Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-187/2023 10.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi İddiaçı, Cavabdeh X5 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(074)-248/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(074)-248/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 18200 ABŞ dolları məbləğində pul (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 242,30 (iki yüz qırx iki manat otuz qəpik) manat pul alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim N.İsmayılov) Cavabdeh bu qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 18200 ABŞ dolları ( manatla məzənnəsi 30940 manat) borcun, 19814,40 manat faizin və iddia üçün ödədiyi 242 manat 30 qəpik dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, o, 2005-cı ildə Şamaxı rayonu Məlhəm kəndi ərazisində torpaq almaq istəyib. Cavabdeh özünə məxsus 5 ha torpaq sahəsini satırmış. Tərəflər görüşmüş və 5 ha sahə üçün iddiaçı cavabdehə 50000 ABŞ dolları pul vermişdir. Həmin pulun yarısına Cavabdeh Xırdalan şəhərində ev alıb. Həmin vaxtdan o, torpağı sənədləşdirmək üçün Yaminə dəfələrlə müraciət edib. Nəhayət, 2016-cı ildə ehtiyac olduğundan, torpağın 3 hektarını borc əvəzinə bir nəfərə vermiş, qalan 2 hektarını isə getgələ salıb bu günə kimi də rəsmiləşdirə bilməmişdir. Bəhanə etmişdir ki, guya o, cavabdehə 50000 dollar deyil, 49400 dollar vermiş və 600 dollar borcu qalmışdır. Onun cavabdehə heç bir borcu yoxdur. Amma, qalan torpağı yaxşı sata bilsə, 2000 manat verməyə razıdır. Uzun müddət bu məsələ öz həllini tapmamışdır. Bu yaxınlarda o cavabdehə xəbər edib ki, 2000 manatı da düzəldib, onlar torpağın sənədləşdirilməsi üçün Asan xidmət mərkəzinə getmiş, cavabdeh nə qədər pul gətirdiyini soruşub, danışılan kimi 2000 manat demişdir. Cavabdeh 2000 manat yox, bu günki məzənnə ilə 1800 dollar verməlisən demişdir. İddiaçının cavabdehə heç bir borcu yoxdur. Lakin yenə də mübahisə həll olsun deyə o, iki min manat ödəməyə razı olmuşdur. Amma cavabdeh hər dəfə əlavə pul tələb etmişdir. Bundan sonra o, polisə müraciət etmiş, cavabdeh isə polisdə də eyni şeyi təkrar etmişdir ki, 1800 dolların ona ödənilməsi qarşılığından torpağı ona satacaqdır. Mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət olunmalı olduğu izah olunub. Odur ki, onu məhkəməyə vermək qərarına gəlmişdir. Ona 18200 ABŞ dolları qaytarmalıdır, yəni manatın bu günki məzənnəsilə 30940 manat. Eyni zamanda onun pulunu 16 il özündə saxlayıb, buna görə də Mərkəzi bankın illik 4 faiz uçot dərəcəsini də nəzərə alsaq hər ildə 1238.40 manat olmaqla 16 ildə 19814,40 manat ona faiz ödəməlidir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə razı deyildir. Məhkəmə işin bütün faktiki hallarını araşdırmamış, habelə hansı səbəbdən iddianın qismən təmin edilməli olmasını qətnamədə əsaslandırmamışdır. Məhkəməyə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş AR Mülki Məcəlləsinin 148.2, 152.5, 157.2-ci maddələrinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, ümumiyyətlə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Məhkəmə öz qətnaməsində iddianın qismən təmin edilməsi üçün əsas sübut qismində cavabdehin polisdə verdiyi izahata əsaslanmışdır ki, əslində cavabdeh belə bir izahat verməmişdir, yəni onun izahatının mətni təhrif edilmişdir. Belə ki, Cavabdeh ilə Yolçu Qəhrəmanov arasında 5 hektar torpaq sahəsini 50000 ABŞ dollarına və bir “Niva” markalı avtomobilə satmaq barədə razılıq olmuş və o, yalnız Yolçuya etibarnamə vermişdir. Lakin Yolçu ona 48200 ABŞ dolları vermiş, qalan pulu və “Niva”nı vermədiyindən o, 2 hektarın satılmasına razılıq verməmişdir. Onun ümumiyyətlə Durasanla belə söhbətləri olmayıb. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı şikayətlə razılaşmadı, əlavə olaraq bildirdi ki, şikayət tam formal xarakter daşımaqla, qətnamənin icrasının gecikdirilməsinə xidmət edir. Bu səbəbdən şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 491877 nömrəli, xx.xx.2016-cı il tarixli etibarnamədən görünür ki, Cavabdeh və X1 Yolçu Balaqəhrəman oğluna DTXX-nin JN 474, kod 41017028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Məlhəm kəndi ərazisində yerləşən 5.03 ha torpaq sahəsi üzrə onlara məxsus olan hissəni idarə etməyi, torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Yenə iş materiallarında olan xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əlavə sazişdən görünür ki, Cavabdeh, X11, X26, X24, X29, X10 adından çıxış edən X8 və X4 rayon Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə bağlanmış Şamaxı rayonunun Məlhəm kəndi ərazisində yerləşən 5.03 hektar torpaq sahəsində 3.0 hektar torpaq sahəsinin 4Ə- 549 nömrəli reyestrlə qeyd edilmiş alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş torpaq sahəsinin bölgüsü ilə razılığa gəlmişlər. Yenə də işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat **********47 reyestr, seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Şamaxı rayonu, Məlhəm kəndi ərazində yerləşən 2.0346 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh, X11, X26, X24, X29, X10, X14 payları göstərilməklə xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. İşə əlavə edilmiş 344423 nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh, X11, X24, X16, X20, o isə X21 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat **********47 reyestr, seriya RX ******* nömrəli çıxarışa əsasən Şamaxı rayonu, Məlhəm kəndi ərazində yerləşən 2.0346 ha torpaq sahəsi üzrə onlara məxsus olan 0.219242 ha torpaq sahəsindən ayrı-ayrılıqda hissələr üzrə 0.10 ha torpaq sahəsini idarə etməyi, torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişlər. İşdə olan xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş Şamaxı RPŞ tərəfindən xx.xx.2022-ci ildə məhkəməyə göndərilmiş polisdə toplanılmış materiallardan, İTB-nin sahə rəisi polis kiçik leytenantı Elvin Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2019- cu il tarixdə Şamaxı şəhəri, F.İlyasov küçəsi ev 8-də yaşayan İddiaçı Şamaxı RPŞ-nə müraciəti ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, Şamaxı rayon sakinləri Durasan və Yolçu adlı şəxslərə 2005-ci ildə 5 ha torpaq sahəsini 50 (əlli) min dollara və “Niva” markalı avtomaşın dəyərində satmış, lakin onlar pulun 1800 dollarını və “Niva” markalı avtomaşını vermədikləri üçün 2 ha torpaq sahəsini onların adına sənədləşdirməmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbinin təmin edilməyən hissəsindən iddiaçı tərəfindən, şikayət verilmədiyindən məhkəmə kollegiyası AR MPM-in 372.6-cı maddəsinə əsasən həmin hissələrdə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(074)-248/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 2005-cı ildə Cavabdeh ilə İddiaçı və X2 rayonu Məlhəm kəndi ərazisində yerləşən 5,0 hektar torpaq sahəsini 50 000 ABŞ dolları məbləğinə satılması barədə razılığa gəlmişlər. Bu işin mübahisəsiz halıdır. Sonradan həmin torpaq sahəsinin 3 hektarının X12 adına rəsmiləşdirilməsinə razılıq vermiş, qalan 2,03 hektar torpaq sahəsinin rəsmiləşdirilməsi üçün İddiaçı təklifindən imtina etmiş, səbəb kimi isə ona 1800 ABŞ dolları pulun və “Niva” markalı avtomobilin verilməməsini əsas gətirmişdir. Başqa sözlə, iddiaçı tərəf iddia edir ki, qeyd olunan razılaşmaya əsasən cavabdehə 50 000 ABŞ dolları ödənilib, cavabdeh isə etiraz edərək bildirir ki, razılaşılmış məbləğdən ona 1800 ABŞ dolları pul verilməmiş və eləcə də vəd edilmiş “Niva” markalı avtomobil verilməmişdir. Doğrudur, hazırda cavabdeh qeyd olunan alqı-satqı ilə bağlı iddiaçı ilə aralarında hər hansı razılaşmanın olmadığı, onun torpaq sahəsini mərhum Yolçu Qəhrəmanova satdığı, bu səbəbdən də etibarnaməni ona verdiyi barədə ziddiyətli izahatlar versə də, məhkəmə kollegiyası onun bu dəlillərini inandırıcı hesab etmir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Eyni Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bu Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əvvəla, daha öncə qeyd olunduğu kimi cavabdehin mübahisəli torpaq sahəsini iddiaçıya deyil, yalnız mərhum Yolçu Qəhrəmanova satması ilə bağlı dəlilinə tənqidi yanaşaraq kollegiya qeyd edir ki, bu fakt cavabdehin Şamaxı Rayon Polis Şöbəsində özü tərəfindən öz yazısı ilə tərtib olunan və imzalanan izahatında təkzib olunur. Belə ki, cavabdeh həmin izahatında mübahisəli torpaq sahəsinin İddiaçı və Yolçu Qəhrəmanova satılması barədə aralarında razılığın əldə edildiyini qeyd etmişdir. Həmçinin bu fakt birinci instansiya məhkəməsində araşdırma zamanı tərəflərin və şahidlərin verdiyi izahat və ifadələrlə də təsdiq olunur. Cavabdeh ziddiyətli izahat verərək bir tərəfdən iddiaçıya torpaq satmadığını, digər tərəfdən isə onun təkidi ilə həmin torpağa dair digər şəxsə etibarnamə verdiyini bildirir. Məlum olduğu kimi tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair yazılı müqavilə olmasa da, ilkin olaraq şifahi müqavilə əsasında alqı-satqı olmuş, bu məqsədlə cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair X6 geniş səlahiyyətli etibarnamə verilmişdir. X8 isə xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh tərəflər arasında 5,0 ha torpaq sahəsinin alqı-satqısına dair razılaşmanı və bu məqsədlə ona pul ödənildiyini inkar etmir, lakin razılaşmaya əsasən 1800 ABŞ dolları məbləğində pulun və “Niva” markalı maşının ona verilmədiyi üçün qalan 2,0 ha torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsindən imtina edir. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçı onun tərəfindən həmin torpaq sahəsinə dair ödənilmiş 18200 ABŞ dolları məbləğində pulun qaytarılması tələbində haqlıdır və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına tam uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini sübut edə bilməmiş, həmin dəlillərə dair əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(074)-248/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh X5 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-187/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-187/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver