Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-188/2020 02.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, məhkəmə katibi X8, İddiaçı və onun vəkili X11, qətnamə ilə maraqlarına toxunulan şəxs X10 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-729/2019 saylı qətnaməsindən Cavabdeh və qətnamə ilə maraqlarına toxunulan şəxs A.G.Qədirovun verdiyi apelyasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-729/2019 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Unicef Azərbaycan”-a qarşı “azyaşlı övladları ilə birlikdə yaşayış sahəsinə köçürülmə və keçid qapısının bağlanması” tələbinə dair iddia təmin edilib, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 9-cu küçə, ev 84-ə, yeni qaydalarla-ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinin bir hissəsində təcrid olunmuş şəkildə inşa edilmiş yaşayış evinə azyaşlı uşaqları X22 və X23 ilə birlikdə köçürülməsi və evin qonaq otağı divarından cavabdehin qardaşına məxsus evə açılmış keçid qapısının bağlanması qət edilmişdir. Cavabdeh və qətnamə ilə maraqlarına toxunulan şəxs A.G.Qədirov ayrı-ayrılıqda apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)- 729/2019 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinin bir hissəsində təcrid olunmuş şəkildə inşa edilmiş yaşayış evinə onun azyaşlı uşaqları X22 və X23 ilə birlikdə köçürülməsi, evin qonaq otağı divarından cavabdehin qardaşına məxsus evə qanunsuz açılmış keçid qapısının bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh və qətnamə ilə maraqlarına toxunulan şəxs A.G.Qədirov apelyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Abşeron Rayon Məhkəməsi xx xxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında qətnamə ilə maraqlarına toxunulan şəxs A.G.Qədirov barışıq sazişinin təsdiq edilməsi barədə ərizəni təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili F.Ş.Süleymanov barışıq sazişinin icraata qəbul edilməsi barədə ərizəni təqdim edərək təsdiq olunmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan AZ-İİ 014846 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh və X15 arasında xx xxxxxx 2015-ci il tarixdə nikahın bağlanması qeydə alınmışdır. AZ-İİİ 630668 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X22 xx xxxxxx 2015-ci il tarixdə doğulmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeydi aparılmışdır. AZ-İİİ 941487 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X23 xx xxx 2017-ci il tarixdə doğulmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeydi aparılmışdır. DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 9-cu küçə, ev 84, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2019- cu il tarixdə X10 adına qeydiyyata alınmışdır. Abşeron rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin arayışından görünür ki, X1 rayon, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 9-cu küçə, ev 84 ünvanında rəhmətə gedib və onun ailə tərkibi X3, X17, Cavabdeh, X18, X20, X5, X24, X22, X4 ibarətdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-1012/2019 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Abşeron rayon Qeyiyyat Şöbəsində bağlanmış 16 saylı nikah qeydi ləğv edilmiş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X22 və xx.xx.2017-ci il təvəllüdlü X19 anaları İddiaçı himayəsində saxlanılmışlar. xx xxxxxxxx 2020-ci il tarixli ərizə ilə qətnamə ilə maraqlarına toxunulan şəxs A.G.Qədirov 5000 manat pulu İddiaçı vermişdir. Məhkəmə kollegiyasına İddiaçı tərəfindən təqdim edilmiş xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, o, 5000 (beş min) manat məbləğində pulu qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş xx xxxxxxx 2020-ci il tarixli barışıq sazişinə əsasən mülki iş üzrə tərəflər aşağıda göstərilən şərtlərlə razılığa gəlmişlər.
1. Hər iki tərəf bəyan edir ki, aralarında yaranmış 2(105)-188/2020 saylı mülki iş üzrə mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
2. Hər iki tərəf bəyan edirlər ki, barışıq razılaşmasının bağlanması ilə bağlı Azərbaycan Respublikası MM-nin 881-ci maddələrində nəzərdə tutulmuş hüquqi nəticələri onlara tam izah edilmişdir. 2.1 Tərəflər bəyan edirlər ki, aralarında yaranmış bütün hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi, yəni 2(105)-188/2020 saylı mülki iş üzrə İddiaçı maraqlarına toxunan X12 məxsus “Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq yaşayış massivi, 9-cu küçə, ev 84, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin köməkçi sahələri (əlavə tikililəri) ilə bağlı mübahisə və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 2.2 X20 öhdəsinə götürür ki, tərəflər arasında əldə edilmiş barışıq sazişinin şərti kimi 10.000 (on min) manat pulu, həmin məbləğin 5.000 (beş min) manat hissəsi xx xxxxxxxx 2020-ci ildə ödənilib, qalan 5.000 (beş min) manat hissəsi isə xx xxxxxxx 2020-ci il tarixdə ödəyəcəyini və İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd etdiyi əşyaları götürməyə şərait yaratmağı öhdəsinə götürür. 2.3 X20 və Cavabdeh öhdəsinə götürür ki, X10 ümumilikdə ödədiyi 10.000 (on min) manatdan qalan 5.000 (beş min) manatı xx xxxxxxx 2020-ci ildə ödədikdən sonra 3 gün ərzində xx xxxxxxx 2020-ci ilədək X12 məxsus “Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq yaşayış massivi, 9-cu küçə, ev 84, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin köməkçi sahələrində (əlavə tikililərində) olan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd etdiyi - yataq dəsti, taxt, şfaner, 2 ədəd tumbuçka, trimo güzgülü, pərdələr, lüstr-2 ədəd, qorka, stol, 6 stul, uqlavoy (künc) divanı, mətbəx mebeli, paltaryuyan maşın, xalça, xrustal qablar, madonna servis, qoşqablar, qazan, vilkalar, qaşıqlar, tozsoran, yataq dəsti, televizor, uşaq kravatı, adyal, pakrıval, ona aid digər xırda əşyaları İddiaçı təhvil verməyi öhdələrinə götürürlər. 2.4 İddiaçı öhdəsinə götürür ki, X10 ümumilikdə ödədiyi 10.000 (on min) manatdan qalan 5.000 (beş min) manatı xx xxxxxxx 2020-ci ildə alandan sonra 3 gün ərzində xx xxxxxxx 2020-ci ilədək X12 məxsus “Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq yaşayış massivi, 9-cu küçə, ev 84, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin köməkçi sahələrində (əlavə tikililərində) olan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd etdiyi - yataq dəsti, taxt, şfaner, 2 ədəd tumbuçka, trimo güzgülü, pərdələr, lüstr-2 ədəd, qorka, stol, 6 stul, uqlavoy (künc) divanı, mətbəx mebeli, paltaryuyan maşın, xalça, xrustal qablar, madonna servis, qoşqablar, qazan, vilkalar, qaşıqlar, tozsoran, yataq dəsti, televizor, uşaq kravatı, adyal, pakrıval, ona aid digər xırda əşyaları götürməyi və 2(105)- 188/2020 saylı mülki iş üzrə X12 və Cavabdeh qarşı iddia tələbindən imtina etməyi öhdəsinə götürür. 2.5. Eyni zamanda QədirovAmil Gülbala oğlu və Cavabdeh bəyan edirlər ki, İddiaçı Musta qızma qarşı heç bir iddia tələbləri yoxdur. 2.6 Eyni zamanda İddiaçı bəyan edir ki, X12 və Cavabdeh qarşı barışıq sazişində qeyd edilən iddia tələbimdən başqa əmlak və əşyalarla bağlı heç bir tələbim yoxdur.
3. Bu barışıq razılaşması Azərbaycan Respublikası MM-nin 881-ci maddəsinin tələblərinə uyğun hazırlanmışdır və bu razılaşmada əks olunmayan məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin normaları ilə tənzimlənməlidir.
4. Bu barışıq razılaşması məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflərin razılaşma üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. 5.1. X35 məhkəmə tərəfindən təsdiq edilir. Barışıq Sazişi təsdiq edildikdən sonra tərəflər arasında əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi bu razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştrakçılar üçün yalnız X35ndə təsbit edilənlər etibarlı olur. 5.2 X35 gələcəkdə icra vərəqəsi verilməsi üçün əsasdır. 5.3. X35nin bir nüsxəsi barışıq sazişini imzalamış bütün şəxslərdə saxlanılmaqla, digər nüsxəsi isə məhkəmədə saxlanılır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsində əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilə bilər. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi həmin Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda apelyasiya qaydasında icraata xitam verilməklə ləğv edilməlidir. Azərbaycan Respublikası 384.0.4-cü maddəsinə əsasən qətnamənin tamamilə və ya qismən ləğv edib, iş üzrə icraata xitam vermək apelasiya instansiya məhkəməsinin səlahiyyətidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və digər şəxslərin mənafelərinə toxunmur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları xx xxxxxxx 2020-ci il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli və Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-729/2019 saylı qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-264, 365, 391, 400, 401–ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L İ R:
İddiaçı Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Unicef Azərbaycan”-a qarşı “azyaşlı övladları ilə birlikdə yaşayış sahəsinə köçürülməsi və keçid qapısının bağlanması” tələbinə dair mülki iş üzrə İddiaçı, Cavabdeh və qətnamə ilə maraqlarına toxunulan şəxs X6 barışıq sazişinin təsdiq edilməsi barədə ərizələri qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-729/2019 saylı qətnaməsi ləğv edilsin.
İddiaçı Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Unicef Azərbaycan”-a qarşı “azyaşlı övladları ilə birlikdə yaşayış sahəsinə köçürülməsi və keçid qapısının bağlanması” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər əsasında təsdiq edilsin.
1. Hər iki tərəf bəyan edir ki, aralarında yaranmış 2(105)-188/2020 saylı mülki iş üzrə mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
2. Hər iki tərəf bəyan edirlər ki, barışıq razılaşmasının bağlanması ilə bağlı Azərbaycan Respublikası MM-nin 881-ci maddələrində nəzərdə tutulmuş hüquqi nəticələri onlara tam izah edilmişdir. 2.1 Tərəflər bəyan edirlər ki, aralarında yaranmış bütün hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi, yəni 2(105)-188/2020 saylı mülki iş üzrə İddiaçı maraqlarına toxunan X12 məxsus “Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq yaşayış massivi, 9-cu küçə, ev 84, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin köməkçi sahələri (əlavə tikililəri) ilə bağlı mübahisə və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 2.2 X20 öhdəsinə götürür ki, tərəflər arasında əldə edilmiş barışıq sazişinin şərti kimi 10.000 (on min) manat pulu, həmin məbləğin 5.000 (beş min) manat hissəsi xx xxxxxxxx 2020-ci ildə ödənilib, qalan 5.000 (beş min) manat hissəsi isə xx xxxxxxx 2020-ci il tarixdə ödəyəcəyini və İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd etdiyi əşyaları götürməyə şərait yaratmağı öhdəsinə götürür. 2.3 X20 və Cavabdeh öhdəsinə götürür ki, X10 ümumilikdə ödədiyi 10.000 (on min) manatdan qalan 5.000 (beş min) manatı xx xxxxxxx 2020-ci ildə ödədikdən sonra 3 gün ərzində xx xxxxxxx 2020-ci ilədək X12 məxsus “Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq yaşayış massivi, 9-cu küçə, ev 84, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin köməkçi sahələrində (əlavə tikililərində) olan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd etdiyi - yataq dəsti, taxt, şfaner, 2 ədəd tumbuçka, trimo güzgülü, pərdələr, lüstr-2 ədəd, qorka, stol, 6 stul, uqlavoy (künc) divanı, mətbəx mebeli, paltaryuyan maşın, xalça, xrustal qablar, madonna servis, qoşqablar, qazan, vilkalar, qaşıqlar, tozsoran, yataq dəsti, televizor, uşaq kravatı, adyal, pakrıval, ona aid digər xırda əşyaları İddiaçı təhvil verməyi öhdələrinə götürürlər. 2.4 İddiaçı öhdəsinə götürür ki, X10 ümumilikdə ödədiyi 10.000 (on min) manatdan qalan 5.000 (beş min) manatı xx xxxxxxx 2020-ci ildə alandan sonra 3 gün ərzində xx xxxxxxx 2020-ci ilədək X12 məxsus “Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq yaşayış massivi, 9-cu küçə, ev 84, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin köməkçi sahələrində (əlavə tikililərində) olan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd etdiyi - yataq dəsti, taxt, şfaner, 2 ədəd tumbuçka, trimo güzgülü, pərdələr, lüstr-2 ədəd, qorka, stol, 6 stul, uqlavoy (künc) divanı, mətbəx mebeli, paltaryuyan maşın, xalça, xrustal qablar, madonna servis, qoşqablar, qazan, vilkalar, qaşıqlar, tozsoran, yataq dəsti, televizor, uşaq kravatı, adyal, pakrıval, ona aid digər xırda əşyaları götürməyi və 2(105)- 188/2020 saylı mülki iş üzrə X12 və Cavabdeh qarşı iddia tələbindən imtina etməyi öhdəsinə götürür. 2.5. Eyni zamanda QədirovAmil Gülbala oğlu və Cavabdeh bəyan edirlər ki, İddiaçı Musta qızma qarşı heç bir iddia tələbləri yoxdur. 2.6 Eyni zamanda İddiaçı bəyan edir ki, X12 və Cavabdeh qarşı barışıq sazişində qeyd edilən iddia tələbimdən başqa əmlak və əşyalarla bağlı heç bir tələbim yoxdur.
3. Bu barışıq razılaşması Azərbaycan Respublikası MM-nin 881-ci maddəsinin tələblərinə uyğun hazırlanmışdır və bu razılaşmada əks olunmayan məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin normaları ilə tənzimlənməlidir.
4. Bu barışıq razılaşması məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflərin razılaşma üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. 5.1. X35 məhkəmə tərəfindən təsdiq edilir. Barışıq Sazişi təsdiq edildikdən sonra tərəflər arasında əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi bu razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştrakçılar üçün yalnız X35ndə təsbit edilənlər etibarlı olur. 5.2 X35 gələcəkdə icra vərəqəsi verilməsi üçün əsasdır. 5.3. X35nin bir nüsxəsi barışıq sazişini imzalamış bütün şəxslərdə saxlanılmaqla, digər nüsxəsi isə məhkəmədə saxlanılır. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova