Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1833/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, Cavabdeh1nun nümayəndəsi Vəkil2, üçüncü şəxslər X27 və X5 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı tərəf Maraqlı şəxs3, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi və Quba rayon Notariat Kontoruna qarşı şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı, bağışlama və çıxarışların ləğv edilməsi tələblərinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(027)-2236/2017 nömrəli qətnaməsindən Cavabdeh1nun nümayəndəsi Vəkil2 və üçüncü şəxlər X27 və X5 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) iddianın təmin olunması, Azərbaycan Respublikası DT və XK-i tərəfindən Quba rayon Notariat Kontorunun 01 oktyabr 2005-ci il tarixli 4-Ə-957, 959, 966 və 1023-24 reyestr nömrəli alqı-satqı nüqavilələri əsasında Quba rayonu Küpçal kəndi ərazisində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh1nun adına 07 noyabr 2005-ci il tarixdə verilmiş JN 237F Kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Azərbaycan Respublikası DT və XK-i tərəfindən Quba rayon Notariat kontorunun 22 mart 2006-cı il tarixli 4-Ə-104 saylı alqı-satqı müqaviləsi əsasında Quba rayonu Küpçal kəndi ərazində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh2 adına 05 aprel 2006-cı il tarixdə verilmiş JN 241F Kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh2 05 aprel 2006-cı il tarixdə adına verilmiş JN 241F kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,30 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 satmasına dair Quba rayon DNK-nın 4-Ə-505 saylı 15 iyul 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsi; Cavabdeh1nun həmin alqı-satqı müqaviləsi əsasında aldığı 0,30 ha həyətyanı torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH №0001498 saylı, **********98 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 21.07.2006-cı il qeydiyyat tarixli çıxarış; Quba rayonu Küpçal kəndi ərazisində yerləşən ümumilikdə 0,72 ha torpaq sahəsinə dair Cavabdeh1nun adına verilmiş AR Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA0117204 saylı, ********** qeydiyyat nömrəli, 09.10.2010-cu il qeydiyyat tarixli çıxarış; Cavabdeh1nun Quba rayonu, Küpçal kəndi ərazisində yerləşən adına olan 0,72 ha torpaq sahəsindən etibarnamə əsasında 0,08 ha torpaq sahəsini X21, 0,08 ha torpaq sahəsini X12, 0,08 ha torpaq sahəsini X24, 0,08 ha torpaq sahəsini X4 dair Quba rayon Notariat Kontorunda 15 sentyabr 2012-ci il tarixdə təsdiq olunmuş Daşınmaz Əmlakın AN-İ № ******* saylı və 0,08 ha torpaq sahəsini X8, 0,08 ha torpaq sahəsini X9, 0,08 ha torpaq sahəsini Babaşov Vəli Vəli oğluna və 0,08 ha torpaq sahəsini X1 dair Quba rayon Notariat Kontorunda 15 sentyabr 2012-ci il tarixdə təsdiq olunmuş Daşınmaz Əmlakın AN-İ № ******* saylı alqı-satqı müqavilələri; X19 15 sentyabr 2012-ci il tarixli AN-İ №0313674 saylı alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 18.01.2013-cü il qeydiyyat tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü; X10 15 sentyabr 2012-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX0132867 saylı, ********** qeydiyyat nömrəli, 20.02.2013-cü il qeydiyyat tarixli çıxarış və Torpaq sahəsinin planı və ölçüsü; X22 15 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX0132866 saylı, ********** qeydiyyat nömrəli, 20.02.2013-cü il qeydiyyat tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü; X6 15 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli, 29.01.2013-cü il qeydiyyat tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü; Babaşov Vəli Vəli oğlunun 15 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, 20.02.2013-cü il qeydiyyat tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü; X13 15 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli, 18.01.2013-cü il qeydiyyat tarixli çıxarış və **********94 torpaq sahəsinin planı və ölçüsü; X13 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 18.01.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən adına dövlət qeydiyyatına alınmış Quba rayonu, Küpçal kəndi ərazisində olan 0,08 ha torpaq sahəsini qızı X14 bağışlamasına dair Quba rayon Notariat Kontorunda tərtib və təsdiq olunmuş 14 iyun 2013-cü il tarixli bağışlama müqaviləsi; X15 Quba rayon Notariat Kontorunun 14 iyun 2013-cü il tarixli bağışlama müqaviləsi əsasında Quba rayonu, Küpçal kəndi ərazisindən yerləşən 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX № 0200598, ********** qeydiyyat nömrəli, 04.07.2013-cü il qeydiyyat tarixli çıxarış və ********** reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü ləğv edilməsi, Quba rayonu, Küpçal kəndində yerləşən 0,72 ha torpaq sahəsinə İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 mülkiyyət hüququ üzrə sahiblik, istfadə və sərəncam vermə faktlarının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil2 və üçüncü şəxslər Aydın Qasımbəyov və Rövşən Hüseynovun nümayəndəsi Vəkil1 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı tərəf Maraqlı şəxs3, Maraqlı şəxs2 və Quba rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1nun adına 07.11.2005-ci il tarixli Quba rayonu, Küpçal kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN 237 F Kod 30318018 saylı və Cavabdeh2 adına 05.04.2006-cı il tarixdə Quba rayonu Küpçal kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN 241F Kod 30318018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında 0,30 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Quba rayon Notariat Kontorunda bağlanmış 15.07.2006-cı il tarixli 4-Ə-505 saylı Torpağın alqı-satqı müqaviləsinin, Cavabdeh1nun adına Quba rayon Küpçal kəndində ümumilikdə 0,72 ha torpaq sahəsi olmasına dair verilmiş 09.10.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışın, həmin çıxarış əsasında Cavabdeh1 torpaq sahəsindən hər birinə 0,08 ha olmaqla, X21, X12, X24, X31, X8, X9, Babaşov Vəli Vəli oğluna və X18 15.09.2012-ci il tarixdə satmasına dair ******* və ******* saylı müqavilələrin, həmin müqavilələr əsasında həmin alıcıların adlarına verilmiş çıxarışların və X13 0,08 ha torpaq sahəsinin X14 bağışlamasına dair Quba rayon Notariat Kontorunda təsdiq olunmuş 14.06.2013-cü il tarixli 4Ə-584 saylı bağışlama müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında X11 adına verilmiş 04.07.2013-cü il tarixli RX ******* saylı çıxarışın ləğv olunması, onlara məxsus həmin torpaq sahələrinə mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam vermə hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbini onunla əsaslandırılmışlar ki, o və qardaşları İddiaçı4, İddiaçı5 və İddiaçı2 2004-cü ildə Quba rayon Küpçal kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə hər birinə ayrı-ayrılıqda həyətyanı torpaq sahəsi verilməsi barədə Maraqlı şəxs3nə müraciət etmişlər. Həmin müraciətlərinə Küpçal bələdiyyəsinin iclasında baxılmış və bələdiyyənin 21.08.2004-cü il tarixli, 21 saylı qərarı ilə onların hər birinə Quba rayonu, Küpçal kəndi ərazisindən 1200 kv. metr topaq sahəsinin alqı-satqı qaydasında satılması barədə qərar verilmişdir. Həmin qərar əsasında hər biri 14.10.2004-cü il tarixdə Küpçal bələdiyyəsinin hesabına torpaq sahələrinin alqı-satqısı ilə əlaqədar 770 min manat pul köçürmüşlər. Bundan sonra 23.10.2004-cü il tarixdə Quba rayonu, Küpçal bələdiyyəsi hər birinə ayrı-ayrılıqda 1200 kv. metr həyətyanı torpaq sahəsinin satılması barədə alqı-satqı aktı tərtib edərək, təsdiq etmişdir. Həmin alqı-satqı aktları 25.10.2004-cü il tarixdə Quba rayon Torpaq Şöbəsində 581-584 nömrələrlə qeydiyyatdan keçirilərək təsdiq edilmişdir. Həmin torpaq sahələrinə dair hər birinin adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək, dövlət torpaq kadastrı kitabında qeydə alınmışdır. Eləcə də İddiaçı3 Quba rayonu Küpçal kəndi ərazisində 0,24 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə yol yerləri çıxılmaqla 0,20 hektarına adına JN 108F saylı Kod 30318018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair şəhadətnamə verilmişdir. Faktiki olaraq həmin torpaq sahəsi 0,24 hektardır, Sonradan onlara həmin torpaq sahələrinə dair verilmiş həmin sənədlərin əsilləri naməlum şəraitdə itmiş, yalnız onlarda surətləri qalmışdır. Onlar həmin sənədlərin əsillərini əldə etmək üçün Quba rayonu Küpçal-Dağlı bələdiyyəsinə və digər adiyyəti təşkilatlara müraciət etmişlər. Müraciətlərinə cavab olaraq Quba rayonu Küpçal-Dağlı bələdiyyəsi 37 saylı 09.09.2016-cı il tarixli məktubunda göstərmişdir ki, 2015-ci ildə Küpçal bələdiyyəsi Dağlı bələdiyyəsi ilə birləşərək, Küpçal-Dağlı bələdiyyəsi yaranmış, Küpçal bələdiyyəsinə aid sənədlər Küpçal-Dağlı bələdiyyəsinin arxivinə təhvil verilməmişdir. Müraciətlərinə cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi 31.08.2016-cı il tarixli, 2972 saylı məktubunda göstərmişdir ki, Quba rayonu, Küpçal kənd bələdiyyəsinin sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxs2nə etdikləri müraciətə əsasən bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil yerilmiş arxiv məlumatlarında plan-ölçünün alınması üçün təqdim etdiyiniz daşınmaz əmlaka dair torpaqayırma sənədləriniz aşkar olunmamışdır. Həmin sənədlərin naməlum şəraitdə itməsi barədə Azərbaycan Respublikası DİN Quba rayon Polis Şöbəsinə və Quba Şəfəq qəzeti redaksiyasına müraciət etmişlər. Onlara məxsus həmin sənədlərin asillərinin itməsi barədə Quba Şəfəq qəzetində dərc olunmuş və Quba rayon Polis Şöbəsində də aparılmış axtarış nəticəsində həmin sənədlərin əsillərini əldə etmək mümkün olmamışdır. Quba rayon Notariat Kontorundan onlara bildirilmişdir ki, həmin torpaq sahələrinə dair Quba rayon Notariat Kontorunda heç bir alqı-satqı əməliyyatı aparılmamışdır. Bələdiyyə tərəfindən alqı-satqı qaydasında onlara verilmiş həyətyanı torpaq sahələrinin sənədlərinin əsilləri itdiyindən onlarda qalmış surətlər əsasında adlarına mülkiyyət hüququ əsasında çıxarış ala bilmirlər. Bunun üçün həmin torpaq sahələrinə mülkiyyət hüququ üzrə onların sahiblik, istifadə və sərəncam vermə hüquqlarının məhkəmə qaydasında müəyyən olunması tələb olunduğu üçün bu tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxışı zamanı sorğu edilərək alınmış sənədlərdən görünür ki, Cavabdeh1 onlarla aralarında notariat kontorunda təsdiq olunmuş heç bir alqı-satqı müqaviləsi olmadan ona və qardaşları Bayram, Ramin, Paşa və X17 məxsus 0,42 ha torpaq sahəsinə dair qeyri-qanuni yolla öz adına 07 noyabr 2005-ci il tarixli JN 237F Kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır. Həmin şəhadətnamənin verilməsinə əsas kimi Quba rayon DNK-nın 01.10.2005-ci il tarixli 4Ə-957, 959, 966 və 1023-24 saylı alqı-satqı müqavilələri göstərilmişdir. Lakin həmin müqavilələri onlar notariat kontorundan əldə edə bilməmişlər. Ona görə ki onlar belə bir müqavilələr bağlamamışlar və bununla əlaqədar Quba rayon Notariat kontoruna gedərək heç bir müqaviləyə imza etməmişlər. Digər Cavabdeh2 da onlara verilmiş ümumi 0,48 ha torpaq sahəsindən yerdə qalan 0,06 ha torpaq sahəsi ilə birlikdə İddiaçı3 Şahsəid oğlunun 0,24 ha faktiki ölçüdə olan cəmi 0,30 ha torpaq sahəsinə dair heç bir notariat kontorunun alqı-satqı müqaviləsi olmadan qeyriqanuni yolla öz adına 05 aprel 2006-cı il tarixli JN 241F Kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır. Həmin şəhadətnamənin verilməsinə də əsas kimi 22.03.2006-cı il tarixli, 4-Ə-104 saylı Quba rayon DNK-da təsdiq olunmuş alqısatqı müqaviləsi göstərilsə də belə bir müqavilə yoxdur və o da belə bir müqaviləyə imza etməmişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh2 həmin 0,30 ha torpaq sahəsini Quba rayon Notariat Kontorunda təsdiq olunmuş 15 iyul 2006-cı il tarixli Torpaq alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 satmışdır. Cavabdeh1 həmin 0,30 ha torpaq sahəsinə dair öz adına 21 iyul 2006-cı il tarixli Seriya MH № ******* saylı, ********* qeydiyyat nömrəli DƏDRX-dan çıxarış almışdır. Həmin çıxarış da məhkəmə baxışı zamanı əldə olunmuşdur. Cavabdeh1 bundan sonra ümumilikdə onlara məxsus Quba rayonu, Küpçal kəndindəki 0,72 ha həyətyanı torpaq sahəsinə dair öz adına 09 oktyabr 2010-cu il tarixli MA seriyalı ******* saylı çıxarış almışdır. Həmin çıxarış əsasında 0,72 ha torpaq sahəsindən hər birinə 0,08 ha olmaqla Quba rayon Notariat Kontorunda təsdiq olunmuş 15 sentyabr 2012-ci il tarixli AN-1 ******* saylı müqavilə üzrə X21, X12, X24 və X28, eləcə də həmin tarixli AN-1 ******* saylı müqavilə üzrə hər birinə 0,08 ha olmaqla X8, X9, Babaşov Vəli Vəli oğluna və X2. Qeyd olunan alqı-satqı müqavilələri əsasında X19 adına 0,08 ha torpaq sahəsinə dair 18 yanvar 2013-cü il ferixli, X10 adına 0,08 ha torpaq sahəsinə dair 20 fevral 2013-cü il tarixli RX seriyalı ******* saylı, X22 adına 0,08 ha torpaq sahəsinə dair 20 fevral 2013-cü il tarixli RX seriyalı ******* nömrəli X6 adına 0,08 ha torpaq sahəsinə dair 29 yanvar 2013-cü il tarixli RX seriyalı ******* saylı, X13 adına 0,08 ha torpaq sahəsinə dair 18 yanvar 2013cü il tarixli RX seriyalı ******* saylı çıxarışlar verilmişdir. Sorğuya verilən X25 öz adına olan 0,08 ha torpaq sahəsini 14 iyun 2013-cü il tarixli Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 4Ə/02-584 saylı bağışlama müqaviləsi ilə X14 bağışlamışdır. Həmin bağışlama müqaviləsi əsasında X11 adına 04 iyul 2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Cavabdehlərin onların torpaq sahələrinə dair qanunsuz olaraq öz adlarına şəhadətnamə alaraq sonra da həmin torpaq sahələrini başqa şəxslərə özgninkiləşdirərək adlarına çıxarış almaları onların qanuni yolla aldıqları torpaq sahələrinə dair öz adlarına mülkiyyət hüquqlarını qeyd etdirərək çıxarış almalarına məhdudiyyət yaratmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1nun nümayəndəsi Vəkil2 oğlu Quba Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun hüququnu pozaraq, iştirakını təmin etmədən əsassız olaraq qətnamə qəbul etmişdir. Açıq-aşkar qərəzli olaraq məhkəmə müdafiə hüququndan məhrum etməklə, maddi və prossesual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, düzgün nəticəyə gəlməmiş və bununla da qanunsuz qətnamə qəbul etmişdir. Üçüncü şəxslər X27 və X5 nümayəndəsi Vəkil1 Quba Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, qətnamənin onlara aid hissədə ləğv edilməsini və iddia tələbinin onlara aid hissədə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onları prosesə cəlb etsə də, lakin onların iştirakını təmin etmədən əsassız olaraq qətnamə qəbul etmişdir. Məhkəmə maddi və prossesual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, düzgün nəticəyə gəlməmiş və bununla da qanunsuz qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1nun nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxslər X27 və X5 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən üçüncü şəxs X23 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin, üçüncü şəxslər Aydın Qasımbəyov və Rövşən Əhmədovun apellyasiya şikayəti isə qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini şəhadətnamələrin mpvcud olmayan alqı-satqı müqaviləsi əsasında verildiyindən, aparılmış alqı-satqı, bağışlama müqavilələri və onların əsasında verilmiş çıxarışların da qanunsuz olması ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi isə Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 19, 139.1., 324.1., 337.1., 337.2., 337.3., 337.4., 337.5., 389.1., 404.1., 405.1., 560.1., 560.3.4., 567., 572.1., 646.1., 648.1., 648.2., Torpaq Məcəlləsinin 56.9., 144.1. və MPM-nin 307.2.6., 311-ci maddələrinə istinad etmişdir. Cavabdeh1, üçüncü şəxslər Aydın Qasımbəyov və Rövşən Hüseynov aşağı instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etsələr də hər üçü şikayətinin dəlillərindən biri kimi məhkəmə iclası barədə məlumatlandırılmamalarını qeyd etmişlər. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən keçirilmiş məhkəmə iclaslarında cavabdehlər məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onların iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən cavabdeh və üçüncü şəxslərin iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddia tələbinə maddi hüquqi normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddia tələbi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsızlığı, alqı-satqı, bağışlama müqavilələrinin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi təşkil etsə də, məhkəmə mübahisəyə əqdin etibarsızlığı barədə normaları tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X40rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X34 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X3rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə almaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbləri torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsızlığı, alqı-satqı, bağışlama müqavilələrinin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi barədədir. Baxılan iş üzrə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 140, 421-ci maddələri təşkil edir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, iddiaçılar Ramin, Bayram, Paşa, İddiaçı2lara Maraqlı şəxs3 21 saylı, 10.2004-cü il tarixli qərarı ilə hər birinə alqı-satqı qaydasında 0,12 ha, digər İddiaçı3 isə Quba rayon AİK-nın 18.11.1998-ci il tarixli qərarı ilə 0,20 ha həyətyanı torpaq sahələri verilmişdir. İddiaçılara məxsus 0.42 ha torpaq sahəsi Quba rayon DNK-nun 4Ə-957, 959, 966, 1023-24 saylı 01.10.2005-ci il tarixli alqısatqı müqavilələri ilə Cavabdeh1, 0.30 ha torpaq sahəsi isə Quba rayon DNK-nun 4-Ə-104 saylı 22.03.2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmış və hər birinin adına müvafiq şəhadətnamələr verilmişdir. İddiaçılar Cavabdeh1 adına verilmiş 07.11. 2005-ci il tarixli JN237 Kod 30301018 saylı və Cavabdeh2 adına verilmiş 05.04.2006-cı il tarixli JN241 Kod 30301018 torpağın mülkiyyətə verilməsinə şəhadətnamələrin etibarsızlığını əsası kimi onlara məxsus torpaq sahələrinin sənədlərinin itirdikləri üçün mülkiyyət hüququnu təsdiq edən çıxarış ala bilmədiklərindən həmin sahələrə sahiblik, istifadə və sərəncam hüquqlarının müəyyən olunması məqsədilə məhkəməyə müraciət edərkən onlara məxsus 0.42 ha torpaq sahəsinə Cavabdeh1 adına şəhadətnamə verildiyini və bunun əsası kimi Quba rayon DNK-nun 01.10.2005-ci il tarixli 4Ə-957, 959, 966, 1023-24 saylı alqı-satqı müqavilələrinin, 0,30 ha torpaq sahəsinə isə Cavabdeh2 adına şəhadətnamə verildiyini və bunun əsası kimi isə 22.03.2006-cı il tarixli 4-ə-104 saylı Quba rayon DNK-da təsdiq olunmuş alqı-satqı müqavilələrinin olması göstərilmişdir. Qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının əsasları Mülki Məcəllənin 139-1-ci maddəsində müəyyən olunmuşdur. Həmin əsaslardan biri də, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilədir. İddiaçılar özləridə qeyd edirlər ki, mübahisəli torpaq sahəsinə şəhadətnamələr notariat qaydasında təsdiq edilmiş müqavilələr əsasında verilmiş, lakin onlarla belə bir müqavilə bağlanmamışdır. Halbuki, Cavabdeh1 istər apellyasiya şikayətində, istərsə də onun nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatdan və şikayətə əlavə etdiyi qətnamənin surətindən görünür ki, hazırki iş üzrə iddiaçılar cavabdeh Ömər Məmmədova qarşı borc müqaviləsinin etibarsızlığı və pulun qaytarılması barədə iddia irəli sürmüş, həmin işdə Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak etmişdir. Məhkəmə aktı ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 ilə borcverən X26 arasında hər hansı borc pul münasibətləri olmamış, müqavilə əslində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı4 məxsus torpaq sahələrinin alqı-satqısından alıcı Cavabdeh1nun borclu qaldığı pula dair bağlanmış, Cavabdeh1nun cavabdeh X20 hər hansı bir borcu olmamış, borc müqaviləsi üzrə Cavabdeh1nun hər hansı bir pul məbləğini X20 qaytarmaq öhdəliyi mövcud olmamış və borc müqaviləsinə X16 adı yalnız görünüş üçün daxil edilmişdir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi). Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir (Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli qərarı). Həmin qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə ail olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosessində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçılar tərəfindən Cavabdeh1 satılması tərəflərin əvvəlki işdə iştirak etdikləri və qüvvədə olan yuxarıda qeyd olunan məhkəmə aktında öz təsdiqini tapmışdır. Lakin iddiaçılar 0.42 ha və 0.30 ha torpaq sahələri ilə bağlı mübahisələndirilən şəhadətnamələrin verilməsinə əsas olmuş Quba rayon DNK-nun təsdiq olunmuş 01.10.2005-ci il tarixli 4Ə-957, 959, 966, 1023-24 saylı və 22.03.2006-cı il tarixli 4-ə-104 saylı alqı-satqı müqavilələrinin mübahisələndirməmişlər. Bu baxımından məhkəmə kollegiyası iddiaçıların şəhadətnamənin etibarsızlığı barədə iddia tələblərinin əsası kimi istinad etdiyi halları əsaslı hesab etmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin şəhadətnamənin etibarsızlığı barədə Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən kəsici müddəti tətbiqi barədə Cavabdeh1 nümayəndəsinin ərizəsinə gəldikdə isə qeyd edir ki, Konsitusiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətin tətbiqi ilə bağlı vurğulamışdır ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə nəzərdə tutulmuş müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyil, bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət isə kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Göründüyü kimi qeyd olunan müddətlər iddia müddəti kimi nəzərdə tutulmadığından, həmin müddətin tətbiqi üçün Mülki Məcəllənin 375.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərəfin ərizəsi əsasında deyil, məhkəmənin müəyyən etdiyi halda özü tərəfindən tətbiq edilməlidir. Baxılan iş üzrə iddiaçıların mübahisələndirdikləri torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə isə əqd olmadığından, məhkəmə kollegiyası hazırki tələb üzrə ərizənin tətbiqini zəruri hesab etmir. İddia tələblərinin cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında 0,30 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Quba rayon Notariat Kontorunda bağlanmış 15.07.2006-cı il tarixli 4-Ə-505 saylı torpağın alqı-satqı müqaviləsinin, Cavabdeh1 torpaq sahəsindən hər birinə 0,08 ha olmaqla, X21, X12, X24, X31, X8, X9, Babaşov Vəli Vəli oğluna və X18 15.09.2012-ci il tarixdə satmasına dair ******* və ******* saylı və X13 0,08 ha torpaq sahəsinin X14 bağışlamasına dair Quba rayon Notariat Kontorunda təsdiq olunmuş 14.06.2013-cü il tarixli 4Ə-584 saylı bağışlama müqavilələrin ləğv edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.1. və 421.2. maddələri). Qanunun mənasından göründüyü kimi, müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları kimi tərəflərin razılaşması, mülki qanunvericilikdə və ya müqavilədə müəyyən edilmiş hallar nəzərdə tutulmuşdur. Tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prisipindən irəli gəlir. Bele ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə, yaxud müqavilədə nəzərdə tutulduğu hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Göründüyü kimi qanunvericilik müqavilənin (alqı-satqı, bağışlama və s.) ləğvinin əsaslarını ilə yanaşı onun subyektini də müəyyən etmişdir. Odur ki, müqavilənin dəyişdirilməsi və ləğvini yalnız müqavilə tərəfi irəli sürə bilər. Lakin hazırki iş üzrə iddiaçılar mübahisələndirdikləri alqı-satqı və bağışlama müqavilələri üzrə tərəf kimi iştirak etmədiklərindən, həmin müqavilələrin ləğvini tələb edə bilməzlər. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Lakin iddianı bu hissədə təmin edən məhkəmə iddiaçıların belə bir hüququnun olubolmamasına hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı və bağışlama müqavilələrinin ləğvi hissəsində iddiaçıların subyektiv hüquqları olmadığından, iddia tələbləri bu hissələrdə təmin edilə bilməz. İddia tələbinin çıxarışların ləğvi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən çıxarışlar mövcud alqı-satqı və bağışlama müqavilələrinin əsasında verilmişdir. Reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilmiyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özkəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (Mülki Məcəllənin 140-cı maddəsi). Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli qərarı). Göründüyü kimi, qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını, bununla da həmin qeydiyyat əsasında qeydə alınmış daşınmaz əmlak hüquqları qeydə alınan şəxsin mülkiyyət hüququnun toxunulmazlığını müəyyən etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mübahisəli torpaq sahəsi ilə bağlı ləğvini arzuladığı çıxarışların verilməsinə əsas olan notariat kontoru tərəfindən təsdiq edilmiş alqı-satqı və bağışlama müqaviləsi ləğv edilmədiyindən, bu əqdlər əsasında tərəflərin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmış çıxarışların ləğvi barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin Quba rayon Küpçal kəndində yerləşən 0.72 ha torpaq sahəsinə İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı4 və İddiaçı3 mülkiyyət hüququ üzrə sahiblik, istifadə və sərəncam vermə faktlarının müəyyən edilməsi hissəsinə gəldikdə isə hesad edir ki, iddia tələbinin bu hissədə təmin edilməsi üçün hüquqi əsaslar olmadığından, təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin, üçüncü şəxslər A.Qasımbəyov və Rövşən Hüseynovun apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh1nun apellyasiya şikayəti təmin edilsin. Üçüncü şəxslər X27 və X5 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı tərəf Maraqlı şəxs3, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi və Quba rayon Notariat Kontoruna qarşı şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı, bağışlama və çıxarışların ləğv edilməsi tələblərinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1833/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1833/2021
15.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver