Məhkəmə qərarları › İş №2(105)-1870/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1870/2024

16.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1870/2024 16.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Cavabdehnə və üçüncü şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinə qarşı "torpaq sahəsinin verilməsi" tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)-354/2012 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X5 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdehnə və üçüncü şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinə qarşı "torpaq sahəsinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Zindan Muruq kəndində yerləşməklə Cavabdeh ehtiyyat fonduna aid torpaqlardan 0,30 ha torpaq sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)-354/2012 nömrəli qətnaməsi ilə (hakim Adil Vəliyev) iddianın təmin edilməsi, Qusar rayonu Zindan Muruq kəndində yerləşən İddiaçı qanuni istifadəsində olmuş, hal-hazırda Cavabdeh mülkiyyətinə aid olan 0,30 ha həyətyanı torpaq sahəsinin bələdiyyənin mülkiyyətindən ayrılaraq əvəzsiz olaraq İddiaçı mülkiyyətinə verilməsi və sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun müəyyən edilməsi, qətnamənin yuxarıda göstərilən Qusar rayonu Zindan Muruq kəndində yerləşən 0,30 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olması qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X5 5 saylı Xaçmaz Ərazi İdarəsi Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)-354/2012 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, G(029)-539/2024 nömrəli müşayiət məktubu ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayəti üzrə işə baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. MPM-nin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Mülki iş 02 dekabr 2024-cü il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İş materialından görünür ki, apellyasiya şikayətinin prosessual tələblərə uyğunluğu birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamış, apellyasiya şikayətinin kim tərəfindən verilməsi, işdə iştirak etməyən şəxs tərəfindən verilmiş şikayətin onun hüquq və vəzifələrinə toxunması məsələsi aydınlaşdırılaraq qiymət verilməmiş, bununla bağlı müvafiq qərardad qəbul edilməmiş, şikayətin göstərilən tələblərə uyğunluğu müəyyən edilmədən iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 363-364-cü maddələrinin tələblərinin yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 364, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Qusar Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 2(029)-354/2012 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar