Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1835/2022 19.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakların boşaldılması və təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-180/2021 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsiə müraciət edib, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17R000007035 saylı kredit razılaşması üzrə 15597.16 ABŞ dolları əsas borc, 11823.71 ABŞ dolları faiz borcu və 8028.4 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 35449.27 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, 35449.27 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması, fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilərək fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli, 17L000001567 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları kredit xətti açılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 1567 saylı sazişlə kredit xəttinin məbləği 50.000 ABŞ dolları müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 17R000007035 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 17R000007035S saylı, xx.xx.2016-cı il tarixli 17R000007035SA saylı, xx.xx.2016-cı il tarixli 17R000007035SB saylı, xx.xx.2017-ci il tarixli 17R000007035SC saylı, xx.xx.2017-ci il tarixli 17R000007035SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 14402.84 ABŞ dolları ödəmiş, onun 15597.16 ABŞ dolları kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 423 gün üçün hesablanmış faiz borcu 11823.71 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 423 gün üçün hesablanmış cərimə 8028.4 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh3 ilə bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi (Abşeron rayon 2 saylı notariat kontorunun xüsusi notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilib) əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 2, mülkiyyət növü bələdiyyə, istifadədə olan 0.00664 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 1 mərtəbəli 53.9 kv.m ümumi, 37.2 kv.m yaşayış, 16.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 4 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 22 saylı reyestr kitabının 30 saylı vərəqində qeydiyyata alınmış RX seriyalı, ******* saylı çıxarışla həmin fərdi yaşayış evi Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən Cavabdeh3 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2019-cu il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə “Elektron Xidmətlər Portalı” vasitəsi ilə xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2013cü il tarixli, 17L000001567 saylı kredit xətti müqaviləsindən görünür ki, bank borcalana 120 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək 30.000 ABŞ dolları kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsinin 2.2-ci bəndinə əsasən bu müqavilə əsasında kreditlərin verilməsi və qaytarılması hər bir fərdi kredit razılaşmasının şərtlərinə və müvafiq ödəniş planına uyğun olaraq həyata keçirilməlidir. Kredit xətti müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə borcverənin müqaviləyə vaxtından əvvəl xitam vermək və kredit müqaviləsi üzrə borcu, faizi və digər məsrəfləri tələb etmək hüququ yaranır. Kredit xətti müqaviləsinin 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 1567 saylı sazişdən görünür ki, bank və kreditalan 28 fevral 2013-cü il tarixdə bağlanmış 17L000001567 saylı kredit xətti müqaviləsinin 1.1-ci bəndinə dəyişiklik edilmiş və əlavələr edilməklə həmin 1.1-ci bəndində aşağıdakı redaksiyalarda yazılmışdır: «1.1 Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kreditalana 50.000 ABŞ dolları kredit xəttini açır. Kreditlər tərəflər arasında kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir.” Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17L000001567 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli, 17R000007035 saylı kredit razılaşmasından görünür ki, bank bu kredit razılaşmasının şərtlərinə uyğun olaraq kredit alana aylıq faiz dərəcəsi 1,5833 faiz olmaqla, 48 ay müddətinə 30.000 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 2.3-cü bəndindən görünür ki, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1. bəndi ilə müəyyən olunuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. İddiaçı QSC-nin xx.xx.2014-cü il tarixli qəbzindən görünür ki, İddiaçı QSC Cavabdeh3 hesabına ayırdığı kreditə görə 30.000 ABŞ dolları köçürmüşdür. İddiaçı QSC-nin xx.xx.2014-cü il tarixli, 17R000007035 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 30.000 ABŞ dolları, faiz borcuna görə 13405,40 ABŞ dolları olmaqla, 43405,40 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. “AccessBank QSC” və Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 17R000007035S saylı sazişdən görünür ki, xx.xx.2013-cü il tarixli, 17L000001567 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 17R000007035 saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmiş, kreditalan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir, kreditalanın yeni ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı yeni ödəniş planı üzrə ödənişlərin sayının 2 (iki) mislindən artıq sayda olduqda yeni ödəniş plani üzrə “0” faiz hesablanmış aylar üzrə kreditin qalıq məbləğlərinə bank kredit razılaşması ilə müəyyən olunmuş faiz dərəcəsi ilə faizləri hesablayaraq kredit alandan tələb edə bilər və bu halda kredit alan həmin faizləri banka ödəməlidir. İddiaçı QSC-nin xx.xx.2014-cü il tarixli, 17R000007035 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 26510.57 ABŞ dolları, faiz borcuna görə 13105,73 ABŞ dolları olmaqla, 39616,3 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 17R000007035SA saylı sazişdən görünür ki, xx.xx.2013-cü il tarixli, 17L000001567 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 17R000007035 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixli tarixdən aylıq 1.5833 faiz; xx.xx.2017-ci il tarixdən aylıq 1.5 faiz; xx.xx.2018-ci il tarixdən aylıq 1.4167 faiz; xx.xx.2019-cu il tarixdən aylıq 1.3333 faiz; xx.xx.2019-cu il tarixdən aylıq 3 faiz dərəcəsi ilə faizlər hesablanır. Kreditalan bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. Kreditalan ödəniş planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün bank kreditin qalıq məbləğinə bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kreditalandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda kreditalan dərhal bu bənd üzrə hesablanmış faizləri də banka ödəməlidir. İddiaçı QSC-nin xx.xx.2014-cü il tarixli, 17R000007035 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh3 xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 29317.48 ABŞ dolları, faiz borcuna görə 9548,16 ABŞ dolları olmaqla, 34952,66 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 17R000007035SB saylı sazişdən görünür ki, xx.xx.2013-cü il tarixli, 17L000001567 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 17R000007035 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixli tarixdən aylıq 1.5833 faiz; xx.xx.2017-ci il tarixdən aylıq 1.5 faiz; xx.xx.2018-ci il tarixdən aylıq 1.4167 faiz; xx.xx.2019-cu il tarixdən aylıq 1.3333 faiz; xx.xx.2019-cu il tarixdən aylıq 0 faiz dərəcəsi ilə faizlər hesablanır. Kreditalan bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. Kreditalan ödəniş planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün bank kreditin qalıq məbləğinə bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kreditalandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda kreditalan dərhal bu bənd üzrə hesablanmış faizləri də banka ödəməlidir. İddiaçı QSC-nin xx.xx.2014-cü il tarixli, 17R000007035 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh3 xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 20485.22 ABŞ dolları, faiz borcuna görə 10264,86 ABŞ dolları olmaqla, 32495,48 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 17R000007035SC saylı sazişdən görünür ki, xx.xx.2013-cü il tarixli, 17L000001567 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 17R000007035 saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İddiaçı QSC-nin xx.xx.2014-cü il tarixli, 17R000007035 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh3 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 19235.22 ABŞ dolları, faiz borcuna görə 10693,22 ABŞ dolları olmaqla, 31753,78 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 17R000007035SD saylı sazişdən görünür ki, xx.xx.2013-cü il tarixli, 17L000001567 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 17R000007035 saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İddiaçı QSC-nin xx.xx.2014-cü il tarixli, 17R000007035 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh3 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 18023.22 ABŞ dolları, faiz borcuna görə 11436,45 ABŞ dolları olmaqla, 31285,01 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı QSC və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 17S000002778 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclunun xx.xx.2013-cü il tarixli, 17L000001567 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı QSC və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 17S000002778 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 2778 saylı sazişdən görünür ki, bank ilə zamin arasında xx.xx.2013cü il tarixdə bağlanmış 17S000002778 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verliməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar: Kredit xəttinin məbləği: 50000 ABŞ dolları yazılmışdır. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və borclunun xx.xx.2013-cü il tarixdə bağlanmış 17L000001567 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. İddiaçı QSC və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 17S000002779 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclunun xx.xx.2013-cü il tarixli, 17L000001567 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. “AccessBank QSC və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17S000002778 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 2779 saylı sazişdən görünür ki, bank ilə zamin arasında xx.xx.2013cü il tarixdə bağlanmış 17S000002778 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verliməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar: Kredit xəttinin məbləği: 50000 ABŞ dolları yazılmışdır. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və borclunun xx.xx.2013-cü il tarixdə bağlanmış 17L000001567 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. İddiaçı QSC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2019-cu il tarixli 019 saylı, Cavabdeh3 ünvanladığı xx.xx.2019-cu il tarixli 020 saylı, Cavabdeh1 ünvanladığı xx.xx.2019-cu il tarixli, 021 saylı xəbərdarlıqlardan görünür ki, bank birgə borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evi Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 22 saylı reyestr kitabının 30 saylı vərəqində qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC və ipoteka verən və borclu Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 17M000000729 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka verən xx.xx.2013-cü il tarixli, 17L000001567 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə formasında bağlanan ayrıca razılaşmalar üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evini İddiaçı QSC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.4-cü bəndindən görünür ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 21176.10 manat müəyyən edilmişdir. Daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 22 saylı reyestr kitabının 30 saylı vərəqində qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli, 17L000001567 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 120 ay müddətinə İddiaçı QSC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. İddiaçı QSC-nin Cavabdeh3 ünvanladığı xx.xx.2019-cu il tarixli 12380 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, bank ipoteka verənə kredit müqaviləsi üzrə borc ödənilmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılması barədə xəbərdarlıq etmişdir. İddiaçı QSC-nin Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 12841 saylı ərizədən görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş ********* nömrə ilə qeydə alınmış, bildirişin qeydə alınması üçün 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı QSC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixli 17R000007035 saylı kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə əsas borca görə 15597.16 ABŞ dolları, faiz borcuna görə 11823.71 ABŞ dolları, cəriməyə görə 8028.4 ABŞ dolları olmaqla cəmi 35449.27 ABŞ dolları borcu vardır, cərimə hesablanmış gecikdirilən günlərin sayı 423 gün təşkil edir. İddiaçı QSC-nin hesabdan çıxarışından görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə borcundan sonuncu dəfə xx.xx.2017-ci il tarixdə 202 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/3748 saylı rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı QSC və Cavabdeh3 arasında bağlanılmış 16 oktyabr 2017-ci il tarixli, 17R000007035SD saylı sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 iddiaçı Accessbank QSC-yə iddia tələbinin tarixinə yəni xx.xx.2019-cu il tarixə olan borcu 11248,04 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 11248,04 ABŞ dolları; faiz borcu üzrə 00,00 ABŞ dolları. Qeyd edilirki, iş materiallarından göründüyü kimi, Cavabdeh3 ilə Accessbank QSC arasında bağlanmış 16 oktyabr 2017-ci il tarixli, 17R000007035SD saylı, kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh3 cərimə hesablanmır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 09/3113 saylı rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və 28 fevral 2013-cü il tarixli, 17L000001567 saylı kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 1567 saylı sazişlə, kredit xətti müqaviləsinə əsasən aşağıdakı sazişlər əlavə və dəyişikliklər olunmuşdur; xx.xx.2015-ci il tarixli, 17R000007035S saylı saziş razılaşması, xx.xx.2016cı il tarixli, 17R000007035SA saylı saziş razılaşması, xx.xx.2016-cı il tarixli, 17R000007035SB saylı saziş razılaşması, xx.xx.2017-ci il tarixli, 17R000007035SC saylı saziş razılaşması, xx.xx.2017-ci il tarixli, 17R000007035SD saylı saziş razılaşmasının qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 iddiaçı Accessbank QSC-yə iddia tələbinin tarixinə yəni xx.xx.2019-cu il tarixə, borcu 36494,91 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 16808,71 ABŞ dolları; faiz borcu üzrə 11657,8 ABŞ dolları; cərimə borcu üzrə 8028,40 ABŞ dolları. Qeyd edilirki, Cavabdeh3 ilə Accessbank QSC arasında bağlanmış yuxarıda göstərilən sazişlərə əsasən xx.xx.2017-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2019cu il tarixlərdə illik faiz dərəcələri dəyişdirilərək faiz dərəcələri azaldılmışdır. Həmin faiz dərəcələri tərtib olunmuş cədvəl məlumatında göstərilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, Ç-037 saylı arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 2-də, istifadədə olan 0.00664 ha torpaq sahəsi üzərində yerləşən, Cavabdeh3 mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 53.9 m2 ümumi, 37.2 m2 yaşayış, 16.7 m2 yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin hal-hazırda bazar qiyməti: 33.000 (otuz üç min) manat; likvid qiyməti: 28.000 (iyirmi səkkiz min) manat təşkil edir. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(012)-180/2021 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilib, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2014cü il tarixli, 17R000007035 saylı kredit razılaşması üzrə əsas borca görə 15597.16 (on beş min beş yüz doxsan yeddi ABŞ dolları on altı sent) ABŞ dolları, faiz borcuna görə 11657,8 (on bir min altı yüz əlli yeddi ABŞ dolları səksən sent) ABŞ dolları, cərimə borcuna görə 500 (beş yüz ABŞ dolları) ABŞ dolları olmaqla, ümumilikdə 27754.96 (iyirmi yeddi min yeddi yüz əlli dörd ABŞ dolları doxsan altı sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manat (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı) iddiaçı X1 Cəmiyətinin xeyrinə tutulması, Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin fərdi yaşayış evinin likvid satış qiyməti 28.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən cəmi 27754.96 (iyirmi yeddi min yeddi yüz əlli dörd ABŞ dolları doxsan altı sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manat İddiaçı QSC-nin hesabına, 200 manat ekspertiza xərci Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, İddiaçı QSC-yə tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, ünvan 2 ünvanında yerləşən 2 otaqlı 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda Cavabdeh4 fərdi yaşayış evini boşaldaraq ən geci bir ay ərzində həmin fərdi yaşayış evindən çıxarılmsı, ekspertiza tədqiqatına görə ümumilikdə 200 (iki yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 319.6, 385.1, 427.3, 445.1, 448.1, 449.1, 462.1, 465.2, 739.1, 739.2-ci maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 33, 39.3, 59.2, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh3 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2022ci il tarixli, 2(012)-180/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarına əməl etməmiş və istinad etdiyi maddi hüquq normalarını isə düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Ona məxsus ipoteka ilə yüklü edilmiş evin qiyməti məhkəmə tərəfindən düzgün müəyyənləşdirilməmişdir. Həmin evin sahəsi 53,9 kv.m olsa da, qiyməti əsassız və qərəzli olaraq aşağı göstərilmiş, evə 28.000 manat likvid qiymət qoyulmuşdur. Bu, tam əsassız, obyektivlikdən uzaq araşdırmanın nəticəsidir. İşə baxan birinci instansiya məhkəməsi kredit borcunun vaxtında ödənilməməsinin səbəblərini, eləcə də onun nə qədər ödəniş etdiyini araşdırmamış, həm əsas borc və həm də faiz borcu ekspert rəyi ilə şişirdilmişdir. Lakin işə baxan məhkəmə təkrar ekspertiza keçirilməsini təmin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdiriımədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Maddə 421.2. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 467. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanun Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Maddələr 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh3 narazı qalaraq apellyasiya şikayəti vermiş, iddiaçı və digər cavabdehlər isə məhkəmənin qətnaməsini mübahisələndirməmişlər. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ancaq Cavabdeh3 aid hissədə yoxlayır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17L000001567 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli, 17R000007035 saylı kredit razılaşmasından görünür ki, bank bu kredit razılaşmasının şərtlərinə uyğun olaraq kredit alana aylıq faiz dərəcəsi 1,5833 faiz olmaqla, 48 ay müddətinə 30.000 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC-nin xx.xx.2014-cü il tarixli, 17R000007035 saylı kredit razılaşması üzrə ödəniş planına əsasən Cavabdeh3 xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 30.000 ABŞ dolları, faiz borcuna görə 13405,40 ABŞ dolları olmaqla, 43405,40 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas, faiz və cərimə borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Cavabdehin kredit borcu işdə olan sübutlarla, maliyyə arayışı və ekspert rəyləri ilə təsdiqini tapır. Apellyant kredit müqaviləsi üzrə mövcud borcun və ipoteka predmetinin qiymətinin qəbul edilməməsi barədə apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi və "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli hesabat ilə inkar olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-180/2021 nömrəli qətnaməsi Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1835/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1835/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver