Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1807/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Ə.A.Məhərrəmov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim A.İ.İsmayılov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «ləyaqətsiz vərəsə sayılması tələbinə» dair mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X3 iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «ləyaqətsiz vərəsə sayılması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X6 iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə baxılıb qurtaranadək, şəhid X4 şəhid olmasına görə veriləcək 11.000 manat məbləğinin verilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçıların nümayəndəsi Ə.A.Məhərrəmov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə tərəfindən tətbiq edilmiş maddələrin ümumilikdə məqsədi mülki iş üzrə çıxarılacaq qətnamənin gələcəkdə icrasının təmin edilməsindən ibarətdir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlüklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. İddia təmin tədbirinin seçilməsi zəruridir. Çünki iddiaçıların iddiası gələcəkdə təmin ediləcəyi halda əgər cavabdeh hazırda almalı olduğu məbləği əldə eləsə iddianın təmin edilməsinin heç bir əhəmiyyəti qalmayacaqdır. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(060)-1150/2021 saylı qərardadını ləğv edib, iddia təmin tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh İddiaçı2 şikayəti qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmasını bildirdi və şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar cavabdeh Ə.R.X1 ləyaqətsiz vərəsəsi sayılması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Ona görə də, məhkəmə hazırkı vəziyyətdə iş üzrə iddianı təmin etmə tədbirinin görülməsini zəruri hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.l, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçıların nümayəndəsi X3 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 02 aprel 2021-ci il tarixli 2(060)-1150/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1807/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1807/2021
17.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver