Məhkəmə qərarları › İş №2(105)-1805/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1805/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1805/2024 03.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin ləğv edilməsi və mənzilə görə ödənilmiş pul məbləğinin hazırki bazar qiymətinə uyğun hesablanıb qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-225/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MTK tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin e-2(012)-225/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə “Abşeron-A1" Mənzil Tikinti Kooperativi arasında 5 fevral 2020-ci il tarixdə bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi, Cavabdeh MTK-dan 88700 manat pulun tutularaq İddiaçı qaytarılması, iddia ərizəsinin verilməsini görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir(hakim Mirnəsir Mirhəsənli). Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil2 həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə (vəsatətlə) məhkəməyə müraciət etmişdir. Ərizə (vəsatət) onunla əsaslandırılmışdır ki, mənafeyinə birbaşa toxunan, xəbəri və iştirakı olmadan qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(012)-225/2024 nömrəli qətnaməsinin rəsmi qaydada hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK-na göndərilməsinə göstəriş verilməsi barədə xx.xx.2024-cü il tarixdə məhkəmənin sədrinə müraciət edilmişdir. Araşdırılma nəticəsində məlum olmuşdur ki, qeyd edilən məhkəmə qətnaməsi hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK-nın “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh MTK inşa etdiyi yaşayış binasını sonuncu dəfə dörd il bundan əvvəl dövlət komissiyasının istismara qəbul aktına əsasən təhvil vermişdir və dörd ildən artıqdır ki, tikinti fəaliyyəti göstərmir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020ci il tarixli **********189850 saylı Səyyar vergi yoxlaması aktına əsasən maliyyə sanksiyasının tətbiq edilməsi ilə əlaqədar hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK-nın fəaliyyəti həmin vaxtdan faktiki olaraq dondurulmuşdur. Hazırda bununla bağlı Sumqayıt İnzibati Məhkəməsinə müvafiq iddia ərizəsi ilə müraciət edilmişdir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh MTKnın sədri Əbilfət Dadaşovun xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar təmsilçi Fuad Hadılının bu vəzifəyə təyin edildiyi xx.xx.2024-cü il tarixədək kooperativin fəaliyyətində müvəqqəti durğunluq yaranmışdır. Göstərilənlərlə əlaqədar hüquqlarını müdafiə etdiyi Cavabdeh MTK-nın “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetindən istifadə edilməmiş və qətnamənin orada yerləşdirilməsindən məlumatsız olmuşlar. Cavabdeh MTK-nın“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə mülki iş üzrə məhkəmə baxışının vaxtı və yeri haqqında məhkəmə bildirişləri ümumiyyətlə, daxil olmamışdır. Daha sonra “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə sənədlərinin çatdırılmasını və rəsmi qaydada verilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Pposessual Məcəlləsinin 135.6-cı maddəsinin göstərişinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər orada qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Adıçəkilən məhkəmə qətnaməsinin qəbul edilməsi Cavabdeh MTK-nın təmsilçisinə xx.xx.2024-cü il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2024-cü il tarixdə daxil olan xx.xx.2024-cü il tarixli e-2(012)-225/2024 nömrəli məktubundan məlum olmuşdur. Cavabdeh MTK-nın mənafeyinə birbaşa toxunan adıçəkilən məhkəmə qətnaməsi qəbul edilənədək iddia ərizəsinə etiraz etməməsi, məhkəmə iclasına gəlib ona münasibətini bildirməməsi, indiyədək ondan apellyasiya şikayətini verməməsi və bununla da qənamənin qanuni qüvvəyə minməsini və icraya yönəldilməsi vaxtını gözləməsi qətiyyən ağlabatan və inandırıcı deyildir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-225/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil2 Abşeron Rayon Məhkəməsinin e-2(012)-225/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilmiş, Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil2 Abşeron Rayon Məhkəməsinin e-2(012)-225/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Mirnəsir Mirhəsənli). Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil2 qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə verilməsi aktiv fəaliyyət kimi qiymətlədirilə bilməz. Eyni zamanda iş materiallarında vergi bəyannaməsi kimi sənəd yoxdur. Məhkəmə cavabdehə nə sms, nə bildiriş göndərmişdir. Elektron kabinetin idarəçiliyi mərhum sədrdə olmuşdur. Ərizəyə əlavə edilmiş AZ-İİ 429781 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə ürəyin aterosklerotik xəstəliyi diaqnozundan Bakı şəhərində ölmüşdür. Beləliklə apellyasiya şikayətinin müddətinə dair bərpa ərizəsində yazılanlar tam əksini tapır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2024-cü il tarixdə daxil olan xx.xx.2024-cü il tarixli e-2(012)- 225/2024 nömrəli məktuba əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-225/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsindən aydın olmuşdur ki, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı müqavilənin ləğv edilməsi və pulun tutulması tələbinə dair iddia ərizəsi həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(012)-225/2024 nömrəli qətnaməsi ilə təmin edilmişdir. Mənafeyinə birbaşa toxunan, xəbəri və iştirakı olmadan qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixlie-2(012)-225/2024 nömrəli qətnaməsinin rəsmi qaydada Cavabdeh MTK-ya göndərilməsinə göstəriş verilməsi barədə xx.xx.2024-cü il tarixdə məhkəmənin sədrinə müraciət edilmişdir. Araşdırılma nəticəsində məlum olmuşdur ki, qeyd edilən məhkəmə qətnaməsi Cavabdeh MTK-nın “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh MTK inşa etdiyi yaşayış binasını sonuncu dəfə dörd il bundan əvvəl dövlət komissiyasının istismara qəbul aktına əsasən təhvil vermişdir və dörd ildən artıqdır ki, tikinti fəaliyyəti göstərmir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020ci il tarixli **********189850 saylı Səyyar vergi yoxlaması aktına əsasən maliyyə sanksiyasının tətbiq edilməsi ilə əlaqədar cavabdeh "xxxx" MTK-nın fəaliyyəti həmin vaxtdan faktiki olaraq dayandırılmışdır. Hazırda bununla bağlı Sumqayıt İnzibati Məhkəməsinə müvafiq iddia ərizəsi ilə müraciət edilmişdir. Bunlardan əlavə, Cavabdeh MTK-nın sədri Əbilfət Dadaşovun xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar təmsilçi Fuad Hadılının bu vəzifəyə təyin edildiyi xx.xx.2024-cü il tarixədək kooperativin fəaliyyətində müvəqqəti durğunluq yaranmışdır. Göstərilənlərlə əlaqədar Cavabdeh MTKnın “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetindən istifadə edilməmiş və qətnamənin orada yerləşdirilməsindən məlumatsız olmuşlar. Eyni zamanda Cavabdeh MTK-nın “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə mülki iş üzrə məhkəmə baxışının vaxtı və yeri haqqında məhkəmə bildirişləri ümumiyyətlə daxil olmamışdır. Daha sonra “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə sənədlərinin çatdırılmasını və rəsmi qaydada verilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinin göstərişinə əsasən,“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər orada qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qanunun bu imperativ normasının tələbinə əsaslanaraq beilə nəticəyə gəlmək olur ki, mülki işlər üzrə işdə iştirak edən şəxslərə dair məhkəmə sənədlərinin təkcə həmin şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməsi bu sənədlərin həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılması kimi qiymətləndirilə bilməz. Çünki, qanunun istinad etdiyim normasının göstərişinə uyğun olaraq, bundan ötrü həm də işdə iştirak edən şəxslərə bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalıdır. Məlumatın çatdırılma vasitəsi isə həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) təmin edilməlidir. Nəzərə alınmalıdır ki, qeyd edilən məhkəmə qətnaməsinin cavabdeh "xxxx" MTK-nın təmsilçisinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilməsinə dair məhkəmə tərəfindən həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) məlumat çatdırılmamışdır. Adıçəkilən məhkəmə qətnaməsinin qəbuledilməsi Cavabdeh MTK-nın təmsilçisinə xx.xx.2024-cü il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2024-cü il tarixdə daxil olan xx.xx.2024-cü il tarixli, e-2(012)-225/2024 nömrəli məktubdan məlum olmuşdur. Cavabdeh MTK-nın mənafeyinə birbaşa toxunan adıçəkilən məhkəmə qətnaməsi qəbul edilənədək iddia ərizəsinə etiraz etməməsi, məhkəmə iclasına gəlib ona münasibətini bildirməməsi, indiyədək ondan apellyasiya şikayətini verməməsi və bununla da qənamənin qanuni qüvvəyə minməsini və icraya yönəldilməsi vaxtını gözləməsi qətiyyən ağlabatan və inandırıcı deyildir. Yuxarıda istinad olunan faktlar və hallara əsasən, qeyd edilən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsinin səbəbi üzrlü sayıla bilər. Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, e-2(012)-225/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 225/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MTK tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Mirnəsir Mirhəsənli). Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instasniya məhkəməsinin qərardadı ləğv edilməklə ərizəyə baxılması üçün iş birincii instasniya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. AR Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etmiş, lakin qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə cavabdeh tərəfindən iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsinin araşdırılması zəruridir. Cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, elektron kabinetin idarəçiliyi mərhum sədrdə olmuş, o isə xx.xx.2024cü il tarixdə vəfat etmişdir. Buna görə də məhkəmə proseslərindən məlumatları olmamışdır. İş materiallarında olan "xxxx" MTK-nın Ümumi yığıncağının xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, həmin Kooperativin sədri X5 təyin edilmişdir.Lakin işin hallarına əsasən müəyyən edilir ki, sədr seçilmədən əvvəl Vəkil2 etibarnamə verilmiş, sonradan isə xx.xx.2024-cü il tarixdə order almışdır. Göründüyü kimi Vəkil2 verilmiş order və etibarnamənin tarixlərində ziddiyyət olmuş, birinci instansiya bu halı araşdırmamış, xx.xx.2024-cü il tarixli qərardadında yalnız xx.xx.2024-cü il tarixində MTK-nın sədri F.R.Hadılı tərəfindən Vəkil2ya etibarnamənin verilməsini əsas göstərilməklə prosessual müddətin bərpasına dair ərizəni təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MTK tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə verilmiş vəsatətə yenidən baxılması üçün iş birinci instasniya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 133, 263-264, 397.2, 398.0.2, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MTK tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-225/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-225/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar