Məhkəmə qərarları › İş №2(105)-1867/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1867/2024

16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1867/2024 16.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Siyəzən Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(059)-922/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1992- ci ilin oktyabr ayından 13 mart 2023-cü il tarixədək olan dövr üçün ağır yataq xəstəsi olmuş mərhum anası X1 quluq etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(059)-922/2024 nömrəli qərardadı ilə Ərizəçi "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi"nə dair ərizəsinin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilməsi və ərizənin ona əlavə olunmuş sənədlərlə, eləcə də ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilə birlikdə ərizəçi tərəfə geri qaytarılması qərara alınmışdır (hakim Bəylər Ələkbərov). Ərizəçi Siyəzən Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(059)-922/2024 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizə məhkəməyə “70 yaşlı anasına qulluq etməsi hüququ faktının müəyyən edilməsi” barəsində təqdim edilsə də, AR MPM-nin 308ci maddəsinə yanlış istinad edərək inzibati icraat qaydasında baxılmalı olmasına dair doğru olmayan qənaətə gəlmişdir. Buradan görünür ki, məhkəmənin sosial sığorta stajı kimi nəzərə alınan müddətlərin müəyyən olunması yalnız inzibati icraat qaydasında mümkün olması fərziyyəsinin hüquqi tənzimlənməsi kimi istinad etdiyi AR MPM-nin 308-ci maddəsinin dizpozitiv şərtlərinin ruhu məhkəmənin gəldiyi nəticənin ruhu ilə uyğun gəlmədiyinə görə,məlum olur ki, ərizəçi dügün olaraq hüquqi əhəmiyyəti olan faktları təsdiqi üçün xüsusi icraat qaydasında baxılması üçün yeril məhkəməyə müraciət etməsi qanuni olmuşdur. Məhkəmənin qərardadının əsaslandırılamsının ikinci yanlış əsası odur ki, hakim“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında AR Ali Məhkəməsinin Plenumunun qərarının 14-cü bəndinin, “xəstəyə qulluq etmə”, kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir”tövsiyyəsinə yanlış istinad edərək,“70 yaşlı ahıla qulluq edilməsi” anlayışının,” xəstəyə qulluq etmə”,anlayışı ilə eyni mənalı hesab edərək hüquqlarını pozan qərardad qəbul etmişdir. Başqa sözlə məhkəmə ərizədə “1992-ci ilin oktyabar ayından 13 mart 2003-cü ilə kimi olan dövr üçün mərhum anası X1 qulluq etdiyi (70 yaşlı ahıla qulluq edilməsi)” faktının müəyyən ediləsi tələbinin, elə “xəstəyə qulluq etmə”, faktını müəyyən edilməsi tələbi olduğu yanlış nəticəsinə gələrək, qanunsuz qərardad qəbul edərək, məhkəmə müdafiə hüququnun həyata keçirməsini məhdudlaşdıraraq, onu əmək pensiya hüququndan məhrum etmişdir. Məhkəmənin hazırki mübahisənin inzibati mübahisələrə aid olması qərarına gəlməsi və ərzəçiyə AR İPM-nin 8ci maddəsinə əsasən İnzibati Məhkəməyə müraciət edilməsi tövsiyəsi ərizəçinin “hüquqi əhəmiyyəti olan (1992-ci ilin oktyabr ayından 13 mart 2003-cü ilə kimi olan dövr üçün mərhum anası X1 qulluq etdiyi) faktın müəyyən edilməsi“ məzmunlu mübahisəsi AR İPMnin 2-ci (İnzibati mübahisələrin məhkəmə aidiyyəti) maddəsində nəzərdə tutulan mübahisələrin təbiətinə uyğun olmamışdır. Siyəzən Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(059)-922/2024 nömrəli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(059)-922/2024 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Bəylər Ələkbərov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni geri qaytarmasını qətnamədə onunla əsaslandırmışdır ki, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi sosial sığorta stajının müəyyən edilməsi olmuşdur ki, bu hala da, mülki məhkəmə icraatının xüsusi qaydasında deyil, inzibati tələb daxilində inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" xx.xx.2019-cu il tarixli, 3 nömrəli Qərarının: 14-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.3-cü bəndində məhkəmələrə izah edilir ki, “ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki ərizə ilə məhkəməyə müraciət edəkən ərizəçinin hüquqi marağı onun ahıl anasına qulluq edilməsi faktının müəyyən edilməsi və bunun nəticəsində də ona qulluq etdiyi dövrün onun sığorta stajına daxil edilməsi olmuşdur. Buna görə də mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün həmin ərizəyə hüquqi faktının müəyyən edilməsi qaydasında deyil, digər tələblə birgə inzibati qaydada baxılaraq hüquqi qiymət verilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi ərizənin qəbul olunmasından imtina barədə mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(059)-922/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar