Məhkəmə qərarları › İş №2(105)-1842/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1842/2022

20.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1842/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, maraqlı tərəf Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8626/2017 nömrəli, 31 may 2017-ci il tarixli qətnaməsindən iş üzrə maraqlı tərəf ARƏƏSMN DSMF-nin Sumqayıt şəhər şöbəsi (hazırda Abşeron-Xızı regional filialı) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8626/2017 nömrəli, 31 may 2017-ci il tarixli qətnaməsi ilə Ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixə kimi Qubadlı rayon Həcər adına kolxozda kolxozçu işləməsi faktının müəyyən edilməsi qət edilmişdir (hakim İlyas Mahmudov). Qətnamədən maraqlı tərəf ARƏƏSMN DSMF-nin Sumqayıt şəhər şöbəsi (hazırda Abşeron-Xızı regional filialı) tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8626/2017 nömrəli, 31 may 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixə kimi Qubadlı rayon Həcər adına kolxozda kolxozçu işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ Məhkəmə kollegiyasının iclasında maraqlı tərəf Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, əlilliyə görə pensiya alan bir çox vətəndaşların onlara əlillik təyin edilməsi zamanı əsas götürülmüş sənədlər nəzərdən keçirilərkən 2020-ci ilin iyununda Sumqayıt şəhəri üzrə bir çox vətəndaşların sosial ödənişlərin təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciəti zamanı iş stajının təsdiq edilməsi qismində təqdim etdikləri məhkəmə qətnamələrində işin faktiki hallarına əsaslı şübhələr yaranmışdır. Belə ki, müvafiq qətnamələr üzrə araşdırılma aparılaraq müəyyən edilmişdir ki, 50-yə yaxın hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair eyni region, eyni kateqoriya şəxslər barəsində eyni hakim tərəfindən eyni şahidlərdən istifadə olunmaqla 2016-2017-ci illər ərzində qəbul edilmiş qətnamələrdə saxtalıqlara və ciddi qanun pozuntulara yol verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2017-ci il tarixli 2(060)-8626/2017 nömrəli qətnaməsinə əsasən şahid qismində dindirilmiş X6 və X2 Ərizəçi ilə eyni kolxozda birlikdə işləməsini təsdiq edən hər hansı bir təsdiqedici sənəd məhkəməyə təqdim etməmişdir. X1 demək olar ki, 50-ə yaxın işdə şahid qismində dindirilmişdir. Həmçinin Ərizəçi ərizəsində məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamış, çatmaq istədiyi məqsədi göstərməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8626/2017 nömrəli, 31 may 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Ərizəçi rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, nümayəndəni dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8626/2017 nömrəli, 31 may 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir. Şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, Qubadlı raypn Həcər adına kolxozda işləmiş, Ərizəçi da onunla birgə xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək Qubadlı rayon Həcər adına kolxozda kolxozçu işləmişdir. Şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, Qubadlı raypn Həcər adına kolxozda işləmiş, Ərizəçi da onunla birgə xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək Qubadlı rayon Həcər adına kolxozda kolxozçu işləmişdir. Birinci instansiya məhkəməsi şahid ifadələrinə əsasən Ərizəçi xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək Qubadlı rayon Həcər adına kolxozda kolxozçu işləməsi faktını müəyyən edərək ərizəni təmin etmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 307.1, 308-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ərizəni təmin edərkən işin hallarına uyğun düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən yalnız ərizəçinin təqdim etdiyi şahid ifadlərinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən işin bütün hallarını araşdırmamışdır. AR ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Belə ki, Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Belə ki, ərizəçi xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək Qubadlı rayon Həcər adına kolxozda kolxozçu işləməsini bildirsə də, bu faktı təsdiq edən əmək kitabçası mövcud deyil, həmçinin əmək kitabçasının mövcud olmaması əmək kitabçasının itməsi, yanması faktı qeydə alınmamış, arxivin məhv olmasına səbəb olan hər hansı təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları»nın 2.5-ci bəndinə görə də əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların o cümlədən qaçqın və məcburi köçkünlərin sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, qeyd edilən qərara görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarından müəyyən edilir ki, Ərizəçi xx.xx.1966-cı ildə Yardımlı rayonu, Televar kəndində anadan olmuşdur. Həmçinin ərizəsində xx.xx.1983-cü ildən qeyd edilən kolxozda işləməsini bildirmişdir ki, həmin vaxt onun 17 yaşı tamam olmamış, həmin vaxt Qubadlı rayonunda yaşamasına dair hər hansı sübut təqdim etməməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəçi qaçqın və ya məcburi koçkün olmadığı halda qeyd edilən Qaydaların 2.5-ci bəndinə istinad edərək ərizəni təmin etmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə qaydasında müəyyən edilməli fakt hər şeydən əvvəl mövcud olmalı və həmin faktın təsdiqi üçün ərizəçi lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasn iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan Sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Lakin iş materiallarında şahid qismində dindirilmiş X2 və X3 qeyd edilən müddətlər ərzində qeyd edilən idarədə işləməsini təsdiq edən hər hansı sübutlar (arayış, əmək kitabçası) iş materiallarında mövcud deyildir. Məhkəmə yalnız şahidlərin ifadələrinə istinadən ərizəçinin də onlarla birlikdə qeyd edilən idarədə işləməsini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcudluğu araşdırılmamış, lazımi sorğular göndərilmədən ərizə təmin edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin iş materiallarından göründüyü kimi, ərizəçi ərizəsində məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamış, çatmaq istədiyi məqsədi göstərməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən bu hallarını araşdırmamış, sübuta yetrlmədiyi halda ərizəçinin xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək Qubadlı rayon Həcər adına kolxozda kolxozçu işləməsi faktını müəyyən etməklə düzgün olmayan qətnamə çıxarmışdır. Bu da qətnamənin ləğvi üçün əsas hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8626/2017 nömrəli, 31 may 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Ərizəçi ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Maraqlı tərəf ARƏƏSMN DSMF-nin Sumqayıt şəhər şöbəsi (hazırda Abşeron-Xızı regional filialı) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8626/2017 nömrəli, 31 may 2017-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar