Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-182/2020 25.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(067)-16/2018 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ET Dİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(067)-16/2018 saylı qətnaməsi ilə (hakim R.E.Xəlilov) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X5 və Əmrahov Rövşən Ağadadaş oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh1, Cavabdeh2, X2, X3 və Əmrahov Rövşən Ağadadaş oğlundan müştərək qaydada 23469,65 ABŞ dolları əsas, 4571,89 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə borcu, borcun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, ipoteka qoyulmuş Cavabdeh1nun xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,23 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına 23469,65 ABŞ dolları əsas, 4571,89 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının qaytarılması, evin satışından qalan məbləğin Cavabdeh1 verilməsi ipoteka predmetinin ilkin satış qiymətinin 44.000 manat məbləğində qiymətləndirilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2, X2, X3 və Əmrahov Rövşən Ağadadaş oğlundan alınaraq xidmət göstərən: «X6» MMC, VÖEN **********, hesab № AZN AZ30GUNA********************, Bank: GUNAY BANK ASJ VOEN **********, Müxbir hesab AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2, X2, X3 və Əmrahov Rövşən Ağadadaş oğlundan alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VÖEN ********** AZ34JTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(067)-16/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X5 və Əmrahov Rövşən Ağadadaş oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 23735,48 ABŞ dolları əsas, 4571,89 ABŞ dolları faiz və 18913,30 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 47220,67 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 xüsusi mülkiyyətində olan, Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,23 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 202,7 kv.m, yaşayış sahəsi 100 kv.m, yardımçı sahəsi 102,7 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və yaşayış evinin açıq hərracdan satılması və cəmi 47220,67 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh2, X4, X5 və Əmrahov Rövşən Ağadadaş oğlundan ümumi qaydada tutulması, tutma ipoteka predmetinə yönəldildikdən və qeyd olunan əmlaklar satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxxx 2018-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X5 və Əmrahov Rövşən Ağadadaş oğluna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, C.Ş.Şabanov, A.S.Aslanov və R.A.Əmrahovun iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı QSC-nin X7 Anar Həsənov ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə İddiaçı QSC qarşısında olan öhdəliklərini əldə olunmuş razılaşmaya uyğun olaraq ödənilmşdir. Ona görə də, «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir və iddiadan imtinanın nəticələri aydındır. Azərbaycan Respublikası MPM-nin 370.1-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası 384.0.4-cü maddəsinə əsasən qətnamənin tamamilə və ya qismən ləğv edib, iş üzrə icraata xitam vermək apelasiya instansiya məhkəməsinin səlahiyyətidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda apelyasiya qaydasında icraata xitam verilmləklə ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qanuni və əsaslı olduğundan təsdiq edilib birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və apelyasiya qaydasında iş üzrə icraata xitam verilməlidir. İş materialları ilə müəyyən olur ki, iş üzrə aparılmış məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizalarının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Məhkəmə kollegiyası nəzərə alır ki, bankı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdehlər öhdəliklərinin icrasına dair razılığa gəlmişlər. Belə olan halda məhkəmə mühasibatlıq ekspertizalarının rəyinin alınması üçün nəzərdə tutulmuş ümumilikdə 200 manat manat ekspertiza xərci cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, X4, X5 və Əmrahov Rövşən Ağadadaş oğlundan müştərək qaydada tutularaq məhkəmə ekspertizası mərkəzinin müvafiq hesablarına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 263-265, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı QSC-nin X7 Anar Həsənovun iddiadan imtinası təsdiq edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(067)-16/2018 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X5 və Əmrahov Rövşən Ağadadaş oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X5 və Əmrahov Rövşən Ağadadaş oğlundan alınaraq xidmət göstərən: «X6» MMC, VÖEN **********, hesab № AZN AZ30GUNA********************, Bank: GUNAY BANK ASJ VOEN **********, Müxbir hesab AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına keçirilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X5 və Əmrahov Rövşən Ağadadaş oğlundan alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VÖEN ********** AZ34JTRE******************** hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-182/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-182/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver