Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-188/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması, məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 2(077)-133/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şuşa Rayon Məhkəməsinin 2(077)-133/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir (hakim Allahverən Həsənov). İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəmsinin mülki kollegiyasının 2(105)-3222/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şuşa Rayon Məhkəməsinin 2(077)-133/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilməən saxlanılmışdır. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-822/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəmsinin mülki kollegiyasının 2(105)-3222/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq onun işdən azad olunması ilə bağlı Cavabdeh xx.xx.2017-ci il tarixli, 86 saylı əmrinin ləğv edilməsini, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2001-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdehnə məhkəmənin makinaçı-operatoru Salahova Murvət Əhliyyət qızı sosial məzuniyyətdən qayıdana qədər həmin vəzifəni müvəqqəti icra etmək üçün işə qəbul edilmişdir. İşə qəbul edilərkən əmək funksiyasına ona verilmiş mətnlərin yazılması yaxud personal kompyuterdə azərbaycan, rus, ingilis, latın, kiril əlifbaları ilə təxirə salınmadan, səhvsiz çap edilməsi və yazılması daxil edilmişdir. xx.xx.2005-ci il tarixli, 07 saylı əmrlə sosial məzuniyyətdə olan Salahova Murvət Əhliyyət qızı tutduğu vəzifədən azad edilmiş və xx.xx.2005-ci il tarixdə məhkəməyə müddətsiz böyük mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndində bunlar qeyd edilmişdir. xx.xx.2005-ci il tarixində bağlanmış əmək müqaviləsində iş funksiyasına heç bir dəyişiklik edilməmişdir. xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin təkrar bağlanmasına dair əmrdən xəbəri olmayıb və həmin əmr ona verilməmiş, əmək müqaviləsinin yeni şərtlərlə bağlanmasına dair razılıq verməmişdir. Həmin müqavilənin ona təqdim olunması barədə qeydlər yoxdur. Cavabdeh xx.xx.2017-ci il tarixli, 86 saylı əmrilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv olunaraq tutduğu vəzifədən azad olunmuşdur. Həmin əmrdə onun əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi göştərilmişdir. Onun işdən çıxarılmasına əsas olaraq 2017-ci ilin 2-ci yarım ili üçün Cavabdeh icraatında olan mülki, cinayət, inzibati və prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsinə dair işlər üzrə aşkar edilmiş nöqsanlar barədə tərtib edilmiş xx.xx.2017-ci il tarixli akt göstərilmişdir. Buna baxmayaraq adı gedən akt ona göstərilməmiş və onun tərtib olunması barədə heç bir məlumatı yoxdur. Həmin aktla tanış olmaq istədikdə ona rədd cavabı verilmişdir. Əmrdə qeyd edilən əmək funksiyaları arasında işlərin yerinə yetirilməsi ona aid edilmədiyindən işdən azad edilməsi tam əsassızdir. Belə ki, həmin əmrdə xeyli sayda mülki işlər üzrə təyinat məktublarının yazılmadığı, işlərin tikilmədiyi, qərardadların surətlərinin tərəflərə göndərilmədiyi qeyd olunsa da bu onun əsas əmək funksiyalarına aid deyildir. Əmrdə göstərilən icra intizamına səbəb olan əmək funksiyaları ona həvalə edilməmiş və onların icrasına razılıq verməmişdir. Əgər ona həmin əmək funksiyaları həvalə edilmiş olsa idi bunun üçün əlavə əmək haqqı ayrılmalı idi. İclas katibinin üzərinə qoyulmuş əmək funksiyalarının icrasının ondan tələb edilməsi tam əsassızdır. 2 aya yaxın iclas katibinin olmaması səbəbindən onun üzərinə düşən vəzifələrin icrasının ondan tələb edilməsi ilə razı deyil. O, məhkəmənin Həmkarlar İttifaqının üzvüdür. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən hər hansı bir işçi ilə əmək müqaviləsini ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməlidir. Təqdimata həmçinin müvafiq əsaslandırilmiş sənədlər əlavə edilməlidir. Həmkarlar ən geci 10 gün müddətində özünün yazılı əsaslandırılmış qərarını işəgötürənə təqdim etməlidir. Cavabdehin Həmkarlar təşkilatına müraciət etməsi faktı olmamış, əgər bu fakt olsaydı xx.xx.2017-ci il tarixli, 86 saylı əmrdə öz əksini tapardı. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi birbaşa həmkarlar təşkilatının əsaslanmış qərarına əsasən verilir. xx.xx.2017-ci il tarixli, 3 saylı protokolu Həmkarlar Təşkilatının katibi Elnarə Ağayevanın respublikada olmadığı halda tərtib edilmişdir. Belə ki, bu fakt Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2018-ci il tarixli, 33/2454 saylı cavab məktubunda öz əksini tapmışdır. Elnarə Ağayeva həmin ərəfədə əmək məzuniyyətində idi və ölkə hüdudlarından kənarda olmuşdur. Ona görə də işdən azad edilməsini qeyri-qanuni hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ Məhkəmə kollegiyasinın iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, onunla əsaslandırdı ki, Şuşa Rayon Məhkəməsinin hakimi X4 Rayon Məhkəməsinin sədri ilə birbaşa əlaqəli olduğunu, şəxsi münasibətləri zəminində iddia tələbinin rədd edilməsində maraqlarını gizlətməmiş, sırf öz şəxsi mülahizələrinə, faktiki hallları nəzərə almadan, heç bir hüquqi əsası olmadan əsassız belə bir qətnamə çıxarmışdır. Məhkəmə iclaslarında dediyi, söylədiyi fikirlər dəyişdirilmiş, onun adından deyildiyi kimi göstərilmiş, məhkəmə prosesində baş verənlər təhrif olunmuşdur. Cavabdehin xeyrinə vermədiyi halda onun adından vəsatətlər verdiyi kimi göstərilmişdir. Bu barədə protokollara qeydlər vermişdir. Protokollara qeydləri qismən təmin edilmişdir. Məhkəmə qətnaməsini qeyd edəcəklərinə əsasən qanunsuz, əsassız və ədalətsiz hesab edir. Cavabdeh sədri tərəfindən xx.xx.2017ci il tarixli 86 saylı əmr verilmişdir. Həmin əmrdə Cavabdeh böyük mütəxəssisi (operator) İddiaçı özünün əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması və onunla xx.xx.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinin xx.xx.2017-ci il tarixdə ləğv edilməsi qeyd edilmişdir. Bu əmr qanunsuz və əsassız olduğundan, əsas kimi göstərilən sənədlər saxta olduğundan, əmrdə qeyd edilənlər həqiqətə uyğun olmadığından ləğv edilməlidir. Cavabdeh əmrdə texniki səhv edərək xx xxxxxx 2001 əvəzinə xx xxxxxx 2011 yazıb, onun təkidli tələbindən sonra cavabdeh tərəfindən 2011-ci il tarixli müqavilə hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi ay, gün eynidir. İldə isə səhvən 1 rəqəm səhv düşmüşdür. xx xxxxxx 2001 əvəzinə xx xxxxxx 2011 qeyd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən təqdim edilmiş xx xxxxxx 2011- ci il tarixli Əmək müqaviləsində göstərilən imzaların İddiaçı aid olubolmaması barədə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertin rəyindən görünür ki, ilk əvvəl Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ekspertizaya müqavilənin əsli təqdim edilməmiş, daha sonra ekspert vəsatət vermiş və vəsatət təmin olunmuşdur. Ekspertiza tədqiqatının nəticəsi olaraq, əmək müqailəsinin 4 səhifəsində (hər səhifəsində fərqliliyi açıq aydın görünən imzaların) İddiaçı tərəfindən icra olunması qənaitinə gəlmişdir. Bir daha böyük əminliklə bildirir ki, xx xxxxxx 2011-ci il tarixdə heç bir müqavilə bağlamamışdır. 2001-ci ildən 2017-ci ilin sonunadək eyni vəzifədə fasiləsiz olaraq işləmiş, buna görə də xx.xx.2001 -ci il tarixli əmək müqaviləsi və xx.xx.2005-ci il tarixli əmək müqaviləsinə dəyişiklik qüvvədədir və heç vaxt xitam edilməmişdir. Sayacağı hallar ekspert rəyini təkzib edir. Əvvəla qeyd edir ki, cavabdehin əlində böyük səlahiyyətlər var, möhür var, tabeliyində işçilər var yazırlar, pozurlar, təsdiqləyirlər, nə vaxt ki, kökündən araşdırılsa bu sənədlərin kökü olmur. Ona görə ki saxtadır, məhkəmə tələb etdikdə hazırlanaraq, təsdiqlənmiş, möhürlənmiş və məhkəməyə sübut kimi təqdim olunmuşdur. 2011-ci il tarixli müqavilənin də kökü yoxdur. Ona görə ki, belə bir müqavilə heç vaxt mövcud olmamışdır. Bütün əmək müqavilələrin bağlanılması və müvafiq əmrin verilməsi barədə əmək kitabçasında qeydlər aparıldığı halda xx.xx.2011 -ci il tarixli əmək müqaviləsinə dair əmək kitabçasında hər hansı qeydlər aparılmamışdır. Bu ona dəlalət edir ki, mübahisələndirilən və ləğv edilən əmək müqaviləsi əslində yoxdur. Əgər belə bir müqavilə olsaydı əmək kitabçasında bununla bağlı qeyd edilərdi. Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair təlimatın 59-ci bəndinə əsasən kargüzarlıq xidməti bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları), habelə digər əmrləri (sərəncamları) xüsusi qeydiyyat kitabında (13 nöjrırəli əlavə) və ya kompüter vasitəsilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Əgər həqiqətən belə bir müqavilə mövcud olsaydı qeydiyyatı aparılardı. 2001 -ci il tarixli əmək müqaviləsi və əmək müqaviləsinə dəyişikliklər edilməsi barədə müqavilələrdə tanış olduğu və surətini aldığıı “əmək müqailəsini surətini aldım” deyə qeydlər aparmaqla, imzamla təsdiq etmişdir. 2011 -ci il tarixli əmək müqaviləsinin isə müqavilənin ona təqdim edilməsi barədə qeydlər yoxdur. Əgər belə bir müqavilə olsaydı digər müqaviləllər kimi qəbul etməyi barədə qeydlər aparılardı. Bütün müqavilələri barədə razılıq ərizəsi var və əmrlər verilərkən bu ərizələr əsas götürülmüşdür. Əmrdə qeyd edilən xx.xx.2011-ci il tarixli əmək müqavilənin tərtibi yeni şərtlərlə bağlanmasına dair razılığı yoxdur. 2011-ci il tarixli müqavilə qarşılıqlı razılaşma olmadan bağlana bilməzdi. Həmçinin ondan əvvəlki müqavilənin ləğvi barədə də ərizəsi yoxdur. Əvvəlki müqavilə ləğv edilməmişdir. Bütün müqavilələrin bağlanması barədə əmr vardır, 2011-ci il tarixli müqavilənin bağlanmasına dair əmr verilməmişdir. Bunu cavabdeh etiraf edir. 2001-ci il tarixli müqavilənin hər səhifəsində sədrin və onun imzası göstərildiyi halda, 2011-ci il tarixli müqavilədə sədrin imzası hər səhifədə yoxdur (üç səhifədə yoxdur), ancaq son səhifədə göstərilmişdir. Bütün müqavilələrdə Cavabdeh möhürü sədrin imzası üzərində vurulmuşdur. 2011-ci il müqaviləsində isə bu müqavilənin tez-tələsik məhkəmənin tələbi nəticəsində hazırlanaraq təqdim edildiyindən onu imzasının üzərinə vurulması etimalını yaradır. xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndində qeyd edilmişdir ki, işçi xx xxxxxx 2011 -ci il tarixdən Cavabdehndə böyük mütəxəssis (operator) vəzifəsinə işə qəbul edilir. Lakin xx xxxx 2005-ci il tarixli, 07 saylı əmrlə o, böyük mütəxəssis vəzifəsinə müddətsiz işə qəbul edilmişdir. Əmrə əsas olaraq xx.xx.2005-ci il tarixli əmək müqaviləsinə dəyişiklik göstərilmişdir. xx xxxxxx 2011 -ci il tarixli əmək müqaviləsi standart formadan kənara çıxılmış (qanunvericilyin tələblərinə cavab verməyən) və bu gün məhkəmələrdə mübahisələndirilən məsələlər üzrə müəyyən bəndlər çıxarılmışdır və yeni vəzifələr üzərinə qoymuşdur. Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyəsi azaldıla bilməz. Halbuki, bu müqavilə onun hüquq və təminatlarının səviyyəsi azaldılmışdır. Müqavilənin 4.6-cı bəndində işə götürən istehsal qəzaları, peşə xəstəliyi nəticəsində işçiyə və ya onun himayəsində olan şəxslərə dəyən maddi ziyanı və digər xərcləri ödəyir hissəsi götürülüb 4.14-cü bəndində təhsil almaqla bağlı məzuniyyət hüququ götürülüb, 4.15-ci bəndində ödənşsiz məzuniyyətlə bağlı hüququ götürülüb, Müqavilənin 7.1 maddədəsində istehsal vasitələri sırasında yazı makinası göstərilir. 2001-də yazı makinası işlənirdi, ancaq 2011-ci ildə yazı makinası məhkəmələrdə istifadə edilmirdi. Buna görə də artıq bu ştatın adında makina sözü 8 il qabaqdan götürülmüşdür, ştatın adı da ona görə dəyişdirilmişdir. Buna görə də məhəkəmələrdə makina aparatı 2011-ci ildə işlənə bilməzdi. Bu müqavilə ilə ona əlavə öhdəliklərin verildiyini göstərilməklə yoxlamanın nəticəsində olan pozuntunu onun üzərinə qoymaq istəmişlər. Onlar bu müqavilənin 3.1 bəndində yazırlar ki, “Azərbaycan Respublikasının rayon (şəhər) məhkəmələrində kargüzarlıq haqqında Təlimat ”da nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi bəndini əlavə etmişlər. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasında bu adda təlimat yoxdur. Yəni təlimatın adı 2011-ci ildə bu adda ola bilməzdi. Ona görə ki, xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Ədliyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin birgə aktı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kagüzarlığın aparılmasına dair təlimat ” adlanır Bu müqavilə əgər həqiqətən 2011-ci ildə tərtib olunsaydı təlimat bu adda göstərilməli idi. 2011-ci il tarixli əmək müqaviləsində ali məktəbi bitirdiyi tarixdə tamamilə səhv göstərilmişdir. Bu faktlar ekspertin rəyini təkzib edir. xx.xx.2011-ci il tarixli əmək müqaviləsi əmək kitabçasında qeyd edilmədiyi və bununla bağlı əmr verilmədiyindən, öncə bağlanılmış xx.xx.2001-ci il tarixli əmək müqaviləsi və xx.xx.2005-ci il tarixli əmək müqaviləsinə dəyişiklik qüvvədə olduğundan xx.xx.2017-ci il tarixli, 86 saylı əmrdə ləğv edilən əmək müqaviləsi ləğv olunması barədə qeydlər əsasızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-cı maddəsinin 2-ci bəndinə əsasən Həmkarlar İttifaqı Komitəsinin üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu fakt öz özlüyündə mövcud olmadığından mübahisələndirilən əmrdə öz əksini tapmamışdır. Həmkarlara müraciət olmamışdır. Cavabdeh yeni sədri Elçin Kazımovun məqsədi onu qərəzli olaraq işdən azad etmək olub. Ona görə ki, xx xxxxxx 2017-ci il tarixdə yoxlama aktından sonrakı gün, yəni xx xxxxxx 2017-ci il tarixdə dərhal işdən azad olunmağı barədə əmr vermişdir. Lakin əmrin verilməsi həmkarlar təşkilatının razılığı olmadan verilmişdir. Məhkəmə araşdırması zamanı belə çatışmazlıqlar ortaya çıxdıqdan sonra eyni gündə cavabdeh saxta sənədlər hazırlayaraq qərəzli niyyətini həyata keçirmişdir. Eyni gündə xx.xx.2017-ci il tarixdə guya yoxlamanın bitməsi, eyni günda guya müvafiq aktın hazırlanması, eyni gündə guya həmkarlar təşkilatına müraciət edilməsi, eyni gündə guya həmkarlar təşkilatında müzakirə edilməsi, eyni gündə guya müvafiq rəy-razılıq verilməsi bütün bu hərəkətlərin hamısını bir gündə, yəni xx xxxxxx 2017-ci il tarixdə qeyd olunmasına baxmayaraq sonradan əvvəlki tarixə saxtalaşdırmaq məcburiyyətində qalmışlar. Təsadüfi deyil ki, onlar bunu razılıq məktubunda gizlədə bilməmişlər, razılıq məktubunun tarixi 2018-ci il göstərilmişdir, o, isə 2017-ci ildə işdən azad edilmişdir. Həmin sənədləri Sumqayıt İnzibati-iqtisad Məhkəməsinə rəsmi surətdə müraciət edərək əldə etdikdən sonra həmkarların iclasının keçirilməsi barədə protokola diqqət yetirdikdə nəzərini həmin sənədə imza atan iki nəfərdən biri - Elnarə Ağayeva cəlb edir. Elnarə Ağayeva həmin ərəfələrdə əmək məzuniyyətində olmaqla Rusiya Federasiyasına getmişdir. Bu fakt xx.xx.2018-ci il tarixli 33/2454 saylı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin sorğuya cavab məktubunda öz əksini tapmışdır. Beləliklə həmin sənədi imzalayan şəxsin Respublikada olmaması faktı, yəni sənədin saxta olması faktı sübutla təsdiq olunmuşdur. Bu sənədin saxtalığı daha bir sənədlə də sübut olunur. Sumqayıt Apellyasiya məhkəməsində ondan xəbərsiz, məhkəmədən kənar cavabdehdən sənədlər-sübutlar qəbul olunaraq iş materialarına əlavə edilmişdir. Bu sənədlərin iş materiallarına əlavə edildiyini bilmədiyindən və bu məhkəmə qaydasında araşdırılmadığından Sumqayıt Apellyasiya məhkəməsində işə baxılan zaman bu sənədlərlə bağlı münasibətini bildirə bilməmişdir. Bu sənədlərin mövcudluğunu qətnamə elan edildikdən sonra, Sumqayıt Apellyasiya məhkəməsinə müraciət edərək protokollarla tanış olduğu zaman, iş materiallarına əlavə olunduğunu görmüşdür. Məhkəməyə müraciət edərək həmin sənədləri əldə etmişdir. Qəbul etmə tarixi iş materialarında göstərilmişdir. Bu sənədlərdə yuxarıdakı sənədin saxtalığının daha bir tərəfi aşkar olunmuşdur, iş materiallarının 224-cü səhifəsində cavabdeh tərəfindən sübut kimi təqdim edilən xx xxxxxx 2017-ci il tarixli hesabat seçki yığıncağının protokolundan görünür İlk həmkarlar İttifaqı Komitəsinin sədri Sevinc Quliyeva, üzvlər isə İsmayıl İsmayılov və Elnarə Ağayeva seçilmişlər. Lakin Cavabdeh ilk Həmkarlar İttifaqı Komitəsinin xx xxxxxx 2017-ci il tarixli yığıncağının guya onu işdən azad edilməyi barədə razılıq verilməsinə dair təqdimata baxılan zaman protokolda X9, üzvlər isə Elnarə Ağayeva, Şərafət Kazımovun iştirak etdiyi göstərilmişdir. Göründüyü kimi xx.xx.2017-ci ildə guya keçirilmiş iclasda İlk həmkarlar İttifaqı Komitəsinin üzvü seçilmiş İsmayıl İsmayılov deyil, başqa bir şəxs Şərafət Kazımovun adı qeyd edilmişdir. Bu şəxslərdən heç biri iclasda iştirak etməmiş, Elnarə Ağayeva isə iclasda iştirak etmədən protokolu imzalamışdır. xx.xx.2018-ci il tarixli, 33/2454 saylı Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məktubu ilə Elnarə Ağayevanın Respublikada həmin vaxt olmaması sübutlarla təsdiq edilir. Üzv olmayan Şərafət Kazımovun adı protokolda qeyd edilsə də, komitə üzvləri seçilən zaman o Cavabdehndə işləmirdi və üzv seçilən İsmayıl İsmayılov iştirak etməmişdir. İclasda adları göstərilən 3 nəfərdən birinin həmin vaxt ölkə hüdudlarından kənarda olması, iştirakı göstərilən digər şəxsin isə ümumiyyətlə orda iştirak etməyə səlahiyyətinin olmamasından görünür ki, işdən azad edilməyinə razılıq verilməsi tam qanun pozuntusudur, saxtakarlıqdır. İşdən azad edilməyinə dair barəsində verilmiş əmrin ləğv edilməsi üçün birbaşa əsasdır. Bütün qeyd olunanlardan rəyin açıq-aydın saxtalaşdırıldığı göz önündədir. Əmək Məcəlləsinin tələbinə görə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilərkən əsas şərtlərdən biri həmkarlar təşkilatının razılığının alınmasıdır. Belə razılıq əmr verilərkən olmayıb, Sonradan məhkəmə qaydasında tələb edildiyindən saxtalaşdırılaraq işə əlavə edilib. Barəsində Əmr verilərkən həmkarlar təşkilatı tərəfindən razılıq verilmədən işdən azad edilməyi qanun pozuntusudur. Elə bir rəy olsaydı əmrdə birbaşa öz əksini tapardı. Faktlarla bunlar təsdiq edilməsinə baxmayaraq, bu məsələdə cavabdehin xeyrinə Həmkarlar Komitəsinin saxta, kvota olmayan iclası və olmayan rəyinə görə işə götürən heç bir məsuliyyət daşımadığı qeyd edilməklə hüquqları pozulmuşdur. Şuşa Rayon Məhkəməsi bu faktı iddiaçının işdən azad olunmasına dair işəgötürənin əmri verilərkən bu halın ona məlum olmaması ilə əsaslandırmışdır. Həmkarlar təşkilatının üzvü olmağına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərini kobud pozmaqla, bu əmr vermişdir. Belə razılığın verildiyini qeyd edən məhkəmə həmin razılığın verilməsinə əsas olmuş iclasın legitimliyi protokolun sonradan tərtib edilməsi faktına və saxtalaşdırıldığına göz yummuşdur. Protokolda iştirakı, iclasa dəvət olunmağı, iştirakdan imtina etməyi barədə qeydlərin olmaması, protokola imza edən iki şəxsdən birinin həmin zaman ölkə hüdudlarından kənarda olması onu göstərir ki, hər hansı iclas keçirilməmişdir. Bu isə əmrin ləğvi üçün əsas olmasına baxmayaraq Şuşa Rayon Məhkəməsi mübahisələndirilən əmrin ləğv edilməsi tələbi üzrə bu faktlara düzgün hüquqi qiymət verməməklə qanunvericiliyin tələbini pozmaqla qətnamə çıxarmışdır. Bu faktın ən dəhşətli tərəfi bir ədalətin mühakimə olunduğu yerdə (Cavabdehndə) saxta sənədlərin hazırlanması, saxta sənədlərin hazırlanmasında məhkəmə işçilərini və hətta hakimlərin cəlb edilməsi, işə baxan məhkəmələrə rəsmi sənəd kimi, sübut kimi təqdim edilməsi, bu açıq aydın saxtalığı görünən bu sənədlərin sübut kimi məhkəmələr tərəfindən qəbul edilməsidir. Bu saxta sənədlə bağlı xüsusi qərardad çıxarmağını xahiş edir. Bu xahişi ilə 1-ci instansiya məhkəməsində də müraciət etmiş, məhkəmə nəinki bu barədə xüsusi qərardadlar çıxarmadı, hətta bu barədə məhkəmə iclaslarında müraciətləri belə iclas protokollarına salınmadı. Bu sənədlər Cavabdeh sədri tərəfindən verilmiş xx.xx.2017ci il tarixli, 86 saylı əmrin verilməsinə yeganə əsas kimi qeyd edilən 2017-ci ilin ikinci yarım ili üzrə xx.xx.2017-ci il tarixli yoxlama aktıdır. Həmin akt ona heç vaxt göstərilməmiş, tanış olmaq istəyi isə həmişə rədd edilmişdir. Ümumiyyətlə hər hansı sənədlər araşdırılmamış, onun günahı ucbatında yerinə yetirilməyən iddia edilən işlərin siyahısı belə tərtib edilməmişdir. Yoxlamada onun iştirakı olmamışdır. 15 ay davam edən İnzibati məhkəmə proseslərində dəfələrlə əmrin verilməsinə yeganə əsas kimi göstərilmiş yoxlama aktının məhkəməyə təqdim olunması tərəfindən xahiş olunsa da, cavabdeh bundan hər dəfə qəti surətdə imtina etmişdir. Halbuki, yoxlama aktı mübahisəli əmrdə əmrin verilməsinə yeganə əsas kimi göstərilmişdir. Hər zaman məhkəmənin diqqətinə çatdırmışdir ki, yoxlama aktı olmadan məhkəmə araşdırılması mümkün deyil. Ona görə ki, o, yoxlamaya cəlb olunmamış, orda yazılanlar barəsində tam məlumatsızdır. Şuşa Rayon Məhkəməsində yenidən bu xahişlə müraciət etmişdir. Bundan sonra məhkəmənin tələbi ilə cavabdeh məhkəməyə akt təqdim edir. Məhkəmədən həmin aktın surətini ona təqdim olunmasını xahiş edir. Bu zaman hakim ona bildirir ki, aktda imza və möhür yoxdur. Baxmayaraq ki, uzun müddət məhkəmə çəkişmələri gedir və dəfələrlə yoxlama aktının təqdim edilməsi xahiş edilmişdir. Həmin akt məhkəmə tərəfindən geri qaytarılmışdır. Daha sonra isə Cavabdeh tərəfindən xx xxx 2019-cu il tarixdə Şuşa Rayon Məhkəməsinə xx xxxxxx 2017ci il tarixli akt təqdim olunur. Həmin aktı tərtib edən və imzalayan 3 şəxsdən biri hakim Şövkət Nəcəfova göstərilmişdir. Həmin vaxt Şövkət Nəcəfovanın məzuniyyətdə olduğunu və ölkə hüdudlarından kənarda olduğunu bilirdi. Bu məlumatın dəqiqləşdirilməsinə dair Dövlət Sərhəd Xidmətinə sorğu ilə müraciət edilməsi haqqında vəsatətlə Şuşa Rayon Məhkəməsinə yazılı müraciət etmiş, vəsatət Şuşa Rayon Məhkəməsinə təqdim olunduqdan dərhal sonra vəsatətə məhkəmə araşdırılması zamanı baxılmadan Şuşa Rayon Məhkəməsini sədri Allahverən Həsənov tərəfindən özbaşına olaraq aktı imzalayan şəxsə və Cavabdeh sədrinə məlumat verməsi nəticəsində yeni bir yoxlama aktı tərtib olunaraq məhkəməyə təqdim edilmişdi. Bu isə hakimin sübutların toplanmasında cavabdehə xidmət edən faktların əldə edilməsinə yardım edərək saxta aktın yenisi ilə əvəz olunmasını həyata keçirmişdir. Bütün bunları məhkəmə iclasında Şuşa Rayon Məhkəməsi hakim Şövkət Nəcəfova ilə bu barədə danışıldığını etiraf etmişdir. Bu protokollara qeydlə bağlı verdiyi ərizə ilə bağlı qərarda da Şuşa Rayon Məhkəməsinin hakimi tərəfindən etiraf edilmişdir. Bundan sonra hakim Allahverən Həsənovun yolverilməz, qanunsuz hərəkətlərindən sonra cavabdeh tərəf məhkəməyə ilkin təqdim etdiyi yoxlama aktını təkrar dəyişdirərək yeni mətndə yerdəyişmələr və ara məsafələri, sətrdəki sözlərin yerinin dəyişməsi, tərtib olunma tarixinin göstərilməməsi (əvvəlkində göstərilmişdir), fərqli səhifələrlə birində 3 səhifə o birində 4 səhifədən ibarət tərtib edərək məhkəməyə sübut kimi təqdim edirlər. Bütün bunlar texniki səhv kimi göstərilmiş, guya başqa aktın son səhifəsi bu aktın son səhifəsi ilə dəyişik düşməsi kimi absurd bir ərizə təqdim edir. Bu dəfə məhkəməyə daha saxta bir akt bu dəfə isə akta imza atan şəxs başqa şəxslə Cavabdeh digər hakimi Cəmilə Səfiyeva ilə əvəz olunur. Həmin ərizəyə etirazı rəsmi qaydada məhkəməyə təqdim edilmişdir. Bundan sonra hakimə etiraz edib, etirazı isə qəbul edilməmişdir. Sonuncu təqdim etdikləri aktın ümumiyyətlə tarixi yoxdur. Məhkəmə tarixsiz aktı sübut kimi qəbul etməklə qərəzliyini açıq aydın biruzə vermişdir. 3 akt təqdim ediblər, birinci ona ümumiyyətlə verilmədi, məhkəmə tərəfindən geri qaytarılmışdır. Ondan sonra təqdim edilmiş 2 fərqli aktın mövcudluğu öz-özlüyündə həmin sənədlərin mötəbərliyinə şübhələr olduğuna baxmayaraq yoxlama aktı əmrin verilməsinə əsas kimi qəbul edilmişdir. Bir sənədin qısa müddətlərdə 3 formada tərtibi (onda nöqsanlar tapıldıqca dəyişdirilərək təqdim edilməsi) onun doğruluğuna əsaslı şübhələr yaradır və onun saxtalığını sübut edir. Bu da onu sübut edir ki, həqiqətdə heç bir yoxlama ümumiyyətlə olmamışdır. Beləliklə, xx.xx.2017-ci il tarixli 86 saylı əmrin xx xxxxxx 2017-ci il tarixli yoxlama aktına əsasən tərtib edildiyi əsas göstərildiyindən, həmin yoxlama aktının saxtalaşdırılması müxtəlif yazılış formalarının təqdim edilməsilə, onda nöqsanlar tapıldıqca dəfələrlə dəyişdirlməsi ilə sübut olunur. Buna görə də yoxlama aktı ilə bağlı xüsusi qərardad çıxarmağınızı xahiş edir. Aktda göstərilir ki, ümumilikdə 548 işin iclasın protokolları yazılmamış, işlər tikilməyib, siyahiya alınmayıb, səhifələnməyib, icraya göndərilməyib, arxivə verilməyib. MPM-nin 272.1-ci maddəsinə əsasən protokolun tərtib edilməsinə məhkəmə katibi cəlb olunur. Məhkəmə katibin cəlb olunmasından imtina edə bilər. Protokolu hakimin özü, məhkəmə iclasında sədrlik edən və ya işə baxan məhkəmə tərkibinin digər hakimi tərtib edə bilər. Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın aparılmasına dair təlimata əsasən işin (materialın) cildinin ilk səhifəsində məsləhətçi (məhkəmə iclas katibi) tərəfindən əlavə olaraq mündəricat vərəqi doldurulur və imzalanılır (36 nömrəli əlavə) Məhkəmənin iş (materialı ) üzrə apardığı bütün hərəkətlər həmin mündəricat vərəqində (bildiriş vərəqəsinin, hökmün, qətnamənin, iddia ərizəsinin, ərizənin, şikayətin göndərilməsi, sənəd tələb olunması və s.) göstərilməlidir. Etiraza baxıldıqdan sonra məhkəmə iclas katibi cinayət işini ümumi qaydada hazırlayır (sənədləri ardıcılıqla tikir, vərəqələri nömrələyir, siyahıya alır və imza edir) Məhkəmə iclas katibi icra sənədi tərtib edir, hakim tərəfindən imzalanıb məhkəmənin möhürü ilə təsdiq olunduqdan sonra onu hakimin müşayiətedici məktubu ilə aidiyyəti üzrə göndərilməsi üçün kargüzarlıq xidmətinə təqdim edir Baxılıb qurtarmış işi və ya materialı məhkəmə iclas katibi kargüzarlıq xidmətinə təqdim edir. İclas katibinin üzərinə qoyulmuş funksiyaların icrasının ondan tələb edilməsi tam əsassızdır. Nə xx xxxxxx 2001-ci il tarixli nə də heç vaxt imzalamadığı xx xxxxxx 2011-ci il tarixli müqavilələrin heç birində bu işlərin görülməsi onun əmək funksiyasına aid edilməmişdir. Qeyd edir ki, xx xxxxxx 2001-ci il tarixli əmək müqaviləsinə əsasən işə götürülmüşdür. Əmək funksiyasına həmin müqavilənin 3.1 -ci bəndinə əsasən verilmiş mətnlərin yazılması və yaxud personal kompyuterdə azərbaycan, rus, ingilis dillərində, latın qrafikası və kirill əlifbası ilə təxirə salınmadan və səhvsiz çap edilməsi həvalə edilmişdir. Əmək funksiyası ona verilən mətnlərin vaxtında yazılması və təhvil verilməsidir ki, belə hallarla bağlı nöqsanlar mövcud deyildir. İclas katibinin vəzifələri onun üzərinə qoyulmamış və hər hansı tələb göstəriş verilməmişdir. Dövlət qulluqçusu olmadığından yardımçı vəzifə daşıdığından dövlət qulluqçusuna aid səlahiyyətlərin ona verilməsinə dair əsaslar olmalı və verilən göstərişlər, əmrlər uzun müddətli olduğu halda bu razılığımla rəsmiləşdirilməlidir. Halbuki əmək fəaliyyətinin müəyyən hissəsində dəftərxana müdiri vəzifəsini icra edərkən daşıdığı vəzifəylə, eyni statuslu vəzifələr olmasına baxmayaraq rəhbərlik tərəfindən razılığı alınmış, əlavə əmək haqqı ayrılmış və müvəqqəti bu vəzifənin icrası ona həvalə edilmişdir. Bu barədə sənədlərin surətləri iş materiallarına əlavə edilmişdir. Məhkəmə bu xüsusatları nəzərə almamış, həmçinin həm hakim İlham Kərimli və yenicə təyin olunmuş sədr Elçin Kazımovun ona hər hansı əmr və göstərişlərin verildiyini cavabdeh sübut etmədiyi halda əsassız yerə məhkəmə əlavə göstərişlərə, guya ona həvalə olunmuş işlərə əməl etmədiyi qənaətinə gələrək yoxlama aktında qeyd olunan nöqsanları üzərinə qoymuşdur. Qətnamədə məhkəməyə verdiyi ifadələri dəyişdirməklə yoxlama aktında qeyd olunan nöqsanlara görə onun işdən azad olunmağı barədə əmri əsaslı hesab etmişdir. Əmək müqaviləsində dəqiq və birmənalı göstərilməyən, əmək funksiyası onun əmək fuksiyasına aid olmayan işçidən tələb oluna və cəzalana bilməz. Özü Cavabdehndə böyük mütəxəssis vəzifəsində işləmişdir. Səlahiyyəti daxilində öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Protokolların yazılması iclas katibinə aiddir, iclaslarda iştirak etmədiyindən iclas protokolları tərəfindən tərtib edilmir. Protokolları olmayan işlər tikilə bilməz, səhifələnə və ya siyahıya alına bilməz. Əmrdə qeyd edilən nöqsanlar böyük mütəxəssisin əmək funksiyasına aid deyil. İclas katibinin vəzifələri isə onun üzərinə hər hansı formada hakim və məhkəmə sədri tərəfindən qoyulmamış və hər hansı tapşırıq, əmr, göstəriş verilməmişdir. Bu sübutların cavabdehdən məhkəməyə təqdim edilməsi xahiş olunsa da buna əməl edilməmişdir. Cavabdeh belə zərurətin yarandığını və onun əlavə işlərə cəlb olunmağını sübut edəcək faktları yoxdur. Əmrdə göstərilən icra intizamının pozulmasına səbəb olan əmək funksiyaları isə ona həvalə edilməmiş, əmrdə göstərilən əmək funksiyalarının icrasına razılıq verməmişdir. Buna görə də ona heç bir əmək haqqı ödənilməmişdir. İclas katibinin üzərinə qoyulmuş funksiyaların onda icrasının tələb edilməsi tam əsassızdır. Bu əsaslarla verilmiş əmr ləğv edilməli olduğu halda məhkəmə bu xüsusatlara ümumiyyətlə fikir verməmişdir. Mübahisəli əmrdə yazılır ki, göstərilən pozuntuların xeyli hissəsi böyük mütəxəssis İddiaçı öz əmək funksiyalarına səhlənkar yanaşması və bu funksiyaların lazımınca yerinə yetirməməsi ilə bağlı olmuşdur.” İşçini konkret məsələyə görə çıxarmaq olar. Konkret nə etdiyi məlum deyil. Ondan izahat alınmalı, onun iştirakı ilə akt tərtib edilməli idi. Onun nöqsanının nədən ibarət olması yoxlama aktında göstərilməli idi. Necə olur ki, bir başa iclas katibinin əmək funksiyasına daxil olan pozuntulara görə iclas katibi deyil, böyük mütəxəssis işdən çıxarılır. Əgər bu nöqsanlar onun olsaydı hakim tərəfindən 6 ay ərzində üzərinə qoymaq istədikləri 548 işə görə işləri yerinə yetirə bilmədiyi barədə hər hansı etiraz bildirər, sədrə məlumat verilərdi. Belə hallar mövcud deyildir. Yoxlama aktında göstərilənlərin bir tək mütəxəssis operatorun üzərinə qoyulması və baş verənlərin onun günahı ucbatından baş verdiyini göstərməsi inandırıcı deyildir. Halbuki qeyd olunanların ona heç bir aidiyyəti yoxdur. Həmişə nümunəvi işçi olmuşdur. Öz əmək funksiyalarını layiqincə yerinə yetirmişdir. 16 il ərzində barəsində heç vaxt heç bir intizam tənbehi tətbiq edilməmişdir. Bu barədə Cavabdeh tərəfindən arayışı iş materiallarına əlavə olunmuşdur. Elçin Kazımovla işlədiyi 2 ay müddətində belə ona hər ay üçün mükafat verilmişdir. Azərbaycan Respubliası Ədliyyə Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli 8/76 saylı iş materiallarına əlavə edilmiş arayışdan göründüyü kimi, ona 2017-ci ilin noyabr ayında 160 manat, dekabr ayında isə 240 mələğində mükafat verilmişdir. Əmək müqaviləsində göstərilən əmək funksiyaları sırasında yoxlama aktında qeyd olunan buraxılmış nöqsanlara görə cavabdehlik daşımır və bunların baş verməsi ona həmin səlahiyyətlərin hər hansı əmr, göstəriş, tapşırıqlar vasitəsilə verilmədiyindən üzərinə qoyula bilməz. Əmrdə qeyd edilən əmək funksiyalarının pozulması və bunun nəticəsində iş ahənginin pozulmasının və hətta bunun məhkəmə qərarlarını icra edən orqanların və barəsində qərarlar çıxarılan şəxslərin də mənafeyinə ziyan dəyilməsi ilə nəticələndiyi qeyd edilmişdir. İş ahənginin pozulmasının nədə ifadə olunması, nədən ibarət olması barədə, digər şəxslərin də mənafeyinə ziyan dəyilməsi barədə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi haqda əsaslar əmrdə qeyd olunmamış, bu barədə sübutların təqdim edilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ümumiyyətlə bu faktları araşdırmamışdır. Bu əmrin ləğvi üçün daha bir əsasdır. Halbuki, onun əmək funksiyasına daxil olan işlər sırasında əmrdə qeyd edilən funksiyalar aid deyil. Məhkəmə bu halın üzərindən yan ötmüşdür. Ümumiyyətlə bu hala heç bir münasibət bildirməmişdir. Əmrdə qeyd olunanlar əsas olaraq götürülmüşdür. Əmrin verilməsinə əsas olmuş hallar ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə sədrinin ona qarşı qərəzli münasibəti olmuşdur. Cavabdeh yeni sədri Elçin Kazımovun məqsədi qərəzli olaraq onu işdən azad etmək olub sədr təyin edildikdən dərhal sonra işçiləri işdən çıxmağa vadar etmişdir. Elçin Kazımova aydın olandan sonra ki, onu digər işçilər kimi ərizə yazıb işdən çıxmaq imkanı və niyyəti yoxdur. Ona görə də ona qarşı qanunsuz hərəkətlər baş vermişdir. Sədr təyin edilən zaman heç bir xəta törətmədiyi halda ona töhmət vermişdir. Səlahiyyətlərini aşaraq, qanunları pozaraq töhmət barədə əmri əmək kitabçasına qeyd etmişdir. Yoxlama aparılmadığı üçün o, şəxsən bu işə cəlb edilməmişdir. Yoxlama akt tərtib edilmədiyi üçün tanış edilməmişdir. İddia edilən yoxlama nəticəsinə görə Cavabdehndə yalnız o, işdən çıxarılmışdır. İşlədiyi hakimin heç bir işçisi cəzalanmamışdır. Həmkarlar təşkilatının rəyi olmadan verilmiş qanunsuz əmrin doğruluğunu sübut etmək məqsədilə saxta rəy hazırlanmışdır. Mübahisələndirilən əmrin verilməsinə yeganə əsas göstərilən yoxlama aktının nöqsanları tapıldıqca 3 dəfə dəyişdirilərək saxta yoxlama aktların tərtib olunmuşdur.Yoxlama keçirilmədiyi üçün ondan izahat tələb edilməmişdir. İzahat verməkdən imtina barədə ayrı-ayrı formada iki akt tərtib edilmiş, aktının məzmununda sonradan dəyişiklik edilmişdir. Cavabdeh tərəfindən iddia edilən yoxlama aktına əsasən 6 ay ərzində 548 işə görə nə hakim, nə köməkçisi, nə iclas katibi barədə hər hansı intizam tənbehinin görülməməsi, bütün nöqsanların böyük mütəxəssisin (operatorun) üzərinə qoyulması sədrin qərəzli mövqeyini sübut edir.Təqdim edilən izahat verməkdən imtina barədə akt da sonradan saxtalaşdırılaraq Cavabdeh sədrindən asılı olan işçilər tərəfindən tərtib edilmişdir. Təsadüfi deyil ki, inzibati iqtisadi məhkəməyə onlar başqa məzmunlu akt təqdim etmişlər. Şuşa Rayon Məhkəməsində bildirmışdır ki, əgər ona akt təqdim olunmursa, özləri də etiraf edirlər ki, yoxlamaya da cəlb olunmamış, ondan izahat istəyə bilərməzlər. Bundan sonra Şuşa Rayon Məhkəməsinin qətnaməsində aktın məzmununda dəyişiklik olduğunu görmüşdür. Şuşa Rayon Məhkəməsinin qətnaməsi 7-ci səhifə-2-ci abzasında yazılır -“Bundan başqa iddiaçı qeyd edir ki, aşkar olunmuş nöqsanlar barədə olan akt ona təqdim edilməmiş və ondan izahat alınmamışdır.” Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh işçiləri-N.Tağıyev, N.Cavadov və İ.Bağırlı tərəfindən tərtib olunmuş aktdan görünür ki, qeyd olunan yoxlamanın nəticəsi barəsində olan akt tanış olmaq üçün İddiaçı təqdim olunmuş, lakin o aktla tanış olub izahat verməkdən imtina edilmişdir. Məhkəmə hesab edib ki, iddiaçının bu dəlilidə əsassızdır.” Lakin cavabdeh Sumqayıt İnzibati Məhkəməsinə sonradan hazırlanaraq təqdim etdiyi izahat verməkdən imtina barədə tərtib edilmiş aktda belə, yoxlama aktını ona təqdim edilməsi ilə bağlı qeydlər yox idi. Həmin akt Sumqayıt İnzibati iqtisadi məhkəməsindən müraciəti əsasında rəsmi sürətdə ona təqdim edilmişdir. Bu onu göstərir ki, həmin akt sonradan Şuşa rayon Məhkəməsində işə baxılarkən bir daha dəyişilmişdir. O, bu komissiyanın yaradılmasından xəbərsiz olmuş, yoxlama aparıldığı barədə məlumatsızdır. Yoxlamada iştirakı olmayıb, yoxlamaya cəlb olunmamış, orda olan nöqsanlar barədə ona deyilməyib, soruşulmayıb. Yoxlama aktının saxtalığıda sübut edir ki, bütün bunlar olmamışdır. Qeyd etdiklərimi nəzərə alaraq, apelyasiya şikayətimin təmin edilməsini, Şuşa Rayon Məhkəməsinin 2(077)-133/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə, habelə saxtalaşdırılmış sənədlərlə bağlı və hakim Allahverən Həsənovun birinci instansiya məhkəməsində işə baxılan zaman kobud pozuntulara yol verdiyinə görə barəsində xüsusi qərardad çıxarmağını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçının tələbində əsaslandığı hallar tamamilə əsassızdır. Belə ki, onun məhkəmə sədrinin qərəzli münasibətinə əsasən ona töhmət verildiyi və sonradan həmin münasibətin davamı olaraq işdən azad edildiyi bildirilmişdir. Bundan əlavə ləğv edilmiş xx xxxxxx 2011-ci il tarixli əmək müqaviləsindən xəbəri olmadığını göstərərək xx xxxxxx 2017-ci il tarixli əmrin ləğv edilməsini xahiş etmişdir. Belə ki, yeni təyin olunan məhkəmə sədri, onun kimi bir çox işçiləri əvvəlcədən tanımamış sonradan iş prosesində tanımışdır. Bundan əlavə iddiaçı 5 gün müddətində üzrsüz səbəbdən işə çıxmadığına görə atasının xəstəliyi nəzərə alınaraq işdən azad edilməmiş və töhmət verilməsi ilə kifayətlənmişdir. Belə bir halda məhkəmə sədrinin ona qarşı qərəzli münasibətindən necə danışmaq olar. İşdən azad edilməsi səbəbi yoxlama nəticəsində aşkar edilmiş çoxlu sayda nöqsanlara yol verməsi və həmin nöqsanların aradan qaldırılması üçün heç bir tədbir görməməsi olmuşdur. Odur ki iddiaçının tələbləri tamamilə əsassızdır və rədd edilməlidir Həmçinin iddiaçı xx xxxxxx 2011-ci il tarixli əmək müqaviləsinindən xəbəri olmadığını və həmin müqaviləni imzalamadığını xüsusi ilə qeyd edir. İnzibati İqtisad məhkəməsində işə baxılarkən hakim ona iş üzrə ekspertiza təyin edilməsi zəruriliyini dəfələrlə bildirilsə də iddiaçı buna razılıq verməmiş və ekspertiza təyin edilməsindən imtina etmişdir. Sonrakı məhkəmə proseslərində, apelyasiya məhkəməsində də iddiaçı ekspertiza təyin edilməsindən imtina etmişdir. İddiaçı bunu əsassız olaraq ekspertizada işin uzadılacağı ilə əsaslandırır. Halbuki artıq 3 ildir ki məhkəmə prosesi davam edir və bu müddət ərzində dəfələrlə iş ekspertizaya getmiş və qayıtmış olardı. Odur ki, bu barədə də iddiaçının fikirləri əsassızdır. Bundan əlavə bildirir ki, Cavabdeh 85 saylı əmrinə əsasən 2017-ci ilin ikinci yarım ili üzrə icraatında olan mülki, cinayət, inzibati və prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsinə dair işlər üzrə yoxlama keçirilməsi üçün komissiya yaradılmış, Komissiyanın xx xxxxxx 2017-ci il tarixli aktı ilə xeyli sayda mülki işlər üzrə təyinat məktublarının yazılmadığı, işlərin tikilmədiyi, həmin işlərdən bəzilərində qərardadların surətlərinin tərəflərə göndərilmədiyi və xəbərnamələrin iş materiallarına əlavə edilmədiyi, cinayət işləri üzrə hökmlərin çıxarılmasına baxmayaraq həmin işlərin icraya verilmədiyi, qeyd edilən işlərin tikilmədiyi, səhifələnmədiyi və siyahıya alınmadığı, inzibati işlər üzrə xəta materiallarında işlərin tikilmədiyi, səhifələnmədiyi və siyahıya alınmadığı, prosessusal məcburiyyət tədbirlərinin tətbiqinə dair işlər üzrə işlərin tikilmədiyi, səhifələnmədiyi, siyahıya alınmadığı və hazır olmuş işlərin arxivə təhvil verilməsi qaydalarına riayət olunmadığı müəyyən olunmuşdur. Qeyd olunmuş pozuntuların xeyli hissəsi böyük mütəxəssis (operator) vəzifəsində işləyən İddiaçı öz əmək funksiyalarına səhlənkar yanaşması və bu funksiyaların lazımınca yerinə yetirilməməsi ilə bağlı olmuşdur. Bu hallar da, Cavabdehndə işin normal ahənginin pozulması, habelə məhkəmə qərarlarını icra edən orqanların və barəsində belə qərarlar çıxarılan şəxslərin də mənafeyinə ziyan vurulması ilə nəticələnmişdir. Həmçinin, İddiaçı əmək fəaliyyətində kobud səhvlərə yol vermiş, “Məhkəmələrdə kargüzarlıq haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrini lazımınca icra etməmiş, onunla bağlanmış əmək müqaviləsinin 3.1 -ci bəndi ilə müəyyən məhkəmə sənədlərinin müəyyən olunmuş vaxtda hazırlanmasına dair əmək vəzifələrini icra etməmiş, bir cox hallarda isə ümumiyyətlə icra etməmişdir. Nəticədə, böyük mütəxəssis (operator) vəzifəsində işləyən İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cavabdeh xx xxxxxx 2017-ci il tarixli əmrinə əsasən işdən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçının işdən azad edilməsi ilə əlaqədar X6 təşkilatına müraciət olunmuş və həmin təşkilatın yazılı razılığı alındıqdan sonra İddiaçı qeyd edilən əmrə əsasən işdən azad edilmişdir. İddiaçı X6 təşkilatı tərəfindən qərar qəbul edilərkən həmkarlar təşkilatının üzvü olmuş E.Ağayevanın iclasda iştirak etməməsi və bu səbəbdən iclasın qeyri qanuni keçirilməsinə dair iddiası ilə əlaqədar bildirmək istəyir ki, Yerli X1 3 üzvü vardır. İclasda 2 üzvün iştirakı və səs çoxluğu ilə istənilən qərarın qəbul edilməsi üçün kifayət edir. Bu halda da X6 təşkilatı tərəfindən keçirilmiş iclasın qeyri qanuni olması barədə iddiaçının iddiaları tamamilə əsassızdır. Bundan əlavə iddiaçının yol vermiş olduğu nöqsanlarla bağlı izahatının alınması mümkün olmamışdır. Belə ki, o, nümayişkərana surətdə heç bir izahat verməyəcəyini bildirmiş və bununla əlaqədar müvafiq akt tərtib edilmişdir. Hakim İ.Kərimlinin işlərinin yoxlama aktından da görünür ki, iddiaçı məhkəmə hakiminin heç bir tapşırığını icra etməmişdir. Yalnız özünün istədiyi işlərlə məşğul olmaqla vaxtını keçirmişdir. Əks halda qeyd edilən işlərdə yaranmış bu qədər nöqsanları başqa heç bir şeylə izah etmək mümkün deyil .İddiaçı, qeyd edilən nöqsanların heç birinin ona aid olmadığını iddia edir. Bütün məhkəmələrdə mütəxəssislər hakim tərəfindən işlərin icrası ilə bağlı verilmiş istənilən göstəriş və tələbləri yerinə yetirmək məcburiyyətindədirlər. Əks halda işlərin vəziyyətini normal hesab etmək olmaz. Odur ki, yoxlama aktında göstərilən nöqsanların hamısı demək olar ki, bilavasitə iddiaçının üzərinə düşür. İddiaçı hətta iddia etdiyi kimi özünə aid işləri belə normal yerinə yetirsəydi bu qədər nöqsanların olması imkansız olardı. İddiaçı özünün nümunəvi işçi olduğunu bildirərək həmişə mükafat aldığını bildirmişdir. Halbuki, həmin mükafatlar Bayram günlərində Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada bütün işçilərə verilməsi nəzərdə tutulmuşdur və bu mükafatların verilməsi heç də iddiaçının xüsusi fəaliyyəti ilə əlaqədar olmamışdır. Bir daha bildirir ki, iddiaçının tələbləri tamamilə əsassızdır, özünün ehtimal etdiyi iddialara əsaslanır. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Şuşa rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx.xx.2001-ci tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən Cavabdehndə makinaçı-operator Salahova Mürvət Əhliyyət qızı sosial məzuniyyətdən qayıdana qədər həmin vəzifəyə müvəqqəti olaraq işə qəbul edilmiş, əmək müqaviləsi müddətli bağlanmış və müddət M.Ə.Salahovanın sosial məzuniyyətdən qayıtdığı günə qədər müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2005-ci tarixli əmək müqaviləsindən görünür ki, tərəflərin razılığı ilə xx.xx.2003-cü il tarixli əmək müqaviləsinin 1.2 və 2.1 bəndlərinə dəyişiklik edilmiş, məhkəmənin makinaçı-operatoru Salahova Mürvət Əhliyyət qızı sosial məzuniyyətdən qayıdana qədər həmin vəzifəyə müvəqqəti sözləri "böyük-mütəxəssis vəzifəsinə" sözləri ilə və "müddətli" sözləri "müddətsiz" sözləri ilə əvəz edilmişdir. Müəyyən edilmidir ki, Cavabdeh sədri Məhkəmənin ilk X1 sədrinə xx.xx.2017-ci il tarixli məktub ünvanlayaraq məhkəmənin xx.xx.2017-ci il tarixli, 85 saylı əmri əsasında Cavabdeh icraatında olan mülki, cinayət, inzibati və prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsinə dair işlər üzrə aşkar edilmiş nöqsanlar barədə tərtib edilmiş xx.xx.2017-ci il tarixli akta əsasən məhkəmənin böyük mütəxəssisi (operatoru) İddiaçı tutduğu vəzifədən azad edilməsinə razılıq verilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ilk X1 yığıncağının xx.xx.2017-cil il tarixli, 3 saylı protokolundan görünür ki, üzvlərin yığıncağı keçirilmiş, İddiaçı öz əmək funksiyalarına səhlənkar yanaşması və bu funksiyaları lazımınca yerinə yetirməməsinə görə tutduğu vəzifədən azad edilməsinə razılıq verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə ilk X1 sədri Cavabdeh sədrinə ünvanladığı məktubdan görünür ki, məhkəmənin böyük mütəxəssisi (operatoru) İddiaçı tutduğu vəzifədən azad edilməsinə razılıq verilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2017-ci il tarixli, 86 saylı əmrinin surətindən görünür ki, Cavabdeh böyük mütəxəssisi (operatoru) İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilmiş və onunla xx.xx.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsi xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. Əmrin verilməsinə əsas 2017-ci ilin ikinci yarım ili üzrə xx.xx.2017-ci il tarixli akt göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəis müavini tərəfindən imzalanmış 07.2018-ci il tarixli, 33/2454 saylı məktubdan görünür ki, X2 xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dövlət sərhədindən hərəkəti belə olmuşdur: xx.xx.2017-ci il tarixdə ölkədən çıxış, xx.xx.2018-cil tarixdə ölkəyə giriş. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(85)-646/2018 saylı qərarından görünür ki, İddiaçı Cavabdehnə qarşı “işə bərpaya dair” iddiası rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(105)-661/2018 saylı qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(85)-646/2018 saylı, xx xxxxxx 2018-ci tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamış və iddiaçıya ümumi yuristiksiyalı rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən qətnaməni onunla əsaslandırmışdır ki, 2017-ci ilin sonu üçün məhkəmənin icraatında olan işlərin icra vəziyyətinin qənaətbəxş olmaması səbəbindən məhkəmə sədri bu nöqsanların aradan qaldırılması üçün şifahi göstəriş vermiş, ilin sonunda göstərişin icra vəziyyətini yoxlamaq üçün xx xxxxxx 2017-ci il tarixli, 85 saylı əmrlə müvafiq komissiya yaradılmış, iddiaçının təhkim olunduğu hakimin icraatında olan işlər üzrə onun göstərişlərini vaxtında icra etməməsi müəyyən olunmuşdur. İddiaçı isə əmrdə göstərilən əsasların onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmadığını qeyd etmiş, lakin onun bu dəlilləri xx.xx.2001-ci il tarixli əmək müqaviləsinin 3.2-ci bəndinə və xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin 3.1 və 3.2-ci bəndlərinə zidd olmuş, həmin bəndlərdə işçinin məhkəmə sədrinin əmrlərinin və tapşırıqlarının yerinə yetirilməsi və zərurət yarandıqda məhkəmənin normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə işçinin müvəqqəti olaraq məhkəmədə digər işlərin icrasına cəlb edilə bilməsi nəzərdə tutulmuşdur. İddiaçı onunla xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmadığını qeyd etsə də həmin müqavilədəki imzanın ona məxsus olmadığını da inkar etməməmiş, yoxlamanın nəticəsi barəsində olan aktla tanış olduqdan sonra izahat verməkdən imtina etmişdir. Bundan başqa məhkəmə ilk X1 qərarında iclas katibi kimi qeyd edilmiş şəxsin ölkədən kənarda olması faktının əmr verilərkən məlum olmamasını müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3, 44, 83 və -cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının əmək müqaviləsindən irəli gələn əmək funksiyalarını yerinə yetirməməsi iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respubikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materiallarında olan aktlarla o da müəyyən edilir ki, iddiaçı izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Müəyyən edilmişdir ki, məhkəmənin sədri xx xxxxxx 2017-ci il tarixdə məhkəmənin Həmkarlar Komitəsinə müraciət edərək iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsini xahiş etmiş, Həmkarlar Komitəsi də buna razılıq vermişdir. Apelyant məhkəmə sədrinin əmri ilə təşkil edilmiş Komissiyanın xx xxxxxx 2017-ci il tarixli aktının sonradan tərtib edilməsi və aktda göstərilən pozuntuların onun əmək funksiyasına aid olmadığını göstərsə də buna dair har hansı bir sübut təqdim edə bilməmişdir. İş materallarında olan iddiaçı ilə bağlanmış xx xxxxxx 2011-ci il tarixli əmək müqaviləsinin 3.1 və 3.2-ci bəndlərində işçi kimi iddiaçının məhkəmə sənədlərinin müəyyən olunmuş vaxtda hazırlanması, məhkəmə sədrinin əmrlərinin və tapşırıqlarının yerinə yetirilməsi, zərurət yarandıqda məhkəmənin normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə işçinin müvəqqəti olaraq məhkəmədə olan digər vəzifələrin icra olunmasına cəlb edilə bilməsi şərti nəzərdə tutulub. Komissiyanın xx xxxxxx 2017-ci il tarixli aktında məktubların yazılmaması, işlərin tikilməməsi, qərardadların surətlərinin tərəflərə göndərilməməsi və s. hallar da məhz işçi ilə bağlanmış xx xxxxxx 2011-ci il tarixli əmək müqaviləsinin 3.1 və 3.2-ci bəndlərinə nəzərdə tutulmuş əmək funksiyalarına aiddir. Bundan başqa iddiaçı xx xxxxxx 2011-ci il tarixində onunla əmək müqaviləsi bağlanması, həmin müqavilənin də sonradan tərtib edilməsini bildirsə də bu, iş materialları ilə təkzib olunur. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində müqavilədəki imzanın ona məxsus olmasını inkar etməmişdir. Eləcə də iş materiallarında olan həmin müqavilənin təsdiq edilmiş surətindən görünür ki, müqaviləni təkcə iddiaçı deyil, işəgötürən kimi həmin vaxt məhkəmə sədr olmuş şəxs də imzalayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etmişdir. İş üzrə keçirilmiş xx xxxxxx 2020-ci il tarixli, 4/765 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqim edilmiş xx xxxxx 2011-ci il tarixli işə götürənin səlahiyytlərini həyata keçirən Cavabdeh sədri X10 ğlu ilə İddiaçı adından olan əmək müqaviləsinin 1-3-cü səhifələrinin aşağı sağ küncündəki 3 ədə imza və 4-cü səhifədə «11.2 İşçi:» hissəsində «İmza» qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası apelyantın Həmkarlar Komitəsinin xx xxxxxx 2017-ci il tarixli iclas protokolunu imzalayan katibin həmin gün ölkədə olmaması barədə dəlili ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarından görünür ki, belə razılıq alınıb və işəgötürən kimi məhkəmə sədri də əmr verərkən Həmkarlar Komitəsinin həmin razılığını rəhbər tutub. Həmkarlar Komitəsinin qərarına isə işəgötürən hər hansı məsuliyyət daşımır. Apelyant apelyasiya şikayətində ona qarşı qərəzli münasibət göstərilməsini qeyd etsə də bunu əsaslandıra bilməmişdir. Bundan başqa apelyant əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinin 07 dekabr yazılmasını, lakin müqavilənin ilinin göstərilməməsini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının bu dəlilinə cavabdehin nümayəndəsi cavab olaraq bunun texniki səhv olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiaysı hesab edir ki, məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, qeyd edilən dəlillər araşdırılaraq qətnamədə onlara qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Şuşa rayon Məhkəməsinin 2(077)-133/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-188/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-188/2021
17.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver