Məhkəmə qərarları › İş №2(105)-1816/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1816/2025

19.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1816/2025 19.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1,cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbinin vəkili və nümayəndəsi Nümayəndə3 və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *4.11.2*25-ci il tarixli, e-2(*6*)-4489/2*25 nömrəli qətnaməsindən cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. 28.*2.2*25-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı səhhəti ilə əlaqədar *1.*3.2*25-*6.*3.2*25-ci il tarixləri aralığında öz hesabına məzuniyyətin verilməsi ilə bağlı Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbinin rəhbərliyinə müraciət etmişdir.

2. Məktəbin rəhbərliyinin *5.*3.2*25-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı iş yerində olmaması barədə üzürlü səbəblərə dair 3 gün ərzində izahat təqdim etməsi tələb edilmişdir.

3. *5.*3.2*25 və *7.*3.2*25-ci il tarixli aktlardan görünür ki, İddiaçı *1.*3.2*25- *6.*3.2*25-ci il tarixləri arası işə yerinə gəlməmiş, işəgötürənə yazılı izahat təqdim etməmişdir.

4. "xxxx" QSC-nin *9 fevral 2*25-ci il tarixli aviabiletin surətindən görünür ki, İddiaçı *1.*3.2*25-ci il tarixdə İstanbul şəhərinə getməsi və *6.*3.2*25-ci il tarixdə Bakı şəhərinə qayıtması üçün öncədən sifariş vermişdir.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinin 14.1*.2*25-ci il tarixli məktubundan görünür ki, İddiaçı Sumqayıt şəhəri 11 nömrəli tam orta ümumtəhsil məktəbində tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsində çalışır. İddiaçı *1.*3.2*25-*6.*3.2*25ci il tarixədək heç bir üzrlü səbəb göstərmədən işə gəlməməsinə (İddiaçı tərəfindən əmək qabiliyyətini müvəqqəti itirməsinə dair sənəd məktəbə təqdim edilməyib) görə Sumqayıt şəhəri 11 nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair *3.*4.2*25-ci il tarixli, 7* nömrəli əmr və müvafiq sənədlər İdarəyə təqdim edilmişdir. Eyni zamanda İddiaçı İdarəyə və müxtəlif dövlət orqanlarına barəsində verilmiş sözügedən əmrlə bağlı çoxsaylı müraciətlər ünvanlamış, həmin müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılmışdır. Həmin əmr İdarə tərəfindən verilmədiyindən hazırki iş üzrə əsl cavabdeh hesab edilmir. Əmək Məcəlləsinin 19*-cı maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Məktəbin *3.*4.2*25-ci il tarixli, 7* nömrəli əmrinin verilməsindən altı ay keçmiş və əmr *3.1*.2*25-ci il tarixdən qüvvədən düşmüşdür.

6. 11 saylı məktəbin kargüzarı X1 ərizə və teleqramlarından görünür ki, İddiaçı işdə olmadığı tarixlər barədə ona və direktora məlumat verməmişdir.

7. Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbinin *3.*4.2*25-ci il tarixli 7* saylı əmrindən görünür ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə əsasən həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışan İddiaçı intizam tənbehi olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Buna səbəb kimi İddiaçı *1 mart tarixindən *6 mart tarixinə kimi iş yerinə gəlməməsi, bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, gəlməməsinin üzürlü səbəblərini və izahatını təqdim etməməsi və bununla da müəssisədaxili intizam qaydalarını və iş prosesini pozması göstərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbi direktor vəzifəsini müvəqqəti icra edən X2 imzaladığı *3.*4.2*25-ci il tarixli 7* saylı əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmrə əsasən guya o, *1 mart 2*25-ci il tarixdən *6 mart 2*25-ci il tarixədək heç bir üzürlü səbəb göstərmədən iş yerinə gəlməmiş, bu barədə onun haqqında intizam icraatı başlanmış və şiddətli töhmət verilmişdir. Halbuki, o, müalicə ilə bağlı təcili Türkiyə Respublikasına getməli olmuş və 28.*2.2*25-ci il tarixdə səhər saat *9:3* radələrinə cavabdeh direktor vəzifəsini müvəqqəti icra edən Şəhla Bağırovaya yaxınlaşıb ərizəni şəxsən özünə təqdim etmişdir. Bu zaman o, ərizəni katibəsinə təqdim etməyi bildirmiş, o da ərizəni katibə Murquzova Aygünün stolunun üzərinə qoyub özü ilə əlaqə saxlamışdır. Murquzova Aygün yolda olduğunu bildirmiş, o isə stolun üstündə olan ərizənin telefonla şəklini çəkib Murquzova Aygünə göndərmişdir. Bundan sonra *3-*4 mart 2*25-ci tarixlərində “Rəhbərlər” whatsap qrupunda Şəhla Bağırova ilə yazışaraq, o, 28.*2.2*25-ci il tarixli ərizəni verdiyini bildirmiş və ərizəni qrupda paylaşıb onun nəzərinə çatırmışdır. O, isə ərizənin ona çatmadığını bəhanə gətirərək onun guya icazəsiz getdiyini bildirmişdir. Şəhla Bağırova ərizədən xəbəri olmadığını bildirsə də, *4 mart 2*25-ci il tarixdə qrupda “Mən bildirmişəm bir qədər gec. Hazırda mümükün deyil” bildirməklə ərizənin verildiyini etiraf etmişdir. Ərizəni isə yalnız 28 mart tarixində verə bilərdi, çünki ondan sonrakı tarixlərdə o, Türkiyədə olmuşdur. Bundan başqa, X2 ona qarşı qərəzli mövqeyini nəzərə alaraq, ərizə verdiyi gün 28 mart 2*25-ci il tarixdə o, Abşeron- Xızı Regional Təhsil İdarəsinin müdir müavini Ramil Abbasovla əlaqə saxlamış və bildirmişdir ki, müalicə ilə əlaqədar olaraq, bir həftəlik xaricə gedəcək, öz hesabına məzuniyyət verilməsi barədə Şəhla Bağırovaya müraciət etsə də o, ərizəni qəbul etmir. Ramil müəllim ərizəni katibənin stolunun üzərinə qoyub getməyini bildirdi. Bundan sonra o, ərizəni qoyub şəklini çəkib getmişdir. Məktəbə yeni təyin olunmuş direktor əvəzi Şəhla Bağırova ona qarşı qərəzli və qanunsuz hərəkərlərə yol vermiş, kollektiv içində onun şərəf və ləyaqətini alçaldan sözlər işlətmişdir. Bu azmış kimi direktor əvəzi Şəhla Bağırova onun öz hesabına məzuniyyətdə olduğu *1-*6 mart tarixlərini işə çıxmadığı kimi rəsmiləşdirərək əmək müqaviləsinə xitam verilməsinə cəhd etmiş, bu baş tutmadıqda ona şidddətli töhmət verməklə intizam tənbehi barədə *3.*4.2*25-ci il tarixli 7* saylı əmr vermişdir. Öz hesabına məzuniyyətdə olduğu barədə ərizə ilə direktor əvəzi Şəhla Bağırovaya müraciət etsə də, bu ərizəni qəbul etməmiş və sonradan onun barəsində qərəzli olaraq, intizam tənbehi tətbiq etmişdir. Əmrin qanunsuz olmasını təsdiq edəcək kifayət qədər sübutlar vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. 1*. Sumqayıt Şəhər Məhkəməsinin *4.11.2*25-ci il tarixli, e-2(*6*)-4489/2*25 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və Sumqayıt şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin İddiaçı barəsində verdiyi *3.*4.2*25-ci il tarixli 7* saylı əmr ləğv edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı səhhəti ilə bağlı 6 günlük ödənişsiz məzuniyyətə çıxmaq istəmiş, bununla bağlı məktəbin rəhbərliyinə müraciət etmişdir. İşdə olan sənədlərdən (ərizələr, votsap yazışmaları və s.) görünür ki, iddiaçı tərəfindən bu müraciət edilsə də, məktəb rəhbərliyi ərizənin daxil olmadığını göstərmiş, nəticədə iddaçı barəsində intizam məsuliyyəti tətbiq etmişdir. Məhkəmə məzuniyyət verilməsi ilə bağlı ərizənin təqdim edilməsi barədə iddiaçının dəlilini qəbul edir, çünki uzun müddət pedaqoji fəaliyyət göstərən şəxsin əmək və icra intizamını bu qaydada pozması inandırıcı görünmür. Tələb edilən məzuniyyətin ödənişsiz növdə olması bu dəlili daha da gücləndirir. Ərizənin rəhbərliyə təqdim edilməməsi barədə cavabdehin dəlilləri isə əsaslı deyildir. 11 saylı məktəbin kargüzarı X1 ərizə və teleqramlarına gəlincə məhkəmə qeyd edir ki, məktəb rəhbərliyi tərəfindən ona təzyiq edilməsi istisna deyildir. Ona görə də məhkəmənin ünvanına göndərilmiş ərizələr öz mötəbərliyini itirir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 11*.1, 11*.3, 128, 129.1, 13*-cu maddəsinin “i” bəndinə və 186.2-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13 Qətnamədən cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İş materiallarından da göründüyü kimi iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr *3.*4.2*25-ci il tarixində verilmiş, həmin əmr *3.1*.2*25-ci il tarixində qüvvədən düşmüşdür. Buna baxmayaraq, Sumqayıt Şəhər Məhkəməsi onsuzda qüvvədən düşmüş əmrin ləğv olunması barədə qətnamə qəbul etmişdir.

15. Bununla yanaşı Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Maddədən də göründüyü kimi işçiyə ödənişsiz məzuniyyətin verilməsi üçün işəgötürənin razılığı əsasdır. Hazırki situasiyada isə nəinki işəgötürənin razılığı, heç məlumatlandırılması belə həyata keçirilməmişdir. Şəxs ərizəni yazıb ünvanlandığı şəxsə təqdim etdiyi halda ərizə ilə müraciət etmiş hesab olunur. Əgər ərizəni yazıb özündə saxlayırsa, bu zaman rəhbərliyə müraciət etmiş hesab edilmir. İddiaçı ərizəsində qeyd etdiyi halları təsdiqləyəcək heç bir sübutu məhkəməyə təqdim etmədiyi kimi, ödənişsiz məzuniyyət hüququndan istifadə etməsi ilə əlaqədar olan ərizəsini rəhbərliyə təqdim etməsinə dair sübutu təqdim etməmişdir.

16. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, "xxxx" QSC-nin *9 fevral 2*25-ci il tarixli aviabiletin surətindən görünür ki, İddiaçı *1.*3.2*25-ci il tarixdə İstanbul şəhərinə getməsi və *6.*3.2*25-ci il tarixdə Bakı şəhərinə qayıtması üçün öncədən sifariş vermişdir.” Halbuki iş materiallarına uçuş biletlərinin əlavə edilməsi həmin uçuşun hansı səbəblə, həyata keçirildiyini sübut edən sənəd kimi qəbul edilə bilməz. Necə ki, həmin biletlərdə sadəcə uçuşla bağlı məlumatlar qeyd olunur, həmin uçuşun ya tibbi məqsədlə, ya da biznes məqsədilə həyata keçirildiyini müəyyənləşdirmir. Həmçinin, iddiaçı məhkəmə iclasında sadəcə tibbi konsultasiya üçün getdiyini bildirmişdir. 6 günlük tibbi konsultasiyanın keçirilməsi elə əsl inandırıcı olmayan faktdır ki, iddiaçı özü də tibbi müayinə, müalicə və ya konsultasiya ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə də tibbi konsultasiya məqsədilə işdə iştirak etmədiyini amma bu halı təsdiq edəcək heç bir sübutun məhkəməyə təqdim edilmədiyini gözardı etmişdir. Hətta buna baxmayaraq, əsassız olaraq, heç bir təsdiqedici sübut olmadan məhkəmə iddiaçının Türkiyə Respublikasına tibbi konsultasiya məqsədilə getdiyini sübut edilmiş hal kimi qiymətləndirərərək iddianı təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd olunur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hər hansı bir sübuta əsaslanmır. Ona görə də, 11 nömrəli tam orta ümumi təhsil məktəbinin apellyasiya şikayətinin təmin edilmədən, Sumqayıt şəhər Məhkəməsinin e-2(*6*)-4489/2*25 saylı *4.11.2*25-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbinin vəkili və nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlilinə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, hər bir işçi ödənişsiz məzuniyyətə çıxmazdan əvvəl idarədə fəaliyyət göstərən həmkərlar ittifaqının razılığını almalı idi. Lakin hazırki iş üzrə iddiaçının belə bir müraciəti olmamış və müvafiq rəy alınmadan işçi ödənişsiz məzuniyyətə getmişdir. Bununla yanaşı işçilərlə bağlı sənədlərşmə işlərinin aparılması barədə əmr jurnalı olur, iddiaçı barəsində ödənişsiz məzuniyyətə getməsi barədə heç bir əmr mövcud olmamışdır. Ona görə də, iddiaçı barəsində verilmiş əmr əsaslı olmuşdur. Belə olan halda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 2*. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

21. Maddə 35. Əmək hüququ I. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; (...)

Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; (...)

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir;

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

22. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

Maddə 11*. İşçilərin məzuniyyət hüququ

1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. (...)

3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. (...)

Maddə 13*. İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri (...) i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə – 7 təqvim gününədək ödənişsiz məzuniyyət verilir.

Maddə 138. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması

1. Bu maddənin 2-1-ci hissəsində müəyyən edilmiş hal istisna olmaqla, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.

2. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. 2-1. İşəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilir.

3. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır.

4. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır.

Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. (...)

Maddə 19*. İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi

1. İntizam tənbehi (bu Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən verilən intizam tənbehi istisna olmaqla) verilən gündən altı ay müddətində qüvvədə olur. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.*.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.12.2*25-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *4.11.2*25-ci il tarixli, e-2(*6*)-4489/2*25 nömrəli qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir.

26. Sumqayıt şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən imzalanmış *3.*4.2*25-ci il tarixli 7* saylı əmrlə İddiaçı barəsində *1.*3.2*25 - *6.*3.2*25-ci il tarixlərində üzrsüz səbəbdən işə çıxmaması əsas götürülərək sonuncu xəbərdarlıqla ona şiddətli töhmət verilmişdir.

27. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, həmin tarixlərdə müalicə məqsədilə Türkiyə Respublikasına getmək zərurəti yarandığı üçün 28.*2.2*25-ci il tarixdə ödənişsiz məzuniyyətlə bağlı ərizəni rəhbərliyə təqdim etdiyini bildirmiş və barəsində verilmiş əmrin qanunsuz olmasını göstərək *3.*4.2*25-ci il tarixli 7* saylı əmrin ləğv edilməsini xahiş etmiş və məhkəmə tərəfindən iddia tələbi əsaslı hesab olunaraq təmin edilmişdir.

28. Verilmiş apellyasiya şikayəti əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıda qeyd olunanlara görə razılaşmır.

29. Belə ki, ilk növbədə cavabdehin intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olmasına baxmayaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin *3.*4.2*25-ci il tarixdə verilməsi, həmin əmr *3.1*.2*25-ci il tarixdə qüvvədən düşməsinə baxmayaraq məhkəmə tərəfindən əmrin ləğv olunması barədə gəldiyi nəticənin əsaslı olmaması barədə cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 19*.1ci maddəsinin tələbinə əsasən intizam tənbehinin altı ay qüvvədə olması hesab olunsa da, həmin müddətin başa çatması intizam tədbirinin mübahisələndirilə bilməməsi anlamına gəlməməlidir. İntizam tənbehi tətbiq edildiyi andan etibarən işçinin əmək fəaliyyəti ilə bağlı hüquqi vəziyyətinə təsir göstərir, onun şəxsi işində qeyd olunur və gələcəkdə daha ağır intizam tədbirlərinin seçilməsində nəzərə alına bilər. 3*. İntizam tənbehinin altı ay müddətində qüvvədə olması onun avtomatik olaraq hüquqi mübahisə predmetini itirməsi demək deyildir. Əks halda, işəgötürən tərəfindən qanunsuz intizam tədbiri tətbiq edilər və altı ay müddətin tamam olması gözlənilərsə, işçi həmin aktı mübahisələndirmək imkanından faktiki olaraq məhrum edilmiş olardı ki, bu da məhkəmə müdafiəsi hüququnun mahiyyətinə zidd olardı.

31. Hər bir şəxs barəsində qəbul edilmiş fərdi hüquqi aktı, o cümlədən intizam tənbehi barədə əmri, qanunsuz hesab etdiyi halda məhkəmədə mübahisələndirmək hüququna malikdir. İntizam tənbehinin qüvvədə olma müddətinin başa çatması həmin aktın tətbiq edildiyi vaxtda qanuni olub-olmamasının yoxlanılmasını istisna etmir.

32. Bu səbəbdən, *3.*4.2*25-ci il tarixli əmrin *3.1*.2*25-ci il tarixdə qüvvədən düşməsi faktı onun qanuniliyinin məhkəmə tərəfindən araşdırılmasına maneə yaratmır və birinci instansiya məhkəməsinin həmin əmrin ləğvi barədə iddianı mahiyyəti üzrə araşdırması prosessual baxımdan düzgün olmuşdur.

33. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, intizam tənbehi işəgötürən tərəfindən əmək intizamı pozuntusu aşkar edildiyi gündən bir ay müddətində tətbiq edilməlidir (işçinin xəstəlikdə və ya məzuniyyətdə olduğu müddət istisna olmaqla). Eyni zamanda, tənbeh pozuntunun törədildiyi gündən altı ay keçdikdən sonra tətbiq edilə bilməz.

34. Hazırkı halda iddiaçı *1.*3.2*25 - *6.*3.2*25-ci il tarixlərində işə çıxmamış, intizam tənbehi isə *3.*4.2*25-ci il tarixli əmrlə verilmişdir. Bu isə pozuntunun ilkin olaraq baş verdiyi tarixdən təxminən bir ay sonra tətbiq edilmişdir və qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddət bu halda belə pozulmamışdır. Belə ki, pozuntu *1.*3.2*25-ci il tarixdən başlasa da işə götürən pozuntu kimi son müddət *6.*3.2*25-ci il tarixini qeyd etmişdir. Bu halda işə götürən *1.*3.2*25-dən *5.*3.2*25-ci ilədək diskresion səlahiyyətdə olmaqla işçiyə qarşı intizam tənbehi tətbiq etməyədə bilərdi. Odur ki, *3.*4.2*25-ci il tarixli əmr vaxtında verilmiş və verilməsi əsaslı olmuşdur. İntizam tənbehinin tətbiq edilmə vaxtı qanuni hesab olunsa da, məhkəmə kollegiyası verilmiş əmrin hüquqi əsaslarını qəbul etmir.

35. Cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, *1.*3.2*25–*6.*3.2*25-ci il tarixləri üçün iddiaçıya ödənişsiz məzuniyyət işəgötürənin razılığı ilə verilməmiş, işçi öz mülahizəsi ilə yazdığı və məktəbin kargüzarlıq işlərini aparan şəxsə təqdim etdiyinə istinad edərək bu halı ödənişsiz məzuniyyət verilməsi üçün əsas hesab etmişdir.

36. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlili ilə razılaşmayaraq nəzərə alır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyət işəgötürənlə işçinin qarşılıqlı razılığı əsasında verilir. Maddənin məzmunundan açıq şəkildə görünür ki, işçinin birtərəfli qaydada ərizə yazması məzuniyyət hüququnun yaranması üçün kifayət etmir. Məzuniyyət yalnız işəgötürənin razılığı və müvafiq qaydada rəsmiləşdirilməsi ilə hüquqi qüvvə kəsb edir.

37. Əmək hüququnun ümumi prinsiplərinə görə, əmək münasibətləri çərçivəsində işçinin işdən azad olunması və ya iş yerində olmaması yalnız qanunda nəzərdə tutulmuş əsaslarla və müəyyən edilmiş prosedura uyğun həyata keçirilə bilər. İşçinin yazdığı ərizə hüquqi fakt kimi yalnız o halda nəticə doğurur ki, həmin ərizə işəgötürən tərəfindən qəbul edilsin və bunun əsasında müvafiq əmr verilsin.

38. Maddənin dispozisiyasından aydın olur ki, ödənişsiz məzuniyyət işçinin mütləq və birtərəfli hüququ deyildir, bu məzuniyyət yalnız tərəflərin iradələrinin üst-üstə düşməsi ilə mümkündür və işəgötürənin razılığı hüquqi fakt kimi məzuniyyət hüququnun yaranmasının əsas şərtidir.

39. Bununla yanaşı Əmək Məcəllənin 129-cu maddəsinin sistemli şərhi göstərir ki, ödənişsiz məzuniyyətin verilməsi işəgötürənin idarəetmə səlahiyyətləri çərçivəsində həll edilən məsələdir. İşəgötürən iş prosesinin davamlılığını, tədris prosesinin təşkilini, işçi qüvvəsinin bölgüsünü nəzərə alaraq razılıq verib-verməməkdə sərbəstdir. 4*. Hazırkı vəziyyətdə iddiaçı tərəfindən ödənişsiz məzuniyyətin verilməsinə dair işəgötürənin yazılı razılığı mövcud olmamış, məzuniyyətin verilməsi barədə hər hansı əmr və ya rəsmiləşdirilmiş əmr mövcud deyildir. İşçi faktiki olaraq işəgötürənin razılığı olmadan iş yerində olmamışdır.

41. İddiaçı 26.*2.2*25-ci il tarixli ərizənin işçisi olduğu təhsil müəssisəsinə vermiş olsa belə, Əmək Məcəllənin 129.1-ci habelə 138.1 və 138.2-ci bəndlərinin tələbi baxımından məhkəmə kollegiyası qeyd edir ki, belə bir müraciətin mövcudluğu əmək münasibətləri çərçivəsində işçinin iş yerində olmadığı dövr üçün sadalanan hallara görə müəyyən edilmiş prosedura uyğun əmr verilməsi üçün əsas hesab edilə bilməz. Tətbiq edilən Əmək normalarının sistemli təhlili göstərir ki, ödənişsiz məzuniyyət hüququ mütləq və şərtsiz xarakter daşımır. Bu hüquq yalnız işəgötürənin razılığı ilə reallaşır. İşəgötürənin razılığı olmadan işçinin birtərəfli qaydada işə çıxmaması isə əmək intizamının pozuntusu kimi qiymətləndirilir və intizam tənbehi tətbiqi üçün qanuni əsas yaradır. Belə bir halda işçinin, yəni iddiaçının *1.*3.2*25 - *6.*3.2*25-ci il tarixlərdə işdə olmaması hüquqi baxımdan məzuniyyət kimi deyil, işəgötürənlə razılaşdırılmamış işə gəlməmə kimi qiymətləndirilməlidir.

42. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən əmək və icra intizamının pozulmasına görə işəgötürən intizam tənbehi tətbiq etmək hüququna malikdir. İşçinin üzrsüz səbəbdən işə çıxmaması əmək intizamının pozuntusu hesab olunur və bu hal intizam məsuliyyəti yaradır.

43. Bu səbəbdən, ödənişsiz məzuniyyətin işəgötürənin razılığı olmadan istifadə edilməsi tətbiq olunmuş intizam tənbehinin qanuniliyini şərtləndirən əsas hüquqi hallardan biri kimi qiymətləndirilməlidir.

44. Bununla yanaşı, iddia tələbindən görünür ki, *3.*4.2*25-ci il tarixli 7* saylı əmrin ləğv edilməsi barədə tələb üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsi iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

45. Nazirliyə və onun tabeliyində fəaliyyət göstərən Agentliyə ünvanlanmış sorğular əsasında Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbində direktor vəzifəsini müvəqqəti icra edən şəxsin öz müavini barəsində intizam tənbehi tətbiq etmək səlahiyyətinin olub-olmaması məsələsi aydınlaşdırılmışdır.

46. Agentliyin Abşeron-Xızı Regional Təhsil İdarəsinin 26.*1.2*26-cı il tarixli cavab məktubunda bildirilmişdir ki, İdarənin müvafiq əmrinə əsasən məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən X2 imzaladığı *3.*4.2*25-ci il tarixli 7* saylı əmr verildiyi tarixdə qüvvədə olmuş səlahiyyət çərçivəsində qəbul edilmişdir və həmin şəxs İddiaçı barəsində intizam tənbehi tətbiq etməkdə səlahiyyətli olmuşdur.

47. Bu baxımdan nəzərə alınmalıdır ki, məhkəmə ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və həmin hüququn cavabdeh tərəfindən pozulubpozulmadığını araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun pozulması faktı müəyyən edildikdən sonra həmin hüququn məhkəmə qaydasında müdafiəsi mümkündür. Buna görə də məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə aşağıdakı məsələlər müəyyən edilməlidir: iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, həmin hüququn pozulub-pozulmaması və pozuntunun cavabdeh tərəfindən törədilibtörədilməməsi.

48. Bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3* iyul 2**8-ci il tarixli qərarında da ifadə olunmuşdur (M.Bağırovun şikayəti üzrə). Həmin qərarda qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilir: şəxsin öz hərəkətlərinə hüquqi ixtiyarı, başqa şəxslərdən müəyyən davranış tələb etmək hüququ və müdafiə hüququ. İkinci və üçüncü elementlər birinci elementin mövcudluğundan asılıdır. Birinci element olmadan digər elementlərin yaranmasından və həyata keçirilməsindən söhbət gedə bilməz.

49. Məhkəmə kollegiyası müəyyən edir ki, Sumqayıt şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən X2 *3.*4.2*25-ci il tarixli 7* saylı əmri vermək səlahiyyəti olmuşdur. 5*. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2*24-cü il tarixli 3** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 5.16-cı yarımbəndinə əsasən direktor olmadıqda müəssisəyə rəhbərlik müvafiq dövlət orqanı tərəfindən müəyyən edilən direktor müavini tərəfindən həyata keçirilir.

51. Abşeron-Xızı Regional Təhsil İdarəsinin 14.*4.2*25-ci il tarixli əmri ilə tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinləri ilə əmək müqavilələrinin bağlanılması, dəyişdirilməsi, ləğvi və onların intizam məsuliyyətinə cəlb edilməsi səlahiyyəti İdarəyə məxsus edilmişdir. Bununla yanaşı, əmrin 3-cü bəndinə əsasən direktor müavinləri barəsində töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə intizam tənbehi əmrlərinin verilməsi və imzalanması səlahiyyəti ümumi təhsil müəssisələrinin direktorlarına da verilmişdir.

52. İddiaçının mübahisələndirdiyi *3.*4.2*25-ci il tarixli 7* saylı əmr məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən imzalandığından, həmin əmr səlahiyyətli şəxs tərəfindən qəbul edilmiş hesab olunur.

53. Beləliklə, göstərilənlərə əsasən, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi hazırkı tələb üzrə cavab verməli olan şəxsdir və tələb üzrə cavabdeh kimi qəbul edilə bilməz.

54. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi sadalanan hallar üzrə gəldiyi nəticə əsaslı deyil, qətnamə maddi hüquq normasının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir ki, bu hal da qətnamənin Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin tələbinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsaslar yaradır.

55. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

57. Həmin Məcəllənin 384.*.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

58. İşin yuxarıda qeyd olunan hallarını, məhkəmə iclasında tədqiq olunan sübutları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *4.11.2*25-ci il tarixli, e-2(*6*)-4489/2*25 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 4*5ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin *4.11.2*25-ci il tarixli, e-2(*6*)-4489/2*25 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Sumqayıt şəhər 11 nömrəli tam orta ümumi təhsil məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinə qarşı Sumqayıt şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbi direktor vəzifəsini müvəqqəti icra edən X2 imzaladığı *3.*4.2*25-ci il tarixli 7* saylı əmrin ləğv edilməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar