Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-188/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı mülki iş üzrə (Açar sözlər: icarə haqqı tələbi) X14 Süleymanovanın sədrliyi və məruzəsi, X11 Qafari və Afiq Hüseyn oğlu Hüseynzadədən ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı "icarə haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(012)-79/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" şirkətindən 172087 manat icarə haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı adından X3 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X12 arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin icarə müqavilələrinin uzadılması barədə olan müqavilələrə əsasən, icarəyə verən ünvan 1 ünvanında yerləşən sahəni (“Obyekt”) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəçiyə icarəyə vermiş, icarəçi isə müqavilə ilə razılaşdırılmış, hər təqvim ayı üçün aylıq 3000 manat icarə haqqını icarəyə verənə ödənilməsini öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinin 4.3-cü maddəsinə əsasən, cavabdeh hər ayın 3cü təqvim günündən gec olmayaraq icarə haqqını icarəyə verənin bank hesabına köçürməli olmasına baxmayaraq 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla cəmi 172087 manat icarə haqqını heç bir səbəb olmadan ödəməmişdir. Bununla əlaqədar tərəflər arasında dəfələrlə danışıqlar, yazışmalar, görüş olmuş, cavabdeh maddi imkanının olmamasını, hesablarında pulun olmamasını və sair bu kimi mənasız və əsassız bəhanələr gətirərək icarə haqqını ödəməkdən yayınmışdır. Bu səbəbdən də, icarə haqqı ödənişinin məhkəmə qaydasında ödənilməsi zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, müqavilə imzalanmış və bundan savayı, pul borcunun qalığı ilə bağlı akt mövcuddur. Şirkətin əsasən, Əsgər adlı nümayəndəsi həmin proseslərdə iştirak etmişdir. Rəhbərin adını və soyadını xatırlamasa da, müqavilənin tərtib olunmasında imza olaraq şirkətin direktoruna məxsusdur. İcarə müqaviləsində imza iddiaçının adından ona məxsusdur və bu barədə ona baş etibarnamə verilmişdir.
5. İcarəyə verən İddiaçı əvəzinə X3 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X12 arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 2 ünvanında yerləşən 4-cü mərtəbə, blok A, ümumi sahəsi 246.8 kv.m olan 3 saylı mənzili xx.xx.2017-ci il tarixdən etibarən 2 il müddətinə, icarə haqqı 3000 manat, vergi haqqı 488.37 manat olmaqla, cəmi 3488.37 manat icarə haqqı ödənilməsi şərtilə icarəyə verməyi öhdəsinə götürmüşdür.
6. İcarəyə verən İddiaçı əvəzinə X3 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X12 arasında bağlanmış xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ünvan 3 ünvanında icarəyə götürülmüş obyektin xx.xx.2018-ci il tarixədək icarə haqqı borcu 55087 manat təşkil edir.
7. İcarəyə verən İddiaçı əvəzinə X3 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X12 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı əlavədən görünür ki, tərəflər icarə müddətinin xx.xx.2019-cu il tarixdən başlayaraq 11 ay müddətinə uzadılmasına dair razılığa gəlmişlər.
8. İcarəyə verən İddiaçı əvəzinə X3 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2 saylı əlavədən görünür ki, tərəflər icarə müddətinin xx.xx.2017-ci il tarixdən başlayaraq 11 ay müddətinə uzadılmasına dair razılığa gəlmişlər.
9. "xxxx" şirkətinin xx.xx.2021-ci il tarixədək hesablanan borcu üzrə cədvəldən görünür ki, xx.xx.2018-ci il tarixədək 55087 manat olmaqla, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3000 manat olmaqla, ümumilikdə, cəmi 172087 manat borc hesablanmışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/874 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 80-84-cü vərəqlərində olan 01 mart 2017-ci il tarixli icarə müqaviləsinin “İcarəçi” qrafasında “Novruzov.A.M.” yazıları qarşısındakı imza; 75-ci vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “19” aprel 2016-cı il tarixli icarə müqaviləsinə 01 mart 2017-ci il tarixli, 01 nömrəli əlavədə “İcarəçi” qrafasında “Novruzov.A.M.” yazıları qarşısındakı imza; 77-ci vərəqində olan 30 aprel 2018-ci il tarixli aktda “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imza; 76-cı vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “01” mart 2017-ci il tarixli icarə müqaviləsinə 01 mart 2019-cu il tarixli 01 nömrəli əlavədə “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imza; 74-cü vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “01” mart 2017-cı il tarixli icarə müqaviləsinə 01 fevral 2020-ci il tarixli 02 nömrəli əlavədə “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imza X12 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
11. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(012)-79/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddianın təmin edilməməsi, İddiaçı aparılmış ekspertiza tədqiqatına görə 138 (yüz otuz səkkiz) manat pul vəsaitinin alınaraq Məhkəmə Ekpsertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 331.1, 700.1, 700.2, 700.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 62.1, 76.1, 76.2, 88, 106.1, 101.3, 103.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
Apellyasiya şikayəti və onun dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh faktiki olaraq icarəyə götürdüyü sahəni 2021-ci ilin yayına kimi istifadə etdiyi halda, icarə haqqını ödəməmişdir. 2014-2016-cı illərə görə icarə haqqını ödəmişdir. Cavabdehin nümayəndəsi məhkəmə baxışında icarə müqavilələrində və icarə müqaviləsinə əlavələrdə imzanın onlara məxsus olmamasını bildirmişdir. Elə olduğu təqdirdə, yəni icarə müqaviləsi olmadığı halda hansı əsasla icarəyə götürülən sahənin cavabdeh tərəfindən istifadə edilməsi məlum deyildir. Məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə cavabdehin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmənin hazırlıq iclasında üzrsüz səbəbdən iştirak etməmişdir. Məhkəmə baxışı zamanı iştirak edən cavabdehin nümayəndəsi, cavabdehin faktiki olaraq icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən sahəni 2021-ci ilə kimi istifadə etməsi barədə suala, məlumatı olmamasını bildirmiş, bir neçə dəfə keçirilən məhkəmə baxışı zamanı axırıncı iclasda cavabdeh tərəfindən icarə müqavilələrində və icarə müqaviləsinə əlavələrdə imza etmədiyi barədə izahat verdiyi zaman, məhkəmə işin hallarını qiymətləndirmədən dərhal məhkəmə-xətt ekspertizası təyin edilməsi barədə qərardad qəbul etmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə bilmişdir ki, möhür də cavabdehə məxsus deyildir. Möhürün cavabdehə məxsus olmaması barədə izahat verilməsi məhkəmə-xətt ekspertizasının təyin edilməsi barədə qərardadda da göstərilmişdir. Halbuki məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə yol verilmir. Uzun müddət keçdikdən sonra məhkəmə-xətt ekspertizasının rəyi verilmişdir. Ekspertizaya təqdim olunan, cavabdehin sərbəst və eksperimental xətt nümunələrinin necə götürülməsi məlum olmamışdır. İddiaçının iştirakı ilə cavabdeh şirkətin direktorunun sərbəst və eksperimental xətt nümunələrinin götürülməsi həyata keçirilməli idi. Lakin məhkəmə bu göstərilənlərə əməl etməmişdir. Məhkəmə-xətt ekspertizasının rəyi alındıqdan sonra cavabdeh məhkəmədə bildirmişdir ki, icarəyə verən, yəni iddiaçı cavabdehin möhürünü guya özündə saxlayıb istifadə etmişdir. Bu barədə cavabdehin möhürünü alıb cavabdehə verən şəxsin məhkəmədə dindirilməsi və cavabdehin 2021-ci ilin yayına kimi icarəyə götürdüyü sahənin istifadə edilməsi barədə sübutları araşdırılması istənilsə də məhkəmə vəsatəti rədd etmişdir ki, işin müddəti qurtarır. Məhkəmədə dindirilməsi lazım olan şahidlər və cavabdehin 2021-ci ilin yayına kimi icarəyə götürdüyü sahəni istifadə etdiyi sahəyə görə ödədikləri kommunal xərclərin sübutları mövcuddur. Cavabdeh tərəfin göstərdiyi Əsgər adlı şəxsin məhkəmədə dindirilməsinin işin araşdırılması üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, məhkəmə həmin şəxsi dindirməmişdir. Guya Əsgər adlı şəxs cavabdehin möhürünü alıb cavabdehə vermişdir. Eləcə də, iddiaçı tərəfin məhkəmə araşdırmasının nəticələrini gözdən keçirib məhkəmə çıxışına hazır olmaması barədə müraciətinə məhkəmə əhəmiyyət verməyərək qətnamə qəbul etmişdir. Məhkəmə işin hallarına qiymət vermədən yalnız ekspert rəyini məcburi saymışdır.
15. Apellyasiya icraatı zamanı məhkəmə qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/387/-5/316 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir:
16. “Ekspertizaya təqdim edilmiş, mülki işin 80-84-cü vərəqlərində olan 01 mart 2017-ci il tarixli “İcarə müqaviləsi”nin 5-ci vərəqinnin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza; mülki işin 76-ci vərəqində olan 01 mart 2019- cu il tarixli İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “01" mart 2017-ci il tarixli icarə müqaviləsinə 1 nömrəli “Əlavə”nin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M." yazılarının qarşısındakı imza; mülki işin 74-cü vərəqində olan 01 fevral 2020-ci il tarixli İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “01” mart 2017-ci il tarixli icarə müqaviləsinə 2 nömrəli “Əlavə”nin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza; mülki işin 77-ci vərəqində olan 30 aprel 2018-ci il tarixli “Akt”da “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza - X12 tərəfindən yox, başqa şəxslər tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 78-ci vərəqində olan xx.xx.2016-cı il tarixli “İcarə müqaviləsi”nin 2-ci vərəqinin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza - X12 tərəfindən icra edilmişdir. Tədqiqata təqdim edilmiş 01 mart 2017-ci il tarixli İcarə müqaviləsində, həmin müqavilənin 01,03.2019-cu il tarixli Əlavə 1-də, 01,02.2020-ci il tarixli Əlavə 2-də, 30.04.18-ci il tarixli Aktda, xx.xx.2016-cı il tarixli İcarə müqaviləsində olan “Qafqazenerqoserviz”-nin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli İcarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019-cu il tarixli Əlavə 1-də, xx.xx.2020-ci il tarixli Əlavə 2-də, 30.04.18ci il tarixli Aktda, xx.xx.2016-cı il tarixli İcarə müqaviləsində olan “Qafqazenerqoserviz”-nin möhür əksləri ekspertizaya təqdim edilmiş “Qafqazenerqoserviz”-nin möhür şirkətinin möhürünün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır”.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-232/2024 nömrəli 29 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi) Fuad Məmmədov və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayınadək olan dövrdə göstərilmiş icarə obyektindən cavabdeh "xxxx" şirkəti tərəfindən istifadə etməsi öz təsdiqini tapmadığından, iddiaçının tələbi təmin oluna bilməz.
19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 331.1, 700.1, 700.2, 700.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 101.7, 119.1, 217.3, 217.4, 384.0.1, 385.2, 382, 392, 393 və 405.0.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Cavabdeh “Qafqazenergoservis” şirkəti nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
21. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində cavabdeh tərəfin iddia tələbinin qismən etiraf edildiyi bildirilir. Tam şəkildə yanlış qeyd edilmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəflər arasında mövcud olmuş icarə müqaviləsinin son iki ayı üçün icarə haqqını ödəyə bilmədiyini və borclu qaldığını bildirmişdir. Tərəflər arasında son icarə müqaviləsi xx.xx.2014-cü il tarixdə bir il müddətinə bağlanmışdır. Həmin müqavilə üzrə tələb irəli sürülməmişdir. İddiaçı tərəfindən isə 2016-cı il və ondan sonrakı müddətlərdə tərtib edilmiş müqavilələr, əlavələr, aktlar təqdim edilmişdir. Əslində tərəflər arasında belə bir müqavilə münasibətləri olmamışdır. 2014-cü ildə bağlanmış müqavilənin müddəti bitəndən sonra, cavabdehin maliyyə sıxıntıları olduğundan müddət uzadılmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş 2016-cı il və daha sonrakı müddətlərdə bağlandığı qeyd edilmiş müqavilə və əlavələrdə cavabdeh şirkətin möhürü vurulmuşdur. Bu mümkün idi. Çünki icarə haqqı ödənilmədiyi səbəbdən iddiaçı ofisin qapısını bağlamış, cavabdeh şirkətin əməkdaşlarını içəri buraxmamışdır. Şirkətin digər sənəd və vəsaitləri kimi möhürü də orada qalmışdır. Möhür və sənədlərin bir qismi 2016-cı ilin sonunda qaytarılmış, qalan vəsaitlər isə indiyə kimi icarə sahəsində saxlanılır, verilmir. Cavabdeh tərəfi təcübləndirilən məsələ təqdim edilmiş müqavilə və əlavələrdə şirkətin direktorun imzası idi. Çünki vizual baxışda imza oxşardır və direktora aid olduğu təsəvvürünü yaratmışdır. Lakin şirkətin direktoru israr etmişdir ki, son olaraq 2014-cü ildə icarə müqaviləsinə imza etmişdir. Məhkəməyə təqdim edilmiş müqavilələrdə imzalar onun imzasına oxsadılmaqla çəkilmişdir, ona məxsus deyildir. Məhz bu baxımdan imzaların yoxlanılması barədə şirkətin nümayəndəsi vəsatətlə çıxış etmiş, iddiaçı tərəf buna etiraz etsə də məhkəmə ekspertiza təyin etmişdir. Ekspertiza təhqiqatına təqdim edilməsi üçün cavabdeh şirkətin direktoru Altay Novruzov məhkəməyə çağırılmış, sərbəst imza nümunələri, Abşeron rayon Məhkəməsinin binasında, binanın birinci mərtəbəsində yerləşən iclas zalında işə baxan hakim və məhkəmə iclas katibinin iştirakı ilə götürülmüşdür. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassızdır və faktiki hallar yanlış qeyd olunmuşdur. Ona görə də apellyasiya şikayətinə baxılarkən qeyd edilənləri də nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2(102)-3341/2024 nömrəli qərarı ilə (hakimlər Əhliman Xıdırov (məruzəçi), Elşad Şamayev və Aqil Abbasov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2024-cü il tarixli, 2(105)-232/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
24. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş, mübahisə predmeti olan müqavilələri icarəyə verən İddiaçı əvəzinə bağlamış X3 ifadəsində şirkətin Əsgər adlı nümayəndəsinin həmin proseslərdə iştirak etdiyini bildirmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri isə şahidin qeyd etdiyi “Əsgər” adlı şəxsin səlahiyyətlərinin araşdırılmaqla mübahisə predmeti olan müqavilələrin həmin şəxs tərəfindən imzalanıb-imzalanmamasını araşdırmamışlar.
25. Həmçinin apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi xx.xx.2024-cü il tarixli ekspert rəyində tədqiqata təqdim edilmiş 01 mart 2017-ci il tarixli icarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019-cu il tarixli əlavə 1-də, 01,02.2020-ci il tarixli əlavə 2-də, 30.04.18-ci il tarixli aktda, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində olan "xxxx" şirkətinin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli icarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019-cu il tarixli əlavə 1-də, xx.xx.2020-ci il tarixli əlavə 2-də, 30.04.18-ci il tarixli aktda, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində olan "xxxx" şirkətinin möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" şirkətinin möhür şirkətinin möhürünün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır.
26. Mülki iş materialları ilə təsdiq edilir ki, "xxxx" şirkətinin hazırkı möhürü üzrə mübahisə predmeti olan sənədlərdəki möhür əkslərinin müqayisəli tədqiqatı aparılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin həmin halı düzgün araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi o halı araşdırıb müəyyən etməli idi ki, mübahisə predmeti olan sənədlərin imzalandığı bildirilən tarixlərdən sonrakı tarixlərdə cavabdehin möhürü dəyişilib, yoxsa yox.Eləcə də mübahisə predmeti olan sənədlərin imzalandığı bildirilən tarixlərə uyğun tarixlərdə "xxxx" şirkətinin səlahiyyətli şəxsləri tərəfindən imzalanaraq şirkətin möhürü vurulmuş sənədlərdəki möhür əksləri əsasında müqayisəli tədqiqat aparılmalı və bundan sonra hüquqi dəyərləndirmə aparılmalı idi.Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır.
27. İddiaçı iddia ərizəsinə əlavə etdiyi "xxxx" şirkətinin xx.xx.2021-ci il tarixədək hesablanan borcu üzrə cədvəldə xx.xx.2018-ci ilədək cavabdehin 55087 manat borcu olduğunu qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi xx.xx.2024cü il tarixli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində imza X12 tərəfindən icra edilmişdir. Məhkəmələr dəqiqləşdirməmişlər ki, iddiaçı xx.xx.2016-cı il tarixli icarə müqaviləsi üzrə də icarə haqqı tələb edirmi və tələb edirsə həmin icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı mövcuddurmu. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunan şahidlər X9 və X1 ifadələrini iddianın təmin olunması üçün mötəbər sübut hesab etməmiş, lakin bu mövqeyini əsaslandırmamışdır.
28. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırması və sübutlara qiymət verməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə gəlmək mümkün deyil.
29. Ali Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 331.1, 700.1, 700.2 və 700.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 217.1, 217.3, 407.2, 416.1, 416.2 və 418.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2025-ci il tarixli, 2(105)-188/2025 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-xəttşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmişdir.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2025-ci il tarixli, 5/232 nömrəli ekspert rəyinin tədqiqatının nəticə hissəsində göstərilmişdir: - Tədqiqata təqdim edilmiş 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2020-ci il tarixli 02 nömrəli Əlavənin (c 01,i.v. 74); 19 aprel 2016-cı il tarixli icarə müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavənin (c 01, i.v.75); 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli Əlavənin (c 01, i.v 76); 30 aprel 2018-ci il tarixli Aktın (c 01, i.v 77); 01 mart 2017-ci il tarixli icarə müqavilənin (c 01, i.v 80-84) üzərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. - Təqdim edilmiş 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2020-ci il tarixli 02 nömrəli Əlavənin (c 01,i.v. 74); 19 aprel 2016-cı il tarixli icarə müqaviləsinə xx.xx.2017ci il tarixli 01 nömrəli Əlavənin (c 01, i.v.75); 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli Əlavənin (c 01, i.v 76); 30 aprel 2018-ci il tarixli Aktın (c 01, i.v 77); 01 mart 2017-ci il tarixli icarə müqavilənin (c 01, i.v 80-84) üzərində olan möhür əksi-19 aprel 2016-cı il tarixli icarə müqaviləsinin (c 01, i.v 78-79) və 07 noyabr 2014-cü il tarixli icarə müqaviləsinin (c 01, i.v.202-203) üzərindəki “Azərbaycan Respublikası Abşeron Rayon "xxxx" Şirkəti” məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2025-ci il tarixli, 4/470 nömrəli ekspert rəyinin tədqiqatının təticə hissəsində göstərilmişdir: - Ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cild 77-ci vərəqində olan 30 aprel 2018-ci il tarixli Aktda “Novruzov A.M” sözünün qarşısında imza, Mülki işin 1-ci cild 80- 84cü vərəqlərində olan İddiaçı ilə "xxxx" Şirkəti arasıhda tərtib edilmiş 01 mart 2017-ci il tarixli İcarə müqaviləsində “Novruzov A.M” sözünün qarşısında imza, Mülki işin 2-ci cild 135-ci vərəqinin arxa hissəsində olan "xxxx" Şirkətinin Nizamnaməsinin kserosurətində əks olunmuş “Təsisçi: X13” yazısının qarşısındakı imza, 141-ci vərəqində olan pasportun kserosurətinin arxa hissəsində fotoşəkilin aşağı hissəsindəki imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim olunmuş mülki işin 1 -ci cild 74-cü vərəqində olan Möhnətov Azay Xasay oğlu ilə "xxxx" Şirkəti arasında tərtib edilmiş 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2020-ci il tarixli 02 nömrəli Əlavədə “Novruzov A.M” sözünün qarşısında imza, 75-ci vərəqində olan İddiaçı ilə "xxxx" Şirkəti arasında tərtib edilmiş 19 aprel 2016-cı il tarixli icarə müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavədə “Novruzov A.M” sözünün qarşısında imza, 76-cı vərəqində olan İddiaçı ilə "xxxx" Şirkəti arasında tərtib edilmiş 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli Əlavədə “Novruzov A.M” sözünün qarşısında imza ilə 1-ci cildin 80-84-cü vərəqlərində olan İddiaçı ilə "xxxx" Şirkəti arasında tərtib edilmiş 01 mart 2017-ci il tarixli İcarə müqaviləsində “Novruzov A.M” sözünün qarşısında imza, Mülki işin 2-ci cildinin 135-ci vərəqinin arxa hissəsində olan "xxxx" Şirkətinin Nizamnaməsinin kserosurətində əks olunmuş “Təsisçi: X13” yazısının qarşısındakı imza, 2-ci cildin 141-ci vərəqindəki pasportun kserosurətinin arxa hisəsində əks olunmuş fotoşəklin aşağı hissəsindəki imza – MÜXTƏLİF ŞƏXSLƏR tərəfindən icra olunmuşdur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
33. İddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddia tələbi icarə haqları olan 172.000 manatın tutulması ilə bağlıdır. Bu məbləğə 2016-cı il tarixli müqavilə üzrə qalıq borc, 2017ci ildən 2018-ci ilin aprel ayının sonuna kimi 55.085 manat, bu tarixdən 2021-ci ilin iyul ayına kimi bağlanılmış müqavilələr üzrə hesablanmış icarə haqları daxildir.
34. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, 2017-ci ildən sonra təqdim olunmuş bütün sənədlərin heç biri nə direktora, nə də təsisçiyə aid deyildir. 2016-cı il tarixli müqavilənin uzadılmasına dair xx.xx.2017-ci il tarixli əlavədəki imzanın Əsgərə məxsus olub-olmaması mübahisə predmetidir. Ötən ekspertiza zamanı həmin imzanın Altay Novruzova aid olmaması barədə rəy mövcuddur. Həmçinin, Altay olmadığı zaman Əsgərin onun vəzifələrini icra etməsi, onun yerinə imza etməsi aydınlaşdırılmalıdır. Möhür mübahisələndirilmir, qeyd olunduğu kimi möhür obyektdə qalmışdır və cavabdeh tərəf 2017-ci ildən həmin obyektə buraxılmamışlar. Ona görə möhürün iddiaçı tərəfindən istifadə olunması ehtimalı ola bilər.
35. Məhkəmədə şahid qismində dindirilən X7 izahatında bildirdi ki, cavabdeh şirkətdə 2012-ci ildən faktiki olaraq 2017-ci ilin fevral ayına kimi, rəsmi isə 2019-cu ilin may ayına mühasib vəzifəsində işləmişdir. Mübahisə predmeti olan obyektdən 2017-ci ilin fevral ayına kimi Şirkət istifadə etmiş, həmin vaxtdan sonra iddiaçı tərəf həmin obyektə daxil olmalarına icazə verməmişdir. Onda olan məlumata görə imza səlahiyyətinə malik şəxslər Altay, Əsgər və Nadir müəllim olmuşdur. Bəzən Altay müəllimin yerinə Əsgər və ya Nadir müəllim imza etmidir. Şirkətin möhürü daim Altay Novruzovun dolabında olmuşdur.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(012)- 79/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(012)-79/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq rədd etmişdir.
41. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, hazırkı iş üzrə İddiaçı ilə cavabdeh "xxxx" Şirkəti arasında xx.xx.2016-cı il tarixli icarə müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Daha sonra xx.xx.2017-ci tarixli icarə müqaviləsi bağlanılmış, icarəyə verən ünvan 2 ünvanında yerləşən 4-cü mərtəbə, blok A, ümumi sahəsi 246.8 kv.m olan 3 saylı mənzili xx.xx.2017-ci il tarixdən etibarən 2 il müddətinə, icarə haqqı 3000 manat, vergi haqqı 488.37 manat olmaqla, cəmi 3488.37 manat icarə haqqı ödənilməsi şərtilə icarəyə verməyi öhdəsinə götürmüşdür. İcarəyəverən müqavilə üzrə öhdəliyini yerinə yetirdiyini, obyekti icarəyə verdiyini, lakin icarəçinin icarə haqqının ödənilməsindən yayınaraq müqavilə üzrə öhdəliyini, 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla icra etmədiyini iddia edərək, cəmi 172087 manat icarə haqqını tutulmasına dair hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
42. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir.
43. Birinci instansiya məhkəməsi mövqeyni onunla əsaslandırmışdır ki, tərtib olunmuş müqavilə səlahiyyətli nümayəndənin deyil, başqa şəxsin imzası ilə təsdiq edilməklə müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bağlanmış müqavilə üzrə cavabdehin öhdəlik daşımadığı təsdiq olunmaqla göstərilən hal cavabdehin iddiaçı qarşısında öhdəliyinin icrasını istisna edir. Ona görə də iddia tələbləri əsaslı olmadığından təmin edilməməlidir.
44. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
45. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi müəyyən edilmişdir.
46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
48. Məhkəmə kollegiyası şikayətin dəlilləri, həmçinin Ali Məhkəmənin Qərarının 63-cü bəndi üzrə araşdırma aparmış, «Əsgər» adlı şəxsin şəxsiyyəti, həmin şəxsin "xxxx" Şirkəti”nin təsisçisi X13 olduğu müəyyən edilmiş, sonuncu, məhkəmə kollegiyası tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
49. Ali Məhkəmənin Qərarının 63-66-cı bəndləri üzrə, həmçinin obyektiv və hərtərəfli araşdırmanın təmin edilməsi məqsədi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2025-ci il tarixli, 2(105)-188/2025 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-xəttşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmişdir.
50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2025-ci il tarixli, 5/232 nömrəli ekspert rəyinin tədqiqatının nəticə hissəsində göstərilmişdir: -Tədqiqata təqdim edilmiş 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2020-ci il tarixli 02 nömrəli Əlavənin (c 01,i.v. 74); 19 aprel 2016-cı il tarixli icarə müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavənin (c 01, i.v.75); 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli Əlavənin (c 01, i.v 76); 30 aprel 2018-ci il tarixli Aktın (c 01, i.v 77); 01 mart 2017-ci il tarixli icarə müqavilənin (c 01, i.v 80-84) üzərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. - Təqdim edilmiş 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2020-ci il tarixli 02 nömrəli Əlavənin (c 01,i.v. 74); 19 aprel 2016-cı il tarixli icarə müqaviləsinə xx.xx.2017ci il tarixli 01 nömrəli Əlavənin (c 01, i.v.75); 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli Əlavənin (c 01, i.v 76); 30 aprel 2018-ci il tarixli Aktın (c 01, i.v 77); 01 mart 2017-ci il tarixli icarə müqavilənin (c 01, i.v 80-84) üzərində olan möhür əksi-19 aprel 2016-cı il tarixli icarə müqaviləsinin (c 01, i.v 78-79) və 07 noyabr 2014-cü il tarixli icarə müqaviləsinin (c 01, i.v.202-203) üzərindəki “Azərbaycan Respublikası Abşeron Rayon "xxxx" Şirkəti” məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər.
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2025-ci il tarixli, 4/470 nömrəli ekspert rəyinin tədqiqatının təticə hissəsində göstərilmişdir: - Ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cild 77-ci vərəqində olan 30 aprel 2018-ci il tarixli Aktda “Novruzov A.M” sözünün qarşısında imza, Mülki işin 1-ci cild 80- 84cü vərəqlərində olan İddiaçı ilə "xxxx" Şirkəti arasıhda tərtib edilmiş 01 mart 2017-ci il tarixli İcarə müqaviləsində “Novruzov A.M” sözünün qarşısında imza, Mülki işin 2-ci cild 135-ci vərəqinin arxa hissəsində olan "xxxx" Şirkətinin Nizamnaməsinin kserosurətində əks olunmuş “Təsisçi: X13” yazısının qarşısındakı imza, 141-ci vərəqində olan pasportun kserosurətinin arxa hissəsində fotoşəkilin aşağı hissəsindəki imza - eyni şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim olunmuş mülki işin 1 -ci cild 74-cü vərəqində olan Möhnətov Azay Xasay oğlu ilə "xxxx" Şirkəti arasında tərtib edilmiş 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2020-ci il tarixli 02 nömrəli Əlavədə “Novruzov A.M” sözünün qarşısında imza, 75-ci vərəqində olan İddiaçı ilə "xxxx" Şirkəti arasında tərtib edilmiş 19 aprel 2016-cı il tarixli icarə müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavədə “Novruzov A.M” sözünün qarşısında imza, 76-cı vərəqində olan İddiaçı ilə "xxxx" Şirkəti arasında tərtib edilmiş 01 mart 2017-ci il tarixli icarə müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli Əlavədə “Novruzov A.M” sözünün qarşısında imza ilə 1-ci cildin 80-84-cü vərəqlərində olan İddiaçı ilə "xxxx" Şirkəti arasında tərtib edilmiş 01 mart 2017-ci il tarixli İcarə müqaviləsində “Novruzov A.M” sözünün qarşısında imza, Mülki işin 2-ci cildinin 135-ci vərəqinin arxa hissəsində olan "xxxx" Şirkətinin Nizamnaməsinin kserosurətində əks olunmuş “Təsisçi: X13” yazısının qarşısındakı imza, 2-ci cildin 141-ci vərəqindəki pasportun kserosurətinin arxa hisəsində əks olunmuş fotoşəklin aşağı hissəsindəki imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
52. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut növü olaraq qiymətləndirir. Kollegiya hesab edir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
53. Göründüyü kimi iş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş ekspertiza rəyləri ilə müəyyən olunur ki, mübahisələndirilən sənədlərin yuxarıda qeyd olunan bir qismində imza "xxxx" Şirkətinin təsisçisi X13 tərəfindin icra edilmişdir və möhür əksləri Şirkətə məxsusdur. Sənədlərin bir qismində isə imza "xxxx" Şirkətinin imza nümunəsi yoxlanılmış nümayəndəsi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Lakin bu sənədlərdə olan möhür əksləri həmin illərə aid sənədlərdə olan "xxxx" Şirkətinin əks nümunələri ilə eynilik təşkil edir.
54. Kollegiya vurğulayır ki, mübahisələndirilən sənədlərin bir qismində imzanın "xxxx" Şirkətinin imza nümunəsi yoxlanılmış nümayəndəsi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilsə də göründüyü kimi sənədlərdəki möhür əksləri həmin illərə aid sənədlərdə olan "xxxx" Şirkətinin möhür əksi nümunələri ilə eynilik təşkil edir.
55. Kollegiya qeyd edir ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyektləri olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanılmasına maddi məsul olan şəxslərə malikdir. Möhürlə təsdiq edilmiş sənədi mübahisələndirən tərəf həmin sənədin tərtib edildiyi tarixə möhürün itirilməsi, ücüncü şəxslərin əlinə keçməsi və s. bu kimi halları sübuta yetirmək vəzifəsi daşıyır. Qeyd olunmalıdır ki, sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığının müəyyən edilməsi hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş sənədin birmənalı olaraq qeyri-mötəbər sübut kimi qiymətləndirilməsinə əsas vermir.
56. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan sənədlərdəki imzanın "xxxx" Şirkətinin imza nümunəsi yoxlanılmış nümayəndəsinin imza nümunəsi ilə eynilik təşkil etməməsi həmin sənədlərin birmənalı olaraq qeyri-mötəbər sübut kimi qiymətləndirilməsinə, bu əsasdan çıxış edərək iddianın rədd edilməsinə əsas vermir.
57. Qanunverici möhürdən istifadəni MM-də nəzərdə tutulan hallar istisna olmaqla əqdin forması ilə bağlı əlavə tələblərin müəyyənləşdirilməsi və buna riayət edilmədiyi halda doğurduğu nəticələri tərəflərin iradəsindən asılı etmişdir. Belə ki, MM-in 331.2-ci maddəsinə əsasən, tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.
58. Məhkəmə kollegiyası vurğulayır ki, mülki qanunvericilikdə müəssisənin adından tərtib olunan sənədlərdə onun möhürünün əks olunmasının zəruriliyi ilə bağlı bir sıra imperativ qaydalar da nəzərdə tutulmuşdur (MM-in 107-6.1, 362.5-ci maddələri və.s).
59. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Belə ki, bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətini həyata keçirən şəxs olur. Qeyd olunan hal öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxsin üzərinə sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirmək vəzifəsi qoyur. Bu baxımdan hazırkı halda, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sənədlərdəki imzanın həmin hüquqi şəxsin qanuni və ya müvafiq səlahiyyət verilmiş təmsilçisi tərəfindən icra edilməməsi belə sənədlərin etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə bu o anlama gəlir ki, hüquqi şəxsin təmsilçisi MM-in 360.2- ci maddəsinə əsasən əqdi, bunun əksi sübut edilməyənədək bəyənməsini ehtiva edir. Hüquqi şəxsin adından tərtib olunmuş sənədlərin və ya bağlanmış müqavilələrin onların möhürlə təsdiqlənmə halında möhürlə bağlı xüsusiyyətini tam araşdırmadan mötəbərlik baxımından qiymətləndirilməsi zamanı sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığının müəyyən edilməsi həmin sənədin (müqavilənin) birmənalı qeyri-mötəbər kimi sübut qiymətləndirilməsinə əsas ola bilməz.
60. Ali Məhkəmənin Qərarının 68-ci bəndinin göstərişinə uyğun olaraq aparılan araşdırma zamanı məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi izahatında bildirdi ki, iddia tələbinin həcminə 2016-cı il tarixli icarə müqaviləsi üzrə qalıq qalmış borc, həmçinin 2017-ci ildən 2018-ci ilin aprel ayının sonuna kimi hesablanmış cəmi 55.085 manat icarə haqqı borcu, həmçinin həmin tarixdən 2021-ci ilin iyul ayınadək olan müddət üzrə hesablanmış icarə haqları daxildir. İddiaçı tərəfindən həm 2016-cı il tarixli icarə müqaviləsi üzrə, həm də 2017-cı il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqları tələb olunur.
61. Kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək tərəflər arasında 2017-ci il tarixdən müqavilə münasibətlərinin olmadığını, müqavilə bağlanılmadığını, müqavilə və razılaşmalardakı imzanın Şirkətin nümayəndəsinin olmadığını, eləcə də möhür əkslərinin "xxxx" Şirkətinə məxsus olmasını mübahisələndirmədiyini, lakin həmin möhür əkslərindən onların iradəsi olmadan istifadə edildiyini, möhürün iddiaçıya məxsus qeyri yaşayış sahəsində qaldığını, həmin vaxt iddiaçının özü tərəfindən istifadə olunması ehtimalını göstərdi.
62. Mübahisələndirilən hala aydınlıq gətirilməsi, sübutlarının mötəbərliyinin, həmçinin hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi məqsədi ilə kollegiya tərəfindən cavabdehin nümayəndəsinə möhürün itirilməsi, ücüncü şəxslərin əlinə keçməsi və s. kimi hallarla bağlı müvafiq sübutların təqdim edilməsi təklif edilmiş, lakin bu xüsusatla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
63. Məhkəmə kollegiyası şahid X4 mübahisə predmeti olan obyektdən 2017-ci ilin fevral ayına kimi Şirkətin istifadə etməsi, həmin vaxtdan sonra iddiaçı tərəfindən həmin obyektə daxil olmalarına icazə verilmədiyinə dair ifadəsinə gəlincə həmin ifadəyə tənqidi yaşaşaraq, şahidi işin nəticəsində maraqlı şəxs hesab edir və bu baxımdan qeyd olunan xüsusat üzrə əsaslı şübhdən kənar mötəbər sübut növü oaraq qəbul etmir.
64. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin irəli sürdüyü dəlillərin özü tərəfindən sübut edilməsini ehtiva edir.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”.
66. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
67. Göründüyü kimi sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.
68. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
69. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmiş, iş materiallarında olan sübutları əlaqəli surətdə tam, obyektiv və hərtərəfli araşdırmaqla düzgün hüquqi nəticəyə gəlməməşdir.
70. Kollegiyanın qənaətincə iş üzrə toplanmış sübutlar, işin müəyyən edilmiş faktiki halları tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yarandığını və bu konteksdən mübahisə üzrə hüquqi dəyərləndirmə aparılmasına əsas verir.
71. Kollegiya hesab edir ki, tərəflər arasında icarə müqaviləsi üzrə hüquq münasibətləri yaranmış, iddiaçı üzərində götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan obyekti cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh müqavilə öhdəliyini pozmuş, lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
72. Kollegiya qeyd edir ki, cavabdeh icarə hüquq münasibətləri üzrə öhdəliklərini lazımıncı icra etmədiyindən iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. İddiaçı iddia tələbində haqlıdır.
73. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla məhkəmə səhv nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(012)-79/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.
74. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinin əvəzi olaraq cəmi 465 manat cavabdehdən tutularaq X2 ödənilməidir.
75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(012)-79/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı "icarə haqqının ödənilməsi" tələbinə dair iddiası təmin olunsun. Cavabdeh "xxxx" şirkətindən 172087 (bir yüz yetmiş iki min səksən yeddi) manat icarə haqqı tutularaq İddiaçı ödənilsin. Ekspertiza təhqiqatlarının dəyərinin əvəzi olaraq cəmi 465 (dörd yüz altmış beş) manat cavabdeh "xxxx" Şirkətindən alınaraq SAP (XİİS) hesabı X5 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.