Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1815/2025 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt şəhər Səid Rüstəmov adına * nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin AbşeronX4 İdarəsi cəlb edilməklə) qərarın, habelə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil1, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt şəhər Səid Rüstəmov adına * nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Abşeron-X4 İdarəsi cəlb edilməklə) qərarın, habelə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *3.11.2*25-ci il tarixli, 2(*6*)-4424/2*25 nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.AB-II *3436* saylı diplomun surətindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Texnikumunda musiqi nəzəriyyəsi ixtisası üzrə tam kursu bitirmiş və ona 25.*6.1995-ci il tarixdə müəllim ixtisası verilmişdir. 2.**3565* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı *1.*9.2**1-ci ildə Səid Rüstəmov adına Uşaq İncəsənət Məktəbinə nəzəriyyə müəllimi vəzifəsinə qəbul edilmiş və *7.*4.2*25-ci il tarixə kimi bu məktəbdə həmin vəzifədə işləmişdir. 3.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Səid Rüstəmov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin ** saylı, *7.*4.2*25-ci il tarixli əmrindən görünür ki, həmin məktəbin fortepiano müəllimi İddiaçı *8 aprel 2*25-ci ıl tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Buna əsas kimi Sumqayıt şəhər Səid Rüstəmov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının 18 mart 2*25-ci il tarixli qərarı və protokolu göstərilmişdir. 4.İddiaçı attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: 1.Vyana klassiki kimdir sualı verildi- cavablana bilmədi. 2.Bethoven haqqında nə deyə bilərsiniz sualı verildi- cavablamadı. 3.Prelüdiya fuqa janrına əsasən kim müraciət etmişdir sualı verildi- cavablaya bilmədi. 4.Bethovenin 5-ci simfoniyası hansı tonallıqdadır sualı verildi- cavablaya bilmədi. 5.Mi majorda neçə işarə var sualı verildicavablaya bilmədi. 6.Mi mayeli çahargah qurmaq sualı verildi- cavablaya bilmədi. 7. Friqik ladda nə baş verir sualı verildi- cavablaya bilmədi. 8.Ü.Hacıbəylinin operalarının sayını qeyd edə bilmədi. 9.M.P.Musorski kimdir sualı verildi- cavablaya bilmədi. 1*.Sinkopa nədir cavablaya bilmədi. 11.Notun uzunluğunu artıran işarə nədir - cavablaya bilmədi. 12.Fizuli kantatasının müəllifi kimdir sualı verildi- cavablaya bilmədi. 13. D7 qura bilmədi. Komissiyadakı səsvermənin nəticələrinə görə (lehinə *, əleyhimə 5) İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir. 5.Respublika Diaqnostika Mərkəzinin 29.*4.2*25-ci il tarixli F** saylı epikrizindən görünür ki, İddiaçı baş beynin beyin çadırından üst hissəsinin G93.6 beynin ödemi, baş beynin sıxılması diaqnozu qoyulmuş və 2 dəfə əməliyyat olunmuşdur. 6.Respublika Diaqnostika Mərkəzinin 18.*8.2*25-ci il tarixli epikrizdən arayışdan görünür ki, İddiaçı fiziki və psixi vəziyyəinə görə attestasiyanın 18.*3.2*25-ci il tarixli imtahanında iştirak edə bilməzdi. 7.“TƏBİB” PHŞ “Respublika Təcili və X6 Mərkəzi” PHŞ-nin 28.1*.2*25-ci il tarixli arayışından görünür ki, İddiaçı adına 18.*3.2*25-ci il tarixdə PHŞ-nin Mərkəzi Çağrı Xidmətinə (1*3) çağırış daxil olmamışdır. 8.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 17.*4.2*26-cı il tarixli ekspert rəyindən görünür ki, İddiaçı adına təqdim edilmiş sənədlərdə göstərilənlərə əsasən, o, 23.*4.2*25-ci il tarixdə Respublika Diaqnostika Mərkəzinə daxil olmuşdur. Aparılmış müvafiq müəayinələrdən sonra ona “Parietal loblara iki tərəfli uzanan falksın arxa üçdə bir hissəsinin nəhəng meningioması. Vegetativ-visseral paroksismlərlə epileptik sindrom. Hipertenzion-dislokasiya sindromu. Frontal sindrom” diaqnozu təyin edilmiş və üzərində mərhələli qaydada cərrahiyyə əməliyyatı icra edilmişdir. 29.*4.2*25-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı nəhəng beyin meningioması mövcud olmuşdur. Lakin bu patolojı vəziyyətin xroniki gedişinin nəzərə alaraq, onun 18.*3.2*25-ci il tarixdə keçirilmiş attestasiya imtahanı zamanı funksional qabiliyyətinə hər hansı bir təsirlərin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmadı. Birinci instansiya məhkəməsində icraat 9.İddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bülbül adına * nömrəli Uşaq İncəsənət Məktəbinin Atestasiya Komissiyasının 18 mart 2*25-ci il tarixli qərarının və həmin qərar əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmasına, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *7.*4.2*25-ci il tarixli ** saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1991-1995-ci ildə Sumqayıt Musiqi Texnikumunda təhsil almış və məktəbi bitirdikdən sonra *1.*9.2**1-ci ildə Sumqayıt şəhər Səid Rüstəmov adına * nömrəli Uşaq İncəsənət Məktəbində nəzəriyyə müəllimi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Uzun illər ərzində yüzlərlə şagird yetişdirmiş, incəsənəti, musiqini gənc nəslə aşılamaq üçün əlindən gələni əsirgəməmişdir. Onun səhhətində ciddi problem yaranmış və beyin ödəmi xəstəliyindən əziyyət çəkmiş, lakin buna baxmayaraq məktəb rəhbərliyinin göstərişi əsasında 18 mart 2*25-ci ildə Bakı Xoreoqrafiya Məktəbində keçirilən müəllimlərin attestasiyası imtahanına cəlb olunmuşdur. İmtahan nəticəsi “uygunsuz” hesab edilmişdir. İmtahanda olan zaman halı qəfil pisləşmiş, TTY çağırılmış və ona tibbi yardım göbstərilmişdir. Həmin vaxt o, yaddaş pozğunluğundan əziyyət çəkdiyi və bu barədə komissiya üzvlərinə bildirdiyi halda buna əhəmiyyət verilməmiş, bu vəziyyətdə ona suallar ünvanlanmışdır. Hətta imtahan zalından çıxarkən müvazinətini itirərək yıxılmış, lakin komissiya üzvləri bu hala gülərək reaksiya vermişlər. Müəllim kolleqaları taksi tutaraq onu evə Sumqayıt şəhərinə yola salmışlar. Hazırda onun müalicəsi davam edir və imtahan zamanı hüquqları kobud surətdə pozulmuş, məktəb direktoru atestasiyanın qərarı ilə onu işdən çıxarmışdır. Attestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan, başqa sahələri əhatə edən mövzular üzrə suallar vermiş, hətta cavablara verdikləri reaksiyaları və münasibətləri həmin an stres yaşamasına səbəb olmuşdur. Onların əsas məqsədi doğru cavabı almaq yox. doğru bildiyi cavabları da unutdurmaq və çaşqınlıq yaratmaq niyyətinə yönəlmişdir. Onun cavablarına göstərilən aqressiv reaksiya və aidiyyəti olmayan suallar, doğru cavablandırılan sualları düzgün olmayan cavab kimi qiymətləndirilmələri bu attestasiyanın bilik və bacarığı yoxlamaq üçün deyil, onun işdən çıxarılması üçün təşkil edilməsinə sübutdur. Komissiya üzvləri onun hüquqlarını pozmuş, yalnız şifahi suallar verilmiş, imtahan prosesi stres və psixoloji təzyiq altında aparılmış, qeyriobyektiv yanaşma əsasında doğru cavablar da yalnış cavablar kimi qiymətləndirilmiş, komissiya üzvləri tərəfindən verilən sualların çox hissəsi onun ixtisası və sahəsi üzrə olmamışdır. Bütün bunlar da attestasiya komissiyası tərəfindən qəbul edilmiş qərarın qanunsuz olmasına dəlalət edir. İşdən çıarılma barədə əmr də yalnız attestasiyanın nəticələrinə əsasən aparılmış və rəhbərlik onun uzun illər həmin müəssisədə qüsursuz əməyini, nizam-intizam qaydalarına əməl etməsini və işinin öhdəsindən bacarıqla gəlməsini və ailə vəziyyətini nəzərə almamışdır. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən vəzifədən azad etməsi əsassız olmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. 11.Sumqayıt Şəhər Məhkəməsinin *3.11.2*25-ci il tarixli, 2(*6*)-4424/2*25 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. (Hakim Elçin Kazımov) 12.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64, 65-ci maddəsinin 1-ci bəndinə, 5-ci bəndinə , 6-cı bəndinə, 67-ci maddəsinin 1-ci bəndinə, 5-ci bəndinə, 6-cı bəndinə , 7*-ci maddəsinin “c” bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli «İşçilərin atestasiyasının keçirilməsi» Qaydalarının 2.4-cü bəndinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 13.İddiaçı İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *3.11.2*25-ci il tarixli qətnaməsinin ləğv olunması, iddiaçının işə bərpa olunması və məcburi iş buraxma dövründə ödənilməmiş əmək haqlarının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 14.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tələbi ilə bağlı aşağıdakıları diqqətə çatdırmağı zəruri hesab edir: İşçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə xitam vermək işəgötürənin vəzifəsi yox, hüququdur. Qanunvericilikdə müəyyən bir şəxs üçün hər-hansı bir hüququn nəzərdə tutulması bu şəxsin həmin hüquqdan istənilən halda, heç bir məhdudiyyət olmadan istifadə edə biləcəyi mənasını vermir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü bəndinə əsasən “hüquq və azadlıqlar hər kəsin ... başqa şəxslər qarşısında məsuliyyət və vəzifələrini də əhatə edir”. Həmçinin Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqları digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Məhz bu çərçivədə işəgötürənin Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə təsbit olunmuş hüququ – işçinin əmək müqaviləsinə onun peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə xitam vermək hüququ Əmək Məcəlləsinin 12-ci maddəsinin “f” bəndi ilə işəgötürən üçün müəyyən olunmuş vəzifəni də əhatə edir – işəgötürən işin keyfiyyətini qiymətləndirərkən işçilərə eyni yanaşmalı və bərabər imkanlar yaratmalıdır. Həmçinin işəgötürənin bu hüququ işçinin bərabərlik hüququ ilə məhdudlaşır. İşəgötürən işçilərin bərabərlik hüququnu pozmaqla, onlara bərabər yanaşmamaqla işçinin əmək müqaviləsinə xitam vermək hüququnu həyata keçirə bilməz. İşçinin əmək müqaviləsinə xitam vermək hüququnu həyata keçirərkən işçilərə qanunvericilikdə tanınmış hüquqları pozmamağa diqqət yetirməlidir. a.Bərabərlik prinsipinin mahiyyətinə aydınlıq gətirərkən Konstitusiya Məhkəməsi qeyd etmişdir ki: “Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Lakin vəziyyəti fərqli olan subyektlər üçün hüquq və vəzifələrin mütləq bərabərliyi ola bilməz. Bərabərlik hüququna əsasən vəziyyəti fərqli olan subyektlər üçün eyni tənzimləmə tətbiq edilə bilməz.” (AR Konstitusiyası Məhkəməsi Plenumunun “AR Cinayət Məcəlləsini 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13.12.2*1*-cu il tarixli qərarı) Konstitusiya Məhkəməsi bərabərlik prinsipinin mahiyyətinə aydınlıq gətirərkən yuxarıda qeyd olunan mövqeyi ilə göstərmişdir ki, bərabərlik hüququ yalnız eyni vəziyyətdə olan subyektlərlə fərqi rəftar edilməsi halında pozulmur; vəziyyəti bərabər olmayan şəxslərlə eyni rəftar edilməsi, eyni qanunvericilik normalarının da tətbiq olunması bərabərlik hüququnu pozur. Bununla, Konstitusiya Məhkəməsi Avropa insan hüquqları məhkəməsinin “ayrıseçkiliyə
15. yol verilməməsi” üzrə məhkəmə işlərindəki mövqeyini təsdiqləmiş və qəbul etmişdir. a.Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci bəndinə əsasən konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir və eyni zamanda, konstitusiyanın 148-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr milli qanunvericiliyin ayrılmaz tərkib hissəsidir. Bu səbəblə də İddiaçı məhkəmənin diqqətini Avropa İnsan hüquqları konvensiyasının 14-cü maddəsinə (“Ayrıseçkiliyin qadağan olunması”) və Avropa İnsan hüquqları məhkəməsinin bu məsələ ilə bağlı mövqeyinə cəlb etmək istəyir. 16.Məhkəmə “Thlimmenos Yunanıstana qarşı” 6 aprel 2***-ci il tarixli, *****/** nömrəli işində ayrı-seçkilik etməmə öhdəliyinin pozulması hallarına aydınlıq gətirərkən qeyd etmişdir ki: 17.“...ayrı-seçkiliyə məruz qalmama hüququ Dövlətlər obyektiv və ağlabatan əsaslar olmadan, vəziyyəti bir-birindən kəskin şəkildə fərqlənən şəxslərlə rəftarlarında bu fərqləri nəzərə almadıqları hallarda da pozulmuş hesab olunur.” 18.Məhkəmə həmçinin özünün bir sıra işlərində şəxsin sağlamlıq statusunun da Konvensiyanın 14-cü maddəsinin əhatə dairəsində olduğunu, ayrıseçkiliyin qadağan olunduğu əsasların arasında şəxsin sağlamlıq stausunun olmasını da vurğulamışdır (Kiyutin Rusiyaya qarşı, 15 sentyabr 2*11ci il tarixli, 27**/1* nömrəli yekun qərar). 19.İddiaçı tərəfindən təqdim olunmuş epikrizdən də görünür ki, iddiaçının beynində “nəhəng” ölçüdə meningioma (şiş) aşkarlanmışdır və onun vəziyyəti “ağır” olaraq qiymətləndirilmişdir. Nevroloji statusuna münasibətdə şüurunda yüngül karlaşma, nevroloji vəziyyətinin qeyri-adekvat olması, davranış, motivasiya, yaddaş və diqqətdə orta dərəcəli pozğunluqlar qeydə alınmışdır – belə ki, normalda bu kriteriyalar üzrə “15-16” olmalı olan “FAB” göstəricisi İddiaçıda “-1*” (mənfi on) olmuşdur. Yekun olaraq İddiaçıya dərhal cərrahi müdaxilə təklif olunmuş və şişin ölçüsü nəzərə alınaraq əməliyyat 2 dəfə aparılmışdır. Həkim tərəfindən təqdim olunmuş arayışdan da görünür ki, İddiaçını müayinə və əməliyyat etmiş həkim onun bu vəziyyətdə imtahandan keçməsini mümkünsüz hesab edir. Bütün bunlar isə onu deməyə əsas verir ki, İddiaçı attestasiya imtahanında iştirak etdiyi zaman imtahanın digər iştirakçıları ilə bərabər vəziyyətdə olmamışdır. Cavabdeh də, İddiaçı kimi onun bu vəziyyətindən sonradan xəbər tutmuş, lakin yenə də, onun bərabərlik hüququnu pozaraq əmək müqaviləsinə xitam vermişdir. 20.Sumqayıt şəhər məhkəməsi isə yuxarıdakıları nəzərə almamış və aşağıdakı maddi və prosessual hüquq pozuntularına yol vermişdir: a.Sumqayıt şəhər məhkəməsi tərəfindən çıxarılmış, iddiaçının şikayət verdiyi qətnamədə də, işə baxan hakim öz mövqeyini əsaslandırarkən, Əmək Məcəlləsinin 65 və 66cı maddələrinə istinad edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı bildirmək istəyir ki, Əmək Məcəlləsinin bu maddələri Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində nəzərdə tutulmuş “bərabər mənafelərə bərabər münasibət” prinsipinin tələblərini pozur və işə baxan hakim tərəfindən əsas götürülməməli və işə tətbiq olunmamalıdır. Məhz Əmək Məcəlləsinin müvafiq maddələrinin konstitusion prinsipə zidd olmasının nəticəsidir ki, İddiaçının vəziyyəti nəzərə alınmamış, ona digər işçilərlə faktiki bərabər vəziyyətdə olmamasına baxmayaraq onlara tətbiq olunan normalar ona da tətbiq olunmuş və nəticədə də o, qanuna zidd və əsassız şəkildə vəzifəsindən azad edilmişdir. b.Bundan əlavə məhkəmə qeyd edir ki, işçinin attestasiya imtahanın nəticələrinə əsasən əmək müqaviləsinə xitam verilməsi işəgötürənin səlahiyyətlərinə aiddir. Lakin məhkəmə yuxarıda da qeyd olunan, hüquqların həyata keçirilməsinə dair Konstitusiya ilə müəyyən olunmuş ümumi çərçivəni – şəxsin hüquqlarının bu hüquqlarla bağlı vəzifə və məsuliyyəti əhatə etməsi və digərlərinin hüquqları ilə məhdudlaşması- haqsız olaraq işə tətbiq etmir. Məhz bu haqsız mövqeyin nəticəsidir ki, Cavabdeh iddiaçını işdən azad edərkən onun attestasiya imtahanı zamanı şəraitinin digərləri ilə bərabər olmamasını nəzərə almamış, öz hüquqlarını həyata keçirərkən heç bir obyektiv və ya ağlabatan səbəb olmadan İddiaçının bərabərlik hüququnu pozmuşdur. c.Məhkəmə işə baxarkən işin nəticəsinə təsir edən bir sıra ciddi prosessual pozuntulara da yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 172.1.1-ci maddəsinə əsasən işə bərpa üzrə işlərə baxılma və yekun məhkəmə qətnaməsinin
23. çıxarılması üçün müddət 2 ay müəyyən olunmuşdur. Məhkəmə yanlış olaraq işə 172.1.3-cü maddə əsasında daha uzun müddətdə baxılmasına qərar vermiş və işi lüzumsuz şəkildə ləngitmişdir. MPM baxış müddəti ilə bağlı qərardadlardan şikayət verilməsi imkanını tanımadığı üçün İddiaçı bu qətnamədən şikayət verə bilməmişdir. d.MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Sumqayıt şəhər məhkəməsi tərəfindən işin bu cür həlli üçün şərait yaradılmamış, əksinə prosesin aparılma forması İddiaçıya sübutlarını təqdim etməyə, işini müzakirə etməyə, iddiasını əsaslandırmağa və izah etməyə imkan verməmişdir. İddiaçıya 29.*7.2*25-ci il tarixində keçirilən iclas barədə heç bir bildiriş verilməmiş, 21.*8.2*25-ci il tarixində keçirilən iclasın saatı isə İddiaçıya xəbər verilmədən dəyişdirilmiş və onun iştirakı olmadan keçirilmiş, 18.*9.2*25-ci il tarixinə təyin olunmuş iclas isə bir daha iş ləngidilərək, demək olar ki, bir ay sonraya təyin olunmuşdur. 21.İddiaçının nümayəndəsinin “bəxt” əsasında iştirak edə bildiyi hazırlıq iclaslarında isə işə baxan hakim iddiaçının nümayəndəsinin çıxışlarına, onun sübutların əldə olunması və tədqiq olunması ilə bağlı müraciətlərinə biganə yanaşmış, İddiaçının nümayəndəsi təqdim edəcəyi sübutların mahiyyətini izah etmək istəyəndə “mənimlə mübahisə etməyin” deyərək sözünü kəsmişdir, halbuki iddiaçının nümayəndəsi bu halda hakimin sübutlara dair əsassız mövqeyinə cavab verməyə çalışırmış. İşə baxan hakimin biganəliyi həmçinin sübutların əldə olunması ilə bağlı İddiaçının nümayəndəsi tərəfindən avqust ayında verilmiş vəsatətə sonrakı 2 hazırlıq iclasında (MPM-in 184.4-cü maddəsinə əsasən vəsatətə verildiyi və ya növbəti məhkəmə iclasında baxılır) heç bir münasibət bildirilməməsi, yalnız baxış zamanı – oktyabr ayının sonunda, prosesi bir daha ləngidərək sübutun əldə olunması üçün müraciət etməsi ilə də bir daha sübut olunur. 22.Bundan əlavə iddiaçının iddia tələbinin mahiyyətini təşkil edən– onun sağlamlığındakı problemlərin izahı ilə əlaqəli sübutların əldə olunması və tədqiq olunması üçün məhkəmə lazımlı şəraiti yaratmamışdır. İddiaçının nümayəndəsi iddiaçının xəstəliyi və bu xəstəliyin iddiaçını səhhətinə, attestasiya nəticələrinə təsiri ilə bağlı həkimdən arayış almış və məhkəməyə təqdim etmişdir. Məhkəmə sübutun mahiyyətinə heç bir qiymət vermədən yalnız onun “tarixi” əsasında arayışı bir kənara qoymuşdur. İddiaçının nümayəndəsi belə arayışın kifayət etməməsi halında həkimin şahid kimi məhkəmə prosesinə cəlb olunmasını şifahi şəkildə təklif etsə də, məhkəmə buna heç bir əhəmiyyət verməmiş, həmçinin iddiaçının nümayəndəsinin bu şahidin cəlb olunması üçün yazılı vəsatət verməsinə imkan vermədən baxış iclası təyin etmişdir. a.MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə eyni biganə münasibətini bu öhdəliyinə münasibətdə də davam etdirmişdir: İddiaçının sağlamlığı ilə bağlı sübutların mahiyyətinə heç bir qiymət vermədən, əsassız şəkildə, tibb elminin məntiqinə zidd olaraq, sadəcə arayışın tarixi əsasında bu sübutlara məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. İddiaçının təqdim etdiyi epikriz və arayışdan da görünür ki, onun beynindəki şiş ən azı 1* ilin şişidir (lakin yanlış müalicələr nəticəsində son dövrlərdə kəskin şəkildə pisləşmişdir). İddiaçıya bu arayış onu imtahanından biraz sonra müayinə və əməliyyat etmiş həkim tərəfindən verilmişdir. İddiaçın xəstəliyi 1 günə yaranıb öz effektini 1 günə itirən keçici bir vəziyyət deyil. Məhkəmə attestasiya imtahanının video görüntülərinə də qərəzli yanaşmış, qətnamədə sübuta münasibət bildirərkən heç də sübuta “hərtərəfli” yanaşmamışdır. İddiaçı onsuz da, heç bir suala cavab verə bilmədiyini, attestasiya komissiyasının işçilərindən qərəzli bir mövqe görmədiyini baxış iclasında da dilə gətirmişdir. Lakin video görüntülərdə onun səsinin nə qədər zəif və əsərək çıxması (və demək olar ki eşidilən olmaması), stulda otura bilməməsi (koqnitiv pozğunluq nəticəsində İddiaçı stulda otura bilmək üçün istiqaməti müəyyən edə bilmirdi), otaqdan çıxarkən yıxılması və ona kömək edən şəxslərin bir daha “bəlkə yenə təcili tibbi yardıma zəng edək” deyə vəziyyətə münasibət bildirmələrinə, ən əsası isə iddiaçının imtahan zamanı imtahandan sağlamlığına görə imtina etməyin mümkün olubolmamasını öyrənməyə çalışması kimi detallara heç bir münasibət bildirməmişdir. 24.Məhkəmə həmçinin iddiaçının “lazımı tibbi sənədlər alaraq” imtahanda iştirakdan yayına biləcəyini lakin bunu istifadə etməməsi kimi ağlabatan olmayan bir mövqe irəli sürmüşdür, halbuki, hazırlıq iclaslarında iddiaçının xəstəliyindən həkim səhvi nəticəsində bixəbər olması, onun ciddiliyini dərk etməməsi və yalnız imtahandan sonrakı həkim qəbulunda xəstəliyini öyrənməsi dəfələrlə vurğulanmışdır. İddiaçının onun işinə yarayacaq belə bir sənədin alınmasından qəsdən yayınması heç bir məntiqə uyğun gəlməyən əsassız iddiadır. 25.Sumqayıt şəhər məhkəməsinin *3.11.2*25-ci il tarixli qətnaməsinin ləğv olunması, İddiaçının işə bərpa olunması və məcburi iş buraxma dövründə ödənilməmiş əmək haqqılarının ödənilməsi barədə qərar qəbul edəsiniz. 26.İşçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə xitam vermək işəgötürənin vəzifəsi yox, hüququdur. Qanunvericilikdə müəyyən bir şəxs üçün hərhansı bir hüququn nəzərdə tutulması bu şəxsin həmin hüquqdan istənilən halda, heç bir məhdudiyyət olmadan istifadə edə biləcəyi mənasını vermir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü bəndinə əsasən “hüquq və azadlıqlar hər kəsin ... başqa şəxslər qarşısında məsuliyyət və vəzifələrini də əhatə edir”. Həmçinin Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqları digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Məhz bu çərçivədə işəgötürənin Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə təsbit olunmuş hüququ – işçinin əmək müqaviləsinə onun peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə xitam vermək hüququ Əmək Məcəlləsinin 12-ci maddəsinin “f” bəndi ilə işəgötürən üçün müəyyən olunmuş vəzifəni də əhatə edir – işəgötürən işin keyfiyyətini qiymətləndirərkən işçilərə eyni yanaşmalı və bərabər imkanlar yaratmalıdır. Həmçinin işəgötürənin bu hüququ işçinin bərabərlik hüququ ilə məhdudlaşır. İşəgötürən işçilərin bərabərlik hüququnu pozmaqla, onlara bərabər yanaşmamaqla işçinin əmək müqaviləsinə xitam vermək hüququnu həyata keçirə bilməz. İşçinin əmək müqaviləsinə xitam vermək hüququnu həyata keçirərkən işçilərə qanunvericilikdə tanınmış hüquqları pozmamağa diqqət yetirməlidir. İddiaçı attestasiya imtahanında iştirak etdiyi zaman imtahanın digər iştirakçıları ilə bərabər vəziyyətdə olmamışdır. Cavabdeh də, iddiaçı kimi onun bu vəziyyətindən sonradan xəbər tutmuş, lakin yenə də, onun bərabərlik hüququnu pozaraq əmək müqaviləsinə xitam vermişdir. Əmək Məcəlləsinin məhkəmə tərəfindən istinad olunmuş 65 və 66-cı maddələri Konstitusiyanın yuxarıda göstərilən prinsipinə ziddir. Belə ki, bu müddəalar İddiaçı kimi şəxslər üçün istisnalar nəzərdə tutmur. Məhkəmə tərəfindən çıxarılmış 29.*7.2*25-ci il tarixli qətnamə ilə işə 172.1.3cü maddə tətbiq olunmuşdur. Məhkəmə eyni biganə münasibətini bu öhdəliyinə münasibətdə də davam etdirmişdir: İddiaçının sağlamlığı ilə bağlı sübutların mahiyyətinə heç bir qiymət vermədən, əsassız şəkildə, tibb elminin məntiqinə zidd olaraq, sadəcə arayışın tarixi əsasında bu sübutlara məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. İddiaçının təqdim etdiyi epikriz və arayışdan da görünür ki, onun beynindəki şiş ən azı 1* ilin şişidir (lakin yanlış müalicələr nəticəsində son dövrlərdə kəskin şəkildə pisləşmişdir). İddiaçıya bu arayış onu imtahanından biraz sonra müayinə və əməliyyat etmiş həkim tərəfindən verilmişdir. İddiaçın xəstəliyi 1 günə yaranıb öz effektini 1 günə itirən keçici bir vəziyyət deyil. Məhkəmə attestasiya imtahanının video görüntülərinə də qərəzli yanaşmış, qətnamədə sübuta münasibət bildirərkən heç də sübuta “hərtərəfli” yanaşmamışdır. İddiaçı onsuz da, heç bir suala cavab verə bilmədiyini, attestasiya komissiyasının işçilərindən qərəzli bir mövqe görmədiyini baxış iclasında da dilə gətirmişdir. Lakin video görüntülərdə onun səsinin nə qədər zəif və əsərək çıxması (və demək olar ki eşidilən olmaması), stulda otura bilməməsi (koqnitiv pozğunluq nəticəsində İddiaçı stulda otura bilmək üçün istiqaməti müəyyən edə bilmirdi), otaqdan çıxarkən yıxılması və ona kömək edən şəxslərin bir daha “bəlkə yenə təcili tibbi yardıma zəng edək” deyə vəziyyətə münasibət bildirmələrinə, ən əsası isə iddiaçının imtahan zamanı imtahandan sağlamlığına görə imtina etməyin mümkün olub-olmamasını öyrənməyə çalışması kimi detallara heç bir münasibət bildirməmişdir. İddiaçının sağlamlığı ilə bağlı sübutların mahiyyətinə heç bir qiymət vermədən, əsassız şəkildə, tibb elminin məntiqinə zidd olaraq, sadəcə arayışın tarixi əsasında bu sübutlara məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 27.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları 28.Məhkəmə iclasında iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. 29.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 30.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Abşeron-X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 31.Maddə 35. (İ, II və VII hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi 32.Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri 1.İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 2.Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 3.İşəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 4.Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla, qərarla) müəyyən edilir. 5.Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
33.Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları 34.Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: 35.... 36.c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; 37.... 38.Maddə 3**. Əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri 39.Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 40.2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 41.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 43.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 44.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 46.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri 47.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 48.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2* may 2*11-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 49.Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin *3.11.2*25-ci il tarixli, 2(*6*)-4424/2*25 nömrəli qətnaməsi tam mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 50.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 51.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır. 52.Belə ki, işin hallarına görə iddiaçı İddiaçı Sumqayıt şəhər Səid Rüstəmov adına * nömrəli Uşaq İncəsənət Məktəbində nəzəriyyə müəlliməsi vəzifəsində işləmişdir. Müəssisədə attestasiya keçirilməsi məqsədilə komissiya yaradılmış və 18.*3.2*25-ci il tarixdə Uşaq İncəsənət Məktəbinin işçilərinin attestasiyası keçirilmişdir. Komissiyadakı səsvermənin nəticələrinə görə (lehinə-*, əleyhinə-5) İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir. Bu qərardan sonra isə məktəbin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ** saylı, *7.*4.2*25-ci il tarixli əmr imzalamışdır. Hazırda İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bülbül adına * nömrəli Uşaq İncəsənət Məktəbinin Atestasiya Komissiyasının 18 mart 2*25-ci il tarixli qərarının və həmin qərar əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmasına, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *7.*4.2*25-ci il tarixli ** saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 53.İddiaçı apellyasiya şikayətini səhhətində olan problemlərə görə attestasiya zamanı imtahan suallarına cavab verə bilməməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddianın əsassız olaraq rədd olunması ilə əsaslandırmışdır. 54.Məhkəmə kollegiyası şikayətin qeyd olunan dəlilini yoxlamaq məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin etmiş, aparılmış ekspertiza tədqiqatı nəticəsində əldə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 17.*4.2*26-cı il tarixli ekspert rəyindən görünür ki, İddiaçı adına təqdim edilmiş sənədlərdə göstərilənlərə əsasən, o, 23.*4.2*25-ci il tarixdə Respublika Diaqnostika Mərkəzinə daxil olmuşdur. Aparılmış müvafiq müəayinələrdən sonra ona “Parietal loblara iki tərəfli uzanan falksın arxa üçdə bir hissəsinin nəhəng meningioması. Vegetativ-visseral paroksismlərlə epileptik sindrom. Hipertenzion-dislokasiya sindromu. Frontal sindrom” diaqnozu təyin edilmiş və üzərində mərhələli qaydada cərrahiyyə əməliyyatı icra edilmişdir. 29.*4.2*25-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı nəhəng beyin meningioması mövcud olmuşdur. Lakin bu patolojı vəziyyətin xroniki gedişinin nəzərə alaraq, onun 18.*3.2*25-ci il tarixdə keçirilmiş attestasiya imtahanı zamanı funksional qabiliyyətinə hər hansı bir təsirlərin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmadı. 55.Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının attestasiya imtahanında iştirakını istisna edən və mümkünsüz edən xəstəliyin olması öz təsdiqini tapmamışdır. 56.Odur ki, məhkəmə araşdırması zamanı iddiaçının imtahanda iştirakını birbaşa mümkünsüz edən xəstəliyin mövcudluğunu təsdiq edən mötəbər təkzibolunmaz sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, həmin dəlil qətnamənin ləğvi və iddianın təmin olunması üçün əsas ola bilməz. 57.Qeyd olunanlarla yanaşı, məhkəmə araşdırmaları zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Əmək münasibətlərinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş AR Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına uyğun olmuşdur. 58.Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq hesab edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Səid Rüstəmov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin rəhbərliyinin Attestasiya Komissiyasının 18 mart 2*25-ci il tarixli qərarına istinad edərək iddiaçının işdən azad edilməsi barədə əmri attestasiya nəticəsinə adekvat olmuşdur. 59.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 60.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 61.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 62.Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 63.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.*.1, 392-393 və 4*5.*.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *3.11.2*25-ci il tarixli, 2(*6*)-4424/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.