Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1812/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Sumqayıt Bələdiyyəsinə və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti) qarşı əmrin ləğv olunması, əmək haqqı və işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, əmrin ləğv olunması, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X1 qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Təhməzli Nigar Natiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5049/2024 nömrəli qətnaməsindən cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Sumqayıt Bələdiyyəsinin Memarlıq-Tikinti və Mülkiyyətə Nəzarət şöbəsinin bölmə müdiri vəzifəsində çalışmışdır.
2. Əmək müqaviləsi bildirişindən görünür ki, işçi ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, daha sonra xx.xx.2024-cü il tarixdə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə) xitam verilmişdir.
3. Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 1925 nömrəli, 31 may 2024cü il tarixli bildirişdən görünür ki, iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən bələdiyyənin xx.xx.2024-cü il tarixli, 32 saylı əmri ilə 31 may 2024-cü il tarixindən ləğv edilmişdir. Əmək kitabçasının götürülməsi üçün Sumqayıt Bələdiyyəsinə yaxınlaşmağı xahiş olunmuşdur.
4. Sumqayıt Bələdiyyəsi tərəfindən 31 may 2024-cü il tarixli, 32 nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdən görünür ki, Sumqayıt Bələdiyyəsi İcra Aparatının memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinin bölmə müdiri İddiaçı ilə bağlanmış 13 aprel 2020-ci il tarixli əmək müqaviləsi 31 may 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1 2 hissəsinə uyğun olaraq İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xitam bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin təmin edilməsi, bu əmrdən irəli gələn vəzifənin icrasının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsində tələb olunan işəgötürənin son haqqhesabının ödənilməsinin bələdiyyənin icra aparının mühasibatlığına tapşırılması, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmək kitabçasında müvafiq qeydlərinin aparılmasının təmin edilməsi əmr edilmişdir.
5. Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən möhürlə təsdiq edilərək tərtib edilmiş aktlardan görünür ki, onlara göndərilən məktubda xx.xx.2024-cü il tarixində İddiaçı işə başlaması qeyd olunsa da, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixləri iş günü olsa da bütün iş günü ərzində işə gəlməmiş və işə gəlməməyinin üzrlü hal hesab edilməsinə dair heç bir təsdiqedici sənəd təqdim etməmiş və bu barədə məlumat verməmişdir.
6. İddiaçı tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xəstəliyi ilə əlaqədar olaraq (ürəyinə iki ədəd stend taxıldığı üçün) onu xx.xx.2024-cü ildən – xx.xx.2024-cü ilə qədər öz hesabına məzuniyyət verilməsini xahiş etmişdir.
7. Sumqayıt Bələdiyyəsinin İlk Həmkarlar İttifaqı Təşkilatının iclasının 30 may 2024cü il tarixli, 01 nömrəli protokolundan görünür ki, İddiaçı bələdiyyənin memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinin bölmə müdiri xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı xəstəlik vərəqəsində olduğunu, sonuncu SN seriyalı, 00008 nömrəli, ******* saylı, verildiyi tarix xx.xx.2024-cü il olan əmək qabiliyyətinin olmaması vərəqəsində xx.xx.2024-cü il tarixindən işə başlama olsa da, İddiaçı həmin tarixdən halhazıradək işə gəlməmiş, işə gəlməməsinin üzrlü hal hesab edilməsinə dair heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Həmçinin onlar tərəfindən İddiaçı əmək qabiliyyətinin müvəqqəti olmamasını müəyyən etmək məqsədi ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına xx.xx.2024-cü il tarixli, 812 saylı məktubla rəsmi müraciət edilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının bələdiyyəyə ünvanladığı cavab məktubunda İddiaçı sonuncu dəfə əmək qabiliyyətinin olmaması vərəqəsinin xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixinədək uzadıldığını, xx.xx.2024-cü il tarixindən isə vəziyyəti nisbətən yaxşılaşdığı üçün qeyd olunan tarixdən də işə başlama olduğu qeyd edilmişdir. Cavab məktubuna uyğun olaraq İddiaçı yaşadığı ünvana xx.xx.2024-cü il, 1070 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Bu xəbərdarlıq məktubuna cavab olaraq bələdiyyəyə göndərdiyi məktubunda o, xx.xx.2024-cü ildən üzrsüz səbəbdən işə gəlməməsinə dair təsdiqedici sənəd təqdim etməmişdir. Qeyd olunanların nəzərə alınaraq, İddiaçı qeyd olunan tarixdən hal-hazıradək üzrsüz səbəbdən işə gəlməməsinə görə onunla bağlanmış əmək müqaviləsinə bələdiyyənin işəgötürəni tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə Sumqayıt Bələdiyyəsinin ilk Həmkarlar İttifaqı Təşkilatı etiraz etmir.
8. Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 1070 nömrəli, 19 aprel 2024cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2024-cü il tarixindən hal-hazırki günədək bütün iş günləri ərzində heç bir üzrlü səbəb olmadan işə gəlməmiş və işə gəlməməyinin üzrlü hal hesab edilməsi ilə bağlı heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Məktubu aldığı tarixdən iki iş günü müddətinə işə gəlməməyinin üzrlü hal hesab edilməsi ilə bağlı müvafiq təsdiqedici sənəd təqdim edilməsi xahiş olunmuşdur. Əks təqdirdə barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada tədbir görüləcəyi bildirilmişdir.
9. Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə teleqram ünvanlanaraq, yuxarıdakı məzmunla eyni qaydada xəbərdarlıq edilmişdir.
10. Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə teleqram ünvanlanaraq, xx.xx.2024-cü il tarixindən hal-hazıradək üzrlü səbəblər olmadan işə gəlməməyinin üzrlü hesab edilməsinə dair təsdiqedici sənəd təqdim edilməsi xahiş olunmuşdur. Əks təqdirdə barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada zəruri tədbir görülməsinin nəzərdə tulduğu bildirilmişdir.
11. Yenidən eyni qaydada xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən iddiaçıya xəbərdarlıq ünvanlanmışdır.
12. Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə teleqram ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixində Sumqayıt Şəhərində Sumqayıt Bələdiyyəsi tərəfindən ilk həmkarlar İttifaqı Təşkilatının iclası keçiriləcəkdir. İclasda Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Cavabdeh2 Sumqayıt Bələdiyyəsinin ilk Həmkarlar İttiafı Təşkilatına göndərdiyi əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimata baxılacağı bildirilmişdir.
13. “Bahar” Tibb Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, o, həqiqətən xx.xx.2023-cü il tarixində “X9”-də həkim müayinəsindən keçmişdir. “Eritemli panqastrit, mədənin antral hissəsinin polipləri” diaqnozu qoyulmuşdur və polipektomiya əməliyyatı icra olunmuşdur.
14. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən Sumqayıt Bələdiyyəsinin sədr vəzifəsini icra edən Cavabdeh2 ünvanlanmış 16 aprel 2024-cü il tarixli məktuba cavabdan görünür ki, İddiaçı Vidadi oğlu xx.xx.2023 cü il tarixində epiqastral nahiyyədə ağrı, ishal şikayətləri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-qastroenteroloqa müraciət etmişdir. İddiaçı elə bu tarixdən K52.8 Qeyri-infeksion qastroentrokolit diaqnozu ilə ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsi açılaraq xx.xx.2023 tarixinə qədər uzadılmışdır. xx.xx.2023 tarixində xəstənin vəziyyətində pisləşmə qeyd olunduğundan, Unikal klinika tərəfindən stasionar müalicəyə götürülmüşdür. xx.xx.2023-xx.xx.2023 tarixinə qədər ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi İddiaçı təqdim olunaraq ambulator müalicə təyin olunmuşdur. Şikayətlərin davamının səbəbilə xx.xx.2023 tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkimqastroenteroloq tərəfindən ******* nömrəli vərəqəsi xx.xx.2023 tarixədək uzadılmışdır. xx.xx.2023 tarixində sinədə yaranan ağrı, sol kürəyə, qola yayılması səbəbi ilə Medistyle Hospitala kardiologiya şöbəsinə yerləşdirilmişdir. İddiaçı koronar angioqrafiya olunaraq stent olunmuşdur. Burada İddiaçı 09-xx.xx.2023 tarixlərinə qədər ******* nömrəli xəstəlik vərəqəsi açılmışdır. xx.xx.2023 tarixində ARMX poliklinika şöbəsində həkimkardioloqa müraciət edərək əmək qabiliyyəti olunmaması vərəqəsi uzadılmışdır.Təkrarən xx.xx.2024 ürək nahiyyəsində ağrıların artması səbəbilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinə qəbul olunmuşdur. 03-xx.xx.2024 tarixlərdə ******* nömrəli xəstəlik vərəqəsi açılaraq xx.xx.2024 tarixə qədər uzadılmışdır. Vəziyyəti həkimkardioloq tərəfindən dəyərləndirilərək xx.xx.2024 tarixindən xx.xx.2024 tarixə qədər əmək qabiliyyətinin olmaması vərəqəsi uzadılmışdır. xx.xx.2024 tarixindən isə vəziyyətində nisbətən yaxşılaşma qeyd olunduğundan işə yazılmışdır.
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehlər Sumqayıt Bələdiyyəsinə və Cavabdeh2 qarşı əmrin ləğv olunması, əmək haqqı və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024cü il tarixli, 32 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu tarixədək onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Sumqayıt Bələdiyyəsinin Vergilər şöbəsində iri tədiyyəçilər üzrə mütəxəssis vəzifəsində çalışmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Sumqayıt Bələdiyyəsinin Memarlıq-Tikinti və Mülkiyyətə Nəzarət şöbəsinin bölmə müdiri vəzifəsində çalışmışdır. O, xx.xx.2023-cü il tarixdə Sumqayıt Bələdiyyəsi Ümumi şöbənin müdiri Aygün Məhərrəmova tərəfindən otağına çağırılaraq, işdən çıxmaq üçün öz razılıq ərizəsini yazmağını tələb etmişdir. O, səbəbini soruşduqda səbəbini bilmədiyini, sədr vəzifəsini müvəqqəti icra edən Cavabdeh2 tapşırıq aldığını bildirmişdir. O, həmin dəqiqə üzr istəyib otaqdan çıxaraq, qəbul otağına getmiş, Cavabdeh2 qəbuluna girmiş və işdən çıxma ərizəsini istədiyini soruşanda, cavab olaraq bildirmişdir ki, o istəmişdir. İşdən çıxarılmaq istəmə səbəbini, işində hər hansı bir nöqsanının olub-olmadığını soruşmuşdur. Heç bir Xəstəxanasına qərəzli şəkildə sorğu göndərilmişdir. Həqiqətən xəstəlikdən əziyyət çəkib-çəkmədiyi və xəstəliyinin fəaliyyət qabiliyyətinə təsir edib-etmədiyi araşdırılmışdır. Sumqayıt Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli ünvanladıqları 1070 saylı məktublarına, xx.xx.2024-cü ildə cavab məktubu olaraq, üzrlü hal hesab edilməsi ilə bağlı ərizəsinin sürətini və xəstəliyi haqqında bütün sənədlərin sürətini təqdim etmişdir. Sumqayıt Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli ünvanladıqları AZ5005/********** saylı teleqramlarına, xx.xx.2024-cü ildə təkrar olaraq cavab məktubu göndərərək, üzürlü hal hesab edilməsi ilə bağlı ərizəsinin və xəstəliyi haqqında bütün sənədlərin sürətini təqdim etmişdir. Sumqayıt Bələdiyyəsindən, may ayın əvvəllərində işdən guya yayındığına görə xx.xx.2024-cü il tarixdən üzürlü səbəb olmadan işə gəlmədiyini səbəb göstərərək, onu işdən azad etmək üçün, Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə (Bİ HİRK) məktub göndərmişlər. Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşı Məhəmməd müəllim (050 648-18-10) onunla əlaqə saxlayaraq, işə getməmə səbəbini araşdırmaq üçün onlara xəstəliyi haqqında bütün sənədlərinin göndərilməsini xahiş etmişdir. Nəticədə araşdırılaraq məlum olmuşdur ki, onun öz hesabına məzuniyyətə çıxmaq üçün göndərdiyi ərizə və sənədlər əsasında xəstəlikdən əziyyət çəkməyi, xəstəliyinin fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olduğu müəyyən edilmişdir. Sumqayıt Bələdiyyəsindən xx.xx.2024-cü il tarixli ünvanladıqları AZ5000/********** saylı sonuncu xəbərdarlıq teleqramlarına təkrar cavab olaraq bildirmişdir ki, hər dəfə onlara xəstəliyi ilə bağlı sənədləri təqdim etsə də, onlar qərəzli şəkildə qeyd edir ki, sənədlər təqdim olunmamışdır. İşdən çıxmağa məcbur etmək üçün bu addımı atdıqlarını bilir. Sumqayıt Bələdiyyəsinin ilk Həmkarlar İttifaqı Təşkilatından xx.xx.2024-cü il tarixdə gələn AZ5005/********** saylı teleqramda bildirilir ki, Sumqayıt Bələdiyyəsinin sədr vəzifəsini müvəqqəti icra edən Cavabdeh2 Sumqayıt Bələdiyyəsinin İlk Həmkarlar İttifaqı Təşkilatına göndərdiyi onunla Sumqayıt Bələdiyyəsinin sədri (işə götürən) arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, N-1745 saylı təqdimata baxılmağı üçün Sumqayıt Bələdiyyəsinin AKT zalında xx.xx.2024-cü il tarixində saat 11 da iclas keçiriləcəkdir. Onun iştirakı olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu məcəllənin 72-ci maddəsinin “A” bəndinə uyğun olaraq özünün xəstəliyi, yaxın qohumun xəstələnməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) Bələdiyyənin xx.xx.2024-cü il tarixli, 32 saylı əmri ilə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi ləğv edilmişdir. Evin tək işləyəni o, olduğundan onu, işdən haqsız yerə çıxarmaqları onun, ailənin, uşaqlarının vəziyyətini çətinləşdirmişdir. İşlədiyi dövr ərzində heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. Yuxarıda qeyd etdikləri ilə bağlı bütün sübutları məhkəməyə təqdim edəcəkdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediasiyaya müraciət edilsə də problem həllini tapmamış və bu səbəbdən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir.
17. Cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş etirazın məzmunundan görünür ki, İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsini tamamilə əsassız və qeyri-obyektiv hesab edir. Belə ki, İddiaçı əmək və icra intizamının pozulmasına yönəlmiş hərəkətlərinə, bu hərəkətlərlə bağlı tərtib edilmiş müvafiq aktlara və həmin aktlar əsasında onun barəsində intizam xarakterli tədbirin tətbiq olunmasına dair əmrə qiymət verərkən aşkar səhvlərə və yanlışlığa yol vermişdir. İddiaçı iddia ərizəsində hər hansı sübut və dəlillərə söykənmədən bələdiyyə sədrinin vəzifəsini icra edən Cavabdeh2 və ümumi şöbənin müdiri A.Məhərrəmova haqqında həqiqətə uyğun olmayan xarakterli fikirlər səsləndirmiş, özünün üzürlü səbəblər olmadan 2 aya yaxın müddətdə işə çıxmamasını əmək və icra intizamının pozuntusu kimi qəbul etməyərək bu hərəkətləri ilə bağlı tərtib edilmiş aktları və intizam tənbehinin tətbiq edilməsi barədə müvafiq əmri əsassız və hüquqazidd saymışdır. Halbuki, işdə olan sənədlərdən də görünür ki, iddiaçı xx.xx.2023- cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif xəstəlik diqnozları ilə ayrı-ayrı sağlamlıq müəssisələrindən aldığı əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqələri əsasında işə çıxmamışdır. Adı çəkilən xəstəlik vərəqələrində iddiaçının xəstəliyi ilə bağlı qoyulmuş diaqnozlar fəqli diaqnozlardır və onun 6 ayadək işə çıxmamasına əsas verən ağır xəstəliklər deyildir. İddiaçının bacısı X2 Abşeron Rayon xəstəxanasında işlədiyini və İddiaçı da əmək qabiliyytətinin itirilməsi barərə tibbi arayışların Abşeron rayon xəstəxanasının həkimləri tərəfindən verildiyini nəzərə alaraq, onun əmək qabiliyyətini belə uzun müddətə itirməsi barədə tibbi sənədlərə şübhələr yaranmış və bununla bağlı onlar tərəfindən 29 mart 2024-cü il tarixli məktubla Abşeron Rayon xəstəxanasına müraciət ünvanlanmışdır. Həmin müraciətdən sonra iddiaçıya əmək qabiliyyətinin müvəqqqəti itirilməsi ilə bağlı yeni sənəd verilməmiş və sonuncu arayışda iddiaçının artıq sağalaraq 01 aprel 2024-cü il tarixdə işə çıxması barədə qeyd olunmuşdur. Ancaq İddiaçı 01 aprel 2024cü il tarixdə işə çıxmaq əvəzinə 01 aprel 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək ona ödənişsiz məzuniyyətinin verilməsini tələb etmişdir. İddiaçının 6 aya yaxın müddətdə işə çıxmadığını və İddiaçı 2 ay müddətində ödənişsiz məzuniyyətin verilməsi üçün qanunvericiliklə hər hansı əsas olmadığı səbəbindən ona belə bir məzuniyyət verilməmişdir. İddiaçı isə bələdiyyəyə ünvanladığı ərizəni əsas gətirərək ona ödənişsiz məzuniyyətin verilməli olduğunu bildirmiş və məzuniyyətin verilməməsinə baxmayaraq üzürsüz səbəbdən işə çıxmamaqda davam etmişdir. Dəfələrlə iddiaçıya yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq İddiaçı ona ödənişsiz məzuniyyət verilməsi barədə ərizəsinə istinad edərək işə çıxmaqdan imtina etmişdir. Nəticədə iddiaçının əmək və icra intizamını pozaraq hər hansı üzürlü səbəblər olmadan 2 ayadək işə çıxmadığını əsas götürən bələdiyyə sədrinin vəzifəsini icra edən Cavabdeh2 tərəfindən təqdimatla Sumqayıt Bələdiyyəsinin Həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Sözügedən təqdimata münasibət bildirilməsi üçün 30 may 2024-cü il tarixdə Sumqayıt Bələdiyyəsinin Həmkarlar ittifaqı təşkilatının iclası keçirirlmiş, həmin iclasda bələdiyyə sədri vəzifəsini icra edən Cavabdeh2 təqdimatı müzakirə edilmiş və iclasın qərarı ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmin razılıq alındıqdan sonra bələdiyyə sədrinin 31 may 2024-cü il tarixli 32 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 31 may 2024-cü il tarixdən Azərbaycan Reaspublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq özünün xəstəliyi,yaxın qohumunun xəstələnməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) ləğv edilmişdir. Göstəriən əmrdən də görünür ki, iddiaçı hansı üzürlü səbəb olmadan 2 ay işə çıxmamış, lakin ona güzəşt edilərək yol verdiyi qanunsuz hərəkətini aradan qaldırması və işə çıxması üçün 2 ayadək şərait yaradılmışdır. Bununla belə iddiaçı bu güzəştə baxmayaraq üzrsüz səbəbdən işə çıxmamaqda davam etdiyindən, sözügedən əmrin qəbul edilməsi və onunla bağlanmış əmək müqaviləsinə göstərilən müvafiq əsasla xitam verilməsi qaçılmaz olmuşdur. İddiaçının guya səhhətində problemlər olması və bu səbəbdən işə çıxa bilməməsi barədə bildirdikləri iş materillarında olan sənədlərlə təkzib olunur. Belə ki, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dönəmlərdə verilmiş müvafiq tibbi səbənlər olduğu kimi, 01 aprel 2024-cü il tarixdən sonra da səhhətində problemlər olması səbəbindən işə çıxa bilməməsini təsdiq edən sübutlar olmalıdır ki, tibb müəssisəsinin veridiyi sonuncu arayışda İddiaçı sağaldığı və 01 aprel 21024-cü il tarixdən işə çıxmalı olması öz əksini tapmışdır. Bu səbəbdən, eləcə də iddiaçının həmin tarixdən sonra əmək qabiliyyətini müvəqqəti itirməsini, yaxud qanunvericiliklə müəyyən edilmiş hər hansı digər əsaslarla işə çıxmaq imkanında olmadığını təsdiq edən sənədlər iş yerinə təqdim olunmadığından, İddiaçı işdən azad edilməsi barədə bələdiyyə əmrinin qanunsuz və əsassız olması barədə mülahizəsinin də səhv olduğu qənaətindədirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-130-cu maddələrində ödənişsiz məzuniyyətlərə dair müddəalar öz əksini tapmışdır. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinin 1-ci hissəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Həmin Məcəllənin 130-cu maddəsində işçilərin xahişi ilə ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddəti nəzərdə tutulmuşdur ki, onlar da aşağıda göstərilmişdir: a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək; b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək; c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək; ç) orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan,işçilərə — bir təqvim ayınadək; d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək; e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə —14 təqvim gününədək; ə) insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərə — 14 təqvim gününədək; f) doktoranturada (adyunkturada), təhsil alan işçilərə —1 təqvim ayınadək ;g) ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 təqvim günü ;ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə — 14 təqvim gününədək ;h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək ;x) 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları olan işçilərə - 14 təqvim gününədək ;i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir. Göründüyü kimi, qanunvericiliklə işçilərin xahişi ilə ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddəti dəqiq müəyyən edilmişdir ki, həmin qanun normasında iddiaçının istnad etdiyi hala görə və verilməsini istədiyi müddətlərdə ödənişsiz məzuniyyətin verilməli olması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Sadalananlara əsaslanaraq İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsini əsassız sayaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
18. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5049/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 31 may 2024-cü il tarixli, 32 saylı əmrinin ləğv edilməsi, İddiaçı 31 may 2024-cü ildən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Sumqayıt Bələdiyyəsinin memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinin bölmə müdiri vəzifəsinə bərpa edilməsi qət edilmişdir (hakim Aynur Behbudova).
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71.2-ci maddəsinə, 72-ci maddəsinin “a” bəndinə, 74-cü maddəsinin 2-ci bəndinə, 79-cu maddənin 1-ci hissəsinə, 154-cü maddənin 1-ci hissəsinə, 172-ci maddəsinin 5-ci bəndinə, 187.2-ci maddəsinə, 292-ci maddəsinə, 296-cı maddənin 2-ci hissəsinə, 296-cı maddəsinin 3-cü hissəsinə, 296-cı maddənin 4-cü hissəsinə, 300-cü maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh Sumqayıt Bələdiyyəsi apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5049/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
21. İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi tamamilə əsassız və qeyri-obyektiv olduğu kimi, həmin iddia tələbi üzrə çıxarılmış birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi də bir o qədər qanunsuz və ədalətsizdir. Belə ki, məhkəmə İddiaçı əmək və icra intizamının pozulmasına yönəlmiş hərəkətlərinə, bu hərəkətlərlə bağlı tərtib edilmiş müvafiq aktlara və həmin aktlar əsasında onun barəsində intizam xarakterli tədbirin tətbiq olunmasına dair əmrə qiymət verərkən aşkar səhvlərə və yanlışlığa yol vermişdir. İddiaçı iddia ərizəsində hər hansı sübut və dəlillərə söykənmədən bələdiyyə sədrinin vəzifəsini icra edən Cavabdeh2 və ümumi şöbənin müdiri A.Məhərrəmova haqqında həqiqətə uyğun olmayan böhtan xarakterli fikirlər səsləndirmiş, özünün üzürlü səbəblər olmadan 2 aya yaxın müddətdə işə çıxmamasını əmək və icra intizamının pozuntusu kimi qəbul etməyərək bu hərəkətləri ilə bağlı tərtib edilmiş aktları və intizam tənbehinin tətbiq edilməsi barədə müvafiq əmri əsassız və hüquqazidd saymışdır. Halbuki, işdə olan sənədlərdən də görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif xəstəlik diqnozları ilə ayrı-ayrı sağlamlıq müəssisələrindən aldığı əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqələri əsasında işə çıxmamışdır. Adı çəkilən xəstəlik vərəqələrində iddiaçının xəstəliyi ilə bağlı qoyulmuş xəstəlik diaqnozları fərqli qiaqnozlardır və onun 6 ayadək işə çıxmamasına əsas verən ağır xəstəliklər deyildir. İddiaçının bacısı X2 Abşeron rayon xəstəxanasında işlədiyini və İddiaçı da əmək qabiliyytətinin itirilməsi barədə tibbi arayışların Abşeron rayon xəstəxanasının həkimləri tərəfindən verildiyini nəzərə alaraq,onun əmək qabiliyyətini belə uzun müddətə itirməsi barədə tibbi sənədlərə şübhələr yaranmış və bununla bağlı tərəflərindən 29 mart 2024-cü il tarixli məktubla Abşeron rayon xəstəxanasına müraciət ünvanlanmışdır. Həmin müraciətdən sonra iddiaçıya əmək qabiliyyətinin müvəqqqəti itirilməsi ilə bağlı yeni sənəd verilməmiş, sonuncu arayışda iddiaçının artıq sağalaraq xx.xx.2024-cü il tarixdə işə çıxması barədə qeyd olunmuşdur.Ancaq İddiaçı 01 aprel 2024-cü il tarixdə işə çıxmaq əvəzinə 01 aprel 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək ona ödənişsiz məzuniyyətin verilməsini tələb etmişdir. İddiaçının 6 aya yaxın müddətdə işə çıxmadığını və İddiaçı 2 ay müddətində ödənişsiz məzuniyyətin verilməsi üçün qanunvericiliklə hər hansı əsas olmadığı səbəbindən ona belə bir məzuniyyət verilməmişdir. İddiaçı isə bələdiyyəyə ünvanladığı ərizəni əsas gətirərək ona ödənişsiz məzuniyyətin verilməli olduğunu bildirmiş və məzuniyyətin verilməməsinə baxmayaraq üzürsüz səbəbdən işə çıxmamaqda davam etmişdir. Dəfələrlə iddiaçıya yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq İddiaçı ona ödənişsiz məzuniyyət verilməsi barədə ərizəsinə istinad edərək işə çıxmaqdan imtina etmişdir. Nəticədə iddiaçının əmək və icra intizamını pozaraq hər hansı üzürlü səbəblər olmadan 2 ayadək işə çıxmadığını əsas götürən bələdiyyə sədrinin vəzifəsini icra edən Cavabdeh2 tərəfindən təqdimatla Sumqayıt Bələdiyyəsinin Həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Sözügedən təqdimata münasibət bildirilməsi üçün 30 may 2024-cü il tarixdə Sumqayıt Bələdiyyəsinin Həmkarlar İttifatı təşkilatının iclası keçirirlmiş, həmin iclada bələdiyyə sədri vəzifəsini icra edən Cavabdeh2 təqdimatı müzakirə edilmiş və iclasın qərarı ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmin razılıq alındıqdan sonra bələdiyyə sədrinin 31 may 2024-cü il tarixli 32 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 31 may 2024-cü il tarixdən Azərbaycan Reaspublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) ləğv edilmişdir. Göstəriən əmrdən də görünür ki, iddiaçı hansı üzürlü səbəb olmadan 2 ay işə çıxmamış, lakin ona güzəşt edilərək yol verdiyi qanunsuz hərəkətini aradan qaldırması və işə çıxması üçün 2 ayadək şərait yaradılmışdır. Bununla belə iddiaçı bu güzəştə baxmayaraq üzürsüz səbəbdən işə çıxmamaqda davam etdiyindən, söğzügedən əmrin qəbul edilməsi və onunla bağlanmış əmək müqaviləsinə göstərilən müvafiq əsasla xitam verilməsi qaçılmaz olmuşdur. İddiaçının guya səhhətində problemlər olması və bu səbəbdən işə çıxa bilməməsi barədə bildirdikləri iş materillarında olan sənədlərlə təkzib olunur. Belə ki, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dönəmlərdə verilmiş müvafiq tibbi sənədlər olduğu kimi, 01 aprel 2024-cü il tarixdən sonra da səhhətində problemlər olması səbəbindən işə çıxa bilməməsini təsdiq edən sübutlar olmalıdır ki, tibb müəssisəsinin verdiyi sonuncu arayışda İddiaçı sağaldığı və 01 aprel 2024-cü il tarixdən işə çıxmalı olması öz əksini tapmışdır. Bu səbəbdən, eləcə də iddiaçının həmin tarixdən sonra əmək qabiliyyətini müvəqqəti itirməsini, yaxud qanunvericiliklə müəyyən edilmiş hər hansı digər əsaslarla işə çıxmaq imkanında olmadığını təsdiq edən sənədlər iş yerinə təqdim olunmadığından, İddiaçı işdən azad edilməsi barədə bələdiyyə əmrirnin qanunsuz və əsassız olması barədə mülahizəsinin də səhv olduğu qənaətindədirlər. Lakin təəssüf ki, işə baxan məhkəmə sadalanan hallara düzgün hüquqi qiymət verə bilməmişdir. Bununla bağlı hesab edirlər ki, birinci instansiya məhkəməsi iddiaçının tələblərinin hüquqi əsaslarını düzgün qiymətləndirməmiş, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etməmiş, iş materiallarında olan ziddiyyətli məqamları lazımi şəkildə araşdırmamışdır ki, bütün bu halların nəticəsi olaraq da qanunazidd məhkəmə qətnaməsi çıxarılmışdır.
22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri olaraq a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c)əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d)dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək göstərilmişdir. Göründüyü kimi, sözügedən maddənin məzmununa əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsinə əsasən işçinin əsas vəzifələrindən biri olaraq göstərilmişdir. İş materiallarında olan sənədlərdən də görünür ki, İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirməkdən yayınaraq və əmək intizamını və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozaraq 01 aprel 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək üzürlü səbəblər olmadan işə çıxmamışdır. Hazırkı iş üzrə İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini vaxtlı-vaxtında və lazımınca yerinə yetirməmiş, heç bir üzrlü səbəb olmadan qeyd olunan tarixlərdə işə çıxmamışdır. Bununla da o, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirməmiş, əmək müqaviləsi üzrə bütün əmək funksiyalarına və müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərə tam və vaxtında əməl etməmişdir. Bu səbəbdən də iddiaçının əmək və icra intizamını pozaraq hər hansı üzürlü səbəblər olmadan 2 ayadək işə çıxmadığını əsas götürən bələdiyyə sədrinin vəzifəsini icra edən Cavabdeh2 tərəfindən təqdimatla Sumqayıt Bələdiyyəsinin Həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Sözügedən təqdimata münasibət bildirilməsi üçün 30 may 2024-cü il tarixdə Sumqayıt Bələdiyyəsinin Həmkarlar ittifatı təşkilatının iclası keçirirlmiş,həmin iclada bələdiyyə sədri vəzifəsini icra edən O. Adıgözəlzadənin təqdimatı müzakirə edilmiş və iclasın qərarı ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmin razılıq alındıqdan sonra bələdiyyə sədri vəzifəsini icra edən şəxsin 31 may 2024-cü il tarixli 32 saylı əmri ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə 31 may 2024-cü il tarixdən Azərbaycan Reaspublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) ləğv edilmişdir. Göstərilənlərdən də görünür ki,iddiaçı hansı üzürlü səbəb olmadan 2 ay işə çıxmamış, lakin ona güzəşt edilərək yol verdiyi qanunsuz hərəkətini aradan qaldırması və işə çıxması üçün 2 ayadək şərait yaradılmışdır. Hesab edirlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr qanunla müəyyən edilmiş normalara əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı tərəfindən edilmiş bütün bu güzəştlərə baxmayaraq üzürsüz səbəbdən işə çıxmamaqda davam etdiyindən, sözügedən əmrin qəbul edilməsi və onunla bağlanmış əmək müqaviləsinə göstərilən müvafiq əsasla xitam verilməsi qaçılmaz olmuşdur. Məhkəməyə təqdim olunmuş tibbi sənədlərdən aydın olur ki, İddiaçı qeyd edilən tarixə sağaldığı və 01 aprel 2024-cü il tarixdən işə çıxmalı olması öz əksini tapmışdır. Bu səbəbdən, eləcə də iddiaçının həmin tarixdən sonra əmək qabiliyyətini müvəqqəti itirməsini, yaxud qanunvericiliklə müəyyən edilmiş hər hansı digər əsaslarla işə çıxmaq imkanında olmadığını təsdiq edən sənədlər iş yerinə təqdim olunmadığından, İddiaçı işdən azad edilməsi barədə bələdiyyə əmrinin qanunsuz və əsassız olması barədə məhkəmənin gəldiyi nəticənin səhv olduğu və sözügedən maddi hüquq norması ilə ziddiyyət təşkil etdiyi qənaətindədirlər. Məhkəmə yanlış olaraq İddiaçı hər hansı üzürlü səbəblər olmadan 2 ay müddətində işə çıxmamasını onun tərəfindən əmək müqaviləsi üzrə öhdəliklərinin və əmək funksiyasının pozuntusu kimi qiymətləndirməmiş və bu zaman iddiaçının iş vaxtı ərzində işdə olmamasını nəzərə almayaraq maddi hüquq normasının pozuntusuna yol vermişdir. Hesab edirlər ki, yuxarıda qeyd olunan bütün bu hallar məhkəmənin əmək qanunvericiliyinin müvafiq müddəalarının pozulması, eyni zamanda yaranmış əmək mübahisəsinin obyektiv və qərəzsiz araşdırılmasından yayınma kimi qiymətləndirilməlidir.
23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində müəyyən edilmişdir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəlllənin 186-cı maddəsində isə qeyd edilmişdir ki, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç)əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsası olaraq işçinin yalnız əmək funksiyasını pozması deyil, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi də göstərilmişdir. Bununla yanaşı həmin Məcəlllənin 186cı maddəsində işçinin əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozması işəgötürənə əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək hüququ verir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı hər hansı üzürlü səbəblər olmadan 2 ay işə çıxmamış, bununla da iş yerində daxili intizam qaydalarını kobud şəkildə pozaraq qanunazidd hərəkətləri ilə əmək və icra intizamının pozuntusuna yol vermişdir ki, onun bu hərəkətləri əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini və öhdəliklərini pozması kimi qəbul edilərək tərəfimizdən əmək qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Başqa sözlə desək, sadalanan maddələrin məzmununa görə işçinin əmək vəzifələrini və öhdəliklərini lazımi şəkildə icra etməməsi, o cümlədən iş yerində əmək icra və icra intizamını pozması halları da onunla bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 70-ci madəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsas sayılmışdır. Təəssüf ki, məhkəmə bu halda da aidiyyəti maddi hüquq normalarını düzgün tətbiq və təfsir edə bilməmişdir. Çıxarılmış məhkəmə qətnaməsində məhkəmə qeyd etmişdir ki,”...işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar AR ƏM-nin 70-ci maddəsinin yalnız «ç» bəndində nəzərdə tutulan əsasa aiddir. Bu zaman qanunvericilik işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün aşağıdakı şərtləri müəyyən etmişdir:-işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; -işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır; -işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır. Nəzərə almaq lazımdır ki, əgər işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamışsa və ya işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin(onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişsə, həmin işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Həmçinin 71.3-cü maddəsinə əsasən işəgötürən üçün bu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt müəyyən edilmişdir ki, o, hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.” Göründüyü kimi,məhkəmə iddiaçının hər hansı üzürlü səbəblər olmadan 2 ayadək müddətdə işə çıxmamasını və əmək müqaviləsi üzrə nəzərdə tutulmuş əmək funksiyasını,vəzifə və öhdəliklərini icra etməməsini tamamilə əsassız olaraq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olan hal kimi qiymətləndirməmiş, eləcə də iddiaçının bu hərəkətləri nəticəsində mülkiyyətçinin,işəgötürənin, habelə əmək kollektivinin(onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymədiyi qənətinə gəlmişdir. Halbuki, aydındır ki, əgər bir işçi, özü də müvafiq struktur bölmənin rəhbəri olan işçi üzürlü səbəblər olmadan 2 ay müddətində işə çıxmırsa və bu hala işəgötürən tərəfindən lazımi hüquqi qiymət verilmirsə, həmin iş yerində digər işçilərdən işin, istehsalın, əmək və icra intizamının tələblərinə riayət edilməsinin tələb olunması belə məntiqsizdir. Belə ki, iddiaçının üzürlü səbəblər olmadan və tərəfimizdən edilən bütün təkiflərə və xəbərdarlıqlara baxmayaraq nümayişkaranə surətdə işə çıxmaması təbii olaraq iş yerində əmək və icra intizamının aşağı düşməsinə, işə gecikən, yaxud işdən tez gedən ayrıayrı işçilərə əmək intizamına riayət edilməməsinə dair irad bildirildikdə, həmin şəxslər iddiaçını nümunə göstərərək onun da eyni hüquqlu işçi olduğu halda, ona xüsusi imtiyazlar yaradıldığı və onun işə çıxmadığı halda barəsində hər hansı qanunamüvafiq təbdbirlərin görülmədiyi bildirilirdi. İddiaçının yol verdiyi qanun pozuntutu o qədər aşkardır ki, onun həmin hərəkətlərinin hesab edirik ki, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olan hal olduğunu, eləcə də iddiaçının bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin(onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini müvafiq əmrdə göstəriləndən əlavə hər hansı başqa şəkildə əsaslandırmağa və sübut etməyə belə ehtiyac yoxdur. Hesab edirlər ki, yuxarıda qeyd olunan hallar məhkəmənin iş üzrə səhv nəticəyə gəldiyini və işəgötürənin iddiaçı ilə bağlı verdiyi əmri düzgün qiymətləndirmədiyini tam sübuta yetirir.
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-130-cu maddələrində ödənişsiz məzuniyyətlərə dair müddəalar öz əksini tapmışdır. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinin 1-ci hissəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Həmin Məcəllənin 130-cu maddəsində işçilərin xahişi ilə ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddəti nəzərdə tutulmuşdur ki, onlar da aşağıda göstərilmişdir:a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək; b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək; c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək; ç) orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan işçilərə — bir təqvim ayınadək;d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək; e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma,kontuziya) almış işçilərə—14 təqvim gününədək; ə) insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərə — 14 təqvim gününədək; f)doktoranturada (adyunkturada), təhsil alan işçilərə—1 təqvim ayınadək;g)ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 təqvim günü;ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə — 14 təqvim gününədək; h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; x) 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları olan işçilərə - 14 təqvim gününədək; i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir. Göründüyü kimi, qanunvericiliklə işçilərin xahişi ilə ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddəti dəqiq müəyyən edilmişdir ki, həmin qanun normasında iddiaçının istnad etdiyi hala görə və verilməsini istədiyi müddətlərdə ödənişsiz məzuniyyətin verilməli olması nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən Sumqayıt Bələdiyyətinin sədri vəzifəsini icra edən Cavabdeh2 ünvanlanmış 16 aprel 2024-cü il tarixli məktuba cavabdan görünür ki, İddiaçı Vidadi oğlu xx.xx.2023-cü il tarixində epiqastral nahiyyədə ağrı, ishal şikayətləri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-qastroenteroloqa müraciət etmiş və ona xəstəlik vərəqəsi açılmışdır. Sonuncu dəfə vəziyyəti həkim-kardioloq tərəfindən dəyərləndirilərək xx.xx.2024 tarixindən xx.xx.2024 tarixə qədər əmək qabiliyyətinin olmaması vərəqəsi uzadılmış və xx.xx.2024 tarixindən isə vəziyyətində nisbətən yaxşılaşma qeyd olunduğundan işə yazılmışdır. Beləliklə, tibbi sənəddən də görünür ki, idiiaçı 01 aprel 2024-cü il tarixdən işə çıxmaq imkanına malik olmuşdur və onun guya xəstəliyinin davam etməsi barədə bildirilənlər müvafiq tibbi sənədlərlə təkzib olunmaqdadır. Buna baxmayaraq işə çıxmayan iddiaçıya qarşı Sumqayıt Bələdiyyəsi tərəfindən uzun müddət hər hansı tədbir görülməyərək ona işə çıxmamaq kimi qanunazidd əməllərinə son qoyması üçün imkan yaradılmışdır. Möhürlə təsdiq edilərək tərtib edilmiş və məhkəməyə təqdim olunmuş aktlardan görünür ki, xx.xx.2024-cü il tarixində İddiaçı işə başlaması qeyd olunsa da, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixləri iş günü olsa da bütün iş günü ərzində işə gəlməmiş və işə gəlməməyinin üzrlü hal hesab edilməsinə dair heç bir təsdiqedici sənəd təqdim etməmiş və bu barədə məlumat verməmişdir. Lakin məhkəmə bütün bu halları da lazımi şəkildə araşdırmayaraq iddiaçının hərəkətlərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə hər hansı mötəbər sübutlara əsaslanmadan iddiaçının iddia ərizəsində göstərdiyi halları dəlil kimi qəbul edərək sanki iddiaçının xəstəliyinin 01 aprel 2024-cü il tarixdən sonra da davam etdiyi, bu səbəbdən onun işə çıxmaq qabiliyyətində olmadığı şəklində mövqe bildirərək bələdiyyənin onun ödənişsiz məzuniyyətin verilməsi barədə tələbini icra etməli olması qənaətini formalaşdırmışdır. Bu zaman da mübahisəyə hər hansı aidiyyəti olmadığı halda, Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən İddiaçı ünvanlanmış və qərəzli xarakter daşıyan 14 iyun 2024-cü il tarixli, 139 nömrəli müraciətə cavaba istinad etmişdir. Halbuki, İddiaçı müvafiq şikayəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən də aidiyyəti üzrə müvafiq araşdrma aparılmış və Sumqayıt Bələdiyyəsinin hərəkətlərində və mübahisələndirilən əmrin qəbulu zamanı hər hansı qanun pozuntusu aşkar edilməmşdir ki,bu barədə iddiaçıya yazılı şəkildə bildirilmişdir. Lakin məhkəmə nədənsə nə həmin araşdrlıma materiallarını tələb eyməmiş, nə də formalaşmış məhkəmə praktikasına əsasən aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətini üçüncü şəxs qismində məhkəmə prosesinə belə cəlb etməmişdir. Hesab edirik ki, bu kimi hallara görə məhkəmənin iş üzrə müəyyən etmiş saydığı hallar müəyyən edilməmiş vəziyyətdə qalmış və mötəbər sübutlarla təsdiqlənməmişdir. Belə olan halda məhkəmənin iddiaçının iddia tələbini təmin etməsini qanunsuz və əsassız olaraq qiymətləndiririk. Bütün bu sadalananlar birinci instansiya məhkəməsinin işə səthi yanaşdığını və işə baxarkən müvafiq maddi hüquq normalarını pozduğunu sübuta yetirir. Təəssüf ki, məhkəmə sadalanan maddi hüquq normasına fərqli hüquqi qiymət vermişdir ki, məhkəmənin bu yanlış mövqeyi sözüdegən maddi hüquq normasının tələblərinə zidd olmaqla yanaşı,əmək qanunvericiliyinin müvafiq müddəalarının pozulması kimi qiymətləndirilməlidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, ”məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndində qeyd olumuşdur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərdən də göründüyü kimi, çıxarılmış məhkəmə qətnaməsində iş üzrə bütün faktlar əks etdirilməmiş, əks etdirilən faktlar da öz növbəsində mötəbər sübutlarla təqdiqlənməmiş, məhkəmənin gəldiyi nəticə iş materialları ilə uyğunsuzluq təşkil etmişdir. Bütün bu sadalananlar mübahisələndirilən məhkəmə qətnaməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının sözügedən Qərarlarına zidd çıxarıldığını sübuta yetirir.
26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, hal-hazırki işdə məhkəmə iş materiallarında olan sənədlərə, o cümlədən iddiaçının əmək və icra intizamını pozması ilə bağlı iş yerində tərtib edilmiş aktlara, ona ünvanlanmış xəbərdarlıq məktublarına, işdə olan tibbi arayışlara münasibət bildirərkən bu normanın tələblərini pozmuşdur. Belə ki, məhkəmə iddiaçı ilə balanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrini ləğv edərkən yalnız iddiaçının bildirdiklərinə istinad etmiş, lakin bununla əlaqədar hər hansı qanunamüvafiq araşdırma aparmamış, hər hansı mötəbər dəlillərə istinad etməmişdir. İş materiallarında iddiaçının işdən azad edilməsinə əsas verən təqsirli hərəkətlərə yol verdiyini təsdiq edən kifayət qədər sübutlar olduğu halda, məhkəmə bu sübutların bir qismini sübut olaraq qiymətləndirməmiş, obyektiv və hərtərəfli araşdırma aparmadan sübutlar qanunamüvafiq qaydada qiymət verməməklə aşkar səhv nəticəyə gəlmişdir.
27. Sözügedən prosessual normanın məzmununa əsasən məhkəmənin çıxardığı qətnamə qanuni və əsaslı olmalı, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Hesab edirik ki, birinci instansiya məhkəməsi tərəfindən bu normanın tələbləri də pozulmuşdur. Belə ki, çıxarılmış məhkəmə qətnaməsi qanuni və əsaslı olmadığı kimi, iş üzrə müəyyən edilmiş hallarla da əsaslandırılmamışdır. Çünki, məhkəmə araşdırmaları zamanı iddiaçının özünün qanunazidd və təqsirli hərəkətləri ilə əlaqədar olaraq işdən çıxarıldığı və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verildiyi müəyyən edildiyi halda, məhkəmə iddiaçının əmək hüququnun guya tərəfimizdən pozulduğunun müəyyən olunduğu barədə əsassız və ədalətsiz nəticəsinə gəlmişdir. Halbuki, məhkəmənin bu mövqeyi iş materiallarında olan hər hansı sübutlarla öz təsdiqini tapmamaqla yanaşı, eyni xarakterli işlər üzrə yuxarı instansiya məhkəmələrində artıq formalaşmış hüquqi mövqeyə də ziddır. Belə ki, hazırki işdə məhkəmənin iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi əsasları ilə bağlı gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2247/2024 saylı, 23 iyul 2024-cü il tarixli, 2(102)-2353/2024 saylı, 23 avqust 2024cü il tarixli, 2(102)-2515/2024 saylı, 23 avqust 2024-cü il tarixli və bir sıra digər qərarlarında qeyd edilən maddə üzrə yaranan münasibətlərə dair gəlinmiş nəticə ilə tamamilə ziddiyyət təşkil etmişdir.
28. Hazırki məhkəmə mübahisəsində birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verildiyindən, sözügedən məhkəmə qətnaməsi ləğv olunmalı və İddiaçı iddia tələbləri təmin olunmamalıdır.
29. Məhkəmə İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı “işə bərpa tələbinə dair” iddia tələbi üzrə tərəflərindən məhkəməyə təqdim olunmuş və məhkəmə iclaslarında bildirilmiş dəlillərə dair halları aydınlaşdırmamış, cavabdehin bildirdiklərinin hüquqi əsaslarını lazımi şəkildə araşdırmamış və ümumiyyətlə, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən iddia tələblərinə qanunvericiliklə müəyyən edilmiş qaydada qiymət verə və bununla da iddia tələblərinin əsassız şəkidə irəli sürüldüyünü müəyyən edərək iş üzrə fərqli nəticəyə gələ bilərdi.
30. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu və onunla bağlanmış əmək müqaviləsinə qanunauyğun şəkildə xitam verildiyi müəyyən edilsə də, buna baxmayaraq iddiaçının işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, onun işə bərpa olunması və iş buraxma müddətində əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə qanunamüvafiq şəkildə, o cümlədən mötəbər sübutlarla əsaslandırılmamşdır. Məhkəmə iş üçün əhəmiyyəti olan bütün halların müəyyən edilməsi üçün nə iş üçün əhəmiyyət kəsb edən zəruri məlumatları əldə etməmiş, nə də tərəflərdən təqdim edilmiş dəlilləri qanuni şəkildə qiymətləndirməyərək iddia tələblərinin təmin edilməsi barədə əsassız nəticəyə gəlmişdir.
31. Birinci instansiya məhkəməsi mötəbər sübutlara istinad etmədən sözügedən iddia tələbləri ilə bağlı əsassız nəticəyə gəlmişdir. Halbuki, yuxarıda sadalanan hallardan da aydın olur ki, iddiaçının hüquqları Sumqayıt Bələdiyyəsi tərəfindən hər hansı şəkildə pozulmamışdır. Məhkəmə bununla da tərəflər arasında əmək mübahisəsi ilə bağlı səhv nəticəyə gəlmişdir ki, məhkəmənin bu səhv qənaəti əsassız şəkildə irəli sürülmüş iddia tələblərinin təmin edilməsinə səbəb olmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
32. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları
33. Məhkəmə iclasında cavabdeh Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
34. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
35. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
36. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
37. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
38. Maddə 2.3. Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
39. Maddə 9. (“q” bəndi) Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüququdur.
40. Maddə 12. Bənd 1. Əmək müqaviləsinin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifələridir.
41. Maddə 68. Bənd 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
42. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
43. Maddə 72 “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
44. Maddə 80.1 bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
45. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
52. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
55. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh Sumqayıt Bələdiyyəsi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5049/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
56. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin olunmamalıdır.
58. İşin mübahisə olunmayan hallarından göründüyü kimi İddiaçı xx.xx.2020-ci il tarixdən Sumqayıt Bələdiyyəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə tərəflər arasında olan əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə) işəgötürən tərəfindən xitam verilmişdir.
59. Sumqayıt Bələdiyyəsinin İlk Həmkarlar İttifaqı Təşkilatının iclasının xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, İddiaçı üzrsüz səbəbdən işə gəlməməsinə görə onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə Həmkarlar İttifaqı Təşkilatı etiraz etməmişdir.
60. İşin digər hallarından görünür ki, iddiaçı tərəfindən xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək öz hesabına məzuniyyət verilməsi ilə bağlı işəgötürənə müraciət edilmişdir. Lakin məzuniyyətin verilməməsinə baxmayaraq, İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək işə gəlməmişdir. İddiaçı işə gəlməməyin səbəbi kimi xəstə olmasını göstərsə də, buna dair məhkəməyə heç bir təsdiqedici sübutu təqdim etməmişdir.
61. Belə ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Sumqayıt Bələdiyyəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Vidadi oğluna xx.xx.2023-cü il tarixində əmək qabiliyyəti olmaması vərəqəsi açılaraq, müddəti müxtəlif vaxtlarda bir neçə dəfə uzadılmış, axırıncı dəfə əmək qabiliyyətinin olmaması vərəqəsi xx.xx.2024-cü il tarixə qədər uzadılmış, xx.xx.2024-cü il tarixindən isə vəziyyətində nisbətən yaxşılaşma qeyd olunduğundan İddiaçı işə yazılmışdır.
62. Lakin buna baxmayaraq, işçi ona dəfələrlə işəgötürən tərəfindən xəbərdarlıq edilsə də heç bir üzrlü səbəb olmadan 2 ay, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə işə gəlməmişdir.
63. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq və apellyasiya şikayətində göstərilən dəlillər ilə razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətə düzgün hüquqi qiymət verməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
64. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
65. Həmin Məcəllənin Maddə 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
66. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
67. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5049/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5049/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.