Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1854/2025 25.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər N.Tusi adına X6 və N.Tusi adına X2 baş direktoru X8 qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, xəbərdarlıq) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), X15 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-795/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. 02 iyul 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı X2 “Kosmik plazma və və Heliogeofiziki problemlər" şöbəsinə aparıcı elmi işçi təyin edilmişdir.
2. N.Tusi adına X2 03 dekabr 2024-cü il tarixli, 190 saylı əmrində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən ŞAR “kosmik plazma və Hidrogeofiziki problemlər” şöbəsinin aparıcı elmi işçisi Şirin Hüseynova və elmi işçi İddiaçı yazılı olaraq ciddi xəbərdarlıq elan edilmiş, onlara həvalə edilmiş VLF siqnallarının analizi ilə bağlı elmi-tədqiqat işinin sürətli templə davamı, görülmüş işlər barədə mütəmadi olaraq şöbə müdirinə yazılı olaraq məlumat verilməsi tapşırılması əmr edilmişdir.
3. Poçt göndəriş qəbzindən və poçt göndərişlərinin izlənilməsindən görünür ki, 03 dekabr 2024-cü il tarixli, 190 nömrəli əmri İddiaçı 08 dekabr 2024-cü il tarixdə almışdır.
4. Cavabdeh N.Tusi adına X2 nümayəndəsi Nümayəndə2 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına X1rşı “əmrin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə baxılır. İddiaçı iddia tələbində məhkəmədən onun barəsində intizam tənbehinin tətbiq edilməsinə dair 03 dekabr 2024-cü il tarixli 190 saylı əmrin ləğv edilməsini xahiş etmişdir. Bildirir ki, iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötürülməklə təqdim edilmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi əmr ona poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə SS916427839AZ nömrəli poçt qəbzi ilə göndərilmiş və xx.xx.2024-cü il tarixdə iddiaçı həmin poçt göndərişini almışdır, (poçt qəbzi və çatdırma haqqında poçt qurumunun saytından çıxarış əlavə edilir). Demək iddiaçı artıq xx.xx.2024cü il tarixdə hazırda mübahisələndirdiyi əmrin mövcud olmasından və hüquqlarının pozulmasından məlumatlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Yəni, iddiaçı üçün artıq xx.xx.2024-cü il tarixdən iddia müddətinin axımı başlamışdır. İddia ərizəsinə əlavə edilmiş və iş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞA.MT43.2025-00074 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış”dakı məlumatlardan müəyyən olunur ki, iddiaçı mülki prosessual və mediasiya haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə “Mediasiyanın tətbiqi barədə təklif’lə, daha sonra isə xx.xx.2025-ci il tarixdə ərizə ilə mediasiya təşkilatına müraciə etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 7-ci bəndinə görə, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə görə, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunun ona məlum olduğu xx.xx.2024-cü il tarixdən hesblanmaqla, qanunvericiliklə ona verilmiş 1 aylıq müddətinin 18 gününü ötürdükdən sonra, xx.xx.2024-cü il tarixdə “Mediasiyanm tətbiqi barədə təklif’lə çıxış etdiyindən, həmin vaxtdan onun üçün iddia müddətinn axımı dayanmış və iddia ilə məhkəməyə müraciət etmək üçün cəmi 13 günü qalmışdır. İddiaçıya icbari mediasiya prosesi ilə əlaqədar xx.xx.2025-ci il tarixli MŞA.MT43.2025- 00074 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış” təqdim olunduğundan, həmin tarixdən onun üçün iddia müddətinin axımı bərpa olunaraq davam etmiş və xx.xx.2025-ci il tarixdən yerdə qalan 13 günlük iddia müddətini hesablasaq, xx.xx.2025-ci il tarixi iddiaçı üçün iddia tələbinin irəli sürülməsi üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulan 1 aylıq müddətin son günü olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.4- 1-ci maddəsinəd görə, Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin qanunun 32.4.2-ci maddəsinə görə, bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın (ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə), 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən Mediasiya prosesinə xitam verilir. İddia ərizəsinə əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə saat 13:59-da ilkin mediasiya üçün 60 manat ödəniş etmişdir. Bu ona dəlalət edir ki, artıq həmin tarixdə iddiaçının mediasiya sessiyasının baş tutmamasmdan məlumatı olmuşyə ona həmin arayış təqdim edilmişdir. Lakin, iddia ərizəsindən göründüyü kimi, iddia ərizəsi iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, yəni iddia müddətinin başa çatmasından 22 gün sonra imzalanmış, məhkəməyə isə xx.xx.2025-ci il tarixdə, yəni iddia müddətinin başa çatmasından 37 gün sonra təqdim edilmişdir. Bütün bunlar iddiaçı tərəfindən hazırkı iddia tələbinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin ötürülməklə məhkəməyə müraciət edilməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 372.2-ci madəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Eyni məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına X1rşı “əmrin ləğv edilməsi tələbinə dair” iddia ərazəsi qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməklə verildiyindən, iddia müddətini tətbiq etməklə, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər N.Tusi adına X6 və N.Tusi adına X2 baş direktoru X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N.Tusi adına X2 baş direktoru X10 tərəfindən verilmiş “Şəxsi işinə tikilməklə, ciddi xəbərdarlıq elan edilməsinə dair” xx.xx.2024-cü il tarixli, 190 nömrəli əmrinin ləğv edilməsi, qərəzçiliyə və ayrıseçkiliyə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında, işəgötürənin cəzalandırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X2 baş direktoru X9 03 dekabr 2024-cü il tarixdə, 190 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, ona şəxsi işinə tikilməklə, ciddi xəbərdarlıq elan etmiş və əmək müqaviləsi üzrə nəzərdə tutulmayan VLF siqnallarının analizi ilə bağlı elmi-tədqiqat işinin aparılması ondan tələb edilmiş və nəzərinə çatdırılmışdır ki, əgər bu tələbi yerinə yetirməsə, qanunvericiliyə əsasən, ona qarşı daha ciddi tədbirlər görüləcəkdir. O, barəsində verilmiş əmrdə göstərilənlərlə razılaşmır. Belə ki, cavabdeh N.Tusi adına X2 baş direktoru Namiq Cəlilovun ona qarşı çoxsaylı qanunsuz əməlləri ilə əlaqədar, dəfələrlə aidiyyəti Dövlət orqanlarına və məhkəməyə müraciət etməsinə baxmayaraq, cavabdeh layiqincə cəzalandırılmadığına görə, belə cinayət xarakterli əməllərini daha da, kəskin şəkildə davam etdirməkdədir. 98 nömrəli, xx.xx.2019-cu il tarixli Əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi onunla müddətsiz olaraq bağlanılmışdır. Əmək müqaviləsinin 1.2-ci bəndində göstərilibdir ki, o, rəsədxanada “Kosmik plazma və heliogeofıziki problemlər” şöbəsində elmi işçi vəzifəsindədir və müqavilənin 3.1-ci bəndində göstərilibdir ki, “iş rejiminə riayət edir, elmi-tədqiqat işləri, müşahidələrdə iştirak edir, ildə bir elmi məqalə çap etdirir, seminarlarda iştirak edir və ildə bir dəfə çıxış edir, keçirilən konfranslarda iştirak edir” - kimi əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. O, bir neçə ildir ki, Günəşdə baş verən fiziki hadisələrin - Günəş alışmalarının dinamikasının və onun Yer atmosferinə təsirlərinin öyrənilməsi müasir astrofizikanın ən aktual problemi olduğuna görə, qeyri-xətti və qeyri-stasionar zaman sıralarının riyazi işlənməsi üçün istifadə olunan müasir dinamik - fraktal tədqiqat və empirik modlara ayırma üsullarının tətbiqi ilə məşğul olur. Buna baxmayaraq, X5 baş direktoru Namiq Cəlilov onu tamamilə başqa bir sahə üzrə - astrofizika ilə əlaqəsi olmayan Yer atmosferinin zədqiqi uzrə işləməsinə məcbur edir. Eyni zamanda, ona təklif olunan işi yerinə yetirmək üçün bu vaxta kimi heç bir müşahidə materialı yoxdur. Belə ki, müşahidə qurğusu ilə işləyənlərin məlumatlarına görə, bu vaxta kimi alınan materialların bir hissəsi yanıb, qalan hissəsi isə itmişdir. Beləliklə, ilin sonunda müvafiq müşahidə materialları olmadan, yəni heçdən elmi nəticə ala bilməyəcəyinə görə, onu (müdriyyətin qərəzçilik və qanunazidd əməllərinə qarşı çıxanları) Namiq Cəlilov işdən azad etmək üçün zəmin yaratmaqdadır. N.Tusi adına X2 baş direktorunun 26 saylı, 03 dekabr 2024-cü il tarixli bildirişindən görünür ki, 2024-cü ilə dair onun illik elmi hesabatı X2 Elmi Şurasında qəbul edilməmişdir. Bunun da səbəbi odur ki, Elmi Şuranın sədri baş direktor Namiq Cəlilovun özüdür. Yəni, əmək müqaviləsi üzrə üzərinə müddətsiz olaraq götürdüyü öhdəliyə əməl etdiyi halda, Namiq Cəlilov vəzifəsindən sui-istifadə edərək, barəsində qərəzli qərar çıxartdırmışdır. Göründüyü kimi, baş direktor Namiq Cəlilovun 03 dekabr 2024-cü il tarixli, 90 saylı əmrində göstərilmişdir ki, o, məcburi qaydada onun diktəsi ilə naməlum VLF cihazı ilə elmi araşdırma aparmalıdır. Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumat elektron sənədindən görünür ki, o, baş nahiyyəsindən ciddi zədə almaqla, müddətsiz olaraq ikinci qrup əlildir. Sağlamlığının pozulmasının belə vəziyyətində astrofizika elminə aidiyyəti olmayan və əmək müqaviləsində nəzərdə tutulmayan bir VLF cihazını öyrənə bilməz. X21 özü, həm də, X3 heç kim bu VLF cihazının nəyə xidmət etdiyini bilmir. Onlar yalnız internet vasitəsi ilə VLF cihazı barədə ümumi şəkildə bir neçə kəlmə əzbərləyib, bu barədə anlayışı olmayan istənilən şəxsi aldadırlar. Sözügedən VLF cihazı 15 ildən çoxdur ki, X4 gətirildiyini deyirlər, amma indiyədək bundan astrofizika sahəsində hansı yeni elmi nəticələr alınması barədə heç bir rəsmi məlumat yoxdur. X17 və ona qarşı yönəltdiyi bir neçə nəfər əlaltılarının şifahi boş uydurmaları istisna olmaqla, bu cihazın astrofizika elə heç bir əlaqəsi yoxdur. X20 və onun əlaltılarının şifahi uydurmaları doğru olsa belə, həmin cihaz coğrafiya və anatomiya elmi sahəsində faydalı ola bilər. Bu da, o halda mümkündür ki, həmin cihazı düzgün işlədə bilən olsun, lakin ŞAR-da bu cihazdan başı çıxan yoxdur. Digər tərəfdən isə, heç bir elmi işçini əmək müqaviləsindən kənar işlərə məcbur etmək olmaz. X13 ilə qadağandır. ŞAR-ın baş direktoru Namiq Cəlilovun əsassız olaraq ona belə hədə-qorxu gəlməsi və onu əsassız olaraq təqib və təhdid etməsi haqsızlıqdır. Ona qarşı edilmiş belə haqsız və qərəzli münasibət əmrdə qeyd olunduğu kimi, yaxın vaxtlarda onu işdən azad etmək üçün bir bəhanədir. O, ixtisası üzrə peşəkar və qənaətbəxş hesab olunan mütəxəssisdir. İkinci qrup əlil olduğu halda, peşə fəaliyyəti üzrə haqsız olaraq şəxsi işinə tikilməklə, ona belə ciddi xəbərdarlıq verilməsi onun gələcək karyerasına və mənəviyatına yaraşmayan dözülməz bir qara ləkədir. O, kollektivdə həmişə nümunəvi, yüksək dərəcədə intizamlı bir işci kimi tanınmışdır. İşəgötürənlə onun arasında 2019-cu ildə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsində VLF cihazı ilə ŞAR-da elmi araşdırma aparacağı barədə üzərinə hər hansı öhdəlik götürməmiş və bu barədə işəgötürənlə arasında hər hansı razılaşmanın olmaması aydın görünür. Həmin müqavilədə ümumiyyətlə VLF cihazının adı yazılmamış və bu barədə işəgötürən onlara hər hansı iş tapşırmamışdır ki, bu əmək müqaviləsində əmək funksiyasına dair işlərin məcmusunda yoxdur. Ona görə də, işəgötürən Namiq Cəlilov şəxsi intriqa məqsədilə, ondan əmək müqaviləsinə uyğun gəlməyən işi məcburi qaydada tələb etməsi və bu əsasda əmr verərək, ona ciddi xəbərdarlıq edib, daha ciddi cəzalandıracağı ilə hədələməsi qanunla qadağandır və bu halda təqsirkar işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinə uyğun qaydada məsuliyyətə cəlb olunur. O, bu məsələdə günahkar olmadığına görə hesab edir ki, ŞAR-ın rəhbərliyi tərəfindən verilmiş “şəxsi işinə tikilməklə, ciddi xəbərdarlıq elan olunması” əmri ləğv edilməklə yanaşı, ayrı-seçkiliyə və qərəzçiliyə yol verdiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndi əsasında işəgötürənin özü cəzalandırılmalıdır.
7. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-795/2025 nömrəli qətnaməsi ilə iddianın tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Fərid Yaqubov).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci hissələri, 69-cu maddəsinin 2-ci bəndi, 83-cü maddəsinin 2-ci bəndi, 294-cü maddəsinin 4-cü bəndi, 296-cı maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-795/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, N.Tusi adına X2 (ŞAR) baş direktoru X9 03 dekabr 2024-cü il tarixində, 190 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən ona şəxsi işinə tikilməklə ciddi xəbərdarlıq elan etmiş və əmək müqaviləsi üzrə nəzərdə tutulmayan VLF siqnallarının analizi ilə bağlı elmitədqiqat işini aparmağı ondan tələb edilmiş və nəzərinə çatdırılmışdır ki, əgər bu tələbi yerinə yetirməsən qanunvericiliyə əsasən ona qarşı daha ciddi tədbirlər görüləcəkdir. O, barəsində verilmiş əmrdə yazılanlarla razılaşmır. Əvvəla onu bildirir ki, N.Tusi adına X2 baş direktoru Namiq Cəlilovun onlara qarşı çoxsaylı qanunsuz əməlləri ilə əlaqədar dəfələrlə məhkəməyə müraciət etmələrinə baxmayaraq o, layiqincə cəzalandırılmadığına görə belə cinayət xarakterli əməllərini daha da kəskin şəkildə davam etdirməkdədir. Surətini bu iddia ərizəsinə daxil etdiyi 98 nömrəli, xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsindən görünür ki, bu əmək müqaviləsi onunla müddətsiz olaraq bağlanılmışdır. X12 1.2-ci bəndində göstərilib ki, o, Rəsədxanada “Kosmik Plazma və Heliogeofiziki Problemlər” şöbəsində elmi işçi vəzifəsindədir və müqavilənin 3.1-ci bəndində yazılıb ki, “iş rejiminə riayət edirəm, elmi-tədqiqat işləri, müşahidələrdə iştirak edirəm, ildə bir elmi məqalə çap etdirirəm, seminarlarda iştirak edirəm və ildə bir dəfə çıxış edirəm, keçirilən konfranslarda iştirak edirəm” – kimi əmək funksiyasıın icrasını öhdəsinə götürmüşdür. O, İddiaçı bir neçə ildir ki, Günəşdə baş verən fiziki hadisələrin - Günəş alışmalarının dinamikasının və onun Yer atmosferinə təsirlərinin öyrənilməsi müasir astrofizikanın ən aktual problemi olduğuna görə qeyri-xətti və qeyri-stasionar zaman sıralarının riyazi işlənməsi üçün istifadə olunan müasir dinamik - fraktal tədqiqat və empirik modlara ayırma üsullarının tətbiqi ilə məşğul olur. Buna baxmayaraq X5 baş direktoru Namiq Cəlilov məni tamamilə başqa bir sahə üzrə - astrofizika ilə əlaqəsi olmayan Yer atmosferinin tədqiqi uzrə işləməyə məcbur edir. Eyni zamanda ona təklif olunan işi yerinə yetirmək üçün bu vaxta kimi heç bir müşahidə materialı yoxdur. Belə ki, müşahidə qurğusu ilə işləyənlərin məlumatlarına görə bu vaxta kimi alınan materialların bir hissəsi yanıb, qalan hissəsi isə itmişdir. Beləliklə, ilin sonunda müvafiq müşahidə materialları olmadan, yəni heçdən elmi nəticə ala bilməyəcəyinə görə onu (müdiriyyətin qərəzçilik və qanuna zidd əməllərinə qarşı çıxanları) Namiq Cəlilov işdən azad etmək üçün zəmin yaratmaqdadır. Əslini iddia ərizəsinə daxil etdiyi N.Tusi adına ŞAR-ın baş direktorunun 26 saylı, 03 dekabr 2024-cü il tarixli bildirişindən görünür ki, 2024-cü ilə dair onun illik elmi hesabatı ŞAR Elmi Şurasında qəbul edilməmişdir. Bunun da səbəbi odur ki, ŞAR-ın Elmi Şurasının sədri baş direktor Namiq Cəlilovun özüdür. Yəni, o, əmək müqaviləsi üzrə üzərinə müddətsiz olaraq götürdüyü öhdəliyə əməl etdiyi halda, Namiq Cəlilov vəzifəsindən sui-istifadə edərək barəsində qərəzli qərar çıxartdırmışdır. Göründüyü kimi ŞAR-ın baş direktoru Namiq Cəlilovun 03 dekabr 2024-cü il tarixli, 190 saylı əmrində yazılmışdır ki, o, məcburi qaydada onun diktəsi ilə naməlum VLF cihazı ilə elmi araşdırma aparmalıdır. O, 1985-ci il təvəllüdlü, 40 yaşı var. İddia ərizəsinə daxil etdiyi Tibbi Sosial Ekspert komissiyasının sonuncu müayinəyə dair məlumat elektron sənədindən görünür ki, o, baş nahiyyəsindən ciddi zədə almaqla müddətsiz olaraq ikinci qrup əlildir. Sağlamlığının pozulmasının belə vəziyyətində o, astrofizika elminə aidiyyəti olmayan və əmək müqaviləsində nəzərdə tutulmayan bir VLF cihazını öyrənə bilməz. X21 özü, həm də X3 heç kim bu VLF cihazının nəyə xidmət etdiyini bilmirlər. Onlar yalnız internet vasitəsi ilə VLF cihazı barədə ümumi şəkildə bir neçə kəlmə əzbərləyib bu barədə anlayışı olmayan istənilən şəxsi aldadırlar. Onu da bildirir ki, sözügedən VLF cihazı 15 ildən çoxdur ki, ŞAR-a gətirildiyini deyirlər, amma indiyədək bundan astrofizika sahəsində hansı yeni elmi nəticələr alınması barədə heç bir rəsmi məlumat yoxdur. X17 və onun iddiaçıya qarşı yönəltdiyi bir neçə nəfər əlaltılarının şifahi boş uydurmaları istisna olmaqla bu cihazın astrofizika elə heç bir əlaqəsi yoxdur. X20 və onun əlaltılarının şifahi uydurmaları doğru olsa belə, həmin cihaz coğrafiya və anatomiya elmi sahəsində faydalı ola bilər – bu da o halda mümkündür ki, həmin cihazı düzgün işlədə bilən olsun. Lakin ŞAR-da bu cihazdan başı çıxan yoxdur. Digər tərəfdən isə heç bir elmi işçini əmək müqaviləsindən kənar işlərə məcbur etmək olmaz. X13 ilə qadağandır. ŞAR-ın baş direktoru N.S.Cəlilovun əsassız olaraq ona belə hədə qorxu gəlməsi və onu əsassız olaraq təqib və təhdid etməsi haqsızlıqdır. Ona qarşı edilmiş belə haqsız və qərəzli münasibət əmrdə qeyd olunduğu kimi yaxın vaxtlarda onu işdən azad etmək üçün bir bəhanədir. O, ixtisası üzrə peşəkar və qənaətbəxş hesab olunan mütəxəssisdir. İkinci qrup əlil olduğu halda, peşə fəaliyyəti üzrə haqsız olaraq şəxsi işinə tikilməklə ona belə ciddi xəbərdarlıq verilməsi onun gələcək karyerasında və mənəviyyatına yaraşmayan dözülməz bir qara ləkədir. O, kollektivdə həmişə nümunəvi, yüksək dərəcədə intizamlı bir işci kimi tanınmışdır. Ona görə də işəgötürən Namiq Cəlilov şəxsi intriqa məqsədilə ondan əmək müqaviləsinə uyğun gəlməyən işi məcburi qaydada tələb etməsi və bu əsasda əmr verərək mənə ciddi xəbərdarlıq edib onu daha ciddi cəzalandıracağı ilə hədələməsi qanunla qadağandır və bu halda təqsirkar işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinə uyğun qaydada məsuliyyətə cəlb olunur. O, bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə də müraciətlər etmişdir. Onlar isə vəzifə səlahiyyətinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə, onun şikayət məktubunu ŞAR-ın baş direktoru Namiq Cəlilova, onun cavab məktubunu isə ona göndərməklə işini bitmiş hesab etmişdir. Hesab edir ki, Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi poçtalyon rolunu oynamamalıdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər Şamaxı Rayon Məhkəməsinin 2(074)-795/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən aydın görünür ki, qətnamənin əsaslandırıcı və təsviri hissəsində yazılanlar onun nəticə hissəsinə uyğun gəlmir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
14. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
15. Maddə 186. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
16. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri müəyyənliklərlə bağlı qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-795/2025 nömrəli qətnaməsi tam mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır.
29. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddia müddətinin axımı iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni işçinin əmri aldığı xx.xx.2024-cü il tarixdən başlanmışdır. Bununla da, iddiaçı xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın alınmasına baxmayaraq, məhkəməyə xx.xx.2025-ci il tarixdə (1 aydan çox müddətə) müraciət etməklə fərdi əmək mübahisənin həlli üçün müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.
30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
31. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
32. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-795/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.