olmamış, həmin vaxt cavabdeh ailə üzvləri ilə hər iki otağa köçərək özlərinə məxsus əmlakları hər iki otaqda yerləşdirmişlər. İddiaçını tanımır, cavabdehlə qonşu olmamış, 8 saylı otağını müvəqqəti istifadə üçün ona verməmişdir. N000-ci ildən iki otaqlı 9 saylı mənzil MİH tərəfindən qanuni əsaslarla cavabdehə verilmişdir. 14 saylı mənzili zəbt etsə idi ona 9 saylı iki otaq verilməzdi. Göründyü kimi işin bu faktiki halı ilə onun iddia ərizəsində göstərdiyi hallar təkzib olunur. N003-cü ildə mübahisəli binaya qayırtsa idi 8-9 saylı mənzilin cavabdehə verildiyini bilərdi. Ərizəsindən görünür ki, yaşının çox olması ilə əlaqədar qələcəkdə vərəsələrinə miras əmlakın qalması üçün mənzili özəlləşdirmək niyyətindədir. Bu məqəsədlə xx.xx.N0N3-cü ildə məkkəməyə müraciət etmişdir. İddiaçının tələbini qəbul etmədiyi, hüquqlarının pozulmadığını hesab etdiyi üçün cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verməmişdir. İşə baxan məhkəmə isə orderdə göstərildiyi vaxtdan 41 il sonra iddiaçının hüquqlarının pozulduğu hesab edərək tələbini təmin etmiş, lakin qüvvədən düşmüş Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət üç il olmasına və həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən məcburi tətbiq olunmasına baxmayaraq, həmin normaları tətbiq edib iddianı rədd etməmişdir. Məhkəmənin iş üzrə nəticəsi faktlara əsaslanmadığına, subyektiv mülahizələrə əsaslandığı üçün hüquq normasının seçilməsində səhvə yol verilmişdir. Bu hal məhkəmənin MPM-nin N17.3-cü maddəsinin tələbini pozduğunu, qəbul etdiyi qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığını göstərir. Bununla da məhkəmə qətnamənin qanuni və əsaslı olması barədə Azərbaycan Respublikasının N17.1.-ci maddəsinin tələbini pozmuşdur. Belə qətnamə isə həmin Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, özü üçüncü şəxs, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev rayon Mənzil İstismar Hissəsinin əməkdaşıdır, 1997-ci ildən orada işləyir. 1990-cı ildən mübahisəli mənzildə yaşayır, əri hərbçi olub. İddiaçını indiyə kimi görməyib. Oğlu Vətən müharibəsi iştirakçısıdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətimin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03.07 N0N3-cü il tarixli, N(060)-N5N1/N0N3 qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının iddia tələbinin əsası kimi ərizəyə order əlavə edilmişdir. Həmin orderdən görünür ki, o SSRİ Müdafiə Nazirliyi Zaqafqaziya ərazi idarəsinin mübahisəli əraziyə dair Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.198N-ci ildə verilmişdir. İddiaçı nə hərbi hissədə xidmət etməmiş, nə də işləməmişdir. Qətnamə tamamilə məhkəmənin subyektiv mülahizələrinə əsaslanır. Cavabdeh, əri və övladları 1990-cı ilin may ayından mübahisəli iki boş otaqda yaşayır. 8 və 9 saylı mənzil barədə bir ünvan kimi qeyd aparılıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03.07 N0N3-cü il tarixli, N(060)-N5N1/N0N3 qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. 1N. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili nümayəndə və vəkili VəkilN apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, hazırda səsləndirilən məsələlər hamısı birinci instansiya məhkəməsində müzakirə olunub. Cavabdehin dəlilləri əsassızdır. İddiaçının mənzildə müəyyən müddət yaşamaması cavabdehə həmin mənzilə formal mülahizələr əsasında icazəsiz daxil olaraq yaşamaq hüququ vermir. Mənzil 199N- 1995-ci illərdə boş olduğuna görə cavabdeh mənzilə girib və yaşayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03.07 N0N3-cü il tarixli, N(060)-N5N1/N0N3 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev rayon Mənzil İstismar Hissəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, mübahisəli mənzil təmsil etdiyi orqanın balansında olmaqla xidməti mənzildir. Cavabdeh onların işçisidir, müəssisədə uzun illərdir çalışır, 3 övladı var. Oğlu da Vətən Müharibəsi iştirakçısıdır və cavabdehin himayəsində olmaqla onunla birlikdə həmin ünvanda yaşayır. Mənzilin orderi İddiaçı adına olsa da heç vaxt həmin ünvana gəlməyib və orada yaşamayıb. Xidməti mənzili özəlləşdirmək qanunsuzdur. Daha sonra göstərdi ki, 14 saylı mənzil iddiaçıya verilib. Müəssisənin mühəndisləri dəfələrlə ora getsələr də iddiaçını orada görməyiblər. 14 saylı mənzil iddiaçıya tərəflər arasındakı razılıq əsasında verilib. İddiaçının orderi olduğunu təkzib etmir. Amma həmin mənzil hərbçilər üçündür. Mühəndislər bildirir ki, iddiaçı mənzilə gəlib-getməyib. Verilən məlumata görə cavabdeh 1990-cı ildən həmin ünvanda yaşayır. İdarədə Mənzil Fondunun müdiri bildirdi ki, mübahisəli mənzilin kommunal xərclərini cavabdeh ödəyir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03.07 N0N3-cü il tarixli, N(060)- N5N1/N0N3 qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq
14..Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 15N.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. N03.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 3N9.1-ci maddəsinə əsasən əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
16. xx.xx.N009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 99-cu maddəsinə əsasən yaşayış sahəsi orderi almış şəxslərin hüquqa uyğun olmayan hərəkətləri nəticəsində order etibarsız hesab edildikdə, bu şəxslər digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Orderdə göstərilmiş vətəndaşlar əvvəllər dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən istifadə etmişlərsə, onlara əvvəl qaldıqları yaşayış sahəsi və ya digər yaşayış sahəsi verilməlidir.
17. İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir.
18. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.). Beləliklə məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N4 noyabr N005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının N.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
N0. Mülki Prosessual Məcəllə 14.N. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. N17.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. N18.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 384.0.N. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri N1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi NN. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N(060)-N5N1/N0N3 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. N3. İş materiallarında olan SSRİ Müdafiə Nazirliyi Zaqafqaziya Hərbi Dairəsi Nasoslu rayon Mənzil İstismar Hissəsinin 37/1095 nömrəli, 30 avqust 198N-ci il tarixli orderindən görünür ki, İddiaçı adına 17-ci kvartal, NA nömrəli ev, 8 nömrəli mənzil onun adına verilmişdir. N4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. N5. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu xx.xx.N0N3-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayonu Mənzil-X14 N70 və N94 nömrəli sorğular göndərmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayonu Mənzil İstismar Hissəsinin xx.xx.N0N3-cü il tarixli, 51N nömrəli göndərilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, İddiaçı Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsində işləməmişdir. İddiaçı verilmiş 37/1095 nömrəli, 30 avqust 198N-ci tarixli order sənədinin verildiyi hissənin komandanlığı və müvafiq həmkarlar İttifaqı Komitəsinin birgə qərarı barədə hər hansı sənəd Mənzil- İstismar Hissəsinin arxivində yoxdur. Həmin orderdə qərarın nömrəsi göstərilməmişdir. Onun Sumqayıt şəhəri, Nasoslu qəsəbəsi, Kurçatov küçəsi, NA saylı evin 8 saylı mənzildə yaşamasını təsdiq edən sənəd Mənzil-İstismar Hissəsinin arxivində yoxdur. Sözü gedən illərdə tərtib edilmiş qərarların və protokolların saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Araşdırma zamanı onun həmin mənzildə yaşama sı müəyyən edilməmişdir. Cavabdeh 10 noyabr 1997-ci il tarixdən Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil İstismar Hissəsinin 1 nömrəli Mənzil İstismar sahəsində texnik vəzifəsində işləyir. Müdafiə Nazirliyi Tağıyev Rayon Mənzil İstismar Hissəsi, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Müdafiə Nazirliyi Tağıyev Rayonu Mənzil İstismar Hissəsinin Həmkarlar Komitəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.N000-ci il tarixli, 3 nömrəli protokol ilə “Tağıyev3” hərbi şəhərciyi, Kurçatov küçəsi, N (8) saylı otaq göstərilməklə 9 saylı mənzil Cavabdeh verilmişdir. Sözü gedən illərdə tərtib edilmiş qərarların və protokolların saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Buna görə həmin sənəd Mənzil-İstismar Hissəsinin arxivində yoxdur. Araşdırma zamanı Cavabdeh 1990-cı ilin may ayından bu günədək ailə üzvləri ilə birlikdə iki otaqlı Hacı Zeynalabdin qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev N A, mənzil 9-da yaşayır. Bildirilir ki, İddiaçı və Cavabdeh adına Ç.Qurbanov küçəsi, ev NA, mənzil 14 ünvanına qeyd olunmuş hər hansı bir sənəd yoxdur. Ç.Qurbanov küçəsi, ev NA, mənzil 8, 9 ünvanına olan mənzil kirayəsi və məişət tullantılarının daşınmasına görə ödəniş yaşadığı gündən N0NN-ci ilin dekabr ayının sonunadək Cavabdeh tərəfindən ödənilmişdir. ünvan 6 ünvanı ünvan 7yış sahəsi kimi 1957-ci ildən Müdafiə Nazirliyinin balansındadır. N6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil- İstismar hissəsinin xx.xx.N0N3-cü il tarixli, 16 nömrəli arayışından görünür ki, mülki işçi Cavabdeh 10 noyabr 1997-ci il tarixdən 1 nömrəli Mənzil-İstismar sahəsində texnik vəzifəsində işləyir. N7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil- İstismar hissəsinin xx.xx.N0N3-cü il tarixli, 17 nömrəli arayışından görünür ki, xx.xx.N0N3cü il tarixli, N70 nömrəli sorğuya cavab olaraq bildirilir ki, İddiaçı Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsində işləməmişdir. N8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil- İstismar hissəsinin xx.xx.N0N3-cü il tarixli, 90 nömrəli arayışından görünür ki, Hacı Zeynalabdin qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev NA, mənzil 14 ünvanına N0NN-ci ilin dekabr ayının sonunadək mənzil haqqı və məişət tullantılarının daşınmasına görə ödənişi İddiaçı etmişdir. N0N3-cü ilin yanvar ayından isə ödənişi Çərkəz Qurbanov küçəsi, ev NA mənzil 6 ünvanına etmişdir. Hacı Zeynalabdin qəsəbəsi, Çərkəz Qurbanov küçəsi, ev NA, mənzil 8,9 ünvanına N0NN-ci ilin dekabr ayının sonunadək mənzil haqqı və məişət tullantılarının daşınmasına görə ödənişi X6 etmişdir. N9. Hacı Zeynalabdin qəsəbəsində Hacıyev Mehriban, Rəcəbova Nigar, Salmanova Zivər, Qədimov Vüqar, Bəbirova İzzət, Niftəliyeva Gülxanım, Ağaliyev Sahib, Quliyeva Gülnarə, Qəhrəmanova Səmayə, Paşayev İmaməddin qızı tərəfindən xx.xx.N0N3-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Hacı Zeynalabdin qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev NA, mənzil 8,9 ünvanında Məmmədova (Bahəddinova) Qızxanım Cəlal qızı ailəsi ilə birlikdə 1990-cı ilin may ayından etibarən yaşayırlar. Cavabdeh 1997-ci il oktyabr ayından Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli Mənzil İstismar Sahəsində dalandar vəzifəsində işləmişdir. N004-cü ilin oktyabr ayının 1-dən hazırki zamana qədər bu idarədə texnik vəzifəsində işləmişdir. Həyat yoldaşı X1N 1 nömrəli Mənzil-İstismar sahəsində uzun müddət qaynaqçı vəzifəsində işləmişdir. X3 uzun müddətdir ki, N saylı hərbi hissənin hərbi qulluqçusudur. N016-cı il aprel döyüşləri və N0N0-ci il 44 günlük müharibə iştirakçısı olmuş, müharibə veteranıdır. XN N017-ci il tarixdən N0NN-ci ilin sonunadək 1 nömrəli Mənzil-İstismar sahəsində işləmişdir. Halhazırda Cavabdeh ailəsi ilə birlikdə göstərilən ünvanda yaşayır. Bütün kommunal xərclərini özü ödəyir. X10 Ç.Qurbanov küçəsi, ev NA, mənzil 8 ünvanında həqiqətən də heç bir zaman yaşamamışdır.
30. Mənzil-Məişət Komissiyası tərəfindən verilmiş 3 saylı protokoldan görünür ki, məsələ ilə bağlı mənzil komissiyasının üzvü çıxış edərək bildirmişdir ki, 1 saylı işlər idarəsindən xx.xx.1996-cı il tarixli, 1N4 saylı məktubla X1 yaşayış sahəsinə ehtiyac barədə müraciət etmiş və yataqxana Kurçatov küçəsi, ev N A, mənzil 9 ünvanının boş olması bildirilərək onun ora yerləşdirilməsini xahiş etmişdir. X1 yataqxana Kurçatov küçəsi, ev N A, mənzil 9 ünvanındakı sahəsi 36,5 kvadrat metr olan N otaqlı yataqxanaya yerləşdirilməsi təklif olunmuşdur. Təklif isə yekdilliklə qəbul olunmuşdur.
31. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil- İstismar hissəsinin 1 nömrəli Mənzil-İstismar Sahəsinin xx.xx.N0N3-cü il tarixli, N99 nömrəli arayışından görünür ki, Cavabdeh Ç.Qurbanov küçəsi, ev NA, mənzil 9 ünvanında qeydiyyatdadır və yaşayır. 3N. Ailə tərkibi haqqında arayışdan görünür ki, Ç.Qurbanov küçəsi, ev NA, mənzil 9 ünvanında yaşayan vətəndaş Cavabdeh ailə üzvləri 3 nəfərdən ibarət olmaqla onlar- 1959-cu il təvəllüdlü həyat yoldaşı X1N, 1986-cı il təvəllüdlü oğlu X8, 1990-cı il təvəllüdlü XNdır.
33. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil- İstismar hissəsinin xx.xx.N0N3-cü il tarixli, 511 nömrəli sorğuya cavab olaraq verilmiş məlumatından görünür ki, Cavabdeh 10 noyabr 1997-ci l tarixdən Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli Mənzil-İstismar sahəsində texnik vəzifəsində işləyir. İddiaçı dediyinə görə yoldaşı XN0 hərbi zavodda işlədiyi müddətdə Ç.Qurbanov küçəsi, ev NA, mənzil 8 ünvanına order sənədi verilmişdir. Yoldaşı rəhmətə getdikdən sonra 198N-ci ildə order onun adına keçirilmişdir. “Tağıyev-3” hərbi şəhərciyi, Ç.Qurbanov küçəsi, ev NA, mənzil 8 ünvanı 37/1095 nömrəli, 30 avqust 198N-ci il tarixli order sənədi əsasında İddiaçı, “Tağıyev-3” hərbi şəhərciyi, Ç.Qurbanov küçəsi, ev NA, mənzil 9 ünvanı ünvanı xx.xx.N000-ci il tarixli 3 nömrəli protokol sənədi əsasında Cavabdeh məxsusdur. İddiaçı, Cavabdeh adına Ç.Qurbanov küçəsi, ev NA, mənzil 14 ünvanına heç bir sənəd yoxdur.
34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin N saylı Sumqayıt Ərazi İdarəsinin 10 mart N0N3-cü il tarixli, 3-N1-3-31/N-819/N0N3 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə arayışdan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
35. İşin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər.
36. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən göründüyü kimi, SSRİ Müdafiə Nazirliyi Zaqafqaziya Hərbi Dairəsi Nasoslu rayon Mənzil İstismar Hissəsinin 37/1095 nömrəli, 30 avqust 198N-ci il tarixli orderindən görünür ki, İddiaçı adına 17-ci kvartal, ev NA, 8 nömrəli mənzil verilmişdir. Mübahisəli H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev NA-da yerləşən 8 saylı mənzili qanuni əsaslarla İddiaçı istifadəsinə keçmiş və adı çəkilən order əsasında onun adına qeydiyyata alınmışdır. Mübahisəli mənzilin order əsasında iddiaçının manesiz istifadə və yaşamaq hüququ cavabdeh tərəfindən işin mübahisə edilməyən halı olaraq (qarşılıqlı razılıq əsasında digər yaşayış ünvanında 14 saylı mənzildə yaşayaraq) yaşadığı ünvanı tərk etməsi cavabdehin müdaxiləsi və hazırda etiraz edərək mənzildən çıxmaması üçün əsas yaratmır. Bundan əlavə cavabdeh tərəfindən iddia tələbinə etiraz edərək gətirdiyi dəlillər iddia tələbinin əsaslılığına xələl gətirməyərək, etirazın əsasları təsdiq olunmamış, verilmiş iddia tələbinin etirafı kimi qiymətləndirilərək, iddiaçının iddia tələbinin hüquqi əsasının sübut olunmasına şərait yaratmışdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili orderin protokol əsasında ayrılmasını mübahisələndirərək, ayrılmış “8” və “9” saylı mənzillərin orderdə nömrənin göstərilməməsi barədə gətirdiyi əsas qanuni hesab edilməyərək, iddia tələbinin sübuta yetirilməməsi üçün əsas deyildir. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış, mülkiyyət hüququndan məhrum edilməsə də həmin hüquqların tam həyata keçirilməsinə maneçilik törədilir. Bütün qeyd olunanları nəzərə alaraq məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbinin əsası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut olunduğundan iddia tələbi təmin edilməlidir. N7. Məhkəmə hesab etmişdir ki, işin mübahisəsiz halı İddiaçı order əsasında ayrılmış mənzilə köçməsi iş materialları əsasında təsdiq olunmuşdur. Cavabdeh etirazının əsası məhkəmə tərəfindən əsassız hesab edilərək, qanunvericiliyin tələbinə ziddir. Belə ki, order əsasında olan mənzillərin heç bir hüquqi əsası olmadan şifahi razılaşma əsasında (iddiaçının yaşamaması və sair) cavabdehin gətirdiyi dəlilləri əsaslı hesab etməyərək, iddiaçının mənzildə müəyyən müddət yaşamaması həmin mənzilə özbaşına daxil olaraq formal mülahizələrlə yaşamaq hüququ vermir. Bu baxımdan məhkəmə iddia tələbini əsaslı saymaqla, mübahisələndirilən iddiaçıya order əsasında ayrılmış mənzildən Cavabdeh əşyaları ilə birlikdə çıxarılması və mənzilin tam olaraq boşaldılması qənaətinə gəlir. Məhkəmə iş materiallarında olan sənədlərə əsasən bu qənaətə gəlmişdir ki, iddiaçının order əsasında ayrılmış mənzilə köçməsi onun mənzilə dövlət qeydiyyatına alınmaqla təsdiq edilmiş, bundan əlavə cavabdehin mübahisəli mənzildə hansı əsaslarla yaşaması, onun mənzilə hər hansı hüququnun yaranması müəyyən edilmir. N8. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. N9. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür.
30. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. 40.Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq iddia tələbi təmin edilməli, H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev NA-da yerləşən 8 saylı mənzildən Cavabdeh əşyaları ilə birlikdə çıxarılmalı və mənzil boşaldılmalıdır.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmır. 4N. Belə ki, iş materiallarından görünür ki, ünvan 8 ünvanı ünvan 9 sahəsi kimi 1957-ci ildən Müdafiə Nazirliyinin balansındadır.
43. İş materiallarında olan SSRİ Müdafiə Nazirliyi Zaqafqaziya Hərbi Dairəsi Nasoslu rayon Mənzil İstismar Hissəsinin 37/1095 nömrəli, 30 avqust 198N-ci il tarixli orderdən görünür ki, İddiaçı adına 17-ci kvartal, NA nömrəli ev, 8 nömrəli mənzil onun adına verilmişdir.
44. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.N004-cü il tarixdən ünvan 10 ünvanında qeydiyyatdadır.
45. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil İstismar hissəsinin xx.xx.N0N3-cü il tarixli, 90 nömrəli arayışından görünür ki, Hacı Zeynalabdin qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev NA, mənzil 14 ünvanına N0NN-ci ilin dekabr ayının sonunadək mənzil haqqı və məişət tullantılarının daşınmasına görə ödənişi İddiaçı etmişdir. N0N3-cü ilin yanvar ayından isə ödənişi Çərkəz Qurbanov küçəsi, ev NA mənzil 6 ünvanına etmişdir. Hacı Zeynalabdin qəsəbəsi, Çərkəz Qurbanov küçəsi, ev NA, mənzil 8,9 ünvanına N0NN-ci ilin dekabr ayının sonunadək mənzil haqqı və məişət tullantılarının daşınmasına görə ödənişi X6 etmişdir.
46. İş materiallarında olan arayışlardan görünür ki, Məmmədova (Bahəddinova) Qızxanım Cəlal qızı ailəsi ilə birlikdə 1990-cı ilin may ayından etibarən yaşayırlar.
47. İddiaçının iddia ərizəsindən görünür ki, o, X5 sonra ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsinə köçməyə qərar vermiş, bu zaman qonşuları olan cavabdeh əlil övladı olduğunu, onunla məşğul olmaq üçün fərdi müəllim tutduğunu, lakin ev şəraiti yaxşı olmadığına görə çətinlik çəkdiyini bildirərək ona məxsus mənzili müvəqqəti olaraq onun istifadəsinə verməsini ondan xahiş etmişdir. O da heç bir kirayə və digər ödəniş almadan həmin mənzildən özləri qayıdana qədər onun istifadə etməsinə narazılıq etməmişdir. Həmin zaman onların çox yaxşı münasibətləri olmuşdur. N003-cü ildə o, iki övladı ilə birlikdə sözügedən yataqxanaya qayıtmalı olmuşdur. Bu zaman mənzilini cavabdehdən tələb etdikdə o, özünəməxsus 14 saylı mənzili ona təklif edərək müvəqqəti olaraq orada məskunlaşmasını xahiş etmişdir. Səbəb olaraq isə göstərmişdir ki, ona məxsus olan 8 saylı mənzil və özünün yaşadığı 9 saylı mənzil qonşuluqda yerləşdiyi üçün uşağının bütün şəraitini bu formada uyğunlaşdırmışdır. Mənzili qaytarmaq ona çətinlik yaradır. Hal-hazırda N0 ilə yaxın bir müddətdir ki, o 14 saylı mənzildə məskunlaşmış və özünə məxsus olan 8 saylı mənzildən istifadə edə bilmir.
48. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi bildirdi ki, mənzil boş olduğuna görə cavabdeh mübahisəli mənzilə girib və yaşayıb.
49. İş materialları ilə müəyyən olunur ki, iddiaçı təxminən 1990-cı illərdən order əsasında ona verilmiş 8 saylı mənzildən çıxmış, N003-cü ildə yataqxanaya qayıtmış, ancaq 14 saylı mənzildə yaşamışdır. Müdafiə Nazirliyi Tağıyev Rayon Mənzil İstismar Hissəsi, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Müdafiə Nazirliyi Tağıyev Rayonu Mənzil İstismar Hissəsinin Həmkarlar Komitəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.N000-ci il tarixli, 3 nömrəli protokol ilə “Tağıyev3” hərbi şəhərciyi, Kurçatov küçəsi, N (8) saylı otaq göstərilməklə 9 saylı mənzil Cavabdeh verilmişdir.
50. İş materiallarından müəyyən olunur ki, iddiaçının özünün razılığı ilə cavabdeh mübahisəli mənzilə köçmüş, N003-cü ildə ora qayıtmaq istəmiş, cavabdehin xahişinə əsasən 14 saylı mənzildə yaşamışdır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı xx.xx.N004-cü il tarixdə mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Lakin illər ərzində iddiaçı cavabdehə qarşı hər hansı bir iddia qaldırmamış, onun oradan çıxmasını tələb etməmişdir.
51. Azərbaycan Respublikası MPM-nin N17.N-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 5N. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, münasibətlər həmin dövrdə qüvvədə olan (N009-cu ilədək qüvvədə olan) Mənzil Məcəlləsinin müddəaları ilə tənzimlənməlidir.
53. Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə əsasən icarədar və ya ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır.
54. Həmin Məcəllənin 87-ci maddəsinin N-ci bəndinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiklə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
55. İş materiallarından da görünür ki, iddiaçı təxminən 1990-cı illərdən mübahisəli mənzildən çıxmış, N003-cü ildən isə 14 saylı mənzildə yaşayır. Yəni qeyd edilən qanunvericiliyin tələblərinə əsasən iddiaçının mübahisəli mənzilə hüququ itirilmiş hesab oluna bilər.
56. Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil verilir.
57. Həmin Məcəllənin 106-cı maddəsinin tələblərinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər.
58. Yəni qanunvericiliyin tələblərinə görə xidməti mənzillər və yataqxanalar işlədiyi dövr ərzində vətəndaşlara verilən yaşayış sahələridir.
59. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı mübahisəli mənzili gələcəkdə vərəsələrinə miras əmlakın qalması məqsədilə özəlləşdirmək niyyətindədir. Bu da bir daha onu təsdiq edir ki, iddiaçının həmin mənzildə yaşamaq məqsədi yoxdur, sadəcə gələcədə miras əmlak kimi özəlləşdirmək istəyir.
60. Birinci insansiya məhkəməsi iddianı təmin edərkən ona istinad etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində məneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanı məhdudlaşdırılır.
61. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququ qeydə alınmamışdır və həmin mənzil Müdafiə Nazirliyinin balansındadır. 6N. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsini qətnaməsinin ləğvi üçün əsaslı hesab edilməlidr.
63. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N(060)-N5N1/N0N3 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, idida tələbi təmin edilməməlidir.
64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.N, 39N və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N(060)-N5N1/N0N3 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən N ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən N (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.