Məhkəmə qərarları › İş №2(105)-1879/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1879/2021

17.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1879/2021 17.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1 nümayəndə və vəkili X12 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı həyətyanı torpaq sahələrindən çıxarılma tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(029)-33/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(029)-33/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 17 may 2011-ci il tarixli A№ 343723 saylı Torpaq sahəsinin Planı və Ölçüsünə əsasən İddiaçı1 məxsus Qusar rayonu Quxuroba kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 0.10 hissəsindən, 17 may 2011-ci il tarixli A№ 343722 saylı Torpaq sahəsinin Planı və Ölçüsünə əsasən İddiaçı2 məxsus Qusar rayonu Quxuroba kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən bütünlüklə çıxarılması, həmin torpaq sahələrinin iddiaçıların qanuni istifadəsinə qaytarılması, iş üzrə 207.96 (iki yüz yeddi manat doxsan altı qəpik) manat təşkil edən ekspertiza xərclərinin Cavabdeh tutularaq 107.96 (bir yüz yeddi manat doxsan altı qəpik) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X9, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına və 100 (bir yüz) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməsi qət edilmişdir (hakim Rafiq Kazımov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(029)-33/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qusar rayonunun Quxur Oba kəndində yerləşməklə hərəsinə 0.12 hektar olmaqla onlara, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan cəmi 0.24 hektar həyətyanı torpaq sahəsindən çıxarılmasına və həmin torpaq sahələrinin onların qanuni istifadələrinə qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh apllyasiya şiayətini onunla əsaslandırmışdır ki, qətnamə tamamilə qanunsuz, əsassızdır və bu Apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, mübahisəli torpaq sahəsi 30 ildən artıq müddətdir ki, faktiki olaraq istifadəsindədir, faktiki sahiblik edir, əkib-becərir. Həmin ərazini zibillikdən və bataqlıqdan təmizləmiş, öz hesabına uzağ məsafədən su və elektrik xəttləri çəkmiş, 3000 mindən çox ağac və kollar əkmiş, yaşılaşdırma işlərini aparmışdır. Yeganə gəlir yeri bu torpaq sahəsidir. Lakin indi ona məlum olub ki, yaşadığı və daima istifadəsində olan torpaq sahəsi Quxuroba Bələdiyyəsi tərəfindən qonşuları İddiaçı1 və onun həyat yoldaşı İddiaçı2 10 aprel 2007-ci il tarixdə ev tikmək məqsədilə satılıb. Onu da qeyd edir ki, mübahisəli torpaq sahəsi qonşularına satıldıqdan sonra 1 ha hissəsi arvadı Sevil İsabəyovaya, digər 1 ha hissəsi isə ona kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi müqaviləni ləğv etməmiş və qanunun tələbinə əsasən icarə münasibətləri davam etdirilir. Bələdiyyənin iddiaçılarla bağladığı alqı-satqı müqaviləsi tamamilə qanunsuzdur. Hər iki alğı-satqı müqaviləsində olan qanunsuzluqlar aşağıdakılardan ibarətdir: Torpaqların alqı-satqısına dair aktın məzmunundan görünür ki. iddiaçılara torpaq sahəsi 10 aprel 2007-ci il tarixli bələdiyyə qərarı ilə verilib. Bu qərarda iddiaçıların 15 avqust 2007-ci il tarixli torpağın alınması barədə niyyət ərizələri əsasında verilib. Burda olan uyğunsuzluq ondan ibarətdir ki, tərəflər arasında alğı-satqıya dair akt vətəndaşlar ərizə verməmişdən öncə -10 aprel 2007-ci il tarixdə tərtib edilərək imzalanıb. Halbuki, vətəndaşlar ərizəni aktdan 4 ay sonra- 15 avqust 2007-ci il tarixdə veriblər. Qanuna əsasən vətəndaşlar niyyət ərizələrini qərar verilməmişdən öncə verməli idilər. Eyni qanunsuzluqlar 10 aprel 2007-ci il tarixli 03 və 04 saylı qərarlarda və eyni tarixli Alqısatqı haqqında aktlarda da öz əksini tapıb. Belə çıxır ki, bələdiyyə vətəndaş torpaq almaq niyyəti olmadan artıq onlar üçün bələdiyyə tərəfindən torpaq ayrılmışdı. 03 saylı 10 aprel 2007-ci il tarixli Bələdiyyə qərarına əsasən X15 ilə Bələdiyyə arasında olan alğı-satqı aktından aydın şəkildə qeyd edilib ki, İddiaçı1 torpağın dəyərinə görə bələdiyyənin hesabına 051428 saylı qəbzlə 228 (iki yüz iyirmi səkkiz) AZN ödəniş edib. Amma iş materiallarına əlavə edilmiş qəbzin nömrəsi və tarixi isə tamamilə başqadır. Həmin qəbz 051472 saylı, 05 dekabr 2009-cu il tarixlidir. Eyni uyğunsuzluq 04 saylı, 10 aprel 2007-ci il tarixli Bələdiyyə qərarına əsasən İddiaçı2 ilə Bələdiyyə arasında olan Alqı-satqı Aktında mövcuddur. Həmin Aktda da qeyd edilir ki. İddiaçı2 Bələdiyyə hesabına alınan torpağa görə 051425, 06.10.2007-ci il tarixli qəbzlə 228 (iki yüz iyirmi səkkiz) AZN ödəniş edib. Həmin iş üzrə əlavə edilmiş qəbzin nömrəsi də tamamilə başqadır (051467 saylı, 05 dekabr 2019) . Aktda qeyd edilib ki, pulun dəyəri X10 hesabına ödənilib. Hansı ki, həmin pul banka deyi,l bir- başa bələdiyyəyə alqı-satqıdan 2 il sonra ödənilib. “Bələdiyyə torpaqlarının ayrılmasınadair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəvəri ödənildikdən sonra) qərar qəbul edilir. Hesab edir ki, vətəndaş əslində torpaq ayrılması üçün bələdiyyəyə həqiqətən də 2009-cu ilin dekabr ayında müraciət edib və ona görə də torpağın dəyərini həmin vaxtda ödəyib. Lakin həmin vaxt (30.12.2007-ci ildən sonra) bələdiyyələrin torpaq satmaq səlahiyyəti olmadığına görə vətəndaşa köhnə tarix ilə yəni 07 aprel 2007-ci il tarixli alqı-satqı müqaviləsi ilə torpaq satılıb. 10 aprel 2007-ci il tarixli, 04 saylı qərarın məzmunundan aydın şəkildə görünür ki, iddiaçılara verilən toppaq Quxuroba bələdiyyəsinin ehtiyat fondunun, prespektivli kəndtəsərııffatına yararlı torpaq sahəsindən hər birinə 0,12 olmaqla, cəmi 0. 24 ha olmaqlahəyətyanı məqsədilə verilib. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.3-cü maddəsinə əsasən Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Yəni bu kateqoriyalı torpaqların alqı-satqısı qanunla qadağan olduğu halda iddiaçılar və bələdiyyə arasında alqı-satqı predmeti olub. Bundan əlavə iş materiallarına əlavə edilmiş 11 iyun 2004-cu il tarixli, 2-159/2004 saylı Qusar Rayon Məhkəməsinin qətnaməsindən isə bəlli olur ki, mübahisə edilən torpaqların təyinatı kənd təsərrifatı təyinatlı deyil, əhalinin mal qarası üçün istifadə olunan örüş sahələridir. Belə ki, həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin mütəxəssisi tərəfindən verilmiş şahid ifadəsində qeyd edilir ki, “keçmiş Quxuroba kənd bələdiyyəsinin sədrini yoxlamaya cəlb edib torpaq sahələrindən istifadə etmək vəziyyəti yoxlanıldı və örüş sahələrinin kənd əhalisinə satıldığı müəyyən edildi. Bununla əlaqədar olaraq Quxuroba bələdiyyəsinə göstəriş verilmişdir ki, əhaliyə qanunsuz olaraq verilmiş torpaq sahələrini geri qaytarıb bələdiyyənin balansına daxil etsinlər. Bundan əlavə Qusar rayon Quxuroba Bələdiyyəsinin ona ünvanladığı 03.03.2020-ci il tarixli, 30 saylı xəbərdarlıq məktubunda da aydın şəkildə görünür ki, mübahisəli torpaq örüş təyinatlıdır. Eyni məzmunlu izahatı cavadeh Quxuroba bələdiyyəsinin sədri Namik İsmayılov məhkəməyə vermişdir. Əfsuslar olsun ki, məhkəmə tərəfindən bu izahat qətnaməyə olduğu kimi deyil, təhrif olunmuş səkildə yazılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin mübahisəli torpağa dair şikayət ərizəsinə 10.05.2019-cu il tarixli cavab məktubunda Bələdiyyənin topağı qanunsuz satılması barədə faktlar öz əksini tapır. Hətta həmin məktubun məzmunundan aydın şəkildə görünür ki, 0.24 ha torpaq sahəsinin vətəndaşlara satılması barədə bələdiyyənin 10.04.2007-ci il tarixli 04 saylı iclas protokolunun qərarının inzibati nəzarəti həyata keçirən orqana təqdim olunması faktı aşkar edilməmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirib. Eyni məzmunlu şikayət ərizəsi ilə Bələdiyyələrlə İş mərkəzinə müraciət etmişdi. Mərkəzin 09/i-l 141 saylı. 05 avqust 2019-cu il tarixli təklif məktubundan bəlli olur ki, İddiaçılar R.Abdıılrzayev və G.Abdulrzayevaya torpaq sahəsi ayrılan zaman Qusar Rayon İcra Hakimiyyətinin Memarlıq Xidmətinin rəyi alınmamış, torpağın dəyəri bələdiyyə büdcəsinə ödənilmədən qərar verilmişdir. Qanununvericiliyin tələblərinə əsasən bu torpağın faktiki istifadəçisi olduğuna görə və bu kənddə qeydiyyatda olduğuna və daimi yaşadığına görə, torpaq payı almamış yeganə istifadə etdiyi və gəlir yeri bu torpaq olduğuna görə vətəndaş kimi satın alınmasında üstünlük hüququ var idi. Lakin bələdiyyə qanunun bu müddəalarını kobut surətdə pozaraq mənə torpağ almaq bərədə heç bir təklif etmədən qanunsuz əsaslarla qonşularına satmışdır. Halbuki, dəfələrlə Bələdiyyəyə mübahisəli torpağı almaq barədə müraciət etsə də ona bildirilmişdi ki, istifadəsində olan torpaq alqı-satqısı qanunla qadağan edilmiş örüş təyinatlıdır.“İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 13.5-ci maddəsinə əsasən Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Bu isə o deməkdir ki, mübahisəli torpaq sahəsi hal-hazırda da icarə müqaviləsi əsasında qanuni əsaslarla onun istifadəsindədir. Beləliklə yuxarıda sadaladığı bütün qanunsuzluqlar bir daha göstərir ki, bələdiyyənin 03, 04 saylı 07 aprel 2007-ci il tarixli alqı-satqı müqavilələri və torpaq ayırma haqqında qərarları tamamilə qanunsuz və əsassızdır. Buna görə də Qusar rayon Quxuroba bələdiyyəsi tərəfindən keçirilmiş iclasın nəticəsində üzvlərin verdiyi yekdil səsvermə nəticəsində haqlı olaraq ləğv edilmişdir. Belə ki. "İnzibati İcraat Haqqında" Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Lakin hakim bütün bunları nəzər almayaraq maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Odur ki, Qusar Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(029)-33/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndə və vəkili X17 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən apellyasiya şikyətinintəmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(029)-33/2021 saylı qətnaməsin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qusar rayon Quxuroba bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli, 04 saylı qərarının təsdiq olunmuş surətindən görünür ki, Quxuroba kənd sakini İddiaçı1 Kəbət oğluna Quxuroba bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan perspektiv torpaq sahəsindən, 0.12 ha həyətyanı torpaq sahəsi satılması qərara alınmışdır. İşdə olan Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, Qusar rayonu Quxuroba kəndində yaşayan İddiaçı1 Qusar rayonu Quxuroba bələdiyyəsi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin satılması barədə 10 aprel 2007-ci il tarixli, 04 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı1 tərəfindən Qusar rayon Kapital Banka 228 manat ödənilmişdir. İşdə olan Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK Qusar rayon şöbəsinin rəyindən görünür ki, Torpaqların alqı-satqı qaydalarına və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq Quxur-oba X2 fondundan Quxur-oba kənd sakini İddiaçı2 0.12 ha torpaq sahəsinin həmin məqsədi üçün ayrılması (satılması) qanuna müvafiq hesab olunmuşdur. İşdə olan Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK Qusar rayon şöbəsinin rəyindən görünür ki, Torpaqların alqı-satqı qaydalarına və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq Quxur-oba X2 fondundan Quxur-oba kənd sakini İddiaçı1 0.12 ha torpaq sahəsinin həmin məqsədi üçün ayrılması (satılması) qanuna müvafiq hesab olunmuşdur. İşdə olan Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, Qusar rayonu Quxuroba kəndində yaşayan İddiaçı2 Qusar rayonu Quxuroba bələdiyyəsi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin satılması barədə 10 aprel 2007-ci il tarixli, 04 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı2 tərəfindən Qusar rayon Quxur-oba bələdiyyə hesabına 228 manat ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Qusar rayon Quxuroba bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli, 04 saylı qərarının təsdiq olunmuş surətindən görünür ki, Quxuroba kənd sakini İddiaçı2 Quxuroba bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən, alqı-satqı qaydasıda 0.12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan Qusar Rayon Məhkəməsinin 2-159/2004 saylı 11 iyun 2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X4 1.90 hektar X3 1.40 hektar, X18 0.73 hektar, X14 0.30 hektar, Əlimuradov Sultanəhməd oğlunun 2.40 hektar və X5 zəbt etdikləri 0.12 hektar torpaq sahələri buraxılması və Quxur-oba kənd bələdiyyəsinin balansına daxil edilməsi, Quxur-oba bələdiyyəsinin 06 iyun 2002-ci il tarixli qərarı, Mucuq kənd bələdiyyəsinin 30 avqust 2003cü il tarixli icarə müqaviləsi, 16 aprel 2003-cü il tarixli 04 saylı qərarı, 06 yanvar 2002-ci il tarixli Sərəncamı və inzibati ərazi bölgüsündə dəyişiklər edilməsinə dair bağlanılmış 11 senytabr 2001-ci il tarixli aktın etibarsız hesab edilməsi, Quxur-oba kənd bələdiyyəsinə cavabdehlər X8, X6 və X1 ev tikmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş torpaq sahələrinin satılmasının təmin edilməsinin tapşırılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X23 kitabında 17 may 2011-ci il tarixdə 357 nömrə ilə uçota alınmış A№ 343723 saylı Torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Qusar rayonu Quxuroba bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı1 Kabət oğluna Qusar rayonu Quxur-oba kəndi ərazisindən 1200 kv.m. fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X23 kitabında 17 may 2011-ci il tarixdə 358 nömrə ilə uçota alınmış A№ 343722 saylı Torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Qusar rayonu Quxuroba bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı2 Qusar rayonu Quxur-oba kəndi ərazisindən 1200 kv.m. fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. İşdə olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-1(085)-1383/2019 saylı 04 dekabr 2019-cu il tarixli qərardadının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Qusar rayonunun Quxuroba bələdiyyəsinə qarşı “Qusar rayonu, Quxur oba kənd Bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 03 saylı və 10 aprel 2007ci il tarixli 04 saylı qərarını və eyni tarixli torpaqların alqı-satqısına dair aktların etibarsız hesab edilməsinə” dair iddiası geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı 28 fevral 2020ci il tarixli qərarının surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 0.12 ha torpaq sahəsinin satılması barədə Qusar rayonu Quxuroba bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli, 04 saylı qərarının ləğv edilməsi barədə Qusar rayonu Quxuroba bələdiyyəsinin 09 avqust 2019-cu il tarixli, 08 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2020-ci il tarixli 2-1(105)-291/2020 saylı qərardadının surətindən görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılmaması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-293/2021 saylı 13 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, üçüncü şəxsin kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2-1(105)-291/2020 saylı qərarı, həmin qərarın “Qərara aldı:” hissəsindəki “Cavabdeh üçüncü şəxs qismində prosessual iştirakına xitam verilsin” cümləsi qərardaddan xaric edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2019-cu il tarixli, 11063 saylı eskpert rəyindən görünür ki, 17 may 2011-ci il tarixli, AN 343723 saylı və 17 may 2011-ci il tarixli, AN 343722 saylı Torpaq sahəsinin Planı və Ölçüsünə əsasən iddiaçılar İddiaçı1 və X7 məxsus Qusar rayonu Quxur oba kəndində yerləşən cəmi 0.24 hektar həyətyanı torpaq sahələrinin naturada ölçüləri 0.24 hektardır. Həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğundur. Cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsi istifadə olunur. Cavabdeh tərəfindən AN 343722 saylı Torpaq sahəsinin Planı və Ölçüsünə əsasən verilmiş 0.12 ha torpaq sahəsi bütünlüklə, AN 343723 saylı Torpaq sahəsinin Planı və Ölçüsünə əsasən verilmiş torpaq sahəsinin isə 0.10 ha hissəsi istifadə edilir. Lakin ekspertizaya təqdim olunmuş əlavə sənədlərdən görünür ki, Qusar rayonu Quxur-oba Bələdiyyəsinin 09 avqust 2019-cu il tarixli, 08 saylı iclas Protokolu ilə İddiaçı1 0.12 ha torpaq sahəsinin ayrılması barədə Quxur-oba Bələdiyyəsinin 10.04.2017-ci il tarixli, 04 saylı və İddiaçı2 ayrılmış 0.12 ha torpaq sahəsinin ayrılmasına dair 10.04.2017-ci il tarixli, 04 saylı qərarları ləğv edilib. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh 17 may 2011ci il tarixli A№ 343723 saylı Torpaq sahəsinin Planı və Ölçüsünə əsasən İddiaçı1 məxsus Qusar rayonu Quxuroba kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 0.10 hissəsindən, 17 may 2011-ci il tarixli A№ 343722 saylı Torpaq sahəsinin Planı və Ölçüsünə əsasən İddiaçı2 məxsus Qusar rayonu Quxuroba kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən bütünlüklə istifadə edir Ona görə məhkəmə hesab edir ki, Cavabdeh 17 may 2011-ci il tarixli, A№ 343723 saylı Torpaq sahəsinin Planı və Ölçüsünə əsasən İddiaçı1 məxsus Qusar rayonu Quxuroba kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 0.10 hissəsindən, 17 may 2011-ci il tarixli, A№ 343722 saylı Torpaq sahəsinin Planı və Ölçüsünə əsasən İddiaçı2 məxsus Qusar rayonu Quxuroba kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən bütünlüklə çıxarılmalı və həmin torpaq sahələri iddiaçıların qanuni istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmçinin iş üzrə 207.96 (iki yüz yeddi manat doxsan altı qəpik) manat təşkil edən ekspertiza xərcləri Cavabdeh tutularaq 107.96 (bir yüz yeddi manat doxsan altı qəpik) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X9, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına və 100 (bir yüz) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(029)-33/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qusar Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(029)-33/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar