Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1829/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə Açar söz: (xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu Alıbəyli kəndində yerləşən «Karl Marks» kolxozunda kolxozçu işləməsini faktının müəyyən olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X18 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Zəngilan Rayon Məhkəməsinin 2(034)-238/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi X6 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən «Karl Marks» kolxozunda kolxozçu işləməsini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi X6 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Alıbəyli kəndində anadan olmuş, orada ailəsi ilə birlikdə yaşayıb boyabaşa çatmış, yaşamışdır. O, 1969-cu il tarixdə orta məktəbə getmiş və 1979-cu il tarixdə orta məktəbi bitirmişdir. 1980-ci il tarixdən 1982-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. O, xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerəşən “Karl Marks” kolxozunda kolxozçu işləmişdir. Lakin rayon işğal olunduqdan sonra onun bir çox sənədləri, o cümlədən əmək kitabçası işğal zonasında qalmışdır. O, əmək kitabçasına aid sənəd almaq üçün dövlət arxivinə müraciət etsə də ona bildirmişlər ki, arxiv sənədləri işğal zonasında qaldığından ona heç bir sənəd verə bilmirlər. O, gələcəkdə pensiyaya çıxmaq üçün stajının bərpa olunmasını istəyir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına bununla bağlı müraciət etdikdə ona həmin filialdan imtina məktubu vermişlər. O, orada işləyərkən onunla bir çox insanlar da işləmişlər.
3. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərflərlə təyinat üzrə mərkəzi filialına qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir. Hesab edirlər ki, 2(034)-238/2023 nömrəli iş uzrə ərizə əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazlarını təqdim edirlər. Belə ki, 11.03 1962-ci ıl təvəllüdlü ərizəçı Ərizəçi 01 07 1982-cı il tarixdən 18 05.1993-cu il tarixədək Zəngilan rayonunun Alıbəyli kəndində yerləşən «Karl Maks" kolxozunda kolxozçu işlədiyini və əməkhaqqı aldığını iddia edir. E.G Güləhmədov xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cu il tarixədək «Karl Maks” kolxozunda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bır növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-cı bəndinə gorə 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması uçun iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3 2.2-ci yarımbəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur kı, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2GÖ7-cı il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzurlu səbəbdən (təbii fəlakət, qəza dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci ıl tarixli, 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nətəcəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi uçun çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kımı ış stajının təsdiq olunması uçün ən azı iki nəfər şahid olmalı; şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların mııəyyən edilməsinə dair işlər ırzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Qərarında da oz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar), Həmin Qərarın 13.4-cü bəndinə gorə əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan goründuyu kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 104.3-cü maddəsinin tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Müddəalardan göründüyü kimi müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Ərizəçi ərizəsində qeyd etmişdir ki, işlədiyini iddia etdiyi dövrləri onunla birgə işləmiş şahidləri təsdiq edə bilər. xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Karl Maks" kolxozunda hazırki iş üzrə ərizəçinin işləməsi faktının təsdiq edilməsi yalnız Ərizəçila eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. Beləliklə qeyd edilənlərə əsasən ərizəçi müvafiq sənədləri hansı səbəbdən əldə etmədiyini sübut edə bilməmişdir. Məhkəmədən Ərizəçi maraqlı şəxs Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı” hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair 2(034)238/2023 nömrəli iş üzrə ərizəsinin təmin edilməməsi barəldə qətnamə qəbul elilməsini xahiş etmişdir.
4. Zəngilan Rayon Məhkəməsinin 2(034)-238/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin olunmuş, Ərizəçi 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Karl Marks» adına kolxozun fermasında kolxozçu işləməsi faktının müəyyən olunması qət edilmişdi (hakim Gülsarə İmanova).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəçi X6 xx.xx.1962-ci ildə Zəngilan rayonu, Alıbəyli kəndində anadan olmuş, Zəngilanda ailəsi birlikdə yaşayıb boyabaşa çatmış, 1969-ci il tarixdə orta məktəbə getmiş və 1979-cu il tarixdə orta məktəbi bitirmişdir. 1980-ci il tarixdən 1982-ci il tarixə kimi hərbi xidmətdə olmuş, hərbi xidmətdən gəldikdən sonra xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən “Karl Marks” kolxozunda kolxozçu kimi fermada işləmişdir. Lakin rayon işğal olunduqdan sonra onun bir çox sənədləri, o cümlədən əmək kitabçası işğal zonasında qalmışdır. Ərizəçi əmək kitabçasına aid sənəd almaq üçün dövlət arxivinə müraciət etsə də, arxiv sənədləri işğal zonasında qaldığından əldə edə bilməmişdir. Əmək kitabçası ona gələcəkdə pensiyaya çıxmaq üçün stajının bərpa olunması üçün lazımdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, həmin filialdan imtina edilərək məhkəməyə müraciət etməsi bildirilmişdir. Həmçinin ərizəçinin qeyd olunan illərdə «Karl Mark» kolxozunda kolxozçu kimi fermada işləməsini onunla birlikdə həmin kolxozda mühasib işləmiş şahid X15 öz ifadələri ilə təsdiq etmişdir. Eyni zamanda “Karl Marks” kolxozunun tabe olduğu X17 işləmiş şahid X3 fermanın fəaliyyətini tez-tez yoxlama apardığını, ərizəçi ilə bir yerdə malqaranı mayalama aparılması məqsədi ilə yoxlama apardığını və ərizəçinin həmin kolxozda 1982-ci ildən rayon işqal olunanadək işlədiyini, rayondan çıxanda ərizəçinin 745 baş malqaranı rayondan çıxarıb dövlətə təfvil verdiyini bildirmişdir. Bununla da Ərizəçi Zəngilan rayonunun “Karl Marks” kolxozunun fermasında işləməsi faktı tam sübuta yetirilmişdir. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, ərizəçinin işlədiyi müddətləri hesabladıqda onun 1982-cı ildən 1993-cü ilədək 11 il sosial sığorta stajı tamam olmuşdur.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 307, 308-ci maddəsinə, «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı Qərarının 1.1-ci, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-238/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi xahiş edilmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Şahidlərin hər birinin əmək kitabçasının olmasına baxmayaq, ərizəçinin əmək kitabçasını əldə bilməməsini iddia etməsi şübhə doğurur və ərizəçinin qeyd etdiyi dövrdə “Karl Maks” kolxozunda işləməsi barədə şübhə yaradır. Ərizəçinin əmək kitabçası mövcud olmuşdursa, onu əldə edə bilməməsini və başqa qaydada bərpa edə bilməməsini əsaslandırmamışdır. Eləcə də 1997-ci ildə Azərbaycan dili dövlət dili olmasına baxmayaraq, şahid qismində çıxış edən Nİftəliyev Elbrus Niftəli oğlunun əmək kitabçasındakı qeyd rus dilində aparılmışdır. Əlavə olaraq əmək kitabçasındakı bütün qeydlər eyni xəttlə aparılmışdır və bu məqam da şübhəyə əsas verir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Ərizəçi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiaysının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə iş üçün əhəmiyyət kəsb edən halları tam araşdırmamışdır. Şübhə doğuran məqamlardan biri budur ki, ərizəçinin məhkəmə iclasına şahid qismində gətirdiyi şəxslərin əmək kitabçası mövcuddur, amma ərizəçinin özünün əmək kitabçası yoxdur. Ərizəçi əmək kitabçasını əldə edə bilməməsinin səbəblərini əsaslandıra bilməmişdir. X9 adlı şəxsin əmək kitabçasında 1997-ci ilə aid qeydlər həmin dövrdə artıq Azərbaycan dili dövlət dili olsa da, rus dilində aparılmışdır. Bu fakt birinci instansiya məhkəməsində səsləndirilsə də nəzərə alınmamış və bu hissəyə hüquqi qiymət verilməmişdir. Bu səbəbdən də qətnaməni qanunsuz hesab edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zəngilan Rayon Məhkəməsinin 2(034)-238/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə ərizəçi X6 məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir.
12. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə qaydasında müəyyən edilməli fakt hər şeydən əvvəl mövcud olmalı və həmin faktın təsdiqi üçün ərizəçi lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
14. AR ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir.
15. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları»nın 2.5-ci bəndinə görə də əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların o cümlədən qaçqın və məcburi köçkünlərin sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-238/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir.
19. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, ərizəçi bibisi oğludur. O,1978-ci ildə kolxozda mühasib işləmişdir. Elbrus isə 1982-ci ildən kolxozda işləmişdir. Sonradan kolxoz Elbrusu Gəncədə kursa göndərmişdir. Elbrus kolxozun fermasında işləmiş, ferma kolxoza aid olmuşdur. Elbrus texnikumu bitirdikdən sonra gəlib işləmişdir. O, 1993-cü ildə Bakıya gəlmişdir. Ərizəçinin əmək kitabçası rayonda qalmışdır. Hamı rayondan tez çıxmışdır. Rayonda 3-4 nəfər mühasib qalmışdır. O, da son günə kimi rayonda qalıb işləmişdir. O, çıxanda əmək kitabçasını götürmüşdür. Arxiv müdürü başqa adam idi. O, orda bir il maaşsız işləmişdir. 1971-ci ildən isə Bakıda oxuyub işləmişdir. «Karl Marks» kolxozuna tütünçülük, baramaçılıq, üzümçülük, əkinçilik və maldarlıq aid idi. Ərizəçi ilə bir kənddə yaşamışlar. Əvvəllər mağazada işləmiş, sonradan 1978-ci ildən isə «Karl Marks» kolxozunda işləmişdir. Kolxoz Bakıda fəaliyyət göstərməmişdir. Əmək kitabçasında çıxış əmri yoxdur. Koxoz sədrinin yanına getmiş, kolxozun 1997-ci ilə qədər fəaliyyətdə olması barədə ona arayış vermişdir. Ona sənədi əvvəlki kolxoz sədri vermişdir.O, xəstəliklə pensiyaya çıxmışdır.
20. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçini işlədiyi vaxtdan Zəngilandan tanıyır. Ərizəçi qonşu kənddə yaşamış, ərizəçi ilə qohumluq əlaqələri yoxdur. Onlarla bir yerdə işləyən Elbrusun əmək stajı fəaliyyətini təsdiq etmək üçün gəlmişdir. Həmin dövrdə o, orda işləmişdir.O, özü kolxozda işləmişdir. Əmək kitabçasının surətini təqdim etmiş, əsli isə nazirlikdədir. O, 1981-ci ildən X17 işləmişdir. Zəngilanda Aqrar sənaye kombinatı özündə 28 kolxoz, 4 təsərrüfatı birləşdirir. «Karl Marks» kolxozu kombinatın tabeçiliyində olmuşdur. O, hər ay gedib kolxozu yoxlamışdır. Kolxoz heyvandarlıq, tütünçülük, əkinçiliklə məşğul idi. Ərizəçi ilə həmin təsərüffatda tanış olmuşlar, elə olurdu ki, Elbrus ilə birlikdə mal-qaranı yoxlayıb saymışlar. Həmin dövrdə süni mayalanma mütəxəssisləri çox az idi. Süni mayalanma ilə məşğul olan mütəxəssislərdən biri də onlar olmuşlar. 1981-ci ildən 1993-cü ilə qədər işləmişdir. Onun əmək kitabçası həmin vaxtdan var. Onların əmək kitabçaları Bakıda, digərlərinin isə rayonda saxlanılırdı. Təssərüffat böyük idi. Həmin dövrdə elə bir vəziyyət yaranmışdı ki, hamı öhdəsində olan əmlakı çıxarmağa çalışmışdır. Sənədi çıxarmaqla məşğul olan yox idi. Sona xanımı da tanıyır, “Karl Marks” kolxozunda mühasib işləmişdir. Kolxoz kooperativ mülkiyyətdə ümumi yığıncaqdan asılı idi. Gəlib Sabirabad rayonunda yerləşmişlər. Ərizəçi tək özü rayondan Sabirabad rayonuna mal-qara gətirmişdi. Bura gələndən sonra ərizəçi işləməmişdir. Sabirabada gələndə kolxoz fəaliyyət göstərməmişdir. Mal-qara satılmış, pulu da dövlətə ödənilmişdir.
21. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəçiyə ünvanladığı məktubdan aydın olru ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işiərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) mvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla-əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı oimayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hesabı əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan sığortaounanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, ümumi iş stajı 25 ildən az (14 il 8 ay 3 gün ( xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər ərzində və 2010-202-ci il üzrə 12 il 7 ay) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22717,63 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyanatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir və məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
22. İş materiallarında olan Zəngilan rayon Dövlət Arxivinin 03 nömrəli, xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Zəngilan rayonu 1993-cu il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən Zəngilan rayon “Karl Marks” adına kolxozun sənədləri arxivə daxil olmamışdır.
23. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, ərizəçi X2 rayonundan məcburi köçkündür.
24. İş materiallarında olan X5 məxsus İT-1 № ******* saylı əmək kitabçasının sürətindən görünür ki, X7 xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci ilə kimi Zəngilan Aqrarsənaye kombinatında baş mühasib vəzifəsində işləmişdir.
25. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən təsdiq edilmiş vətəndaş X11 məxsus olan 185 nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, X15 “Karl Marks” kolxozunda 1970-ci ildən 1993-cü ilə kimi kolxozçu işləmişdir.
26. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfata Nazirliyi Zəngilan X20 X1 verilmiş xx.xx.2023-cü il tarixli 09 nömrəli arayışdan görünür ki, o, Zəngilan rayonu X16 baş mühasibi vəzifəsində işlədiyi dövrdə kombinatın tabeçiliyində 28 kolxoz və 4 təsərrüfatlar arası müəssisə fəaliyyət göstərmişdir.
27. Birinci instansiya məhkəməsi dindirilmiş şahid ifadələrinə istinadən ərizəni təmin etmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ərizəni təmin edərkən işin hallarına uyğun düzgün nəticəyə gəlməmişdir.
29. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən işin bütün hallarını araşdırmamış, yalnız ərizəçinin təqdim etdiyi şahid ifadlərinə istinad etmişdir.
30. Belə ki, ərizəçi xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən «Karl Marks» kolxozunda kolxozçu işləməsini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
33. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, ərizəçi bibisi oğludur. O,1978-ci ildə kolxozda mühasib işləmişdir. Elbrus isə 1982-ci ildən kolxozda işləmişdir. O, 1993-cü ildə Bakıya gəlmişdir, son günə kimi rayonda qalıb işləmişdir. O, çıxanda əmək kitabçasını götürmüşdür. Əmək kitabçasında çıxış əmri yoxdur.
34. Göründüyü kimi ərizəçi qeyd edilən şahidin bibisi oğludur. Belə olan halda onun bibisi oğlunun maraqlarına uyğun izahat verməsi ağlabatandır.
35. Bundan başqa ifadə vermis digər şahid X4 əmək kitabçasına nəzərə yetirildikdə müəyyən edilir ki, əmək kitabçasında 1997-ci ilə aid qeydlər rus dilində aparılmışdır.
36. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş və 1995-ci il noyabrın 27-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.
37. Ölkə ərazisində rəsmi dövlət dili Azərbaycan dili müəyyən edildiyi halda xx.xx.1997-ci il tarixində əmək kitabçasında aparılmış qeydlərin rus dilində aparılması əsaslı şübhələr yaradır.
38. Qeyd edilən hal birinci instansiya məhkəməsində maraqlı şəxsin nümayəndəsi tərəfindən mübahisələndirilmiş, lakin məhkəmə tərəfindən bu hala qiymət verilməmişdir.
39. Göründüyü kimi şahidlərdən yalnız biri, ərizəçinin qohumu olan şəxs onun kolxozda işləməsini təsdiq etsə də eləcə də digər şahidin əmək kitabçasında mübahisəli məqam aşkar edilsə də məhkəmə həmin şahidlərin ifadələrinə əsasən faktı təsdiq etmişdir.
40. Bundan başqa iş materiallarından görünür ki, şahid X13 rayonu X17, ərizəçi isə «Karl Marks» adına kolxozda işləmişdir.
41. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcudluğu araşdırılmamış, lazımi sorğular göndərilmədən ərizə təmin edilmişdir.
42. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən bu hallarını araşdırmamış, sübuta yetirilmədiyi halda ərizəçinin 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu, «Karl Marks» adına kolxozda kolxozçu işləməsi faktını müəyyən etməklə düzgün olmayan qətnamə çıxarmışdır. Bu da qətnamənin ləğvi üçün əsas hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-238/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2 və 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-238/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunması barədə ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.